Məhkəmə qərarları › İş №1(008)-339/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-339/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-339/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Şahid1 31 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “AvtoExpress.Baku” adlı avtoservisdə “Toyota Aqua” markalı avtomobili göstərərək həmin avtomobili sərfəli kredit şərtləri ilə satacağına dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla ondan ilkin ödəniş olaraq tələb etdiyi 1.500 (min beş yüz) manat pul vəsaitini 31 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Oba” marketdə ödəmə terminalı vasitəsilə atası Zərərçəkmiş şəxs1 özünün istifadəsində olan “Kapital Bank”a məxsus 5239 1517 7514 9811 nömrəli hesaba köçürtdürməklə 1.500 (min beş yüz) manat pul vəsaitini ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 1.500 (min beş yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 12 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 61 C ünvanında yerləşən “X7 №1” adlı avtoservisdə “Toyota Corolla” markalı avtomobili göstərərək həmin avtomobili sərfəli kredit şərtləri ilə satacağına dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla ondan ilkin ödəniş olaraq tələb etdiyi 2.000 (iki min) manat məbləğində pul vəsaitini 12 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Abu Dabi” avtomobil salonunun qarşısında özünün istifadəsində olan “Kapital Bank”a məxsus 5239 1517 7514 9811 nömrəli kart hesabına köçürtdürməklə 2.000 (iki min) manat pul vəsaitini ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 2.000 (iki min) manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 24 noyabr 2024-cü il tarixdə “Kia Optima” markalı avtomobili kredit şərtləri ilə satacağına dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 ilkin ödəniş olaraq tələb etdiyi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini 24 noyabr 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin qarşısında 5.006 (beş min altı) manat hissəsini nağd şəkildə alaraq və həmin tarixdə 494 (dörd yüz doxsan dörd) manat məbləğini isə özünün istifadəsində olan cinayətdən xəbəri olmayan qohumu Şahid8 məxsus “UniBank”a aid 4098 5844 6824 1607 nömrəli “LeoBank” kartına köçürtdürməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5.500 (beş min beş yüz) manat xeyli miqdarda pulu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 5.500 (beş min beş yüz) manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında bir dəfə avtomobilində sərnişin qismində əyləşdiyi Emin adlı şəxs istifadəsində olan mobil nömrəyə zəng vurmuşdur. Emin adlı şəxs ilə yaxın münasibəti olmayıb, sadəcə olaraq onun avtomobilində əyləşən zaman özünü avtomobillərin satışı ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Buna görə də, Emin onun mobil telefon nömrəsini götürmüşdür ki, nə vaxtsa lazım olar. Emin ona zəng vuraraq qohumu olan Şahid1 kredit şərtləri ilə avtomobil almaq istədiyini, həmin şəxsə köməklik edib edə bilməyəcəyini soruşan zaman bu barədə köməklik edə biləcəyini demişdir. Bundan sonra 31 oktyabr 2024-cü il tarixdə Şahid1 və onun qohumu Emin ilə “Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Avto Express” adlı avtomobil salonuna getmişlr. Orada Pərviz ilə birlikdə avtosalonda bir neçə avtomobilə baxış keçirmiş və Pərviz “Aqua” markalı avtomobili bəyəndiyini, lakin kifayət qədər pulu olmadığından avtomobili kredit şərtləri ilə almaq istədiyini demişdir. O, Pərvizə demişdir ki, özü həmin avtomobili avtosalondan 22.500 (iyirmi iki min beş yüz) manata alacaq və ilkin ödəniş 1.500 (min beş yüz) manat olmaq şərtilə 48 ay müddətinə aylıq 550 (beş yüz əlli) manat ödəmək şərtilə Pərvizə kreditlə verəcək. Pərviz daha sonra atası ilə mobil telefon vasitəsilə danışmış və atasının razılığını almışdır. Pərviz atasından razılıq aldıqdan sonra Pərvizə demişdir ki, ilkin ödəniş olan 1.500 (min beş yüz) manat pul ona verilməli, daha sonra isə avtomobil digər şəxsin adına sənədləşdiriləcək. Bundan sonra o, Pərvizə özünə məxsus “Kapital Bank”a aid kart hesabını vermişdir. Pərviz də atasından həmin hesaba pul köçürməsini xahiş etmişdir. Təxminən yarım saat sonra qeyd edilən hesaba 1.500 (min beş yüz) manat pul köçürülmüşdür. Pul köçürülən zaman o və Pərviz avtosalonda olmuşlar. Pul hesaba köçürüldükdən sonra o, marketdən siqaret almaq adı ilə çıxmış və bir daha geri qayıtmamışdır. Əldə etdiyi 1.500 (min beş yüz) manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 12 noyabr 2024-cü il tarixdə saat 09 radələrində tanımadığı bir nəfər şəxs “TikTok” sosial şəbəkəsində canlı paylaşım etmiş, o da həmin canlı paylaşıma qoşulmuşdur. Canlı yayın zamanı adının Rizvan olduğunu bildiyi şəxs avtomobil almaq istədiyini bildirmişdir. Bu zaman o, həmin şəxsə avtomobil almasında köməklik edəcəyini demişdir. Həmin şəxs ona “Lalafo.az” saytından almaq istədiyi avtomobilin alınma şərtlərini və əlaqə nömrəsini paylaşdığını bildirmişdir. Bu məqsədlə o, “Lalafo.az” saytına girib, Rizvanın yazdığı şərtləri oxuyub özünə məxsus mobil telefon nömrəsindən Rizvanın elanda yerləşdirdiyi mobil telefon nömrəsinə həmin tarixdə saat 10:29-da zəng edərək “Lalafo.az” saytında elanda yazdığı şərhləri oxuduğunu, onun şərtinə uyğun avtomobil olduğunu və verə biləcəyini demişdir. Daha sonra Babək prospektində yerləşən “X7 №1” adlı avtosalona gəlib görüntülü zəng edərək avtomobilləri Rizvana göstərmişdir. Həmin vaxt Rizvandan hansı markalı avtomobili almaq istədiyini soruşduqda Rizvan ona ilkin ödəniş olaraq 2.000 (iki min) manat pul verə biləcəyini, sürətlər qutusu avtomat olan markasından asılı olmayaraq istənilən avtomobil almaq istədiyini demişdir. O, Rizvana demişdir ki, burada avtomobil çoxdur gəlib özü baxsın. Rizvan ondan harada olduğunu soruşduqda, ona Babək prospektində yerləşən “X7 №1” adlı avtosalonda olduğunu demiş və Rizvana həmin yerin məkan məlumatını göndərmişdir. Bir müddət sonra Rizvan həmin avtosalona gəlmiş və ilk öncə “Hyundai Elantra” markalı avtomobilə baxmış, lakin bəyənməmişdir. Daha sonra avtosalonun içində olan “Toyota Corolla” markalı avtomobilə baxmış və həmin avtomobili almaq istədiyini bildirmişdir. Bu məqsədlə o, Rizvana ilkin ödəniş kimi ödəyəcəyi 2.000 (iki min) manat pulu hesabına göndərməyini və sonra avtomobili sənədləşdirəcəyini demişdir. Rizvan da onunla razılaşaraq “X7 №1” avtosalonun qarşısında “Kapital Bank”a aid bank kartının hesabına 2.000 (iki min) manat pul göndərmişdir. Sonra o, Rizvanın avtomobilinə əyləşib Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “ASAN Xidmət”ə avtomobili sənədləşdirmək adı ilə aldadaraq getmişlər. Həmin ünvana çatdıqda o, Rizvana “1 dəqiqə gözlə gəlirəm” deyib avtomobildən düşüb çıxıb getmişdir. Təxminən 30 dəqiqədən sonra Rizvan ona zəng edib gəlib-gəlmədiyini soruşmuş, o da Rizvana gələcəyini desə də, geri qayıtmamışdır. Rizvan ona təkrar zənglər etmiş amma o, zənglərə cavab verməyərək sonuncunun nömrəsini bloka atmışdır. Əldə etdiyi pulun hamısını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 24 noyabr 2024-cü il tarixdə istifadəsində olan “krt 4074” adlı “Tik-Tok” profili ilə Yasamal rayonu ərazisində yerləşən maşın bazarından canlı yayın açmışdır. Canlı yayın zamanı avtomobilləri göstərərək sərfəli kredit şərtləri ilə maşın əldə etməyin mümkün olduğunu, bu barədə köməklik edəcəyini bildirmişdir. Canlı yayın zamanı bir profil istifadəçisi ona yazaraq kredit şərtləri ilə avtomobillə maraqlandığını bildirmişdir. Bundan sonra o, həmin şəxsin mobil nömrəsini istəmiş və “whsatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə onunla əlaqə saxlamışdır. Telefon əlaqəsi zamanı həmin şəxs “Kia Optima” markalı avtomobil ilə maraqlandığını və əlində həmin markalı avtomobilin olubolmadığını soruşmuşdur. O da cavab vermişdir ki, bəli “Kia Optima” markalı avtomobil əlində var, qiyməti 25.500 (iyirmi beş min beş yüz) manatdır, ilkin ödəniş 5.500 (beş min beş yüz) manat nağd və 40 ay müddətinə hər ay 500 (beş yüz) manat ödəməklə əldə etmək olar. Həmin şəxs ilə telefonla əlaqəsi saxladıqdan sonra dərhal “turbo.az” saytına daxil olub, “Kia Optima” markalı avtomobillərin satışı ilə bağlı elanlara daxil olmuş və bir neçə şəxsə zəng vuraraq avtomobili almaq və baxış keçirmək istədiyini demişdir. Həmin şəxslər də ona “Kia Optima” markalı avtomobillərin şəkillərini göndərmiş və bildirmişlər ki, görüş təyin edilsin gəlib avtomobilə baxış keçirilsin. “Turbo.az” saytında tanış olduğu bir neçə şəxsin ona göndərdiyi ağ və göy rəngli “Kia Optima” markalı avtomobillərin şəkillərini adını sonradan öyrəndiyi Şahid3 mobil nömrəsinə “whatsapp” vasitəsilə göndərmişdir. Lakin Şahmar bildirmişdir ki, evdə məsləhət etmişdir və ağ rəngli “Kia Optima” markalı avtomobil istəyirlər. O da ağ rəngli “Kia Optima” markalı avtomobili elana yerləşdirən şəxsə zəng vurub, avtomobili bəyəndiyini, almaq niyyətində olduğunu deyib, maşına baxış və diaqnostikası üçün görüş təyin etmişdir. “Kia Optima” markalı avtomobilin sürücüsü ona demişdir ki, “Əhmədli” qəsəbəsinə, “Ukrainski kruqun” yaxınlığına gəlib orada görüşüb maşına baxış keçirilə bilər. Az sonra yenidən Şahmar ilə telefon vasitəsilə əlaqə saxlayan zaman Şahmar demişdir ki, avtomobilə arvadı ilə birlikdə baxış keçirmək istəyirlər, özü işlədiyi Sabunçu rayonu ərazisindədir, arvadı isə “Qara Qarayev” metrostansiyasının yaxınlığındadır. O da Şahmara demişdir ki, gəlib onu, daha sonra isə arvadını götürəcək, avtomobilə baxış keçirmək üçün isə Əhmədli qəsəbəsinə gedəcəklər. Bir neçə saatdan sonra “Toyota Prius” markalı taksi ilə öncə adını Şahmarın Sabunçu rayonu, "xxxx" MMCnin yerləşən ünvana gedib Şahmarı götürüb, oradan da “Qara Qarayev” metrostansiyasının yaxınlığına gedib Şahmarın arvadını götürüb “Kia Optima” markalı avtomobilin sürücüsünün görüşü təyin etdiyi ünvana getmişlər. “Kia Optima” markalı avtomobilin sürücüsü ilə görüşüb “Əhmədli” qəsəbəsi ərazisində yerləşən diaqnostikaya gedib, avtomobili yoxlatdırmışlar. “Kia Optima” markalı avtomobilin sürücüsü ona demişdir ki, maşını 24.000 (iyirmi dörd min) manata satır. O da, bu barədə Şahmara demiş və bildirmişdir ki, maşını həmin qiymətə alır, daha sonra onu kreditə salacaq. İlkin ödəniş üçün 5.500 (beş min beş yüz) manat pul verilməlidir, daha sonra isə 40 ay müddətinə hər ay 500 (beş yüz) manat ödəniş olunmalıdır. Guya onun həmin işdə 1.500 (min beş yüz) manat qazancı olacaqdı. Şahmar da onunla razılaşmış və “Toyota Prius” markalı avtomobilin arxa oturacağında əyləşmiş, arvadına yaxınlaşıb ondan ilkin ödəniş olan 5.500 (beş min beş yüz) manat pul istəmiş, lakin az sonra Şahmar ona demişdir ki, pul evdədir, pulu gedib evdən götürmək lazımdır. O da Şahmara demişdir ki, problem yoxdur, “Toyota Prius” markalı avtomobil ilə yaşadıqları ünvana gedib pulu götürsünlər. Həmin vaxt “Toyota Prius” markalı avtomobilin sürücüsü ona demişdir ki, arvadı hamilədir, təcili evə getməlidir. Amma o, taksi sürücüsündən xahiş etmişdir ki, onları Sabunçu rayonu ərazisinə aparsın oradan çıxıb gedər. Taksi sürücüsü də onunla razılaşmışdır. “Kia Optima” markalı avtomobili satışa qoymuş şəxsə isə demişdir ki, onları Xətai rayonu ərazisində yerləşən “Mcdonalds”ın yaxınlığındakı “Azpetrol” yanacaq doldurma məntəqəsində gözləsin, pul gətirilib orada ona veriləcək, sonra isə sənədləşmə işləri aparılacaq. “Kia Optima” markalı avtomobilin sahibi də onu orada gözləmişdir. Onlar isə “Toyota Prius” markalı avtomobil ilə ünvan 7 ünvanına getmiş, Şahmarın arvadı Günel adlı qadın evlərinə daxil olub, pulu götürüb, yenidən qayıdıb avtomobildə əyləşmişdir. Onlar oradan hərəkətə keçib “Bakıxanov” qəsəbəsi ərazisində yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin yaxınlığında Günel adlı qadın nağd 5.006 (beş min altı) manat nağd pulu sayıb əri Şahmara vermiş, o da pulu ona vermişdir. Elə həmin ünvanda da ondan 494 (dörd yüz doxsan dörd) manat qalıq pulun göndərilməsi üçün bank hesabını istəmişlər. O da özünün istifadəsində olan lakin, özünə yox, tanışı Şahid5 məxsus hesabı təqdim etmiş, az sonra hesabına həmin məbləğ köçürülmüşdür. “Bakıxanov Mall”ın qarşısında taksi sürücüsü bildirmişdir ki, təcili getməlidir. O taksi sürücüsündən onu Əhmədli qəsəbəsi ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə aparmasını xahiş etsə də, taksi sürücüsü razılıq verməmişdir. Bundan sonra onlar məcbur qalıb mobil tətbiq vasitəsilə taksi sifarişi vermişlər. Həmçinin “Toyota Prius” markalı sürücünün pulunu artıqlaması ilə ödəmiş, həmin avtomobildən düşüb, sifarişi əsasında gələn yeni taksiyə əyləşmişlər. Oradan bir qədər uzaqlaşdıqdan sonra Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında olan zaman əli ilə Sabunçu rayon İcra Hakimiyyətinin sağında yerləşən məhləni göstərib orada yaşadığını sənədləşmə işlərinin görülməsi üçün lazımi sənədlərin evdə qaldığını deyib, maşından düşüb evə daxil olub həmin sənədləri götürməyi üçün onu gözləmələrini xahiş etmişdir. Daha sonra taksi sürücüsü avtomobili İcra Hakimiyyəti ilə üzbəüz saxlamış, o da avtomobildən düşüb, bir neçə dəqiqəyə qayıdacağını demişdir. Avtomobildən düşdükdən sonra məhləyə daxil olmuş və qaçaraq məhlənin digər çıxışından çıxıb oranı tərk etmişdir. Az sonra həmin şəxs yəni, Şahmar və “Kia Optima” markalı avtomobillərin sahibi ona zəng vursa da, zənglərə cavab verməmişdir. Əldə etdiyi ümumilikdə 5.500 (beş min beş yüz) manat pulun hamısını isə əyləncə və yeməyə xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında özünə avtomobil almaq qərarına gəlmiş, bu məqsədlə oğlundan xahiş etmişdir ki, avtomobillərlə maraqlansın, əgər bəyəndiyi avtomobil olarsa həmin avtomobili kredit şərtləri ilə alsın. Bu barədə oğlu tanışlarının vasitəsilə Əsgər adlı şəxsin avtomobil satışı ilə məşğul olduğunu ona demişdir. Bundan sonra oğlu Pərviz Əsgərin istifadəsində olan mobil nömrəni götürərək onunla əlaqə saxlamışdır. Oğlu telefon əlaqəsi zamanı Əsgərə bildirmişdir ki, avtomobili nağd almaq üçün kifayət qədər pulları yoxdur, bəyəndikləri avtomobili kredit şərtləri ilə almaq istəyirlər. Əsgər də bu məsələ ilə bağlı heç bir problemin olmadığını deyib, oğlu Pərvizi “Yeganə” şadlıq sarayının arxa hissəsində yerləşən “X5” adlı avtosalona dəvət etmişdir. 31 oktyabr 2024-cü il tarixdə oğlu Pərviz Əsgər ilə görüşərək həmin avtosalona getmişlər. Lakin o, xəstəliyi ilə bağlı avtosalona gedə bilməmişdir. Oğlu Pərvizə demişdir ki, avtosalona get, orada avtomobillərə baxış keçir, oradan görüntülü əlaqə saxla. Pərviz də avtosalonda olan zaman onunla əlaqə saxlamış və “Toyota Aqua” markalı avtomobili bəyəndiyini və büdcələrinə uyğun avtomobil olduğunu demişdir. O, oğlu Pərvizə Əsgər adlı şəxs ilə kredit şərtləri ilə bağlı danışmasını demiş, bir müddətdən sonra Pərviz onunla əlaqə saxlayıb demişdir ki, “Toyota Aqua” markalı avtomobilin satış qiyməti 22.500 (iyirmi iki min beş yüz) manatdır, həmin maşını Əsgər özü avtosalondan həmin qiymətə alacaq və onlara da ilkin ödəniş 1.500 (min beş yüz) manat olmaqla 48 ay müddətinə hər ay 550 (beş yüz əlli) manat ödəmək şərtilə verəcək. O da bu fikirlə razılaşmışdır. Bundan sonra o, ilkin ödəniş olan 1.500 (min beş yüz) manat pulun köçürülməsi üçün Əsgərdən istifadəsində olan bank kartını istəmiş, Əsgər də özünə məxsus kart hesabını vermişdir. Həmin gün, yəni, 31 oktyabr 2024-cü il tarixdə saat 17:23 radələrində Əmircan qəsəbəsində yerləşən “Oba” marketdə Təqsirləndirilən şəxs məxsus “Kapital Bank” hesabına 1.500 (min beş yüz) manat pul köçürmüş və dərhal oğlu ilə əlaqə saxladıqda oğlu demişdir ki, Əsgər yanındadır və Əsgər hesabına pul gəldiyini bildirdi. Lakin az müddət sonra Əsgər marketdən siqaret alıb geri qayıdacağını deyib avtosalondan çıxmış, lakin oğlu Pərviz Əsgəri nə qədər gözləsə də geri qayıtmamışdır. Baş vermiş hadisə nəticəsində ona 1.500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 09 noyabr 2024-cü il tarixdə “Lalafo.az” saytında 2.000 (iki min) manat ilkin ödəniş edərək özünə avtomobil almaq məqsədi ilə mobil telefon nömrəsini elanda yerləşdirmişdir. 12 noyabr 2024-cü il tarixdə onun mobil telefonuna zəng edən sonradan adını bildiyi Təqsirləndirilən şəxs Mugan oğlu “Lalafo.az” saytından elanda yazdığı şərhləri oxuduğunu, şərtinə uyğun avtomobil olduğunu və ona verə biləcəyini bildirib hansısa avtomobil satışı salonundan görüntülü zəng edib avtomobilləri ona göstərmişdir. Hansı avtomobili almağını soruşduqda Əsgərə ilkin ödəniş 2.000 (iki min) manat verə biləcəyini və sürətlər qutusu avtomat olan markasından asılı olmayaraq avtomobil almaq istədiyini demişdir. Həmin şəxs ona demişdir ki, burada avtomobil çoxdur gəlib özüm baxım. O, Əsgərdən harada olduğunu soruşduqda, Əsgər “Babək” prospektində yerləşən “X7 №1” avtosalonda olduğunu demişdir. O da həmin ünvanı tanımadığından avtosalonun yerləşdiyi məkanı ona göndərməsini demişdir. Əsgər də ona məkan məlumatı göndərmiş, o da həmin deyilən avtosalona getmişdir. Avtosalonda onu qarşılayan adını Sahib kimi təqdim edən, lakin əsl adı Əsgər olan həmin şəxs salonda onu gəzdirməyə başlamışdır. Orada ilk öncə “Hyundai Elantra” markalı avtomobilə baxmış, lakin bəyənməmişdir. Ona görə də orada avtosalonun içində olan Toyota Corolla” markalı avtomobilə baxaraq həmin avtomobili almağı ilə bağlı razılaşmışdır. Bu məqsədlə həmin şəxs ona ilkin ödəniş kimi ödəyəcəyi 2.000 (iki min) manat pulu onun bank kartına göndərməyini və sonra avtomobili sənədləşdirəcəyini demişdir. Əsgər özünü həmin avtosalonun rəhbəri kimi təqdim etdiyindən və salonda olan avtomobillərin funksiyalarından dəqiqliyi ilə danışdığından onun sözlərinə inandığı üçün həmin avtosalonun qarşısında “Kapital Bank”a aid bank kartının hesabına özünə məxsus “Kapital Bank”a aid bank kartından 2.000 (iki min) manat pul göndərmişdir. Avtosalona oğlu Məhəmməd Yusubov ilə birlikdə getdiyi üçün oğluna avtosalonda olmadığı müddətdə bəyəndiyi avtomobildə oturub gözləməsini demişdir. Daha sonra Əsgərlə birlikdə etibarnamə imzalamaq üçün özünün avtomobili ilə “Bakıxanov” qəsəbəsindəki ASAN xidmətə getmək istəyərkən oğlunun da onun avtomobilinə əyləşdiyini görmüş və başa düşmüşdür ki, oğlu avtosalonda qalmaq istəməyib, buna görə də oğlundan heç bir şey soruşmamışdır. ASAN xdmətə çatdıqda Əsgər avtomobilindən düşüb ona demişdir ki, 1 dəqiqə gözləsin gəlir. Bundan sonra Əsgər getmiş, təxminən 30 dəqiqədən sonra Əsgərə zəng edib gəlib-gəlməməsini soruşmuşdur. Əsgər isə ona demişdir ki, 4 dəqiqəyə onun yanındadır. Bundan 30 dəqiqə keçdikdən sonra o, Əsgərə yenidən zəng etmiş, lakin, Əsgər zəngərinə cavab verməyərək telefonu söndürmüşdür. Sonra başa düşmüşdür ki, həmin şəxs onu aldadaraq dələduzluq edib 2.000 (iki min) manat pulunu ələ keçirmişdir. Bundan sonra o, internet vasitəsi ilə “X7 №1” avtomobil salonunun mobil nömrəsini tapıb zəng edərək özünü ona salonun müdiri kimi təqdim edən Sahib aldı şəxsi soruşmuş, ona cavab verən şəxs Sahib adlı şəxs olduğunu demiş, səsindən onu aldadan şəxsə oxşamadığı üçün ondan bəlkə başqa bir Sahib adlı şəxsin orada işləyib-işləmədiyini soruşmuşdur. Onunla telefonda danışan Sahib adlı şəxs salonun müdiri olduğunu və orada başqa Sahib adlı şəxsin işləmədiyini demiş, ondan təkrar olaraq, onu aldadan şəxsi soruşmuş, Sahib adlı şəxs isə həmin şəxsi tanımadığını bildirmişdir. O aldandığı üçün ərizə ilə polisə müraciət etmiş, daha sonra oğlu Məhəmmədlə aralarında olan söhbət zamanı bildirmişdir ki, o Əsgərdən alacağı avtomobilin yanında qalmasını desə də, o, çölə çıxdıqdan sonra Əsgər oğluna salonda qalmamasını və onlarla birlikdə getməsini dediyi üçün Məhəmməd də onlarla birlikdə getmişdir. Özünü Sahib adı ilə təqdim edən əsl şəxsiyyətinin isə Təqsirləndirilən şəxs olan şəxs ona almaq istədiyi avtomobilin sənədlərini göstərməmiş, lakin avtosalonun içərisində olan zaman onu namazgaha salıb orada çox sayda Azərbaycan Respublikasına məxsus avtomobil nömrələri göstərərək ona Qazi olduğu üçün 77-077 dövlət qeydiyyat nişanlı nömrəni avtomobilinə sənədləşdirəcəyini demişdir. Təqsirləndirilən şəxs həmin avtomobil salonunda hər bir şeyin yerini bildiyini görüb onun avtomobil salonunun sahiblərindən olduğuna inanmışdır. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 24 noyabr 2024-cü il tarixdə saat 14 radələrində əri Şahid3 “whatsapp” vasitəsilə ona avtomobil şəkli göndərmiş, daha sonra ona zəng vuraraq “Tik- Tok” sosial şəbəkəsində avtomobil elanı gördüyünü və bəyəndiyini deyib, onunla birgə avtomobilə baxış keçirmək, həmçinin avtomobilin onun adına sənədləşdirilməsi üçün “Əhmədli” qəsəbəsi ərazisində yerləşən avtosalona getməli olduğunu demişdir. Əri Şahmar bildirmişdir ki, avtomobil “Kia Optima” markalı avtomobildir, 25.500 (iyirmi beş min beş yüz) manata satışa qoyulub, ilkin ödəniş olaraq 5.500 (beş min beş yüz) manat ödənilməlidir, qalıq 20.000 (iyirmi min) manat pulu isə 40 ay müddətinə hər ay 500 (beş yüz) manat ödəmək şərtilə razılaşmaq olar. Lakin onların əlində cəmi 4.500 (dörd min beş yüz) manat pul olmuşdur. Əri ilə danışdıqda Şahmara demişdir ki, 4.500 (dörd min beş yüz) manat pulu var, 1000 (min) manat pul isə çatışmır. Şahmar da demişdir ki, birazdan avtomobili satan şəxs ilə birlikdə gəlib maşına baxış keçirmək üçün onu götürəcəklər, “təcili get qızılları lombarda qoy pul götür.”. Bundan sonra o, “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən lombarda gedib, qızıllarını girov qoyaraq 950 (doqquz yüz əlli) manat pul almışdır. Həmin məbləğin 506 (beş yüz altı) manatı ona əlbbəl verilmiş, qalıq 444 (dörd yüz qırx dörd) manat pul isə istifadəsində olan bank kartının hesabına göndərilmişdir. İlkin ödəniş olan 5.500 (beş min beş yüz) manat pulu tamamlamaq üçün isə 50 (əlli) manat qardaşından borc istəmiş və qardaşı da hesabına 50 (əlli) manat pul göndərmişdir. Bundan təxminən 30 dəqiqə sonra əri Şahmar yaş asfalt rəngli “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını tam xatırlamadığı, lakin dövlət qeydiyyat nişanının sonu 536 ilə bitən avtomobil ilə lombardın yerləşdiyi “Qara Qarayev” metrostansiyasının yaxınlığına gəlmiş və avtomobildən düşüb onu qarşılamışdır. Avtomobilə əyləşdikdə əri arxa oturacaqda onun yanında oturmuşdur. Avtomobili bir nəfər təxminən 30 yaşında, arıq bədən quruluşlu, seyrək saqqallı şəxs idarə edirmiş, ön sərnişin oturacağında isə təxminən 30 yaşlarında, orta bədən quruluşlu, keçəl, saqqalı şəxs əyləşmişdir. Avtomobildə olan zaman ön sərnişin oturacağında əyləşmiş şəxs özünü Əli adlı şəxs kimi təqdim edərək demişdir ki, avtomobilə baxış keçirmək üçün “Əhmədli” qəsəbəsinə gedirlər. Yol gedən zaman özünü Əli adı ilə təqdim edən şəxs maşını tərifləyib etibarlı avtomobil olduğunu, heç bir probleminin olmadığını bildirərək demişdir ki, əgər avtomobili bəyənsəniz maşını avtomobilin yiyəsindən nağd olaraq alacaq və həmin avtomobili də onlara ilkin 5.500 (beş min beş yüz) manat və 40 ay müddətinə isə hər ay 500 (beş yüz) manat olmaqla ödəyərsiniz. Həmçinin maşında olan zaman bir nəfər şəxsə zəng edərək demişdir ki, avtomobilə baxış keçirməyə gəlirlər. Onlar qeyd edilən ünvana ünvan 9an sonra əri, “Toyota Prius” markalı avtomobilin sürücüsü və özünü Əli kimi təqdim edən şəxs maşından düşüb, ağ rəngli “Kia Optima” markalı avtomobilə baxış keçirib, diaqnostika etdirmişlər. Həmin müddət ərzində o “Toyota Prius” markalı avtomobildə əyləşmişdir. Avtomobilini baxışa gətirən “Kia Optima” markalı avtomobilin sürücüsü Əli adlı şəxsə demişdir ki, maşınla 2 saatlıq işi var və avtomobilin arxasında yüklər olduğundan onları evə aparıb boşaltmalıdır. Əli də həmin şəxsə “yox bizə maşın indi lazımdır, pulu verib maşını təhvil almaq istəyirik” deyə bildirmişdir. Diaqnostikadan sonra əri Şahmar ona yaxınlaşıb demişdir ki, maşını bəyənib, 5.500 (beş min beş yüz) manat pulu ver, Əliyə versin, Əli də həmin pulun üstünü düzəldib, maşını alsın. Özünü Əli kimi təqdim edən şəxs ərinə demişdir ki, ona məxsus avtosalon var, avtosalonunda notariusu da var, maşını ada keçirmək isə hədiyyə olacaq. Əri Şahmar da ondan pulu istədikdə o demişdir ki, üstündə sadəcə olaraq 506 (beş yüz altı) manat nağd pul var, 494 (dörd yüz doxsan dörd) manat pul kartdadır, qalıq 4.500 (dörd min beş yüz) manat pul isə evdədir. Bundan sonra özünü Əli adı ilə təqdim edən şəxs demişdir ki, ünvana gedib evdən pulu götürsünlər. Daha sonra onlar yenidən “Toyota Prius” markalı avtomobilə əyləşib, yaşadıqları evə gəlmişlər. Onlar evə gedən zaman “Kia Optima” markalı avtomobilin sürücüsü onların arxasınca gəlirmiş, lakin “Əhmədli” qəsəbəsi, Sarayevo küçəsi 1 ünvanında “McDonalds”ın arxasında, “AzPetrol” yanacaq doldurma məntəqəsinin içinə girərək bildirmişdir ki, onları orada gözləyəcək. Həmçinin özünü Əli adı ilə təqdim edən şəxsə zəng vurub demişdir ki, avtomobilin nömrəsini satmayacaq. Əli adlı şəxs isə telefon əlaqəsindən sonra əri Şahmara demişdir ki, 44 seriyası ilə başlayan dövlət qeydiyyat nişanı var, maşının üstünə həmin nömrəni bağlayarlar. Məhləyə çatdıqda Şahmar avtomobildə gözləmiş, o isə evə daxil olub 4.500 (dörd min beş yüz) manat pulu götürüb, evdən çıxıb avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra onlar avtomobili almaq üçün Xətai rayonuna istiqamətlənmişlər. Onlar “Toyota Prius” markalı avtomobildə “Bakıxanov” qəsəbəsi ərazisində yerləşən “Bakıxanov Mail” ticarət mərkəzinin yanında olan zaman o, evdən götürdüyü 4.500 (dörd min beş yüz) manat pulu və üzərində olan lombarddan girov qoyduğu qızılların müqabilində verilən 506 (beş yüz altı) manat pulu sayıb ərinə vermiş, əri də Əli adlı şəxsə vermişdir. Qalıq 494 (dörd yüz doxsan dörd) manat pulu isə elə həmin ünvanda istifadəsində olan “UniBank”a məxsus “LeoBank”a aid mobil tətbiq vasitəsilə Əli adlı şəxsin ona təqdim etdiyi hesaba göndərmişdir. Pulu verdikdən sonra “Toyota Prius” markalı avtomobilin sürücüsünə zənglər gəlmiş və onlara demişdir ki, arvadı hamilədir və təcili evə getməlidir. Buna görə də “Bakıxanov Mall” ticarət mərkəzinin qarşısında avtomobili saxlamışdır. Daha sonra Əli mobil tətbiq vasitəsilə “Kia Optima” markalı avtomobilin sürücüsünün onları gözlədiyi “Əhmədli” qəsəbəsi, Sarayevo küçəsi 1 ünvanında “McDonalds”ın arxasında, “AzPetrol” yanacaq doldurma məntəqəsinə sifariş vermiş az sonra taksi gəlmişdir. Onlar ‘Toyota Prius” markalı avtomobildən düşüb, sifariş əsasında gələn taksiyə əyləşmişlər. Taksidə olan zaman “Kia Optima” markalı avtomobilin sahibi Əli adlı şəxsə zəng vuraraq demişdir ki, “mənim bütün işlərimi korladız, nə vaxt gəlirsiz, sizi gözləyirəm”. Əli də ona demişdir ki, yoldayıq gəlirik. Əli onunla telefon danışığını bitirdikdən sonra onlar Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında olan zaman Əli adlı şəxs bildirmişdir ki, yaxınlıqla qalır, lazımi sənədlər evdədir, onları götürmək lazımdır. Əli taksi sürücüsündən xahiş etmişdir ki, maşını saxlasın. Sonra maşından düşüb orada yerləşən “Gül” satışı ilə məşğul olan mağazadan sağa girib məhləyə daxil olmuşdur. Onlar da Əli adlı şəxsi maşında gözləmişlər. Təxminən 2 dəqiqə sonra əri Şahmar ondan şübhələndiyi üçün avtomobildən enmiş və özünü Əli kimi təqdim edən şəxsin girdiyi məhləyə getmişdir. Lakin az sona avtomobilə geri qayıdıb demişdir ki, Əlinin girdiyi məhlənin digər çıxışı var, həmin şəxs onları aldadıb. Dərhal onlar Əli adlı şəxsin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng vurmuş və mesaj yazmışlar. Lakin Əli cavab verməmişdir. Başa düşmüşlər ki, aldadılmışlar. Bundan sonra “Kia Optima” markalı avtomobilin onları gözlədiyi “AzPetrol” yanacaq doldurma məntəqəsinə qayıtsalar da, həmin şəxsi orada tapa bilməmişlər. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 5.500 (beş min beş yüz) manat ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının sonlarında atası Zərərçəkmiş şəxs1 avtomobil almaq qərarına gəlmişdir. O da bu məqsədlə avtomobillər ilə maraqlanırmış. 2024-cü ilin oktyabr ayının sonlarında qohumu taksi sürücüsü olan Şahid2 zəng vuraraq avtomobil almaq istədiklərini bildirmiş və ondan avtomobil satışı ilə məğul olan tanışının olub-olmamasını soruşmuşdur. Telefon əlaqəsi zamanı qohumu Emin demişdir ki, bu yaxınlarda avtomobilinə bir nəfər şəxs sərnişin qismində əyləşmiş, həmin sərnişin söhbət zamanı bildirmişdir ki, avtomobil satışı ilə məşğul olur, bu səbəbdən də həmin şəxsin mobil nömrəsini mobil telefona qeyd etmişdir. O da Emindən həmin şəxslə danışmasını xahiş etmişdir. Emin özünü avtomobil satışı ilə məşğul olan şəxs kimi təqdim edən Təqsirləndirilən şəxsla danışdıqdan sonra ona demişdir ki, həmin şəxs görüşmək istəyir. Bundan sonra onlar yəni, Emin, Əsgər ilə “Əhmədli” qəsəbəsi ərazisində görüşmüşlər. Orada görüşən zaman o, Təqsirləndirilən şəxsla tanış olmuşdur. Görüş zamanı Əsgərə kredit şərtləri ilə avtomobil almaq istədiyini demişdir. Əsgər də heç bir problemin olmadığını, Binəqədi rayonu ərazisində qohumuna məxsus avtosalon olduğunu deyib, maşınlara baxış keçirmək üçün “Yeganə” Şadlıq sarayının arxa hissəsindəki avtosalona getməyi təklif etmişdir. Bundan sonra o və Əsgər qohumu olan Eminin avtomobili ilə həmin ünvana getmişlər. Həmin ünvanda adı “X6” adlı avtosalona daxil olmuşlar. Maşınlara baxış keçirdikdən sonra o “Toyota Aqua” markalı avtomobili bəyəndiyini və avtomobili kredit şərtləri ilə almaq istədiyini Əsgərə demişdir. Əsgərdən maşının qiymətini soruşuqda, Əsgər avtosalondan avtomobilin qiymətini soruşmuş və avtosalondan onlara avtomobilin nağd qiymətinin 22.500 (iyirmi iki min beş yüz) manat olduğunu demişlər. Əsgər də orada işləyən şəxslərə demişdir ki, avtomobili o özü alacaq. Əsgərlə aralarında olan razılaşmaya əsasən Əsgər avtomobili avtosalondan 22.500 (iyirmi iki min beş yüz) manata nağd almalı, ilkin 1.500 (min beş yüz) manat ödəmək şərtilə 48 ay müddətinə aylıq 550 (beş yüz əlli) manat kredit şərtləri ilə ona verməli imiş. Bu təklif ona sərf etdiyindən Əsgərlə razılaşmışdır. Avtomobili atası üçün aldığından atasına zəng edib, həmin təklif barədə məlumat vermiş, atası da razılıq vermişdir. Bundan sonra Əsgər ondan ilkin ödəniş olaraq 1.500 (min beş yüz) manat pulu tələb etdikdə o, atasına zəng vurmuş və atası da Əmircan qəsəbəsi, T.Bayram küçəsi ünvanında yerləşən “Oba” adlı marketdən Əsgərin istifadəsində olan “Kapital Bank”a məxsus karta 1.500 (min beş yüz) manat pul köçürmüşdür. Atası Əsgərin hesabına pul göndərdikdən sonra Əsgər pulun hesabına gəlməsini təsdiqləmişdir. Həmin vaxt qohumu Emin tələsdiyindən o, Eminə demişdir ki, narahat olmasın getsin öz işləri ilə məşğul olsun. Bundan sonra Emin çıxıb getmişdir. Əsgər və o avtosalonda bir qədər söhbətləşdikdən sonra Əsgər marketdən siqaret alıb bir neçə dəqiqəyə qayıdacağını deyib, həyətə çıxmışdır. Amma nə qədər Əsgəri gözləsə də gəlməmişdir. Əsgərin gəlmədiyini görüb Əsgərin istifadəsində olan mobil nömrəyə zəng vursa da, Əsgər zənglərə cavab verməmişdir. Həmin zaman anlamışdır ki, Əsgər tərəfindən aldadılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs bir müddət əvvəl idarə etdiyi avtomaşına müştəri qismində əyləşmiş və həmin vaxt onunla tanış olmuşdur. Tanış olan zaman Əsgər özünü avtomobil satışı ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Bu səbəbdən də nə vaxtsa lazım olar deyə Əsgərin mobil telefon nömrəsini mobil telefonunda qeyd etmişdir. 2024-cü ilin oktyabr ayının 31-də o, öz avtomaşınını dəyişmək qərarına gəldiyi üçün Əsgərlə əlaqə saxlayaraq avtomobilini satıb, başqa avtomobil almaq istdəyini demiş, söhbət əsnasında Əsgər onu avtomobillərə baxış keçirmək üçün avtosalona dəvət etmişdir. Həmin günü təsadüfən dostu Şahid1 ona zəng vuraraq atası üçün avtomaşın almaq istədiyini, avtomaşın satışı ilə məşğul olan tanışının olub-olmadığını soruşduqda, bir neçə saata özü üçün avtomobillərə baxmaqdan ötəri avtosalona gedəcəyini, əgər istəyirsə onunla birlikdə getməyi təklif etmişdir. Həmin günü yəni, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Əsgərlə danışmış və Əsgərə yaşadığı evin məkan məlumatını göndərmişdir. Əsgər də müəyyən müddət sonra evin yaxınlığına gəlmişdir. Təxminən 30- 40 dəqiqə sonra isə dostu Pərviz yaşadığı ünvana gəlmişdir. O, Pərviz və Əsgər ona məxsus avtomaşınla Əsgərin bildirdiyi “X6” adlı avtosalona getmişlər. Orada avtomobillərə baxan zaman idarə etdiyi avtomobili satdıqdan sonra yeni avtomaşın almaqdan ötrü əlavə edəcəyi pulun çoxluğu sərf etmədiyindən avtomobili təzələmək qərarından daşınmışdır. Pərviz atası üçün bir neçə avtomaşına baxmış, orada olan “Toyota Aqua” markalı avtomaşını bəyənmişdir. Həmin avtomobil səhv etmirsə 22.500 (iyirmi iki min beş yüz) manata satışa çıxarılmışdır. Əsgər bildirmişdi ki, avtomaşını alacaq və maşını kredit şərti ilə Pərvizə verəcəkdir. Razılığa əsasən ilkin olaraq Pərviz Əsgərə 1.500 (min beş yüz) manat, ayda isə 550 (beş yüz əlli) manat pul verməli idi. Pərviz “Toyota Aqua” markalı avtomaşını bəyəndikdən sonra onun orada başqa işi qalmadığı, eləcə də getməli olduğu üçün Pərviz və Əsgərlə sağollaşıb getmişdir. Həmin gün təxminən saat 18 radələrində Pərviz ona zəng vurub demişdir ki, o getdikdən sonra Əsgər ilkin ödənişi etmək məqsədi ilə özünün istifadəsində olan kart hesabını verib, atası da Əsgərin istifadəsində olan kart hesabına 1.500 (min beş yüz) manat pul ödəmişdir. Əsgər hesabına 1.500 (min beş yüz) manat pulun köçdüyünü gördükdə Pərvizə pulun hesabına köçdüyünü göstərib, yaxınlıqda yerləşən mağazadan siqaret alıb gələcəyini və kredit sənədlərinin hazırlanması üçün lazımı prosseslərə başlayacağını deyib avtosalondan çıxmışdır. Pərviz onu orada bir qədər gözləmiş, Əsgərin geri qayıtmadığını, telefonlarını söndürmüş olduğunu müəyyən etdikdə aldadıldığını başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 noyabr 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində avtomobil elanlarına baxış keçirirmiş. Həmin zaman xatırlamadığı hesab sahibinin Yasamal rayonu ərazisində yerləşən maşın bazarından canlı yayın açaraq satışda olan avtomobilləri reklam edib, avtomobillərin ilkin ödənişlə, sərfəli kredit şərtləri ilə əldə etməyin mümkün olduğunu bildirmişdir. O da canlı yayın davam edə-edə həmin şəxsə yazaraq “Kia Optima” markalı avtomobilin olub-olmamasını soruşmuşdur. Canlı yayın açan şəxs ondan istifadəsində olan mobil nömrəni istəmiş, o da mobil nömrəsini qeyd etdikən az sonra həmin şəxs “whatsapp” vasitəsilə zəng vurmuş və özünü Əli adlı şəxs kimi təqdim etmişdir. Özünü Əli adı ilə təqdim edən şəxs telefon əlaqəsi zamanı bildirmişdir ki, uzun müddətdir bu işlə məşğul olur, özünün hətta avtosalonu da var. Bir neçə müddətdir ki, arvadı Zərərçəkmiş şəxs2 özünə avtomobil almaq istəyirmiş. İstəyirmişlər ki, “Kia Optima” markalı avtomobil alsınlar. O, telefon əlaqəsi zamanı Əli adlı şəxsdən satışda “Kia Optima” markalı avtomobilin olduğunu soruşmuş, Əli adlı şəxs isə olduğunu deyib “whatsapp” mobil tətbiqi vasitəsilə “Kia Optima” markalı avtomobillərin şəkillərini göndərmişdir. O da maşının şəkillərini arvadı Günelə göndərmişdir. Günel də avtomobili bəyənmişdir. Əli adlı şəxsə zəng vurub avtomobili bəyəndiyiklərini, gəlib baxış keçirmək istədiklərini demiş, həmin vaxt o, işlədiyi Sabunçu rayonu ərazisində yerləşən "xxxx" adlı şirkətdə olmuşdur. Özünü Əli kimi təqdim edən şəxs ondan harada olduğunu soruşduqda demişdir ki, işdədir. Əli adlı şəxs təklif etmişdir ki, gəlib onu özü götürəcək. Həmçinin Əli adlı şəxs ilə telefon əlaqəsi aparan zaman demişdir ki, həmin maşını ilkin ödəniş 5.500 (beş min beş yüz) manat, 40 ay müddətinə hər ay 500 (beş yüz) manat ödəməklə əldə etmək olar. Bu barədə arvadı Günelə bildirdikdə, Günel razılıq vermişdir. Amma arvadı ona demişdir ki, onda cəmi 4.500 (dörd min beş yüz) manat nağd pul var, 1000 (min) manat isə çatmır. O da demişdir ki, çalış qalıq pulu düzəlt, get qızıllarını lombarda qoy 1000 (min) manat pul götür, avtomobil satışı ilə məşğul olan şəxs onu işdən götürəcək və oradan Güneli götürüb, avtomobilə baxış keçirmək üçün “Əhmədli” qəsəbəsinə gedəcəklər. Günel bildirmişdir ki, “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən lombardın qarşısında olacaq, oradan onu götürsünlər. Əli adlı şəxs təxminən 1 saatdan sonra onun işlədiyi ünvana gəlmiş, oraya “Toyota Prius” markalı avtomobili idarə edən şəxs ilə gəlmişdir. Ünvana çatdıqdan sonra o, arxa oturacaqda əyləşmiş və “Qara Qarayev” metrostansiyasının yaxınlığına gedərək arvadını oradan götürüb avtomobilin olduğu “Əhmədli” qəsəbəsi istiqamətində yönəlmişlər. Ünvana gedən zaman müəyyən etmişdir ki, “Toyota Prius” markalı avtomobili idarə edən şəxs ilə özünü Əli kimi təqdim edən şəxs dostdurlar. Əli kimi tanıdığı şəxs ona demişdir ki, narahat olmasın ona saz vəziyyətdə avtomobil verəcək. Onlar həmin ünvana gedən zaman Əli adlı şəxsin telefonuna zəng gəlmiş, zəng edən şəxs ona demişdir ki, əlində 2014-cü ilin buraxılışı olan ağ rəngli “Kia Optima” markalı avtomobil var və avtomobili Əlinin avtosalonuna qoymaq istəyir. Əli adlı şəxs isə həmin şəxsə demişdir ki, avtosalonunda hal-hazırda yer yoxdur, “Kia Optima” markalı avtomobili almaq istəyən müştəri var. Bundan sonra Əli həmin şəxs ilə birlikdə elə getdikləri ünvana getmişlər. Onlar oraya çatdıqda ağ rəngli “Kia Optima” markalı avtomobilin sürücüsü orda olmuşdur. Oraya çatdıqdan sonra o, “Toyota Prius” markalı avtomobilin sürücüsü və Əli avtomobildən enib, maşına baxış keçirmişlər. Bu zaman arvadı Günel maşında olmuşdur. Avtomobili diaqnostika etdirdikdən sonra əsaslı problem olmadığından almaq qərarına gəlmişdir. “Kia Optima” markalı avtomobilin sürücüsü ilə Əli söhbətləşən zaman demişdir ki, avtomobili 24.000 (iyirmi dörd min) manata satır. Əli də “Kia Optima” markalı avtomobilin sürücüsü ilə razılaşmışdır. Əli həmin şəxsdən 24.000 (iyirmi dörd min) manata avtomobili alıb, həmin maşını ona ilkin olaraq 5.500 (beş min beş yüz) manat və 40 ay müddətinə hər ay 500 (beş yüz) manat olmaqla yəni, 25.500 (iyirmi beş min beş yüz) manata satacaqmış və bununla da 1.500 (min beş yüz) manat qazanc əldə edəcəkmiş. Əli bildirmişdi ki, bütün sənədləşdirmə xərclərini özü çəkəcək. Avtomobili bəyəndikdən sonra arvadı Günelə yaxınlaşıb, ondan ilkin olaraq nağd ödəniş üçün 5.500 (beş min beş yüz) manat pulu istəmişdir. Çünki, Əli ondan alacağı 5.500 (beş min beş yüz) manat pulun üzərini düzəldib, həmin avtomobili nağd qiymətə avtosalondan alıb sonra onlara kreditlə verəcəkdi. Arvadı isə ona demişdir ki, həmin şəxslər düzgün adama bənzəmirlər, bir-birlərinə qaş-göz edirlər. O isə arvadına demişdir ki, elə bir şey ola bilməz. Günel üzərində cəmi 506 (beş yüz altı) manat nağd pul, kart hesabında isə 494 (dörd yüz doxsan dörd) manat pul olduğunu, qalıq 4.500 (dörd min beş yüz) manat pulun isə evdə olduğunu demişdir. Bu zaman o, Əliyə yaxınlaşıb pulun evdə qaldığını, taksi ilə evə gedib pulu gətirəcəyini dedikdə, Əli dostunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə gedib evdən pulu götürməyi təklif etdi və o da razılaşdı. “Kia Optima” markalı avtomobilin sürücüsü isə avtomobili ilə 2 saatlıq işi olduğunu demişdir. Əli isə ondan gözləməsini “Əhmədli” qəsəbəsi, Sarayevo küçəsi 1 ünvanında “McDonalds”ın arxasında, “Azpetrol” yanacaq doldurma məntəqəsinin içərisində onları gözləməsini, evdən pulu götürüb ona verib, maşını təhvil alacaqlarını demişdir. Bundan sonra o, arvadı, Əli və “Toyota Prius” markalı avtomobilin sürücüsü ilə onun idarə etdiyi avtomobillə oradan çıxmışlar, “Kİa Optima” markalı avtomobilin sürücüsü də arxalarınca gəlmiş, “Əhmədli” qəsəbəsi, Sarayevo küçəsi 1 ünvanında “McDonalds”in arxasında “Azpetrol” yanacaq doldurma məntəqəsinin içərisində dayanıb onları gözləmişdir. Həmçinin “Kia Optima” markalı avtomobilin sürücüsü yolda olan zaman Əliyə zəng vurub demişdir ki, avtomobilin nömrəsini satmayacaq, nömrə həmin qiymətə daxil deyil. Əli də onun özünə demişdir ki, onda 44 seriyası ilə başlayan dövlət qeydiyyat nişanı var, həmin nömrəni hədiyyə edəcək. Bir müddətdən sonra onlar yaşadıqları evə gəlmişlər. Arvadı Günel maşından enib evə daxil olmuş və az sonra təkrar qayıdıb maşına əyləşmişdir. Arvadı Günel maşına əyləşdikdən sonra pulları çıxarıb saymağa başlamış, avtomobildə olan zaman “Bakıxanov Mall” ticarət Mərkəzinin yanında arvadı saydığı 5.006 (beş min altı) manat pulu ona vermiş, o da Əli adlı şəxsə vermişdir. Elə həmin vaxt da arvadı qalıq 494 (dörd yüz doxsan dörd) manat pulu Əlinin ona təqdim etdiyi kart hesabına mobil tətbiq vasitəsilə göndərmişdir. Pulu Əliyə verdikdən sonra “Toyota Prius” markalı avtomobilin sürücüsü demişdir ki, arvadı hamilədir, təcili evə getməlidir. Əli də ona, “gözlə taksi sifariş verim başqa taksi gəldikdən sonra çıxıb gedərsən” demişdir. Sonra Əli taksi sifariş vermiş, taksi gəldikdən sonra onlar avtomobildən düşüb taksiyə minmişlər. Taksiyə mindikdən sonra “Kia Optima” markalı avtomobilin sürücüsü Əliyə zəng edib demişdir ki, “bütün günümü korladınız, nə vaxt gələcəksiz? sizi gözləyirəm”. Avtomobil bir qədər hərəkət etdikdən sonra Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında Əli onlara demişdir ki, burada yaxınlıqda yaşayır, sənədləşmə işlərinin görülməsi məqsədilə bütün lazımı sənədlər evdədir, gedib evdən sənədləri götürüb gələcək. Onlar da Əliyə inandıqlarından razılıq vermişlər. Əli taskidən düşüb bir qədər hərəkət edib gül alqı-satqısı ilə məşğul olan mağazadan sağa girib məhləyə daxil olmuşdur. Əli məhləyə daxil olduqdan 1-2 dəqiqə sonra onda şübhələr yaranmış, dərhal maşından düşüb Əlinin girdiyi məhləyə daxil olmuş və aşkar etmişdir ki, məhlənin digər giriş-çıxışı var. Əlini gözləsələr də, Əli gəlməmişdir. Əlinin istifadəsində olan mobil nömrəyə zəng vurduqda zənglərə cavab verməmişdir. Anlamışlar ki, aldadılıblar. Bundan sonra “Kia Optima” markalı avtomobilin onları gözləməli olacağı “Azpetrol” yanacaq doldurma məntəqəsinə getmişlər. Lakin həmin şəxs orada olmamışdır. “Kia Optima” markalı avtomobilin sürücüsünün mobil telefon nömrəsi onlarda olmadığından ounla əlaqə saxlaya bilməmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X1, Şahid5, Şahid6, Şahid7 və Şahid8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər X1, Şahid5, Şahid6, Şahid7 və Şahid8 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 10-cu vərəqində olan xx.xx.2024-cü il tarixli, 2262 nömrəli qəbzdən görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki “Oba market”də yerləşən ödəmə terminalından 523915******9811 nömrəli kart hesabına 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cinayət işinin İ cildinin 74-75-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Bakıxanov Mall”un qarşısıdır. Cinayət işinin İ cildinin 157-ci vərəqində olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******6906 nömrəli kart hesabından 523915******9811 nömrəli kart hesabına 2000 manat məbləğində vəsait köçürülmüşdür. Cinayət işinin İ cildinin 160-161-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 61C ünvanında yerləşən “X7 №1” avtosalonun giriş hissəsidir. Cinayət işinin İ cildinin 195-196-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 27 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin İ cildinin 197-204-cü vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla çəkilməsi üçün 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzanın müəyyən edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-46/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilmiş hissəsinin cəzaçəkmə müddətinə hesablanması və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 07 dekabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin İ cildinin 246-cı vərəqində olan “İttiham elan etmək üçün tutma haqqında” 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin ll cildinin 35-41-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-755/2024 saylı qərarından görünür ki, vəsatətin təmin olunması, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 17 (on yeddi) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 17 dekabr 2024-cü il tarixdən saat 14:00-dan hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1472/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs hazırki qərarın çıxarıldığı günə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)- 214/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 7(003)-1472/2024 saylı qərarına əsasən, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməllərini 31 oktyabr 2024-cü il, 12 noyabr 2024-cü il və 24 noyabr 2024-cü il tarixlərdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-1472/2024 saylı qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 saylı hökmü təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-1472/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-1472/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-214/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar