Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-351/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsini Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1965-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic Bağları, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında günorta saatlarında özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında yerləşən 0,44 ha torpaq sahəsinin içərisində yaşayış üçün nəzərdə tutulmuş yarımtikili binaya qanunsuz daxil olaraq, 30 manat dəyərində 1 ədəd təknəfərlik matrası, 50 manat dəyərində 1 ədəd cütnəfərlik matrası, 3 manat dərində 1 ədəd taxta stulu, 20 manat dəyərində parça oturacaqlı 1 ədəd taxta stulu, ümumi dəyəri 440 manat olan 2 ədəd jurnal masasını və 900 manat dəyərində 1 ədəd güzgülü qarnituru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1143 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında yerləşən 0,44 ha torpaq sahəsinin içərisində yaşayış üçün nəzərdə tutulmuş yarımtikili binaya qanunsuz daxil olaraq, ümumi dəyəri 480 manat olan 800 kq. dəmir profilləri Qazel markalı **-BD-*** qeydiyyat nişanlı avtomobilə yükləyən zaman binaya nəzarət edən Şahid4 tərəfindən cinayət başında aşkar edilmiş və öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs 480 manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, bir neçə ildir ki, X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic Bağları, nömrəsiz ünvanda yerləşən bağ evində mühafizəçi kimi çalışır. O, yaşadığı evin yaxınlığında, yaşayış üçün nəzərdə tutulmuş, lakin, hasarla əhatəyə alınmamış yarımtikili binanın içərisində bir neçə ədəd əşya olduğunu görmüşdür. O, 2022-ci ilin yanvar ayında günorta saatlarında həmin yarım tikili binaya yaxınlaşıb binanın içərisindən iki ədəd yataq matrasını, iki ədəd taxta stulları, iki ədəd jurnalnı stolları və bir ədəd güzgülü mebeli hissə-hissə yaşadığı evə aparmışdır. Həyat yoldaşı həmin əşyaları haradan əldə etdiyini soruşduqda, həmin əşyaları binanın sahibi Teyyub adlı şəxsdən icazə alaraq götürdüyünü bildirmişdir. Bundan başqa, o, 2022ci ilin noyabr ayının əvvəllərində həmin binada dəmir profillər olduğunu görmüş, həmin dəmir profilləri sataraq pul əldə etməyi qərara almışdır. O, bu məqsədlə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə yaxınlaşaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic Bağları, nömrəsiz ünvanda yerləşən bağ evinin sahibi tərəfindən oradakı tikinti işlər bitdikdən sonra artıq qalan profillərin ona verildiyini və həmin profilləri satmaq istədiyini bildirmişdir. Məntəqəni işlədən şəxs dəmir profilləri gördükdən sonra qiymətləndirə biləcəyini ona bildirmişdir. O, 08 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində metal qəbulu məntəqəsinin iki nəfər işçisi “Qazel” markalı avtomobil ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında yerləşən ünvana gəlmiş, o, həmin şəxslərə orada olan dəmir profillərin özünə məxsus olduğunu deyərək “Qazel” markalı avtomobilə yükləmələrini bildirmişdir. Həmin şəxslər dəmir profilləri avtomobilə yükləyərkən tikintiyə nəzarət Teyyub adllı şəxs ora gələrək onların hərəkətləri ilə bağlı polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs X4 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında ona məxsus 0,44 ha torpaq sahəsinin içərisində yaşayış üçün nəzərdə tutulan, lakin, tikintisi tamamlanmamış tikili vardır. Həmin binada tikinti işləri gedən zaman tikintiyə və binaya nəzarəti qohumu Şahid4 tapşırmış, lakin, müəyyən səbəblərə görə həmin binanın tikintisini davam etdirə bilməmişdir. Bundan başqa, onun Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Deluxe” adlı oteli var. O, həmin oteli ofis olaraq işlətməyi qərara almış, həmin oteldə olan havalandırma sistemini, divanları, qapıları və digər məişət avadanlıqlarını Nardaran qəsəbəsində yerləşən yarım tikili binaya aparmışdır. 2022-ci ilin yanvar-fevral aylarında qohumu Teyyub ona zəng vuraraq binanın birinci mərtəbəsində olan havalandırma sistemlərinin motorlarının və mis kabellərin oğurlandığını bildirmişdir. Eyni zamanda, həmin vaxtdan Teyyubla binanın birinci mərtəbəsində olan müəyyən əşyaların hissə-hissə müəyyən vaxtlarda oğurlanmasını aşkar etmişlər. Lakin, oğurluq edən şəxsləri özlərinin tutması üçün müvafiq qurumlara müraciət etməmişdir. 08 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində Teyyub ona zəng vuraraq tikilidən oğurluq edərkən oğurluq edən şəxsləri saxladığını, ona polisə məlumat verməsini bildirmişdir. O, dərhal həmin binaya getmiş, oğurluq edən şəxslərdən birinin yaxınlıqda yaşayan Nizami adlı şəxs olduğunu öyrənmişdir. xx.xx.2022-ci il tarixdə Nizami adlı şəxsin Qazel markalı avtomobilə yüklətdiyi dəmir profillər təxminən 800 kq. olmaqla dəyəri 300 manat olmuşdur. 2022-ci ilin yanvar ayından etibarən müxtəlif vaxtlarda həmin şəxslərin saxlanıldığı müddətədək hər biri 4000 manat dəyərində 05 ədəd “Mitsubishi” markalı kondinsionerlərin motor hissələri, kondinsionerlərin ümumi dəyəri 3000 manat olan cəmi 250 metr uzunluğunda mis boruları, hər biri 220 manat dəyərində 72 ədəd jurnalnı stullar, hər biri 110 manat dəyərində 80 ədəd taxta stullar, hər biri 900 manat dəyərində 32 ədəd hamam üçün güzgülü qarniturlar, hər biri 600 manat dəyərində 36 ədəd matraslar, ümumi dəyəri 5.500 manat dəyərində təxminən 5 ton armatur, ümumi dəyəri 80.000 manat dəyərində 1200 ədəd dik, 100 kub 5x15 taxta, hər biri 200 manat dəyərində 14 ədəd divanlar, hər biri 200 manat dəyərində 5 ədəd qapılar, ümumi dəyəri 72 manat olan mitsubishi kondinsionerin otağı soyutmaq üçün fanları, hər biri 700 manat dəyərində 10 ədəd şkaf, hər biri 700 manat dəyərində 15 ədəd çarpayı oğurlanmışdır. Həmin binanın həyətinin ətrafı dəmir profil nastillə hasarlanmış, dəmir giriş qapısı olmuş, binanın həyətinə giriş qapısı isə asma qıfılla bağlanmışdır. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, bir neçə aydır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsinin yaxınlığında yerləşən Elvin adlı şəxsin metal qəbulu məntəqəsində “Qazel” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işləyir. 2022-ci ilin noyabr ayının əvvəllərində əvvəlcədən tanımadığı, sonradan tanıdığı Təqsirləndirilən şəxs onların işlədiyi metal qəbulu məntəqəsinə gələrək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic Bağları ərazisində yerləşən yarımtikili binanın sahibinin ona binanın birinci mərtəbəsində olan zibilləri təmizləməyi tapşırdığını və orada olan tullantı dəmirləri satmaq istədiyini bildirmişdir. Məntəqənin sahibi həmin şəxsə dəmir tullantıların çəkisini ölçmədən onları qiymətləndirə bilməyəcəyini demişdir. Daha sonra Elvin ona və orada fəhlə işləyən Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında yerləşən Nazim Piriyevin bildirdiyi yarımtikiliyə gedərək orada olan dəmir tullantıları avtomobilə yükləyərək məntəqəyə gətirmələrini bildirmişdir. Bu məqsədlə, o, 08 noyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində, Rafiqlə birlikdə məntəqəyə məxsus avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzi yaxınlığına getmiş,Nizami onlara binanı göstərmiş, onun müşayəti ilə birlikdə binanın açıq qapısından içəri daxil olmuşlar. Həmin vaxt orada Nizami binanın birinci mərtəbəsində olan xırda hissələrə bölünmüş dəmir profilləri avtomobilə yükləməyi bildirmiş, Rafiq dəmirləri avtomobilə yükləmiş, lakin, konkret nə qədər dəmir profil yüklədiyini bilməmişdir. Rafiq dəmirləri avtomobilə yükləyərkən Teyyub adlı şəxs onlara yaxınlaşaraq nə etdiklərini soruşmuş, onlara məlum olmuşdur ki, Nizami binanın sahibinin məlumatı olmadan həmin dəmirləri oğurlamaq istəmişdir. Teyyub DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra dəmir profilləri 42-ci PB-nə aparıb təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı dairəsi yaxınlığında metal qəbulu məntəqəsi işlədir. Həmin metal qəbulu məntəqəsində məntəqəyə məxsus “Qazel” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şahid2 və fəhlə Şahid1 işləyir. 2022-ci ilin noyabr ayının əvvəllərində əvvəlcədən tanımadığı, sonradan adının Nizami olduğunu öyrəndiyi şəxs metal qəbulu məntəqəsinə gələrək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic Bağları ərazisində yerləşən yarımtikili binanın sahibinin ona binanın birinci mərtəbəsində olan zibilləri təmizləməyi tapşırdığını və orada olan tullantı dəmirləri satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə dəmir tullantıların çəkisini ölçmədən onları qiymətləndirə bilməyəcəyini bildirmişdir. Nizami ona dəmir tullantıları götürmək üçün avtomobil göndərməsini bildirmiş, o, məntəqənin işçiləri Şamo və Rafiqə qeyd olunan yerə gedərək orada olan dəmir tullantıları “Qazel” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilə yükləyərək məntəqəyə gətirmələrini tapşırmışdır. Onun tapşırığı əsasında Şamo və Rafiq məntəqəyə məxsus “Qazel” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında yerləşən Nazim Piriyevin bildirdiyi yarımtikiliyə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında yerləşən yarımtikilidə olan dəmir tullantılar Təqsirləndirilən şəxs məxsus olmamış, binanın sahibi dəmir tullantıların satılması üçün Təqsirləndirilən şəxs hər hansı razılıq verməmişdir. Təqsirləndirilən şəxs ona əvvəlcədən şəxsiyyət vəsiqəsinin surətini verdiyi üçün ona inanmış, dəmir tullantıların oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, “Sea Breeze” istirahət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus 0,44 ha torpaq sahəsinin içərisində yaşayış üçün nəzərdə tutulan, lakin, tikintisi tamamlanmamış tikili vardır. Həmin binada tikinti işləri gedən zaman tikintiyə və binaya nəzarəti ona tapşırılmış, lakin, müəyyən səbəblərə görə həmin binanın tikintisini davam etdirilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Deluxe” adlı oteli olmuş, Zərərçəkmiş şəxs həmin oteli ofis olaraq işlətməyi qərara aldığı üçün həmin oteldə olan havalandırma sistemini, divanları, qapıları və digər məişət avadanlıqlarını Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən yarım tikili binaya aparmışdır. Təxminən 2022-ci ilin yanvar-fevral aylarında binaya baxmağa getdiyi zaman bir neçə əşyanın yerində olmadığını görərək bu barədə Amilə məlumat vermişdir. O, hər dəfə binaya getdiyi zaman binanın birinci mərtəbəsində olan əşyaların hissə-hissə oğurlandığını aşkar etmişdir. 08 noyabr 2022-ci il tarixdə günorta saatlarında binaya nəzarət etmək üçün getmiş, həmin vaxt, binanın yaxınlığında bağ evində mühafizəçi işləyən Nizami adlı şəxsin binanın birinci mərtəbəsində olan dəmirləri iki nəfər şəxslərlə birlikdə “Qazel” markalı avtomobilə yüklədiklərini görərək DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra məlum olmuşdur ki, Nizami metal qəbulu məntəqəsinə gedərək binanın sahibi tərəfindən ona verilmiş dəmir tullantıları satmaq istədiyni bildirmiş, məntəqənin işçilərini metalları aparmaq üçün həmin ünvana gətirmişdir. Bundan əlavə, Nizami əvvəlcədən binanın birinci mərtəbəsində olan matrasları, stulları, jurnalnı stolları və qarnituru oğurlayaraq yaşadığı evə aparmışdır. 2022-ci ilin yanvar ayından müxtəlif vaxtlarda hazırki müddətədək həmin binanın birinci mərtəbəsindən müxtəlif əşyalar hissə-hissə oğurlanmışdır. Cinayət işinin 72-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 73-74-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli, 9/8882 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş əşyaların 2022-ci ilin yanvar ayına orta bazar qiyməti bir ədəd təknəfərlik matras 30 manat, bir ədəd cütnəfərlik matras 50 manat, bir ədəd taxta stul 3 manat, bir ədəd taxta stul (parça oturacaqlı) 20 manat, 2022-ci ilin noyabr ayına 800 kq. dəmir profillər metal qırıntı kimi 480 manat (800kq x 0,60man) müəyyən edilir. Cinayət işinin 81-82-ci vərəqəsində olan 16 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 110-112-ci vərəqələrində olan 17 yanvar 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Arif Qarayevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 113-115-ci vərəqələrində olan 17 yanvar 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 126-134-cü vərəqəsində olan 27 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd matras, 02 ədəd taxta stul, 01 ədəd hamam üçün güzgülü qarnitur və 800 kiloqram metal qırıntısı cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 118-119-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, sonuncu dəfə, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 yanvar 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 iyul 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial təsdiq edilmiş 03 may 2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi və təkrar özgənin əmlakını gizli olaraq talama məqsədilə binaya qanunsuz daxil olub cinayət əməlinin başa çatdıra bilməyərək oğurluğa cəhd etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini. zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 29, 177.2.2, 29, 177.2.3 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 16 yanvar 2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd matras, 02 ədəd taxta stul, 01 ədəd hamama üçün güzgülü qarnitur və 800 kiloqram metal qırıntısının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd matras, 02 ədəd taxta stul, 01 ədəd hamaa üçün güzgülü qarnitur və 800 kiloqram metal qırıntısının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-351/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-351/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver