Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-35/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vidadi küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 ictimai əhəmiyyətli rabitə xətlərini tamah niyyəti ilə gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 21 noyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Sabir küçəsində yerləşən Bağlar massivi ərazisində yolun kənarında quraşdırılmış elektrik dirəklərinə dırmanaraq üzərindən çəkilmiş, ictimai əhəmiyyətli rabitə kanalına xidmət edən 45 metr uzunluğunda TPP 100x2 tipli asma rabitə naqilini kəsici alətlə kəsib gizli olaraq birlikdə talamaqla ümumilikdə əmlak sahibi "xxxx" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 379 manat 82 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 03 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Albalılıq” yaşayış massivində yerləşən 637 nömrəli fərdi bağ evinin daş hasar və dəmir darvaza ilə qorunan həyətinə hasardan aşmaqla birlikdə qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 250 manat olan dəmir qapını, bir ədəd dəyəri 200 manat olan su nasosunu, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 200 manat olan dörd ədəd qidroforu, dəyəri 50 manat olan 35 metr uzunluğunda dəmir rolikli elektrik uzadıcı naqili, aliminiumdan hazırlanmış dəyəri 100 manat olan bir ədəd jurnal masasını, dəyəri 50 manat olan bir ədəd dəmir barmaqlıqdan ibarət hasar hissəsini, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan iki ədəd dəmir dolabları, həyətdə olan toyuq hininin 50 manat dəyərində bir ədəd dəmir qapısını, həyətdəki əl yuyanın 25 manat ümumi dəyərində dəmir dirəklərini, bir ədəd 25 manat dəyərində dəmir əl arabasını, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 150 manat olan üç ədəd elektrik cərəyanı tənzimləyicilərini gizli olaraq birlikdə talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs2 1300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 2022-ci ilin noyabr ayının sonlarından 03 yanvar 2023-cü il tarixədək olan müddət ərzində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Albalılıq” yaşayış massivində yerləşən nömrəsiz fərdi bağ evinin daş hasar və dəmir darvaza ilə qorunan həyətinə hasardan aşmaqla keçərək həyətdəki saxlanc yerinə birlikdə qanunsuz daxil olub oradan bir ədəd 100 manat dəyərində od samovarını və bir ədəd 250 manat dəyərində benzinlə işləyən «Ural» markalı ot bicən dəzgahı, daha sonra həyətdəki yaşayış binasının içərisinə üzərində olan qoruyucu dəmir barmaqlığı qırdıqları plastik pəncərəsindən keçməklə birlikdə qanunsuz olaraq evin qonaq otağından bir ədəd dəyəri 500 manat olan 82 diaqonallı «LG» markalı televizoru gizli olaraq birlikdə talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs4 850 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 2022-ci ilin sentyabr ayının əvvəllərindən 28 yanvar 2023-cü il tarixədək olan müddət ərzində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi «Albalılıq» yaşayış massivində yerləşən 722 nömrəli fərdi bağ evinin daş hasar və dəmir darvaza ilə qorunan, üzərindəki asma qıfılı sındırıb açdıqları giriş qapısından keçməklə birlikdə qanunsuz daxil olaraq oradan bir ədəd «Elitech» markalı 200 manat dəyərində qaynaq cihazını, bir ədəd 150 manat dəyərində perforatoru, bir ədəd 20 manat dəyərində qoruyucu dəbilqəni, bir ədəd 100 manat dəyərində «Poversmart» markalı mıx vuran cihazı, bir ədəd 150 manat dəyərində «Bosh» markalı laqondanı, bir ədəd 100 manat dəyərində elektrik mişarını, hər birinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat olan iki ədəd məngənəni, bir ədəd 100 manat dəyərində «Vixri» markalı dreli, 100 metr uzunluğunda 60 manat dəyərində elektrik naqilini, ümumi dəyəri 40 manat olan çəkic, balta və digər xırda təmir alətlərini gizli olaraq birlikdə talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs3 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 2023-cü il aprel ayının əvvəllərindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin daş hasar və dəmir darvaza ilə qorunan həyətinə hasardan aşmaqla birlikdə qanunsuz daxil olaraq oradakı saxlanc yeri kimi istifadə olunan talvarın altından hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 165 manat təşkil edən 11 ədəd 8 metr uzunluğunda dəmir boruları və hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 840 manat təşkil edən 56 ədəd 6 metr uzunluğunda taxtaları gizli olaraq birlikdə talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs1 1005 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ictimai əhəmiyyətli rabitə xətlərini tamah niyyəti ilə gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 21 noyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Sabir küçəsində yerləşən Bağlar massivi ərazisində yolun kənarında quraşdırılmış elektrik dirəklərinə dırmanaraq üzərindən çəkilmiş, ictimai əhəmiyyətli rabitə kanalına xidmət edən 45 metr uzunluğunda TPP 100x2 tipli asma rabitə naqilini kəsici alətlə kəsib gizli olaraq birlikdə talamaqla ümumilikdə əmlak sahibi "xxxx" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə 379 manat 82 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 03 dekabr 2022-ci il tarixdən 04 dekabr 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi «Albalılıq» yaşayış massivində yerləşən 637 nömrəli fərdi bağ evinin daş hasar və dəmir darvaza ilə qorunan həyətinə hasardan aşmaqla birlikdə qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 250 manat olan dəmir qapını, bir ədəd dəyəri 200 manat olan su nasosunu, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 200 manat olan dörd ədəd qidroforu, dəyəri 50 manat olan 35 metr uzunluğunda dəmir rolikli elektrik uzadıcı naqili, aliminiumdan hazırlanmış dəyəri 100 manat olan bir ədəd jurnal masasını, dəyəri 50 manat olan bir ədəd dəmir barmaqlıqdan ibarət hasar hissəsini, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan iki ədəd dəmir dolabları, həyətdə olan toyuq hininin 50 manat dəyərində bir ədəd dəmir qapısını, həyətdəki əl yuyanın 25 manat ümumi dəyərində dəmir dirəklərini, bir ədəd 25 manat dəyərində dəmir əl arabasını, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 150 manat olan üç ədəd elektrik cərəyanı tənzimləyicilərini gizli olaraq birlikdə talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs2 1300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 2022-ci ilin noyabr ayının sonlarından 03 yanvar 2023-cü il tarixədək olan müddət ərzində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi «Albalılıq» yaşayış massivində yerləşən nömrəsiz fərdi bağ evinin daş hasar və dəmir darvaza ilə qorunan həyətinə hasardan aşmaqla keçərək həyətdəki saxlanc yerinə birlikdə qanunsuz daxil olub oradan bir ədəd 100 manat dəyərində od samovarını və bir ədəd 250 manat dəyərində benzinlə işləyən «Ural» markalı ot bicən dəzgahı, daha sonra həyətdəki yaşayış binasının içərisinə üzərində olan qoruyucu dəmir barmaqlığı qırdıqları plastik pəncərəsindən keçməklə birlikdə qanunsuz olaraq evin qonaq otağından bir ədəd dəyəri 500 manat olan 82 diaqonallı «LG» markalı televizoru gizli olaraq birlikdə talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs4 850 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 2022-ci ilin sentyabr ayının əvvəllərindən 28 yanvar 2023-cü il tarixədək olan müddət ərzində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi «Albalılıq» yaşayış massivində yerləşən 722 nömrəli fərdi bağ evinin daş hasar və dəmir darvaza ilə qorunan, üzərindəki asma qıfılı sındırıb açdıqları giriş qapısından keçməklə birlikdə qanunsuz daxil olaraq oradan bir ədəd «Elitech» markalı 200 manat dəyərində qaynaq cihazını, bir ədəd 150 manat dəyərində perforatoru, bir ədəd 20 manat dəyərində qoruyucu dəbilqəni, bir ədəd 100 manat dəyərində «Poversmart» markalı mıx vuran cihazı, bir ədəd 150 manat dəyərində «Bosh» markalı laqondanı, bir ədəd 100 manat dəyərində elektrik mişarını, hər birinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat olan iki ədəd məngənəni, bir ədəd 100 manat dəyərində «Vixri» markalı dreli, 100 metr uzunluğunda 60 manat dəyərində elektrik naqilini, ümumi dəyəri 40 manat olan çəkic, balta və digər xırda təmir alətlərini gizli olaraq birlikdə talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs3 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, 2023-cü il aprel ayının əvvəllərindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin daş hasar və dəmir darvaza ilə qorunan həyətinə hasardan aşmaqla birlikdə qanunsuz daxil olaraq oradakı saxlanc yeri kimi istifadə olunan talvarın altından hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 165 manat təşkil edən 11 ədəd 8 metr uzunluğunda dəmir boruları və hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 840 manat təşkil edən 56 ədəd 6 metr uzunluğunda taxtaları gizli olaraq birlikdə talayıb ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs1 1005 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə 2022-ci ilin noyabr ayının təxminən sonlarında dəqiq tarixi hazırda yadında qalmayan vaxtda, gecə saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi Sabir küçəsində yerləşən Bağlar massivi ərazisinə gedərək orada yolun kənarında quraşdırılmış elektrik dirəklərinə dırmanaraq bir neçəsinin arasında olan rabitə naqillərini kəsib oğurlamışlar. Oğurladıqları həmin naqilləri elə həmin gecə boş sahədə yandıraraq əridib içərisindən mis əldə etmişlər, sabahısı gün isə əldə etdikləri həmin mis ərintisini aparıb Maştağa qəsəbəsi ərazisindəki «Kirov Dairəsi» adlanan yerdə fəaliyyət göstərən metal qəbul məntəqəsinə özləri topladıqları tullantı metal kimi təqdim etməklə sataraq əldə olunmuş pulu öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, yenə də dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə 2022-ci ilin dekabr ayının təxminən əvvəllərində dəqiq tarixi hazırda yadında qalmayan vaxtda, gecə saatlarında Maştağa qəsəbəsi «Albalılıq» yaşayış massivi ərazisinə gedərək orada yerləşən fərdi həyət evlərindən birinin kənardan müşahidəsini aparıb ev sahiblərinin evdə olmadıqlarına əmin olduqdan sonra evin həyətinə hasardan aşmaqla keçərək həyətdə olan su quyusundakı bir ədəd su nasosunu, dəmir qapını, evin açıq eyvanında saxlanılan dörd ədəd qidroforu, həyətdəki dəmir rolikli elektrik uzadıcı naqili, aliminiumdan olan bir ədəd jurnal masasını, bir ədəd qoruyucu dəmir barmaqlıqdan ibarət hasar hissəsini, iki ədəd dəmir dolabları, həyətdəki toyuq hininin bir ədəd dəmir qapısını, həyətdəki əl yuyanın dəmir dirəklərini, üç ədəd elektrik cərəyanı tənzimləyicilərini və bir ədəd dəmir əl arabasını oğurlayıb elə oğurladıqları dəmir arabaya yükləyərək köməkləşib həmin həyətdən bayıra çıxardaraq arabanı sürüb oradan uzaqlaşmışlar. Sabahısı günü isə oğurladıqları həmin əşyaları aparıb bir hissəsini Maştağa qəsəbəsi ərazisindəki «Kirov Dairəsi» adlanan yerdə fəaliyyət göstərən metal qəbul məntəqəsinə, digər hissəsini isə Sabunçu qəsəbəsi ərazisində fəaliyyət göstərən «Əşya Bazarı» adlanan yerdə tanımadıqları ayrı-ayrı müştərilərə özlərininki kimi təqdim etməklə satıb əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, eyni qaydada yenə də dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə 2022-ci ilin dekabr ayının təxminən ortalarında dəqiq tarixi hazırda yadında qalmayan vaxtda, yenə də gecə saatlarında Maştağa qəsəbəsi «Albalılıq» yaşayış massivi ərazisinə gedərək orada yerləşən fərdi həyət evlərindən birinin kənardan müşahidəsini aparıb ev sahiblərinin evdə olmadıqlarına əmin olduqdan sonra evin həyətinə hasardan aşmaqla keçərək həyətdəki daş tikilidən olan saxlanc yerinin qapısını açıb içərisinə daxil olmuşlar, oradan bir ədəd od samovarı və bir ədəd ot bicən dəzgahı götürmüşlər, daha sonra həyətdəki yaşayış binasının içərisinə boylanmışlar, evdə yaşayış olmadığına əmin olub pəncərələrindən birinin üzərində olan qoruyucu dəmir barmaqlığı elə oradanca yerdən tapdıqları dəmir parçası ilə divara bərkidildiyi yerdən aralayıb özlərinə içəri daxil olmaq üçün yer düzəltmişlər, daha sonra plastik pəncərənin qıfıl hissəsindən arasına vintaçanı salaraq fiziki güc tədbiq edərək pəncərəni açıb evin içərisinə daxil olmuşlar, evin qonaq otağından bir ədəd orta ölçülü, hazırda markası xatirində qalmayan televizoru götürüb bayıra çıxmışlar. Sabahısı günü isə oğurladıqları həmin əşyaları aparıb Sabunçu qəsəbəsi ərazisində fəaliyyət göstərən «Əşya Bazarı» adlanan yerdə tanımadıqları ayrı-ayrı müştərilərə özlərininki kimi təqdim etməklə satıb əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, eyni qaydada yenə də dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə 2022-ci ilin dekabr ayının təxminən axırlarında dəqiq tarixi hazırda yadında qalmayan vaxtda, yenə də gecə saatlarında Maştağa qəsəbəsi «Albalılıq» yaşayış massivi ərazisinə gedərək orada yerləşən fərdi həyət evlərindən birinin kənardan müşahidəsini aparıb ev sahiblərinin evdə olmadıqlarına əmin olduqdan sonra evin həyətinə qapısı üzərində olan asma qıfılı yerdən tapdıqları dəmir parçası ilə sındırıb daxil olmuşlar, həyətdəki bir mərtəbəli tikilinin taxtadan olan giriş qapısının üzərində olan asma qıfılı da sındırıb içərisinə daxil olmuşlar, içəridən bir ədəd qaynaq cihazını, bir ədəd perforatoru, bir ədəd dəbilqəni, bir ədəd mıx vuran cihazı, bir ədəd laqondanı, bir ədəd elektrik mişarını, iki ədəd məngənəni, bir ədəd dreli, bir top elektrik naqilini, çəkic, balta və digər xırda təmir alətlərini götürüb bayıra çıxmışlar. Sabahısı günü isə oğurladıqları həmin əşyalardan elektrik kabelini əridərək içərisindəki misi Maştağa qəsəbəsi ərazisindəki «Kirov Dairəsi» adlanan yerdə fəaliyyət göstərən metal qəbul məntəqəsinə, digər əşyaları isə Sabunçu qəsəbəsi ərazisində fəaliyyət göstərən «Əşya Bazarı» adlanan yerdə tanımadıqları ayrı-ayrı müştərilərə özlərininki kimi təqdim etməklə satıb əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, eyni qaydada yenə də dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə 2023-cü ilin aprel ayının təxminən ortalarında dəqiq tarixi hazırda yadında qalmayan vaxtda, yenə də gecə saatlarında Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisinə gedərək orada yerləşən fərdi həyət evlərindən birinin kənardan müşahidəsini aparıb ev sahiblərinin evdə olmadıqlarına əmin olduqdan sonra evin həyətinə hasardan aşmaqla keçərək həyətdəki talvarın altından hazırda dəqiq sayı və ölçüləri xatirində qalmayan dəmir boruları və döşəmə taxtalarını götürüb bayıra çıxmışlar. Sabahısı günü isə oğurladığıqları həmin əşyalardan dəmir boruları Maştağa qəsəbəsi ərazisindəki «Kirov Dairəsi» adlanan yerdə fəaliyyət göstərən metal qəbul məntəqəsinə, döşəmə taxtalarını isə Sabunçu qəsəbəsi ərazisində fəaliyyət göstərən «Əşya Bazarı» adlanan yerdə tanımadıqları ayrı-ayrı müştərilərə özlərininki kimi təqdim etməklə satıb əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3- 2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə 2022-ci ilin noyabr ayının təxminən sonlarında gecə vaxtlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsində yerləşən Bağlar massivi ərazisinə gedərək həmin ərazidə yolun kənarında yerləşdirilmiş elektrik dirəklərinə dırmanaraq rabitə naqillərini kəsib oğurlamışlar. Həmin gün gecə saatlarında kəsdikləri naqilləri yandıraraq əridib içərisində olan misi əldə etmişlər, sabahısı gün Maştağa qəsəbəsi ərazisində yerləşən «Kirov Dairəsi» adlanan yerdə olan metal qəbuluna aparmış, öz tullantılarına aid olan metal kimi təqdim edərək satmışdırlar. Qarşılığında aldıqları pulu öz şəxsi ehtiyaclarına xərcləmişlər. Daha sonra 2022-ci ilin dekabr ayında yenə gecə saatlarında Maştağa qəsəbəsində «Albalılıq» yaşayış massivi ərazisinə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə gedərək orada yerləşən fərdi həyət evlərindən birinin kənardan müşahidəsini aparıb ev sahiblərinin evdə olmadıqlarına əmin olduqdan sonra evin həyətinə hasardan aşmaqla keçərək həyətdə olan su quyusundakı bir ədəd su nasosunu, dəmir qapını, evin açıq eyvanında saxlanılan dörd ədəd qidroforu, həyətdəki dəmir rolikli elektrik uzadıcı naqili, aliminiumdan olan bir ədəd jurnal masasını, bir ədəd qoruyucu dəmir barmaqlıqdan ibarət hasar hissəsini, iki ədəd dəmir dolabları, həyətdəki toyuq hininin bir ədəd dəmir qapısını, həyətdəki əl yuyanın dəmir dirəklərini, üç ədəd elektrik cərəyanı tənzimləyicilərini və bir ədəd dəmir əl arabasını oğurlayıb elə oğurladıqları dəmir arabaya yükləyərək köməkləşib həmin həyətdən bayıra çıxardaraq arabanı sürüb oradan uzaqlaşmışlar. Sabahısı günü isə həmin əşyaları yenidən Kirov dairəsindəki metal qəbul məntəqəsinə, digər hissəsini isə Sabunçu qəsəbəsi ərazisində fəaliyyət göstərən «Əşya Bazarı» adlanan yerdə ayrı-ayrı müştərilərə özlərininki kimi təqdim etməklə satıb əldə etmiş, həmin pulları şəxsi ehtiyaclarına xərcləmişlər. Bu hadisədən bir neçə həftə sonra yenə də gecə saatlarında həmin «Albalılıq» yaşayış massivi ərazisinə gedərək orada yerləşən fərdi həyət evlərindən birinin həyətinə keçərək həyətdəki daş tikilidən olan saxlanc yerinin qapısını açıb içərisinə daxil olmuşlar, oradan bir ədəd od samovarı və bir ədəd ot bicən dəzgahı götürmüşlər, daha sonra həyətdəki yaşayış binasının içərisinə boylanmışlar, evdə yaşayış olmadığına əmin olub pəncərələrindən birinin üzərində olan qoruyucu dəmir barmaqlığı elə oradanca yerdən tapdıqları dəmir parçası ilə divara bərkidildiyi yerdən aralayıb özlərinə içəri daxil olmaq üçün yer düzəltmişlər, daha sonra plastik pəncərənin qıfıl hissəsindən arasına vintaçanı salaraq fiziki güc tədbiq edərək pəncərəni açıb evin içərisinə daxil olmuşlar, evin qonaq otağından bir ədəd orta ölçülü televizoru götürüb bayıra çıxmışlar. Növbəti gün həmin əşyaları «Əşya Bazarı»nda satıb əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, eyni qaydada yenə də dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə 2022-ci ilin dekabr ayının təxminən axırlarında dəqiq tarixi hazırda yadında qalmayan vaxtda, yenə də gecə saatlarında Maştağa qəsəbəsi «Albalılıq» yaşayış massivi ərazisinə gedərək orada yerləşən fərdi həyət evlərindən birinin kənardan müşahidəsini aparıb ev sahiblərinin evdə olmadıqlarına əmin olduqdan sonra evin həyətinə qapısı üzərində olan asma qıfıl yerdən tapdıqları dəmir parçası ilə sındırıb daxil olmuşlar, həyətdəki bir mərtəbəli tikilinin taxtadan olan giriş qapısının üzərində olan asma qıfılı da sındırıb içərisinə daxil olmuşlar, içəridən bir ədəd qaynaq cihazını, bir ədəd perforatoru, bir ədəd dəbilqəni, bir ədəd mıx vuran cihazı, bir ədəd laqondanı, bir ədəd elektrik mişarını, iki ədəd məngənəni, bir ədəd dreli, bir top elektrik naqilini, çəkic, balta və digər xırda təmir alətlərini götürüb bayıra çıxmışlar. Sabahısı günü isə oğurladıqları həmin əşyalardan elektrik kabelini əridərək içərisindəki misi Maştağa qəsəbəsi ərazisindəki «Kirov Dairəsi» adlanan yerdə fəaliyyət göstərən metal qəbul məntəqəsinə, digər əşyaları isə Sabunçu qəsəbəsi ərazisində fəaliyyət göstərən «Əşya Bazarı» adlanan yerdə tanımadıqları ayrı-ayrı müştərilərə özlərininki kimi təqdim etməklə satıb əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, eyni qaydada yenə də dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə 2023-cü ilin aprel ayının təxminən ortalarında dəqiq tarixi hazırda yadında qalmayan vaxtda, yenə də gecə saatlarında Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisinə gedərək orada yerləşən fərdi həyət evlərindən birinin kənardan müşahidəsini aparıb ev sahiblərinin evdə olmadıqlarına əmin olduqdan sonra evin həyətinə hasardan aşmaqla keçərək həyətdəki talvarın altından hazırda dəqiq sayı və ölçüləri xatirində qalmayan dəmir boruları və döşəmə taxtalarını götürüb bayıra çıxmışlar. Sabahısı günü isə oğurladığıqları həmin əşyalardan dəmir boruları Maştağa qəsəbəsi ərazisindəki «Kirov Dairəsi» adlanan yerdə fəaliyyət göstərən metal qəbul məntəqəsinə, döşəmə taxtalarını isə Sabunçu qəsəbəsi ərazisində fəaliyyət göstərən «Əşya Bazarı» adlanan yerdə tanımadıqları ayrı-ayrı müştərilərə özlərininki kimi təqdim etməklə satıb əldə olunmuş pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, təmsil etdiyi "xxxx" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzi Sabunçu rayonu ərazisində əhaliyə və dövlət strukturlarına rabitə xidməti göstərməklə məşğul olur. Şahid2 şirkətdə xətt mühəndisi işləyir, xidmət etdiyi ərazi Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisini əhatə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şahid2 şirkətə məlumat verərək bildirmişdir ki, rabitə xəttində yaranmış nasazlıqla əlaqədar xətlərə baxış keçirərkən müəyyən etmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Sabir küçəsində yerləşən Bağlar massivində yolun kənarında quraşdırılmış elektrik dirəyindən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus ictimai əhəmiyyətli rabitə kanalına xidmət edən 261 manat 45 qəpik dəyərində 45 metr uzunluqda TPP 100x2 tipli asma rabitə naqili kəsici alətlə kəsilərək oğurlanıb. Bu barədə onların tapşırıqları ilə mühəndisləri polisə müraciət etmiş və müəyyən olunmuşdur ki, Mərkəzə 379 manat 82 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə onlara vurulmuş zərərin ödənilmədiyini və mülki iddiada qeyd olunan məbləğin təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi baş vermiş bağ evi Sabunçu rayonu Albalılıq bağlar massivində yerləşir, mərhum atasından ona 2007-ci ildən qalıb, 14 sot ölçüdə torpaq sahəsindən, iki ədəd bir mərtəbəli daş tikililərdən ibarətdir, dörd tərəfdən 2.2 metr hündürlüyündə daş hasarla əhatə olunur, həyətinə giriş dəmir darvazadan ibarətdir, ətrafda daimi yaşayış olan qonşu evlər yerləşir. Özü çox vaxt şəhərdəki mənzilində və Albalılıq bağlar masivində olan digər bağ evində qaldığından oğurluq baş vermiş bağ evində daimi olaraq yaşamır, lakin demək olar ki, gündəlik olaraq gəlib həyətinə baş çəkir. Sonuncu dəfə həmin oğuruq baş vermiş 637 nömrəli bağ evində xx.xx.2022-ci il tarixdə olmuşdur, həmin vaxt bağının bütün əşyaları salamat vəziyyətdə yerində imiş. Amma xx.xx.2022-ci il tarixdə günorta saatlarında həmin bağa gəldikdə görmüş ki, bağındakı yaşayış evinin dəmirdən hazırlanmış giriş qapısı yerindən sökülərək oğurlanıb, ətrafa nəzər saldıqda isə müəyyən etmiş ki, həyətdəki su quyusundakı dəyəri bir ədəd su nasosu, evin açıq eyvanında saxladığı dörd ədəd qidrofor, həyətdə saxladığı 35 metr uzunluğunda dəmir rolikli elektrik uzadıcı naqili, aliminiumdan hazırlanmış bir ədəd jurnal masası, bir ədəd dəmir barmaqlıqdan ibarət hasar, iki ədəd dəmir dolablar, həyətdə olan toyuq hininin bir ədəd dəmir qapısı, həyətdəki əl yuyanın dəmir dirəkləri, bir ədəd dəmir əl arabası, üç ədəd elektrik cərəyanı tənzimləyiciləri də oğurlanıblar. Baş vermiş hadisə barədə zəng vurub DİN-in «102» Xidmətinə məlumat vermiş. Bir qədər sonra hadisə yerinə 14-cü Polis Bölməsinin əməkdaşları gələrək hadisə yerinin müayinəsini keçirmişlər, ərizə və izahatını almışlar. Etimal edir ki, əmlakını oğurlayan şəxslər həmin həyətə daş hasarın üzərindən tullanmaqla keçmişlər, taladıqları ağır çəkili dəmir əşyalarını hasarın üzərinə qaldıra bilməyərək məcbur qalıb darvazadan bayıra çıxarmışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1300 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona vurulmuş ziyan ödənilməsə də, şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özü çox vaxt şəhərdəki mənzilində qaldığından oğurluq baş vermiş bağ evində daimi olaraq yaşamır, lakin hər həftənin demək olar ki, istirahət günləri həmin bağ evinə baş çəkir, lakin 2022-ci ilin sentyabr ayının əvvəllərindən ailə problemləri ilə bağlı və havaların soyuması ilə əlaqədar həmin bağ evinə getmirmiş. xx.xx.2023-cü il tarixdə atası Xeyrulla həmin bağ evinə gedəndə görmüşdür ki, bağ evinin qapısı üzərində olan asma qıfıl sındırılıb. Bu barədə zəng vurub ona bildirdikdə o, sabahısı gün özü də bağa getmiş, müəyyən etmişdir ki, həqiqətən də bağdan oğurluq olub, həyətdəki bir mərtəbəli tikilinin taxtadan olan giriş qapısının üzərində olan asma qıfıl sındırılmaqla içərsinə daxil olunub, içəridən tikinti işlərində istifadə olunması üçün aldığı bir ədəd «Elitech» markalı qaynaq cihazı, bir ədəd markası yadında qalmayan perforator, bir ədəd markası yadında qalmayan dəbilqə, bir ədəd «Poversmart» markalı mıx vuran cihaz, bir ədəd «Bosh» markalı laqonda, bir ədəd markası yadında qalmayan elektrik mişarı, iki ədəd məngənə, bir ədəd «Vixri» markalı drel, 100 metr uzunluğunda elektrik naqili, çəkic, balta və digər xırda təmir alətləri oğurlanıblar. Baş vermiş hadisə barədə zəng vurub Azərbaycan Respublikası DİN-in «102» Xidmətinə məlumat vermiş, bir qədər sonra hadisə yerinə 14-cü Polis Bölməsinin əməkdaşları gələrək hadisə yerinin müayinəsini keçirmişlər, ərizə və izahatını almışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş zərərin ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında ona məxsus bağ evinə baş çəkməyə getdikdə müəyyən etmişdir ki, bağ evinin həyətində yerləşən talvarın altına yığdığı 11 ədəd 8 metr uzunluğunda dəmir boruları və 56 ədəd 6 metr uzunluğunda taxtaları oğurlanıblar. Bu barədə zəng vurub Azərbaycan Respublikası DİN-in «102» Xidmətinə məlumat vermiş, məlumatı əsasında hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu ayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları gəlmişlər, hadisə yerini müayinə edib, ərizə və izahatını almışlar, lakin hadisəni törətmiş şəxs və ya şəxsləri həmin vaxt müəyyən edə bilməmişlər. Sonuncu dəfə oğurluqdan əvvəl o, həmin bağ evində iki ay öncə, təxminən 2023-cü ilin aprel ayının əvvəllərində olmuşdur, həmin vaxt yuxarıda qeyd etdiyi əmlakı salamat vəziyyətdə yerində imiş. Hadisə ilə bağlı həmin ərəfədə ona dəymiş maddi zərərin qiymətini ümumilikdə 1005 manat göstərsə də, hazırda hesablayır ki, tikinti materiallarının qiyməti bir neçə dəfə qalxıb, ona görə bildirir ki, hadisə nəticəsində ona dəymiş zərərin qiyməti iki dəfə artıqdır. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş zərərin ödənilmədiyini və buna görə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 (video konfrans əlaqə vasitəsilə) ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında oğurluq hadisəsinin baş verdiyi ona məxsus bağ evinə baş çəkməyə getdikdə müəyyən etmişdir ki, bağ evinin mətbəxinin pəncərəsi üzərində olan dəmir barmaqlıq yarımçıq vəziyyətdə divara bərkidildiyi yerdən aralanmış, plastik pəncərəinin özü isə açıq vəziyyətdədir. Qapını açıb evin içərisinə daxil olduqda müəyyən etmişdir ki, evin qonaq otağında saxlanılan bir ədəd 82 diaqonallı «LG» markalı televizor yerində yoxdur. Daha sonra həyətə nəzər saldıqda müəyyən etmişdir ki, həyətdəki saxlanc yeri kimi istifadə etdiyi daş tikilinin qapısı da açıq vəziyyətdədir, həmin saxlanc yerindəki əşyalarına nəzər yetirdikdə müəyyən etmiş ki, oradan bir ədəd od samovarı və bir ədəd benzinlə işləyən «Ural» markalı ot bicən dəzgah da oğurlanıblar. Bu barədə zəng vurub DİN-in «102» Xidmətinə məlumat vermiş, məlumatı əsasında hadisə yerinə 14-cü Polis Şöbəsinin əməkdaşları gəlmişlər, hadisə yerini müayinə edib, ərizə və izahatını almışlar. Sonuncu dəfə oğurluqdan əvvəl həmin bağ evində iki ay öncə, təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində olmuşdur, həmin vaxt yuxarıda qeyd etdiyi əmlakları salamat vəziyyətdə yerində imiş. Hadisə ilə bağlı ona dəymiş maddi zərərin qiyməti ümumilikdə 850 manat təşkil edir. Sonda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və buna görə təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından Sabunçu rayonu Maştağa qəsəbəsi Kirov Dairəsi adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsini icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımayıb, aralarında heç bir münasibətləri olmayıb. Onları ilk dəfə məntəqəsinə satmaq üçün metal məmulatlar gətirəndə görmüşdür, əvvəlcədən aralarında heç bir razılıq və ya sövdələşmə olmayıb. Onlar təxminən 3-4 dəfə 2022-ci ilin noyabr ayından 2023-cü ilin təxminən aprel ayınadək olan müddət ərzində onun məntəqəsinə dəmir borular, metal qırıntıları və əridilmiş kabellər gətirib satmışdırlar. Onlar həmin malları məntəqəyə ayrı-ayrı taksi avtomobili ilə gətirmişdirlər. Müvafiq qeydiyyat aparmadığından və aldığı malları demək olar ki, gündəlik olaraq metal əritmə zavodunun əməkdaşlarına təhvil verdiyindən həmin materialların çeşidləri hazırda dəqiq xatirində qalmayıb, hadisələrdən artıq xeyli müddət keçdiyindən həmin mallardan konkret olaraq hansını nə vaxt gətirdiklərini dəqiq yadına sala bilmir. Həmin şəxslər hər dəfə ona mal gətirəndə bildirirmişlər ki, özləri ərazini gəzib tullantı materiallar toplamaqla məşğul olurlar, gətirdikləri mallar da tullantı metallardır. Onların oğurluq etmələri ona yalnız sonradan, polis əməkdaşları ilə birlikdə gəlib məntəqəni göstərdikdə məlum olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsində yerləşən ATS-dir. Cinayət işinin İ cildinin 44-45-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi, ev 41A-dır. Cinayət işinin İ cildinin 68-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 84-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 121-122-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 722 saylı bağ sahəsidir. Cinayət işinin İ cildinin 158-159-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 637 saylı bağ sahəsidir. Cinayət işinin İ cildinin 206-207-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən bağ evidir. Cinayət işinin İ cildinin 243-cü vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ilkin təhqiqat araşdırması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Kirov Dairəsi” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsindən aşkar edilərək götürülmüş doğranmış dəmir boru hissələrinin və şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş bir ədəd su nasosunun maddi sübut kimi tanınması və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 57-63-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-471/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməməsi, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 64-69-cu vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbiri seçilməsinə dair təqdimat və vəsatətin təmin edilməməsi və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 70-71-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 74-75-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 78-79-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.2-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Cinayət işinin İİ cildinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin İİ cildinin 123 C vərəqində olan müvafiq olaraq AA6164476, AZE11065195 və AZE11065185 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2010-cu il təvəllüdlü X2, X1 və X3 atası Təqsirləndirilən şəxs2dur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 379.82 (üç yüz yetmiş doqquz manat səksən iki qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 409.82 (dörd yüz doqquz manat səksən iki qəpik) manat tutularaq mülki iddiaçı olaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-35/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16- 17/40/2-8088/2025 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X4 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona vurulmuş ziyan ödənilməsə də, o şikayətçi deyil. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC tərəfindən verilmiş “İddia tələbinin dəqiqləşdirilməsinə dair” xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı mülki iddia verilsə də, məhkəmə icraatının gedişində məlum olmuşdur ki, onunla yanaşı Təqsirləndirilən şəxs2 da onunla birgə "xxxx" MMC-yə qarşı sözügedən əməllərin törədilməsində təqsirləndirilir. Odur ki, 1(008)-35/2025 nömrəli iş üzrə hökm çıxarılarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 379.82 (üç yüz yetmiş doqquz manat səksən iki qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 409.82 (dörd yüz doqquz manat səksən iki qəpik) manat tutularaq mülki iddiaçı olaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16- 21-1/2-32000/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(003)-246/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-86/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(003)-246/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi, bu Qərarın 5-ci hissəsinə əsasən 01 il müddətinə azaldılmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyindən Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə barışmasını, sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunsa da (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(003)-246/2020 saylı hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə barışmasını, sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Kirov Dairəsi” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsindən aşkar edilərək götürülmüş doğranmış dəmir boru hissələri Zərərçəkmiş şəxs1 və şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş bir ədəd su nasosu isə zərərçəkmiş şəxs X5 qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) "xxxx" MMC mülki iddia verərək, mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 379.82 (üç yüz yetmiş doqquz manat səksən iki qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 409.82 (dörd yüz doqquz manat səksən iki qəpik) manat pulun "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, mülki iddiaçı (zərərçəkmiş şəxs) "xxxx" MMC-nin mülki iddiası təmin edilməli, mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 379.82 (üç yüz yetmiş doqquz manat səksən iki qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 409.82 (dörd yüz doqquz manat səksən iki qəpik) manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat və hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat və hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutuma altında saxlanıldığı 2 (iki) gün müddət və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (6 ay 10 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Kirov Dairəsi” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsindən aşkar edilərək götürülmüş doğranmış dəmir boru hissələri Zərərçəkmiş şəxs1 və şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş bir ədəd su nasosu isə zərərçəkmiş şəxs X5 qaytarılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 379.82 (üç yüz yetmiş doqquz manat səksən iki qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 409.82 (dörd yüz doqquz manat səksən iki qəpik) manat tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) "xxxx" MMC-yə ödənilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat və hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat və hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(008)-35/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-35/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver