Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-341/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Nəbiyev Elnur Temraz oğlunun iştirakı ilə 12 iyul 1996-cı il tarixdə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Əfəndiyev küç., ev 40, mənzil 04 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Alışov Orxan Ehtibar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29.317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2018-ci il tarixdə Bakı şəh., Suraxanı rayonu, Bülbülə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak mirdarında qanunsuz olaraq narkotik vasitə olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.340 qram və 0.926 qram, ümumi çəkisi 2.266 qram olan bitki məşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələr hesab edilən iki bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.700 qram və 0.687 qram olan, ümumi çəkisi 1.387 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, təmiz çəkisi 1.2 qram olan səkkiz ədəd həb şəklində metilendioksimetamfetamin (MDMA) əldə edərək yoxlamadan gizlətmək məqsədi ilə hazırladığı sovqatların içərisində olan qara rəngli bir cüt kişi ayaqqabısının hər iki tayının daban hissəsinə qablaşdırmaqla daşıyıb xx xxxxxx 2018-ci il tarixdə, saat 16:00 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına gətirmiş, hazırladığı sovqatları Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid9 ötürülməklə verilməsi üçün X6 verib getmiş, lakin həmin gün saat 17:30 radələrində sovqatlara baxış keçirilərkən orada olan bir cüt qara rəngli kişi ayaqqabısının hər iki tayının daban hissəsindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.340 qram və 0.926 qram, ümumi çəkisi 2.266 qram olan bitki məşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, ayrı-ayrılıqda təmiz çəkiləri 0.700 qram və 0.687 qram olan, ümumi çəkisi 1.387 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, təmiz çəkisi 1.2 qram olan səkkiz ədəd həb şəklində metilendioksimetamfetamin (MDMA) aşkar edilib götürüldüyündən iradəsindən asılı olmayan səbəbdən cinayətkar qəsdini başa çatdıra bilməyib cinayətə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Alışov X9 Məcəlləsinin 234.1 və 29.317-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Əfəndiyev qəsəbəsi, ev 40, mənzil 4 ünvanda yaşayır. Şahid9 şəxsən tanımır, onunla heç bir şəxsi münasibəti olmamışdır. 2018ci ilin oktyabr-noyabr aylarında Şahid9 barəsində eşitdiklərindən onun haqqında müsbət fikir yaranmışdır. Şahid9 xx xxxxxx 2017-ci il tarixdə ölkə ərazisinə küllü miqdarda narkotik vasitələr gətirdiyi üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Bu səbəbdən də Şahid9 üçün həddiyyə olaraq sovqat aparmaq qərarına gəlmişdir. xx xxxxxx 2018-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəh., Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən marketlərin birindən Şahid9 üçün müxtəlif adda ərzaqlar almışdır. Bundan sonra həmin gün saat təxminən 12-13 radələrində «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında yerləşən «Laçın» ticarət mərkəzinə getmişdir. Oradan 42 ölçüdə bir cüt qara rəngli kişi ayaqqabısı almışdır. Ayaqqabı almaqda məqsədi həmin ayaqqabıların daban hissəsinə narkotik vasitələr yerləşdirmək və Şahid9 narkotik vasitə istifadəçisi olması səbəbindən həmin ayaqqabını sovqatın içərisində Bakı İstintaq Təcridxanasına keçirmək olmuşdur. Narkotik vasitə almaq üçün də xx xxxxxx 2018-ci il tarixdə Bakı şəh., Suraxanı rayonu, Bülbülə qəsəbəsinə getmiş, orada tanımadığı, lakin xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxsə yaxınlaşmışdır. Həmin şəxsdən narkotik vasitə satıb-satmamasım soruşmuşdur. Tanımadığı şəxs ona müxtəlif adda narkotik vasitələrinin olması və həmin narkotik vasitələri ona sata biləcəyini söyləmişdir. Razılıq əldə etdiklərindən tanımadığı şəxsin gedərək təxminən 15 dəqiqə sonra qayıtmış və ona şəffaf selofana bükülmüş iki bükümdə metamfetamin kimi təqdim etdiyi maddəni, səkkiz ədəd ekstazi kimi təqdim etdiyi həbbi, şəffaf selofana bülükmüş iki ədəd bükümdə də marixuana kimi təqdim etdiyi narkotik vasitələri göstərib ümumilikdə 80 manat pul istəmişdir. O, 80 manat ödəməklə şəffaf selofana bükülmüş iki bükümdə metamfetamin, səkkiz ədəd ekstazi həbbi, iki ədəd şəffaf selofana bükülmüş marixuana alaraq həmin ərəfədə kirayədə yaşadığı Bakı şəh., Xətai rayonu ərazisində, Kənd Əhmədli qəsəbəsində yerləşən ünvanını bilmədiyi evə getmişdir. Evdə olarkən «Laçın» ticarət mərkəzindən aldığı bir cüt qara rəngli kişi ayaqqabısının hər iki tayının daban hissəsini evdə olan bıçaqla səliqəli şəkildə açmış, sonra həmin bıçaqla ayaqqabının hər iki dabanının iç hissəsini oymuşdur. Ardıcıllıqda aldığı şəffaf selofana bükülmüş iki bükümdə metamfetamin, iki ədəd şəffaf selofana bükülmüş marixuana, səkkiz ədəd ekstazi həbbinin hər bir həbbini ayrıayrılıqda bükərək həmin 8 ədəd ekstazini ayaqqabının daban hissəsinə səliqəli şəkildə yerləşdirmişdir. Sonra isə markasını xatırlamadığı kleylə daban hissələrini ayaqqabılara yapışdırmışdır. Aldığı ərzaqları və narkotik vasitələri də yerləşdirdiyi ayaqqabını 7-8 selofan torbalara yığdığını qeyd etmişdir. Səhəri gün xx xxxxxx 2018-ci il tarixdə, saat təxminən 16:00 radələrində ərzaqları və narkotik vasitələri yerləşdirdiyi bir cüt kişi ayaqqabısını qoyduğu 7-8 selofan torba ilə birlikdə Şahid9 saxlanıldığı Bakı İstintaq Təcridxanasına getmişdir. Sovqatları yığdığı 7-8 selofan torbanı götürüb şəxsiyyət vəsiqəsi ilə Bakı İstintaq Təcridxanasının X6 keçmişdir. X6 daxil olduqda əlindəki sovqatlar olan selofan torbaları oradakı nəzarətçiyə vermişdir. Sovqatların Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən yoxlanıldığını görüb R.R. Yusubzadə üçün gətirdiyi narkotik vasitələrin aşkar ediləcəyindən və onun məsuliyyətə cəlb ediləcəyindən ehtiyatlanıb nəzarətçiyə avtomobildən başqa sovqatlar da gətirməsini səbəb göstərərək X3 çıxmış və kirayədə yaşadığı Bakı şəh., Xətai rayonu ərazisində Kənd Əhmədli qəsəbəsində yerləşən ünvanını bilmədiyi evə getmişdir. Sonradan polis əməkdaşlarının onu axtarmalarını eşitdiyindən Şahid9 üçün gətirdiyi selofan torbalarda kişi ayaqqabısının daban hissəsinə yerləşdirdiyi narkotik vasitələr aşkar edildiyini başa düşmışdür. Polis əməkdaşlarının onu tapa bilməməsi səbəbindən tez-tez yaşadığı ünvanları dəyişirdiyini, 21 may 2020-ci il tarixdə, saat 17-18 radələrində Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın yaxlınlığında gəzərkən polis əməkdaşlarının onu saxlayaraq 15-ci Polis bölməsinə gətirmiş, oradan da onu Sabunçu Rayon Polis İdarəsinə aparmışlar. O, Şahid9 şəxsən tanımamış, onunla aralarında heç bir münasibət və ya qohumluq əlaqələri olmamışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elçin oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında əməliyyat şöbəsinin böyük inspektoru vəzifəsində xidmət edir, ədliyyə kapitanıdır. xx xxxxxx 2018-ci il tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılan Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü və 240.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs və barəsində Bakı şəh., Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş Şahid9 yanına gətirilən sovqatların içərisində narkotik vasitə və psixotrop maddə olacağı barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə bağlı əvvəlcədən müvafiq tədbirlər görülmüşdür. xx xxxxxx 2018-ci il tarixdə, saat 16:00 radələrində Bakı İstintaq Təcridxanasında saxlanlılan təqsirləndirilən şəxs Şahid9 üçün Təqsirləndirilən şəxs tərəfindən sovqat gətirilmişdir. Təqsirləndirilən şəxs gətirdiyi sovqatları həmin gün X4 xidmət aparan əməkdaşlara təqdim edərək avtomobildən digər sovqatları gətirmək adı ilə gedərək geri qayıtmadığını, bu hərəkəti şübhə yaratdığından hadisə ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məruzə edilmişdir.Rəhbərliyin göstərişi ilə sovqatlar həmin gün saat 17:30 radələrində xüsusi ayrılmış otağa aparılmışdır. Hal şahidləri qismində Şahid7, Şahid8 dəvət edilmişdir. Hal şahidlərinin və Bakı İstintaq Təcridxanasında X5 əməkdaşları Şahid3ov, Şahid6, Şahid2, Şahid5 və Şahid4in iştirakı ilə Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara baxış keçrilmişdir. Keçirilmiş baxış zamanı sovqatların içərisində olan qara rəngli kişi ayaqqabısının hər iki tayının daban hissəsinə yerləşdirilməklə gizlədilmiş iki ədəd şəffaf selofan bükülüdə, xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə, iki ədəd şəffaf selofan bükülüdə və hər birinin içərisində bir ədəd həbb olmaqla səkkiz ədəd bükülüdə boz rəngli psixotrop maddəyə oxşar maddələrin aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələrin hal şahidlərinin və Bakı İstintaq Təcridxanasının əməkdaşlarının iştirakları ilə xüsusi zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərfin hal şahidləri və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmişdir. Sovqatlardan aşkar edilmiş maddələrin ekspertizada tədqiq olunduqdan sonra təmiz çəkiləri 0.700 qram və 0.687 qram olan, ümumi çəkisi 1.387 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, təmiz çəkisi 1.2 qram olan səkkiz ədəd həb şəklində MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatları, təmiz çəkiləri 1.340 qram və 0. 926 qram, ümumi çəkisi 2.266 qram olan bitki məşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğunun müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Mikayılov Rəşad Elxan oğlu, Şahid4 Telman oğlu, Şahid5, Şahid6 Rəhim oğlu Şahid1 Elçin oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şükürov Rasim Allahverdi oğlu ifadəsində göstərmişdir ki, Bakı şəh., Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 03 il , 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında təsərüfat briqadasında çəkmiş,Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 16:00 radələrində Bakı İstintaq Təcridxanasında 5 saylı rejim korpusunun 62-ci kamerasında saxlanılan həbs edilmiş Şahid9 yanına sovqat verən tanışı Təqsirləndirilən şəxs gətirdiyi sovqatı müəssisənin X4 xidmət aparan nəzarətçiyə vermişdir. Avtomobildən digər sovqatları gətirmək üçün X3 çıxaraq bir daha geri qayıtmadığına görə həmin tarixdə saat 17:30 radələrində vətəndaş Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara xüsusi ayrılmış otaqda baxış keçrilərkən hal şahidi qismində dəvət olunmuşdur. Baxış zamanı sovqatın içərisində olan qara rəngli kişi ayaqqabısının hər iki tayının daban hissəsinə yerləşdirilməklə gizlədilmiş 4 (dörd) ədəd şəffaf selofan bükülüdə, xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə və 8 (səkkiz) bükülüdə isə hər birinin içərisində 1 ədəd olmaqla boz rəngli dərman preparatları aşkar edilərək götürülmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Məmmədov Şahin Elşən oğlu ifadəsində göstərmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 16:00 radələrində Bakı İstintaq Təcridxanasında 5 saylı rejim korpusunun 62-ci kamerasında saxlanılan həbs edilmiş Şahid9 yanına sovqat verən tanışı Təqsirləndirilən şəxs gətirdiyi sovqatı müəssisənin X4 xidmət aparan nəzarətçiyə vermişdir. Avtomobildən digər sovqatları gətirmək üçün X3 çıxaraq bir daha geri qayıtmadığına görə həmin tarixdə saat 17:30 radələrində vət.Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara xüsusi ayrılmış otaqda baxış keçrilərkən hal şahidi qismində dəvət olunmuşdur. Baxış zamanı sovqatın içərisində olan qara rəngli kişi ayaqqabısının hər iki tayının daban hissəsinə yerləşdirilməklə gizlədilmiş 4 (dörd) ədəd şəffaf selofan bükülüdə, xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə və 8 (səkkiz) bükülüdə isə hər birinin içərisində 1 ədəd olmaqla boz rəngli dərman preparatları aşkar edilərək götürülmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Yusifzadə Rafiq Rövşən oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə küllü miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə etdiyinə görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.3cü, 240.3.2-ci maddələri ilə təqsirli bilərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda da cəzasını 6 saylı X13 çəkir. xx xxxxxx 2018-ci il tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılarkən saat təxminən 10:00 radələrində Bakı İstintaq Təcridxanasının əməkdaşlarının ona xx xxxxxx 2018-ci il tarixdə bir nəfər şəxsin ona sovqat gətirməsi, həmin sovqatların içərisindən narkotik vasitə və prixotrop maddələrin aşkar edildiyini, həmin şəxsin özünün isə çıxıb getdiyini göstərmişdir. O, Bakı İstintaq Təcridxanasında saxlanılarkən kimsədən onun üçün xx xxxxxx 2018-ci il tarixdə sovqat gətirməsini xahiş etməmişdir. Hadisə barədə Bakı İstintaq Təcridxanasının əməkdaşlarından xx xxxxxx 2018-ci il tarixdə eşitdikdə təəccüblənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ortaq tanışları və qohumluq əlaqələri olmamışdır. Onun nə səbəbə xx xxxxxx 2018-ci il tarixdə ona sovqat gətirməsindən və həmin sovqatların içərisində olan bir cüt kişi ayaqqabısının hər iki tayının daban hissəsindən iki bükümdə metamfetamin, səkkiz ədəd ekstazi həbbi və iki bükümdə marixuana olmasından xəbəri olmamış, nə Təqsirləndirilən şəxs nə də başqa kimsədən ona sovqat, narkotik vasitə və ya psixotrop maddə gətirməsini xahiş etməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31521 saylı, 03 dekabr 2018-ci il tarixli arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.......həbs olunmuş şəxs Yusubzadə Rafiq Rövşən oğlunun yanına sovqat gətirmiş qohumu Təqsirləndirilən şəxs gətirdiyi sovqatdan....aşkar edilmiş....” və sair sözlərdən ibarət yazısı olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmizçəkiləri 0.700 qram və 0.687 qram, ümumi təmizçəkisi 1.387 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdəki 08 ədəd həblər təsir maddəsinin ümumi təmizçəkisi 1.2 qram təşkil edən MDMA(metilendioksimetamfetaminin ekstaz) preparatlarıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31522 saylı, 03 dekabr 2018-ci il tarixli arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.......Alışov Orxan Ehtibar oğlunun gətirdiyi sovqatın içərisində olan....” sözləri yazılmış zərfdə iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.340 qram və 0.926 qram bitki mənşəli kütlələr tərkibində narkotikmaddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-2.266 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/392 saylı, 02 iyul 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.31 qram və 0.896 qram ümumi təmiz çəkisi 2.206 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, ilkin tədqiqat zamanı maddələrin təmiz çəkiləri 1.340 qram və 0.926 qram, ümumi təmiz çəksi 2.266 qram təşkil edir. Marixuanın ümumi təmizçəkisi-2.206 qram, tədqiqata sərf edildi-0.04 qram (hər obyektdən 0.02 qram), qalıq isə 2.166 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1226 saylı, 29 iyul 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs gətirdiyi sovqatdan...» sözləri olan zərfdəki iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.680 qram, 0.657 qram, ümumi təmiz çəkisi 1.337 qram olan ağ rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 6 ədəd dördkünc formalı həb və çəkisi 0.226 qram olan 14 hissə oval formalı həbin əsas təsiredici maddəsi metilendioksimetamfetamindir (MDMA) və həmin həblərin tərkibində metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı 0.975 qram-dır (0,900 qram + 0,075 qram). Təqdim olunan metamfetamin və metilendioksimetamfetamin-MDMA «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi tədqiqatlardan sonra 1.237 qram qalmışdır. Tədqiqatlardan sonra həblərin sayı beş ədəd qalıq qalmışdır. Tədqiq olunan metamfetamin və metilendioksimetamfetamin MDMA Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı 01) daxildir. Metamfetaminin ümumi təmiz çəkiçi-1.337 qram, tədqiqata sərf edildi-0.100 qram, qalıq 1.237 qramdır. Həb kəsiyinin çəkisi-0.226 qram, tədqiqata sərf edildi-0.100 qram, qalıq-0.126 qramdır. Həblərin sayı-06 ədəd həb, tədqiqata sərf edildi-01 ədəd, qalıq-05 ədəd həb. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 2127 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitki preparatlarından, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatlarından sui-istifadə edilməsinəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ərazi narkoloji dispanserində qeyliyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X7 Hüquqi Şəxsi 2085 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 -ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 02 iyun 2010-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ehtibar oğlu Bakı şəh., Xətai Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1,177.2.3, 29.177.2.1, 29.177.2.3, 178.2.1, 178.2.2, 66.3, 70-ci maddələri ilə təqsirli bilinib, 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza 02 il, 06 ay müddəti sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 317-1.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsivə ya ötürülməsi cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Alışov Orxan Ehtibar oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1 və 317-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Alışov X9 Məcəlləsinin 234.1 və 317-1.1ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən-cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinəgörə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görəbaşa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzasnın müddətivə ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsindəbaşa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Alışov Orxan Ehtibar oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Alışov X9 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 74). Cinayət işinin materiallarında olan 4(008)291/2020 saylı, 23 may 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 may 2020-ci il tarixdən hesablanmaqla, 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 109). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayətişi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1ci maddəsindən Cinayət Məcəlləsinin 234.1 və 317-1.1-ci maddələrinə tösfi edilmişdir (səh., 133). Məhkəmə, Təqsirləndirilən şəxs Ehtibar oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ehtibar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» X13 çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «21» may 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs Ehtibar oğluna cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.340 qram və 0.926 qram olmaqla ümumi çəkisi 2.266 qram olan, tədqiqatlardan sonra qalıq qalmış 2.166 qram olan bitki məşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, psixotrop maddələr hesab edilən ilkin iş materiallarında iki bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.700 qram və 0.687 qram olmaqla ümumi çəkisi 1.387 qram olan, tədqiqatlardan sonra qalıq qalmış 1.237 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, təmiz çəkisi ilkin iş materiallarına 12 qram olan səkkiz ədəd həb şəklində,tədqiqatlardan sonra 05 ədəd həb MDMA (metilendioksimetamfetamin,ekstazı) preparatlar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 302 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Ehtibar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 317-1.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Ehtibar oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «05» (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən isə «01» (bir) il, «05» (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq qəti olaraq Təqsirləndirilən şəxs oğlunun üzərində «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ehtibar oğlunun cəza çəkmə müddətinin başlanğıcı «21» may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.340 qram və 0.926 qram olmaqla ümumi çəkisi 2.266 qram olan, tədqiqatlardan sonra qalıq qalmış 2.166 qram olan bitki məşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, psixotrop maddələr hesab edilən ilkin iş materiallarında iki bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.700 qram və 0.687 qram olmaqla ümumi çəkisi 1.387 qram olan, tədqiqatlardan sonra qalıq qalmış 1.237 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, təmiz çəkisi ilkin iş materiallarına 12 qram olan səkkiz ədəd həb şəklində,tədqiqatlardan sonra 05 ədəd həb MDMA (metilendioksimetamfetamin,ekstazı) preparatlar məhv edilsin. İş üzrə 302 manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-341/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-341/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver