Məhkəmə qərarları › İş №1(008)-354/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-354/2020

05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-354/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili X12 oğlunun, 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə 04 fevral 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küç., döngə 02, ev 06-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qəhvəyi rəngli kağız bükümdə 0.541 qram çəkidə narkotik vasitə heroin əldə etmiş, özündə saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəh., Sabunçu Rayon Polis X11 Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən «Kəndistan» kafesinin qarşısında saxlanılaraq Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı və daşıdığı 0.541 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayından narkotik vasitə marixuananı çəkmə yolu ilə, 2020-ci ilin may ayının əvvəlindən isə narkotik vasitə heroini gümüşü falqada yandırıb çəkmə yolu ilə qəbul edirdi. Narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə heroini Bakı şəh., Suraxanı rayonu, Əmircan qəsəbəsindən tanımadığı şəxslərdən alırdı. xx xxx 2020-ci il tarixdə, saat 20:00 radələrində idarə etdiyi «VAZ 2114» markalı, «az ** GK ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsinin yaxınlığından keçən «Aeroport» şossesi ilə üzü Bakı şəh., Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolda tanımadığı bir nəfər kişi ona əl etmişdir. O, da avtomobili həmin şəxsin yanında saxlamışdır. Orta yaşlı, qarabəniz tanımadığı kişi ondan onu «Beynəlxalq Avtovağzala» apara biləcəyini soruşmuşdur. Həmin kişiyə razılıq vermiş və gediş haqqını 15 manata razılaşmışlar. Həmin kişi idarə etdiyi avtomobilin sağ qabaq oturacağında əyləşmiş və həmin şəxsi «Beynəlxalq Avtovağzala» aparmışdır. Onlar yolda gedən zaman həmin kişi onunla narkotik vasitə haqqında danışmışdır. O, da həmin kişiyə arada oda narkoik vasitə olan heroini çəkmə yolu ilə qəbul etdiyini bildirmişdir. Həmin kişini idarə etdiyi avtomobillə «Beynəlxalq Avtovağzala» gətirmiş və həmin şəxs ona 15 manatın əvəzinə bir ədəd qəhvəyi rəngli bükümdə içərisində narkotik vasitə heroin vermişdir. O, da həmin kişidən gediş haqqının əvəzinə bir ədəd büküm narkotik vasitə heroini almış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində o, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığı məhəllədə Şahid3 ilə rastlaşıb görüşmüş və onunla ordan-burdan söhbət etmişlər. Şahid3 uşaqlıqdan tanıyır və onu çoxdan görmürdü. Bundan sonra o, Şahid3 yorulduğundan evə getdiyini bildirmişdir. Şahid3 ona idarə etdiyi avtomobillə onu yaşadığı Bakı şəh., Ramana qəsəbəsinə aparmağı bildirmişdir. O, Şahid3 razılıq vermiş, onun idarə etdiyi avtomobilin sağ qabaq oruracağında əyləşmiş və idarə etdiyi avtomobili Ramana qəsəbəsinin mərkəzinə doğru hərəkət etdirmişdir. Onlar Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən «Kəndistan» kafesinin yaxınlığından keçən zaman Şahid3 ona avtomobili saxlamağı, mağaza açıqdırsa siqaret almaq istədiyini bildirmişdir. İdarə etdiyi avtomobili saxlamış, elə bu zaman Bakı şəh., Sabunçu Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfərləri onlara yaxılaşıb özlərini təqdim etmiş və «hara getmələrini» soruşmuşlar. Onun üzərində narkotik vasitə heroin olduğu üçün polisləri görüb həyacanlanmış və polislərlə söhbəti tez kəsib getmək istəyirmiş. Həmin vaxtı onda narkotik vasitə heroinin olmasını Şahid3 bilmirdi. Onun bu hərəkəti polis əməkdaşlarında şübhə oyatmış və onları Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsində üzərlərində şəxsi axtarış aparılması üçün dəvət etmişlər. Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməyini bildirmişlər. Videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli bükümü və özünə məxsus «Samsung Duos» markalı mobil telefon aparatını çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuş, bükümdə olan narkotik vasitənin heroin oldğunu bildirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Elyar Elçin oğlu ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu Rayon Polis X11 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı xüsusi rütbə daşıyır. xx xxxx 2020-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsində Post Patrul Xidməti Bölüyünün polis nəfəri polis sıravisi Şahid2 ilə təhkim olunmuş ərazidə xidmət apararkən Ramana qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən «Kəndistan» kafesinin yaxınlığında ağ rəngli «VAZ 2114» markalı, «az ** GK ***» dövlət qeydiyyat nişanlı avtomobilin içində iki nəfər şəxsin olduğunu görüb, onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərlə söhbət edən zaman onların söhbətdən yayınıb uzaqlaşmağa çalışdıqlarını müşahidə etmişlər. Həmin şəxslərin narkotik vasitənin əldə edib saxlanmasında və daşınmasında şübhələndikləri üçün üzərlərində şəxsi axtarış aparılması üçün onları Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etməmiş, onlarla birlikdə 12-ci Polis şöbəsinə gəlmişlər. Polis şöbəsində həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə Şahid3 olduğu müəyyən edilmişdir. Xidməti otaqların birində 12-ci Polis şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli kağız bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və bir ədəd «Samsung Duos» markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin nə olduğunu soruşulmuşdur. O həmin maddənin narkotik vasitə heroin olduğunu, xx xxx 2020-ci ildə idarə etdiyi avtomobillə sərnişin kimi əyləşmiş kişinin 15 manat gediş haqqı əvəzi olaraq verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus «VAZ 2114» markalı, «az ** GK ***» dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilmiş və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sadıqov X8 Elyar Elçin oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində X2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsində dayanıb yaşadığı evə getməyə avtomobil gözləyirdi. Bu zaman Təqsirləndirilən şəxs görüb söhbət etmişlər. O, Təqsirləndirilən şəxs çoxdan tanısada uzun müddət idi ki, rastlaşmırdı. Təqsirləndirilən şəxs həmin vaxtı «VAZ 2114» markalı avtomobil idarə edir. O, Təqsirləndirilən şəxs onu yaşadığı evə aparmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onun idarə etdiyi avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə üzü Ramana qəsəbəsi istiqamətində hərəkət etdirərkən, Ramana qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən «Kəndistan» kafesinin yaxınlığında keçən zaman o, Təqsirləndirilən şəxs avtomobili saxlamağı, mağaza açıq olsa siqaret alacağını demişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlayan zaman Bakı şəh., Sabunçu Rayon Polis X11 Xidməti Bölüyünün polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və onlarla söhbət edək hara getdiklərini soruşmuşlar. Həmin vaxtı Təqsirləndirilən şəxs həyacanlanmış və tez getməyə çalışmışdır. Təqsirləndirilən şəxs bu hərəkəti polis əməkdaşlarını şübhələndirmiş və polis əməkdaşları üzərlərində axtarış keçirilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşlarına razılıq verib birlikdə 12-ci Polis şöbəsinə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O, da əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli özünə məxsus «Sony Erikson» markalı mobil telefon aparatını və şəxsi əşyalarını çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/952 saylı, 01 iyn 2020-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» yazısı olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0.541 qram kustar üsulla hazırlanmış narkotik vasitə-herondir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı 1) daxildir. Heroinin təmiz çəkisi 0.541 qram, qalıq 0.050 qramdır, qalıq 0.491 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X13 Ambulator X1 1564 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Əlipənah oğlunda tiryək alkoloidlərini tərkibindən saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 tərəfindən 08 iyun 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əlipənh oğlu Salyan Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 69.4-cü maddələri ilə təqsirli bilinib, 2.000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin xx xxx 2013-cü il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət qanunvericiliyinin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də CinayətProsessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Cənnətov Azər Əlipənah oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Cənnətov Azər Əlipənah oğlunun törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, xx xxxx 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 01 iyun 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,14). Cinayət işinin materiallarında olan 02 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 87). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)312/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,104). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər - «ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «01» iyun 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs Əlipənah oğluna cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.491 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 81.82 manat ekspertiza xərci Cənnətov Azər Əlipənah oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «11» (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Cənnətov Azər Əlipənah oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Cənnətov Azər Əlipənah oğlunun cəza çəkmə müddətinin başlanğıcı «01» iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.491 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 81.82 manat ekspertiza xərci təqsirləndirilən şəxs Cənnətov Azər Əlipənah oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Əlipənah oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar