Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-343/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Kürdəmir rayonu, Çöhranlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, internet informasiya ehtiyatlarında saxta istifadəçi ad, profillər və hesablardan istifadə edərək yalan olduğunu bilə-bilə zərərçəkmiş şəxsə böhtan atmış və onu təhqir etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayından şəxsi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə ayrıldıqdan sonra sonuncunun onun telefon zənglərinə və ismarıclarına cavab verməməsi ilə bağlı ondan qisas almaq məqsədi ilə kirayədə yaşadığı ünvan 2 ünvanına bağlı olan ***-**-** saylı ev telefonunun 188.253.233.170 və 188.253.239.123 İP ünvanları üzərindən istifadəsində olan “REDMİ NOTE 9S” markalı mobil telefonda Zərərçəkmiş şəxs müxtəlif internet profillərindən şəkillərini əldə edərək onlardan istifadə etməklə 12 noyabr 2022-ci il və 16 noyabr 2022-ci il tarixlərdə “Tik-tok” sosial şəbəkəsində uydurma şəxsin adına yaratdığı saxta “Elektron ünvan 1” elektron poçt ünvanından istifadə etməklə “asım_33” və eyni üsulla uydurma şəxsin adına yaratdığı saxta mailto:ademqasimov21@gmail.comElektron ünvan 2 elektron poçt ünvanından istifadə etməklə “Adem Qasımov” saxta istifadəçi adları və profillər-hesablar yaradaraq istifadəsində olan telefonda olan qrafik redaktə proqramlardan istifadə etməklə Zərərçəkmiş şəxs fotoşəkillərinin üzərinə yalan olduğunu bilə-bilə “Sabunçu rayon prakrorluqda çalışan Zərərçəkmiş şəxs Peyser Şərəfsiz yanına gələn vetendaslara en cox kişilərə iyrənc cinsi münasibət təklif edir, p...x, s...qa, kisi manyakı” və sair bənzər məzmunlu çoxsaylı ifadələr yazıb bu kimi məlumatları özündə əks etdirən redaktə etdiyi fotoşəkilləri yuxarıda qeyd olunan sosial şəbəkələrdə yaratdığı saxta profillərə həmin tarixlərdə yükləməklə kütləvi xarakter daşıyan internet informasiya ehtiyatlarında Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, nalayiq formada qəsdən alçaldan məlumatları internet sosial şəbəkələrində yaratdığı həmin saxta istifadəçi ad, profillər və hesablardan istifadə edib yaymaqla Zərərçəkmiş şəxs böhtan atmış və eyni zamanda onu bu üsulla təhqir etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, müvafiq ekspertiza rəyi, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində əmisi Şahid Xəlilov tərəfindən zorlanmağı və əmisi Şahid Xəlilovun evindən pul oğurlaması barədə ərizə ilə Sabunçu rayon Polis idarəsinin 12-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, müraciəti zorlanma ilə bağlı olduğundan ərizəsi və toplanmış material aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Təxminən 10-15 gün sonra Sabunçu rayon prokurorluğunun müstəntiqi Zərərçəkmiş şəxs onu xidməti otağına dəvət edərək müraciətinin araşdırılacağı bildirilmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs ona hadisədən 2 il keçdiyini, zorlanmanı sübut etməyin çətin olduğunu, oğurluq hadisəsini etiraf etdiyini, işin dərinliyinə getdikdə tutulacağını demiş, amma ona kömək edəcəyinə söz vermişdir. Həmin günü izahatını aldıqdan sonra, təxminən 2020-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs onu evə düşürtməyi təklif etmiş, o, da bununla razılaşmış, həmin vaxtlarda Bakı şəhəri, Əhmədli qəsəbəsində “Şuşa” marketin arxasında yaşamışdır. Zərərçəkmiş şəxs ağ rəngli sedan avtomobilinə əyləşib evi istiqamətində getmişlər. Yolda söhbət edərkən ondan həyatında kimsə olubolmadığını soruşmuş, o, isə Amilə həyatında heç kim olmadığını demişdir. Zərərçəkmiş şəxs cinsi əlaqədə olub-olmayacağını soruşmuş, o, isə cavab verməmiş, davamında Amil ona “narahat olma sənin işinə bağlayacam, əmini də çağırmışam, işini yoluna qoyacam”. Həmin günün səhəri, həqiqətəndə Zərərçəkmiş şəxs işi həll etmiş, əmisi ilə problemi yoluna qoymuş, əşyalarını öz evində saxlayan əmisi əşyaları və şəxsiyyət vəsiqəsini qaytarmışdır. Həmin günü Zərərçəkmiş şəxs ona “işini həll etdim, nə vaxt görüşürük” demiş, o, isə cavabında “əlimdə işim var uyğun olanda görüşək” bildirmişdir. Təxminən 3-4 gün sonra hazırda dəqiq xatırlamadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində 5 nömrəli xəstəxananın yaxınlığında olan hündürmərtəbəli binanın 4-5 ci mərtəbəsində Zərərçəkmiş şəxsla görüşmüş,sonuncu ilə könüllü şəkildə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxsla təxminən 3 ay ərzində 3-4 dəfə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxsla görüşməyə yəni cinsi əlaqədə olmağa onun işini həll etdiyi üçün razılıq vermişdir. Hər hansı bir yerə gəzməyə getməmişdir. Təxminən 2020-ci ilin mart-aprel aylarında Amil onunla tamamilə əlaqəni kəsmiş, heç zəng də etməmiş, buna görə də o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Amilin istifadəsində ***-***-**-** saylı mobil nömrəyə zəng edərək hansı səbəbə əlaqə saxlamadığını soruşmuş, Amil isə cavabında nişanlısı ilə barışdığını daha ona ehtiyacı olmadığını deyərək dost qalacaqlarını bildirmişdir. O, isə Amilə, “sən nə cındır, şərəfsiz adamsan, məni istifadə edib atdın” demişdir. Amil isə nişanlı isə barışdığını problem ya.amaq istəmədiyini bildirmişdir. Təxminən 15-20 gün sonra Amil ilə barışmış və yenidən görüşüb 5 nömrəli xəstəxananın yanında olan mənzilə gedərək təbii yolla cinsi əlaqədə olmuşlar. Təxminən bir həftə sonra o, “whatsapp” proqramında Amilin onun nömrəsini blokladığını(qadağan etdiyini) görüb hazırda xatırlamadığı iş yoldaşının telefonundan Amilin nömrəsinə zəng edərək hansı səbəbə bloka atdığını soruşmuş, Amil, isə danışmaq istəmədiyini sevgilisi ilə barışdığını demişdir. Bundan sonra aralarında heç bir münasibət olmamış, nə o, Amilə zəng etmiş, nə də ki, Amil ona zəng etmişdir.Təxminən 1 il sonra yəni 2021-ci ilin may-iyun aylarında xalası Ülkər ona zəng edərək əmisi Şahidin onu axtardığını demiş, o, isə məsələnin bağlandığını bilib, Amilin “facebook” və “instagram” profillərini tapıb sonuncuya mesaj yazaraq ona söz verdiyini, məsələ bağlandığı üçün hansı səbəbə əmisi Şahidin onu axtardığını soruşmuşdur. Amil, isə ona heç bir cavab verməmişdir. Bu hadisədən sonra da xalası yenə qonşularının əmisi Şahidin onu axtardığını demişdir. 2021-ci ilin sonları 2022-ci ilin əvvəllərində Amilə başqa nömrədən zəng edərək əmisi Şahidin onu axtardığını, işini niyə yarımçıq həll etdiyini, istəyinə əsasən cinsi əlaqədə olduğunu demiş, Amil isə onu çox pis şəkildə təhqir edərək gündə yüzü ilə əlaqədə olduğunu, onunla artıq işinin bitdiyini, o, şikayət edəcəyini dedikdə, Amil onu işini təzələməklə tutmaqla hədələmişdir. Həmin vaxtdan sonra o, Amilin instagram, facebook profillərini axtarmağa başlamış, sonuncu dəfə Amil onu pis təhqir etdiyi üçün onunla istifadə olunmuş kimi danışdığına görə intiqam almaq qərarına gəlmişdir. Təxminən 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs “instagram” səhifəsini xüsusi proqram yükləməklə sındırıb, orada Zərərçəkmiş şəxs aid olan şəkilləri öz telefonuna köçürtmüşdür. Şəkilləri götürməkdə məqsədi, Amilin onunla küçə qadını kimi danışdığına görə sonuncunu bir formada cəzalandırmaq olmuşdur. Ona görə də, 12 noyabr 2022-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində mailto:asimosmanov21@gmail.comElektron ünvan 1 elektron poçt ünvanından istifadə etməklə “asım_33” saxta profil yaradaraq Zərərçəkmiş şəxs “instagram” sosial şəbəkəsindən əldə etdiyi şəkillərinin üzərində “Sabunçu rayon prakrorluqda çalışan Zərərçəkmiş şəxs Peyser Şərəfsiz yanına gələn vetendaslara en cox kişilərə iyrənc cinsi münasibət təklif edir, petux, sosqa, kisi manyakı” məzmunlu təhqir edici ifadələr yazıb paylaşmışdır. Bundan sonra şikayətə görə həmin səhifəsi bağlanmış, məcbur olub yenidən 16 noyabr 2022ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində mailto:ademqasimov21@gmail.comElektron ünvan 2 elektron poçt ünvanından istifadə etməklə “Adem Qasımov” saxta profil yaradaraq Zərərçəkmiş şəxs şəkillərinin üzərində təhqiredəci ifadələr işlətməklə paylaşmışdır. “Tik-tok” sosial şəbəkəsində açdığı saxta profillərin yaradılmasında istifadə etdiyi mailto:asimosmanov21@gmail.comElektron ünvan 1 və mailto:ademqasimov21@gmail.comElektron ünvan 2 poçt ünvanlarını da sırf həmin məqsəd üçün açmış və hazırda da həmin poçt ünvanlarının şifrələrini xatırlamır. 12 noyabr və 16 noyabr 2022-ci il tarixlərdəki paylaşımları istifadəsində olan REDMİ NOTE 9S markalı mobil telefondan istifadə etməklə kirayədə yaşadığı ünvan 3 ünvanında etmişdir. Paylaşımları edərkən kirayədə yaşadığı evin wifi internetini istifadə etmişdir. O, paylaşımları etdiyi üçün Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ Nermine, kimse menim shekillerimi ogurlayib tik-tokda tehgir edici sozler yazib uzerinə paylashır. Eger bunu eden sensen tecili qaydada meslehet gorurem silesen hemin profili ve shekilleri, eks halda sabah lazimi yerlere gedib profili acdirib polise shikayet edib, lazimi tedbir gorücüm. Xeberdarligimi etdim bilesen. Eger sen paylashmisansa, sil söhbeti baqlayaq. Senen ishim olmasin.” məzmunlu sms yazmışdır. O, isə cavabında onunla əlaqəsi olmadığını demişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 12 noyabr 2022-ci il tarixdən Tik-Tok” sosial şəbəkəsində “asım_33” və digər adlarla qeydiyyatdan keçmiş hansısa saxta profil istifadəçisi onun şəxsi fotoşəkillərini ona məlum olmayan mənbədən və üsulla oğurlayıb üzərinə təhqiredici ifadələr yazıb şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq “Tik-Tok” sosial şəbəkədə paylaşmışdır. 2020- ci ilin yanvar ayında o, Sabunçu rayon prokurorluğunda müstəntiq kimi çalışdığı bir vaxtda prokurorluğa həmin şəxsin doğma əmisi tərəfindən zorlanmaya məruz qalması ilə bağlı Sabunçu RPİ-dən şikayət ərizəsi daxil olmuş və araşdırmanın aparılması ona tapşırılmışdır. Tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs şikayət ərizəsində göstərdiyi xüsusatların həqiqəti əks etdirmədiyini, yəni zorlanması və zorlanmağa cəhd olunması faktı öz təsdiqini tapmadığından, yəni cinayət hadisəsi müəyyən edilmədiyindən 03 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.1 ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərar qəbul olunduqdan bir müddət sonra Təqsirləndirilən şəxs Sabunçu rayon prokurorluğunun inzibati binasında yerləşən xidməti otağına gələrək apardığı araşdırma nəticəsində əmisinin bir daha narahat etmədiyini, ona minnətdar olduğunu və onunla dost olmaq istəyini bildirmişdir. O, həmin şəxsə apardığı araşdırma zamanı zərərçəkmiş şəxs qismində çıxış etdiyini, dost deyil, ancaq bir vətəndaş kimi tanışlıq münasibəti saxlaya biləcəyini, gələcəkdə üzləşdiyi hər hansı bir haqsızlıq və qanunsuzluqla bağlı bir daha hüquq-mühafizə orqanlarına müraciət edə biləcəyini izah etmişdir. Apardığı araşdırma zamanı o, Təqsirləndirilən şəxs izahatını almaq üçün prokurorluğa dəvət etmək məqsədi ilə istifadəsində olan mobil telefonundan sonuncunun mobil telefon nömrəsinə bir neçə dəfə zəng vuraraq danışmışdır. Təqsirləndirilən şəxs prokurorluğa sonuncu gəlməsindən bir neçə gün keçdikdən sonra Nərminə onun istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zəng vurub kef-əhvalı ilə maraqlanmış, ismarıclar yazaraq xətrinin əziz olduğunu, aparılmış araşdırmanın keçmişdə qaldığını, araşdırma üzrə yekun qərar qəbul olunduğunu, bu məsələnin artıq dost olmaqlarına maneə ola bilməyəcəyini, bir şans verməsini bildirmişdir. O, isə Nərminəyə bir daha iş fəaliyyətindən kənar qeyri-rəsmi münasibət saxlaya bilməyəcəyini bildirmiş, lakin istədiyi zaman işlədiyi idarəyə gələrək hər hansı bir qanun pozuntusu və ya haqsızlıq ilə üzləşdikdə köməklik etməyə hazır olduğumu söyləmişdir. Bir neçə gün ərzində Nərminə eyni qaydada onun istifadəsində olan mobil nömrəyə ismarıclar yazaraq onun kef-əhvalı ilə, şəxsi həyatı ilə maraqlanmış, dost və sevgili olmaq istəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona sms yazdığı ərəfədə o, subay olmuş, həmin zaman şəxsi həyatında heç kəslə münasibətdə olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs dost olmaq təklifi ilə razılaşaraq arasıra “whatsapp” sosial şəbəkə vasitəsi ilə sonuncu ilə yazışmağa başlamışdır. İlk öncə o, Təqsirləndirilən şəxs ilə dost kimi yazışmış, Lakin bir neçə gün sonra münasibətləri mehribanlaşmış, aralarında qarşılıqlı hörmət yaranmış, Nərminənin ailə həyatı qura biləcəyi şəxs ola biləcəyini düşünmüşdür. Bu səbəbdən Nərminənin istəyi və razılığı ilə sevgili münasibətinə girmişdir. Bu münasibətlərin yaranmasından bir neçə gün sonra Nərminə axşam saatlarında ona Əhmədli qəsəbəsində kirayə qaldığı ev yiyəsi ilə mübahisə etdiyini, ev yiyəsinin onu evdə qalmasına icazə vermədiyini və gecə qalmağa yeri olmadığını demiş, həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 11 b, mənzil 15-də yerləşən, yaşadığı mənzildə tək yaşadığını, gecəni qalmağa yeri olmadığı təqdirdə gecəni evimdə qala biləcəyini söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşaraq həmin gecəni onun evində, səhəri gün isə qohumları ilə əlaqə saxlayaraq evdən getmişdir. Həmin gecə Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək evdə olduğu zaman ona kirayə yaşadığı ev yiyəsi ilə mübahisə etmədiyini, sadəcə olaraq onu görmək istədiyi üçün bu formada yalan danışdığını etiraf etmişdir. Nərminə ona bakirə olmadığını, həmin gecəni onunla birlikdə qalaraq cinsi əlaqəyə girmək istəyini ona söyləmiş, sonuncunun həmin təklifinə etiraz etməyərək könüllü razılığı ilə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bir neçə gün sonra isə Nərminəyə artıq sevgili münasibətlərinin kəsmək istədiyini deyərək dost olaraq qalmaq istəyini bildirmiş, Nərminə ilk öncə onunla razılaşmayaraq münasibəti kəsmək istəməməsini ona israrla bildirsədə, onun qətiyyətli olduğunu görüb razılaşmışdır. Ayrıldıqdan bir müddət sonra Nərminə ara-sıra yenidən ismarıclar yazaraq sevgili münasibətlərini bərpa etmək istəyini demiş, o, isə sonuncuya onu bu mövzuda narahat etməməsini, bəhanə kimi artıq həyatında digər bir qadının olduğunu, həmin qadınla ailə həyatı quracağını söyləyib bunun mümkünsüz olacağını söyləyərək sağollaşmışdır. Bir neçə ay sonra, yəni 2020-ci ilin tarixi dəqiq xatırlamadığı yay aylarında naməlum bir şəxs “facebook” və “instagram” sosial şəbəkələrində “Səma Əzizova” adında saxta profil istifadəçisi kimi qeydiyyatdan keçərək onun istifadə etdiyi profillərin şəxsi ismarıclar bölümünə qız kimi özünü təqdim edib onunla sevgili olmaq istəyini yazmış, həmin şəxsə onu narahat etməməsini söylədikdə isə həmin şəxs nalayiq ifadələr yazaraq onu təhqir etməyə başlamış, iş fəaliyyətimdə nöqsanlara və qanunsuz hərəkətlərə yol verdiyini bildirmişdir. Həmin zaman həmin şəxsin sosial şəbəkələrdə qeydiyyatdan keçdiyi elektron poçt ünvanını və mobil telefon nömrəsini yoxladıqda həmin şəxs Təqsirləndirilən şəxs olduğunu anlamışdır. Həmin şəxsə Təqsirləndirilən şəxs olduğunu bildiyini yazaraq, saxta profillərdən nalayiq sözlərin yazmasının qeyri etik bir hərəkət olduğunu, şər və böhtan atmamasını, onu bir daha narahat etməməsini söyləyərək sağollaşmışdır. 13 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs “whatsapp” sosial şəbəkə vasitəsi ilə onun mobil nömrəsinə “salam, bilirəm məni nə görmək nədəki eşitmək istəmirsən, haqlısan, sənin yerinə başqa adam olsaydı mənim dediyim sözlərə qarşılıq mənə böyük pislik edərdi, sənsə tərbiyənə əxlaqına sığınıb kənara çəkildin, çox sağol, sənə qarşı etdiyim səhvi özümə bağışlaya bilmirəm, dediyim sözlərə görə peşmanam, səndən min dəfə üzr istəyirəm, məni bağışla, sən sevdiyin insanın yanındasan, Allah belə insanların ən ağır günahını bağışlayır, səndə məni bağışla, qoy böyüklük səndə qalsın, bircə öz dilində məni bağışladığını mənə halallıq verdiyini de, sənin kimi insanı dostu itirmək istəmirəm...” məzmununda ismarıc yazmış, o, isə Nərminənin saxta profildən yazdığı nalayiq ismarıcların qarşılığında tədbir görə biləcəyini, lakin etdiyi hərəkəti dərk etmədiyini, öz səhvini qəbul etdiyi üçün bağışladığını, eyni zamanda heç bir halda artıq onunla münasibət saxlamaq istəmədiyini söyləyərək sağollaşmışdır. xx.xx.2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs yenidən “whatsapp” sosial şəbəkə vasitəsi ilə onun mobil nömrəsinə bir neçə dəfə zəng vurmuş, o, zəngləri cavabsız qoyduqdan sonra guya hədiyyəlik malların fakturasını istədiyini, onun nömrəsini başqa bir şəxsin nömrəsi ilə səhv saldığını bildirərək yenidən tanış olmaq məqsədi yazmağa başlamışdır. Bu dəfə isə artıq Nərminənin mobil nömrəsini bloka ataraq sonuncunun yazışmalarına və zənglərinə heç bir əhəmiyyət verməyərək cavabsız qoymuşdur. Bu hadisədən bir müddət sonra Təqsirləndirilən şəxs onun işlədiyi Sabunçu rayon prokurorluğunun inzibati binasına gəlmiş, o, sonuncunu qəbul etdikdə Nərminə yenidən onun kef-əhvalı ilə maraqlanmış, şəxsi həyatında dəyişikliyin olub-olmaması barədə suallar verməyə başlamış, həmçinin guya əmisinin onu axtardığını, araşdırmanın yekunlaşıb- yekunlaşmadığını soruşmuşdur. O, Nərminəyə yalan danışmamasını, yenidən onunla münasibətini bərpa etmək üçün qəbuluna gəldiyini, artıq nişanlı olduğunu, qısa bir zamanda ailə həyatı quracağını, əmisinin Nərminəni axtarması barədə heç bir məlumatı olmadığını, material üzrə artıq 2020-ci ilin fevral ayında qərar qəbul olunaraq araşdırmanın yekunlaşdığını, qərardan heç bir şikayət daxil olmadığını söyləmişdir. Nişanlı olduğunu qısa bir zamanda ailə həyatı quracağı sözlərindən sonra Nərminə qəflətən əsəbləşmiş, təhqirəqamiz ifadələr işlədib kobud şəkildə sağollaşaraq otağını tərk edərək çıxıb getmişdir. Həmin hadisədən sonra Təqsirləndirilən şəxsm görməmiş və əlaqə saxlamışdır. 12 noyabr 2022-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “asım_33” adı ilə qeydiyyatdan keçmiş saxta profil istifadəçisi onun şəxsi fotoşəkillərini təhqiredici ifadələr yazıb onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq həmin sosial şəbəkədə paylaşdıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu güman etmiş, həmin gün Nərminənin istifadəsində olan mobil nömrəyə zəng vuraraq bundan öncə saxta profil vasitəsi ilə ona yazdığı üçün yuxarıda qeyd etdiyi hadisəni törətməsində ondan şübhələndiyini, şəkilləri pozaraq profili bağlamasını, əks halda hüquq-mühafizə orqanlarına müraciət edərək qanun çərçivəsində araşdırma aparılıb günahkar şəxslərin cəzalanacığını söyləmişdir. Lakin Təqsirləndirilən şəxs çox kobud formada bu hadisə ilə əlaqəsi olmadığını, artıq uzun müddətdir ki sosial şəbəkələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, həyat yoldaşı Yəmən Abbasova, oğulları Rafael, Ramin, Rasim və həyat yoldaşları Türkanə, Aynur, Aynur ilə bilrikdə Bakı şəhəri, Ramiz Qəmbərov küçəsi, ev 9-da yaşayır. Yaşadığı evin telefon nömrəsi ***-**-** saylı nömrədir. Həmin nömrədən istifadə etməklə “wifi” şəbəkəsinə daxil olurlar. Onunla qonşu qardaşı Elşad Abbasov yaşayır. Evin “wifi” şəbəkəsi güclü olduğundan Elşad da həmin “wifi” şəbəkəsindən internetə girmək üçün istifadə edir. Elşadın kirayəçiləri vardır, həmçinin kirayəçilərdə ***-***-**-** saylı telefonunun “wifi” şəbəkəsindən istifadə edir. 28 dekabr 2022-ci il tarixdə Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarına əsasən yaşadığı evdə axtarış baxış istintaq hərəkəti həyata keçirilmiş və müəyyən edilmişdir ki, qardaşı Elşad Abbasovun evində kirayədə yaşayan Təqsirləndirilən şəxs onların evlərinin “wifi” şəbəkəsindən istifadə edib sosial şəbəkəyə daxil olaraq paylaşımlar etmişdir. Yaşadığı evdə axtarış aparılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus ünvan 3 ünvanında quraşdırılmış ***-***-**-** saylı stasionar telefonun internet şəbəkəsindən istifadə etməklə 12 və 16 noyabr 2022-ci il tarixlərdə “Tik-tok” sosial şəbəkəsində “asım_33” və “Adəm Qasımov” adlı saxta profillər yaradıb Zərərçəkmiş şəxs şəkillərini “İnstagram” sosial şəbəkəsindən əldə etməklə üzərlərində təhqiredici yazılar yazmaqla qeyri məhdud internet istifadəçiləri arasında paylaşmaqla yaymışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla birgə "xxxx" MMC-də satış təmsilçisi işləyir. Normal münasibətləri vardır. Aralarında gündəlik olaraq telefonla danışıq olur və “whatsapp” proqramından istifadə etməklə yazışmışlar. Nərmin Xəlilovam tanıdığı vaxtdan 055-645-30- 16 saylı mobil nömrəni istifadə edir. Nərminəni 25 avqust 2022-ci il tarixdən tanıyır. Belə ki, həmin tarixdən "xxxx" MMC-də işləməyə başlamış və Nərminəni həmin vaxtdan tanıyıram. Hazırda isə Nərminə ***-***-**-** saylı mobil nömrəni istifadə edir. Təqsirləndirilən şəxs törətdiyi əməllərdən məlumatı olmamışdır. Nərminənin “Tik-tok” sosial şəbəkəsində saxta profillər açaraq kiminsə şəkillərinin yaymasından və təhqir etməsindən məlumatı yoxdur. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində Nərminə ona “Gmail” sosial platformasında mail adresi yəni ünvan açmağı soruşmuş, o, da Nərminəylə telefonla danışıb eləcə də “whatsapp” proqramından istifadə edib görüntülü olaraq sonuncuya mail adresinin açılması qaydasını izah etmişdir. Təqsirləndirilən şəxs sonradan həmin mail adresini istifadə etməklə “Tik-tok” sosial şəbəkəsində saxta profil açmasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-linqvistik ekspertizasının 08 dekabr 2022-ci il tarixli 4/1668 nömrəli rəyindən görünür ki, araşdırma zamanı Zərərçəkmiş şəxs təqririnə və izahatına əlavə edilmiş “TİK-TOK” sosial şəbəkəsində xx.xx.2022-ci il tarixdə yaradılmış “asım_33” adlı saxta profil ilə @user**********3343 qeydiyyat nömrəli istifadəçi və xx.xx.2022-ci il tarixdə yaradılmış “Adəm Qasımov” adlı saxta profil ilə @user**********607 qeydiyyat nömrəli istifadəçi tərəfindən Bakı şəhər Sabunçu rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Zərərçəkmiş şəxs şəkilləri paylaşılaraq üzərlərində “SABUNÇU RAYON PRAKRORLUQDA ÇALİŞAN Zərərçəkmiş şəxs PEYSER ŞƏRƏFSİZ YANİNA GƏLƏN VETENDASLARA EN COX KİŞİLƏRƏ İYRƏNC CİNSİ MUNASİBET TƏKLİF EDİR”, “SABUNÇU RAYON PRAKRORLUK İŞLƏYƏN PETUX PEYSER MUSTENTİKDİ Zərərçəkmiş şəxs KİŞİLƏRLƏ CİNSİ MUNASİBETDE OLUR”, “SEKİLDE GÖRDÜYÜNÜZ ADAM SABUNÇU RAYON PRAKRORLUKDA İŞLƏYƏN MSUTENTİKDİ PEYSERDİ YANİNA GELEN VETENDASLARA EN COX KİSİLERE MÜXTƏLİF İYRENC CİNSİ TƏKLİF EDİR KİSİLERLE CİNSİ MUNASİBETDE OLUR ÖZÜDƏ SPİT”, “ ŞƏRƏFSİZ PEYSER PETUX SOSQA”, “PEYSER SOSQA KİSİ MANYAKİ” kimi yazılarılan bütünlüklə təhqir xarakterli yazılardır. Şəkillər üzərində yazılanlarda yer alan məlumatlar sübuta yetirilməyəcəyi təqdirdə böhtan əlamətlərindən hesab edilə bilər. Həmin məlumatların doğruluğunun müəyyən edilməsi isə ekspert linqvistin səlahiyyətlərinə aid olmayıb, hüquqi araşdırmaya aid olan məsələlərdir (i.v.31-37). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X2 Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, 105-1-7-105 nömrəli məktubundan görünür ki, 188.253.233.170 və 188.253.239.123 İP ünvanlar ***-**-** saylı telefon nömrəsinin abunəçisinə məxsusdur (i.v.38-39). “Axtarış aparılması haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında quraşdırılmış ***-***-**-** saylı stasionar telefonun internet şəbəkəsindən istifadə etməklə 12 və 16 noyabr 2022-ci il tarixlərdə “Tik-tok” sosial şəbəkəsində “asım_33” və “Adəm Qasımov” adlı saxta profillər yaradıb Zərərçəkmiş şəxs şəkillərini “İnstagram” sosial şəbəkəsindən əldə etməklə üzərlərində təhqiredici yazılar yazmaqla qeyri məhdud internet istifadəçiləri arasında paylaşmaqla yaymışdır (i.v.48-64). Sabunçu rayon prokurorluğunda araşdırması aparılmış 55-C/20 nömrəli materialın surətindən görünür ki, Təqsirləndirilən şəxs əmisi Şahid Xəlilov tərəfinfən zorlanması ilə bağlı Sabunçu RPİ-nin 12 PB-nə daxil olmuş xx.xx.2020-ci il tarixli müraciəti xx.xx.2020-ci il tarixdə aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna göndərilmiş, ərizə prokurorluqda 55-C/20 nömrədə qeydə alınaraq araşdırmanın aparılması prokurorluğun müstəntiqi Zərərçəkmiş şəxs həvalə edilmişdir. Toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə rədd edilmişdir (i.v.70-88). 05 yanvar 2023-cü il tarixli xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin Vahid məlumatn axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir (i.v.105-106). Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 16/1-846/5 xid nömrəli məktubu Təqsirləndirilən şəxs məxsus “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefonun yaddaşında olan və silinmiş məlumatların tədqiqinə dair arayışdan görünür ki, təqdim olunmuş X1 məxsus «XİAOMİ REDMİ NOTE 9S» (İMEİ **********27067) markalı mobil telefonun yaddaşında olan və silinmiş məlumatlar «UFED Cellebrite» aparatı ilə bərpa edilmiş və «Oxygen Forensic» kriminalistik proqramı ilə telefon cihazı tədqiq edilərək aşağıdakılar müyyən edilmişdir: -xx.xx.2022-ci il saat 17:53-17:55 də aralığında Opera internet brauzeri vasitəsi ilə Google axtarış saytında «Sabuncu rayon prokurorluğu» yazıları altında axtarış edilmişdir. -xx.xx.2022-ci il saat 17:56 da aralığında Opera internet brauzeri vasitəsi ilə Google axtarış saytında «Sabuncu rayon prakrorlugu müstəntiq» yazıları altında axtarış edilmişdir. -xx.xx.2022-ci il saat 20:11 də Opera internet brauzeri vasitəsi ilə Sabunçu rayon İcra Hakimiyyətinin http://sabunchu-ih.qov.az/az/paqe/325.html saytına daxil olunmuşdur. (Həmin linkin ünvanıda Sabunçu rayon prokurorluğunun əməkdaşlarının (həmçinin Zərərçəkmiş şəxs) vəzifəsi, soyadı, adı, atasının adı, həmçinin xidməti telefon nömrələri əks olunub). -xx.xx.2022-ci il saat 20:34-20:38 aralığında Opera internet brauzeri vasitəsi ilə Google axtarış saytında «postegro download» (bu tətbiq və yaxud sayt vasitəsi ilə «İnstaqram» sosial şəbəkəsində gizli (qapalı) profillərə şəxsin icazəsi olmadan belə paylaşdığı şəkil, video və digər məlumatları izləmək və yükləmək mümkün olur) tətbiqini telefon cihazına yükləmişdir. -xx.xx.2022-ci il saat 12:05-12:11 aralığında Opera internet brauzeri vasitəsi ilə Google axtarış saytında «Sabuncu rayon prokurorluğu» yazıları altında axtarış edilmişdir. -xx.xx.2022-ci il saat 17:07 də Opera internet brauzeri vasitəsi ilə Sabunçu rayon İcra Hakimiyyətinin http://sabunchu-ih.qov.az/az/paqe/325.html saytına daxil olunmuşdur. (Həmin linkin ünvanıda Sabunçu rayon prokurorluğunun əməkdaşlarının (həmçinin Zərərçəkmiş şəxs) vəzifəsi, soyadı, adı, atasının adı, həmçinin xidməti telefon nömrələri əks olunub). -xx.xx.2022-ci il saat 06:25 də Opera internet brauzeri vasitəsi ilə Sabunçu rayon İcra Hakimiyyətinin http://sabunchu-ih.qov.az/az/paqe/325.html saytına daxil olunmuşdur. (Həmin linkin ünvanıda Sabunçu rayon prokurorluğunun əməkdaşlarının (həmçinin Zərərçəkmiş şəxs) vəzifəsi, soyadı, adı, atasının adı, həmçinin xidməti telefon nömrələri əks olunub). -xx.xx.2022-ci il saat 06:00 da Opera internet brauzeri vasitəsi ilə Sabunçu rayon İcra Hakimiyyətinin http://sabunchu-ih.qov.az/az/paqe/325.html saytına daxil olunmuşdur. (Həmin linkin ünvanıda Sabunçu rayon prokurorluğunun əməkdaşlarının (həmçinin Zərərçəkmiş şəxs) vəzifəsi, soyadı, adı, atasının adı, həmçinin xidməti telefon nömrələri əks olunub). -xx.xx.2022-ci il saat 04:06-04:08 aralığında Opera internet Google axtarış saytında «baskasinin adına feyk hesab açmağa göre yazıları altında axtarış edilmişdir- həbs cezası nedir». -xx.xx.2022-ci il saat 04:07 də Opera internet brauzeri vasitəsi ilə Google axtarış saytında «Başkasının resmini kullanarak hesap açmak» yazıları altında axtarış edilmişdir. -xx.xx.2022-ci il saat 18:35 də Opera internet brauzeri vasitəsi ilə Google saytında «Elektron ünvan 1» hesabına daxil olmuş və həmin hesabı silmişdir. - X1 məxsus «XİAOMİ REDMİ NOTE 9S» markalı mobil telefonun cihazında xx.xx.2022-ci il saat 20:36 «Bismak Ləman» adı altına şəxslə (mob. Ne 99*** *** ** **) Whatsapp ani messajlaşma tədbiqi ilə danışaraq sonunsu şəxs ona Google hesabda «asimosmanom21» adı altında hesab açmağı tövsiyyə edilməsi müəyyən edilmişdir. -«XİAOMİ REDMİ NOTE 9S» markalı mobil telefonun cihazının tədqiqi zamanı həmin cihazda «EGYPT VPN» tətbiqi istifadə edilməsi müəyyən edilmişdir ki, həmin tətbiq internetdən istifadə edilərkən istifadəçinin kimliyinin, yəni real İP ünvanının müəyyən edilməsinin qarşısını alır. -«XİAOMİ REDMİ NOTE 9S» markalı mobil telefonun cihazının tədqiqi zamanı kontaktlarda Zərərçəkmiş şəxs 99450 *** ** ** nömrə altında SMS vasitəsi ilə onda onun fotoşəkilin olub-olmaması barədə göndərdiyi mesajın cavabında onun fotoşəklin onda olmadığı cavab verilsə də, mobil telefonun yaddaşında və silinmişlər arasında Zərərçəkmiş şəxs fotoşəkillərinin mövcud olması müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 148-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş Təqsirləndirilən şəxs məxsus “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefonun yaddaşında olan və silinmiş məlumatların tədqiqinə dair arayış və “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefon 21 yanvar 2023-cü il tarixli qərarımla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, 28 dekabr 2022-ci il tarixdə keçirilmiş axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefonun Baş Prokurorluğun maddi sübutlar otağında saxlanması qərara alınmışdır (i.v.158-180). “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.207). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-linqvistik ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 148-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs məxsus “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefonun yaddaşında olan və silinmiş məlumatların tədqiqinə dair arayış iş materiallarında saxlanılmalı, Baş Prokurorluğun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs məxsus “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefonun yaddaşında olan və silinmiş məlumatların tədqiqinə dair arayış iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut-Baş Prokurorluğun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-343/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-343/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver