Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-354/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,18 qram 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər və bir ədəd həbin 1/2 hissəsi metadon tərkibli dərman preparatı olan narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığından Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli jiletin sağ yan cibindən bir ədəd şəffaf rəngli plasmas qabda hər bir həbdə 0,04 qram, ikidə bir həbin hissəsində isə 0,2 qram, ümumi miqdarı 0,18 qram təşkil edən üzərində «F/M40» yazısı həkk olunmuş 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər və bir ədəd həbin ikidə bir hissəsi metadon tərkibli dərman preparatı olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi barədə protokol, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vsitə istifadəçisi olsa da, artıq uzun müddətdir ki, müalicədədir və narkotik vasitələrdən istifadə etmir. 31 oktyabr 2022-ci il tarixdə yeddi nəfər polis əməkdaşı onun yaşadığı ünvan 1 ünvanına gələrək evə qanunsuz daxil olub evində axtarış həyata keçirmişlər. Evdə dərmanlar olan şkafdan boş metadon qabını tapdıqda ondan bunun nə olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına əvvəllər metadon qəbul etdiyini və çoxdan istifadə etdiyi metadonun qabının evdə qaldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu evdən götürərək polis bölməsinə aparmışlar. O, təqsirli olmadığını, üzərində və evində qanunsuz hər hansı maddənin və ya predmetin olmadığını bildirdikdə polis əməkdaşları tərəfindən döyülərək ona nə deyilirsə onu etməsi bildirilmişdir. Bundan sonra o, qorxaraq polis bölməsində üzərinə qoyulmuş narkotik vasitə olan metadonu çəkiliş zamanı təqdim edərək onun özünə məxsus olduğunu bidirmək məcburiyyətində qalmışdır. Hazırda özünü təqsirli hesab etmir və hazırda məhkəmə iclasında verdiyi ifadəsinin mötəbər sübut kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs yeddi nəfər polis əməkdaşının mülki geyimdə onun evinə gələrək onu evdən apardıqlarını, həmin polis əməkdaşlarının içərisində Oktay adlı polis əməkdaşını tanıdığını, digərlərini tanımadığını, polis əməkdaşlarının hasardan tullanaraq onların həyətinə daxil olduqlarını, evə daxil olduqdan sonra ondan narkotik vasitənin harada olduğunu soruşduqlarını, o isə narkotik vasitədən istifadə etmədiyini, həmin vaxt evdə atası və anasının olduğunu, qonşuların da polis əməkdaşlarının onların evinə girməsinin şahidi olduqlarını, bölmədə evindən götürülmüş metadon qabının ona məxsus olub-olmaması soruşulduqda o, həmin qabın ona məxsus olduğunu bildirmiş, baxarkən artıq həmin qabın içərisində dərman olduğunu, lakin dərmanların açıq vəziyyətdə olduğunu gördüyünü, təzyiq altında dərmanların ona məxsus olduğunu bildirərək təqdim edilən bütün sənədləri imzaladığını, polis bölməsində döyüldüyünü, 4 nəfər polis əməkdaşının onu ayaqqı ilə təpiklədiyini, yumruqla vurduqlarını, lakin xəsarətlərinin olmadığını, döyülməsi ilə bağlı prokurorluğa məlumat verdiyini, müstəntiq tərəfindən yazılmış ifadələri özü oxumasa da, müstəntiq tərəfindən ona oxunduğunu və ondan sonra həmin ifadələri imzaladığını, ifadələrini oxumamaqla səhv etdiyini, özünün hal-hazırda narkoloji dispanserə gedərək metadon suyu qəbul etdiyini, harasa səfərə və ya uzaq yerə gedən zaman ona metadon suyunun həmin tərəfindən hazır vəziyyətdə bir neçə gün istifadə üçün verdildiyini, metadonun ona dərman kimi deyil, yalnız suyunu həkim icazəsi ilə gəzdirib daşımağa icazə verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Sabunçu RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 2 ünvanın qarşısında bir nəfər şəxsin şübhəli olduğunu görüb onu saxlamışlar. Həmin şəxsə yaxınlaşıb özümüzü təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək yayınmaq istəmiş, eləcə də nəsə gizlətdiyi və dağınıq cavab verməyi onlarda şübhə yaratdı. Bundan sonra həmin şəxsi 13-cü polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Oraya hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmışdır. Təqsirləndirilən şəxs axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli jiletin sağ yan cibindən bir ədəd şəffaf rəngli plasmas qabda 4 ədəd və 1 ədədinin yarısı olan dərman həblərini çıxardaraq bildirmişdir ki, onlar metadon kimi bildiyi dərman həbləridi, öz istifadəsi üçün təxminən 1 -2 ay bundan əvvəl Zabrat qəsəbəsindən adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Bundan sonra dərman həbləri zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Sabunçu RPİ- nin 13-cü PB-nin təhqiqatçısı polis mayoru Elvar Quliyev tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs 4 ədəd və 1 ədədinin yarısı olan həblərdə metadon tərkibli dərman preparatı olan narkotik vasitəni özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf rəngli plasmas qabda 4 ədəd və 1 ədədinin yarısı olan həblərdə metadon tərkibli dərman preparatı olan narkotik vasitə aşkar edilərək götürülmüşdür ( i.v. 27-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 01 noyabr 2022-ci il il tarixli, 6/6330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 160” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş dərman preparatı” yazısı və imzalar olan zərfdəki üzərlərində “F/M40” yazısı həkk olunmuş 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər və bir ədəd həbin 'A hissəsi metadon tərkibli dərman preparatıdır. 4 ədəd həbdə və həbin ikidə bir hissəsində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,18 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram, ikidə bir həbin hissəsində isə 0,02 qram metadon olmaqla) (i.v. 34-38). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 dekabr 2022-ci il tarixli, 7349 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 91-92). Məhkəmə istintaqı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli, xx/xx-2171 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdən metadonla əvəzedici terapiya proqramının iştirakçısıdır və hər gün 45 ml metadon h/x qəbul edir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən təmiz çəkisi 0,18 qram təşkil edən 04 ədəd həbdə və həbin ikidə bir hissəsindən ibarət metadon tərkibli dərman preparatı olan narkotik vasitə maddi sübut kimi tanınmış, tədqiqata sərf edilməsi nəzərə alınmaqla qalıq qalmış 03 həb və həbin dörddə bir hissəsinin Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.94-98). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,02 qram olan metadon şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının onun evinə qanunsuz daxil olaraq onu bölməyə apardıqlarını, evindən boş metadon qabının çıxmasına baxmayaraq üzərində hər hansı narkotik vasitənin olmadığını, polis bölməsində döyüldüyündən etirafedici ifadələri imzaladığını və şəxsi axtarış və götürmə zamanı narkotik vasitə olan metadonun özünə məxsus olduğunu bildirdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduğu ilk gündən istintaqın sonunadək özünü AR CM-nin 234.1-ci maddəsi iilə təqsirli bilərək ona elan edilmiş ittihamın məzmununa uyğun ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis bölməsində təzyiqlərə məruz qaldığından, ona qarşı fiziki zor tətbiq edilərək yerə yıxılaraq polis əməkdaşları tərəfindən ayaqlarında ayaqqabı ilə təpikləndiyini, ona yumruqla zərbələr endirildiyini, bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etdiklərini göstərsə də, məhkəmə tərəfindən həmin istiqamətdə aparılan araşdırma nəticəsində təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutularaq barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçildiyi günədək saxlanıldığı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən Təqsirləndirilən şəxs oraya daxil olarkən onda xəsarətlərin olub-olmaması barədə məlumat tələb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən daxil olmuş 23 fevral 2023-cü il tarixli, 49/2-8116/23 saylı məktubdan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman onun bədəninə və üzərinə MSYdən tam baxış keçirilmiş, lakin heç bir xəsarət aşkar olunmamışdır. Bu barədə onun iştirakı ilə akt tərtib edilmiş və həmin akt Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. 01 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman onun bədəninə və üzərinə MSY-dən tam baxış keçirilmiş, lakin heç bir xəsarət aşkar olunmamış və həmin akt Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, hər hansı şəxsin ayağında ayaqqabı olan şəxslər tərəfindən təpiklənməsi və yumruqla zərbələrə məruz qaldığı halda onun müayinə edilməsi zamanı onda heç bir xəsarətin aşkar olunmaması real olmadığından Təqsirləndirilən şəxs polis bölməsində döyülməsi ilə bağlı irəli sürdüyü arqument tam əsassız hesab edilir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs döyüldükdən sonra onda heç bir xəsarətin qalmadığını bildirmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin göstərdiyi formada-yerə yıxılaraq yerdə başqa şəxslər tərəfindən ayaqlarında ayaqqabı olan vəziyyətdə təpiklənmiş və yumruq zərbələrinə məruz qalmış şəxsin bədənində heç bir xəsarətin qalmaması qeyri-mümkün olmaqla bu hal təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadələrdə səmimi olmamasının göstəricilərindən biri kimi qiymətləndirilir. Bununla yanaşı, məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna sorğu ünvanlanaraq prokurorluğa Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı müraciətin daxil olubolmaması, daxil olmuşdursa, araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş 16 mart 2023-cü il tarixli, 1122-xid- 23 saylı məktubdan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs polis bölməsində döyülməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciəti daxil olmamış və araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs polis bölməsində döyülməsi və ona qarşı fiziki zor tətbiq olunmasını bildirsə də, məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərlə onda həmin vaxt xəsarətlərin olmaması, özünün isə döyülməsi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurura müraciət etməməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tutulduqdan və döyülməsi iddia etdiyi vaxtdan sonra daxil olduğu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin MSY-dən alınmış sənəd və ona əlavə edilərək təqsirləndirilən şəxs tərəfindən imzalanmış aktla Təqsirləndirilən şəxs xəsarətlərin olmamasının aşkar olunduğunu, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq fiziki zor tətbiqinə, təpik və yumruq zərbələrinə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan olan tünd göy rəngli jiletin sağ yan cibindən bir ədəd şəffaf rəngli plasmas qabı içərisində olan dərmanlarla birlikdə masanın üzərinə qoyaraq həmin dərmanların narkotik vasitə olan metadon olduğunu qeyd edərək şəxsi istifadəsi üçün özündə saxlamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli, xx/xx-2171 nömrəli arayışı təqdim edərək 06 sentyabr 2022-ci il tarixdən metadonla əvəzedici terapiya proqramının iştirakçısı olduğunu, hər gün 45 ml metadon h/x qəbul etdiyini bildirərək metadon qəbul etməsinin qanunsuz olmadığına istinad etsə də, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin metadon müalicəsində olması onun qanunsuz, heç bir həkim resepti olmadan üzərində narkotik vasitə olan metadon gəzdirməsinin qanuni hesab olunması üçün əsas kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs dəqiqləşdirmə xarakterli suala cavab olaraq “harasa səfərə və ya uzaq yerə gedən zaman ona metadon suyunun həmin tərəfindən hazır vəziyyətdə bir neçə gün istifadə üçün verdildiyini, metadonun ona dərman kimi deyil, yalnız suyunu həkim icazəsi ilə gəzdirib daşımağa icazə verildiyini” göstərmişdir ki, bu da təqsirləndirilən şəxsin metadon müalicəsində olmasının heç bir halda təqsirləndirilən şəxsin narkotik vasitə olan metadonu üzərindən aşkar edilmiş dərman (tabletka) formasında gəzdirməsinə və daşımasına qanuni don geyindirməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 31 oktyabr 2022-ci il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v.16). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.68). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.69-70). “Atalığın müəyyən edilməsi haqqında” 12 yanvar 2015-ci il tarixli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2014-cü il təvəllüdlü (X1) uşağı var (i.v.81). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır (i.v.82-83). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 1(008)-315/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 09 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.84-89). “Amnistiya aktının tətbiq edilməsi barədə” 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsinin barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 7(002)-404/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (AR CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 03 ədəd həb və həbin dörddə bir hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-354/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-354/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver