Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-349/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1988-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Sülh küçəsi, 8 i/b-də qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Məmmədli qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 03 iyun 2020-ci il tarixdə, saat 16:00 radələrində Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Əlibəyov küç., 5 ünvanda yerləşən köşkə daxil olub, Zərərçəkmiş şəxs 50 manatlıq pul əskinazını verib, siqaretlər olan rəfdən 3 manat dəyərində bir qutu siqareti götürüb, ondan bilərəkdən qalıq pulu götürməyərək köşkdən çıxıb köşkün qarşısında dayanmış olan oraya gəldiyi taksi kimi fəaliyyət göstərən «Opel Astra» markalı, «az ** CC ***» dövlət qeydiyyat nişanlı Şahid idarə etdiyi taksiyə minib siqareti avtomobilin salonuna qoyub, köşkə qayıdıb qalıq pulu, Zərərçəkmiş şəxs gözü qarşısında əlini köşkün kassasına salaraq orada olan 370 manat, onun əlindəki 3 manat, ümumi 373 manat pul əskinazlarını götürüb, açıq talamaqla köşkdən qaçıb, çölə çıxıb, taksiyə minərək oradan uzaqlaşıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Nurəddin oğlu Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində energetik içkilər olan «Hell, «Redbull» və şüşə butulkada olan iki ədəd pivə almış içə-içə Bakı şəh., Suraxanı rayonu, Dəmir yol keçidinin yanına gəlmişdir. Oradan taksi ilə Məmmədli qəsəbəsinə evinin yanına getməyi qərara almışdır. «Opel» markalı, 736 nömrəli taksiyə yaxınlaşmış və saat təxminən 15:00 radələrində onu 20 manat müqabilində planlaşdırdığı yerə aparmağını xahiş etmişdir. Təxminən 50 yaşında olan kişi cinsli sürücü onu dediyi yerə aparmağı razılaşmış, oda qabaq oturacaqda əyləşmişdi. Yol boyu söhbət zamanı sürücüyə Qərbi Azərbaycandan olduğunu demişdir. Məmmədli qəsəbəsində olarkən onu Mehdiabad qəsəbəsinə aparmağını sürücüdən xahiş etmişdir. Orada avtomobili siqaret almaq üçün saxlatdırmış, avtomobildən düşüb köşkə gedib istədiyi siqareti tapmadığından geri qayıtmışdır. Həmin vaxt o artıq sərxoş idi. Sonra avtomobili Sovxoz deyilən yerə sürdürmüşdür. Balaca köşkün qarşısında avtomobili saxlatdırmışdır. Saat 16:00 radələrində köşkə daxil olmuşdur. Həmin kişiyə 50 manat verib, markasını unutduğu 2-3 manat dəyərində olan siqareti divardakı siqaret rəfindən özü götürmüşdür. Həmin kişinin lal-kar olmasını bilməmişdir. Kişi ona qalıq pul vermək istəyəndə, kassadan onun qalıq pulları götürməsini və orada pulların olmasını görmüşdür. Bu onu tamaha salmışdır. Sonra qalıq pulu ondan almayıb, siqareti götürüb taksiyə qayıtmış, siqareti oturacağa qoyub, qapını bağlamadan köşkə qayıtmışdır. Bu zaman sürücü avtomobili hərəkətə gətirmək üçün mühərriki işə salmışdır. Dükana qayıdıb qalıq pulu 50-52 yaşlı kişi cinsli satıcıdan götürmək istəmiş, onun ona qaytardığı təxminən 47 manat pula etiraz edib, ona 100 manat verməsini deyib əliylə işarələmişdir. Kişi isə kassanı açıb ona 50 manat verməsini demişdir. Cəld tərpənib masanın üstündəki 47 manatı götürmüş, daha sonra isə əlini onun yanından kassaya salıb təxminən 350 manat pulu və kişinin əlindəki sayını bilmədiyim pulu əlindən cəld alıb köşkdən qaçaraq çıxmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Həsənov Abdi Elaz oğlu ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Sovxoz qəsəbəsi, S.Əlibəyov küçəsində olan evinin yanında yol kənarında 10 km ölçülü kiçik bir köşkü işlədir. Səhər 09:00-dan axşam 22:00 radələrinədək və ya 23- 30 radələrinədək oranı işlədir. Müxtəlif növ siqaretlər, spirtli və spirtsiz içkilər, enerji içkiləri, alışqanlar satır. xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində işdə olarkən oraya əvvəllər tanımadığı adını bilmədiyi 31-32 yaşlı, təxminən 177-180 sm boyu olan normal bədən quruluşlu, gözündə günəş üçün eynək olan oğlan köşkə daxil olub, ona 50 manat pul verib, bir ədəd siqaret almaq istədiyini əli ilə bildirmiş, sonra rəfdən siqareti götürmüşdür. Kassanı açıb oradan qalıq 47 manatı vermək istəmiş, bu zaman həmin şəxs siqareti götürüb, qalıq pulu götürmədən köşkdən çıxmış, köşkün qarşısında olan taksiyə minib, sonrakı saniyələrdə köşkə qayıdıb qalıq pulu götürdü lakin ona 100 manat pul verdiyini demişdir. O isə kassada 100 manatın olmadığını, onun ona 50 manat verməsini deyib, kassanı ona göstərmişdir. Oğlan isə əlini kassaya ani anda salıb oradan pulları və onun əlimdəki 2-3 manat pulu götürüb əmlakımı talayıb oradan qaçıb avtomobilə minmişdir. Onun arxası ilə qaçmış, lakin avtomobil hərəkət etdiyindən o, onu saxlaya bilməmiş, əlini avtomobilin pəncərəsindən salıb onu əliylə tutsa da buraxmış, yerə yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, «Opel Astra» markalı, «az ** CC ***» dövlət qeydiyyat nişanlı qara metalik rəngli avtomobil bacısı P.Şahidanın adınadır, avtomobili etibarnamə ilə idarə edir, taksi kimi fəaliyyət göstərir. xx xxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəh., Suraxanı rayonu, Dəmir yol keçidinin yanında tək olaraq avtomobildə dayanıb, sərnişin müştəri gözləyirdi. Bu zaman avtomobilinə əvvəllər tanımadığı, adını bilmədiyi təxminən 25-30 yaşlı, 178-182 sm boyu olan, sol qolunda döymə olan kişi cinsli şəxs avtomobilinə qabaq oturacaqa əyləşib, ondan onu Məmmədli qəsəbəsinə aparmağını xahiş etmişdir. O da ona 20 manat pul verəcəyini deyib onunla razılaşmışdır. Onun qolunda çapıqlar da olduğunu görmüşdür. Yol boyu söhbət zamanı həmin oğlan Qərbi Azərbaycandan olduğunu ona demişdir, lakin adını və soyadanı ona deməmiş, həmçinin mobil telefonla danışmamışdır. Məmmədli qəsəbəsində olarkən ona avtomobili Mehdiabad qəsəbəsinə sürməyini xahiş etmişdir. Mehdiabad qəsəbəsinə birlikdə avtomobili ilə gəlmişdir. Yolda avtomobili saxlatdırmışdır. Köşkə getmiş, sonra avtomobilə qayıdıb istədiyi siqaretinin olmadığını ona demiş, sonra isə ona Sovxoz deyilən yerə getməyini xahiş etmişdir. Saat 16:00 radələrində yol kənarında olan köşkdə saxlamağını xahiş etmişdir. O da avtomobili saxlamışdır. Avtomobilin qapısını bağlayıb, yaxınlıqdakı köşkə daxil olmuş, sonrakı saniyələrdə bir ədəd markasını bilmədiyi göy rəngli siqareti avtomobilə daxil olub oturacağa qoymuş ona qalıq pulunu götürüb qayıdacağını ona deyib, qapını açıq qoyub köşkə daxil olmuşdur. Avtomobili işlək vəziyyətə gətirmişdir. Sonrakı saniyələrdə isə o, avtomobilə qaçaraq daxil olub, oturub, həyəcanlı şəkildə ona təcili avtomobili idarə edib, oradan uzaqlaşmağı xahiş etmiş, onu kiminsə öldürmək istədiklərini demişdir. O da avtomobili idarə edib, həyəcanlı halda oradan uzaqlaşmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X7 işlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri Cinayət Məcəlləsinin 180.2.1-cimaddəsinə tövsif edilmiş, cəza 07 il endirilmişdir. xx xxxxxxxx 2014-cü ildə Təqsirləndirilən şəxscəzanın sonu ilə azad olunmuşdur. Bakı şəh., Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.2.2, 180.1, 66.3-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Nurəddin oğlunun oğlunun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Təqsirləndirilən şəxs əməli təhlükəli residiv kimi qiymətləndirilməlidir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 X8 Sabunçu Rayon şöbəsi tərəfindən verilmiş 863 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sağ said nahiyyəsinin sıyrığı, sol bazu, sağ baldır və hər iki diz oynağı nahiyyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx xxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər aid olmadıqlar üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyası görə xəsarətlər yıxılma nəticəsində törənə bilər, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs Nurəddin oğlunun Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən-soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də CinayətProsessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasənsoyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Mirzəyev İsmayıl Nurəddin oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını (bubarədə ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünürki, məhkəmələroğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədiilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 11 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 105). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)337/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 123). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» iyun 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan RespublikasınınCinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxsna Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» iyun 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-349/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-349/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver