Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-346/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, X8 prospekti, ev 115 A, mənzil 63 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında müvəqqəti yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “KİA” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Əli Kərim küçəsi ilə hərəkətdə olarkən, həmin küçənin Əli Əliyev küçəsi ilə kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozmaqla Əli Əliyev küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi velosipədlə toqquşaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində idarə etdiyi texniki cəhətdən saz olan “KİA” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Əli Kərim küçəsi ilə üzü Əli Əliyev küçəsi istiqamətində saatda 5 kilometr surətlə, yolun sağ hərəkət hissəsi ilə, sağ tərəfindəki hasardan 2 metr aralıda düzünə hərəkətdə olarkən, həmin küçənin Əli Əliyev küçəsi ilə kəsişməsində düzünə hərəkətini davam etdirmişdir. Bu zaman sağ tərəfindən, yəni Əli Əliyev küçəsi ilə üzü Əli Kərim küçəsi istiqamətində, həmin istiqamətdə yolun sol hərəkət hissəsi ilə, sol tərəfindəki daş hasardan 2 metr aralıda düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi velosipədlə o, yolayrıcına daxil olduqdan 4 metr sonra, velosiped isə yol ayrıcına daxil olduqdan 2 metr sonra velosipedin qabaq tərəfi avtomaşınının dal sağ qanadı ilə toqquşmuşdur. Toqquşmadan sonra o, hadisə yerində “KİA” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq xəsarət alan velosiped sürücüsü Zərərçəkmiş şəxs avtomaşınına yerləşdirərək xəstəxanaya aparmışdır. Hadisə zamanı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilin əyləci işləmiş, işıq sistemində heç bir nasazlıq olmamışdır. Hesab edir ki, hadisə zərərçəkmiş şəxsin günahı üzündən baş vermişdir, buna görə də mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “KİA” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə baş verən günədək tanımamış, ədavətləri və ya düşmənçilikləri yoxdur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində idarə etdiyi velosipedlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Əliyev küçəsi ilə üzü Əli Kərim küçəsi istiqamətində yolun sol hərəkət hissəsi ilə saatda 5 kilometr surətlə hərəkət edirmiş. Əli Əliyev küçəsi ilə Əli Kərim küçələrinin kəsişməsində sola dönməli olduğundan sol divara yan alıb velosipedini sürməyə davam etmiş, divarla onun idarə etdiyi velosipedin arasında 2 metr məsafədə olarkən yol ayrıcına daxil olmuşdur. O, anda sol tərəfindən, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ilə Fikrət Tağıyev küçəsi istiqamətində hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “KİA" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hər ikisi yolayrıcına daxil olmuşlar. Həmin anda Təqsirləndirilən şəxs idarə etdiyi “KİA” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkəti istiqamətində yolun sağ səkisindən, yəni sağ divarla “KİA” markalı avtomobilin aralarında 2 metr məsafə olmuş, avtomobilin işıqları yanmamışdır. O, və Təqsirləndirilən şəxs biri birilərini eyni vaxtda görmüş, sürücü Təqsirləndirilən şəxs onu görən anda idarə etdiyi “KİA” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomaşını sola yönəltmiş, o, da velosipedini sola yönəltmək istədikdə “KİA” markalı avtomobilin arxa sağ qanadı ilə velosipedinin qabaq tərəfi toqquşmuşdur. Toqquşma nəticəsində o, xəsarət almış, sürücü Təqsirləndirilən şəxs onu xəstəxanaya aparmışdır. O, sürücü Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış aparılması haqqında 20 oktyabr 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Əli Kərim küçəsi ilə Əli Əliyev küçəsinin kəsişməsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 4-7); Nəqliyyat vasitəsinə baxış aparılması haqqında 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, “KİA” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşın dal sağ qanadı təkərin üstündəki yerindən əzilmişdir (i.v.8-10); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 2/35605 nömrəli xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 11); Hadisə yerinə əlavə baxış aparılması haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Əli Kərim küçəsi ilə Əli Əliyev küçəsinin kəsişməsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 13-16); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyol nəqliyyat hadisələri ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 8/3067 saylı rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs Ə.Kərim küçəsində texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı avtomobili 5 km/saat sürətlə düzünə idarə edərkən sağdan, yəni Ə.Əliyev küçəsindən yolayrıcına 5 km/saat sürət daxil olan velosipedçini idarə etdiyi Kia Ceed markalı avtomobillə yolayrıcında vurmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 9-cu bəndinin tələblərinə əsasən baş yol-kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement beton, daş materialları və s) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur. (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir). Yolayrıcında hərəkəti tənzimləyən üstünlük yol nişanları olmadıqda və hər iki yol eyni örtüklü, asfalt örtüklü olduqda həmin yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcıdır. Odur ki, hadisə baş verdiyi yerdə olan yolayrıcı eyni əhəmiyyətli yolların əsişdiyi yolayrıcıdır. Mövcud vəziyyətdə Kia Ceed markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına yaxınlaşdıqda, sağdan yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşmadığına əmin olmalı, sağdan yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə yolayrıcına daxil olmadan onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli, hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra yolayrıcına daxil olaraq hərəkətini davam etdirməli idi. Lakin istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına sağdan velosipedçinin yaxınlaşdığı vəziyyətdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Kia Ceed markalı avtomobili yolayrıcına daxil etməsi, hərəkəti üçün təhlükə yaratması və velosipedcini yolayrıcında vurması onu izah edir ki, mövcud vəziyyətdə “Kia Ceed” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Ceed” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.23-26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 27 noyabr 2022-ci il tarixli, 2737 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 27-28); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.29); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40 dəqiqədə CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.57); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2021-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir (i.v. 61); xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs “KİA CEED” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək idarə etmək hüququ verilmişdir(i.v.61); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.63); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 68-69); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 81-83); qətimkan tədbirinin seçilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 84-85); Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 18953 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş tələbin həcminin artırılması barədə ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 18988 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və Zərərçəkmiş şəxs günahı üzündən hadisənin baş verməsini hesab etməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə, ekspertə bilə-bilə yalan rəy vermə barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmiş, ekspert rəy vermişdir. Təqsirləndirilən şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, onun hadisə barədə göstərdiyi xüsusatlara dair sxem tərtib olunmuş, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələr üst üstə düşmüşdür. Bundan başqa, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 19-cu bəndində göstərilir ki, iİzah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. İş üzrə 25 noyabr 2022-ci il tarixli, 8/3067 saylı ekspert rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs Ə.Kərim küçəsində texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı avtomobili 5 km/saat sürətlə düzünə idarə edərkən sağdan, yəni Ə.Əliyev küçəsindən yolayrıcına 5 km/saat sürət daxil olan velosipedçini idarə etdiyi Kia Ceed markalı avtomobillə yolayrıcında vurmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 9-cu bəndinin tələblərinə əsasən baş yol-kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement beton, daş materialları və s) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur. (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir). Yolayrıcında hərəkəti tənzimləyən üstünlük yol nişanları olmadıqda və hər iki yol eyni örtüklü, asfalt örtüklü olduqda həmin yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcıdır. Odur ki, hadisə baş verdiyi yerdə olan yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcıdır. Mövcud vəziyyətdə Kia Ceed markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Göstərilən vəziyyətdə sürücü Təqsirləndirilən şəxs eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına yaxınlaşdıqda, sağdan yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşmadığına əmin olmalı, sağdan yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə yolayrıcına daxil olmadan onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli, hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra yolayrıcına daxil olaraq hərəkətini davam etdirməli idi. Lakin təqdim olunmuş məlumatlara əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına sağdan velosipedçinin yaxınlaşdığı vəziyyətdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Kia Ceed markalı avtomobili yolayrıcına daxil etməsi, hərəkəti üçün təhlükə yaratması və velosipedcini yolayrıcında vurması onu izah edir ki, mövcud vəziyyətdə “Kia Ceed” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasıını nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı 23 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixadək sübhəli şəxs qismində saxlandığı 01 (bir) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi cərrahiyə əməliyyatı üçün 2700(iki min yeddi yüz) manat, dərman vasitələri üçün 323(üç yüz iyirmi üç) manat, ödənilə bilməyən 05 aylıq aliment öhdəliyi üçün 965(doqquz yüz altmış beş) manat, fərdi qaydada bərbər işləyərək əldə edə biləcəyi aylıq 1000(min) manat olmaqla 5 ay üçün 5000(beş min) manat və vurulmuş mənəvi zərər üçün 10000(on min) manat olmaqla ümumilikdə 18988(on səkkiz min doqquz yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə X7 klinikasına “sağ baldır aşağı 1/3 parçalı yerdəyişmiş açıq sınığı” diaqnozu ilə daxil olmuş, klinikanın xəzinəsinə 2700 manat daxil edilmişdir. Təqdim olunmuş çeklərdən görünür ki, müxtəlif aptektlərdən 323 manat dəyərində dərman preparatları alınmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 193 manat pul vəsaiti Zərərçəkmiş şəxs tərəfindən X2 ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu zərərin əvəzi kimi cərrahiyə əməliyyatı üçün 2700(iki min yeddi yüz) manat, dərman vasitələri üçün 323(üç yüz iyirmi üç) manat, ödənilə bilməyən 05 aylıq aliment öhdəliyi üçün 965(doqquz yüz altmış beş) manat məbləğində ziyan vurulması təqdim olunmuş sənədlərlə təsdiq edilsə də, fərdi qaydada bərbər işləyərək əldə edə biləcəyi aylıq 1000(min) manat qazancla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, mülki iddiaçı 10000(on min) manat mənəvi zərər tələb etmişdir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri -əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh tərəfindən mülki iddiaçıya mənəvi zərər vurulmuş və mülki cavabdeh tərəfindən törədilən cinayət nəticəsində mülki iddiaçının ayağı sınmış, mülki cavabdehin təqsiri üzündən iddiaçı fiziki, psixoloji və mənəvi iztirablar və sarsıntı keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, məhkəmənin qənaətinə görə, iddiaçının 10000 (on min) manat məbləğində mənəvi zərər tələbi ona vurulmuş mənəvi zərərə mütənasib hesab oluna bilməz və xeyli dərəcədə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki cavabdehdən mülki iddiaçının xeyrinə 1000 (min) manat tutulması ağlabatan və ədalətlidir. Beləliklə verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 3988 (üç min doqquz yüz səksən səkkiz) manat maddi və 1000 (min) manat mənəvi zərər, cəmi 4988 (dörd min doqquz yüz səksən səkkiz) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixadək sübhəli şəxs qismində saxlandığı 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 3988 (üç min doqquz yüz səksən səkkiz) manat maddi və 1000 (min) manat mənəvi zərər, cəmi 4988 (dörd min doqquz yüz səksən səkkiz) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-346/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-346/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver