Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-347/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı- Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili İsayeva Malikə Hüseyn qızının, Zərərçəkmiş şəxs Məhərrəmov Vüqar Yusif oğlunun iştirakı ilə 12 avqust 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küç., döngə 04, ev 08 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Qasıməli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi 2-ci qrup Qarabağ əlili olan Zərərçəkmiş şəxs dövlət tərəfindən verilmiş «Nazlifan» markalı avtomobilini icarəyə götürdükdən sonra avtonəqliyyat qəzası nəticəsində vurduğu zərərlə əlaqədar 7.500.00 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğndə pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəh., Sabunçu Rayon Məhkəməsinn 2(008)3590/18 saylı, xx xxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 12 mart 2019-cu il tarixdə Bakı şəh., Sabunçu Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına, icra sənədindəki tələbləri icra etməsi üçün ona 18 aprel 2019-cu il və xx xxxxxx 2020-ci il tarixdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyəti ilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-cı ilin fevral ayında V.Y. Məhərrəmovdan «Nazlifan» markalı, «az ** XP ***» dövlət qeydiyyat nişanlı avtomobili hər ay 360 manat ödəmək şərti ilə icrarəyə götürmüşdür. Avtomobili oğlu Sərxan internet vasitəsilə tapmışdır. Avtomobili etibarnamə əsasında verilmişdir. Bir neçə ay icarə haqqını ödəmiş, sonra isə oğlu Sərxan həmin avtomobili götürərək qəza törətmişdir. Bunun nəticəsində avtomobil faktiki olaraq sıradan çıxıb yararsız vəziyyətə düşmüş və avtomobili metal kimi təhvil verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs isə avtomobilin dəyərinin ödənilməsi ilə əlaqədar söhbət alınmamış, avtomobil sahibi dəymiş zərəri bir dəfəyə ödənilməsini istəmiş, buna isə imkanı olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən 7.500.00 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun ödənməsinə dair qərar çıxarılmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışlar, ziyan ödənilmişdir. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2-ci qrup Qarabağ əlilidir, dövlət tərəfindən ona Qarabağ əlili kimi ona 23 noyabr 2016-cı il tarixdə «Nazlifan» markalı, «az ** XP ***» dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Maddi vəziyyəti çox ağır olduğu üçün və müalicəsinə maddi imkanı çatmadığı səbəbindən avtomobili internet vasitəsilə icarəyə verməyə məcbur olmuşdur. İnternet vasitəsilə verilmiş elanla əlaqədar evə əvvəl tanımadığı Sərxan və Səxavət gəlmişlər. Hər ay 400 manat ödəmək şərti ilə avtomobili icarəyə onlara verilməsi barədə razılaşmışlar. Avtomobili etibarnamə əsasında Təqsirləndirilən şəxs vermişdir. Bir neçə ay icarə haqqı ödənilmiş, sonra isə icarə haqqını ödəməkdən yayınmışlar, təxminən 1 ay müddətində yoxa çıxmışlar. Conra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu Şahid4 həmin avtomobili götürərək qəza törətmişdir. Bunun nəticəsndə avtomobil faktiki olaraq sıradan çıxıb yararsız vəziyyətə düşmüş və avtomobili daha görməmişdir. Təqsirləndirilən şəxs və onun oğlu S.İ.Qluiyev dəymiş zərəri ödəməkdən yayındığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən dəymiş zərərə görə 7.500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun ona ödənilməsi barədə qərar çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Fərrux oğlu ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu Rayon Məhkəməsinn xx xxx 2018-ci il tarixli qətnaməsi üzrə 02 iyul 2018-ci il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəh., Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəh.,Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə icraata qəbul edilərək onu könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə,yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 10 gün müddətinə həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu İ.Q. Quliyev yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət işinin başlanması məsələsinə baxılması üçün təqdimatla Ədliyyə Nazirliyi İstintaq İdarəsinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov X2 Şəhram Fərrux oğlununu ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Quliyev Sərxan İmaməli oğlu ifadəsində göstərmişdir ki, 2017-cı ilin fevral ayında atası İmaməli əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs «Nazlifan» markalı, «az ** XP ***» dövlət qeydiyyat nişanlı avtomobili hər ay 360 manat ödəmək şərti ilə etibarnamə əsasında icarəyə götürmüşdür. Əvvəl bir neçə ay icarə haqqını ödəmişlər. Sonra isə o həmin avtomobillə qəza törətmişdir. Bunun nəticəsində avtomobil faktiki olaraq sıradan çıxıb yararsız vəziyyətə düşmüş və avtomobili metal kimi təhvil verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə avtomobilin dəyərinin ödənilməsi ilə əlaqədar söhbətləri alınmamışdır. Belə ki, zərərçəkmiş zərərin bir dəfəyə ödənilməsini istəmiş, buna isə imkanı olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən o və atası İmaməlidən müştərək qaydada Zərərçəkmiş şəxs dəymiş zərərə görə 7.500.00 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulu ödəməli olmuşlar. Qətnamə qanuni qüvvəyə minəndən sonra atası təxminən 1 il, 6 ay müddətində cəmi 2.110 manat məbləğində pul ödəmişdir. Tələbkarın təkidi ilə atası xx xxxx 2019-cu il tarixdə məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinib 10 gün müddətinə həbs edilmişdir. O, törətdiyi avtonəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəh., Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş, cəzasını Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs 2-ci qrup Qarabağ əlilidir. Dövlət tərəfindən həyat yoldaşına Qarabağ əlili kimi xx xxxxxx 2016-cı il tarixdə «Nazlifan» markalı, «az ** XP ***» dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Maddi vəziyyətləri çox ağır olduğu üçün və həyat yoldaşının müalicəsinə maddi imkanlarının çatmadığı səbəbindən məcbur olub, avtomobili internet vasitəsilə icarəyə vermişlər. İnternet vasitəsilə verilmiş elan ilə əlaqədar onların yaşadığı evə əvvəl tanımadıqları Sərxan və Səxavət gəlmişlər. Həyat yoldaşı onlarla hər ay 400 manat ödəmək şərti ilə avtomobili icarəyə vermişdir. Həyat yoldaşı avtomobili etibarnamə əsasında İ.Q. Quliyevə vermişdir. Bunlar əvvəl bir neçə ay icarə haqqını ödəmiş, sonra isə icra haqqını ödəməkdən yayınmışlar. Təxminən 1 ay müddətində yoxa çıxmışlar. Sonra onlara məlum olmuşdur ki, İmaməlinin oğlu Sərxan həmin avtomobillə qəza törətmişdir. Bunun nəticəsndə avtomobil faktiki olaraq sıradan çıxıb yararsız vəziyyətə düşmüş və avtomobili bir daha görməmişlər. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs və onun oğlu Şahid4 müştərək qaydada həyat yoldaşına dəymiş zərərə görə 7.500.00 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CinayətMəcəlləsinin 10.4-cümaddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hazırki məqamda onu qeyd etməyə zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam olaraq ödəməsini (bu barədə notarial qaydada ərizə), zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Quliyev İmaməli Qasıməli oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət təqibti üzrə icraata, zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tam olaraq ödədiyi üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəh.,Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-347/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-347/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver