Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-341/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,502 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın yaxınlığınadək daşımış, 16 dekabr 2023-cü il tarixdə, saat 14 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ 14-cü PŞ-nin əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 4u Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən siqaretin 1 ədəd kağızına bükülmüş təmiz çəkisi 0,502 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bədənində ağrıları olduğundan narkotik tərkibli maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən alaraq istifadə edir. Belə ki, ağır ankoloji xəstədir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində heroin istifadə etmək istədiyindən alması üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə getmişdir. Orada, mədənlərin arasında olarkən tanımadığı və görsə belə tanıya bilməyəcəyi şəxsə heroin lazım olduğunu bildirmiş, xahiş etmişdir ki, ona 10 manatlıq heroin tapsın. Həmin şəxs ondan 10 manatı alaraq uzaqlaşıb gözdən itmiş, təxminən 15 dəqiyqə sonra ona yaxınlaşaraq bir ədəd siqaretin gümüşü kağızındakı bükümü vermiş, bildirmişdir ki, bükümün içərisindəki heroindir. O, həmin bükümü alaraq cibinə qoyub üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvan 6 ünvanın yaxınlığında olarkən həmin heroin cibində olmuşdur. Həmin vaxt ona sonradan adlarını bildiyi Samir ¡manov və Şahid1 yaxınlaşaraq 14-cü PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun cibində heroin olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansı yolla olur olsun polis əməkdaşlarından uzaqlaşsın. Odur ki, polis əməkdaşlarına əhəmiyyət verməyərək onlardan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları ona yaxınlaşaraq kimliyi barədə soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Polis əməkdaşlarına əhəmiyyət verməyib yenidən polis əməkdaşlarından uzaqlaşmaq istəyərkən onu Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. O, etiraz etməmiş, düşünmüşdür ki, yolda heroini tullayar, lakin polis əməkdaşları buna şərait yaratmamışlar, birgə 14-cü PŞ-nin inzibati binasına gəlmişlər. 14-cü PŞ-də ona X3 tərəfindən özünün siyahıdan seçdiyi vəkil Müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən heroin aşkar olunmasını görsəydi məhkəmədə onu əminliklə müdafiyə etməyəcəydi. X2 xidməti otağında üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı X3 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bununla əlaqədar etirazının olub-olmamasını soruşmuş, o, demişdir ki, etirazı yoxdur. 14cü PŞ-nin əməkdaşları tərəfindən üzərinə ətraflı baxış keçirilən zaman boz rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızındakı 1 ədəd büküm çıxarılaraq masanın üzərinə qoyulmuşdur. X3 tərəfindən həmin büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə “kakos”dur, Balaxanı qəsəbəsi ərazisində mədənlərin içində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 10 manata almışdır. Həmin büküm X3 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, o, Samir İmanov və Şahid1 zərfi imzalamışlar. Bundan sonra üzərində aparılan şəxsi axtarışa dair protokol tərtib edilmişdir. O, və polis əməkdaşları bu barədə tərtib edilmiş protokolu imzaları ilə doğruluğunu təsdiqləmişlər.Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, eləcə də qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat rəhbərliyə raportla məruzə olunmaqla yoxlanılması məqsədi ilə “X1” Azərbaycan Respublikasının Qanununun 10, 11 və 12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, Sabunçu RPİ-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Xəqani Mikayılov və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 7 ünvanının yaxınlığında məlumatda göstərilən Təqsirləndirilən şəxs müəyyən etmişlər, ona yaxınlaşıb özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirib ərazi aidiyyəti üzrə Sabunçu RPİ 15-ci Polis bölməsinə dəvət etmişlər. Sərxan Abbasov buna etiraz etməyərək onlarla birlikdə 15-ci PB-yə gəlmiş, sonuncunu PB-nin Növbətçi Hissəsinə təhvil verib bu barədə raportla bölmənin rəhbərliyinə məruzə etmişlər. Qeyd edilən raport üzrə araşdırma aparılmasının 15-ci PB- nin baş təhqiqatçısı, polis mayoru Rauf Əfəndiyevə həvalə edilmiş, sonuncu tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından Sərxan Abbasovun şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmişdir. Sərxan Abbasova şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmamasının soruşulmuş, sonuncu videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Sərxan Abbasovun şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, sonra polis mayoru Rauf Əfəndiyev tərəfindən Sərxan Abbasova üzərində olan saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddənin təqdim etməsinin təklif olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuş, sonra tərəfindən Sərxan Abbasovun üzərinə əlavə baxış keçirilmiş, əlavə baxış zamanı onun üzərindən başqa heç nə aşkar olunmamışdlr. Sərxan Abbasovun masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümü açaraq içərisindən aşkar olunmuş tünd qəhvəyi rəngli maddəni videokameraya və iştirakçılara nümayiş etdirmiş, baş təhqiqatçı Rauf Əfəndiyev həmin maddənin nə olması barədə Təqsirləndirilən şəxs sual vermiş, sonuncu təqdim etdiyi maddənin “heroin” olduğunu və 2 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, eləcə də təxminən 9 ildir narkotik vasitələrin aludəçisi olduğunu bildirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Ağır xəstə olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, ədavəti və ya düşmənçilikləri olmamışdır. xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ 14-cü PŞnin sahə inspektoru, polis kapitanı Şahid2la birgə Polis şöbəsinin inzibati ərazisində, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsində xidmət aparırmış. Həmin tarixdə saat 14 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yol kənarında dayanan, sonradan şəxsiyyətini müəyyən etdikləri narkotik tərkibli maddələrin təsiri altında olması görünüşü yaradan Təqsirləndirilən şəxs diqqətlərini cəlb etmişdir. Təqsirləndirilən şəxs onu və Şahid2 görən kimi iti yerişlə hərəkətə başlamış, Təqsirləndirilən şəxs hərəkətləri onlarda şübhə oyatdığından həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs anket məlumatlarını soruşmuş, Təqsirləndirilən şəxs ona və Şahid2 əhəmiyyət verməyərək iti yerişlə uzaqlaşmaq istədiyi üçün Təqsirləndirilən şəxs qarşısını kəsərək sonuncudan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində heç bir sənədi yoxdur. Şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə aparılan sorğu zamanı Təqsirləndirilən şəxs, qeyri müəyyən cavablar verdiyindən, narkotik tərkibli maddələri daşımaqda Təqsirləndirilən şəxs şübhələnmiş və həmin şəxsi Sabunçu RPİ 14-cü PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onunla və Şahid2la birgə 14-cü Polis şöbəsinə getmişlər. O, həmçinin sahə inspektoru Şahid2, Təqsirləndirilən şəxs PŞ-yə gətirilməsi barədə PŞ rəhbərliyinə raportla məruzə etmiş, bu barədə araşdırmanın aparılması X3a həvalə edilmişdir. Təqsirləndirilən şəxs PŞ-yə gətirilən andan şəxsi axtarışı aparılanadək müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan X3 tərəfindən hüquqları izah olunmuş, Müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan 14-cü PŞ-nin inzibati binasında X2 xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən X3 saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirib bununla əlaqədar etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman boz rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızındakı 1 ədəd büküm aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş büküm “kakos”dur, Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm X3 tərəfindən zərfə qoyularaq qablaşdırılmış və həmin zərf möhürlənmişdir. O, Şahid2 və Təqsirləndirilən şəxs zərfi imzalamışlar. Şahid Sabunçu RPİ 14-cü PŞ-nin sahə inspektoru Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 14-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirilən zaman boz rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızındakı 1 ədəd büküm çıxarılaraq masanın üzərinə qoyulmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə “kakos”dur, Balaxanı qəsəbəsindən, mədənlərin içindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. X3 tərəfindən büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuş, həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanmışdır (i.v. 22-23). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 16 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6436 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün Nq 100” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)“ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,502 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v.28-32). “Maddi sübut kimi tanıma haqqında” 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,502 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 0,452 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.73). Məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli, 791 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.75-76). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə, saat 14:00-dan tutulmuş hesab edilmişdir (i.v.19). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.57-59). “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 dekabr 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.60-61). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza 09 ilə endirilmiş, 15 iyul 2022-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 11 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.87-89). Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(002)- 1007/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 11 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.90-92). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 22 may 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 20 may 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və müalicə alması məqsədi ilə 20 may 2024-cü il tarixdə Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlinə görə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə və bununla da ona güzəşt edilməsinə baxmayaraq həmin müddətdə yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, yaşlı olmaqla səhhətində ciddi problemlərinin olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, ona cinayətlərin residivi nəzərə alınmaqla cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(002)-1007/2022 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hömklə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. AR CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(002)-1007/2022 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hömklə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya qismən birləşdirilməli, AR CM-nin 69.3cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət həmin cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(002)-1007/2022 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə 09 il həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 11 ay 29 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hömklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdən 18 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,452 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-341/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-341/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver