Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-341/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, orta təhsilli, İşləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi ev 24-də qeydiyyatda olan, faktiki olaraq tutulana qədər Bakı şəhəri, Suraxanı rayonu Hovsan qəsəbəsi, Kalxoz küçəsi ev 45-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayıb daşımış, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və təkrar oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,335 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 dekabr 2024cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi R,Abdullayev küçəsi ilə C.Xanməmmədov küçəsinin kəsişməsində yerləşən klub adlanan ərazidə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda xeyli miqdarda satış məqsədi olmadan əldə edib daşımaqla saxladığı təmiz çəkisi 0,335 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 yanvar 2025-ci il tarixdə saat 10 və 22 radələrində iki dəfə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ərazisinə hasardan aşma yolu ilə qanunsuz daxil olub saxlanc yeri sayılan kompleksin həyətindən hər birinin dəyəri 2500 manat olan 45 kv gücündə ümumilikdə 7500 manat dəyərində üç ədəd stablizatorun (gərginlik tənzimləyicisinin) içərisini özündə olan vintaçan açarla sökərək əlvan metal, matorunu gizli olaraq vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə cəmi: 7500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2025-ci il tarixdə saat 06 radələrində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ərazisinə hasardan aşma yolu ilə qanunsuz daxil olub saxlanc yeri sayılan kompleksin həyətindən dəyəri 2500 manat olan 45 kv gücündə bir ədəd stablizatorun (gərginlik tənzimləyicisinin) içərisini özündə olan vintaçan açarla sökərək əlvan metal, matorunu gizli olaraq talamaq istəyərkən onun əməlinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksində gözətçi işləyən Şahid2 və X3 tərəfindən ifşa edildiyindən özündən asılı olmayan səbəbə görə əməlini başa çatdıra bilməyərək təkrar oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.3, 177.2.4, 29,177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət olar ki, psixotrop maddə metamfetamini qəbul edir. Psixotrop maddə metamfetamini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 12 dekabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri metronun Əhmədli stansiyasının yaxınlığında olarkən anket məlumatlarını, əlaqə telefonunu, adım və yaşadığı ünvanını bilmədiyi şəxsə 10 manat pul verib ondan özünün qəbul etməyi üçün bir bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsin ona verdiyi bükümü sonradan qəbul etmək üçün əynində olan şalvarının sol yan cibinə qoymuşdur. 12 dekabr 2024-cü il tarixdə saat 13 radələrində tanışı ilə görüşmək üçun Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi C.Xanməmmədov küçəsi ilə R.Abdullayev küçəsinin kəsişməsində yerləşən klub adlanan yerin yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu halda təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o əynində olan şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmiş və təqdim etdiyindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. O əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə psixotrop maddə metamfetamindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə adını dəqiq anket məlumatlarını, əlaqə telefonunu, admı və yaşadığı ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərinə yoxlanış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Yerində üstündən çıxan əşyaların protokollaşdırılmasına şərait olmadığından polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nİn 30-cu PŞ-nə aparılmış və PŞ-nin xidməti otağında onun üstünün yoxlanılmasına və maddi sübutun götürülməsinə dair protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Bundan başqa, 03 yanvar 2025-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən əraziyə hasardan keçərək daxil olmuşdur, ətrafa nəzər keçirib orada olan genaratorların yanına getmişdir. Həmin yerə baxarkən qutunun içərisində olan işıq tənzimləyiciləri görmüş və onları oğurlamaq qərarına gəlmişdir. O həmin işıq tənzimləyicilərin birini, üzərində olan vint açanla sökmüş, daha sonra isə onları özü yaxınlıqda yerləşən məktəbin həyətinə aparmışdır. 04 yanvar 2025-cİ il tarixdə oğurladığı 3 ədəd matorları Hovsan qəsəbəsində tanımadığı dəmir alan şəxsə 330 manata satmışdır. Onun yenidən pula ehtiyacı olduğundan yenidən oğurluq etmək qərarına gəlmişdir. 05 yanvar 2025-cü il tarixdə saat təxminən 6 radələrində yenidən matorları oğurladığı əraziyə gəlmiş və 1 ədəd elektrik tənzimləyicisini hissələrə ayırmış, saat təxminən 8 radələrində orada 2 nəfər şəxsin olduğunu gördükdə həmin şəxslər də onu gördükdə əlindəkiləri ataraq oradan qaçmışdır. Həmin şəxslər də onun arxasınca qaçmışlar, lakin çata bilməmişlər. Verilən suallara cavabında qaçarkən əlində heç bir kəsici alət olmadığını, arxasınca gələn şəxslərin ona çata bilmədiklərini bildirmişdir. Birinci dəfə oğurluq edəndə 3 ədəd elektrik tənzimləyicisi götürdüyünü, metal yığanlara təxmini xatırladığına görə 330 manata satdığını, həmin gün yenidən oğurluq üçün gəlmədiyini bildirmişdir. Yenidən oğurluğa gəlsə də, orda olan şəxslərin gəlməsini görüb qaçmışdır. Vurulmuş ziyanın məbləği ilə razılaşaraq mübahisələndirmədiyini, həmin məbləği ödəməyə imkanının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2023-cü ildən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Maliyyə və maddi-texniki təminat baş İdarəsinin Maliyyə idarəsinin əmək haqqı və sosial təminat bölməsinin zabitidir. 05 yanvar 2025-ci il tarixdə saat 08 radələrində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ərazisində gözətçilər Alişov Sərvan və Şahid2 ərazinin təhvil təslim zamanı ərazidə nəmalum şəxsin stabilzatoru sökməsini gördükdə həmin şəxs aşkar olunduğunu görərək əlindəkiləri ataraq qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Gözətçilər onu təqib etmiş, gözətçi Şahid2 həmin şəxsi yaxınlıqda yerləşən «Spar market»-in qarşısında qolundan tutaraq saxlamaq istədikdə həmin şəxs gözətçinin üstünə bıçaq çəkərək qolunu buraxmadığı halda onu vuracağı ilə hədələmişdir. Bundan sonra gözətçi Şahid2 ona hər hansı bir xəsarət yetiriləcəyindən qorxaraq geri çəkilmiş həmin şəxs isə qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ərazisinə baxış zamanı dövlət xidmətinin balansında olan 45 kv üç ədəd stablizatorun (elektrik cərəyan tənzimləyicisinin) içərisinin sökülərək əlvan metal, matorunu oğurlanmasının, 45 kv bir ədəd stablizatorun (elektrik cərəyan tənzimləyicisinin) içərisinin sökülərək yararsız hala salınmasını aşkar etmişlər. Bundan sonra Şahid2 baş vermiş hadisə ilə bağlı Xidmətin növbətçi hissəsinə məlumat vermişdir. Məlumatdan sonra Xidmətin Maddi Texniki Təminat İdarəsinin əməkdaşları tərəfindən hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktdan məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə ümumilikdə 10.000 manat maddi ziyan yetirilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı tədbir görülməsi üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Sabunçu RPİnin 13-ci PŞ-nə müraciət olunmuşdur. Hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin avtotəlim dayanacağında nəzarətçi işləyir. 05 yanvar 2025-cı il tarixdə saat 08 radələrində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin balansında olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ərazisində digər nəzarətçi Şahid2 ilə ərazinin təhvil təslim zamanı ərazidə nəmalum şəxsin stabilzatoru sökməsini gördükdə həmin şəxs aşkar olunduğunu görərək əlindəkiləri ataraq qaçaraq olduqları yerdən uzaqlaşmaq istəmişdir. Onlar onu təqib edib saxlamaq istədikdə həmin şəxs əynində olan gödəkçənin cibindən bıçaq çıxardaraq onu təqib edəcəkləri halda onları vuracağı ilə hədələmişdir. Bundan sonra onlar həmin şəxsin onlara hər hansı bir xəsarət yetirəcəyindən qorxaraq geri çəkilldikdə həmin şəxs isə qaçaraq onlardan uzaqlaşmışdır. Bundan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Uzrə Dövlət Xidmətinin balansında olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin ərazisinə baxış keçirən zaman dövlət xidmətinin balansında olan 45 kv üç ədəd stablizatorun (elektrik cərəyan tənzimləyicisinin) içərisinin sökülərək əlvan metal, matorunun oğurlanmasının, 45 kv bir ədəd stablizatorun (elektrik cərəyan tənzimləyicisinin) içərisinin sökülərək yararsız hala salınmasını aşkar etmişlər. Bundan sonra Şahid2 baş vermiş hadisə ilə bağlı Xidmətin növbətçi hissəsinə məlumat vermişdir. Məlumatdan sonra Xidmətin Maddi Texniki Təminat İdarəsinin əməkdaşları tərəfindən hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs əlində bıçaq olmasını özünün görməmişdir, Şahid2 ona əlində bıçaq olmasını hədələməsini demişdir, ilk ona yaxınlaşan Şahid2 olmuşdur, özü yaxınlaşanda artıq Təqsirləndirilən şəxs uzaqlaşmışdır. Verilmiş suallara cavabında isə bildirmişdir ki, Təqsirləndirilən şəxs qaçarkən onun qabağına çıxmamış, qaçarkən onu Şahid2 qarşılamışdır. Təqsirləndirilən şəxs qaçarkən əlində hər hansı alət olmasını şəxsən görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Verilmiş suallara cavabında qaçarkən şəxsin onları sadəcə hədələdiyini, əlində bıçaq olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində gəzdirib saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat axtarış tədbiri keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə raportla müraciət olunmuşdur. Daxil olmuş məlumat əsasında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid5 və sahə inspektoru Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmkarları Şahid5 və Şahid4 ilə birlikdə 12 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsinə gəlmişlər. Təqsirləndirilən şəxs həmin ünvanın qarşısından keçdiyini gördükdə ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində dövriyyəsi qanunlu qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bır ədəd şəffaf sellofan bukuınu çıxararaq təqdim etmişdir. Sonra o əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamışdır. Yoxlanış zamanı Təqsirləndirilən şəxs üstündən ış üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunub götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli maddə olduğu görünən sellofan bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşulduqda o həmin bükümdə psixotrop maddə metamfetamın olduğunu, nəmin bükümü həmin günü metronun Əhmədli stansiyasının yaxınlığında uzdan tanımadığı lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Götürülmüş 01 ədəd şəffaf sellofan büküm 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Bundan slonra Təqsirləndirilən şəxs tərəflərindən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid4 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qənbərov küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin balansında olan avtotəlim mərkəzinin həyətidir. Həyətyanı sahədə Qaz 53 markalı avtomobillər müşahidə olunur, ətrafda iaşə obyektləri müşahidə olunur(i.v.5-7). “Dəymiş ziyanın müəyyənləşdirilməsi barədə” 06 yanvar 2025-ci il tarixli aktdan görünür ki, xidmətin balansında olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin gözətçisi Şahid2 tərəfindən xx.xx.2025-ci il tarixində saat 8-9 radələrində Xidmətin Aparatının növbətçi hissəsinə telefon vasitəsi ilə 4(dörd) ədəd 45kv stablizatorun(gərginlik tənzimləyicilərinin) sökülərək oğurlandığı haqqında məlumat verilmişdir. Verilmiş məlumat əsasında adıçəkilən nümayəndələrin iştirakı ilə kompleksdə avadanlıqların saxlanıldığı yerə baxış keçirilmiş və həqiqətən 4 (dörd) ədəd 45kv, 275/450 v gücündə Türkiyə istehsalı olan stablizatorun (gərginlik tənzimləyicilərinin) tam sökülərək 3 (üç) ədədinin oğurlandığı, 1 (bir) ədədinin isə yararsız hala salınaraq bəzi ehtiyat hissələrinin oğurlandığı müəyyən edilmişdir. Oğurlanmış elektrik tənzimləyicisinin 1 ədədinin qiyməti təxminən 2500 (iki min beş yüz) manat civarındadır. Ümumilikdə 10000 (on min) manat civarında ziyan dəymişdir(i.v.10). “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanın qarşısında yaxalanmışdır. Yaxalanmış xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaxalanmasının səbəbləri barədə məlumat verilməklə ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını (və ya olduğununu), həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini (və ya etdiyini) bildirmişdir. Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş və o əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə bükümü təqdim edərək həmin kütlənin psixotrop maddə olan (patı) metamfetamin olduğunu və Əhmədlidə tanımadığı əvvəllər həbsdə bir yerdə olduğu şəxsdən 10 manata əldə etdiyini bildirmişdir, aşkar edilmiş şəffaf sellofan paketdə olan ağ rəngli Kristal hissəciklərdən ibarət olan spesifik iyə malik kütlə, eyni zamanda elektron tərəzidə ölçülərkən 0.48 qram çəkidə olması müəyyən edilmişdir(i.v. 118-119,121). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 12 dekabr 2024-cü il tarixdə saat 13 radələrində ünvan 4 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan bükümə və təqdim olunmuş DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, üzərində Təqsirləndirilən şəxs umunun üzərindən aşkar edilmiş yazılı zərfdəki bir bükümdə ağ kristal psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olumuşdur. DVD diskində olan görüntülərə kompüterdə baxış zamanı təhqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin Təqsirləndirilən şəxs özünə məxsus olmasını bildirməsi öz əksini tapmışdır(i.v.128). Məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2024-cü il tarixli 6/5464 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,335 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v.153-157). “Diskə baxış keçirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 30-cu PŞ- nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid5 və PŞ-nin sahə inspektoru polis leytenantı Şahid4 Hövsan qəsəbəsi C.Xanməmmədov küçəsində nömrəsiz ev ünvanın qarşısında hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşırlar. Polis əməkdaşları xidməti vəsiqələrini təqdim edir və ondan özünü təqdim edməsini tələb edirlər. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirir və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini təklif edir. O, da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq həmin əməkdaşlarına təqdim edir. Sonra polis əməkdaşlarından biri əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilərək götürülmür.Polis əməkdaşlardan biri Təqsirləndirilən şəxs həmin bükümdə nə olması haradan və nə məqsədlə əldə etməsi barədə soruşur.Təqsirləndirilən şəxs həmin bükümdə narkotik maddə patı olduğunu həmin bükümü Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı lakin adını və yaşadığı ünvanı bilmədiyi lakin həbsdə olduğu şəxsdən 10 manata aldığını və öz şəxsi istehlakı üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində ağ rəngli maddə olan şəffaf sellfan bükümü 01 ədəd boş zərfə qoyularaq qablaşdırıldı. Üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır(i.v.195). Məhkəmə narkoloji ekspertizasının 03 mart 2025-ci il tarixli 1236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.214-215). “Sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının CMin 177.2.3, 177.2.4 və 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilərək və əlavələr edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş qətimkan tədbiri nəzərə nəzərə alınmış, iş üzrə zərərçəkmiş şəxsin ifadəsində qeyd olunmuş qiymət əsas götürülərək ələ keçirilmiş əmlakın dəyəri müəyyən edilmiş, iş üzrə Təqsirləndirilən şəxs əldə etmiş olduğu psixotrop maddə metamfetaminin mənbəyi ilə bağlı araşdırma materialları ayrılaraq araşdırılması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə göndərilmiş, ********* nömrəli cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs əldə etmiş olduğu 0,335 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 0,285 qram) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 12 dekabr 2024-cü il tarixdə narkotik vasitəlirin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsinə dair 12 dekabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş əməliyyat-axtanş tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyalann götürülməsi haqqında protokol sübut növü kimi qiymətləndirilmiş, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2024-cü il tarixli 6/5464 saylı rəyi və Təqsirləndirilən şəxs barəsində olan məhkəmə narkoloji ekspertizasının 03 mart 2025-ci il tarixli 1236 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid1, X6 oğlunun, Şahid5, Şahid3 və Şahid4 ifadələri sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərində saxlamaqla daşıdığı psxotrop maddə metamfetamini polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarına təqdim etməsi özünü müdafiəedici xarakterli xüsusat kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üstünə yoxlanışın keçirilməsi, maddi sübata baxış və götürmə görüntülərini əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üstünə 12 dekabr 2024-cü il tarixdə keçirilmiş yoxlanışda götürülən psixotrop maddə metamfetaminin miqdarına münasibətdə məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2024-cü il tarixli 6/5464 nömrəli rəyində göstərilən miqdar əsas götürülmüş, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdə 10 və 22 radələrində iki dəfə eyni ərazidən oğurluq əməlini törətməsi təkrar olaraq deyil vahid niyyətlə əhatə olunan qəsd kimi nəzərdə tutulmuş, iş üzrə X4 Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq cinayətində hər hansı bir əlaqəsinin olması müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər də şəxsi istifadəsi üçün İstintaqa məlum olmayan mənbədən psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlaması faktı yalnız ifadələrə əsaslandığından, maddi sübut müəyyən olunmadığından və istintaq zamanı sübuta yetmədiyindən qeyd olunan fakt üzrə barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir(i.v. 216-226). İş materiallarında olan: “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır(i.v.1). “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur(i.v.35). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 29, 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir(i.v.58-59). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-13/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır(i.v.79-84). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 337-ci maddələri ilə təqsirli bilinərək 02 ay 0N gün intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmasına; Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2017-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmasına, Bakı Apellyasıya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Suraxanı rayon məhkəməsinin xx.xx.2017-cı ıl tarixli hökmünün dəyişilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası ilə əvəz edilməsinə, CM-nin 69.3-cü maddəsinə əsasən qəti 03 il 01 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasının saxlanılmasına, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğunda məlumat mövcuddur(i.v.88-89). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-639/2019 saylı, 11 iyun 2019-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir(i.v.93-96). “cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-də istintaqı aparılmış Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək icraatda olan X2 Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmişdir(i.v.110-111). “cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir(i.v.115). “şübhəli şəxsin tutulması haqqında” 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə saat 13:00-da tutulmuşdur(i.v.139). “cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmişdir(i.v.162). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.167-168). “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilmişdir(i.v.181-183). “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir(i.v.185-187). Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatdan sonra qalan 0.285 qram narkotik vasitə olan metamfetamin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir(i.v. 228). “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir(i.v.236-238). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-149/2025 saylı, 05 aprel 2025ci il tarixli qərarından görünür ki, təqdimat qismən təmin edilərək Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 23 aprel 2025-ci il tarixdək uzadılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-341/2025 saylı, 17 aprel 2025ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, müvafiq ekspert rəyləri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Təqsirləndirilən şəxs ona qarşı ittiham olunmuş maddələr üzrə özünü təqsirli bilərək vurulmuş ziyanın məbləği ilə razılaşaraq mübahisələndirmədiyini, həmin məbləği ödəməyə onsuz da imkanının olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, müvafiq ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar(yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə maddələrin sanksiyasında nəzərədə tutulmuş cəzanın növü ilə bağlı hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməməsi, cinayətlərin məcmusunu, barəsində cinayət işi gedərkən yenidən cinayət törətməsi nəzərə alınmaqla az ciddi cəza növü(azadlığın məhdudlaşdırılması) cəzanın məqsədlərinə və cəzanın təyin edilməsinin ümumi əsaslarına uyğun hesab edilə bilməz. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə maddələrin sanksiyasında nəzərədə tutulmuş cəzanın həddi ilə bağlı hesab edir ki, vurulmuş ziyanın məbləği və psixotrop maddə olan metamfetamin miqdarı(0,335 qram) nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri və 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla ona qəti cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübutlar- ekspertiza tədqiqatdan sonra qalan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0.285 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 80(səksən) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut-02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 22 saata(5s*6m=30m, 17s*11m=187m) görə 217 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-341/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-341/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver