Məhkəmə qərarları › İş №1(008)-338/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-338/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-338/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cəbrayılova Çinarə Şahin qızının, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Əli oğlunun iştirakı ilə xx xxxxxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, sürücü işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəh., Nizami rayonu, Ş.Mirzəyev küç., ev 127-də qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yeni məhəllədə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 12:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərin pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi 163 saylı marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı, «az 99 KX 650» dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən «Rəsul Market»in qarşısında saxlamış, həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs avtobusun qabaq qapısından düşmüş, sonra yerə yıxılmış, həmin vaxtı sürücü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunları etməmiş, həmin vaxtı avtobusu hərəkətə başladıb idarə etmiş, avtobusun təkəri Zərərçəkmiş şəxs sağ ayağının üstündən keçmiş, sürücü Təqsirləndirilən şəxs bu ehtiyyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs sağ ayağın qançırı və şişkinliyi ilə müşayiət olunan sağ ayağın 4-cü daraq sümüyünün əsasının qapalı sınığından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx xxx 2020-ci il tarixdən o 163 saylı marşrut xətt üzrə işləyən «Daewo BS090» markalı, «az ** KX ***» dövlət qeydiyyat nişanlı avtobusu idarə etmişdir. xx xxx 2020-ci il tarixdə, saat 10:00 radələrində o, «Daewo BS090» markalı, «az ** KX ***» dövlət qeydiyyat nişanı avtobusu idarə edərkən Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanı «Rəsul» marketin yanında bir nəfər qadın dayanacaqda avtobusdan düşmüş və o sürüb getmişdir. Geri qayıdan zaman həmin avtobusdan düşən qadın bir nəfər tanımadığı şəxsin idarə etdiyi avtomobil ilə onun idarə etdiyi avtobusun arxası ilə gəlmişdir. Ona işarə etdiyindən o, avtobusu saxlamış və həmin avtomobildə olan sərnişin qadın bir qədər əvvəl avtobusdan düşən zaman onun idarə etdiyi avtobusla ayağının üstündən keçdiyini bildirmişdir. O, isə xəbəri olmadığını, ola bilsin görmədiyini demişdir. Həmin qadını dispetçer Qədir adlı şəxsin idarə etdiyi avtomobil ilə Maştağa qəsəbəsində poliklinikaya aparmışlar. Törətdiyi əməli ehtiyatsızlıqdan törətmişdir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxx 2020-ci il tarixə, saat 12:00 radələrində 163 saylı marşrut xətt üzrə işləyən avtobusla rəfiqəsigilə gedərkən, Ramana qəsəbəsi, Südçülük Sovxozunda «Rəsul» marketin yaxınlığında olan dayancaqda avtobus dayanmışdır. O, avtobusun qabaq qapısından yerə düşmüş və hava yağışlı olduğu üçün yerə yıxılmışdır. Avtobusun sürücüsü isə avtobusu sürüb getmiş və onun sağ ayağının üstündən keçmişdir. Həmin vaxtı orada olan tanımadığı şəxs ona kömək edib öz avtomobilinə mindirmiş və həmin avtobusun arxasınca sürüb saxlamış və avtobusla onun ayağının üstündən keçdiyini demişdir. Həmin avtobusun sürücüsü adını sonradna bildiyi Ənvər adlı şəxs avtobusla onu dispetçer məntəqəsinə gətirmiş və sonra isə onu Maştağa qəsəbəsində yerləşən xəstəxanaya aparmışlar. Bundan sonra onu evə gətirmişlər. Daha sonra onun ayağında ağrılar olduğu üçün Ənvərə zəng edib demiş, Ənvər onu 3 saylı xəstəxnaya aparmış və orada onun sağ ayağının 4-cü barmağının sındığı müəyyən edilmişdir və ayağına gips qoyulmuşdur. Onun hal-hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid Oktay oğlu ifadəsində göstərmişdir ki, «xxxxxxxxxxxxxxx» MMC-nə məxsus 163 saylı xətt üzrə işləyən marşrut avtobusunda avto dəstə rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən 163 saylı marşrut xətt üzrə «Daewo BS090» markalı, «az ** KX ***» dövlət qeydiyyat nişanlı avtobusu yol vərəqəsi əsasında «BCD» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Yol vərəqəsi onun tərəfindən verilmişdir. xx xxx 2020-ci il tarixdə, saat 12:00 radələrində ona xəbər gəlmişdir. Ənvər idarə etdiyi «Daewo BS090» markalı, «az ** KX ***» dövlət qeydiyyat nişanlı avtobusla bir nəfər sərnişin qadının ayağının üstündən keçmişdir. O, da Ənvərlə görüşmüş və həmin qadını onun idarə etdiyi avtomobil ilə Ənvərlə birlikdə Maştağa qəsəbəsində poliklinikaya aparmışlar. Orada həmin qadının ayağını rentgen eləmişlər və dərman yazmışlar. Bundan sonra Ənvər onunla telefonda danışan zaman Ənvər həmin qadını xəstəxanaya aparmaq lazım olduğunu demişdir. Buna görə də Ənvərlə birlikdə xx xxx 2020ci il tarixdə həmin qadını 3 saylı şəhər xəstəxanasına aparmışlar və orada ayağına baxıb əzildiyini bildirmişlər. Təqsirləndirilən şəxs öz sürücülük vəsiqəsini ona təqdim etmişdir və həmin sürücülük vəsiqəsi «BCD» kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Onun Ə.S. Məmmədovun nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməsindən məlumatı olmamışdır. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi Publik Hüquqi Şəxsin 768 saylı, xx xxx 2020cu il tarixli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sağ ayağın qançırı və şişkinliyi ilə müşayiət olunan sağ ayağın 4-cü daraq sümüyünün əsasının qapalı sınığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx xxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol nəqliyyat hadisələrinin hallarının tədqiqi ekspertizasının 8/733 saylı, 30 iyun 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən «Daewo» markalı, «az ** KX ***» dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinin icraatına Cinayət Məcəlləsinin 263.1-ci hissəsinə əsasən xitam verilmiş, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ona bəraət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AD seriyalı, 088987 kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. xx xxxx 2020-ci il tarixdən, xx xxxxxxxx 2020-ci il tarixə kimi nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum olunmuşdur. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə - Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, törədilmiş əməlin ehtiyatsızlıqdan törəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Sərdar oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmaya görə-dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 08 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,68). Cinayət işinin materiallarında olan 08 avqust 2020-ci il tarixli qərardangörünür ki, Təqsirləndirilən şəxs Sərdar oğlu barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,76). Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlrə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ********** ********** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar