Məhkəmə qərarları › İş №1(008)-338/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-338/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-338/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 48.17 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla həmin narkotik vasitədən üç ədəd bükümdə 3.51 qram çəkidə qurudulmuş marixuananı ayırıb satış məqsədi ilə üzərində, digər hissəsini isə yaşadığı ünvan 2 ünvanda qanunsuz saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 19 yanvar 2024-cü il tarixdə, saat 19:32 radələrində ünvan 2 ünvanda saxlanılaraq razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanına saat 19:32-dən etibarən keçirilmiş baxış zamanı qonaq otağında olan divanın yanındakı sellofan paketdə 9 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 11.67 qram, 3 qram, 3.25 qram, 4.12 qram, 4.57 qram, 4.96 qram, 4 qram, 4.56 qram, 4.53 qram, ümumi təmiz çəkisi 44.66 qram qurudulmuş marixuana, əynində olan gödəkçəsinin sol iç cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0.36 qram, 0.63 qram, 2.52 qram, ümumi təmiz çəkisi 3.51 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Etibar oğlu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir «nəşə» deyilən narkotik vasitədən siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə istifadə edirdi. 19 yanvar 2024-cü il tarixdə, axşam saat təxminən 19:30-19:35 aralığında yaşadığı ünvan 2 ünvanda olduğu zaman qapı döyülmüşdür. Qapını açan zaman bir neçə şəxs özünü təqdim edib Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək yaşadığı ünvanda saxlamaqda və üzərində daşımaqda şübhəli olduğu bildirilmişdir. Verilən suallara cavab olaraq o yaşadığı ünvanda «marixuana» adı ilə tanıdığı narkotik vasitə gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Onun üzərinə, eləcə də yaşadığı ünvana videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi onun razılığı və iştirakı ilə aparılmışdır. O tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. İştirakçılar həmin ünvana daxil olmuşlar. İlk öncə ona üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib iştirakçıları qonaq otağına dəvət etmişdir. Qonaq otağında divanın yanında olan 01 ədəd sellofan çantanı çıxardıb təqdim etmişdir. 01 ədəd çantaya baxış zamanı içərisində 02 ədəd sellofan bağlama və 01 ədəd sellofan paket olması müşahidə edilmişdir. Daha sonra 02 ədəd sellofan bağlamalara da baxış keçirilmiş və birinci sellofan bağlamada 05 ədəd kağız bükümdə, digər sellofan bağlamada isə 03 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan paketə də baxış keçirilmiş və içərisində qudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üstünə baxış keçirilmişdir. Baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan və 02 ədəd kağız bükümü və 01 ədəd şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd mənzil açarını, şalvarın sağ yan cibində olan 01 ədəd «Samsung» markalı mobil telefonu və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən 02 ədəd kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan kütlələrə baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı yaşadığı ünvandan və üstündən aşkar edilmiş kütlələri 4 gün əvvəl tanımadığı şəxsdən ümumilikdə 430 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, kəmin kütlələrdən heç kimin məlumatının olmadığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1981-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-in rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 19 yanvar 2024-cü il tarixli qərar çıxarılmış və B.M.C.M.İ-in əməkdaşları-əməliyyat müvəkkili A.İ.Əhmədovdan, əməliyyat müvəkkili M.Y.Yusifovdan, təhqiqatçı M.M.Azayevdən və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 2 ünvanına yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 19 yanvar 2024-cü il tarixdə, saat 19:30 radələrində ünvan 2 ünvanın qarşısına gəlmişlər. Videoçəkilişdən istifadə etməklə mənzilin qapısını döymüşlər. Qapını kişi cinsindən olan bir nəfər açmışdır. Onlar özlərini həmin şəxsə təqdim edib Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsi soruşulduqda özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar həmin şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda marixuana adı ilə tanıdığı narkotik vasitə gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini deyərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmiş və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığı barədə ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs hüquqları barədə məlumat verilmiş və baxışın videoçəkiliş vasitəsi aparılacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə, eləcə də yaşadığı ünvana videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs iştirakı ilə aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib onları qonaq otağına dəvət etmişdir. Qonaq otağında divanın yanında olan 01 ədəd sellofan çantanı çıxardıb təqdim etmişdir. 01 ədəd çantaya baxış zamanı içərisində 02 ədəd sellofan bağlama və 01 ədəd sellofan paket olması müşahidə edilmişdir. Daha sonra 02 ədəd sellofan bağlamalara da baxış keçirilmiş və birinci sellofan bağlamada 05 ədəd kağız bükümdə, digər sellofan bağlamada isə 03 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan paketə də baxış keçirilmiş və içərisində qudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd sellofan və 02 ədəd kağız bükümü və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, əynində olan şalvarının sol yan cibində olan 01 ədəd mənzil açarını, şalvarının sağ yan cibində olan 01 ədəd «Samsung» markalı mobil telefonu və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən 02 ədəd kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan kütlələrə baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmiş və 01 ədəd kağız zərfdə qablaşdırılıb üstü möhürlənmişdir. Eyni zamanda aşkar edilmiş 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd mənzil açarı götürülmüş və 01 ədəd alışqan Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Baxış prosesi davam etdirilərkən Z.E. Aslanovun üzərindən və yaşadığı ünvandan digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üstündən aşkar edilmiş kütlələri 4 gün əvvəl tanımadığı şəxsdən ümumilikdə 430 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16-2- 7/109 saylı, 20 yanvar 2024-cü il tarixli məhkəmə bioloji «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvanda...» yazısı və imzalar olan kağız paketdəki polietilen paketin içərisində «01» (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi-11.67 qram, bir ədəd sellofan bağlamanın içərisində «03» (üç) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 3 qram, 3.25 qram, 4.12 qram, bir ədəd sellofan bağlamanın içərisində 05 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri, 4.57 qram, 4.96 qram, 4 qram, 4.56 qram, 4.53 qram və üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki üç ədəd sellofan torbacağın içərisində 02 ədəd kağız bükülüdə və 01 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0.36 qram; 0.63 qram; 2.52 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. marixuanaların ümumi çəkisi-48.17 qramdır. Təqdim olnumş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi çəkisi 48.17 qram, tədqiqata sərf edildi 0.6 qram(hər obyektdən 0.05 qram, hər obyektdən qram, qalıq 47.57 qramdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3 X2 1102 saylı, 19 fevral 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı bildirmişdir ki, 2 ildir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən 23 fevral 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin B.M.C.M.İ-in təhqiqat şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən tərtib edilmiş «Baxış və götürmə aparılması haqqında» 19 yanvar 2024-cti il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə, saat 19.32 radələrində ünvan 2 ünvanda razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilmiş baxış zamanı qonaq otağında olan divanın yanındakı sellofan paketdə 9 ədəd bükümdə ümumi təmiz çəkisi 44.66 qram qurudulmuş marixuana, əynində olan gödəkçəsinin sol iç cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 03 ədəd bükümdə 3.51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə, saat 19.32 radələrində ünvan 2 ünvanda razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilmiş baxış zamanı qonaq otağında olan divanın yanındakı sellofan paketdə 9 ədəd bükümdə ümumi təmiz çəkisi 44.66 qram qurudulmuş marixuana, əynində olan gödəkçəsinin sol iç cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 03 ədəd bükümdə 3.51 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)123/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BMCMİ-in baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.M.C.M.İ-in rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 19 yanvar 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı 1 siyahının 5-ci qrafasına əsasən aşkar olunmuş narkotik vasitələr miqdarına görə şəxsi istehlak miqdarından artın miqdar hesab olunur. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin qismən etirafeici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuüşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını,onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən əza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan 19 yanvar 2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 19:32 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,19). Cinayət işinin materiallarında olan 20 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,60). Dindirmə 20 yanvar 2024-cü il tarixdə, saat 15:50-də başlanmış, saat 16:30-də başa çatmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(008)76/2024 saylı, 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 yanvar 2024-cü il tarixdən hesablanmaqla «03» (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 80). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, maddənin sankisiyasında alternativ cəzanın olmamasını, olsa belə onun alternativ cəza ilə islah olunmasını qeyrimümkünlüyünü, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3 X2 1102 saylı, 19 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı bildirmişdir ki, 2 ildir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «19» yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 47.57 qram mariuxana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Müdafiəçi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən «03» (üç) il, «03»(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «19» yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr 47.57 qram mariuxana məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar