Məhkəmə qərarları › İş №1(008)-345/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-345/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-345/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsvə mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdam rayonunun Şelli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada ev təmiri ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Şelli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs, iş icraçısı kimi qeyri-yaşayış sahələrində gördürdüyü mərmər və daş işinin pullarını sifarişçidən hər ayın sonunda aldığından günəmuzd işlətdiyi ustalara gündəlik ödəniş edə bilməməsinə, Zərərçəkmiş şəxs günəmuzd ustaların pullarını hər gün ödəyəcəyi təqdirdə hər ayın sonunda sifarişçidən alacağı puldan sonuncunun günəmuzd ustalara ödədiyi pullarını geri qaytaracağına, həmçinin ustaların vurduqları mərmər və daş işinin hər kvadratmetrinə görə Zərərçəkmiş şəxs 1 manat qazanc verəcəyinə sonuncunu inandıraraq etibarını qazanmış, etibarından sui-istifadə edərək, Dövlət Təhlükəzislik Xidmətinin inzibati ərazisində 1 000 kvadratmetr sahədə vurulacaq mərmər və daş işinə görə günəmuzd ustalara 8 000 manat verəcəyi halda guya DTX-da 3 000 kvadratmetr yerdə mərmər və daş döşətdirməsi barədə Zərərçəkmiş şəxs yalan məlumat verib 3 000 kvadratmetrə görə günəmuzd ustalara 24 000 manat verəcəyi adı ilə sonuncudan hissə-hissə olmaqla 2023cü ilin aprel ayının əvvəllərində ünvan 4al rayonu, Yeni ünvan 4al qəsəbəsində Dadaş Bünyadzadə küçəsində 3000 manat, növbəti gün yenidən həmin ünvanda 3000 manat, 2023-cü ilin aprel ayının əvvəllərində həmin ünvanda 6 000 manat, 2023-cü ilin aprel ayının ortalarında ünvan 4al rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yaxınlığında 7 000 manat, 3 gün sonra ünvan 4al rayonu, Yeni ünvan 4al qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində 2 100 manat, 2023-cü ilin aprel ayının sonlarında həmin ünvanda 2 050 manat, 2023-cü ilin aprel ayının sonlarında Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” İstirahət mərkəzində 850 manat, cəmi 24 000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycanda onun əl işləri çoxdur yəni vacib dövlət müəssisələrində işləmişdir. O, kafel metlax işi ilə məşğul olmuşdur, Mehmanda usta olmuşdur, Mehman gəlib onun yanında işləmişdir. Mehman gəlib ona təklif eləmişdir ki, Sadiq adlı adam var onu qoşaq işə kvadrata görə 1 manat ona verək. O, Mehmana demişdir ki, onu eləyirsən elə, amma burada iş qurtarır, Seebreezdə iş təklifi var. Onu saxlayaq orada işin həcmi çoxdur, oradam 12500 kvadrat iş təklifi gəlmişdir, Sadiqi oraya saxlayarıq. DTX-da 7 nəfər adam işləmişlər, orada onlara ayda bir dəfə pul vermşlər və ya 15 gündə bir avans vermişlər. Ona görədə onlara pul lazım olmuşdur ki, iş axsamasın, o, işdəki ustalara hamının pulunu paylasın. Demişdir ki, qalanını Seabreezdə gedərik baxarıq, Sadiqin özü ilədə gedib baxmışlar işə. Sadiqdən birinci 3000 manat pul almış fəhlələrin hamısı ilə haqq-hesab eləmişdir. Gedib təzədən Seebreezdə işə baxmışlar. İşə baxandan sonra Sadiq ona pul vermişdir. Gedib orada işə başlamışlar, ustalar yığışmış, 24 nəfər usta olmuşdur. Orada usta çox olmuş, idarəçilik lazım olmuşdur, orada 22400 manat ziyan etmişdir. Orada ustalar olmuşdur ki, biri 100 manatını alıb çıxmış, biri 500 manatını alıb getmişdr. Onlar işin birini 11 manat danışmışlar, digərini 10 manata danışmışlar. Buda obiri malyarı bağlatdıranda ödəniş eləməli olmuş, elə 8500 manat təkcə ondan ziyan eləmişdir. Ustalarda da hamısında pul getdi nə qədər pulu batmışdır. 22400 manat onun boynunda qalmışdır. O, ustalara əlavə pullar ödəmişdir, ziyanı boynuna almış, demişdir ki, “mən o pulu ödəyəcəm.” Ondan sonra başlamışdır işləyə işləyə pulu ödəməyə. 1200 manat birinci dəfə vermiş, 1000 manat bir vermiş, sonra DTX-da işləyəndə birinci oradan pulu alan kimi gətirib 4000 manat pul vermiş Sadiqə. 4000 manatı evlərinin yanında bağın içində vermiş, oturub çörəkdə yemişlər, 70 manat hesabıda o ödəmişdir. Ondan sonra Sadiq dedi ki, bu pul məni qane etmir. 4000 manatı verəndə Sadiqin hərbiçi dostlarıda orada olmuşdur, həmin gündə Sadiq zəhərlənmiş, təcili yardıma düşmüş, içkinin üstündən “hell” içdiyinə görə zəhərlənmişdir. Sonra Sadiqdə gəlib ona demişdir ki, “halaldı sənə məni təcili yardıma kimi özün apardın”. Həmin gündə Sadiqin qohumları gəlmiş, 1 gündə xəstəxanada qalmışdır. Onun kimisə aldatmaq fikrim olmamışdır, o, uşaqlarına haram pul yedirtməmişdir, sadəcə müstəntiq onu dolaşdırıb. O, bu qaydada ödənişlər etmişdir. O, işçiləri dağıtmış, sadəcə özü öz briqadası ilə işləmişdir. Sonra Sadiq demişdir ki, bu onu qane etmir, başladı verdiyi pulun üstünə çox faiz gəlməyə. Onlarda əsəbləşmişlər ki, “biz elə qazandığımızı sənə verək”. Hər şeyi Sadiq özü pozmağa başlamışdır. Sadiq onların hamısını yükləmişdir, Onlarla dalaşdığına görə Sadiq gedib onların üstünə “razborşik” gətirmişdir. İlkin var Sovetskidən onu onların üstünə gətirmişdir, onuda müstəntiqə demişlər, lakin müstəntiq onuda aradan çıxarmışdır. O, amma yenə boynundan atmır, borcunu ödəməyi üzərinə götürür. Sadiqdən cəmi 24000 manat pul almışdır, onun 12000 manatını ödəmişdir. Yerdə qalan puluda ödəmək fikri var, boynundan atmır onu. Vaxt verilsə ödəyəcəkdir. Bundan başqa Seabreezde işi onlara verən Rauf 4000 manat pulu Sadiqə göndərmişdir, 2000 manat bir, 2000 manat bir göndərmişdir. Rauf pulu Grand hotelin qabağındakı terminaldan göndərib. Rauf pulu X5 kartına göndərmiş, həmin kartın axır nömrələri 8123 olmuşdur. O, əgər Sadiqi aldatsa idi əvvəldən deyərdi ki, ona heç bir məbləğdə pul verilməmişdir. Sadiq ona pulu heç bir sənəd və müqavilə olmadan vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Rauf pulu Sadiqin kartına keçən il atmışdır, DTX-da o, 24000 manat pul almamışdır, pulun hamısını Seebreezdə almışdır, birinci dəfə 1000 manat, sonra 1200 manat, sonrada 4000 manat pul qaytarmışdır, xırda para verilən pullarıda saymır, bu pulları nağd şəkildə vermişdir, Sadiqdən cəmi 24000 manat pul almışdır, onun 12000 manatını ödəmişdir, 12000 manata qədərini. İstintaqda yazılan ifadənin hamısı səhvdir, o, axtarışda olmamışdır, onu nə vaxt çağırıblar özüm gəlmişdir, 22000 manat pulu almaqda məqsədi bir yerdə iş görmək olmuşdur, DTX-dakı işə görə cəmi 3000 manat pul almışdır və o pulu vermişdir işçilərə. İşçilər Əliş, Elşən, Mehman, Fəxralı, Yusif və özü olmuşdur. Qalan pulu Seebreezdəki işə görə almışdır, Seebreezə Sadiqlə və işçilərin hamısı ilə birlikdə gedib baxmış, 12500 kvadratlıq iş olmuşdur, işçilər Mehman idi, işi onlara verən makler- Sumqayıtlı oğlan idi. Ondan qabaq Mehmanla Sadiq gedib işə baxmışlar. O da gedib danışmış, orada bir türk olmuş, işin hamısı türkdə olmuşdur. Türk ona demişdir ki, burdan ona 1500 manat pul verəcək, 12500 kvadratlıq işi ona verəcək. Razılaşıb işi götürmüş, başlamışlar işləməyə. Ondan sonra başlamış Sadiqdən pulları alıb ustalara vermişdir, Seebreezdən işlədikcə pul almışdır. Seebreezdən işin qarşılığında hər dəfə pul aldıqca Sadiqə pulu geri qaytarmışdır. Sonradan idarəçiliyi birinci dəfə etdiyindən aldanmışdır, ustalar ona atıb getmişlər. Sonra onun üstündə ziyan qalmışdır, onuda öz üzərinə götürmüşdür. Onun işi də elə olmuşdur ki, işin üstündə özü durmalı olduğundan atıb gedən ustaların arxasınca düşə bilməmişdir. Türk onun üçün işin birini 10 manata digərini 11 manata danışmışdır. Türkdə gəlib pulu hesablayanda 9 manatdan hesablamış, 8500 manat oradan ziyan etmişdir, 1500 manat Sumqayıtlıya pul vermişdir, oradan ziyan eləmişdir. Keçən il ünvan 4alda yerləşən Yadigar marketinən üzbəüz kafedə 4000 manatı orada qaytarmışdır. Keçən ilin yay ərəfələrində Raufla Grand hotelin yanındakı terminal vasitəsi ilə Sadiqin kartına 2000 manat və 2000 manat pul göndərmişlər. Birinci Xətaidə Bakı Şəhər Baş Polis idarəsində araşdırma olan zaman, onu ora çağırıb ifadəsini almışlar və demişlər ki, bu cinayət tərkibli iş deyil. Orada hamısının izahatını almışlar və hamını buraxmışlar və demişlər ki, bunu ancaq məhkəmə yolu ilə müraciət edin. Ondan sonra 12-ci Bölməyə vermişlər, oradada izahat alıb buraxmışlar, sonra 42-ci Bölməyə cağırıb izahat almışlar. Müstəntiq ona zəng vurmuş ki, gəl iş bağlanır işiniz gedir məhkəməyə gəl bu kağızlara qol çək və sonra çıx get. O, izahatı 12-ci bölmədə, birdə müstəntiq Seymur müəllimin yanında vermişdir, 42-ci bölmədə ondan izahat almamışlar. Ona orada axtarış yazıblar amma o, axtarışda olmamışdır, nə vaxt çağırıblar getmişdir. Ora getdikdə müstəntiq onu tələsdirmiş, demişdir ki, tez imza çək, tez çək vaxt yoxdu, tez imza çək gedək. Sadiq Seebreezdə axırda gəldi oturdu onların başının üstündə dedi ki, “aldığınız pul mənim kartıma köçəcək mən sizə pul verəcəm”. O, maşın almamışdır. Maşın belə olub ki, günü 25 manata briqada şəklində maşın götürüb getmişlər işə. Maşın onun olmayıb. Rövşənin adına götürmüşlər maşını, onsuzda onlar taksiyə gündə o pulu vermişlər. Briqada şəklində gündə 4 manat qoyub maşına pul vermişlər. Rövşən gəlib hər gün onu evdən götürmüş, işə getmişlər. O, Sadiqnən birlikdə Seebreez lahiyyəsində birlikdə işləmişlər. Bir dənə demişdir ki, DTX-da ustalara 3000 mant pul lazımdır onu verib getsin, Seebreezdə işini görsün. Zərərçəkmiş şəxsnən 2023-cü ildə danışanda DTX-dakı iş artıq bitmək üzrə olmuş, 1 həftə 10 günlük iş qalmışdır. Ondan sona hamısı birlikdə getmişlər Seebreezə 12500 kvadrat daş işi götürmüşlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə 2023-cü ilin əvvələərində təximini aprel ayında baş vermişdir. Təqsirləndirilən şəxsı Şahid3 vasitəsi ilə tanımışdır. Mehmanın dediyinə görə, Təqsirləndirilən şəxs onun uzun illərdir dostu olmuşdur. İşidə Mehman vasitəsi ilə eşitmişdir, o, demişdir ki Aslan ustadır və kafel metlax işi görmüşlər. Mehman demişdir ki, ”sən bizi maliyələşdir biz iş görək”. O, Mehmanın dediyi kimi maliyyələşdirmiş və sonra onu aldatmışlar, qaçıb gizlənmişlər. O, onları maliyyələşdirəndə onun qazancı hər kvadratda 1 manat olacaqdı. Onlar işi götürdükdən sonra bir müddət pulu götürə bilməmişlər deyə, onlara yaşamaq, getmək-gəlmək, gündəlik dolanışıq üçün pul lazım olmuşdur. Həmçinin əlavə fəhlələr işlətmişlər və onlar gündəlik pul vermək lazım olmuşdur. Nə qədər kvadrat işlədiklərini özləri demişlər. Hissə hissə olaraq ümumilikdə 24000 manat pul vermişdir. Birinci 3000 manat bir dəfə vermiş, 3000 manat bir dəfə vermiş, sonra 6000 manat bir dəfə vermiş, 7000 manat bir dəfə vermiş, 2100 manat bir dəfə vermiş, 2050 manat bir dəfə vermiş, birdə 850 manat Seebreezdə işin qurtaracağı vaxtı iş bitmiş, amma əskik qalmışdı onda vermişdir. Ona heç bir qazanc verməmişlər, işin sonunda verməli idilər. Sonra işi gecikdirmişlər, demişlər ki, ondan sonra başqa işə getmişlər, orada verəcəklər. Bir müddətdə orada işləmişlər. Pulları 24000 manatı təxminən bir ay ərzində vermişdir. Sonra oradan çıxıb başqa yerə getmişlər. Orada da bir müddət işləmişlər amma müsbət birşey olmamışdır. Sonra bir müddət Aslan qaçıb gizlənmiş, əlaqə saxlamağa çalışmış, telefonuna cavab verməmişdir. Birtəhər tapmış və sonra gəlmişdir. Aslan demişdir ki, Seebreezdə işləyib oradan düzəldib verəcəkdir. Oradada işləmişlər, sonra oradada atıb qaçmışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, DTX-nın binasında işi 1 aya qurtarıb mənə pulu verməli olmuşlar, 3000 kvadrat təmir yeri idi, hər kvadrata görə 1 manat pul almalı olmuşdur. O, Təqsirləndirilən şəxsı Şahid3 vasitəsi ilə tanımışdır. DTX-nın binasında işləyib bitirmişlər və sonra Seebreezdə işləməyə başlamışlar. DTX-da işləyib bitirəndən sonra hələ pulu ala bilmədiklərini bildirmişlər. Sonradan o, öyrənmişdir ki, Aslan pulu oradan almış, ondan pulu istədikdə Seebreezdə işləyib verəcəyini demişdir. Aslangil DTXdan pullarınıda almış, qazanclarınıda götürmüşlər. Aslangil onun pulunun vasitəsi ilə yaşamışlar, yemək yemiş, çay içmişlər, problemlərini həll etmişlər. Aslanın tabeliyində təxminən 10-12 nəfər işçilər olmuşdur. Aslan həmin pulu 3000 kvadratı vurandan sonra verəcəyinə söz vermişdir. Ona əvvəl dediklərinə görə 3000 kvadrat demişlər, sonradan öyrənmişdir ki, 1000 kvadratdır. Ona dəymiş ziyandan heç bir ödəniş olmamışdır, dəymiş ziyanı tələb edir. Birinci Qarabağ müharibəsinin 2-ci qrup əlilidir, pulu verməkdə məqsədi ailəsini dolandırmaq olmuşdur. İlk dəfə idi təqsirləndirilən şəxsə bu məqsədlə pul vermişdir, ondan əvvəl və sonra verməmişdir. Digər şəxslərdən də şikayətçi olmuşdur, 4 nəfər olmuşlar. Əlbir olub olmadıqlarını bilmir, onlar bir yerdə işləmişlər. Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və Şahid1 pul vermişdir. Ramil sonradan gəlib digərlərini bir yerdə tanımışdır. Mehmanı əvvəlcədən tanımışdır. Hər birinə ayrı ayrı pul vermişdir. Şahid1 verdiyi puldan Mehmanın xəbəri olmuşdur, Mehmanın razılığı ilə pulu vermişdir. Mehmanı əvvələcədən tanımışdır, o demişdir ki, o hər şeyə cavabdehdir. DTX-dakı işə Mehmanın aidiyyəti olmamışdır, DTX-da pulu Aslana vermişdir. Əsas işi görən Aslan olmuşdur, Mehman orada usta kimi işləmişdir. Ona heç bir məbləğdə pul verilməyib və kartınada pul köçürülməmişdir. Mülki iddianın təmin olunmasını istəyir. Onun pulunu ödəsələr heç onun tutulmağını istəmir. Aslanın pulu ödəməyə vaxtı olmuşdur, 2 il ödəniş etməmişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır. O, 12000 manat pul ödəməmişdir, Aslan ona heç bir ödəniş etməmişdir. O, Raufdan pul götürməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Aslanla onlar DTX-da fəhlə kimi işləyən zaman, Mehman gəlib demişdir ki, bir nəfər var bu işin pulunu 1-2 manat aşağısına onlara əvvəlcədən verə bilər. Onlarada ehtiyyac olduğundan almışlar, birinci 3000 manatı Mehman alıb gətirmiş, 2-ci 3000 manatı alanda artıq Aslan onlarla işləməmişdir. Aslan Seebreezdə işləmişdir. O, borcu Aslandan almış, Aslanda Sadiqdən almışdır. 6000 manat pul verilib, 1000 manatı bir qayıdıb, 1200 manatı bir qayıdıb onun yanında. Aslan işlədikləri puldan götürüb onun yanında gedib qaytarmışlar. Təqsirləndirilən şəxs 6000 manatdan ona 800 manat vermişdir. O, işlədikcə pulundan çıxılmış, qayıtmışdır və onun artıq borcu qalmamışdır. Bu puldan Mehman, Aslan və o götürmüşdür, onların işlədiyi işin pulunu onlara əvvəlcədən vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, DTX pulu ümumilikdə Aslana ödəmişdir. Sonradan Aslan gedib Seebreezdə işləmişdir, eşitdiyinə görə Aslan 600 manat, 800 manat, 1000 manat bir qaytarıb amma görməmişdir, eşitmişdir. Onun gördüyü, yəni onun yanında 1000 manat və 1200 manat Aslan Sadiqə qaytarmışdır. Aslan pulu ünvan 4alda Yadigar marketi keçəndən sonra bir kafe var orada vermişdir, Zərərçəkmiş şəxs orada olmuşdur. O, stintaqa bu məzmunda ifadə verməmişdir. O, 6000 manata şahiddir, belə şahid kimi yox, Sadiqdən alıb gətirdiyinə şahiddir. Birinci 3000 manatı Mehman alıb, ikinci 3000 manatı Aslan alıb gətirmişdir. Onun şəxsən Aslana işdən 2400 manat borcu var, Aslan ona demişdir ki, Sadiq ondan pul istəyir onun borcunu qaytarsın, o da Aslana demişdir ki, “gedək Sadiqin yanına mən ona deyimki mən o 2400 manatı hissəhissə Sadiqə qaytarıram.” Onun təxminən 700-800 manatını 30 manat, 50 manat, 40 manat şəklində Sadiqin kartına göndərmişdir. Sadiq Aslan ilə işlədiyi kafedən dəfələrlə gəlib 30-50 manat pul götürmüşdür. Aslana olan borcundan 1250 manatını Sadiqə qaytarmışdır. 2400 manat Aslana olan borcunun 600 manatı Sadiqin qoyduğu faizdir. O, ödədiyi pulun 700 manatını Sadiqin kartına göndərmişdir. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 24000 manat verməyini görməmişdir cəmi 6000 manat verməsini görmüşdür. DTX-da axırıncı dəfə 430 kvadrat olub və həmin sahədə bu məsələ ortaya çıxmışdır. Ondan əvvəl 600 kvadrat işləmişlər, lakin həmin zaman nə Sadiq olmuş, nədə ki Mehman olmuşdur. Onun Sadiqə 1 manatda borcu olmamışdır. Aslana olan borcunu Sadiqə ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Müxtəsər oğlu ifadəsində göstərdi ki, o, Aslangillə iş yoldaşı olmuşdur, Seebreezdə bir yerdə işləmişlər. Sadiqnən Aslanın arasında borcun olduğunu bilir, amma onun yanında pul sayılmamışdır, nə qədər borcun olduğundan məlumatı yoxdur. Bu borc onun işləməsindən qabaq olan məsələdir, hərtərəfli, ətraflı məlumatı yoxdur. Özləri birlikdə iş görmuşlər, haradasa görüşüb danışmışlar. Aslanın Sadiqə borcu olduğunu bilmişdir, nə qədər borcu oluduğundan məlumatı olmamışdır. Onlarla çox yaxınlığı olmadığına görə borcu nəyə görə aldığından məlumatı olmayıb. Onunla Sadiq arasındada borc məsələsi olmuşdur. O, özü Sadiqdən pul almamışdır, Şahid3 vasitəsi ilə Sadiqi tanımış, borcuda Mehman almışdır. Onun ehtiyacı olduğu üçün pul götürmüşdür. Borcunun 1100 manatını pulnan qaytarmış, 550 manatınıda işləmişdir, yəni Mehman ilə belə razılaşmışlar, onun ünsiyyəti Mehmanla olmuşdur, Sadiqi Mehmana görə tanımış, ilk dəfə Mehmanın yanında görmüşdür. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun yanında Sadiq Aslana və ya Aslan Sadiqə pul verməmişdir, o, görməmişdir, borcun olduğunu eşitmişdir, amma nə qədər borc olduğundan məlumatım yoxdur. Sadiq Aslandan borcunu tələb etmişdir. O, istintaqda elə bir ifadə verməmişdir, məlumatının olduğunu deməmişdir. Ona istintaqda öz işi ilə bağlı suallar verilib, Aslangillə bağlı ona istintaqda sual verilməmişdir. Aslanın Sadiqə borcunun olduğunu bilmişdir, onların, 3-4 nəfərin Sadiqə borcu olmuşdur. Aslanın borcunun nədən yarandığını bilmir. O,Aslangili Seebreezdə tanımışdır. Sadiq onlarla bir müddət işə gedib gəlmişdir. Bir müddət Koroğluda səhər-səhər görüşüb birlikdə işə getmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi əvvəlcədən tanıyır. Sadiq onun uşaqlıq dostudur və 21 ildir çörək kəsdiyi oğlandır. O, Bakı şəhərinə gələndə işi olmamışdır, günü 25 manata Aslanın yanında fəhlə işləmişdir. Aslanın yanında fəhlə kimi təxminən 5-6 ay işləmiş, 5-6 aydan sonra Sadiq ona alverlə məşğul olmağı təklif eləmişdir. Həmin vaxtıda onun pulu olmamışdır, Sadiq demişdir ki, pul qoysun, o işləsin, ikisidə qazansın. O, vəziyyətin çətin olduğunu, satış eləməyin mümkün olmadığını bildirmişdir. Sadiq ona demişdirki, gedək maşın alveri edək. Sadiqin maşını ilə Sumqayıtda maşın bazarına getmişlər. O, orada maşınlarla maraqlanmış, demişdir ki, sabahısı gün bu maşınlar onların üstündə qalacaq. Maşın alverində pulun olmadığını qazanc olacaqsa 500- 300 manat olacağını, onunda elə xərclərə gedəcəyini bildirmişdir. Aslanın yanında işləyə işləyə o, mağazasını satılmağa qoymuşdur, əgər satılsa dəzgah alacaqdı. Sadiq ona əgər orada çörək yeri olsa ona xəbər etməyini demişdir. Sonra ustalar ilə məsləhət eləmiş və demişdir ki, Sadiq adında bir şəxs var və belə bir təklif edir əgər razı olsalar o da qoşulsun işə. Onların işdə kvadrat söhbəti var, məsəlçün otaqda 1000 manatlıq iş varsa işin kvadratını 15 manatdan kimsə götürür və kvadratı 12 manatdan onlara verir işi. O da Sadiqə bu haqda demişdir. Sadiqə bildirmişdir ki, o da onun dostudur, Aslanda onun dostudur, yəni o,ortalarında qalmasın, çünki burada ona aidiyyəti olan birşey yoxdur, o, sadəcə vurduğu kafelin pulunu alacaq, üstündə əlavə pul falan istəmir. Sonradan gəlib bir yerdə oturub danışmışlar, Aslan, o, Əliş, başqa 2-3 nəfər fəhlə və Sadiqin özü. Razılıq əldə olunmuş, hər kvadrata görə 1 manat Sadiq qazanacaqdı. Bu işi DTX-da götürmüşlər, pulu DTX-da götürdüyü iş üçün vermişdir. Aslan baş usta idi, Aslanla Sadiq razılaşmışlar, Sadiq demişdirki, üstündə pul yoxdur, gedib evdən götürsün. 1200 kvadrat adı ilə götürmüşdülər işi amma 1200 kvadrat olmadı təxmini 900 nəçə kvadrat iş olmuşdur. Sadiq birinci dəfə götürəndə oranın 1200 kvadrat olduğunu bilmişdir. Birinci dəfə gedib ünvan 4al rayonunda evdən 3000 manat pulu Sadiq vermişdir. Sadiq 3000 manatı ona vermiş, o da pulu gətirib Aslana vermişdir. Hamısı başlamışlar işləməyə. 3-4 gün sonra yenə 3000 manat lazım olmuş və Sadiq özü gətirib 3000 manatı vermişdir. Kvadratına 1 manat söhbətinə görə 1200 manat onlar Sadiqə pul verməli olmuşlar. Yenidən 3000 manat lazım olanda iş böyümüş, briqada böyüdükcə işdə böyümüşdür. Birinci 3000 manatın üstündə 1200 manat verməli olduqlarından Sadiqin 1200 manatını götürüb getmişlər, ünvan 4alda kafedə pulu Sadiqə vermişlər. Bu pulların ona aidiyyəti olmamışdır, amma Aslan pulu verməsə o, 3000 manata zamin durmuşdur, əgər Aslan pulu verməsə o gedib fəhləlik edib pulu Sadiqə geri qaytaracaqdı. Bundan sonra 2-ci dəfə 3-4 gün sonra götürülən 3000 manata görə gətirib 1000 manat pulu yenidən Sadiqə vermişlər. Aslan birinci dəfə DTX-dan səhv eləmirsə 2750 manat pul almış, ondan 1200 manatı gətirib vermişdir Sadiqə. Aslan DTX-dan pulu alandan sonra Sadiqə demişdirki, hələki tam işi qurtarmamışlar, avans almışlar, bu qədər pul alınıb istəyirsə bunu götürsün puldan çıxsın, elə bil ki, üstündə olan faiz qalsın, yəni kvadratı qalsın, yada kı belə olsun. Sadiq özü demişdir ki, işin gedişatı üçün 1200 manatı götürür, yerdə qalanını da ayın tamamında iş tamam olandan sonra gətirib verərlər. 6000 manatın üstündə 2200 manat(1200 və 1000 manat olmaqla) onun yanında Sadiqə verilmişdir. Hələki Sadiqə maya verilməmişdir, üstünün faizi verilmişdir, faizdə kvadrat idi. Üstündə hardasa 2 ay- 45 gün keçəndən sonra Aslan 4000 manatı Sadiqə vermişdir. Seebreezdən yoxsa DTX-dan aldığı 4000 manat idi dəqiq yadında deyil. 4000 manat veriləndə o, yox idi, amma sonra Sadiqdən soruşmuş, Sadiq özü bütün camaatın içində demişdir ki, Aslan gətirib 4000 manatı ona vermişdir. 6000 manatdan 2000 manat pul qalmışdır, Aslan sonra 800 manat bir vermiş, 600 manat bir vermiş, 200 manatda bir vermişdir, ümumilikdə 2000 manatıda qaytarmışdır. Aslan 800 manat, 600 manat, 200 manatı verəndə onunla birlikdə gedib vermişdir, Əhmədlidə, Sirkin yanında və Gənclikdə. DTX-nın işi qurtarmağa yaxın, müəyyən işlər qalmış, briqadanın müəyyən bir qismi orada qalmışdır, qalanı Seebreezə getmişdir. 2000 nə qədərsə pul qalmışdır, onuda səhv eləmirsə Seebreezin 4-cü dalanını bir işləmişlər, orada işləyəndə Elsevər adında adam işi götürəndən Aslan pulu alıb tək onun yox, hamının gözünün qabağında gətirib Sadiqə verib, üzülüşmüşlər. Ondan sonra olanlardan, Aslanın Sadiqdən nə pul alıb verib heç birindən xəbəri olmamışdır. Sonradan Sadiq gəlib demişdir ki, o Aslana 7000 manat vermişdir onsuz. Onun məlumatı 6000 manatdan olmuş, ona zamin durmuş, o 6000 manatda qaytarılmış, üstündədə 1000 və 1200 manat pulnan. Sadiq ondan sonrakı pulları ondan xəbərsiz vermişdir. Bu işə görə o da tutulmuş, apelyasiya məhkəməsinin qərarı ilə buraxılmışdır. O, Zərərçəkmiş şəxs 1180 manat borcludur, onunda 900 manatını Aslan onun əvəzindən Sadiqə verib onunda adını çəkmir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Sadiq bir birilərini tanımışlar amma belə bir iş təklifini o etmişdir Aslana. Ümumiyyətlə tikinti işində şirkətlər 15 gündə bir pul vermişlər, işi tamamlayana qədərdə pulun bir hissəsinə özlərində saxlayıb iş yekunlaşanda vermişlər. Onlarda hələ işi tamamlamamış, işin kvadratını ölçəndə 980 kvadrat çıxmış, Sadiqə 1200 manatıda verəndə demişlərki, ağızlarından söz çıxıb halal xoşu olsun. Zərərçəkmiş şəxs pulunun qayıtmamasının səbəbi əvvəlcə kvadratına 1 manat danışmışlar, sonra o 1 manat olmuş 2 manat, sonra 3 manat. Oda pulu qaldırdıqca o, ustalığa başlasa belə işləyə bilməmişdir. Aslana verdiyi sonradan olan 7000 manat və ya 9000 manat söhbətindən onun xəbəri olmayıb və zamində durmamışdır. Onlar sonradan nə ediblər nə pul qazanıblar özləri bilmişlər. Ən böyük məbləğ, aralarında davanın olması, onun küsüb getməyi hamısı Seebreezdə işləyərkən olmuşdur. Aslanın Sadiqə ödədiyi 1000 manat, 1200 manat, 600 manat, 800 manat, 200 manat bunlar faizlərdir. Amma ümumi məbləğdən 4000 manat bir verib, birdə 2000 manat. O, Sadiqə demişdir ki, eybi yox, onsuz vermisən 7000 manat, 9000 manatı, getsinlər Raufun yanına Rauf qaça bilməz bu məsələdən. Onlar Raufa demişlər ki, o pulu versin Sadiqə, Raufda demişdir ki, “gözüm üstə”. Bunu ona görə etmişdir ki, çünki görmüşdür ki, onların arasında anlaşılmazlıq var. Pulu birbaşa Aslanın yox Raufun vasitəsi ilə verilməyinə o, səbəbkar olmuşdur. Seebreezə gedib Fatih adlı adamdan iş götürəndə Sadiq orada olmuşdur, həmişə Sadiq onunla olmuşdur. Onun iştirakı ilə Sadiqin Aslana verdiyi 6000 manat pul və əlavə kvadrata görə pul yəni, 1000 və 1200 manat geri qaytarılıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs iş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 6000 manatı ilkin olaraq Mehmanın iştirakı ilə Aslana verdiyini, sonra 2 ay ərzində 1200 manat və 1000 manat ona qazanc verdiklərini göstərmişdir(i.v.2); Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs sonuncu dəfə 850 manat pulu verdiyi Seabreeze istirahət mərkəzinin içərisinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.15-17); Şəxsin tutulması haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 20:00-da tutulmuşdur(iv.119); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-119/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.138-141); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Quliyev X2 şəhər xalq məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 15, 93-3-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilməklə həmin Məcəllənin 41-cü maddəsinə əsasən 2 il şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2, 70.1-ci maddəsinə əsasən 3 il 6 ay şərti sınaq müddəti təyin edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2009cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Mingəçevir rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 1 il islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir(i.v.149-150); Təqdim edilmiş qəbzdən görünür ki, 400 manat məbləğində pul xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416973******8923 saylı Kapitalbank kartına köçürülmüşdür. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan görünür ki, vurulmuş maddi ziyana görə 24000 manat məbləğində, itirilmiş gəlirə görə 12000 manat məbləğində, ona dəymiş mənəvi ziyana görə 15000 manat məbləğində, ümumilikdə 51000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək həmin pulları iş görüb qazanc götürmək məqsədilə aldığını, ziyana düşdüyü üçün qaytarmadığını göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona DTX-da 3 000 kvadratmetr yerdə mərmər və daş döşəmə işinin olmasını bildirmiş, lakin sonradan maraqlandıqda həmin yerdə 1000 kvadmetr üçün mərmər və daş işinin Aslana verildiyini bilmişdir. Həm Təqsirləndirilən şəxs, həmçinin şahidlər Şahid1, Şahid3 ifadəsi ilə təsdiq edilmişdir ki, DTX-da görülən mərmər və daş döşəmə işi 3000 kvadratmetr deyil, 1000 kvadrametrdəndə az olmuşdur. Buda onun göstərir ki, Təqsirləndirilən şəxs görüləcək işlə bağlı yalan məlumat verməklə əvvəlcədən niyyəti Zərərçəkmiş şəxs pullarını ələ keçirmək olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs 24000 manat məbləğində pulu 2023-cü ilin aprel ayı ərzində verməsinə baxmayaraq, Təqsirləndirilən şəxs DTX-da görüləcək işi qurtardıqdan sonra digər ərazilərdə böyük kvadratlı işlər götürərək işləmiş, həmin görülmüş işlərin müqabilində pulların alınmasına baxmayaraq zərərçəkmiş şəxsdən aldığı pulları tam şəkildə ödəməmişdir. Halbuki, Təqsirləndirilən şəxs həmin pulları ödəmək üçün kifayət qədər, yəni 2 ilə yaxın vaxtı olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs almış olduğu 24000 manat puldan hissə hissə olmaqla 12000 manatını ödədiyini göstərmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmin xüsusatı inkar edərək ümumiyyətlə təqsirləndirilən şəxs tərəfdən heç bir məbləğdə ona ödəniş edilmədiyini göstərmişdir. Halbuki, cinayət işinin 2-ci vərəqində olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 6000 manatı ilkin olaraq Mehmanın iştirakı ilə Aslana verdiyini, sonra 2 ay ərzində 1200 manat və 1000 manat ona qazanc verdiklərini göstərmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində həmin xüsusatı təsdiq edərək onun yanında 1000 manat və 1200 manat pulun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaytardığını təsdiq etmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 da həmin xüsusatı təsdiq edərək özünün və Əlişin iştirakı ilə 1000 manat və 1200 manat məbləğində pulların Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs verildiyini təsdiq etmiş, eyni zamanda göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Aslana verdiyi 3000 manat və 3000 manat olmaqla ümumilkdə 6000 manat məbləğə görə zamin durmuş, Aslanın qaytarmadığı təqdirdə özü tərəfindən həmin məbləğin qaytarılacağını bildirmiş, Aslan həmin məbləğdən 4000 manatı aparıb Sadiqə vermiş, sonra isə 2000 manatı qaytarmışdır, həmin 4000 manat məbləğ onun iştirakı ilə qaytarılmasa da, pul Sadiqə veriləndən sonra Sadiqdən soruşmuş, Sadiq özü bütün camaatın içində demişdir ki, Aslan gətirib 4000 manatı ona vermişdir. Sonrakı 2000 manat isə hissə hissə olmaqla onun iştirakı ilə qaytarmışdır. Şahid3 ifadəsindən göründüyü kimi, o, ümumilikdə 8200 manat(1000 manat+1200 manat+4000+2000 manat) məbləğin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qaytarıldığını təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, 400 manat məbləğində pul xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 416973******8923 saylı Kapitalbank kartına köçürülmüşdür. Sözügedən məbləğin Zərərçəkmiş şəxs məxsus 416973******8923 saylı Kapitalbank kartına köçürülməsi məhkəmənin qəbul etdiyi qərara əsasən Kapitalbankdan götürülmüş məlumatlardada öz təsdiqini tapmışdır. Lakin, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi digər xüsusatlar, yəni Rauf adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs kart hesabına 2000-2000 manat olmaqla ümumilikdə 4000 manat pulun köçürülməsi halı məhkəmə istintaqında öz təsdiqini tapmadığından, zərərçəkmiş şəxs həmin məbləği aldığını qəbul etmədiyindən həmin məbləğdə ziyanın ödənilməsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı qərar qəbul edilərək Zərərçəkmiş şəxs məxsus kart məlumatları götürülmüş, məhkəmə istintaqı zamanı daxil olan həmin məlumatlar təhlil edilmiş, lakin həmin xüsusatları təsdiq edən hər hansı bir hal müəyyən edilməmişdir. Eyni zamanda, sözügedən Rauf adlı şəxsin məhkəmədə əlavə şahid qismində dindirilməsi ilə bağlı şəxsin məlumatlarının təqdim edilməsi bildirilsə də, bu barədə məlumatlar təqdim edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasının videogörüntüsünə baxılarkən, məhkəmə iclasında Rauf adlı şəxsin mobil nömrəsinə zəng edilərək onunla əlaqə saxlanıldığı müəyyən olunmuş, həmin şəxs həmin xüsusatı təsdiq etməyərək onu bu işə qatmamalarını, belə bir məbləğdə pul köçürmədiyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı verilmiş ifadələri qarşılıqlı təhlil edərək məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 12000 manat vurulmuş ziyandan zərərçəkmiş şəxsə ödənilməsi ilə bağlı ifadəsində göstərilən xüsusatların zərərçəkmiş şəxs tərəfindən qəbul edilməməsinə baxmayaraq, şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərilən hissələrdə ziyanın ödənilməsi bir biri ilə uzlaşdığından, cinayət işinin 2-ci vərəqində olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsi ilə və Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilmiş qəbzlə də öz təsdiqini tapdığından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu 24000 manat ziyandan ümumilkdə 8600 manat (1000+1200+4000+2000+400) məbləğin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, göstərilən hallar təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 11 mart 2025ci il tarixdən 25 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 04(dörd) ay 14(on dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mİngəçevir şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona dəymiş vurulmuş maddi ziyana görə 24000 manat məbləğində, itirilmiş gəlirə görə 12000 manat məbləğində, ona dəymiş mənəvi ziyana görə 15000 manat məbləğində, ümumilikdə 51000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Buna görə də zərərçəkmiş Zərərçəkmiş şəxs hazırkı mülki iddianı qaldırmağa haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu zərərin ödənilməyən hissəsi kimi 15400(on beş min dörd yüz) manat məbləğ olması məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurmuş olduğu 24000(iyirmi dörd min) manat ziyandan yalnız 8600(səkkiz min altı yüz) manat məbləğin ona ödəməsi yuxarıda göstərilən xüsusatlarla öz təsdiqini tapmışdır. Verilmiş mülki iddia ərizəsində Zərərçəkmiş şəxs 2 il ərzində 24000 manat müqabilində 12000 manat gəlir əldə edəcəyini göstərsə də, bunu təsdiq edən hər hansı sübut göstərməmiş, bu barədə məhkəmə isintaqı zamanı da hər hansı hal müəyyən edilməmişdir. Odur ki, mülki iddianın itirilmiş gəlirə münasibətdə hissəsi təmin edilməməlidir. Eyni zamanda məhkəmə, mülki iddia tələbinin “dəymiş mənəvi ziyan olaraq 15000 manat” hissəsinin qismən təmin edilməsi nəticəsinə gəir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitini uzun müddət Zərərçəkmiş şəxs qaytarmadığından ibtidai istintaq və məhkəmə araşdırılmasında iştirak etməklə mənəvi və psixoloji sarsıntılara məruz qaldığından mənəvi ziyan tələbi ilə bağlı iddiası qismən təmin edilərək vurulmuş mənəvi ziyanın həcmi 600 (altı yüz) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 15400(on beş min dörd yüz) manat maddi ziyan və 600(altı yüz) manat mənəvi ziyan, cəmi 16000 (on altı min) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdən 25 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 04(dörd) ay 14 (on dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 03 (üç) ay 02(iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında azad edilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ödənilməmiş maddi ziyan olaraq 15400(on beş min dörd yüz) manat, mənəvi ziyan olaraq 600(altı yüz) manat, ümumilikdə 16000(on altı min) manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar