Məhkəmə qərarları › İş №1(008)-342/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-342/2025

20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-342/2025 20.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X4, Müdafiəçilər – Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, İİ Qarabağ müharibəsi qazisi, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X13 küçəsi dalan 6, ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsi nömrəsiz ünvanda yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 dekabr 2023-cü il tarixdə saat 02 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlib-gedən şəxsləri müşahidə etmək üçün küçədə dayanıb onu sığortalamış, o isə Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki anbar kimi istifadə olunan tikilidən 7.650 manat dəyərində 09 ədəd qazanları və qapaqlarını, ümumi dəyəri 200 manat olan 04 ədəd qazanları, 640 manat dəyərində 08 ədəd aşsüzəni və ümumi dəyəri 500 manat olan 08 ədəd ləyənləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 8.990 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin dekabr ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evindən ümumi dəyəri 5.000 manat olan qızıl ziynət əşyalarını, ümumi dəyəri 2.000 manat olan gümüş bəzək əşyalarını, 01 ədəd 300 manat dəyərində "LG" markalı mobil telefonu, 01 ədəd 200 manat dəyərində sadə "Nokia" markalı mobil telefonu, 02 ədəd 800 manat dəyərində "İphone 6" markalı mobil telefonları, 01 ədəd 600 manat dəyərində “LG” markalı televizoru, 01 ədəd 400 manat dəyərində “Samsung” markalı kondinsioneri, ümumi dəyəri 200 manat olan qab-qacaq servisini, ümumi dəyəri 200 manat olan qab-qacaqları, 01 ədəd 150 manat dəyərində ətçəkən maşını, 01 ədəd 30 manat dəyərində mikseri, 01 ədəd 500 manat dəyərində blender aparatını, 1.200 manat dəyərində 03 ədəd xalçanı, 01 ədəd 1.700 manat dəyərində “LG” markalı tozsoranı, ümumi dəyəri 300 manat olan 05 ədəd yorğanı, ümumi dəyəri 300 manat olan 05 ədəd döşəkləri, ümumi dəyəri 400 manat olan 06 ədəd ədyalları, ümumi dəyəri 1.000 manat olan 06 ədəd böyük çamadanda içərisi dolu paltarları, 300 manat dəyərində 01 cüt ayaqqabını, 01 ədəd 850 manat dəyərində “Samsung” markalı fotoaparatı, ümumi dəyəri 300 manat olan 06 ədəd ətirləri, 01 ədəd 300 manat dəyərində paltartikən maşını, 01 ədəd 500 manat dəyərində qədimi suvenir xəncəri, ümumi dəyəri 2.000 manat olan 06 ədəd “Samsung” markalı monitorları, 01 ədəd 200 manat dəyərində paltaryuyan maşını, 01 ədəd 80 manat dəyərində “LG” markalı feni, 01 ədəd 170 manat dəyərində “LG” markalı feni, ümumi dəyəri 1.500 manat olan 04 ədəd samovarı, 01 ədəd 200 manat dəyərində odun peçini, ümumi dəyəri 300 manat olan laqonda, drel, burğac və s. təmir alətlərini, 01 ədəd 200 manat dəyərində su çənini, ümumi dəyəri 50 manat olan 50 ədəd şüşə balonları, ümumi dəyəri 200 manat olan 50 ədəd bıçaqları, ümumi dəyəri 300 manat olan 08 ədəd su krantlarını, 340 manat dəyərində olan 30 metr parçanı, 01 ədəd 100 manat dəyərində su matorunu, 01 ədəd 1.000 manat dəyərində seyfi, ümumi dəyəri 1.400 manat olan 7 ədəd 50 kiloqramlıq qaz balonlarını, 80 manat ekvivalentində 20.000 İran İslam Respublikası rialını, 2.558 manat 60 qəpik ekvivalentində 2.000 Kanada dollarını, 2 manat 60 qəpik ekvivalentində 2.000 İraq dinarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 28.211 manat 20 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 fevral 2024-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X13 küçəsi dalan 3, 39 ünvanında yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evindən 01 ədəd 700 manat dəyərində latun materialından hazırlanmış qədimi çarpayını, 150 manat dəyərində həmin çarpayının üzərində olan yorğan döşəyi, 01 ədəd 150 manat dəyərində qaz pilətəsini, yataq otağından 1.600 manat dəyərində 02 ədəd latun materialından hazırlanmış qədimi çarpayıları, 300 manat dəyərində həmin çarpayının üzərində olan yorğan döşəyi, digər otaqdan 01 ədəd 700 manat dəyərində latun materialından hazırlanmış qədimi çarpayını, 01 ədəd 250 manat dəyərində qaz pilətəsini, 01 ədəd 150 manat dəyərində 50 litirlik qazanı, ümumi dəyəri 100 manat olan 20 ədəd müxtəlif ölçülərdə qazanları, ümumi dəyəri 90 manat olan 18 ədəd billur çay stəkanlarını, ümumi dəyəri 180 manat olan 02 ədəd billur güldanları, ümumi dəyəri 50 manat olan 02 ədəd mürəbbə qablarını, ümumi dəyəri 70 manat olan plastik qabları və 01 ədəd 250 manat dəyərində taxta mebel oturacağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 4.740 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli surətdə talamış, nəticədə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində əmisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə etmək üçün küçədə dayanıb Təqsirləndirilən şəxs1 sığortalamış, sonuncu isə Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki anbar kimi istifadə olunan tikilidən 7.650 manat dəyərində 09 ədəd qazanları və qapaqlarını, ümumi dəyəri 200 manat olan 04 ədəd qazanları, 640 manat dəyərində 08 ədəd aşsüzəni və ümumi dəyəri 500 manat olan 08 ədəd ləyənləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 8.990 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bununla yanaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində baş vermiş məlum hadisələr zamanı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına müəyyən dəstək göstərmişdir. Təqsirləndirilən şəxs2 onun qardaşı oğludur. Həmin əməliyyat tədbirlərinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs2 da onlara köməklik göstərmişdir. Lakin sonradan bu məsələ ilə bağlı cəmiyyətdə yanlış fikir və ya əsassız şübhələrin yaranmaması məqsədilə, o, bu barədə məlumatın geniş yayılmamasını ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs2 kiçik yaşlarından himayəsinə götürərək böyütmüşdür. Bu səbəbdən Təqsirləndirilən şəxs2 daim ona qarşı mənəvi bağlılıq hiss etmiş, özünü ona borclu hesab etmiş və onun sözlərinə etimad göstərmişdir. 2024-cü ilin yanvar ayında maddi ehtiyacının yaranması ilə əlaqədar olaraq, o, X2 məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etmək niyyətinə düşmüşdür. Həmin vaxt küçədə olarkən təsadüfən Təqsirləndirilən şəxs2 ilə rastlaşmış və ona birlikdə qeyd olunan ünvana getmələrini bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla birlikdə göstərilən ünvana getmişdir. O, Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin yaxınlığında, tin hissəsində gözləməsini tapşırmışdır. Təqsirləndirilən şəxs2, onun dövlət əhəmiyyətli hər hansı əməliyyat tədbirində iştirak etdiyini zənn etdiyindən əlavə sual verməmiş, qeyd olunan yerdə dayanaraq siqaret çəkmiş və onu gözləmişdir. O, fərdi yaşayış evinin həyətinə giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək, qeyd olunan qapı vasitəsilə həyətə daxil olmuşdur. Daha sonra həyətdə yerləşən qaraj tikilisinə keçmiş, oradan qazanları və onların qapaqlarını, aşsüzənləri və ləyənləri çıxararaq yaxınlıqda yerləşən istifadəsiz hamam tikilisinə daşıyaraq orada müvəqqəti olaraq toplamışdır. Təqsirləndirilən şəxs2 müharibə zamanı aldığı xəsarətlərlə əlaqədar fiziki məhdudiyyətli olduğundan, əşyaların daşınması və yerdəyişməsi prosesində ona faktiki köməklik göstərə bilməmişdir. Növbəti gün Təqsirləndirilən şəxs2 ondan baş vermiş hadisənin mahiyyəti barədə soruşduqda, o, ev sahibinin dövlətə xəyanət etdiyini əsas gətirərək həmin ünvandan götürdükləri əşyaların onların qisməti olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə onu bu cür məsələlərə cəlb etməməsini və gələcəkdə belə hallara qatılmamasını xahiş etmişdir. Buna baxmayaraq, bir gün sonra o, Təqsirləndirilən şəxs2 telefonla zəng edərək onu əşyaların toplandığı yerə çağırmışdır. Təqsirləndirilən şəxs2 ilkin olaraq bu çağırışa etiraz etmiş, lakin onun təkidli tələbi və qışqıraraq təzyiq göstərməsi nəticəsində göstərilən yerə getməyə razı olmuşdur. Sonradan Təqsirləndirilən şəxs2 hadisə yerinə gəlmiş, orada “Qazel” markalı avtomobilin olduğunu görmüş və avtomobilin içərisində dayanaraq oğurlanmış əşyaların sürüyülərək nəqliyyat vasitəsinə yerləşdirilməsi prosesində iştirak etmişdir. İstintaq hərəkətləri çərçivəsində həmin qazanlar zərərçəkmiş şəxsə təqdim edilmiş və müvafiq qaydada ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən törədildiyi iddia olunan digər epizod üzrə özünü təqsirli bilmir. O, yalnız qarajdan müəyyən əşyaların götürülməsi faktını etiraf etsə də, yaşayış evinin daxili hissəsinə daxil olmadığını və evdən qızıl-zinət əşyaları, pul və digər qiymətli əmlakın oğurlanması ilə bağlı hər hansı iştirakının olmadığını qəti şəkildə bəyan etmişdir. Onun sözlərinə görə, qarajdan iri həcmli və çəkili qazanların götürülməsi ilə yanaşı, eyni vaxtda evin içərisindən qızıl-zinət əşyaları və pulun oğurlanması məntiqi baxımdan uyğunluq təşkil etmir. Belə ki, iri həcmli metal məmulatların daşınması ilə məşğul olan şəxs və ya şəxslərin eyni zamanda evin daxilinə girərək xırda və yüksək dəyərli əşyaları götürməsi məntiqsizdir. O, həmçinin ittiham aktında evə pəncərənin açılması yolu ilə daxil olunması barədə göstərilən xüsusatın həqiqəti əks etdirmədiyini bildirmişdir. Onun izahına görə, həmin pəncərənin materialı alüminiumdan ibarətdir və bu tip konstruksiyaya malik pəncərənin sadəcə itələmə yolu ilə kilid mexanizmini açmaq texniki cəhətdən mümkün deyildir. Əgər pəncərəyə fiziki güc tətbiq olunsaydı, kilidin açılmasından əvvəl şüşə səthinin təzyiq nəticəsində sınması qaçılmaz olardı. Halbuki, ittiham aktında pəncərənin şüşəsinin zədələnməsi faktı göstərilməmiş, əksinə, pəncərənin açılaraq içəri daxil olunması qeyd edilmişdir ki, bu da onun fikrincə, maddi sübutlarla uyğunluq təşkil etmir. Bundan əlavə, hesab edir ki, evdən qızıl və pulun oğurlanması həmin ünvana giriş-çıxış imkanı olan və açardan istifadə edə bilən şəxs tərəfindən törədilmişdir. Onun qənaətinə görə, qapının açarla açılması faktı evə kənar müdaxilə deyil, açar vasitəsilə daxilolma halının mövcudluğunu göstərir. İbtidai istintaq zamanı sözügedən epizod üzrə verdiyi etiraf ifadəsi könüllü olmamışdır. Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə bağlı ittiham olunaraq həbs ediləcəyi barədə hədələyici fikirlər səsləndirilmiş, eyni zamanda qardaşı oğluna psixoloji təzyiq göstərilmişdir. Bu səbəbdən o, yaxın qohumlarının zərər görməməsi məqsədilə məcbur qalaraq həmin epizodu etiraf etmişdir. O, həbsdə olduğu müddətdə etdiyi şikayətlərin nəticəsiz qalacağını düşündüyü və vəziyyətinin daha da ağırlaşacağından ehtiyat etdiyi üçün bu məsələ ilə bağlı müvafiq dövlət orqanlarına rəsmi müraciət etmədiyini bildirmişdir. İttiham aktında Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən törədildiyi iddia olunan oğurluq hadisələrinin tarixləri düzgün göstərilməmişdir və 20 dekabr 2023-cü il tarixdə o inzibati həbsdə olmuşdur. Yəni ittiham aktında göstərilən tarixlərlə faktiki baş vermiş hadisənin vaxtı arasında uyğunsuzluq mövcuddur. Zərərçəkmiş şəxs1 evindən əşyalar çoxdan, yəni elə Nardaran hadisələrindən dərhal sonra həmin evə baxan şəxs tərəfindən götürülmüşdür. O, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq etməyib və ümumiyyətlə həmin ünvanda olmayıb. Onun sözlərinə görə, əldə etdiyi məlumata əsasən həmin evdən törədilmiş oğurluq qonşuluqda yaşayan digər şəxslər tərəfindən həyata keçirilmişdir. Həmin ərazidə hər hansı oğurluq və ya şübhəli fəaliyyət baş verərsə, mütləq qonşulardan kiminsə məlumatı olur, çünki oradakı evlər birbirinə sıx yerləşir və qonşular bir-birinin fəaliyyətinə yaxından nəzarət edir. Bundan əlavə, qəsəbədə polis postu yerləşdirildiyi üçün hadisənin gizli qalması və ya xəbərsiz baş verməsi praktiki olaraq mümkün deyildir. O, qeyd etmişdir ki, ittiham aktında göstərilən əşyaların Nardaran qəsəbəsindən hər hansı kənar avtomobil vasitəsilə çıxarılması mümkünsüzdür. Polis əməkdaşları tərəfindən həmin ünvana aparıldığı zaman evdə iki ədəd şpris görmüşdür. Sonrakı mərhələdə cinayət işi materiallarında zərərçəkmiş şəxsin telefon nömrəsini görmüş, təcridxanadan həmin nömrə ilə əlaqə saxlamış və oğurluq faktının onun tərəfindən törədilmədiyini bildirmişdir. O, əlavə etmişdir ki, həmin şprislərdə qan ləkələrinin mövcudluğu onların götürülərək ekspertizaya göndərilməsi, oğurluq faktını törətmiş şəxslərin müəyyən edilməsi üçün kifayət qədər əsas yarada bilər. Zərərçəkmiş şəxs2 aparılan söhbət zamanı konkret adlar çəkərək həmin şəxslərdən şübhələndiyini bildirmişdir. O, həmin epizodu etiraf etməsinin səbəbi kimi qeyd etmişdir ki, polis bölməsinə aparıldığı zaman narkotik vasitənin təsiri altında olmuşdur. Həmin vaxt onun barəsində külli miqdarda narkotik vasitənin saxlanılması ilə bağlı ayrıca cinayət işi aparılırmış, polis əməkdaşları ona təklif etmişlər ki, oğurluq epizodunu etiraf etsə, bunun müqabilində Cinayət Məcəlləsinin daha yüngül maddəsi ilə ittiham elan olunacaqdır. O, isə Cinayət Məcəlləsinin müvafiq maddələrinin cəza hədlərini bildiyi üçün, daha az cəza alması məqsədilə həmin oğurluq epizodunu etiraf etmişdir. Şahid2 bir müddətdir tanıyır. Hər ikisi narkotik vasitələrdən istifadə etdiklərindən aralarında müəyyən tanışlıq və münasibət formalaşmışdır. Onun sözlərinə görə, həmin vaxt şəxsi istifadəsində olan funt sterlinq xarici valyutasını dəyişmək istəmişdir. Dövlət tədbirlərində iştirakı ilə əlaqədar ona xarici valyuta da ödənişlər olur. Bu məqsədlə Şahid2 Sovetski adlanan ərazidə işləri olduğundan, valyutanı dəyişmək üçün onunla birlikdə Bakı şəhəri 28 May metro stansiyası yaxınlığına getmişdir. O, həmin məkanda özündə saxladığı 3 (üç) ədəd 200-lük funt sterlinq əskinasını və 1 (bir) ədəd 100 ABŞ dolları əskinasını mübadilə etmiş, nəticədə təxminən 900 (doqquz yüz) manat məbləğində pul əldə etmişdir. Pul mübadiləsi zamanı Şahid2 onun yanında olmamış və əldə edilmiş məbləğ ittiham aktında göstərilən oğurlanmış əskinaslarla heç bir əlaqəyə malik deyildir. Həmin pul başqa şəxsi işlərdən, qanuni yollarla əldə edilmişdir və ittiham aktında göstərilən əmlakın oğurlanması ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İİ Qarabağ müharibəsində iştirak etmiş və döyüş tapşırıqları zamanı müxtəlif xəsarətlər almışdır. Hərbi əməliyyatlarda üç rayonun azad olunmasında fəal iştirak etmişdir. Bu xidmətləri nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət rəhbərliyi tərəfindən müxtəlif medallarla təltif edilmişdir. Həmçinin, onun Vətən uğrunda göstərdiyi xidmətlər və döyüş tapşırıqlarında fərqlənməsi nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət rəhbərliyi tərəfindən “Vətən müharibəsi iştirakçısı” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə də təltif olunmuşdur. Təqsirləndirilən şəxs1 onun əmisidir. Uşaqlıq dövründən etibarən onu əmisi böyütmüşdür və bu səbəbdən daim əmisinə qarşı özünü mənəvi borclu hesab etmişdir. Həyatı boyunca əmisinin sözündən heç vaxt çıxmamışdır. O, 20 dekabr 2023-cü il tarixində, təxminən saat 02 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, əmisi Telmanla rastlaşmışdır. Əmisi ona ünvan 3 ünvanında yerləşən həyətyanı sahəsinin qarşısında dayanmağı bildirmişdir. O, əmisinə etiraz etməyərək onunla birlikdə qeyd olunan ünvana getmiş və həyətdə, tin hissədə (giriş yerində) dayanaraq əmisi Telmanı gözləmişdir. Həmin vaxt Telman həyətə açıq vəziyyətdə olan qapıdan daxil olmuşdur. O, tin hissəsində dayanaraq siqaret çəkmiş, telefonla məşğul olmuşdur. Bir müddət sonra Telman əlində alüminium qazanlarla birlikdə həyətdən çıxmışdır. Əvvəlcə o, Telmanın həyətə qapıdan daxil olduğunu görməsi səbəbindən ondan şübhələnməmişdir. Lakin, sonradan Telmanın əşyalarla çıxdığını müşahidə edərək, onun oradan oğurluq etdiyini anlamışdır. Telman həmin ünvandan dəqiq sayını xatırlamadığı qazanlar, ləyənlər, aşsüzəni götürərək yaxınlıqda yerləşən köhnə hamama yığmışdır. Təxminən iki gün sonra Telman ona zəng etmiş və əşyaların yerləşdiyi yerə çağırmışdır. O, həmin yerə getdiyi zaman orada “Qazel” markalı avtomobilin olduğunu görmüşdür. Daha sonra oğurlanmış əşyalar həmin avtomobilə yığılaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən metal qəbul məntəqəsinə aparılmışdır. Telman əşyaları satdıqdan sonra ona 100 manat pul vermişdir. O, fiziki qüsuru səbəbindən əşyaların daşınmasında Telmana köməklik göstərə bilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsində olduqları zaman isə oğurlanmış qazanların hamısı sahibinə geri qaytarılmışdır. Məhkəmə iclasına videokonfrans vasitəsi ilə qoşulmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, X6 ilə ailə həyatı qurmuşdur. Əri Kanada Respublikasının vətəndaşıdır. 2002-ci il tarixinədək onlar birlikdə ünvan 5 ünvanında yaşamışlar. Həmin ildə daimi yaşayış üçün Kanada Respublikasında müvafiq qaydada ev almış və oraya köçmüşlər. Bundan sonra, ildə bir-iki dəfə Azərbaycan Respublikasına, xüsusilə Bakı şəhərinə səfər edərək evlərinə baş çəkmişlər. Sonuncu səfər 2019-cu il avqustun 17-də baş vermiş, həmin tarixdə onlar ünvan 5 ünvanından çıxaraq Kanada Respublikasına qayıtmışlar. 2020-ci ilin əvvəllərindən etibarən dünyada baş vermiş COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, onlar Azərbaycan Respublikasına qayıda bilməmiş və daimi yaşayışlarını müvəqqəti olaraq Kanada Respublikasında davam etdirmişlər. O, Kanada Respublikasında yaşadığı müddət ərzində ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin nəzarətsiz qalmaması məqsədilə həmin evə mütəmadi olaraq qardaşı baş çəkmişdir. Qardaşı müəyyən aralıqlarla qeyd olunan ünvana gələrək evin ümumi vəziyyətinə nəzarət etmiş, hər hansı kənar müdaxilə və ya qanunsuz halın baş verməməsi üçün müvafiq qaydada baxış keçirmişdir. Lakin, 2020-ci ildə baş vermiş İİ Qarabağ müharibəsi dövründə qardaşı hərbi əməliyyatlarda iştirak etmiş və müxtəlif dərəcəli xəsarətlər almışdır. Həmin səbəbdən onun fiziki sağlamlıq vəziyyəti və müalicə prosesi ilə əlaqədar olaraq, evə davamlı şəkildə nəzarət etməsi mümkün olmamışdır. Bu müddət ərzində yaşayış sahəsinin tamamilə nəzarətsiz qalmaması üçün şəxsin anası arasıra həmin ünvana gələrək evin vəziyyəti ilə maraqlanmış və ümumi baxış keçirmişdir. 2024-cü il avqust ayında ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə gəldiyi zaman evin ümumi vəziyyətinin ciddi şəkildə pozulduğunu, əmlakın dağınıq və yararsız hala salındığını müşahidə etmişdir. Həmin vəziyyətlə qarşılaşdıqda o, güclü psixoloji sarsıntı keçirmişdir. O, dərhal baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Aparılmış ilkin araşdırma və onun təqdim etdiyi məlumatlar əsasında ona məlum olmuşdur ki, qeyd olunan yaşayış sahəsindən xeyli sayda və müxtəlif kateqoriyalara aid əmlak oğurlanmışdır. Hazırda adlarını, sayını və qiymətlərini dəqiq xatırlamasa da, evindən oğurluq edildiyini bildiyi zaman oğurlanan əşyaların adlarının və dəyərlərinin əks olunduğu siyahını ibtidai istintaq zamanı müstəntiqə təqdim etmişdi və müstəntiq həmin siyahı əsasında hesablama aparmış və oğurluq əməlləri nəticəsində ona ümumilikdə 37000 manatdan çox ziyan dəydiyi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs1 oğurlanmış əşyalarla bağlı verdiyi məlumatlar ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə tam üst-üstə düşmədiyindən ibtidai isintaq zamanı verdiyi aşağıdakı məzmunda ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2001-ci ildə AR X6 ile ailə həyatı qurmuşdur. Əri Kanada vətəndaşıdır. 2002-ci il tarixədək ünvan 6 ünvanında yaşamışlar 2002-ci ildə daimi olaraq Kanada Respublikasında ev alıb Kanadaya köçmüşlər. İldə 1-2 dəfə Bakıya gəlib evinə baş çəkmişdir. Sonuncu dəfə 2019-cu ilin avqust 17-də ünvan 7 ünvanından çıxıb Kanadaya getmişlər Pandemiya ilə əlaqədar olaraq ölkəyə qayıda bilməmişlər. 2024-cü ilin iyun ayının 27-da evinə gəldikdə evin bərbad vəziyyətdə olduğunu görmüşdür. Evdən oğurluq olduğunu güman edib evə baxmadan polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, evdən sayını xatırlamadığı ümumi dəyəri 5000 manat olan qızıl ziynət əşyaları, sayını xatırlamadığı ümumi dəyəri 2000 manat olan gümüş bəzək əşyaları, 2000 Kanada dolları, 2000 İraq pulu dinar, 20000 İran pulu riyal, 01 ədəd dəyəri 300 manat olan sade LG markalı telefon, 01 ədəd dəyəri 200 manat olan sade Nokia markalı telefon, 02 ədəd hər biri 400 manat olan ümumi dəyəri 800 manat olan İphone 6 markalı telefon, dəyəri 600 manat olan "LG" markalı televizor, dəyəri 400 manat olan "Samsung" markalı kondisioner. markasını bilmədiyi, dəyəri 200 manat olan qab-qacaq servisi, dəyəri 200 manat olan qutunun içərisinə yığılmış qab-qacaq, dəyəri 150 manat olan markasını xatırlamadığı Rusiya istehsalı ətçəkən maşın, dəyəri 30 manat olan markasını xatriamadığı mikser. dəyəri 500 manat olan Kanada istehsalı blender aparatı, hər birinin dəyəri 850 manat olan 9 ədəd qazan, hər birinin dəyəri 80 manat olan 8 ədəd aşsüzən, ümumi dəyəri 500 manat olan 8 ədəd ləyən, 3 ədəd hər birinin dəyəri 400 manat olan xalça, dəyəri 1700 manat olan "LG" markalı tozsoran, ümumi dəyəri 300 manat olan 05 ədəd yorğan, ümumi dəyəri 300 manat olan 05 ədəd döşək, ümumi dəyəri 400 manat olan 06 ədəd adyal, dəyəri 1000 manat olan 06 böyük çamadan içərisi dolu paltar olan çanta, dəyəri 300 manat olan ayaqqabı, dəyəri 850 manat olan "Samsung" markalı şəkilçəkən aparat, ümumi dəyəri 300 manat olan 06 ədəd ətir, dəyəri 300 manat olan paltaryikən maşın, dəyəri 500 manat olan antikvar xəncər, ümumi dəyəri 2.000 manat olan 06 ədəd "Samsung" markalı monitor, dəyəri 200 manat olan markasını bilmədiyi paltaryuyan, dəyəri 80 manat olan "LG" markalı fen, dəyəri 170 manat olan "LG" markalı fen, ümumi dəyərləri 1500 manat olan 04 ədəd samovar, dəyəri 200 manat olan odun pəçi, ümumi dəyəri 300 manat olan laqonda, drel. burğac və s, dəyəri 200 manat olan su çəni, ümumi dəyəri 50 manat olan 50 ədəd balon, Ümumi dəyəri 200 manat olan 50 ədəd bıçaq, ümumi dəyəri 200 manat olan 04 eded qazanı, ümumi dəyəri 300 manat olan 08 ədəd su krantı, dəyəri 340 manat olan 30 metr parça, dəyəri 100 manat olan markasın bilmədiyi su matoru, dəyəri 1000 manat olan olan seyf, ümumi dəyəri 1400 manat olan 7 ədəd 50 kiloqramlıq qaz balonu oğlurlanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi və hazırda elan olunmuş ifadəsində sadalanan və oğurlanmış əmlakların hamısı onun şəxsi mülkiyyətində olmuş, qanuni əsaslarla əldə edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış sahəsində saxlanılmışdır. O, əlavə olaraq qeyd etmişdir ki, əvvəlki illərdə də həmin yaşayış sahəsindən oğurluq hadisəsi baş vermiş, lakin həmin hallar miqyas və vurulmuş maddi zərərin həcmi baxımından cari hadisə ilə müqayisə ediləcək səviyyədə olmamışdır. Cari hadisə zamanı yaşayış sahəsinə daha geniş və dağıdıcı müdaxilə edilmiş, evin yalnız daxili əşyaları deyil, eyni zamanda konstruksiyası da zədələnmişdir. Belə ki, evin tavan örtüyü və döşəmə hissələri naməlum şəxs və ya şəxslər tərəfindən sökülmüş, nəticədə tikiliyə ciddi maddi zərər vurulmuşdur. Həmçinin qaz sayğacında qeydə alınmış göstəricilərin təhlili nəticəsində müəyyən edilmişdir ki, yaşayış sahəsində müəyyən müddət ərzində qaz sərfiyyatı olmuş, bu isə həmin ünvanda faktiki olaraq yaşanıldığını ehtimal etməyə əsas vermişdir. O, hesab edir ki, oğurlanmış əşyaların sayı, çəkisi və ümumi həcmi nəzərə alındıqda, bu əmlakın daşınması və aparılması fiziki baxımdan iki nəfər tərəfindən həyata keçirilə biləcək həcmdə olmamışdır. Onun qənaətinə görə, hadisə bir neçə nəfərin iştirakı ilə və əvvəlcədən planlaşdırılmış şəkildə törədilmişdir. Hadisə yerinə gəldiyi zaman yaşayış sahəsinin tamamilə dağıdılmış və talan edilmiş vəziyyətdə olması onda güclü psixoloji sarsıntı yaratmışdır. Həmin emosional vəziyyət səbəbindən o, ilkin ifadəsini verərkən baş vermiş hadisə nəticəsində ona dəymiş maddi ziyanın həcmini tam və obyektiv şəkildə qiymətləndirə bilməmiş, zərərin məbləğini faktiki dəyərdən daha az göstərmişdir. Bir qədər sakitləşdikdən sonra yaşayış sahəsinə yenidən ətraflı baxış keçirmiş, oğurlanmış və yararsız hala salınmış əmlakların siyahısını dəqiqləşdirmişdir. Aparılmış dəqiqləşdirmə nəticəsində müəyyən etmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 37.000 (otuz yeddi min) manatdan çox məbləğdə maddi ziyan dəymişdir. Hazırda ifadəsi elan olunduqca oğurlanmış əşyalar tam yadına düşmüşdür. İstintaq zamanı verdiyi ifadə onun sözləri ilə yazılmışdır, həmin ifadənin məhkəmə tərəfindən qəbul edilməsini və nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X13 küçəsi, dalan 3, ev 39 ünvanında ona məxsus bağ evi var. Lakin, bir müddətdir ki, həmin evdə yaşayış olmayıb. Sonuncu dəfə 2024-cü ilin fevral ayının əvvəlində bağ evində olmuş və həmin vaxt orada hər hansı oğurluq faktını müəyyən etməmişdir. 08 fevral 2024-cü il tarixdə qəbir ziyarətinə getdikdən sonra qayıdarkən yol üstü özünə məxsus bağ evinə getmişdir. Həyətdə daxil olduğu zaman qapı və pəncərələrin sındırıldığını, hasarın söküldüyünü və qapıların kilidlərinin yerə düşdüyünü görmüşdür. Evə baxış keçirdiyi zaman bütün əşyaların oğurlandığını müəyyən etmişdir. Bildirir ki, baş verən oğurluq nəticəsində 01 ədəd latun materialından hazırlanmış qədimi çarpayı, onun üzərində 01 ədəd yorğan və döşək, 01 ədəd qaz pilətəsi oğurlanmışdır. Yataq otağından 02 ədəd latun materialından qədimi çarpayı və onların üzərində 02 ədəd yorğan və döşək götürülmüşdür. Digər otaqdan 01 ədəd latun materialından qədimi çarpayı, 01 ədəd qaz pilətəsi və 01 ədəd 50 litrlik qazan oğurlanmışdır. Bundan əlavə, müxtəlif ölçülərdə 20 ədəd qazan, 18 ədəd billur çay səkanı, 02 ədəd billur güldan, 02 ədəd mürəbbə qabı, plastik qablar və 01 ədəd taxta mebel oturacaq götürülmüşdür. Hadisədən dərhal sonra 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə gələn əməliyyat qrupu evə baxış keçirmiş və ekspert tərəfindən əl izləri nümunələri götürülmüşdür. Daha sonra 42-ci Polis Şöbəsinə dəvət olunaraq izahatı və ərizəsi alınmışdır. O, oğurluq əməlinin törədilməsində Natiq Orucov, Vüqar Mirzəyev və Mehman adlı şəxslərdən şübhələnir. Qeyd edir ki, həmin şəxslər əvvəllər oğurluq cinayəti törətmişlər və onun qonşuluğunda yaşayırlar. Qonşuların bir neçəsi də bildirir ki, onlar hadisəni törədən şəxsləri görməsələr də, onun qeyd etdiyi şəxslərdən şübhələnirlər. Həmin şəxslər hadisəni özləri törətməsələr belə oğurluğun kimin tərəfindən törədilməsi barədə məlumatlı ola bilərlər. Belə ki, məhləyə kimsə gəldiyi zaman onlar dərhal küçəyə çıxırlar. O, hadisədən sonra bir neçə dəfə polis və ekspertlə birlikdə özünə məxsus bağ evinə getdiyi zaman həmin şəxslər dərhal küçəyə çıxmışlar. Bu səbəbdən hesab edir ki, oğurluq zamanı bu qədər əşyanın kameraya düşmədən və heç kim görmədən aparılması mümkün deyil. O, həmin şəxslərdən hadisənin kim tərəfindən törədildiyini soruşmuş, lakin onlar bu barədə məlumatlarının olmadığını bildirmişlər. Ümumilikdə ona dəyən zərərin təxminən 5000 manat olduğunu bildirir. Lakin, qeyd edir ki, əşyaların indiki bazar qiyməti ilə hadisənin törədildiyi vaxt mövcud olan qiyməti arasında böyük fərq vardır və hazırda həmin əşyaların qiyməti daha yüksəkdir. Təqsirləndirilən şəxs evdə şprislərin olduğunu bildirsə də, o, evdə hər hansı şpris görməmişdir. Bir neçə il əvvəl tanımadığı şəxslər evə daxil olmuş, lakin heç bir əşya aparmamışdır. O, qeyd edir ki, həmin şəxslər orada olan kitabları yandırmışlar və buna əsaslanaraq hesab edir ki, onlar narkotik vasitə qəbul etdikləri üçün belə hərəkət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarı ərazisində köhnə əşyaların alqı-satqısı ilə məşğul olur. Əsasən köhnə məişət əşyalarını alaraq onları təmir edir və sonradan satışını həyata keçirir. Qeyd edir ki, 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə əvvəllər bir neçə dəfə əşya aldığı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən metal qəbul məntəqələrindən birində işləyən tanışı ona telefon vasitəsilə zəng edərək alüminium qazanların satıldığını bildirmişdir. Bununla əlaqədar olaraq o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisinə getmiş və Təqsirləndirilən şəxs1 ilk dəfə məhz həmin yerdə görmüşdür. Bildirir ki, qeyd olunan ərazidə Təqsirləndirilən şəxs1 başqa daha bir nəfər şəxs də olmuşdur. Lakin həmin şəxsin kimliyini, xarici görünüşünü və digər fərqləndirici əlamətlərini xatırlamır. Həmin ərazidə ümumilikdə təxminən 6–7 ədəd alüminium qazan, alüminium qazan qapaqları və alüminium materialdan hazırlanmış aşsüzən olmuşdur. O, əşyaları təklif edən şəxslərdən həmin malları haradan əldə etdiklərini soruşmuşdur. Həmin şəxslər əşyaların özlərinə məxsus olduğunu, bu qazanlardan ehsan mərasimlərində istifadə etdiklərini, lakin atalarının xəstə olması və müalicə xərclərinin yaranması səbəbindən onları satmaq qərarına gəldiklərini bildirmişlər. Həmin vaxt onun istifadəsində olan mobil telefonun fotoçəkiliş funksiyası olmadığından, onu həmin yerə dəvət etmiş tanışından əşyaların və əşyaları satan şəxslərin şəkillərini çəkməsini xahiş etmişdir. O, ümumilikdə qeyd olunan əşyalara təxminən 400–700 manat aralığında pul ödəmişdir. Lakin əşyaların oğurluq yolla əldə edilməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Polis əməkdaşları ona yaxınlaşıb mövzu ilə bağlı sorğu apardıqda, yalnız həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona satdığı əşyaları haradansa oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən iki ildir tanıyır. Digər təqsirləndirilən şəxslə isə hər hansı tanışlıq münasibəti olmamışdır. 2023-cü ilin dekabr ayında Telman onun yanına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əlində bir ədəd çemodan olmuşdur. Təqsirləndirilən şəxs1 çemodanı açaraq içərisində müxtəlif geyim əşyalarının olduğunu nümayiş etdirmiş və qeyd olunan paltarları satmaq məqsədilə gətirdiyini bildirmişdir. O, təqdim olunan əşyalara ehtiyacının olmadığını və həmin geyim vasitələrini almaq niyyətində olmadığını Təqsirləndirilən şəxs1 bildirmişdir. Bu səbəbdən hər hansı alqı-satqı münasibəti baş tutmamış, tərəflər arasında qeyd edilən əşyalarla bağlı razılaşma əldə olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 çemodanı yenidən bağlayaraq həmin ünvandan ayrılmışdır. Qeyd edir ki, göstərilən hadisə zamanı tərəflər arasında hər hansı digər söhbət və razılaşma olmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs1 yenidən ona yaxınlaşaraq özündə olan xarici valyutanı dəyişdirmək istədiyini bildirmişdir. O isə şəhərə gedəcəyini qeyd edərək Təqsirləndirilən şəxs1 valyuta mübadiləsi həyata keçirilən yerləri göstərə biləcəyini demişdir. Bununla əlaqədar olaraq onlar birlikdə taksi vasitəsilə 28 May metrostansiyasının yaxınlığına getmişlər. Həmin ərazidə o, Təqsirləndirilən şəxs1 valyuta mübadiləsi ilə məşğul olan şəxslərin olduğu yeri göstərmişdir. O, valyutanın dəyişdirilməsi prosesi zamanı, Təqsirləndirilən şəxs1 yanında olmamış, pulun dəyişdirilməsində birbaşa iştirak etməmişdir. Həmçinin, həmin əməliyyatla bağlı hər hansı maddi və ya digər marağı olmamışdır. O, 28 May metrostansiyası istiqamətində hərəkət edərkən Təqsirləndirilən şəxs1 çantasında xeyli sayda İran İslam Respublikasının pul nişanlarının (əskinaslarının) olduğunu müşahidə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 əlində qırmızı rəngli, sayca təxminən 3–4 ədəd, hansı dövlətə məxsus olduğunu xatırlamadığı xarici valyuta əskinaslarının olduğunu görmüşdür. Onun istintaq zamanı verdiyi ifadə müstəntiq tərəfindən kompyuter vasitəsilə tərtib edilmiş, ifadənin məzmunu ilə tam şəkildə tanış olmadan, onu oxumadan imzalamışdır. Hazırda həmin ifadənin konkret məzmununu və orada əks olunmuş halları dəqiq xatırlamır. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 danışığa meyilli şəxs olmadığından, onun üzərində olan pul vəsaitlərini və paltarları haradan və hansı şəraitdə əldə etməsi barədə Təqsirləndirilən şəxs1 hər hansı sual verməmiş, bu barədə maraqlanmamışdır. Təqsirləndirilən şəxs1 üzərində olan pul vəsaitlərinin və təqdim etdiyi əşyaların oğurluq yolu ilə və ya hər hansı digər qanunsuz yolla əldə edilməsi barədə onun hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 tərəfindən bu barədə ona heç bir məlumat verilməmiş, belə bir halın mövcudluğu barədə hər hansı açıqlama edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, zərərçəkmiş X1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən yaşayış evindən və həyətyanı sahəsindən çoxsaylı məişət əşyalarının, məişət texnikasının, qızıl-zinət əşyalarının, pul və digər əmlakın gizli surətdə talanması barədə ərizəsi və toplanmış materiallar əsasında 09 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. (i.v.1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X2 məxsus məişət əşyalarının, məişət texnikasının, qızıl-zinət əşyalarının, pul və digər əmlakın gizli surətdə talanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi yaşayış evidir. (i.v.7-11). "Şübhəli şəxsin tutulması haqqında” 09 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 avqust 2024-cü il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 38-39). “Götürmə aparılması haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs1 satın aldığını bildirdiyi 02 ədəd alüminium materiallı qazanı, 02 ədəd alüminium qazan qapağını və 01 ədəd alüminium materiallı aşsüzəni könüllü olaraq təqdim etmiş, həmin əşyalara baxış keçirilərək prosessual qaydada götürülmüşdür. (i.v. 50). “Cinayət əməlinin tövsif edilməsi haqqında” 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməli 10 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuşdur. (i.v. 52). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X5 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 75-77). “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 78- 80). “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, 27 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və bundan sonra ********* nömrəsi ilə istintaqa davam edilmişdir. (i.v. 96-97). “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, 08 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X13 küçəsi dalan 3, ev 39 ünvanında yerləşən evə naməlum şəxs və ya şəxslər tərəfindən qapı və pəncərənin sındırılması yolu ilə qanunsuz daxil olunaraq müxtəlif məişət əşyalarının oğurlanması barədə ərizəsi və toplanmış materiallar əsasında başlanmışdır. (i.v. 98). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus məişət əşyalarının, məişət texnikasının gizli surətdə talanması faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X13 küçəsi dalan 3, ev 39 ünvanıdır. (i.v.100-102). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (i.v.190). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 9/7463 nömrəli, 15 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata fotoşəkilləri təqdim edilmiş 01 ədəd diametri 62 sm olan alminium aşsüzənin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin dekabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 35 manat müəyyən edilir. Qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş digər 2 adda mallar haqqında məlumat olmadığından və qərarda göstərilən xüsusatlara uyğun yerli internet saytlarında elan olmadığından, həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i.v.191-193). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (i.v. 171). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Xalq Məhkəməsinin 26 yanvar 1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2ci hissəsinin 23-1-ci bəndi ilə təqsirli bilinərək 02 il müddətinə əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Bundan başqa, o, Sabunçu Rayon Xalq Məhkəməsinin 23 may 1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3, 215, 143.3, 143.4, 38 və 39 maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1, 237.1, 304.2.1, 66.3, 234.1 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 avqust 2004-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzası 08 il müddətinə endirilmişdir. Bundan başqa, o, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 08 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 fevral 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Xəzər Rayon Məhkəməsinin 09 avqust 2018ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Sabunçu Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 03 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 173-175). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-160/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddətinin azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 179-186). "Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək istintaqa davam edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, 02 ədəd alüminium materiallı qazan, 02 ədəd alüminium qazan qapağını və 01 ədəd alüminium materiallı aşsüzən cinayət işi üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1 qaytarılmışdır. (i.v. 222-232) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-342/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri “həbs" qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3-16-17/40/2- 17806/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı övladı var. İ-2190 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-3621 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-6152 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-698 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. İ-20587 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-519/2025 nömrəli, 11 mart 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-160/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin hər birinə münasibətdə gəlinmiş nəticə ayrı-ayrılıqda, fərdi xüsusiyyətlər, əmələ münasibət, təqsirin xarakteri və dərəcəsi, habelə işin digər mühüm halları nəzərə alınmaqla müstəqil şəkildə əsaslandırılmalıdır. Məhkəmə vurğulayır ki, cinayət mühakimə icraatında fərdiləşdirmə prinsipi əsas götürülməli, hər bir təqsirləndirilən şəxsin əməli, subyektiv münasibəti, rolu və məsuliyyət həddi ayrıca qiymətləndirilməli, nəticə isə konkret şəxsə aid sübutların məcmusu əsasında formalaşdırılmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, oğurlanmış əşyalardan bir hissəsinin qaytarılmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı uşağının olmasını (AR CM-59.1.4), Vətən müharibəsi iştirakçısı olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyini, Azərbaycan Respublikası adından müvafiq medallarla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 09 avqust 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 12 dekabr 2025-ci il tarixdən 20 fevral 2026-cı il tarixədək həbsdə qaldığı müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsi, nömrəsiz ev ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməməsinə tənqidi yanaşaraq ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən oğurluğun guya çoxdan, Nardaran hadisələrindən dərhal sonra baş verməsi barədə iddiası iş üzrə sübutlarla təkzib olunur, çünki zərərçəkmiş Zərərçəkmiş şəxs1 2019-cu ildən sonra ölkədə olmasalar belə həmin evə qardaşının, daha sonra isə anasının mütəmadi olaraq baş çəkdiyini və bu müddətdə evdə hər hansı oğurluq faktının aşkar edilmədiyini bildirmişdir; oğurlandığı göstərilən qaz balonları, samovarlar, seyf, xalçalar, məişət texnikası, qızıl-zinət əşyaları və xarici valyuta kimi çoxsaylı və iri həcmli əşyaların uzun müddət ərzində evə baxış zamanı fərq edilməməsi inandırıcı deyil. Təqsirləndirilən şəxs1 yalnız qarajdan əşya götürdüyünü, lakin evin daxili hissəsinə daxil olmadığını bildirməsi də inandırıcı deyil, çünki eyni ünvanda yerləşən qarajdan iri əşyaları çıxaran şəxsin yaşayış sahəsində olan daha dəyərli və asan daşınan əmlaka toxunmaması real görünmür. Əlavə olaraq Şahid2 ifadəsində Təqsirləndirilən şəxs1 çemodanda müxtəlif geyim əşyaları və üzərində xeyli miqdarda İran İslam Respublikasına məxsus pul nişanları, eləcə də digər xarici valyuta əskinasları saxladığı göstərilmişdir ki, bu da evdən oğurlandığı bildirilən paltar və xarici valyuta ilə məzmun etibarilə uyğunluq təşkil edir və nəticə etibarilə onun “evdən heç nə götürməmişəm” və “oğurluq çoxdan olub” barədə müdafiə mövqeyinin sübutsuz, ziddiyyətli və həqiqətə uyğun olmayan müdafiə xarakterli ifadə olduğunu göstərir. Eyni zamanda elektron məhkəmə sistemində Təqsirləndirilən şəxs1 adına olan məhkəmə qərarları nəzərdən keçirilmiş və onun iddia etdiyi kimi Zərərçəkmiş şəxs1 evindən 20 dekabr 2023-cü il tarixdə oğurluq edilərkən inzibati həbsdə olduğunu təsdiq edən hər hansı fakta rast gəlinməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluğu törədən şəxslər barədə məlumat verəcəyini və oğurlanmış əşyaların satıldığı şəxsin məhkəməyə bildirilib şahid qismində dəvət olunmasını xahiş edəcəyini bəyan etsə də, sonrakı məhkəmə iclaslarında müdafiə tərəfi bu barədə hər hansı konkret məlumat, şəxsiyyəti müəyyən edən sübut və ya şahidin çağırılması ilə bağlı əsaslandırılmış vəsatət təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsində həmin epizod üzrə özünü təqsirli bilmiş, müvafiq ifadə vermiş, lakin məhkəmə baxışı zamanı ifadəsini dəyişmişdir ki, Məhkəmə tərəfindən onun bu mövqeyi özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, sübutların etibarlılığı onların mənbəyinin qanuniliyinə, əldə olunma üsuluna və digər sübutlarla uyğunluğuna əsasən müəyyən edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin ifadələri qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş, prosessual hüquqları ona izah edilmiş, müdafiəçinin iştirakı təmin olunmuş və bu hallar müvafiq protokollarda öz əksini tapmışdır. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması barədə məhkəmədə verdiyi ifadəyə münasibətdə, məhkəmə qeyd edir ki, bu iddialar subyektiv xarakter daşıyır və obyektiv sübutlarla təsdiq edilmir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi zorakılıq faktları ilə bağlı nə saxlanıldığı dövrdə, nə ibtidai istintaq zamanı, nə də sonradan prokurorluq orqanlarına, məhkəməyə və ya digər səlahiyyətli qurumlara şikayət etməsi barədə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə bu xüsusda onu da nəzərə alır ki, sübut yalnız o halda yolverilməz hesab edilə bilər ki, o, qanunun tələblərinin kobud şəkildə pozulması ilə əldə edilsin. İş materiallarında isə təqsirləndirilən şəxsin ifadələrinin qanunsuz üsullarla alındığını təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Əksinə, istintaq hərəkətlərinin protokollarından görünür ki, bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin uzun müddət ərzində cinayət işinin istintaqı ilə bağlı aparılan prosesual hərəkətlərdə iştirak etməsinə baxmayaraq, ilkin ifadələrindən imtina etməməsini və yalnız məhkəmə baxışı mərhələsində mövqeyini dəyişməsini xüsusi olaraq qiymətləndirir. Məhkəmə təcrübəsinə əsasən, sonradan verilən və əvvəlki ifadələrlə ziddiyyət təşkil edən izahatlar, əgər obyektiv sübutlarla təsdiq edilmirsə, etibarlı sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlini qismən etiraf edərək səmimi peşman olmasını, oğurlanan əşyaların cüzi hissəsinin zərərçəkmiş şəxsə qaytarılmasını cəzanı yüngülləşdirən, əməlində cinayətlərin residivinin olması isə cəzanı ağırlaşıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 1(101)-519/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 əvvəlki işlər üzrə tutulduğu müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, iş üzrə maddi sübut 02 ədəd ailiminum materiallı qazanların, 02 ədəd aliminium qazan qapaqlarının və 01 ədəd aliminium materiallı aşsüzənin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 1(101)-519/2025 saylı hökmü ilə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2025-ci il tarixli, 1(103)-1009/2025 saylı cəzaya münasibətdə dəyişdirilməmiş Qərarı 07 (yeddi) il azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 əvvəlki işlər üzrə tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) il 05 (ay) 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 09 avqust 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət, 12 dekabr 2025-ci il tarixdən 20 fevral 2026-cı il tarixədək həbsdə olduğu 2 ay 8 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə 2 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 04 ay 18 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 07 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsi, nömrəsiz ev ünvanını axşam saat 22:00- dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut 02 ədəd ailiminum materiallı qazanların, 02 ədəd aliminium qazan qapaqlarının və 01 ədəd aliminium materiallı aşsüzənin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar