Məhkəmə qərarları › İş №1(008)-352/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-352/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-352/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1964-cü ildə Qəbələ rayonunda anadan olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1974-cü ildə Lerik rayonu, Geskon kəndində anadan olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Lerik rayonu, Geskon kəndində qeydiyyatdda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, YYM, yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və xx.xx.1989-cu ildə Ağcabədi rayonu, Şənlik kəndində anadan olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatdda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, YYM, yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədiylə iş yoldaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə 12 radələrində işlədiyi ünvan 3 ünvanda yerləşən “X2” MMC-nin -2 mərtəbəsində yerləşən anbarından 1 metri 95 manat 73 qəpik olan 15 metr uzunluğunda Prysmian 3x95+1x50 N2XH tipli kabeli gizli olaraq talayıb, zərərçəkmiş şəxs X2 MMC-ə 1435,95 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədiylə iş yoldaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə 12 radələrində işlədiyi ünvan 3 ünvanda yerləşən “X2” MMC-nin -2 mərtəbəsində yerləşən anbarından 1 metri 95 manat 73 qəpik olan 15 metr uzunluğunda Prysmian 3x95+1x50 N2XH tipli kabeli gizli olaraq talayıb, zərərçəkmiş şəxs X2 MMC-ə 1435,95 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədiylə iş yoldaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə 12 radələrində işlədiyi ünvan 3 ünvanda yerləşən “X2” MMC-nin -2 mərtəbəsində yerləşən anbarından 1 metri 95 manat 73 qəpik olan 15 metr uzunluğunda Prysmian 3x95+1x50 N2XH tipli kabeli gizli olaraq talayıb, zərərçəkmiş şəxs X2 MMC-ə 1435,95 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Yeni Bilgəh” otelində 2012-ci ildən 2022-ci ilin sentyabr ayınadək bağban kimi işləmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iş yoldaşı olmuş, Rüfətin idarə etdiyi VAZ 2106 markalı mavi rəngli **-BR-*** dövlət nömrə nişanlı avtomobillə işə gəlib-getmişdir. 28 avqust 2022-ci il tarixdə saat 12 radələrində o, Rüfət və Məcidlə birlikdə -2 mərtəbəsinə düşmüş, orada Elnurla rastlaşmış, bir neçə saniyə onunla söhbət etmiş, daha sonra Elnur ordan çıxıb getmiş, sonrakı dəqiqələrdə Məcid gedib Elnurdan içərisində çoxlu sayda otelə məxsus əmlak və kabel olan anbarın açarını götürüb geri qayıtmış, Məcid anbarın qapısını açmış oraya daxil olmuşlar, qərara almışlar ki, orada olan kabeli birlikdə aparıb gizlin satıb pul əldə etsinlər. Anbarda olan arabaya hər üçü birlikdə 15 metr ölçüdə Prysmian 3x95+1x50 N2XH tipli kabeli arabaya yerləşdirmişlər. Onlar Məcid arabanı sürüb həyətə doğru istiqamət götürmüş, Rüfət isə açarı aparıb ofisə qoymuş, sonra onların yanına qayıtmışdır, birlikdə su deposuna tərəf gedərək kabeli oraya yerləşdirmişlər. Təxminən 3-4 gün sonra Rüfətin VAZ 2106 markalı mavi rəngli **-BR-*** dövlət nömrə nişanlı avtomobili ilə Binə qəsəbəsinə gedib həmin kabeli orada metal qəbul yerində 450 manata satmışlar, hərəsinə o puldan 150 manat pul düşmüşdür. Sentyabr ayında isə onların bu əməlini müdriyyət bilərək onları işdən çıxarmışlar. Elnurdan açarı sellofan götürmək üçün götürrmüşlər, daha sonra isə Rüfət açarı aparıb yerinə qoymuşdur. Kabelin üstünü hər üçü su deposunda soymuş, mis hissəsini saxlamış və satdığı yerə avtomobillə aparmışlar, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Yeni Bilgəh” otelində 2017-ci ildən 2022-ci ilin sentyabr ayınadək bağban kimi işləmiş, iş yoldaşı Təqsirləndirilən şəxs3 idarə etdiyi VAZ 2106 markalı mavi rəngli **-BR-*** dövlət nömrə nişanlı avtomobillə işə gəlib-getmişdir. Təqsirləndirilən şəxs1 və Rüfət iş yoldaşı olmuşlar. 28 avqust 2022-ci il tarixdə saat 12 radələrində o, Əzizağa və Rüfətlə birlikdə -2 mərtəbəsinə düşmüş, orada Elnurla rastlaşmış, sonra Elnur oradan çıxıb getmiş, sonrakı dəqiqələrdə o, gedib Elnurdan içərisində çoxlu sayda otelə məxsus əmlak və kabel olan anbarın açarını götürüb geri qayıtmış, anbarın qapısını açaraq oraya daxil olmuş, orada olan arabaya 15 metr ölçüdə Prysmian 3x95+1x50 N2XH tipli kabeli Əzizağa və Rüfətlə birlikdə arabaya yerləşdirmişlər, arabanı sürüb oteldən çıxıb həyətə doğru istiqamət götürmüşlər, Rüfət isə açarı aparıb ofisə qoymuş, sonra onların yanına qayıtmışdır, su deposuna tərəf getmiş, orada kabelin üzlüyünü soyub tullamış, mis hissəsini isə 3-4 gün sonra arabayla birlikdə küçəyə çıxarıb orada dayanan Rüfətin həmin avtomobilinə yerləşdirmiş, aparıb Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində unutduğu yerə 450 manata satmış, pulları 3 yerə bölmüşlər. Anbara daxil olarkən kabeli görüb hər üçü qərara gəlmişlər ki, 15 metr ölçüdə Prysmian 3x95+1x50 N2XH tipli kabeli gizli yolla oğurlayıb, aparıb mis hissəsini satsınlar. Videogörüntü kamerasının işləmədiyini zənn etmiş, həmçinin onlardan heç kimin şübhələnməyəcəyini təxmin etmişlər. Hər üçü də otelin işçisi olduğundan açar götürüb içəri sərbəst girə və hər hansı avadanlıq götürə bilərlər, hazırda əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özü müharibə iştirakçısıdır, “Yeni Bilgəh” otelində 2018-ci ildən 2022-ci ilin sentyabr ayınadək bağban kimi işləmiş, VAZ 2106 markalı mavi rəngli **-BR-*** dövlət nömrə nişanlı avtomobili idarə edir , həmişə işə o avtomobillə gəlib-getmişdir. Nümayəndə oranın mühafizə rəisi olmuş, Şahid mühəndis işləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş yoldaşı olmuş, 28 avqust 2022 tarixdə saat 12 radələrində o, Təqsirləndirilən şəxs1 və Məcidlə birlikdə -2 mərtəbəsinə düşmüş, orada Elnurla rastlaşmış, sonrakı dəqiqələrdə Elnur oradan çıxıb getmiş, Məcid gedib Elnurdan anbarın açarını götürüb geri qayıtmış, Məcid anbarın qapısını açmış oraya daxil olmuşlar, anbarda olan arabaya birlikdə oğurluq məqsədi ilə qərara almışlar ki, anbarda olan 15 metr ölçüdə Prysmian 3x95+1x50 N2XH tipli kabeli Əzizağa və Məcidlə birlikdə arabaya yerləşdirmişlər, arabanı sürüb oteldən çıxıb həyətə doğru istiqamət götürmüşlər, o isə açarı aparıb ofisə qoymuş, sonra onların yanına qayıtmış, su deposuna tərəf gedərək orada kabelin üzlüyünü soyub tullamış, mis hissəsini isə 3-4 gün sonra arabayla birlikdə küçəyə çıxarıb onun avtomobilinə yerləşdirərək aparıb Xəzər rayonu, Binə qəsəbəsində unutduğu yerə 450 manata satmış, pulları 3 yerə bölmüşlər. Anbara daxil olarkən kabeli görüb hər üçü qərara gəlmişlər ki, 15 metr ölçüdə “Prysmian” 3x95+1x50 N2XH tipli kabeli gizli yolla oğurlayıb, aparıb mis hissəsini satsınlar. Videogörüntü kamerasının işləmədiyini zənn etmişlər, hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, X2 MMC-də 5 ildən çoxdur ki, mühafizə rəisi vəzifəsində işləyir, hər gün səhər 09-dan axşam 18 radələrinədək işdə olur. 2022-ci ilin iyul ayında MMC-də texniki işlərin aparılması üçün 200 metr uzunluğunda Prysmian 3x95+1x50 N2XH tipli kabel alınmışdır, həmin kabelin bir metrinin qiyməti 95 manat 73 qəpik olmuşdur, müəyyən hissəsi istifadə edilsə də yerdə qalan 15 metr uzunluğunda 1435 manat 95 qəpik dəyərində kabel otelin 2-ci mərtəbəsində olan mühəndislik anbarında saxlanılmışdır. 26 avqust 2022 tarixdə şəxsən özü həmin kabelin yerində olmasını aşkar etmiş, sonrakı zamanda yəni avqustun son günlərində anbarda olarkən kabelin yerində olmadığını, oğurlanmasını aşkar etmiş, dərhal bu barədə işçilərdən soruşsa da onlar bundan xəbərsiz olmasını demiş, o, kamera görüntülərinə baxış keçirmiş və müəyyən etmişdir ki, oteldə bağban işləyən 3 nəfər şəxs - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 28 avqust 2022 tarixdə saat 12 radələrində özbaşına olaraq gizli şəkildə həmin 15 metr uzunluğunda kabeli anbardan oğurlayaraq naməlum istiqamətə aparmışlar. O, onlardan bu barədə soruşduqda bu əməli Təqsirləndirilən şəxs1 səmimi olaraq etiraf etmiş, lakin digərləri guya xəbərləri olmadığını bildirmişlər. Hadisə nəticəsində otelə 1435,95 manat maddi ziyan dəyimiş, qeyd edir ki, kamera görüntüsündən müəyyən edilmişdir ki, hər üç şəxs anbarda olur sonra mühəndis işləyən Şahid adlı şəxslə söhbət etmiş, sonra Elnur oradan gedəndən sonra onlar oraya qayıtmış, Məcid gedib Elnurdan anbarın açarını guya torba götürmək üçün alıb qayıtmış, oğurluq edəndən sonra isə Rüfət gedib açarı Elnurun otağına qaytarmışdır. Hazırda hər üç şəxs işdən azad olunublar.Anbarın qapısını ancaq Elnur, Fuad adlı anbardar və mühəndis işləyən bu şəxslər açıb daxil ola bilərlər, Məcid Elnuru aldadıb oradan guya torba götürəcəyini bildirmiş, ona görə də o, açarı ona vermişdir. Adi zamanda həmin bağbanlar oraya daxil ola bilməzlər(i.v.32-34); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, oteldə 11 ildir ki, işləyir, Nümayəndə işlədiyi yerin uzun zamandır ki, mühafizə rəisidir, cavabdeh şəxsdir. Əzizağa, Rüfət və Məcid də onların işində bağban işləmiş, məlum hadisədən sonra onlar işdən azad olunmuşlar. 28 avqust 2022 tarixdə saat 12 radələrində otelin 2-ci mərtəbəsində onlarla işlə bağlı söhbət etmiş, sonra çıxıb başqa iş yoldaşıyla nahar etmək üçün getmiş, bir neçə dəqiqə sonra Məcid onun yanına gəlib anbarın açarını ondan istəyib oradan torba götürəcəyini, sonra açarı gətirib iş otağına qoyacağını demiş, o da ona inanıb açarı ona vermiş, daha sonra nahara getmiş, sonrakı zamanda otağa gələndə açarın yerində olmasını görmüşdür. Bir müddət sonra Aqşinlə o, aşkar etmişdir ki, anbardan 15 metr ölçüdə Prysmian 3x95+1x50 N2XH tipli 1435,95 manat dəyərində kabel naməlum şəraitdə oğurlanmışdır, kamera görüntülərinə baxış zamanı hər üç şəxsin yəni, Əzizağa, Rüfət və Məcidin kabeli ondan açarı alandan sonra anbardan apardıqlarını görmüşlər. Məcidə açarı o, vermiş, lakin o, oradan torba götürmək əvəzinə iş yoldaşlarıyla əlbir olub əmlakı oğurlamışlar. Əzizağa sonrakı zamanda şifahi söhbət zamanı etdikləri əməli etiraf etmiş, digərləri isə sözlə ifadə etməsələrdə susaraq heç nə deməmişlər, Əzizağa bildirmişdir ki, kabeli 500-600 manata sataraq pulları bölmüşlər. O, kabelin anbarda yerində olmasını 26 avqust 2022-ci il tarixdə öz gözüylə görmüş, anbarın açarı onda və Fuadda olmuş, hər üç şəxs oraya qanunsuz deyil, onun verdiyi açar vasitəsilə daxil olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 MMC-də baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 9-11); xx.xx.2022-ci il tarixli aktdan görünür ki, kabelin 1m-nin dəyəri 95.73 azn və qalan hissənin 15m olduğu nəzərə alaraq qalan kabelin məbləği 1435.95 azn təşkil etmişdir(i.v.18); Zərərçəkmiş hüquqi şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 MMC ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. (i.v.27); Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. (i.v.28); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 37); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 51); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 68); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 90); ifadənin yerində yoxlanılması haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 103-107); ifadənin yerində yoxlanılması haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 108-110); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 11:20-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 121); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə saat 13:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 134-135); Təqsirləndirilən şəxs1 dindirilmə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30 dəqiqədə onun dindirilməsi başa çatmışdır(i.v.145-147); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 15:50 dəqiqədə ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 148-149); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 dekabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 168-170); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 dekabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 171-173); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 176-178); ifadənin yerində yoxlanılması haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 193-195); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.199-201); video disk görüntülərinə baxış keçirmək barədə 10 yanvar 2023-cü il, 15 yanvar 2023-cü il və 17 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, diskdə olan fayla baxılarkən 28 avqust 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 işlədikləri X2nin zirzəmisinə gələrək, orada bir neçə dəqiqə öz aralarında və iş yoldaşları Şahidlə söhbət edirlər, sonra Elnur oradan çıxıb gedir, hər üç şəxs zirzəmidə olan anbara tərəf gedir, daha sonra onlar içərisində həmin kabel olan araba ilə oradan çıxıb su anbarı istiqamətinə doğru çıxıb getməsi müəyyən olunur (i.v. 206-208); Maddi sübut kimi tanınması haqqında 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, oğurluq hadisəsini özündə əks etdirən videogörüntü olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir(i.v.209); Sübutların qiymətləndirilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.210-214); Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X1 Birliyi tərəfindən verilmiş Mİ 004485 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs3 müharibə iştirakçısıdır. doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 2018-ci il təvəllüdlü Rüqayyə və 2019-cu il təvəllüdlü Zəhra adlı iki qız övladı vardır. zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş və “X2” MMC-nin onlara qarşı heç bir tələbinin olmadığını qeyd etmiş, istintaqda verdiyi izahatının qəbul edilməsini, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi oğurluq əməli CM-nin 177.2.1-ci maddəsi tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını, törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs1 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs2 17 dekabr 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, YYM, yeni tikilidə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs3 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, YYM, yeni tikilidə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. İş üzrə maddi sübut olan diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi 68 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 dekabr 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, YYM, yeni tikili ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, YYM, yeni tikili ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar