Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-338/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1990-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib zərəçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurarmaqla təkrar dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 2024-cü ilin may ayının əvvəllərində Qurban Bayramında böyük və kiçik baş heyvan alaraq satıb birgə qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq ona qarşı inam və etibarını qazanmaq məqsədi ilə 15000 manata Salyan rayonunda yerləşən Salyan bazarı deyilən yerdə almış olduqları 50 baş xırda buynuzlu heyvanı etibarını bərkidmək məqsədi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verib Bakı şəhərinə göndərib, bundan bir həftə sonra qeyd olunan 15000 manat dəyərində 50 baş xırda buynuzlu heyvanı satıb nağd pul vəsaiti əldə edəcəklərini bildirərək cinayətdən xəbəri olmayan həmyerlisi Şahid1 məxsus **-BN- *** dövlət qeydiyyat nişanlı qazel markalı avtomobil ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi YYM-dən götürüb Salyan rayonu ərazisində yerləşən Salyan bazarında sataraq bundan əldə etdiyi pulu ələ keçirib Zərərçəkmiş şəxs 15000 (on beş min) manat xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 2024-cu ilin may ayının sonlarında Qurban Bayramında böyük və kiçik baş heyvan alaraq birgə qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq 2024-cü ilin may ayının sonlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nardaran yolunun sol hissəsində yerləşən “Qalatasaray” kafesinin qarşısında 10.000 (on min) manat pulunu ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 10.000 (on min) manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elman adlı şəxsi 2024-cü ilin may ayında Paşa adlı tanışı vasitəsilə tanımışdır. Belə ki, 2024-cü ilin may ayının əvvəllərində Paşa onunla əlaqə saxlayaraq bildirmişdir ki, tanışı Elman mal-qara alveri etmək istəyir və bu işdə sonuncuya başı çıxan şərik lazımdır. O, razılaşmışdır. 2024-cü ilin may ayının təxminən 5-də Paşa ilə əlaqə saxlayaraq Elman adlı şəxsin yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsinə getmişlər. Orada Elmanla görüşmüşlər. Elman ilə bir qədər mal qara barədə danışmışlar. O, Elmana bildirmişdir ki, Qurban bayramı ərəfəsində yaxşı gəlir əldə edə bilərlər. Elman onunla razılaşmış, özünə məxsus həyətyanı sahədə tövləsini göstərmişdir. Onlar danışıq zamanı qərara gəlmişlər ki, səhəri günü Salyan rayonunda yerləşən mal-qara bazarına getsinlər. Səhəri gün onlar Nərimanov rayonu ərazisində yerləşən “Su Sonası” şadlıq sarayının yanında görüşmüş və birlikdə Sabirabad rayonuna getmişlər. Orada onları kirvə Cəfər qarşılamışdır. Orada yemək yemiş və daha sonra hər üçü Cəfərə məxsus Qazel markalı avtomobil ilə Salyan bazarı deyilən yerə getmişlər. Bazarda 50 baş xırda buynuzlu heyvana Elman 10000 manat pul verdikdən sonra 5000 manat da ona vermişdir. Xırda buynuzlu heyvanları o, kamaza yükləmiş və Elmanla birlikdə Bakı şəhərinə göndərmişdir. 5000 manata iri buynuzlu heyvan almış və həmin heyvanları satmış və 300 manat gəlir əldə etmişdir. Həmin puldan 270 manatına o, arpa alaraq zərərçəkmiş şəxsə göndərmişdir. Elmanla ilk əvvəl danışan zaman Elman heyvanlara baxacaq adamın olduğunu bildirmişdir. Lakin sonra həmin adamın gəlmədiyini demişdir. O, özü bir neçə dəfə Elmangilə gedib həmin heyvanlara baxmışdır. Ümumiyyətlə Elmanla aralarında olan razılığa əsasən onlar Qurban bayarmına qədər heyvanları alacaqlar, onlara qulluq olunacaq və həmin heyvanlar kökəldikdən sonra Qurban bayramında satıb yaxşı qazanc götürəcəklər. Bu məqsədlə də o, Elmandan pul istədikdə Elman həmin pulu ona verməli idi. Aralarında olan razılığa əsasən heyvanların satışından əldə olunan gəlirdən xərclər çıxılandan sonra yerdə qalan məbləğ aralarında bölünməli idi.Lakin sonradan Elmanın heyvana baxacağı adam gəlmədiyi üçün 10000 manata aldıqları heyvanı o, bazara aparıb orada ziyana yəni, 8300 manata satmışdır. Həmin pula yenidən heyvan almışdır. Sonra zərərçəkmiş şəxsdən aralarında olan razılığa əsasən yenidən 10000 manat pul almışdır. Həmin pula heyvan almışdır. Ümumilikdə heyvanların satışından zərərçəkmiş şəxsə 2300 manat pul vermişdir. Həyat yoldaşından ayrılma ərəfəsində həyat yoldaşı evdə olan pulları aparmışdır. Ona görə də Elmanın pulunu qaytara bilməmişdir. İttihamda qeyd edildiyi kimi zərərçəkmiş şəxsdən guya təkrarən 10.000 manat pul alması ilə razı deyil. O, zərərçəkmiş şəxsdən 25.000 manat pul almışdır. Onlar əvvəlcədən öz aralarında razılığa gəlmişlər ki, zərərçəkmiş şəxs tələb edilən məbləği verəcək o, həmin pula heyvanları alacaq onu satıb xərcləri çıxandan sonra qalan məbləği aralarında böləcəklər. Lakin həyat yoldaşı pulu apardığından o, zərərçəkmiş şəxsin pulunu qaytara bilməmişdir. Bununla bağlı hər hansı sübutu yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 6000 manat ödəniş etmişdir. Atasına məxsus evi 2 ay olar ki, satışa çıxarmışlar. Lakin real alıcı tapılmadığından o, evi sata bilməmişdir. Evə alıcı tapılana qədər dəymiş ziyandan hissə-hissə hər ay 500 manat ödəniş edəcəkdir. Zərərçəkmiş şəxs də bununla razılaşır. Məhkəmədən qeyd edilənləri nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024~cü ilin may ayının əvvəllərində Paşa ilə mobil telefon ilə danışıq zamanı sonuncuya bildirmişdir ki, Qurbanlıq Bayramı münasibəti ilə xırda baş heyvanlar alıb bayramda satıb gəlir əldə etmək istəyir. Paşa bildirmişdir ki, bu işdən başı çıxan Yalçın adlı tanışı vardır və sonuncu Yalçını onunla tanış edəcəkdir. Bir neçə gün sonra Paşa Yalçın adlı şəxslə onun yaşadığı mənzilə gəlmişdir. Yalçın ilə onu tanış edərək bildirmişdir ki, Yalçın bu işdə ona köməklik edə bilər, Yalçın iri və xırda buynuzlu heyvanların alışı-satışı ilə məşğuldur. O, Yalçının istifadəsində olan əlaqə nömrəsini götürmüş, onlar bır qədər söhbət etmiş və Paşa Yalçın da birlikdə getmişlər. Yalçın bildirmişdir ki, əgər bazara gedirsə üzərində ən azı 10000-15000 manat pul olmalıdır. Səhəri gün o, özünə məxsus mobil nömrə ilə Yalçın ilə əlaqə saxlamışdır. Yalçın ona bildirmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən “Su Sonası” şadlıq sarayının yanına getsin. Deyilən ünvandan onu Yalçın taksi ilə götürmüş və onlar birlikdə Sabirabad rayonuna getmişlər. Orada Yalçının kirvəsi Cəfər adlı şəxs onları qarşılamışdır. Onlar hər üçü Cəfərə məxsus Qazel markalı avtomobil ilə Salyan bazarı deyilən yerə getmişlər. Yalçın bazarda onun verdiyi pul ilə 2 ədəd iribuynuzlu heyvan alıb satmışdır. O da görmüşdür ki, Yalçın boş dayanmır hərəkət edir. Sonra Yalçın ona bildirmişdi ki, üzərində götürdüyü pulu sonuncuya versin və onu azad buraxsın. O, özü ilə 15.000 manat pul götürmüşdür. Həmin pulu Yalçına vermişdir. Yalçın həmin bazardan 2 baş iri buynuzlu və 50 baş xırda buynuzlu heyvan almışdır. 2 baş iri buynuzlu heyvanı Cəfərə məxsus avtomobil ilə Sabirabad rayonuna aparmışdır. O, isə 50 baş xırda buynuzlu heyvanı götürüb Bakı şəhərinə yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evinə gətirmişdir. Təxminən bir həftə Yalçın Cəfər ilə birlikdə onun yaşadığı mənzilə gələrək 50 baş xırdabuynuzlu heyvanı Cəfərin idarə etdiyi Qazel markalı avtomobilə yığaraq satmaq üçün aparmışdır. Bundan təxminən 10 gün sonra Yalçın yenidən onunla görüşmüşdür. Yalçın ona heyvanın birini 240 manata aldığını demişdir. Bu isə 50 baş xırda buynuzlu heyvanın 12.000 manat etdiyini göstərir. Bu isə Yalçının yalan danışdığını göstərir. Çünki heyvanlara 10000 manat pul verdiyini deyir. Daha sonra Yalçın 70.000 manatlıq heyvan gətirəcəyini bildirib əlavə də 10.000 manat lazım olduğunu bildirmişdir. O, Yalçına 10.000 manat pul vermişdir. Yalçın pulu götürüb getmişdir. Onlar öz aralarında əvvəlcədən belə razılığa gəlmişlər ki, Qurban bayramı bitəndən sonra, yəni 18 may 2024-cü il tarixində görüşüb haqq-hesab aparacaqlar, yəni əldə olunan gəliri bölüşdürəcəklər. Lakin o, xx.xx.2024-cü il tarixdə Yalçın ilə əlaqə saxlamaq istədikdə onun telefonuna zəng çatmamışdır. Evlərinə getdikdə isə evdə olmadıqlarını, ailəsini uşağını götürüb evdən getdiyini müəyyən etmişdir. Yalçın onun ağır xəstə olduğunu, müalicə olunmaq üçün qısa müddət ərzində ölkədən gedəcəyini bildiyi üçün vaxtı uzadaraq pulu qaytarmaqdan yayınmağa başlamışdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs dəymiş ziyandan 6000 manat ödəniş etmişdir. Yerdə qalan məbləği isə atasının evini sataraq ödəyəcəyini bildirir. Ev satılana qədər isə hissə-hissə olmaqla dəymiş ziyanı ödəyəcəyinə söz verdiyindən onun həbs olunmasını istəmir Təqsirləndirilən şəxs söz verdiyi kimi ödəniş etməyəcəyi halda yenidən şikayət verərək pulunu tələb edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Elman adlı şəxsi o, qohumluq əlaqəsi olduğundan uzun illərdir tanıyır. Elman ilə o, ara bır görüşüb söhbət edir. Təxminən 2024-cü ilin may ayında Elman ona bildirmişdir ki, Qurbanlıq bayramı ilə əlaqədar kiçik və iri baş heyvan alaraq satıb gəlir əldə etmək istəyir. Bunun üçün bu işdən anlayışı olan şəxs axtarır. O, ona bildirmişdir ki, Sabirabad rayonunda tanışı Yalçın adlı şəxs var o, bu işdə ona köməklik edə bilər. Elman ona bildirmişdir ki. Yalçınla onu tanış etmişdir. O, Yalçınla bu barədə danışmış və Yalçın ona Elmana kömək edəcəyi barədə razılıq vermişdir. Bir neçə gün sonra o, Yalçın ilə birlikdə Elmanın yaşadığı mənzilə gəlmişlər. Yalçını Elman ilə tanış etmişdir. Elə həmin vaxt onlar bir qədər edəcəkləri alver barədə söhbət etmişlər. Daha sonra Yalçın onunla birlikdə Elmanın yaşadığı mənzili tərk edib getmişdir. Bundan təxminən iki ay sonra Elman onunla əlaqə saxlayaraq bildirmişdir ki, Yalçın ona 25000 manat pul atıb və o, pulunu ala bilmir. O, Yalçın ilə əlaqə saxlayaraq bu barədə soruşmuşdur. O tezliklə dıızələcəyini demişdir. Bundan sonra onun baş vermiş hadisələrdən məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ailə vəziyyəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Şahid1 ifadəsində bildirmişdir ki, yaşadığı rayonda özünə məxsus **-BN-*** dövlət qeydiyyat nişanlı qazel markalı avtomobil ilə yükdaşıma ilə məşqul olaraq maddi vəsait əldə edib ailəsini dolandırır. Təqsirləndirilən şəxs onunla eyni kənddə yaşadığına görə sonuncunu uzun illərdir ki, tanıyır. Təqsirləndirilən şəxs müxtəlif işlərlə qəssab işləməsini, taksi fəaliyyəti ilə məşqul olmasını, iri və xırda buynuzlu heyvanların alışı və satışı ilə məşqul olmasını bilir. Təxminən 2024-cu ilin may ayında gecə saatlarında Yalçın ona zəng edərək onu Sabirabad rayonu Dadəşbəyli kəndində yerləşən “Məkan” kafesinə çağırmışdır. O, həmin kafeyə getmişdir. Orada Yalçın əvvəllər tanımadığı bir 55-60 yaşında bir nəfər kişi ilə əyləşib yemək yeyərək spirtli içki qəbul edirmiş. O, sonuncuların masasına əyləşmişdir. Həmin şəxs Elman adlı şəxs olmuşdur. Yalçın ona bildirmişdir ki, onları Salyan rayonunda yerləşən mal-qara bazarına aparmaq lazımdır və onlarda heyvan almaq istəyirlər. O, sonuncuları aparmağa razılaşmışdır. Onlar hər üçü ona məxsus yük avtomobili ilə Salayan bazarına getmişlər. Orada Yalçın və Elman avtomobildən düşərək iri və xırda buynuzlu heyvan almağa getmişlər. Təxminən 5 saat sonra Yalçın iki baş iri buynuzlu heyvanla yaxınlaşmış və ona bildirmişdir ki, həmin heyvanları da kəndə aparsın O, həmin heyvaları 30 manat müqabilində yaşadığı kəndə Yalçının yaşadığı evə gətirib düşürmüşdür. Bundan təxminən 10 gün sonra Yalçın onunla əlaqə saxlayaraq bildirmişdir ki, Elman Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayır və sonuncuda 50 baş xırda buynuzlu heyvan vardır. Gedib həmin heyvanları Salyan bazarına gətirsin. O, 200 manat pul müqabilində Yalçınla razılaşmış və onlar hər ikisi ona məxsus yük avtomobili ilə Bakı şəhərinə Elmanın yaşadığı ünvana gəlmişlər. Orada Yalçın və Elman 50 baş xırda buynuzlu heyvanı ona məxsus yük avtomobilinə mindirmişlər. O və Yalçın Salyan bazarına gəlmişlər. Yalçın heyvanları avtomobildən endirmiş, o, isə yorğun olduğundan avtomobildə yatmışdır. Bir neçə saat sonra Yalçın bildirmişdir ki, heyvanları ucuz qiymətə satıb. Bu səbəbdən ona 150 manat vermişdir. Bundan sonra o, yaşadığı kəndə gəlmişdir. Yalçının isə hara getməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Nardaran yolunun sağ tərəfində “Qalatasaray” kafesinin qarşısı hadisə yeridir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək maddi sübut və müşahidə kameraları müəyyən edilməmişdir. Fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:00 radələrində tutularaq Sabunçu RPİ-nə təhvil verilməsi üçün Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-42/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimakn tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Nuruşov X2 Rayon Məhkəməsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 21 gün müddətinə islah işləri (10-%lə) cəzasına məhkum edilmişdir. AR-nın ƏN Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 10%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 11 ay 21 gün müddətə islah işləri cəzasına məhkum edilmiş və 8 X5 münasibətilə amnistiya elan edilməsi haqqında AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşərək xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan AR CM-nin 178.2.2-ci maddəsi, yəni cinayətin təkrar törədilməsi xaric olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “......Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Şəxs, talamanı oğurluq yolu ilə edərək düşünülmüş cinayəti bir neçə mərhələdə həyata keçirirsə onun əməlləri digər tövsifedici əlamətlər olmadığı halda Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə əhatə olunan bir davam edən cinayət kimi tövsif olunur. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir.” Hazırki cinayət işinin faktiki hallarından da görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə “Qurbanlıq Bayramı” münasibəti ilə xırda baş heyvanlar alıb bayramda satıb gəlir əldə etmək barədə razılığa gəlmişdir. Lakin təqsirləndirilən şəxs bununla bağlı yalan vəd verərək zərərçəkmiş şəxsi aldatmaqla onun etibarını qazanaraq sonuncunun 25000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında “Qurban Bayramı” münasibəti ilə xırda baş heyvanlar alıb bayramda satıb gəlir əldə etmək barədə razılığa gəldiklərini, öncədən konkret hansı məbləğin verilməsi barədə aralarında danışıq olmadığını, təqsirləndirilən şəxsin sadəcə bazara gedən zaman üzərində ən azı 10.000-15.000 manat pul vəsaitinin olmalı olduğunu bildirdiyini, buna əsasən də bir dəfə 15.000 manat, daha sonra isə 10.000 manat təqsirləndirilən şəxsə pul verdiyini, aralarında olan danışığa əsasən “Qurban bayramı” qurtarandan sonra haqq hesab aparacaqlarını, həmin vaxtdan sonra zərərçəkmiş şəxslə əlaqə saxlamağın mümkün olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs də məhkəmə iclasında “Qurban Bayramı” münasibəti ilə xırda baş heyvanlar alıb onlara qulluq edib kökəltdikdən sonra bayramda satıb gəlir əldə etmək barədə razılığa gəldiklərini, bununla bağlı zərərçəkmiş şəxsin nə zaman lazımdırsa pul verə biləcəyini, ayrı-ayrı vaxtlarda olmaqla zərərçəkmiş şəxsdən ümumilikdə 25.000 manat pul aldığını və bunu heyvan alıb satıb yaxşı gəlir əldə etmək məqsədilə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Paşayev X3 “Qurbanlıq bayramı” ilə əlaqədar kiçik və iri baş heyvan alaraq satıb gəlir əldə etmək istədiyini, bu işdən anlayışı olan şəxs axtardığını ona bildirdiyini, onu bu işlə məşğul olan Yalçın adlı şəxslə tanış etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamda da ayrı-ayrı vaxtlarda törədilən hər iki əmələ münasibətdə Qurban Bayramında böyük və kiçik baş heyvan alaraq satıb birgə qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq zərərçəkmiş şəxsin pul vəsaitinin ələ keçirilməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti Qurban bayramı münasibətilə xırda baş heyvanlar alıb bayramda satıb gəlir əldə etmək barədə yalan vədlər verərək zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək olmuşdur. Onun həm 15.000 manatı, həm də 10.000 manat pul vəsaitini ələ keçirməsi yalnız bir məqsədə, yəni heyvan alıb sataraq daha çox gəlir əldə edəcəkləri barədə yalan vədinə əsaslanaraq zərərçəkmiş şəxsin əmlakının ələ keçirilməsinə xidmət etmişdir. Təqsirləndirilən şəxsin öz cinayətkar niyyətini reallaşdırmaq üçün seçdiyi şəxs eynidir, cinayətkar niyyətini pərdələmək üçün tətbiq etdiyi üsul da eynidir. Beləliklə, bütün bunlar onu göstərir ki, pul vəsaitləri ayrı-ayrı vaxtlarda alınmış olsa da, təqsirləndirilən şəxsin vahid niyyəti ilə əhatə olunaraq vahid cinayətin tərkib hissəsini təşkil edir. Həmçinin işin faktiki hallarından da görünür ki, pul vəsaitləri ard-arda olmaqla qısa zaman kəsiyi ərzində alınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi əlamətinin mövcudluğu istisna olunur. Hər iki əməl ayrıayrı vaxtlarda törədilsə də vahid cinayətin tərkib hissəsi olduğundan, ümumi məqsədə xidmət etdiyindən, təqsirləndirilən şəxsin vahid niyyəti ilə əhatə olunduğundan davam edən cinayətin tərkib hissələri kimi qəbul edilərək bir cinayət hesab edilməli və təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan AR CM-nin 178.2.2ci maddəsi xaric olunmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 38-ci bəndində qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərdən yalnız AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin heyvanların satışından əldə edilən vəsaitin həyat yoldaşının ondan ayrılaraq evdən gedən zaman aparmasına dair mövqeyini bunu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Nuruşov X2 Rayon Məhkəməsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 21 gün müddətinə islah işləri (10-%lə) cəzasına məhkum edilmişdir. AR-nın ƏN Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 10%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 11 ay 21 gün müddətə islah işləri cəzasına məhkum edilmiş və “8 X5” münasibətilə amnistiya elan edilməsi haqqında AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşərək xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. “8 X5 münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmçinin təqsirləndirilən şəxsin məhkum olunduğu cinayət böyük ictimai təhlükə törətməyən cinayət olduğundan və həmin cinayətə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən residiv hesab olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması (1 sutkadan artıq) həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutmaqla hesablanmaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-338/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-338/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver