Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-351/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Nihal Yusif oğlu Nurinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımış və qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edərək daşıyıb gəzdirməklə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi - 0,190 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 10 yanvar 2024cü il tarixdə, saat 04:30-da Sabunçu RPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası kanalüstü kimi tanınan ərazidə saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin altından geyinilmiş göy rəngli digər dökəçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi - 0,190 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 293165 N°-li, 5,45 mm kalibrli, zavod üsülü ilə keçmiş SSRİ dövlətinə 1980-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, Ak-74 modelli, texniki cəhətdən saz və atəş üçün yaralı, yivli odlu silah avtomatı, onun komplekt hissəsi olan 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd darağı, “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları olan, keçimiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli atəş üçün yararlı döyüş sursatı olan 15 ədəd patronu əldə edərək saxlayıb gəzdirmiş, onun odlu silahı qanunsuz olaraq əldə etməsi barədə daxil olmuş məlumat əsasında 10 yanvar 2024-cü il tarixdə saat 04:30-da Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası kanalüstü kimi tanınan ərazidə saxlanılaraq psixotrop maddələrin və ya psixotrop maddələrin dövriyyəsində şübhəli şəxsi qismində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilib orada üzərində şəxsi axtarış keçirildikdən sonra, həmin tarixdə saat 07:10-da yaşadığı ünvan 1 ünvanının həyətində axtarış keçirilən zaman evlə daş hasarın arasında olan quyudan ağ rəngli kisəyə bükülü vəziyyətdə 01 ədəd 293165 N°-li, 5,45 mm kalibrli, zavod üsülü ilə keçmiş SSRİ dövlətinə 1980-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, Ak-74 modelli, texniki cəhətdən saz və atəş üçün yaralı, yivli odlu silah avtomat, onun komplekt hissəsi olan 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd daraq, “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları olan, keçimiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli atəş üçün yararlı döyüş sursatı olan 15 ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam, AR CM-nin 234.2-ci maddəsi ilə qismən, yəni AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, son 4-5 aydır ki, yenidən psixotrop maddə və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Saxlanılmamışdan 2-3 gün əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 15-20 manata almışdır. 10 yanvar 2024-cü il tarixdə, saat 04:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası kanalüstü kimi tanınan ərazidə iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları olmasını bildirmiş, şəxsiyyətini təsdiq edən sənədi istəmiş, Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə getməyi təklif etmişlər. Birlikdə Sabunçu RPİ-nin 14cü polis şöbəsinə getmişlər. Polis Şöbəsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altına olmuş, bu səbəbdən üzərində olan psixotrop maddəni hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Həmçinin əldə etdiyi psixotrop maddədən istifadə edə bilməmişdir. Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinin inzibati otaqların birində üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 qutu siqaret qutusunu, həmin gödəkcənin altından geyindiyi göy rəngli gödəkcənin sağ yan cibindən isə 01 ədəd şəffaf rəngli bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirilmiş və orada ağ rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, bükümdəkinin “patı” olduğunu, onu 15 manata-20 manata, Balaxanı qəsəbəsindən, öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin boş zərfdə qablaşdırılmış, qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmış, həmin maddənin ekspertiza mərkəzinə göndəriləcəyi ona izah edilmişdir. Daha sonra X4 ondan üzərində, yaxud yaşadığı mənzildə dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, o, cavabında evində silah olduğunu bildirdişdir. Təhqiqatçı həmin silahı haradan əldə etdiyini soruşduqda, onu yaşadığı evin yaxınlığında olan zibillikdən ağ kisəyə bükülmüş formada aşkar etdiyini, onun avtomat olduğunu bildikdən sonra qorxduğu üçün bölməyə təhvil vermədiyini, həyətdə gizlətdiyini bildirmişdir. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol o və polis əməkdaşları tərəfindən imzalanmışdır. X4 videoçəkilişlə yaşadığı mənzildə və həyətində axtarış aparılacağını bildirmiş, buna etirazının olmadığını demiş, yazılı şəkildə ərizə yazmışdır. Daha sonra videoçəkilişdə iştirak edən polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər. Özü könüllü şəkildə həyətə daxil olaraq evlə daş hasarın arasında yerdə quyuda gizlətdiyi və üzərini taxta diklə örtdüyü avtomat olan kisənin yerini göstərmiş, təhlükəsizlik tədbirlərinin təmini məqsədilə polis əməkdaşı həmin kisəni götürmüş, açaraq birlikdə içərisinə baxış keçirilmişdir. Kisənin içərisindən 01 ədəd avtomat, 15 ədəd patron və 01 ədəd daraq- sandıq aşkar edilmiş, müvafiq sənədləşmə aparılmış, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra X4 ona yaşadığı mənzildə axtarış aparılmasını təklif etmiş, buna razılıq vermiş, evində axtarış aparılsa da, dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet aşkar edilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, telefonundakı SMS-lərin kim tərəfindən yazılmasından məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə ona ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və ya psixotrop maddəni əldə edib saxlaması, daşıması, eləcə də qanunsuz olaraq odlu silahı əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla Sabunçu RPİ-nin rəhbərliyinə məruzə olunmuş, İdarə rəhbərliyinin müvfiq əmri ilə “əməliyyat qrupu” yaradılmış, qərar və protokolla o və şöbənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Nəticədə 10 yanvar 2024-cü il tarixdə Şahid1lə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası kanalüstü kimi tanınan ərazidə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamış, yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin CAŞ-ın əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Ramin olduğunu bildirmiş, daha sonra ondan soyad ad ata adını soruşuqda nisbətən həyəcanlı şəkildə cavab vermişdir. Ona saxlanılma səbəbi barədə məlumat vermiş, daxil olmuş əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-nə getməyi təklif etmişlər. İlk öncə Təqsirləndirilən şəxs buna etiraz etmiş. Ona şöbəyə getməsinin vacibliyini bir daha izah etmiş, sonuncu onunla razılaşmış və Sabunçu RPİ-nin 14-cü PŞ-nə gəlmişlər. Şöbədə onun gətirilməsi ilə bağlı raport yazaraq şöbənin Növbətçi hissəsinə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis kapitanı Əfsun Əzimova həvalə edilmiş, Əfsun Əzimov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, dövlət hesabına müdafiəçi dəvət edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək, Müdafiəçi gəldikdən sonra X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs müdafiçənin şəxsi axtarış və baxış zamanı iştirakına etiraz etdiyini bildirmiş, bunun mümkünsüzlüyü diqqətinə çatdırılmışdır, səbəbi soruşulduqda isə, o, ərizə yazaraq üzərinə şəxsi axtarışın vəkilinin iştirakı olmadan aparılmasını xahiş etmiş, bunu onunla əsaslandırmışdır ki, üzərində olan və aşkar olunacaq metamfetaminin müdafiəçisi tərəfindən görməsini istəmirmiş. Daha sonra ondan şəxsi axtarışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o, etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd siqaret qutusunu, həmin gödəkcənin altından geyindiyi göy rəngli digər gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı, polis kapitanı Əfsun Əzimov tərəfindən bükümdə olan maddənin nə olduğu soruşuldu, Təqsirləndirilən şəxs isə bükümdəki maddənin “patı” olduğunu bildirdi, sonra siqaret qutusuna baxış keçirildi, qutudan yalnız siqaret dənələri aşkar edildi. Təhqiqatçı, polis kapitanı Əfsun Əzimov aşkar edilimiş psixotrop maddə “patı”nı haradan, kimdən və nə vaxt əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs onu 15-20 manata Balaxanı qəsəbəsindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı, polis kapitanı Ə.Əzimov Təqsirləndirilən şəxs bundan başqa hər hansı ünvanda, üzərində, yaşadığı mənzildə, avtomobilində dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın, predmetin olub-olmaması soruşmuş, Təqsirləndirilən şəxs cavabında evində “silah olduğunu” bildirmişdir. Təhqiqatçı Ə.Əzimov Təqsirləndirilən şəxs həmin silahı haradan əldə etdiyini soruşduqda, o, evinin yaxınlığında olan məişət tullantıları atılan yerdən ağ rəngli torbada tapdığını, daha sonra torbada silah, avtomat olduğunu aşkar etdiyini, lakin qorxduğu üçün təhvil verə bilmədiyini, hazırda həmin avtomatın həyətində olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Ə.Əzimov tərəfindən bükümə baxış keçirilmiş, bükümə baxış keçirildiyi zaman içərisindən ağ rəngli kristal maddələr aşkar edilmiş, bükümdə olan maddənin növünün, çəkisinin, tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunacağı, həmin kütlənin ekspertiza mərkəzinə göndəriləcəyi izah edilmiş, həmin büküm içərisi boş olan zərfə qoyulmuş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, əlavə olaraq hər hansı əşya, predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində avtomat-silahının olmasını bildirdiyinə görə çəkilişin davamının onun həyətində davam etdiriləcəyi izah edildi, sonra siqaret qutusu Təqsirləndirilən şəxs təhvil verildi. Bundan sonra, Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı ünvana getmiş, təhqiqatçı Ə.Əzimov Təqsirləndirilən şəxs videogörüntü vasitəsilə həyətinə baxış keçirilməsinə hər hansı etirazının olub olmadığını soruşduq, Təqsirləndirilən şəxs buna etirazanın olmadığını bildirmiş, ilk öncə özü darvazadan içəri, yəni həyətə daxil olmuş, ardınca özləri həyətə daxil olmuş, Təqsirləndirilən şəxs evinin sağ divarı ilə daş hasar arasında olan araya daxil olaraq, əli ilə yerdə olan quyunu göstərmiş, quyunun üzərində olan taxta-dik parçasını qaldırmış, oradan ağ rəngli torbanı aşkar etmişdir. Sonra torbanının ağzını açmış, oradan 01 ədəd avtomat, 01 ədəd daraq və 15 ədəd patron aşkar edilmişdir. Sonra təhqiqatçı Ə.Əzimov avtomat-silahın istifadəyə yararlı olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin olunacağını Təqsirləndirilən şəxs izah etmiş, aşkar edilmiş silah və sursat həmin ağ rəngli torbaya qoyulmuş, üzəri skoçla sarılmış, müvafiq protokol tərtib edilmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır, möhür və imzalar olan vərəq də, skoçla ağ rəngli torbaya yapışdırılmış, sonra təhqiqatçı Ə.Əzimov tərəfindən Təqsirləndirilən şəxs evində axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna hər hansı etirazının olmadığını bildirmiş, evində axtarış aparılarkən dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sabunçu RPİ-nin CAŞ-ın baş əməliyya müvəkkili, polis kapitanı Şahid1 digər Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğludur. ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs, ***- ***-**-** nömrəsi isə ona məxsusdur. 3 ilə yaxın müddətdir ki, bacısı Raminin psixotrop maddə istifadə etməsini bilir. Lakin onun narkotik vasitə satıb-satmamasından məlumatı olmamışdır. Şahid2 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 8 ilə yaxın müddətdir ki, tanıyır, onunla qonşuluqda yaşayır. 6 ilə yaxın müddətdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə və psixotrop maddə satdığını bilir. 7 ilə yaxın müddətdir ki, özü psixotrop maddə və psixotrop maddələrdən mütəmadi istifadə edirmiş, 2-3 aydır ki, müalicə almış, artıq istifadə etmir. Təqsirləndirilən şəxs nəşə kimi tanınan marixuanın bir bükümünü 10 manata alırmış. Lakin, Təqsirləndirilən şəxs “kakos” kimi tanınan metamfetamin, “patı” kimi tanınan metamfetamin də satır. Bütün məhlədə yaşayanlar bu faktı təsdiq edə bilərlər. Onunla bir neçə dəfə bu məsələlərə görə mübahisəsi olmuş, çünki dəfələrlə görümüşdür ki, Təqsirləndirilən şəxs azyaşlı oğlu İlyasa “mal” verərək müştəri ilə görüşdürürmüş. 070- 213- 06-06 mobil nömrəsi ona məxsusdur, 6 ilə yaxın müddətdir ki, işlədir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayından tanıyır. Eşitdiyinə görə o, psixotrop maddə və psixotrop maddələrdən istifadə edir, həmçinin satışı həyata keçirir, lakin hansı qiymətə satdığını bilmir. “X10 deyir ki məni yıqsın maşın maqntafon ona görə 5546” məzmunlu sms tanışı Azərin xahişi ilə yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd siqaret qutusunu, həmin gödəkcənin altında geyindiyi göy rəngli digər gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümü təqdim etmiş, X4 tərəfindən bükümdə olan maddənin nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs isə bükümdəki maddənin “patı” olduğunu bildirmişdir. Sonra siqaret qutusuna baxış keçirilmiş, qutudan yalnız siqaret dənələri aşkar edilmişdir. X4 aşkar edilimiş psixotrop maddə “patını haradan, kimdən və nə vaxt əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs onu 15-20 manata Balaxanı qəsəbəsindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra aşkar olunmuş maddə qablaşdırılaraq möhürlənmişdir ( i.v. 33-35). “Axtarış və götürmə aparılması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Rasim Alxasova yaşadığı ünvanda olan silah və sursatı, yaxud iş üzrə əhəmiyyət kəsb edən digər əşyaları könüllü təqdimetməsi təklif edilmiş, bu təklifdən sonra o, evinin sağ divarı ilə daş hasar arasında olan araya daxil olmuş, əli ilə yerdə olan quyunu göstərir, əməliyyat müvəkkili Şahid5 quyunun üzərində olan taxta-dik parçasını qaldırmış, oradan ağ rəngli torbanı aşkar etmişdir. Sonra polis əməkdaşları torbanının ağzını açmış, oradan 01 ədəd avtomat, 01 ədəd daraq və 15 ədəd patron aşkar edilmişdir (i.v.39-41). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/124 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs oğlu “imza”...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,190 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 47-51). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 10 yanvar 2024-cü il tarixli, 24/59 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 293165 Ns-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanzimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararldır. Tədqiqata təqdim edilmiş 15 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdır və atəş üçün yararlıdır (i.v.56-62). “CD diskə baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il və 24 fevral 2024-cü il tarixli protokollardan görünür ki, "xxxx" MMC-dən 2429/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə, 10.01,2023-cü il tarixdən xx.xx.2024cü il tarixə qədər digər şəxslərdən göndərilmiş, eləcə də həmin nömrədən digər şəxslərə göndərilmiş və cinayət işi üzrə sübut əhəmiyyəti kəbs edə biləcək aşağıdakı yazışmalar aşkar olunmuşdur;
1. 04-08-2023 18:49:11 **********10 **********15 Küçənin başında gözdüyürəm, 18:51:14 Telfonum sönər eybiyox burdayam 10 dəyqə
2. 07-08-2023 19:14:42 **********06 **********15 kömək elə çox pisəm, xx-xx-2023 13:49:56 Qapıya çixd, xx-xx-2023 23:37:07 Elə məhlədə alver götün çatırsa görüm, 17- 11-2023 09:33:37 Salam bidənə 10 lux göndər günorta verəcəm puluvu çox pisəm gönders ən vızıv at çıxım, xx-xx-2023 09:46:28 xıtdalannan gəlitəm çıxda qapıdayam, xx-xx-2023 05:07:34 Sənidə yoruram üzürlü bil heçkimə dərdimi deyə bilmirəm sənə deyirə xx-xx-2023 05:07:35 azda olsa sıxılıram ay Ramin yaşamak istəmirəm, xx-xx-2023 11:54:26 Sagol ruzun bol olsun, xx-xx-2023 19:16:35 Qurban olum gör neyniyirsən
3. 20-09-2023 16:28:07 **********41 **********15 Qaqa basva donm mawn yesi qoymur praqrami bağlamağa icaze vermir kimse istirse ver men axsam gelerem o vaxta saxlaya bilersense saxla telesiydise ver grtsi
4. 24-09-2023 22:24:26 **********23 **********15 Menem əli gelim
5. 08-10-2023 01:19:14 **********1 **********15 Sehere mene 1 dene saxla 10-xx-xx- 2023 14:50:28 Ramim qaqa menim sene ne pisdiyim deyb qaqa bayağ elsever yamda idi alin rengi ayridiye tezeyıe xarabin mene vermezdinde on 6.15- 10-2023 01:53:11 **********98 **********15 Gelirem siz terefe men sene vzv atanda cix qapiya yekeoglansan tmıyacam ki seni ayıb olar qaqa
7. xx-xx-2023 18:31:57 **********92 **********15 Qaqa her gün sene 30 40 manat veren adamam 10 manata göre aid 8.16- 10-2023 23:01:54 **********10 **********15 Girmişəm Küçəyə,xx-xx-2023 23:02:15 Catram, Burdayam
9. 17-10-2023 23:20:57 **********53 **********15 Ziredeyem kiwiynenem ona göre cvb vere bilmirem pulun cibimdedi necede gelib cixsam gelicem qapiviza arxayn ol söz dedim sene puluvu vericem.
10. xx-xx-2023 09:35:36 **********60 **********15 Halal xoşun Tezdəşdir amma
11. 10-12-2023 00:30:22 **********77 **********15 Ay brat 15 manat pulda var gelim men oyan vezyet pisdi, xx-xx-2023 13:17:35 Ay brat 20 manat pul var. Vezyet pisdi nese ede bileriy.
12. xx-xx-2023 09:12:44 **********15 **********60 KONUL BULR COX QRXDULAR MEN HEL EDİREM SEN HECNE YAZMA BURA KART AT TECİLİ. xx-xx- 2023 09:29:21 **********15 **********60 TOTU 107GR İDİ 140İNDİ ATİRAM SENE 7MENİM 75GR VERDİM İNDİ 25GR NDA VERİREM 110 ATACAM.7GR BİRDE 20AZN MENE QALİR HALAL ELE
13. xx-xx-2023 10:26:21 **********15 **********06 SENE İZAH ELEDİM AXİ MENİM DEYİL TEMA HAMİ MENİ GOZDUYUR İNDİ.YAXSHİ 12DE KANALDAYAM, 05-11- 2023 10:47:34 **********15 **********06 QARDAŞİM MEN ADAM ADİ O MENADA DEMEDİM USDUVE ZADA BRAT YANİ YİYELERİ TEMANİN MENE İNANMİRLAR UJE
14. xx-xx-2023 18:12:10 **********15 **********06 İSMAYİL GAGAS BAYAĞ XİRDALANNAN 1CET GETİRDİLER AZ ELEDl. indide men xahis eliyim sen ko mey ol xx-xx-2023 16:00:51 **********15 **********55 GELİRM.ORA (i.v.116-135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 yanvar 2024-cü il tarixli, 352 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 158-159). “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 228.1 və 234.2-ci maddələri ilə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,140 qram hissəsinin Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi, onun yaşadığı evdə axtarış, baxış və götürmə istintaqı hərəkətini və üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətini özündə əks etdirən disklərin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, şəxsin evinin həyətindən aşkar edilmiş “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli, odlu silah avtomatın, onun komlplekt hissəsi olan 01 ədəd darağın, “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları olan 15 ədəd patronun maddi sübut kimi tanınması və Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i.v.160-173). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, telefonundan aşkar edilmiş SMS yazışmaların kimin yazmasından məlumatsız olduğunu bildirsə də, məhkəmə iş materiallarında təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlməyə imkan verən kifayət qədər SMS yazışmaların olmasını, həmin halın təqsirləndirilən şəxsin qonşuları tərəfindən də təsdiq edildiyini, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü dəlilin (telefonundan aşkar edilmiş SMS yazışmaların kimin yazmasından məlumatsız olmasına dair) absurd olmaqla onun başqa hər hansı əsaslı arqumentinin olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması yuxarıda sadalanan sübutlarla təsdiq olunmaqla onun özünü həmin maddə ilə təqsirli bilməməsi sadəcə onun daha ağır məsuliyyətdən yayınmağa etdiyi cəhd kimi qiymətləndirilməlidir. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 04:30-dan tutulmuş hesab edilmişdir (i.v.22). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 4(008)- 17/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.94-100). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyul 2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 yanvar 2003-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 10 ay 02 gün hissəsi AR CM-nin 77-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 iyul 2023-cü il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 26 sentyabr 2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v.153-155). AZE 11067744, AZE 11067752 və AZE 11067748 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü (X3), xx.xx.2013cü il təvəllüdlü (X5) və xx.xx.2014-cü il təvəllüdlü (X1) uşaqları var (i.v.157). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 4(008)- 173/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə uzadılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini etiraf etdiyini və peşman olduğunu (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli, odlu silah avtomat, onun komlplekt hissəsi olan 01 ədəd daraq, “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları olan 15 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsi maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0,140 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-“Kalaşnikov” konstruksiyalı, AK-74 modelli, odlu silah avtomat, onun komlplekt hissəsi olan 01 ədəd daraq, “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları olan 15 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Nigar İmanova