Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-339/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1986-cı il tarixdə Ermənistan Respublikasının Quqark şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda nömrəsiz ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda nömrəsiz ünvanda yerləşən yaşayış sahəsinə aralarındakı yarımtikili daş hasarın üzərindən qanunsuz daxil olaraq həyətdəki 210 manat dəyərində hissələrə ayrılmış cəmi 7 metr uzunluğunda 20-lik şvelleri, 300 manat dəyərində hissələrə ayrılmış cəmi 15 metr uzunluğunda 100-lük su borularını, 300 manat dəyərində hissələrə ayrılmış cəmi 20 metr uzunluğunda 50-lik su borularını, 45 manat dəyərində hissələrə ayrılmış cəmi 30 metr uzunluğunda 16-lıq armaturları, 145 manat dəyərində metal dam örtüyünün qalıqlarını, həmçinin həyətdəki saxlanc yeri hesab edilən dəmir konteynerin qıfılını sındıraraq içərisindən, işlənmiş vəziyyətdə olan, «DAF» markalı yük avtomobilinə aid cəmi 500 manat dəyərində 2 ədəd su portlarını, 200 manat dəyərində avtomobilin əyləcinə aid ehtiyyat hissələrini, 200 manat dəyərində hava klapanlarını, 700 manat dəyərində mühərrik başlıqlarını, 400 manat dəyərində paçevniklərini, 800 manat dəyərində suslayqalarını və 200 manat dəyərində mühərrik sepini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 4.000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşuları Simuzər və Elvinlə mehriban münasibətləri var. 06 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində işdən evə gələrkən hava çox soyuq olmuşdu. Lakin pulu olmadığından evində qazı bir həftə əvvəldən kəsilmiş, evi işıqla qızdırırdı. Lakin həmin gün işığa təxminən 105 manat borcu yarandığından işığı da kəsilmişdi. Evdə olan qazın limitini 2 dəfə aşdığından qaza pul vurmaq sərfəli sayılmırmış, belə ki, limiti iki dəfə aşanda evdə gün ərzində 15 manatlıq qaz işlənir. Lakin evi qızdırmağa məcbur olmuşdu. Belə ki, evi isti etməyəndə uşaqları xəstələnir, uşaqlar xəstələnəndə isə daha çətin günlər yaşayır. O, çıxış yolu kimi hasar qonşusu Simuzərin həyətində olan tullantı dəmir əşyaları satmaq qərarna gəlmişdir. Növbəti gün, yəni 07 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində divar qonşusu olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda nömrəsiz ünvanda yerləşən Simuzərə məxsus yaşayış sahəsinə evlərinin arasında olan yarımtikili daş hasarın üzərindən keçmişdir. Evin həyətində metaldan olan «Çerepiça» adlanan dam örtüyü qalıqlarını, armatur parçalarını, 50-lik və 100-lük ölçüdə dəmir su borularını və 20-lik ölçüdə 7 metr şvelleri küçəyə evinin qarşısına yığmışdır. Daha sonra Zərərçəkmiş şəxs həyətində olan dəmir konteynerin qapısının qıfılını sındıraraq yerindən qoparmış və konteynerin qapısını açmışdır. Konteynerin içərisindəki «DAF» markalı avtomobilə aid istifadə edilmiş dəmirdən və aliminiumdan olan 9-10 ədəd ehtiyyat hissələrini, yəni avtomobilin işlənmiş su portlarını, paçevniklərini, sepini və digər adlarını bilmədiyi hissələrini götürərək küçəyə evinin qarşısına yığmışdır. Əşyaların içində olan təkcə gücü çatmayacaq əşyaları isə küçədən keçənlərə xahiş edərək onların köməkliyi ilə küçəyə daşımışdır. Saat 18:00 radələrinədək həmin əşyaların yarıdan çox hissəsini səyyar qaydada metal yığanlara 250 manata satmış, ağır və həcimli olan metalları isə saat 20:00 radələrində tanımadığı şəxsin idarə etdiyi «QAZ-Eİ» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinə sürücü ilə birgə yükləyərək 20 manat müqabilində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən metal qəbulu yerinə aparmışdır. Yük avtomobilinin sürücüsünə və metal qəbulu məntəqəsində işləyən Şahid1 həmin metarialların özünə məxsus olduğunu bildirmişdi. Şahid1 həmin metallara görə 115 manat pul vermişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Gülçülük Sovxozunda hasar qonşusudur, biri-birilərinin həyətlərinə hasardan asanlıqla keçmək olur. Onun «DAF» markalı (Tır) yük maşını var, əri Namiq həmin avtomobillə xarici ölkələrə yük daşımaqla məşquldur. «DAF» markalı avtomobil uzaq yollar qət etdiyindən hər dəfə Namiq Bakı şəhərinə qayıdarkən avtomobili təmir etdirir. Xarab olmaq ehtimalı olan ehtiyyat hissələri dərhal dəyişdirir, avtomobilin üzərinə təzə ehtiyyat hissələri qoydurur. Avtomobilin üstündən çıxan işlək vəziyyətdə olan ehtiyyat hissələrini növbəti reysə getməsi üçün həyətdə saxlayaraq təmir etdirir. Avtomobilin üstündən çıxan ehtiyyat hissələri bahalı olduğundan ehtiyyat hissələrini 1992-ci ildən həyətdə quraşdırdığı konteynerdə saxlayır. Konteynerin qapısını qıfılla bağlayır ki, ehtiyyat hissələrini oğurlamasınlar. Sonuncu dəfə həyətinə 2023-cü ilin noyabr ayının ortalarında baş çəkmiş, həmin vaxt həyətində hər hansı oğurluq hadisəsi baş verməmişdir. 16 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində Elvin növbəti dəfə evinə baş çəkməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda nömrəsiz ünvanda yerləşən həyətinə gələrkən görmüşdür ki, həyətində yarımtikili evinin təmirindən qalan metaldan olan «Çerepiça» dam örtüyü qalıqları, armatur parçaları, şveller və dəmir boruları, həmçinin həyətdəki konteynerin qapısının qıfılı sındırılmış, konteynerdə olan «DAF» markalı yük avtomobilinə aid istifadə edilmiş ehtiyyat hissələri oğurlanmışdır. Dərhal bağına gedərkən görmüşdür ki, həqiqətən həyətində olan 1.000 manat dəyərində tikinti materialları, yəni 210 manat dəyərində hissələrə ayrılmış, cəmi 7 metr uzunluğunda 20-lik şvelleri, 300 manat dəyərində hissələrə ayrılmış, cəmi 15 metr uzunluğunda 100-lük dəmir su boruları, 300 manat dəyərində hissələrə ayrılmış, cəmi 20 metr uzunluğunda 50-lik dəmir su boruları, 45 manat dəyərində hissələrə ayrılmış, cəmi 30 metr uzunluğunda 16-lıq armaturları, 145 manat dəyərində hissələrə ayrılmış metal dam örtüyünün qalıqları oğurlanmışdır. Daha sonra görmüşdür ki, 1992-ci ildən həyətində saxladığı dəmir konteynerinin 10 manat dəyərində qıfılı sındırılaraq içərisindən, işlənmiş vəziyyətdə olan, «DAF» markalı yük avtomobilinə aid 3.000 manat dəyərində metal ehtiyyat hissələri, yəni hər biri 250 manat olmaqla cəmi 500 manat dəyərində 2 ədəd su portları, 200 manat dəyərində avtomobilin əyləcinə aid ehtiyyat hissələri, 200 manat dəyərində hava klapanları, 700 manat dəyərində aliminiumdan olan mühərrik başlıqları, 400 manat dəyərində paçevnikləri, 800 manat dəyərində suslayqaları və 200 manat dəyərində mühərrik sepi oğurlanmışdır. Hal-hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1h oğlu ifadəsində göstərmişdir ki, 07 dekabr 2023-cü il tarixdə, saat 20:00 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs işlədiyi Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gəlmişdir. Rəfail bildirmişdir ki, tullantı metallar var, həmin metallar «DAF» markalı avtomobilin işləməyən ehtiyyat hissələridir, həmçinin evinin təmirindən artıq qalmış yararsız «Çerepiça» deyilən dəmir şiferlərdir. O, metalın 1 kiloqramını 47 qəpiyə qəbul edəcəyini bildirdikdə Rəfail razılaşmış və dövlət qeydiyyat nişanını xatırlamadığı, sürücüsünü tanımadığı «QAZ-Eİ» markalı yük avtomobilində gətirdiyi «Çerepiça» adlanan dəmir şiferlərin qalıqlarını, «DAF» markalı yük avtomobilinin yararsız olan mühərriklərini, sepini və digər ehtiyyat hissələrini ona təhvil vermişdir. Rəfaildən əşyaların kimə məxsus olmasını bir daha soruşarkən bildirmişdir ki, tullantı metallar özünə məxsusdur. Metallar çəkilərkən çəkisi təxminən 250 kq artıq olmuşdu. Rəfailin şəxsiyyət vəsiqəsinin surətini özünə götürərək həmin metallara görə Rəfailə 117 manat pul vermiş, bu barədə özünün kitabında da qeydiyyat aparmışdır. O, əşyaların oğurluq olmasını bilməmişdir. 17 dekabr 2023-cü il tarixdə Sabunçu RPİ 14-cü PŞ-in əməkdaşları metal qəbulu məntəqəsinə gələrək «DAF» markalı yük avtomobilinin ehtiyyat hissələri barədə soruşarkən dərhal Rəfailin 10 gün əvvəl gətirdiyi «DAF» markalı yük avtomobilinin ehtiyyat hissələri yadına düşmüş, kitaba baxaraq Rəfailin şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmiş, həmçinin Rəfailin gətirdiyi metallar barədə polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs 1992-ci ildən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda işlədiyindən dövlət tərəfindən anasına həmin qəsəbənin Gülçülük sovxozundan 7 sot pay torpaq sahəsi verilmişdir. Həmin ərəfədə torpaq sahəsi daş hasara alınmış və həyətə dəmirdən olan giriş-çıxış darvazası qoyulmuşdur. Torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı ilə anasının adına rəsmiləşmişdir. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda nömrəsiz ünvanda, «Fuad» marketin yaxınlığında yerləşən 7 sot torpaq sahəsinin içərisində yarım tikili evləri var. Həmin evdə yaşayış yoxdur, hərdən torpaq sahəsinə özü və ya anası Zərərçəkmiş şəxs baş çəkirlər. Qış fəslində isə həyətə çox nadir hallarda, 2 ayda 1 dəfə gedirlər. Bina evində yaşadıqlarından istifadə etmədikləri əşyalarını evin həyətinə və 1992-ci ildən həyətə qoyduqları konteynerə yığırlar, konteynerin qapısını qıfılla bağlayırlar. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Gülçülük Sovxozunda hasar qonşularıdır, biri-birilərinin həyətlərinə hasardan asanlıqla keçmək olur, Rəfaillə ədavətləri və ya düşmənçilikləri yoxdur. Anasının «DAF» markalı (Tır) yük avtomobili var. Həmin avtomobillə atası Namiq Məmmədov xarici ölkələrə yük daşımaqla məşquldur. «DAF» markalı avtomaşın uzaq yollar qətt etdiyindən hər dəfə atası Namiq Bakı şəhərinə qayıdarkən avtomobil təmir edilir, xarab olmaq etimalı olan ehtiyyat hissələri dərhal dəyişdirilir. Avtomobilin üzərinə təzə ehtiyyat hissələri qoyulur, avtomobilin üstündən çıxan işlək vəziyyətdə olan ehtiyyat hissələrini təmir etdirməklə növbəti reysdə istifadə edilməsi üçün həyətdə saxlanılır. Avtomobilin üstündən çıxan ehtiyyat hissələr bahalı olduğundan anası həmin ehtiyat hissələrini həyətlərində olan konteynerdə saxlayır, anası konteynerin qapısını qıfılla bağlayır ki, ehtiyyat hissələrini oğurlamasınlar. Sonuncu dəfə anasının həyətinə 2023-cü ilin noyabr ayının ortalarında baş çəkmişdir. Həmin vaxt oğurluq hadisəsi baş verməmişdir. 16 dekabr 2023-cü il tarixdə, saat 15:00 radələrində növbəti dəfə anasının evinə baş çəkməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda nömrəsiz ünvanda yerləşən həyətə gələrkən görmüşdür ki, həyətdə yarımtikili evin təmirindən qalan metaldan olan dam örtüyü qalıqları, armatur parçaları və digər metaldan olan tikinti materialları oğurlanmışdı. Konteynerin qapısının qıfılı sındırılmaqla konteynerdə anasına məxsus dəmirdən olan «DAF» markalı avtomobilə aid istifadə edilmiş ehtiyyat hissələri, yəni avtomobilin mühərriki, sepi və digər hissələri oğurlanmışdır. Sonra anası oğurlanmış əşyaların siyahısını tutarkən müəyyən etmişdir ki, həyətdən 1.000 manat dəyərində tikinti materialları, yəni 210 manat dəyərində 7 metr uzunluğunda 20-lik şveller, 300 manat dəyərində 15 metr uzunluğunda 100-lük dəmir su boruları, 300 manat dəyərində 20 metr uzunluğunda 50-lik dəmir su boruları, 45 manat dəyərində 30 metr uzunluğunda 16-lıq armaturlar, 145 manat dəyərində metal dam örtüyünün qalıqları oğurlanmışdır. Həyətdə olan dəmir konteynerin içərisindən isə işlənmiş vəziyyətdə olan, «DAF» markalı yük avtomobilinə aid 3000 manat dəyərində metaldan olan ehtiyyat hissələri, yəni hər biri 250 manat dəyərində olan cəmi 500 manat dəyərində 2 ədəd su portları, 200 manat dəyərində avtomobilin əyləcinə aid ehtiyyat hissələri, 200 manat dəyərində hava klapanları, 700 manat dəyərində aliminiumdan olan mühərrik başlıqları, 400 manat dəyərində paçevnikləri, 800 manat dəyərində suslayqaları və 200 manat dəyərində mühərrik sepi oğurlanmışdır. Oğurluqla bağlı qonşulardan soruşarkən adını xatırlamadığı qonşuları bildirmişlər ki, həyətlərindəki əşyaları qonşuları Rəfail günün işıqlı saatlarında həyətdən küçəyə evinin qarşısına daşımış, oradan səyyar qaydada metal qəbul edən şəxslərə satmış, qalan əşyaları nömrəsini xatırlamadıqları və sürücüsünü tanımadıqları «QAZ-Eİ» markalı avtomobilə yükləyərək aparmışlar. 16 dekabr 2023-cü il tarixdə anası bu barədə Rəfailə deyərkən Rəfail əməlini etiraf etmiş, evində soyuqdan öldüyündən məcbur olaraq oğurluq etdiyini deyərək oğurladığı əşyaların pulunu qaytarmasına 1 gün möhlət istəmiş, anası Rəfaillə razılaşmışdır. Cinayət işinin materiallarında olan 07 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuşoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbin olmamasını, dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təyin olunmuş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə halına və əməli törətmiş şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayətin ictimai təhküləlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret olaraq cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərfli və obyekti araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi kompleks halda qiymətləndirilməlidir. Cinayət işinin materiallarında olan 18 dekabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə, saat 21:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur (səh.,44). Cinayət işinin materiallarında olan 19 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 55). Təqsirləndirilən şəxsin dindirilməsi 18 dekabr 2023-cü il tarixdə, saat 13:40 radələrində başlanmış, həmin tarixdə saat 14:30 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu Rayon prokuroru tərəfindən qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,58). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 19 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getəməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,71). Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını, dəymiş ziyanın ödənilməsini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdən, 19 dekabr 2023-cü il tarixə kimi həbsdə olduğu «01» (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının «02» (iki) gününə hesablanaraq, bərabər tutulmaqla həmin müddət ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdən, 19 dekabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə» iltizam qətimkan hökm qanuni qüvvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdən, 19 dekabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «01» (bir) gün (saatlarla hesablanmaqla) müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «02» (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə» iltizam qətimkan hökm qanuni qüvvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-339/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-339/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver