Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-355/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X54 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Kürdəmir rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Öyləqulu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Həmidə Məmmədquluzadə küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN**********) ərzaq və qeyri-ərzaq məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-də 01 aprel 2020-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək olan müddətdə ekspeditor (satış təmsilçisi) vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 01 aprel 2020-ci il tarixli əmək və tam maddi-məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlakı qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə davamlı olaraq mənimsəməklə talamaq məqsədilə 01,03.2021-ci il tarixə olan qalıq 25.673.14 (iyirmi beş min altı yüz yetmiş üç manat on dörd qəpik) olmaqla 01 mart 2021 -ci il tarixdən 02 iyul 2021 -ci il tarixədək Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 16 A ünvanında yerləşən anbarından rəsmi sənədlər xx.xx.2021-ci il tarixli 22300 nömrəli, 02 mart 2021-ci il tarixli 22406 nömrəli, xx.xx.2021-ci il tarixli 22409 nömrəli, xx.xx.2021-ci il tarixli 22455 nömrəli, xx.xx.2021-ci il tarixli 22456 nömrəli, xx.xx.2021-ci il tarixli 22524 nömrəli, xx.xx.2021-ci il tarixli 22525 nömrəli, xx.xx.2021-ci il tarixli 22545 nömrəli, 04 mart 2021-ci il tarixli 22576 nömrəli, xx.xx.2021-ci il tarixli 22578 nömrəli, xx.xx.2021-ci il tarixli 22579 nömrəli, xx.xx.2021-ci il tarixli 22668 nömrəli, xx.xx.2021-ci il tarixli 22685 nömrəli, xx.xx.2021-ciil tarixli 22837 nömrəli, xx.xx.2021-ci il tarixli 22838 nömrəli, 09 mart 2021-ci il tarixli 22861 nömrəli, xx.xx.2021-ci il tarixli 22871 nömrəli, xx.xx.2021-ci il tarixli 22872 nömrəli, xx.xx.2021-ci il tarixli 22932 nömrəli, xx.xx.2021-ci il tarixli 22943 nömrəli, xx.xx.2021-ciil tarixli 23037 nömrəli, xx.xx.2021-ci il tarixli 23073 nömrəli, 11 mart 2021-ci il tarixli 23104 nömrəli, xx.xx.2021-ci il tarixli 23106 nömrəli, xx.xx.2021-ci il tarixli 23118 nömrəli, xx.xx.2021-ci il tarixli 23122 nömrəli, xx.xx.2021-ci il tarixli 23172 nömrəli, xx.xx.2021-ciil tarixli, 23257 nömrəli, xx.xx.2021-ciil tarixli 23292 nömrəli, 12 mart 2021-ci il tarixli 23302 nömrəli, xx.xx.2021-ci il tarixli 23344 nömrəli, xx.xx.2021-ci il tarixli 23374 nömrəli, xx.xx.2021-ci il tarixli 23391 nömrəli, xx.xx.2021-ci il tarixli 23446 nömrəli, xx.xx.2021-ci il tarixli 23451 nömrəli, xx.xx.2021-ciil tarixli, 23500 nömrəli, 15 mart 2021-ci il tarixli 23509 nömrəli, xx.xx.2021-ci il tarixli 23530 nömrəli, xx.xx.2021-ci il tarixli 23464 nömrəli, xx.xx.2021-ci il tarixli 23548 nömrəli, xx.xx.2021-ci il tarixli 23550 nömrəli, xx.xx.2021-ciil tarixli 23583 nömrəli, xx.xx.2021-ci il tarixli 23592nömrəli, 16 mart 2021-ci il tarixli 23599 nömrəli, xx.xx.2021-ci il tarixli 23635 nömrəli, xx.xx.2021-ci il tarixli 23655 nömrəli, xx.xx.2021-ci il tarixli 23665 nömrəli, xx.xx.2021-ci il tarixli 23691 nömrəli, xx.xx.2021-ci il tarixli 23742 nömrəli, xx.xx.2021-ci il tarixli 23915 nömrəli, 25 mart 2021-ci il tarixli 23951 nömrəli, xx.xx.2021-ci il tarixli 23990 nömrəli, xx.xx.2021-ci il tarixli 24020 nömrəli, xx.xx.2021-ci il tarixli 24144 nömrəli, xx.xx.2021-ci il tarixli 24237 nömrəli, xx.xx.2021-ci il tarixli 24479 nömrəli, xx.xx.2021-ci il tarixli 24481 nömrəli, 05 aprel 2021-ci il tarixli 24485 nömrəli, xx.xx.2021-ci il tarixli 24568 nömrəli, xx.xx.2021-ci il tarixli 24600 nömrəli, xx.xx.2021-ci il tarixli 24606 nömrəli, xx.xx.2021-ci il tarixli 24644 nömrəli, xx.xx.2021-ci il tarixli 24658 nömrəli, xx.xx.2021-ci il tarixli 24671 nömrəli, 07 aprel 2021-ci il tarixli 24675 nömrəli, xx.xx.2021-ci il tarixli 24678 nömrəli, xx.xx.2021-ci il tarixli 24735 nömrəli, xx.xx.2021-ci il tarixli 24744 nömrəli, xx.xx.2021-ci il tarixli 24768 nömrəli, xx.xx.2021-ci il tarixli 24819 nömrəli, xx.xx.2021 24820 nömrəli, xx.xx.2021 24824 nömrəli, xx.xx.2021 24843 nömrəli, xx.xx.2021-ci il tarixli 24859 nömrəli, 09 aprel 2021-ci il tarixli 24860 nömrəli, xx.xx.2021-ci il tarixli 24870 nömrəli, xx.xx.2021-ci il tarixli 24967 nömrəli, xx.xx.2021-ci il tarixli 24969 nömrəli, xx.xx.2021-ci il tarixli 24992 nömrəli, xx.xx.2021-ci il tarixli 24997 nömrəli, xx.xx.2021-ci il tarixli 25050 nömrəli, 13 aprel 2021-ci il tarixli 25073 nömrəli, xx.xx.2021-ci il tarixli 25082 nömrəli, xx.xx.2021-ci il tarixli 25163 nömrəli, xx.xx.2021-ci il tarixli 25178 nömrəli, xx.xx.2021-ci il tarixli 25191 nömrəli, xx.xx.2021-ci il tarixli, 25212 nömrəli, xx.xx.2021-ciil tarixli 25222 nömrəli, 15 aprel 2021-ci il tarixli 25293 nömrəli, xx.xx.2021-ci il tarixli 25352 nömrəli, xx.xx.2021-ci il tarixli 25356 nömrəli, xx.xx.2021-ci il tarixli 25393 nömrəli, xx.xx.2021-ci il tarixli 25395 nömrəli, xx.xx.2021-ci il tarixli 25410 nömrəli, xx.xx.2021-ciil tarixli 25413 nömrəli, 19 aprel 2021-ci il tarixli 25466 nömrəli, xx.xx.2021-ci il tarixli 25470 nömrəli, xx.xx.2021-ci il tarixli 25475 nömrəli, xx.xx.2021-ci il tarixli 25513 nömrəli, xx.xx.2021-ci il tarixli 25523 nömrəli, xx.xx.2021-ciil tarixli 25528 nömrəli, xx.xx.2021-ciil tarixli 25545 nömrəli, 21 aprel 2021-ci il tarixli 25640 nömrəli, xx.xx.2021-ci il tarixli 25641 nömrəli, xx.xx.2021-ci il tarixli 25732 nömrəli, xx.xx.2021-ci il tarixli 25783 nömrəli, xx.xx.2021-ci il tarixli 25921 nömrəli, xx.xx.2021-ciil tarixli 25869 nömrəli,xx.xx.2021-ci il tarixli 26061 nömrəli, 03 may 2021-ci il tarixli 26157 nömrəli, xx.xx.2021-ci il tarixli 26197 nömrəli, xx.xx.2021-ci il tarixli 26204 nömrəli, xx.xx.2021-ci il tarixli 26268 nömrəli, xx.xx.2021-ci il tarixli 26289 nömrəli, xx.xx.2021-ci il tarixli 26290 nömrəli, xx.xx.2021-ci il tarixli 26366 nömrəli, 05 may 2021-ci il tarixli 26371 nömrəli, xx.xx.2021-ci il tarixli 26373 nömrəli, xx.xx.2021-ci il tarixli 26392 nömrəli, xx.xx.2021-ci il tarixli 26414 nömrəli, xx.xx.2021-ci il tarixli 26419 nömrəli, xx.xx.2021-ci il tarixli 26427 nömrəli, xx.xx.2021-ci il tarixli 26463 nömrəli, 07 may 2021-ci il tarixli 26509 nömrəli, xx.xx.2021-ci il tarixli 26698 nömrəli, xx.xx.2021-ci il tarixli 26699 nömrəli, xx.xx.2021-ci il tarixli 26703 nömrəli, xx.xx.2021-ci il tarixli 26705 nömrəli, xx.xx.2021 -ci il tarixli 26782 nömrəli, xx.xx.2021 -ci il tarixli 26786 nömrəli, 11 may 2021-ci il tarixli 26813 nömrəli, xx.xx.2021-ci il tarixli 26929 nömrəli, xx.xx.2021-ci il tarixli 26930 nömrəli, xx.xx.2021-ci il tarixli 26951 nömrəli, xx.xx.2021-ci il tarixli 27051 nömrəli, xx.xx.2021 -ci il tarixli 27148 nömrəli, xx.xx.2021-ciil tarixli 27151 nömrəli, 17 may 2021-ci il tarixli 27152 nömrəli, xx.xx.2021-ci il tarixli 27184 nömrəli, xx.xx.2021-ci il tarixli 27204 nömrəli, xx.xx.2021-ci il tarixli 27205 nömrəli, xx.xx.2021 -ci il tarixli 27268 nömrəli, xx.xx.2021 -ci il tarixli 27282 nömrəli, xx.xx.2021 -ci il tarixli 27292 nömrəli, 18 may 2021-ci il tarixli 27294 nömrəli, xx.xx.2021-ci il tarixli 27417 nömrəli, xx.xx.2021-ci il tarixli 27427 nömrəli, xx.xx.2021-ci il tarixli 27429 nömrəli, xx.xx.2021-ci il tarixli 27465 nömrəli, 21,05.2021-ci il tarixli 27468 nömrəli, xx.xx.2021-ci il tarixli 27471 nömrəli, 24 may 2021-ci il tarixli 27631 nömrəli, xx.xx.2021-ci il tarixli 27743 nömrəli, xx.xx.2021 -ci il tarixli 27873 nömrəli, xx.xx.2021 -ci il tarixli 27876 nömrəli, xx.xx.2021 -ci il tarixli 27930 nömrəli, xx.xx.2021 -ci il tarixli 27931 nömrəli, xx.xx.2021-ciil tarixli 27933 nömrəli, 01 iyun 2021-ci il tarixli 27934 nömrəli, 01,06.2021-ci il tarixli 27936 nömrəli, xx.xx.2021-ci il tarixli 27971 nömrəli, xx.xx.2021-ci il tarixli 27972 nömrəli, xx.xx.2021-ci il tarixli 28006 nömrəli, xx.xx.2021-ci il tarixli 28008 nömrəli, xx.xx.2021-ci il tarixli 28009 nömrəli, 03 iyun 2021-ci il tarixli 28083 nömrəli, xx.xx.2021-ci il tarixli 28084 nömrəli, xx.xx.2021-ci il tarixli 28092 nömrəli, xx.xx.2021-ci il tarixli 28098 nömrəli, xx.xx.2021-ci il tarixli 28178 nömrəli, xx.xx.2021-ci il tarixli 28188 nömrəli, xx.xx.2021-ciil tarixli 28287 nömrəli, 07 iyun 2021-ci il tarixli 28299 nömrəli, xx.xx.2021-ci il tarixli 28301 nömrəli, xx.xx.2021-ci il tarixli 28305 nömrəli, xx.xx.2021-ci il tarixli 28381 nömrəli, xx.xx.2021-ci il tarixli 28411 nömrəli, xx.xx.2021-ci il tarixli 28496 nömrəli, xx.xx.2021 -ci il tarixli 28502 nömrəli, 10 iyun 2021-ci il tarixli 28518 nömrəli, xx.xx.2021-ci il tarixli 28519 nömrəli, xx.xx.2021 -ci il tarixli 28538 nömrəli, xx.xx.2021 -ci il tarixli 28590 nömrəli, xx.xx.2021 -ci il tarixli 28606 nömrəli, xx.xx.2021-ci il tarixli 28778 nömrəli, xx.xx.2021-ciil tarixli 28779 nömrəli, 14 iyun 2021-ci il tarixli 28780 nömrəli, xx.xx.2021-ci il tarixli 28781 nömrəli, xx.xx.2021-ci il tarixli 28782 nömrəli, xx.xx.2021-ci il tarixli 28783 nömrəli, xx.xx.2021-ci il tarixli 28871 nömrəli, xx.xx.2021-ci il tarixli 28949 nömrəli, xx.xx.2021 -ci il tarixli 28957nömrəli, 16 iyun 2021-ci il tarixli 28974 nömrəli, xx.xx.2021-ci il tarixli 29015 nömrəli, xx.xx.2021 -ci il tarixli 29020 nömrəli, xx.xx.2021-ci il tarixli 29023 nömrəli, xx.xx.2021-ci il tarixli 29026 nömrəli, xx.xx.2021 -ci il tarixli 29190 nömrəli, 21,06.2021-ci il tarixli 29196 nömrəli, 21 iyun 2021-ci il tarixli 29230 nömrəli, xx.xx.2021-ci il tarixli 29309 nömrəli, xx.xx.2021-ci il tarixli 29487 nömrəli, xx.xx.2021-ci il tarixli 29510 nömrəli, 01,07.2021-ci il tarixli 29724 nömrəli, 01,07.2021-ci il tarixli 29725 nömrəli, xx.xx.2021-ci il tarixli 29807 nömrəli cəmi 207 ədəd qaimə-faktura əsasında maddi məsuliyyətinə götürdüyü 46.847.77 manat (qırx altı min səkkiz yüz qırx yeddi manat yetmiş yeddi qəpik) dəyərində şirniyyat məhsulları daşıyıcılar tərəfindən onun sifarişi əsasında Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonları ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verilsə də, həmin şirniyyat məhsullarının 4.421.63 manat (dörd min dörd yüz iyirmi bir manat altmış üç qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən məhsul kimi Cəmiyyətin anbarına qaytarmaqla, 9434.15 manat (doqquz min dörd yüz otuz dörd) mal qalığı təhvil verilməklə, 46 ticarət obyektində qalmış 10.627.11 manat (on min altı yüz iyirmi yeddi manat on bir qəpik) mal qalığı hesabından silinməklə, şirniyyat məhsullarının satışından əldə etdiyi cəmi 48.038.02 manat (qırx səkkiz min sıfır otuz səkkiz manat sıfır iki qəpik) məbləğdə pul vəsaitini təhkim olunduğu Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonlarında yerləşən ticarət obyektlərindən nağd şəkildə təhvil aldıqdan sonra 31.062.27 manatını (otuz bir min sıfır altmış iki manat sıfır iyirmi yeddi) Cəmiyyətin kassasına ödəməsinə baxmayaraq, ticarət obyektlərindən nağd şəkildə təhvil aldığı pul vəsaiti, eləcə də şirniyyat məhsullarını onun xidməti ərazisinə aid olmayan başqa ticarət obyektlərində satdırması hesabına əldə etdiyi cəmi 16.975.75 manat (on altı min doqquz yetmiş beş manat yetmiş beş qəpik) məbləğində pul vəsaitini Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 16 A yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləməklə ona etibar olunmuş özgəyə, yəni "xxxx" MMC-yə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurub mənimsəməklə qəsdən talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 aprel 2020-ci il tarixdən 02 avqust 2021 -ci ilə qədər hüquqi ünvanı ünvan 1İL" MMC-də satış təmsilçisi vəzifəsində çalışmışdır. O, MMC-də işlədiyi müddətdə fəaliyyətində heç bir çatışmazlıq olmamış, istər rəhbərlik, istərsə də kollektivlə yaxşı münasibəti olmuşdur. O, işə ərizəsi əsasında qəbul olunmuş, həmin dövrdə "xxxx" MMC-nin direktoru İlqar Orucov adlı şəxs olmuşdur. Cəmiyyət Azərbaycan Respublikası ərazisində xarici ölkələrdən idxal etdiyi müxtəlif çeşidli şirniyyat məhsullarının satışını həyata keçirmişdir. İşə qəbul olunan zaman "xxxx" MMC ilə arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır.Bundan əlavə “Vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi siyahıya uyğun olaraq, “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmış, qarşılıqlı maddi məsuliyyətləri müəyyən edilmişdir. Həmin müqavilələr onun özü tərəfindən imzalanmışdır. Onun satış təmsilçisi kimi vəzifəsi Bakı şəhərinin Xətai, Nizami və Suraxanı rayonu ərazisində yerləşən marketlərdən sifarişlərin qəbulu olmuşdur. Belə ki, o, satış təmsilçisi kimi marketlərdən sifariş qəbul edib, bu barədə terminal vasitəsi ilə MMC-nin Bakı şəhərində yerləşən baş ofisə məlumat vermiş, onlarda öz növbəsində sifariş verdiyi malları anbarda toplayıb daşıyıcılar vasitəsi ilə marketlərə çatdırmışlar. Malların marketlərə çatdırılması prosessində özü iştirak etməmişdir. Satılan mallara görə ödənilməli olan pullarda ay ərzində bir neçə dəfə onun tərəfindən hissə-hissə marketlərdən toplanaraq MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 16 A ünvanında yerləşən kassasına ödəmişdir. O, pulu ticarət obyektinin nümayəndələrindən toplayan zaman aralarında hər hansı bir qəbz tərtib olunmamış, pulları nağd formada yığmışdır. Bəzi obyektlər isə pulu bank hesabı vasitəsi ilə bir başa şirkətə ödəmişlər. Bundan başqa ticarət nümayəndəsi kimi daha bir vəzifəsi mağazalardan satışdan geri qaytarılan malları akt əsasında toplayıb anbara təhvil vermək olmuşdur. Belə ki, o, satışdan geri qaytarmalar barədə akt tərtib edib ticarət obyektinin nümayəndəsinə imzalatdıqdan sonra həmin aktı anbara təhvil vermiş, daşıyıcılar da onun tərtib etdiyi akt əsasında malları ticarət obyektindən götürmüşlər. Mallar əsasən yararlılıq müddəti bitdikdə və ya satışında ləngimələr olduqda satışdan geri qaytarılmışdır. Satışdan geri qaytarmaları hesabından silinməsini öz elektron planşeti vasitəsi ilə izləmişdir. İşlədiyi müddətdə onun fəaliyyətində heç vaxt problem olmamış, şirkətin təftişçiləri tərəfindən ayda bir dəfə fəaliyyəti yoxlanmış, çatışmazlıq aşkar edilməmişdir. Təxminən 2021 -ci ilin iyul ayının əvvəllərində fəaliyyətinin təftişi aparılan zaman ona hesabında çatışmazlıq olması barədə məlumat vermişlər. Bundan sonra dəqiq yadında qalmayan tarixdə MMC-nin auditi Şahid2 və onun yerinə təyin olunacaq adını dəqiq xatırlamadığı şəxslər birlikdə onun işlədiyi ticarət obyektlərinin bəzilərində olub müştərilərlə qarşılıqlı üzləşdirmə, təhvil-təslim aparmışlar. Üzləşdirmə zamanı onun yerinə yeni təyin olunacaq satış təmsilçisi ərazidə olan pulların yığılması ilə razılaşmadığı üçün o, bir çox ticarət obyektinə getməmişdir. Buna baxmayaraq sonra tərtib edilmiş aktda hər bir müştərinin adı qarşısında imza atmışdır Buna səbəb isə şirkət nümayəndələrinin onu aldatması, hesabında çatışmazlıq kimi qalmış məbləğləri siləcəklərini bilıdirməsi olmuşdur. O da onların bu səmimiyyətinə inanaraq akta imza atmışdır. Sonradan ona bildirmişlər ki, onun hesabında 27.000 manat çatışmazlıq var. O da onların onu aldatmaları səbəbindən bir daha şirkətə getməmiş, istifadəsində olan “Vaz 2107” markalı **-RM-*** nömrəli avtomobili də şirkətə təhvil vermişdir. Həmin avtomobili almaq üçün şirkət ona 4000 manat pul vermişdir. O da həmin pulun üstünə 1500 manat pul qoyub avtomobili alsa da, avtomobil 4000 manat pulu qaytarana qədər şirkətin adında olmuşdur. O, şirkətə məxsus məhsulların satışından ümumiyyətlə hər hansı məbləğdə pul mənimsəməmişdir. O, şirkətdən borc olaraq 2000 manat məbləğində pul götürmüşdür. Bundan başqa hər hansı pul götürməmişdir. Şirkətdə aşkar olunan çatışmazlıqlar hamısı mağzalar tərəfindən malların geri qaytarılmaması ilə bağlı olmuşdur. Şirkət isə malların bütün geri qaytarmalarının pulunu da onun adına yazmışdır. O, şirkətdən borc olaraq götürdüyü 2000 manat pul vəsaitindən 500 manatını istintaq zamanı qaytarmışdır. Bu gün üzərində olan 400 manat pulu da verməyə hazırdır. Qalan məbləği isə hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında dindirilmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci ildən hüquqi ünvanı ünvan 1İL” MMC- də hüquqşünas vəzifəsində işləyir. İşə ərizəsi əsasında qəbul olunmuşdur. "xxxx" MMC-nin direktoru X21r. Cəmiyyətin ofisi, anbarı və kassası həmin ünvanda yerləşər. Cəmiyyət Azərbaycan Respublikası ərazisində xarici ölkələrdən idxal etdiyi şirniyyat məhsullarının satışını həyata keçirir. MMC-də məhsulların satışı satış təmsilçiləri vasitəsi ilə həyata keçirilir. Belə ki, satış təmsilçiləri öz ərazilərində olan ticarət obyektlərinin nümayəndələrindən sifarişləri götürüb elektron planşet vasitəsi ilə bizim şirkətinə ofisinə məlumat verir, həmin sifariş əsasında anbarda mallar toplanaraq daşıyıcılar vasitəsi ilə ticarət obeyktlərinə çatdırılır. Mallar ticarət obyektlərinin nümayəndələrinə iki nüsxədən ibarət qaimə əsasında təhvil verilir, bu zaman təhvil verən və malları təhvil alan şəxs həmin qaiməni imzalayır. Bundan sonra qaimənin bir nüsxəsi ticarət obyektinin nümayəndəsində qalır, bir nüsxəsini isə daşıyıcı gətirib anbara təhvil verir. Satış təmsilçiləri malların təhvil verilməsində iştirak etməsələr də, mal təhvil verilən kimi öz planşetlərində bunu izləyə bilirlər. Sonra isə ay ərzində ticarət obyektlərindən həmin malların satışından topladıqları pulu gətirib şirkətin kassasına mədaxil edirlər. Şirkətə məxsus şirniyyat məhsullarının satışı Bakı, Sumqayıt şəhərlərində, eləcə də respublikanın rayonlarında həyata keçirilir. Təqsirləndirilən şəxs şəxsən tanımır, onun barədə məlumatı yalnız işə qəbul olunandan sonra eşitmişdir. Hesabında olan çatışmazlıqla bağlı barəsində hüquq mühafizə orqanlarına şikayət etmək üçün sənədlər onun tərəfindən toplanmışdır. Həmin sənədlərə əsasən deyə bilər ki, Cəfər MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər satış təmsilçisi vəzifəsində işləmiş, onun xidməti ərazisi Bakı şəhərinin, Nizami, Xətai, Suraxanı rayonları olmuşdur. Belə ki, digər satış təmsilçiləri kimi onun özü də ticarət obyektlərindən sifarişlər götürüb şirkətə yönləndirmiş, sonradan isə ay ərzində pulları toplayıb şirkətin kassasına ödəmişdir. Təxminən 2021-ci ilin iyul ayının əvvəllərindən başlayaraq kassa ödənişlərində ləngimələr olduğu, sifariş verdiyi məhsulla, şirkətin kassasına etdiyi ödənişlərdə fərqlər yarandığı üçün şirkət rəhbərliyinin göstərişi ilə MMC-də təftişçi işləyən Şahid2 eləcə də, onun yerinə təyin olunacaq yeni satış təmsilçisi Şahid1 və Cəfərin özünün iştirakı ilə Nizami, Xətai, Suraxanı rayonları ərazisində yerləşən ümumilikdə 115 ticarət obyektindən 69-da olub təhvil-təslim aparılmış, həmin obyektlərdən 58-də aşkar edilmişdir. Qalan 46 ticarət obyektinə isə gedilməmiş, buna səbəb Cəfərin həmin obyektlərdə təhvil-təslimə gəlməməsi olmuşdur. Bu səbəbdən də həmin obyektlərdə qalan qalıq borcu da çatışmazlıq kimi Cəfərin hesabına yazılmış, məlum olmuşdur ki, o ümumilikdə 27.602.86 manat məbləğində pulu həmin ticarət obyektlərinin nümayəndələrindən alıb, şirkətin kassasına ödəməmişdir. Təhvil-təslim aparılmış ticarət obyektlərinin nümayəndələri göstərilən əskik gəlmiş məbləği özləri də təsdiq edib, pulları Cəfərə ödədiklərini bildirib tərtib edilmiş akta imza atmışlar. Cəfər özü də həmin aktda hər bir müştərinin adının qarşısında imza atmaqla rəqəmləri təsdiq etmiş, bəzi obyektlərin qarşısında isə qaytarma olması barədə qeyd aparsa da, sonradan şirkətdə keçirilmiş yoxlama zamanı satışdan qaytarma halı aşkar edilməmişdir. Bundan sonra şirkət tərəfindən Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq şirkətin kassasına heç bir ödəniş edilməmişdir. Bundan sonra şirkət rəhbərliyinin tapşırığı ilə müstəqil audit yoxlaması keçirilmiş, o üzrlü səbəb olmadan audit yoxlamasında iştirak etməmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdə qədər olan müddətdə qalıq 25.673.14 manat olmaqla ümumilikdə 46.847.77 manat dəyərində mal götürmüş, həmin malların satışından 31.062.27 manatını kassaya ödəmiş, 4.421.63 manat dəyərində məhsulu satışdan geri qaytarmışdır. Bu hesabla onun hesabında 37.037.01 manat qalıq qalmalı olduğu halda müştəri tərəfindən təsdiq edilən borc 9.434.15 manat olmuşdur. Beləliklə də, onun hesabında 27.602.86 manat kəsr yaranmışdır. Bundan başqa məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öz şəxsi ehtiyacları üçün şirkətin kassasından xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə isə 300 manat olmaqla ümumilikdə 2300 manat pul götürsə də, həmin borcunu da ödəməmişdir. Bu səbəbdən də audit yoxlaması zamanı Təqsirləndirilən şəxs hesabında ümumilikdə 29.902.86 manat çatışmazlıq aşkar edildir. Hazırki vaxtadək Təqsirləndirilən şəxs tərəfindən şirkətə cəmi 500 manat ödəniş edilmişdir. Qalan 46 ticarət obyektində qalmış ümumilikdə 10.627.11 manat pulun ticarət obyektinin nümayəndələri tərəfindən Təqsirləndirilən şəxs ödənilməsini nə ilə təsdiq edə bilərsiz sualına cavab olaraq bildirmişdir ki, bu barədə dəqiq bir söz deyə bilməz. Təhvil- təslim aktından da göründüyü kimi həmin obyektlərə gedilməmiş, ticarət obyektinin nümayəndələri ilə üzləşdirmə aparılmamışdır. Bu səbəbdən də qalıq borcu kimi görünən 10.627.11 manat dəyərində məhsulun həqiqətən mağazalarda qalması və ya dəyərinin Təqsirləndirilən şəxs ödənilməsi barədə heç bir dəqiq məlumatı yoxdur. Həmin obyektlərə gedilməməsinə səbəb Cəfərin sonradan təhvil-təslimdən yayınması olmuşdur. Aktdan da göründüyü kimi Cəfər şirkətin əməkdaşları ilə birlikdə təhvil təslim aparılmış ümumilikdə 69 ticarət obyektinin hər birində şəxsən olub üzləşdirmədə iştirak etmişdir. Lakin sonradan qalan 46 obyektdə keçiriləcək təhvil-təslimə getməmiş, bu səbəbdən də onun iştirakı olmadığı üçün digər ticarət obyektlərinə gedilməmişdir. Onun yerinə təyin olunacaq yeni satış təmsilçisi isə həmin obyektlərdə qalan mal qalığını təhvil almamışdır. Onda olan məlumata görə Cəfər hər bir müştərinin təhvil-təslimindən sonra çatışmazlıq məbləği ilə tanış olaraq akta yerindəcə imza atmış, aktda qeyd olunan rəqəmləri hər hansı bir təzyiq olmadan təsdiq etmişdir. Onun istifadəsində olan “Vaz 2107” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobili hansı pulla alması, şirkətdən borc pul götürüb götürməməsi ilə bağlı dəqiq məlumatı yoxdur. Lakin həmin avtomobilin hazırda verilmiş ittihamda olan məbləğə hər hansı aidiyyəti yoxdur. Şirkətə vurulmuş zərərin ödənilməsini tələb edir. Hazırda Təqsirləndirilən şəxs t\klif etdiyi 400 manat pulu isə qəbul etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2012ci ilin iyul ayından "xxxx" MMC-də təftişçi vəzifəsində işləyir. Onun təftişçi kimi vəzifəsi MMC-də çalışan satış təmsilçilərinin fəaliyyətinin təftişindən ibarətdir. Təqsirləndirilən şəxs MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər satış təmsilçisi vəzifəsində işləmişdir. Cəfəri şirkətdə işə qəbul olunandan sonra tanımışdır, işlədiyi müddət ərzində onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət, problem olmamışdır. Təqsirləndirilən şəxs əsasən Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonları ərazisində fəaliyyət göstərmişdir. Belə ki, digər satış təmsilçiləri kimi onun özü də həmin rayonlarda yerləşən ticarət obyektlərindən sifarişlər götürüb şirkətə yönləndirmiş, sonradan isə ay ərzində pulları toplayıb şirkətin kassasına ödəmişdir. İlk dövrlərdə Cəfərin fəaliyyətində problem olmasa da, təxminən 2021-ci ilin iyul ayının əvvəllərindən başlayaraq kassa ödənişlərində ləngimələr olduğu, sifariş verdiyi məhsulla, şirkətin kassasına etdiyi ödənişlərdə fərqlər yarandığı üçün o, şirkət rəhbərliyinin göstərişi ilə onun işlədiyi ticarət obyektlərində olub xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə fəaliyyətinin təftişini aparmışdır. yoxlama zamanı onlar əsasən həmin dövrdə fəaliyyət göstərən ticarət obyektlərində olub təhvil-təslim aparmış, bu təhvil-təslimdə Təqsirləndirilən şəxs özü də iştirak edərək hesabında yaranmış çatışmazlığı təsdiq etmişdir. Adları qeyd olunsa da, qarşısında olan qrafalar boş qalmış ticarət obyektlərinin bəziləri həmin dövrdə fəaliyyətini dayandırmışdır. Buna görə də onlar həmin obyektlərə getməmiş, sahiblərinin tapılaraq onlarla da təhvil-təslim aparılmasını sonraya saxlamışlar. Lakin sonradan Cəfər təhvil-təslimə gəlməkdən yayındığı üçün onlar həmin obyektlərdə olub təhvil-təslim apara bilməmişlər. Bu barədə şirkət rəhbərliyinə məlumat verilmişdir. Həmin obyektlərdə borc göründüyü üçün obyektlərin bağlanması səbəbindən həmin rəqəmlər də çatışmazlıq kimi Cəfərə yazılmışdır. Əslində həmin adları qarşısında qrafaları boş qalmış ticarət obyektlərinin nümayəndələri tərəfindən Təqsirləndirilən şəxs ödəniş edilib-edilmədiyini dəqiq bilmir. Bu barədə heç bir məlumatı yoxdur. Onlar Cəfərlə birlikdə getdikləri 59 ticarət obyektinin hər birində olub təhvil-təslimdə iştirak etsələr də, sonradan digər obyektlərdə keçiriləcək təhvil-təslimə getməmişdir. Bu səbəbdən də onun iştirakı olmadığı üçün digər ticarət obyektlərinə gedilməmişdir. Onun yerinə təyin olunacaq yeni satış təmsilçisinin ərazini ondan təhvil almaq istəməməsi barədə göstərilənlər yalandır, Şahid1 adlı şəxs hazırda da 2021-ci ilin yay aylarından bəri həmin ərazidə fəaliyyətini davam etdirir. Akta aldadılması səbəbindən imza atması barədə Cəfərin göstərdikləri yalandır. O, hər bir müştərinin təhvil-təslimindən sonra çatışmazlıq məbləği ilə tanış olaraq akta yerindəcə imza atmış, aktda qeyd olunan rəqəmləri hər hansı birtəziq olmadan təsdiq etmişdir. Onun istifadəsində olan “Vaz 2107” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobili hansı pulla alması, şirkətdən borc pul götürüb götürməməsi ilə bağlı dəqiq məlumatı yoxdur. Bu barədə məlumatlar şirkətin mühasibatlığında olmalıdır. Bu səbəbdən də onun ifadəsində həmin xüsusatlarla bağlı göstərdikləri barədə bir söz deyə bilmir. Həqiqətən də “Ballı market” Hövsan, “Ruslan market” Qarayev, “A Store market” adlı obyektlər malların ödənişini bank vasitəsi ilə etmişlər, onlar tərəfindən satış təmsilçisinə nağd pul verilməmişdir. “Ballı market” Hövsan və “Ruslan market” Qarayev adlı ticarət obyektlərində çatışmazlığın yaranmasına səbəb həmin ticarət obyektlərinə Təqsirləndirilən şəxs tərəfindən qaimə yazılsa da, sonradan Cəfərin tapşırığı ilə həmin malların qeyd olunan obyektlərə deyil məlum olmayan başqa müştərilərə verilərək satışından əldə etdiyi pulları əldə etməsi, şirkətə ödəməməsi olmuşdur. “Milla market” Neftçilər, “Buta market” Hövsan və “Mir market” adlı obyetlər isə pulu həmin dövrdə malların pulunu əlbəl satış təmsilçisi Təqsirləndirilən şəxs ödəmişlər. İş materilalarında olan Hasilat vərəqələrindəki qeydlər də bunu təsdiq edir. “A Plus Store market” adlı obyektdə isə çatışmazlıq ola bilsin ki, qiymət fərqindən yaranmış, bu səbəbdən də çatışmazlığın Cəfərə aidiyyəti olmamışdır. Bir daha bildirmişdir ki, yalnız aşağıdakı 58 ticarət obyektlərindən yəni “Elşad Market” adlı cinayət obyektinin nümayəndəsi Elşad Əliyevin ona ödədiyi 128.70 manat pulu, “Məhəllə market köhnə Günəşli” adlı ticarət obyektinin nümayəndəsi Gülşən adlı şəxsin ona ödədiyi 179.90 manat pulu, “Avand market Günəşli” adlı ticarət obyektinin nümayəndəsi Anar adlı şəxsin ona ödədiyi 150 manat pulu, “Ayla market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsi Zabil adlı şəxsin ona ödədiyi 46.30 manat pulu, “Lətifə market NZS” adlı ticarət obyektinin nümayəndəsi Lətifə adlı şəxsin ona ödədiyi 50 manat pulu, “Atena market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsi Səxavət Kərimov adlı şəxsin ona ödədiyi 38.74 manat pulu, “Yaşlı market 3 Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 537.32 manat pulu, “X55” adlı ticarət obyektinin nümayəndəsi Bəhruz adlı şəxsin ona ödədiyi 300 manat pulu, “Laçın market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Fikrət Məmmədov adlı şəxsin ona ödədiyi 70 manat pulu, “Milla market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsi Sədaqət Əhmədova adlı şəxsin ona ödədiyi 173.92 manat pulu, “Yaşıl market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Şahmar Məmmədov adlı şəxsin ona ödədiyi 680.14 manat pulu, “Buta market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Məhəmməd Əliyev adlı şəxsin ona ödədiyi 3.12 manat pulu, “Elmiraz market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Elmiraz adlı şəxsin ona ödədiyi 205.61 manat pulu, “Elçin market Zığ” adlı ticarət obyektinin nümayəndəsi Ramiz Məmmədov adlı şəxsin ona ödədiyi 149.46 manat pulu, “Yaşıl market 2 Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Fazil Əliyev adlı şəxsin ona ödədiyi 638.60 manat pulu, “Zahidoğlu market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Zaur Məmmədov adlı şəxsin ona ödədiyi 484.97 manat pulu, “Astur market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsi Zahid Məmmədov adlı şəxsin ona ödədiyi 240.30 manat pulu, “Ümüd market” adlı ticarət obyektinin nümayəndəsi Bəhruz Məmmədov adlı şəxsin ona ödədiyi 130 manat pulu, “Moskva şirniyyatları 2” adlı ticarət obyektinin nümayəndəsi Fəridin ona ödədiyi 750.70 manat pulu, “Moskva şirniyyatları Megufan” adlı ticarət obyektinin nümayəndəsi Mustafa adlı şəxsin ona ödədiyi 1091.35 manat pulu, “Res market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsi Anar adlı şəxsin ona ödədiyi 135.23 manat pulu, “Dilqəm market” adlı ticarət obyektinin nümayəndəsi Dilqəm adlı şəxsin ona ödədiyi 200.02 manat pulu, “Sərxan market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsi Aygün Hüseynova adlı şəxsin ona ödədiyi 6.15 manat pulu, “X41 8 km” adlı ticarət obyektinin nümayəndəsi Anar Məmmədov adlı şəxsin ona ödədiyi 267.02 manat pulu, “Asiman market NZS” adlı ticarət obyektinin nümayəndəsi İlhamə Səfərəliyeva adlı şəxsin ona ödədiyi 414.29 manat pulu, “Yeni market Xalqlar Dosluğu” adlı ticarət obyektinin nümayəndəsi Elçin adlı şəxsin ona ödədiyi 266.75 manat pulu, “Qardaşlar market Əhmədli” adlı ticarət obyektinin nümayəndəsi İlqar Hüseynov adlı şəxsin ona ödədiyi 39.06 manat pulu, “Azər market Xalqlar” adlı ticarət obyektinin nümayəndəsi Azər adlı şəxsin ona ödədiyi 46.95 manat pulu, “Endi market Neapol” adlı ticarət obyektinin nümayəndəsi Teymur adlı şəxsin ona ödədiyi 8.74 manat pulu, “24 saat Sirab” adlı ticarət obyektinin nümayəndəsi Şəlalə adlı şəxsin ona ödədiyi 538.76 manat pulu, “Fərid market Neftçilər” adlı adlı ticarət obyektinin nümayəndəsi Mətanət adlı şəxsin ona ödədiyi 6.99 manat pulu, “Halal market Keşlə” adlı ticarət obyektinin nümayəndəsi Fikrət adlı şəxsin ona ödədiyi 36.98 manat pulu, “Mir market H/A” adlı ticarət obyektinin nümayəndəsi Ruslan Səlimov adlı şəxsin ona ödədiyi 149.97 manat pulu, “Mini market Keşlə” adlı ticarət obyektinin ona ödədiyi 330 manat pulu, “Pərviz market” adlı ticarət obyektinin nümayəndəsi Laçın Rəhimov adlı şəxsin ona ödədiyi 140.37 manat pulu, “Vip market H/S” adlı ticarət obyektinin nümayəndəsi Azər Ələkbərov adlı şəxsin ona ödədiyi 848.06 manat pulu, “X41 1” adlı ticarət obyektinin nümayəndəsi Rəşad Qəniyev adlı şəxsin ona ödədiyi 352.83 manat pulu, “Dostlar market Günəşli” adlı ticarət obyektinin nümayəndəsi Cəmil Zabitov adlı şəxsin ona ödədiyi 237.97 manat pulu, “Ümüd market H/A” adlı ticarət obyektinin nümayəndəsi Həbib Hüseynzadə adlı şəxsin ona ödədiyi 212.59 manat pulu, “Albalı market Xətai” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 356.74 manat pulu, “Ordubad Market NZS” adlı ticarət obyektinin nümayəndəsi Kamran adlı şəxsin ona ödədiyi 137.41 manat pulu, “Nərmin market” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 358.53 manat pulu, “Nərmin market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsi Mütəllim adlı şəxsin ona ödədiyi 1289.44 manat pulu, “Tahir market Zığ” adlı ticarət obyektinin nümayəndəsi Ramin Təhməzov adlı şəxsin ona ödədiyi 130.66 manat pulu, “Dostlar market Günəşli” adlı ticarət obyektinin nümayəndəsi Gülü Əhmədova adlı şəxsin ona ödədiyi 193.69 manat pulu, Elvin Topdan satış” adlı ticarət obyektinin nümayəndəsi Vilayət Məmmədov adlı şəxsin ona ödədiyi 356.29 manat pulu, “Sahil market Port Baku” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 485.30 manat pulu, “CC market Fərahim” adlı ticarət obyektinin nümayəndəsi Fərahim adlı şəxsin ona ödədiyi 1445.59 manat pulu, “6-ci X60” adlı ticarət obyektinin nümayəndəsi Kənan Məmmədov adlı şəxsin ona ödədiyi 109.02 manat pulu, “Rafiq T/S 8-ci MK” adlı ticarət obyektinin nümayəndəsi Rafiq adlı şəxsin ona ödədiyi 315 manat pulu, “Neptun market” adlı ticarət obyektinin nümayəndəsi Azər Əsgərov adlı şəxsin ona ödədiyi 140.98 manat pulu, “Mini market Azəri” adlı ticarət obyektinin nümayəndəsi Azər Mirzəyev adlı şəxsin ona ödədiyi 149.88 manat pulu, “X49” adlı ticarət obyektinin nümayəndəsi Ağalar Ramazanov adlı şəxsin ona ödədiyi 429.19 manat pulu, “Halal X60” adlı ticarət obyektinin nümayəndəsi Əziz Mirzəyev adlı şəxsin ona ödədiyi 250 manat pulu, “Məhəllə market” adlı ticarət obyektinin nümayəndəsi Zakir Əliyev adlı şəxsin ona ödədiyi 370.69 manat pulu şirkətin kassasına ödəməyərək mənimsədiyini, “Ballı marketlər” və “Ruslan 93” adlı marketə isə malları təhvil verməyərək başqa obyektlərdə satmasını ümumilikdə təhviltəslim zamanı 17.812.25 manat pulu mənimsəməsini təsdiq edə bilmişlər. Qalan ticarət obyektlərinin isə təhvil-təslimi aparılmadığı üçün onların Cəfər ödəniş edib-etmədiklərini dəqiq bilmir. Həmin obyektlərin bəziləri hazırda bağlıdır. Bəzi ticarət obyektlərinin adları qarşısında olan qrafalarda 0 rəqəmi qeyd olunmaqla sonra şəxsi sözü yazılmasına səbəb təhvil-təslim zamanı Təqsirləndirilən şəxs adı çəkilən obyektlərdən pulları tam şəkildə alıb mənimsədiyini bildirməsi olmuş, bu səbəbdən bütün qrafalara 0 rəqəmi yazılmışdır. Qaytarma barədə qeyd Cəfərin sözlərinə əsasən aktda qeyd edilmişdir. Onlara dediyinə görə çatışmazlıq satışdan geri qaytarma səbəbindən yaranmışdır. Buna görə də təhviltəslimdən sonra həmin obyektlərdə həqiqətən də satışdan geri qaytarma olub-olmaması onların mühasibatlığa təqdim etdikləri təhvil-təslim aktına əsasən yoxlanılmış, aşkar edilmiş satışdan geri qaytarmalar hesabdan silinmişdir. Təhvil-təslim aktında sonuncu vərəqəsində bölgə müdiri qrafasında imza atmış K.Məhərrəmov və satış müdiri qrafasında imza atmış E.Tağıyev adlı şəxslər hazırda şirkətdə işləmirlər. Təhvil- təslimdə iştirak etməmiş, yalnız sonradan həmin aktı təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021ci ilin iyul ayından "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bildiyinə görə MMC-də 2020-2021-ci illər ərzində satış təmsilçisi işləmişdir. O, Cəfəri əvvəllər tanımamış, yalnız onun yerinə təyin olunduğu üçün təhvil- təslimdə onunla tanış olmuşdur. Belə ki, o, "xxxx" MMC-də 2021 -ci ilin iyul ayından etibarən işləməyə başlamışdır. İşə təzə qəbul olunan zaman ona rəhbərlikdən bildirilmişdir ki, Bakı şəhərinin Nizami, Xətai və Suraxanı rayonları üzrə çalışan satış təmsilçisi Təqsirləndirilən şəxs adlı şəxsdən ərazini təhvil alacaq, onun fəaliyyəti təftişçi tərəfindən yoxlanılacaqdır. Buna görə 08 iyul 2021-ci il tarixdən başlayaraq bir ay ərzində Cəfərin fəaliyyətinin təftişi aparılmışdır. O, Təqsirləndirilən şəxs özü və təftişçi Şahid2 adlı şəxs onun işlədiyi Bakı şəhərinin Nizami, Xətai və Suraxanı rayonları ərazisində yerləşən ümumilikdə 115 ticarət obyektindən 69-da bir-bir olub təhvil-təslim aparmışlar. Yoxlama zamanı həmin obyektlərdən 58-də kəsir aşkar edilmiş, qalan 46 ticarət obyektinə isə gedə bilməmişlər. Buna səbəb Cəfərin sonradan telefonları söndürüb təhvil-təslimə gəlməməsi olmuşdur. Həmin obyektləri Cəfər tanıdığı üçün onlar həmin obyektlərin harada yerləşdiyini bilməmişlər. Bu səbəbdən də təftişçi ilə birlikdə həmin obyektlərə gedə bilməmişlər. Səhv etmirsə şirkətin mühasibatlığında həmin 46 obyektdə ümumilikdə 11 min manata yaxın mal qalığı görsənmişdir. Lakin onlar həmin obyektlərə gedə bilmədiklərindən həqiqətən də malların göstərilən 46 obyektdə qalıb-qalmadığını və ya dəyərinin Cəfərə ödənilibödənilmədiyini müəyyən edə bilməmişlər. O özü də həmin ticarət obyektlərini təhvil götürməmişdir. Onların təhvil-təslim keçirdikləri 69 ticarət obyektində isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Elşad Market” adlı cinayət obyektinin nümayəndəsi Elşad Əliyevin ona ödədiyi 128.70 manat pulu, “Məhəllə market köhnə Günəşli” adlı ticarət obyektinin nümayəndəsi Gülşən adlı şəxsin ona ödədiyi 179.90 manat pulu, “Avand market Günəşli” adlı ticarət obyektinin nümayəndəsi Anar adlı şəxsin ona ödədiyi 150 manat pulu, “Ayla market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsi Zabil adlı şəxsin ona ödədiyi 46.30 manat pulu, “Lətifə market NZS” adlı ticarət obyektinin nümayəndəsi Lətifə adlı şəxsin ona ödədiyi 50 manat pulu, “Atena market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsi Səxavət Kərimov adlı şəxsin ona ödədiyi 38.74 manat pulu, “Yaşlı market 3 Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 537.32 manat pulu, “X55” adlı ticarət obyektinin nümayəndəsi Bəhruz adlı şəxsin ona ödədiyi 300 manat pulu, “Laçın market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Fikrət Məmmədov adlı şəxsin ona ödədiyi 70 manat pulu, “Milla market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsi Sədaqət Əhmədova adlı şəxsin ona ödədiyi 173.92 manat pulu, “Yaşıl market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Şahmar Məmmədov adlı şəxsin ona ödədiyi 680.14 manat pulu, “Buta market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Məhəmməd Əliyev adlı şəxsin ona ödədiyi 3.12 manat pulu, “Elmiraz market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Elmiraz adlı şəxsin ona ödədiyi 205.61 manat pulu, “Elçin market Zığ” adlı ticarət obyektinin nümayəndəsi Ramiz Məmmədov adlı şəxsin ona ödədiyi 149.46 manat pulu, “Yaşıl market 2 Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Fazil Əliyev adlı şəxsin ona ödədiyi 638.60 manat pulu, “Zahidoğlu market Hövsan” adlı ticarət obyektinin nümayəndəsi Zaur Məmmədov adlı şəxsin ona ödədiyi 484.97 manat pulu, “Astur market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsi Zahid Məmmədov adlı şəxsin ona ödədiyi 240.30 manat pulu, “Ümüd market” adlı ticarət obyektinin nümayəndəsi Bəhruz Məmmədov adlı şəxsin ona ödədiyi 130 manat pulu, “Moskva şirniyyatları 2” adlı ticarət obyektinin nümayəndəsi Fəridin ona ödədiyi 750.70 manat pulu, “Moskva şirniyyatları Megufan” adlı ticarət obyektinin nümayəndəsi Mustafa adlı şəxsin ona ödədiyi 1091.35 manat pulu, “Res market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsi Anar adlı şəxsin ona ödədiyi 135.23 manat pulu, “Dilqəm market” adlı ticarət obyektinin nümayəndəsi Dilqəm adlı şəxsin ona ödədiyi 200.02 manat pulu, “Sərxan market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsi Aygün Hüseynova adlı şəxsin ona ödədiyi 6.15 manat pulu, “X41 8 km” adlı ticarət obyektinin nümayəndəsi Anar Məmmədov adlı şəxsin ona ödədiyi 267.02 manat pulu, “Asiman market NZS” adlı ticarət obyektinin nümayəndəsi İlhamə Səfərəliyeva adlı şəxsin ona ödədiyi 414.29 manat pulu, “Yeni market Xalqlar Dosluğu” adlı ticarət obyektinin nümayəndəsi Elçin adlı şəxsin ona ödədiyi 266.75 manat pulu, “Qardaşlar market Əhmədli” adlı ticarət obyektinin nümayəndəsi İlqar Hüseynov adlı şəxsin ona ödədiyi 39.06 manat pulu, “Azər market Xalqlar” adlı ticarət obyektinin nümayəndəsi Azər adlı şəxsin ona ödədiyi 46.95 manat pulu, “Endi market Neapol” adlı ticarət obyektinin nümayəndəsi Teymur adlı şəxsin ona ödədiyi 8.74 manat pulu, “24 saat Sirab” adlı ticarət obyektinin nümayəndəsi Şəlalə adlı şəxsin ona ödədiyi 538.76 manat pulu, “Fərid market Neftçilər” adlı adlı ticarət obyektinin nümayəndəsi Mətanət adlı şəxsin ona ödədiyi 6.99 manat pulu, “Halal market Keşlə” adlı ticarət obyektinin nümayəndəsi Fikrət adlı şəxsin ona ödədiyi 36.98 manat pulu, “Mir market H/A” adlı ticarət obyektinin nümayəndəsi Ruslan Səlimov adlı şəxsin ona ödədiyi 149.97 manat pulu, “Mini market Keşlə” adlı ticarət obyektinin ona ödədiyi 330 manat pulu, “Pərviz market” adlı ticarət obyektinin nümayəndəsi Laçın Rəhimov adlı şəxsin ona ödədiyi 140.37 manat pulu, “Vip market H/S” adlı ticarət obyektinin nümayəndəsi Azər Ələkbərov adlı şəxsin ona ödədiyi 848.06 manat pulu, “X41 1” adlı ticarət obyektinin nümayəndəsi Rəşad Qəniyev adlı şəxsin ona ödədiyi 352.83 manat pulu, “Dostlar market Günəşli” adlı ticarət obyektinin nümayəndəsi Cəmil Zabitov adlı şəxsin ona ödədiyi 237.97 manat pulu, “Ümüd market H/A” adlı ticarət obyektinin nümayəndəsi Həbib Hüseynzadə adlı şəxsin ona ödədiyi 212.59 manat pulu, “Albalı market Xətai” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 356.74 manat pulu, “Ordubad Market NZS” adlı ticarət obyektinin nümayəndəsi Kamran adlı şəxsin ona ödədiyi 137.41 manat pulu, “Nərmin market” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 358.53 manat pulu, “Nərmin market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsi Mütəllim adlı şəxsin ona ödədiyi 1289.44 manat pulu, “Tahir market Zığ” adlı ticarət obyektinin nümayəndəsi Ramin Təhməzov adlı şəxsin ona ödədiyi 130.66 manat pulu, “Dostlar market Günəşli” adlı ticarət obyektinin nümayəndəsi Gülü Əhmədova adlı şəxsin ona ödədiyi 193.69 manat pulu, Elvin Topdan satış” adlı ticarət obyektinin nümayəndəsi Vilayət Məmmədov adlı şəxsin ona ödədiyi 356.29 manat pulu, “Sahil market Port Baku” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 485.30 manat pulu, “CC market Fərahim” adlı ticarət obyektinin nümayəndəsi Fərahim adlı şəxsin ona ödədiyi 1445.59 manat pulu, “6-ci X60” adlı ticarət obyektinin nümayəndəsi Kənan Məmmədov adlı şəxsin ona ödədiyi 109.02 manat pulu, “Rafiq T/S 8-ci MK” adlı ticarət obyektinin nümayəndəsi Rafiq adlı şəxsin ona ödədiyi 315 manat pulu, “Neptun market” adlı ticarət obyektinin nümayəndəsi Azər Əsgərov adlı şəxsin ona ödədiyi 140.98 manat pulu, “Mini market Azəri” adlı ticarət obyektinin nümayəndəsi Azər Mirzəyev adlı şəxsin ona ödədiyi 149.88 manat pulu, “X49” adlı ticarət obyektinin nümayəndəsi Ağalar Ramazanov adlı şəxsin ona ödədiyi 429.19 manat pulu, “Halal X60” adlı ticarət obyektinin nümayəndəsi Əziz Mirzəyev adlı şəxsin ona ödədiyi 250 manat pulu, “Məhəllə market” adlı ticarət obyektinin nümayəndəsi Zakir Əliyev adlı şəxsin ona ödədiyi 370.69 manat pulu şirkətin kassasına ödəməyərək mənimsəmiş, “Ballı market” və “Ruslan 93” adlı marketə isə qaimə yazsa da, mal təhvil verməyərək başqa obyektlərdə satıb pulunu mənimsəmiş, ümumilikdə təhvil-təslim zamanı 17.812.25 manat pulun onun tərəfindən mənimsəməsi təsdiq edilmişdir. Həmin ticarət obyektlərinin nümayəndələri göstərilən əskik gəlmiş məbləği özləri də təsdiq edib, əskik gələn məbləği şəxsən Cəfərə ödədiklərini bildirib tərtib edilmiş akta imza atmışlar. Cəfər özü də həmin aktda hər bir müştərinin adının qarşısında imza atmaqla rəqəmləri təsdiq etmişdir. Həmin vaxtı o, təhvil- təslim etdikləri 69 ticarət obyektində qalmış 12.811.88 manat dəyərində mal qalığı, sonradan şirkətdə yoxlanılmış, səhv etmirəsə 9500 manata yaxın mal qalığı müəyyən edildiyindən təhvil götürmüşdür. Onun ticarət obyektlərindən topladığı puldan başqa şirkətə əlavə borcunun da olub-olmadığını bilmir, ticarət obyektlərindən topladığı pulları hansı səbəbdən şirkətin kassasına ödəməməsindən xəbərsizdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2011ci ildən "xxxx" MMC-də mühasib vəzifəsində işləyir. Onun mühasib kimi vəzifəsi MMC-də çalışan satış təmsilçilərinin fəaliyyəti ilə bağlı mühasibatlıq sənədlərini yəni, satış qaimələri, eləcə də ödənişlər və satışdan geri qaytarmalarla bağlı məlumatları sistemə işləməkdən ibarətdir. Təqsirləndirilən şəxs MMC-də xx.xx.2020-ci il tarixdən 02 avqust 2021-ci il tarixə qədər satış təmsilçisi vəzifəsində işləmişdir. O, Cəfəri onların şirkətində işə qəbul olunandan sonra tanımış, işlədiyi müddət ərzində onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət, problem olmamışdır. Təqsirləndirilən şəxs əsasən Bakı şəhərinin Nizami, Xətai və Suraxanı rayonları ərazisində fəaliyyət göstərmişdir. Belə ki, digər satış təmsilçiləri kimi onun özü də ticarət obyektlərindən sifarişlər götürüb şirkətə yönləndirmiş, mallar daşıyıcılar tərəfindən ticarət obyektlərinə çatdırılmış, sonradan isə ay ərzində həmin malların pulları onun tərəfindən toplayıb şirkətin kassasına ödənilmişdir. İlk dövrlərdə Cəfərin fəaliyyətində problem olmasa da, təxminən 2021-ci ilin iyul ayının əvvəllərindən başlayaraq kassa ödənişlərində ləngimələr olduğu, sifariş verdiyi məhsulla, şirkətin kassasına etdiyi ödənişlərdə fərqlər yarandığı üçün şirkət rəhbərliyinin göstərişi ilə onun yerinə təyin olunacaq yeni satış təmsilçisi Şahid1, təftişçi Şahid2 və Təqsirləndirilən şəxs özü Bakı şəhərinin Nizami, Xətai və Suraxanı rayonları ərazisində yerləşən ümumilikdə 115 ticarət obyektindən 69-da olub təhvil-təslim aparmış, təhvil-təslim zamanı Əfqanın işlədiyi 58 ticarət obyektindən kəsir aşkar edilmişdir. Qalan 46 ticarət obyektində isə təhviltəslim aparılmamasına səbəb Cəfərin iştirakdan qəsdən yayınması olmuşdur. Bundan sonra təhvil-təslimə dair akt tərtib edilmiş, yoxlama keçirilmiş ticarət obyektlərinin nümayəndələri əskik gəlmiş məbləği şəxsən Cəfər ödədiklərini təsdiq edib tərtib edilmiş akta imza atmışlar. Cəfər özü də həmin aktda hər bir müştərinin adının qarşısında imza atmaqla rəqəmləri təsdiq etmiş, bəzi müştərilərin adları qarşısında qaytarma və ödəniş sözlərini qeyd etdirmişdir. Sonradan həmin təhvil-təslim aktı ona təqdim edilmişdir. Şirkət rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq şirkətin kassasına heç bir ödəniş edilməmişdir. Bundan sonra şirkət rəhbərliyinin tapşırığı ilə müstəqil audit yoxlaması keçirilmişdir. Yoxlama zamanı o, Cəfərin işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən bütün hesabatları sistemdən çıxararaq auditə təqdim etmişdir. Həmin sənədlərdən görünmüşdür ki, Təqsirləndirilən şəxs işə qəbul olunan zaman özündən əvvəlki satış təmsilçisindən 25.673.14 manat dəyərində mal qalığı təhvil almışdır. Bundan sonra həmin ticarət obyektləri ilə işləyərək ümumilikdə 01 mart 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdə qədər olan müddətdə qalıq 25.673.14 manat olmaqla əlavə 46.847.77 manat dəyərində mal götürmüş, həmin malların satışından 31.062.27 manatını ödəmiş, 4421.63 manat dəyərində məhsulu satışdan geri qaytarmışdır. Bu hesabla onun hesabında 37.37.01 manat qalıq qalmalı olduğu halda müştəri tərəfindən təsdiq edilən borc 9434.15 manat olmuşdur. Beləliklə də, onun hesabında 27.602.86 manat kəsr yaranmışdır. Təhvil-təslim aktında yoxlama keçirilmiş 69 ticarət obyektində qalmış borc 12.811.88 manat görsənsə də, sonradan o, həmin həmin aktı təhvil alıb şirkətdə olan mühasibatlıq sənədləri ilə qarşılıqlı yoxlamış, qaytarmaları hesabdan çıxmış, nəticədə 9434.15 manat qalıq borcu qalmışdır ki, həmin dəyərdə məhsul Cəfərin yerinə təyin edilmiş Şahid1 adlı şəxs tərəfindən qəbul olunmuşdur. Təhvil-təslim keçirilməmiş 46 ticarət obyektində qalmış 10.627 manat çatışmazlıq isə Şahid1 tərəfindən qəbul edilməmişdir. Cəfər qəsdən həmin obyektlərdə üzləşdirmədə iştirak etməkdən yayınması səbəbindən şirkət rəhbərliyinin göstərişi ilə həmin çatışmazlıq da onun hesabına yazılmışdır. Şirkət tərəfindən Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonradan telefonlarını söndürüb qaçıb gizlənmiş, hazırki vaxtadək onun tərəfindən şirkətin kassasına heç bir ödəniş edilməmişdir. Qalan 46 ticarət obyektində qalmış ümumilikdə 10.627.11 manat pulun ticarət obyektinin nümayəndələri tərəfindən Təqsirləndirilən şəxs ödənilməsini nə ilə təsdiq edə bilərsiz sualına cavab olaraq bildirmişdir ki, bu barədə dəqiq bir söz deyə bilmir. Təhvil-təslim aktından da göründüyü kimi həmin obyektlərə gedilməmiş, ticarət obyektinin nümayəndələri ilə üzləşdirmə aparılmamışdır. Bu səbəbdən də qalıq borcu kimi görünən 10.627.11 manat dəyərində məhsulun həqiqətən mağazalarda qalması və ya dəyərinin Təqsirləndirilən şəxs ödənilməsi barədə heç bir dəqiq məlumatı yoxdur. Həmin obyektlərə gedilməməsinə səbəb Cəfərin sonradan təhvil-təslimdən yayınması olmuşdur. Bu səbəbdən də şirkət rəhbərliyi hesab etmişdir ki, Cəfər həmin pulları mənimsədiyi üçün qəsdən təhvil-təslimdən yayınmış, buna görə də qeyd olunan məbləğ də onun hesabına yazılmışdır. Əslində təhvil-təslim zamanı onun hesabında aşkar edilmiş çatışmazlıq 16.975.86 manat olmuşdur. Şahid1 adlı şəxsin bəzi ticarət obyektlərini təhvil almaması səbəbindən həmin obyektlərə gedilməməsi barədə Cəfərin ifadəsində göstərdikləri yalandır. Əksinə Cəfər özü sonradan təhviltəslimdən yayınmış, buna görə də 46 ticarət obyektində təhvil-təslimin keçirilməsi mümkün olmamışdır. Qalan 69 ticarət obyektinin hər birində olub təhvil-təslimdə iştirak etmiş, yaranmış çatışmazlığı da öz imzası ilə təsdiq etmişdir. Akta aldadılması səbəbindən imza atması barədə Cəfərin göstərdikləri yalandır. O, hər bir müştərinin təhvil-təslimindən sonra çatışmazlıq məbləği ilə tanış olaraq akta yerindəcə imza atmış, aktda qeyd olunan rəqəmləri hər hansı bir təziq olmadan təsdiq etmişdir. İstifadəsində olan “Vaz 2107” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobil ilə bağlı göstərə bilər ki, Təqsirləndirilən şəxs hazırda dəqiq xatırlamadığı tarixdə işə yeni qəbul edildikdən bir müddət sonra şirkət rəhbərliyinə müraciət edərək avtomobil almaq üçün ona kassadan borcu pul verilməsini, işlədikcə əmək haqqısından həmin pulun tutulmasını xahiş etmişdir. Şirkət rəhbərliyi də onun bu xahişini nəzərə alıb ona 4500 manat borca pul vermişdir. Bundan sonra Cəfər həmin pulu şirkətin nümayəndələrindən birinin adına avtomobil almış, aybaay 100-150 manat olmaqla ödənişlər etmişdir. Təxminən 2250 manat pulu ödədikdən sonra səhv etmirsə 2020-ci ilin mart ayının 18-də şirkət rəhbərliyinə müraciət edərək ona oğluna sünnət toyu keçirmək üçün əlavə 2000 manat borc pul verilməsini xahiş etmişdir. Rəhbərlik də onun bu xahişini nəzərə alaraq həmin pulun kassadan ona verilməsinə göstəriş vermişdir. Bundan sonrakı aylarda da Cəfər tərəfindən hissə-hissə olmaqla ödənişlər edilmişdir. xx.xx.2020-ci il tarixdə də 300 manat avtomobilini təmir etdirmək üçün kassadan borca pul götürmüşdür. Bundan əlavə o, şirkətin mallarının satışından əldə etdiyi ümumilikdə 836.30 manat pulu da öz şəxsi ehtiyacları üçün götürüb onları bu barədə xəbərdar etmiş, işləyib qaytaracağını bildirmişdir. Cəfərin ümumilikdə şirkətin kassasından götürdüyü borcun məbləği 7636.30 manat olmuşdur ki, xx.xx.2021-ci ilə qədər olan müddətdə həmin pulun cəmi 3636 manatını ödəmiş, 4000.30 manat borcu qalmışdır. İşdən çıxanda istifadəsindən olan həmin “Vaz 2107” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobili təhvil verdiyi üçün şirkət rəhbərliyi onun şirkətə qalan 4000.30 manat borcunu hesabından silmişdir. Onun işlədiyi dövrdə dair hesabında yaranmış çatışmazlığa həmin pulun heç bir aidiyyəti olmamışdır. Yəqin ki, anlaşılmazlıq səbəbindən audit aktında 2300 manat pul onun hesabına yazılmışdir. Bir daha bildirmişdir ki, borc kimi götürdüyü bütün pullar öz ödənişləri və işdən çıxan zaman avtomobili təhvil verməsi səbəbindən tam şəkildə ödənilmişdir. Onun borca götürdüyü pullar və ödənişləri şirkətin kassasında olan jurnalda öz əksini tapır. Həmin pul götürən zaman, həm də ödəniş edən zaman həmin jurnala imza atmışdır. Təhvil-təslim aktında istər müştəri sayı, istər ticarət obyektlərində qalıq qalmış malların dəyəri ilə audit aktından tərtib edilmiş cədvəldə olan rəqəmlər arasından fərqin yaranmasına səbəb təhvil-təslim aktı ona təqdim olunandan sonra öz kompyuter sistemimdə olan rəqəmlərlə qarşılıqlı yoxlama aparmış, aktda qaytarma kimi yazılmış qeydləri təkrar yoxlanmış, mövcud olduğu halda hesabdan silinmiş, olmayan isə olduğu kimi saxlanmışdır. Bundan başqa bəzi ticarət obyektlərində ümumiyyətlə mal qalığı qalmadığı üçün həmin obyektlərin adlarını auditə təqdim etməmişdir. Bu səbəbdən də audit aktındakı cədvəldə olan rəqəmlərlə təhvil-təslim akında olan bəzi rəqəmlər arasında fərqlər yaranmışdır. Ən son rəqəmlər auditə təqdim etdiyi cədvəldə olan rəqəmlərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təxminən 4 il olar ki, Nizami rayonu, Q.Qarayev 34/67 ünvanında yerləşən “Halal” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC- dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs xatırlayır, mallar marketə onun sifarişi əsasında gətirilmiş, pulunu da şəxsən ona ödəmişdir. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə şirkətin nümayəndələri marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 352.83 manat pulu şirkətin kassasına ödəməmiş, borc hesablarından silməmişdir. Həmin dövrdə qalıq borcları 488 manat olmuşdur. Əskik gələn məbləği təsdir edir. Aktda adının qarşısında olan imza ona məxsusdur. Bundan başqa bildirmişdir ki, Neftçilər qəsəbəsi, 8-ci KM bazarında yerləşən “X41” marketi də atası Möhtəb Qaniyev işlətmişdir. Hazırda həmin market fəaliyyətini dayandırmışdır. Cəfər həmin marketdə də mallar vermişdir. 12 iyul 2021-ci il tarixdə təhviltəslim aparılmış, Cəfərin hesabında 267.02 manat çatışmalıq aşkar edilmişdir. Atasının Cəfərə ödədiyi 267.02 manat pulu şirkətin kassasına ödəməmişdir. Həmin dövrdə 320.46 manat qalıq borcları olmuşdur. Aktda atasının işçisi olan Anar Məmmədov imza ataraq əskik gələn məbləği təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, təxminən 30 il olar ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Hövsan” T/S marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, aktda olan imza ona məxsusdur. Göstərilən tarixə yəni xx.xx.2021-ci il tarixə "xxxx" MMC-yə qalıq borcları 168.74 manat olduğunu təsdiq edir. Əskik gələn 356.29 manat pulu Cəfərə ödəmişlər, lakin həmin pulu hesablarında silməmişdir. Aktı təsdiq edir. Şahidlər X16, X22, X26, X27, X2, X3, X9, X28, X29, X30, X47, X1, X10, X17, X31, X18, X36, X11, X12, X13, X32, X4, X37, X33, X38, X5, X6 məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi üçün dəfələrlə məhkəmə iclaslarının təxirə salınmasına, həmin şahidlərin hər biri barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsinə baxmayarq şahidlərin iştirakını məhkəmə iclasında təmin etmək mümkün olmamışdır. Adı çəkilən şahidlərin məhkəmə iclaslarında iştiraklarını təmin etmək mümkün olmadığından onların ibtidai istintaq zamanı verdikləri ifadələr məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, 2019-cu ildən "xxxx" MMC-də kassir vəzifəsində işləyir. Kassir kimi vəzifəsi MMC-nin satış təmsilçilərinin xəzinəyə ödədikləri pulu qəbul etməkdən ibarətdir. Satış təmsilçisi xəzinəyə pul ödədikdə bu barədə hasilat vərəqəsi adlanan sənəd tərtib olunur. Həmin sənədi özü əlyazmasıilə yazır, vərəqədə pul ödəyən ticarət obyektinin adları və hər birinin qarşısında ödədikləri məbləğ qeyd olunur. Sonra satış təmsilçisindən pulu qəbul edib, həmin sənədi imzalayıb, kassa möhürü ilə təsdiq edir. Satış təmsilçisi özü də hasilat vərəqəsinə imza atır. Bölgələrdə çalışan satış təmsilçiləri isə malların satışından topladıqları vəsaiti bölgə müdirlərinə verir, onlar isə öz növbələrində gətirib xəzinəyə mədaxil edirlər. Təqsirləndirilən şəxs MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər satış təmsilçisi vəzifəsində işləmişdir. Cəfəri şirkətdə işə qəbul olunandan sonra tanımış, işlədiyi müddət ərzində onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət, problem olmamışdır. Təqsirləndirilən şəxs əsasən Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonları ərazisində fəaliyyət göstərmişdir. Belə ki, digər satış təmsilçiləri kimi onun özü də həmin rayonlarda yerləşən ticarət obyektlərindən sifarişlər götürüb şirkətə yönləndirmiş, sonradan isə ay ərzində pulları toplayıb şirkətin kassasına ödəmişdir. Təxminən 2021 -ci ilin iyul ayında eşitmişdir ki, onun fəaliyyətində ləngimələr olması səbəbindən şirkət rəhbərliyinin göstərişi ilə xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan müddətdə fəaliyyətinin təftişi aparılmışdır. Onun işlədiyi ticarət obyektlərində olub təhvil-təslim keçirilmiş, bu zaman 27.603 manat çatışmazlıq aşkar edilmişdir. Bundan sonra şirkət rəhbərliyinin göstərişi əsasında sərbəst audit yoxlaması keçirilmişdir. Yoxlama zamanı onun tərəfindən şirkətin kassasına edilmiş ödənişlərin siyahısını auditə təqdim etmiş, baza məlumatlarına görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan müddətdə onun tərəfindən şirkətin kassasına 31.062.27 manat ödəniş edilmişdir. Onun mənimsədiyi pulları hara xərcləməsindən xəbəri yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, 2019cu ildən "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. Anbardar kimi vəzifəsi satış təmsilçiləri tərəfindən öz elektron planşetlərində MMC-nin operatorlarına göndərilən sifarişlər əsasında tərtib edilmiş satış sənədlərinə uyğun anbarda malları toplanmaqdan və ticarət obyektlərinə çatdırılması üçün daşıyıcılara, yəni sürücü ekspeditorlara təhvil verilməsindən ibarətdir. O, malları sürücü ekspeditorlara satış sənədləri əsasında təhvil verir. Həmin sənəd iki nüsxədən ibarət olmaqla biri ekspeditorda, digəri isə ticarət obyektində qalır. Sürücü ekspeditor həmin sənədi götürüb malları ticarət obyektinə çatdırır. Malları təhvil verildikdən sonra satış sənədini ekspeditor və ticarət obyektinin nümayəndəsi tərəfindən imzalananaraq gətirilib, şirkətin mühasibatlığına təqdim olunur. Onun anbardar kimi digər bir vəzifəsi isə satışdan geri qayıdan məhsulları təhvil almaqdır ki, həmin malları da geri qaytarma aktı əsasında sürücü ekspeditorlardan təhvil alır. Bəzən ticarət obyektinin nümayəndələri satış sənədində olan malı qəbul etməkdən imtina etdikdə ekspeditor həmin malı satış sənədi ilə birlikdə anbara gətirir, o isə malı təhvil alıb satış sənədində həmin malın üzərində xətt çəkib anbar möhürü vurur. Təqsirləndirilən şəxs MMC-də 01,04.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər satış təmsilçisi vəzifəsində işləmişdir. Cəfəri şirkətdə işə qəbul olunandan sonra tanımış, işlədiyi müddət ərzində onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət, problem olmamışdır. Təqsirləndirilən şəxs əsasən Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonları ərazisində fəaliyyət göstərmişdir. Belə ki, digər satış təmsilçiləri kimi onun özü də həmin rayonlarda yerləşən ticarət obyektlərindən sifarişlər götürüb şirkətə yönləndirmiş, sonradan isə ay ərzində pulları toplayıb şirkətin kassasına ödəmişdir. Təxminən 2021 -ci ilin iyul ayında eşitmişdir ki, onun fəaliyyətində ləngimələr olması səbəbindən şirkət rəhbərliyinin göstərişi ilə 01,03.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə fəaliyyətinin təftişi aparılmışdır. Yoxlama zamanı onun işlədiyi ticarət obyektlərində 27.600 manat çatışmazlıq aşkar edilmiş, bu məqsədlə də şirkət rəhbərliyinin göstərişi əsasında sərbəst audit yoxlaması keçirilmişdir. Yoxlama zamanı onun sifarişi əsasında işlədiyi müddətdə anbardan çıxmış və anbara geri qaytarılmış malların siyahısını auditə təqdim etmişdir. Baza məlumatlarına görə xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə onun sifarişi əsasında anbardan ümumilikdə 48.847.77 manat dəyərində mal çıxmış, həmin məhsullardan 4421.63 manat dəyərində olan hissəsi satışdan geri qaytarılmışdır. Həmin məhsulların satışından kassaya nə qədər ödəniş etdiyini bilmir. Təqsirləndirilən şəxs adlı şəxsin hesabında dəqiq olaraq nə qədər çatışmazlıq olmasında, həmin çatışmazlığın hansı səbəbdən yaranmasından, mənimsədiyi pulları hara xərcləməsindən xəbəri yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, Xətai rayonu, S.ünvan 3 ünvanında yerləşən “Pərviz” marketi işlədirəm. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də 08 iyul 2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhviltəslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 140.37 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmiş, bu səbəbdən də onların borcu həmin dövrə 259.01 manat olmalı olduğu halda 399.37 manat görsənmişdir. O, 140.37 manatı Cəfərə ödədiyini təsdiq edir, Cəfərin hansı səbəbə görə həmin pulu şirkətin kassasına ödəmədiyini bilmir, ona təqdim olunan aktda olan imza özünə məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən “Avand” marketi işlədirəm. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhviltəslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMCnin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 150 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Həmin dövrdə borcları 210.93 manat olmuşdur ki, həmin pulu da sonradan onun yerinə təyin edilmiş başqa bir satış təmsilçisinə ödəmişlər. Ona təqdim olunan aktda olan imza özünə məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, təxminən 15 il olar ki, Xətai rayonu, Mingəçevir qəsəbəsi, 42 ünvanında yerləşən “Asiman” marketi işlədirəm. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMCdən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 414.29 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmiş, bu səbəbdən də onların borcu həmin dövrə 100 manat olmalı olduğu halda 514.29 manat görsənmişdir. O, 414.29 manatı Cəfərə ödədiyini təsdiq edir, Cəfərin hansı səbəbə görə həmin pulu şirkətin kassasına ödəmədiyini bilmir, ona təqdim olunan aktda olan imza özünə məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, təxminən 20 il olar ki, ünvan 6 ünvanında yerləşən “Ordubad” marketi işlədirəm. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 137.41 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Həmin dövrdə onun şirkətə borcu olmamışdır. O, 137.41 manatı Cəfərə ödədiyini təsdiq edir, Cəfərin hansı səbəbə görə həmin pulu şirkətin kassasına ödəmədiyini bilmir, ona təqdim olunan aktda olan imza özünə məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, təxminən 1998-ci ildən ünvan 8 ünvanında yerləşən “Dilqəm” marketi işlədirəm. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində “İL" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 200.02 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Həmin dövrdə onun şirkətə borcu olmadığı halda həmin məbləğ borc kimi hesablarında qalmışdır. O, 200.02 manatı Cəfərə ödədiyini təsdiq edir, Cəfərin hansı səbəbə görə həmin pulu şirkətin kassasına ödəmədiyini bilmir, ona təqdim olunan aktda olan imza özünə məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, təxminən 15 ildən çox olar ki, Nizami rayonu, Q.Qarayev 5/6 ünvanında yerləşən “Nərmin” marketi işlədirəm. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMCdən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs xeyli müddət keçdiyi üçün xatırlamır. Ona təqdim olunan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, adının qarşısında olan imza ona məxsusdur. Həqiqətən də şirkətin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı məlum olmuşdur ki, hesablarında borc yoxdur, malları pulunu tam şəkildə satış təmsilçisinə ödəmişlər. Aktda qeyd olunan rəqəmləri təsdiq edir. Həmin dörvdə yalnız 400 manat depozit borcu olmuşdur. 1289.44 manat pulu Təqsirləndirilən şəxs şəxsən ödəmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, təxminən 1995-ci ildən Nizami rayonu, Ə. Vəliyev küçəsi,7 A ünvanında yerləşən “Ruslan 93” marketdə satıcı işləyir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu bank vasitəsi ilə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmişdir. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021 -ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, həmin dövrdə şirkətə 266.84 manat borcları olduğu halda, şirkətin mühasibatlıq sənədlərində borc 698.55 görsənmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs marketə əlavə olaraq 431.71 manat dəyərində mal yazsa da, malı marketə təhvil verilməmiş, bu səbəbdən 431.71 manat çatışmazlıq aşkar edilmişdir. Aktda olan imza özünə məxsusdur, orada qeyd olunan çatışmazlığı təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, təxminən 13 ildir ki, ünvan 11 ünvanında yerləşən “Ayla” marketi işədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC- dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə ona ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, həmin dövrdə şirkətə 114.60 manat borcları olduğu halda, şirkətin mühasibatlıq sənədlərində borc 180.66 görsənmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onların ona ödədikləri 46.30 manat pulu şirkətin kassasına ödəmədiyi üçün fərq yaranmış, həmin məbləğ hesablarından silinməmişdir. Aktda adının qarşısında olan imza ona məxsusdur, orada qeyd olunan çatışmazlığı təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, Nizami rayonu, C.ünvan 12 ünvanında yerləşən “Artur” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC- dən nisyə götürüb dəyərini hər ayın sonu nağd şəkildə satış təmsilçisinə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, malların pulunu da nağd şəkildə ona ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də 15 iyul 2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, onlar Cəfərə 240. 32 manat pul ödədikləri halda, həmin pulu şirkətin kassasına ödəməmiş, hesablarından silməmişdir. Bu səbəbdən həmin dövrdə şirkətə 184.46 manat borcları olduğu halda, şirkətin mühasibatlıq sənədlərində borc 424.78 görsənmişdir. Aktda adının qarşısında olan imza ona məxsusdur, orada qeyd olunan çatışmazlığı təsdiq edir İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X47 ifadəsində bildirmişdir ki, təxminən 3 ildir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi 27 ünvanında yerləşən “Məhəllə” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhviltəslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMCnin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 370.69 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Həmin dövrdə onun şirkətə borcları 140.60 manat olmalı olduğu halda, şirkətin sistemində 511.29 manat olmuşdur Aktda olan imza özünə məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, təxminən 10 ildir ki, ünvan 14 ünvanında yerləşən “Elşin” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020- 2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 149.46 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Bu səbəbdən hesablarında 199.46 manat borc görsənmişdir. Aktda olan imza işçisi Ramin Məmmədova məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, təxminən 20 ildən çox olar ki, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB massivi 68 ünvanında yerləşən “Ağa şirniyyat” adlı obyekti işlədir. Mağazada digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "İL” MMC-nin satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs xatırlayır, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan xx.xx.2021-ci il tarixli aktla tanış olaraq bildirmişdir ki, akta olan imza ona məxsusdur. O,həmin dövrdə şirkətə olan borcundan 429.19 manat pulu Cəfərə ödəmiş, qalan 52.85 manatı isə sonradan onun yerinə təyin edilmiş satış təmsilçisinə ödəmişdir. "xxxx" MMC-yə borcu yoxdur, əskik gələn 428.19 manatı şəxsən Təqsirləndirilən şəxs ödədiyini təsdiq edir, hansı səbəbdən həmin pulu şirkətin kassasına keçirmədiyini bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, təxminən 5 il olar ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yeni Şəhərçik adlanan ərazidə yerləşən “Laçın” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 70 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmiş, bu səbəbdən həmin dövrdə faktiki borcları 303.91 manat olduğu halda, şirkətin hesabında borcları 373.91 manat qalmışdır. 70 manatı Təqsirləndirilən şəxs ödədiklərini təsdiq edir, akda adının qarşısında olan imza özünə məxsusdur İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, təxminən 1996-cı ildən Suraxanı rayonu, İ.Əhlimanov küçəsində yerləşən “Zahidoğlu” marketdə mühasib işləyir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 484.97 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmiş, bu səbəbdən həmin dövrdə faktiki borcları 194.48 manat olduğu halda, şirkətin hesabında borcları 679.45 manat qalmışdır. 484.90 manatı Təqsirləndirilən şəxs ödədiklərini təsdiq edir, akda adının qarşısında olan imza özünə məxsusdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, təxminən 7 il olar ki, Xətai rayonu, Hövsan qəsəbəsi, 8 noyabr küçəsi 5 K-da yerləşən “Mir” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMCdən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs təxmini xatırlayır, malın pulunu satış təmsilçisi kimi şəxsən ona ödəmişdir. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə şirkətin nümayəndələri marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 149.97 manat pulu borc hesablarından silməmişdir. Həmin dövrdə qalıq borcları 224.70 manat olmuşdur. Aktda olan imza ona məxsusdur, əskik gələn məbləği Cəfərə ödədiklərini təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, təxminən 10 ildən çox olar ki, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən “VİP” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC- dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs təxmini xatırlayır, mallar marketə onun onlardan götürdüyü sifariş əsasında gətirilmiş, malın pulunu da satış təmsilçisi kimi şəxsən Cəfərə ödəmişdir. Ona təqdim olunan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, aktda adının qarşısında olan imza ona məxsusdur, çatışmazlıq məbləğini yəni 848.06 manatı Cəfərə ödəsə də, Cəfər həmin pulu şirkətin kassasına ödəməmiş, borc hesablarından silməmişdir. Həmin dövrdə "xxxx" MMC-yə 276.90 manat borcları olmuşdur. Aktda əskik gələn məbləği təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, təxminən 6 ildən çox olar ki, Xətai rayonu, Şıxlinski küçəsi 15-də yerləşən “Dost” marketdə işləyir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs xatırlayır, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktlı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC=nin nümayəndələri və Təqsirləndirilən şəxs marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 193.69 manat pulu hesablarından silməmiş, şirkətin kassasına ödəməmişdir. Həmin dövrdə şirkətə faktiki borcları 274.17 manat olduğu halda şirkətin hesabında 467.86 manat görsənmişdir. 193.69 manat pulu Cəfərə ödədiklərini təsiq edir, aktda olan imza ona məxsusdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, təxminən 7 il olar ki, Xətai rayonu, Mehmandarov küçəsində yerləşən “Dostlar” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 237.90 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Bu səbəbdən həmin dövr üçün 80 manat depozit borcu olduğu halda şirkətin hesabında borc 317.97 manat görsənmişdir. O, 237.97 manat pulu Cəfərə ödədiklərini təsdiq edir. Akda adının qarşısında olan imza özünə məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, təxminən 6 ildir ki, ünvan 16 ünvanında yerləşən “Ümud” marketdə mühasib işləyir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də 09 iyul 2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 212.59 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Həmin dövrdə faktiki borcları 118.31 manat olmuşdur. Aktda olan imza özünə məxsusdur, orada qeyd olunan çatışmazlıq məbləğini təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, təxminən 6 il olar ki, ünvan 17 ünvanında yerləşən “Elşad” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 128.70 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Aktda adının qarşısında olan imza özünə məxsusdur, orada qeyd olunan rəqəmləri təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, təxminən12 il olar ki, Nizami rayonu, ünvan 18 ünvanında yerləşən “Milla” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs təxmini xatırlayır, malın pulunu satış təmsilçisi kimi şəxsən ona ödəmişdir. Ona təqdim olunan 2021 -ci il tarixli təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, adının qarşısında olan imza ona məxsusdur. Həqiqətən də 13 iyul 2021-ci il tarixdə şirkətin nümayəndələri marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 173.92 manat pulu şirkətin kassasına ödəməmiş, borc hesablarından silməmişdir. Həmin dövrdə qalıq borcları 20 manat olmuşdur. Cəfər ona dədikləri 173.92 manat pulu hansı səbəbdən mənimsədiyini bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X37 ifadəsində bildirmişdir ki, 2003cü ildən il olar ki, ünvan 19 ünvanında yerləşən “24 saat” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs təxmini xatırlayır, mallar marketə onun onlardan götürdüyü sifariş əsasında gətirilmiş, malın pulunu da satış təmsilçisi kimi şəxsən Cəfərə ödəmişdir. Ona təqdim olunan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, Şəlalə adlı şəxs marketdə satıcı olmuş, adının qrşısında olan imza Şəlalənin özünə məxsusdur. Həqiqətən də xx.xx.2021ci il tarixdə şirkətin nümayəndələri marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 538.76 manat pulu şirkətin kassasına ödəməmiş, borc hesablarından silməmişdir. Həmin dövrdə depozit borcları 200 manat olmuşdur. Aktı təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, təxminən 20 ildən çox olar ki, ünvan 20 ünvanında yerləşən “Neptun” marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs təxmini xatırlayır, mallar marketə onun onlardan götürdüyü sifariş əsasında gətirilmiş, malın pulunu da satış təmsilçisi kimi şəxsən Cəfərə ödəmişdir. Ona təqdim olunan təhviltəslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə şirkətin nümayəndələri marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 140.98 manat pulu şirkətin kassasına ödəməmiş, borc hesablarından silməmişdir. Həmin dövrdə qalıq borcları 164.98 manat olmuşdur. Aktı təsdiq edir, adının qarşısında olan imza ona məxsusdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X38 ifadəsində bildirmişdir ki, təxminən 10 ildir ki, ünvan 21 ünvanında yerləşən “Yaşıl 2” marketdə inzibatçı işləyir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu nağd ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə marketə gəlib təhvil-təslim aparmış, məlum olmuşdur ki, Cəfər onların ona ödədikləri 638.90 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmişdir. Həmin dövrdə faktiki depozit borcları 50 manat olmuşdur. Bu səbəbdən əskik gələn məbləği təsdiq edir.Aktı onların mühasibi Fazil Əliyev təsdiq etmişdir. Cəfərin onlara ödədiyi 638.60 manat pulu hansı səbəbdən kassaya ödəmədiyini bilmir. Bundan başqa Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Yaşıl” market adlı obyektdə də səhv etmirsə xx.xx.2021-ci il tarixdə təhvil-təslim aparılmış, məlum olmuşdur ki, onların Cəfərə ödədikləri 680.14 manat pulu mənimsəmişdir. Bu səbəbdən həmin marketdə borc 347.90 manat olmalı halda 1028.04 qalmışdır. “Yaşıl 3” marketdə isə ümumiyyətlə borc olmamışdır. Akta imza atan Şahmar Məmmədov onların müdiridir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, təxminən 30 il olar ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Hövsan” T/S marketi işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, mallar marketə onun götürdüyü sifariş əsasında gətirilmiş, pulunu da nağd şəkildə şəxsən Cəfərin özünə ödəmişlər. Ona təqdim olunan təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, aktda olan imza ona məxsusdur. Göstərilən tarixə yəni xx.xx.2021-ci il tarixə "xxxx" MMC-yə qalıq borcları 168.74 manat olduğunu təsdiq edir. Əskik gələn 356.29 manat pulu Cəfərə ödəmişlər, lakin həmin pulu hesablarında silməmişdir. Aktı təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, təxminən 5 il olar ki, Xətai rayonu, Şirvani küçəsi 1 ünvanında yerləşən “Yeni marketi” işlədir. Marketdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın sonu satış təmsilçisinə əlbəl ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs xatırlamır, lakin satılmış malların pulunu əlbəl satış təmsilçisinə vermişdir. Hazırda ona təqdim olunan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə tanış olaraq bildirmişdir ki, aktda olan imza ona məxsusdur. Təhvil-təslim zamanı aşkar edilmiş 266.75 manat çatışmazlığı bir daha təsdiq etmiş, həmin məbləğ satış təmsilçisinə şəxsən ödənilmişdir. Həmin dövrdə qalıq borcu 50 manat olmuşdur. Aktı təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, təxminən 3 ildən çox olar ki, Suraxanı rayonu ərazisində yerləşən "xxxx" marketlər şəbəkəsində operator vəzifəsində çalışır. Marketlərdə digər şirkətlərdən aldıqları məhsullarla yanaşı, "xxxx" MMC-dən nisyə götürüb dəyərini hər ayın bank vasitəsi ilə ödədikləri şirniyyat məhsullarının da satışı həyata keçirilir. 2020-2021-ci illər ərzində "xxxx" MMC-nin satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs hazırda xatırlamır. Mallar marketlərə satış təmsilçisinin onlardan götürdükləri sirafişlər əsasında daşıyıcılar tərəfindən qaimə əsasında gətirilmişdir. Hazırda ona təqdim olunan təhvil-təslim aktının 13 və 21-ci sıralarında adının qarşısında olan imzanın özünə məxsus olduğunu təsdiq edir. Həmin dövrdə yəni xx.xx.2021-ci il tarixdə "xxxx" marketə Hövsanın "xxxx" MMC-yə 778.90 manat, eyni tarixdə "xxxx" market Hövsan kəndinin isə MMC-yə 895.03 manat qalıq borcu olmuş,sonradan həmin borclar ödənilmişdir. “Balı” market Hövsanın hesabında "xxxx" MMC-yə aşkar edilmiş 231.72 manat və "xxxx" market Hövsan kəndində aşkar edilmiş 371.79 manat dəyərində çatışmazlıqla bağlı bildirmişdir ki, göstərilən dəyərdə məhsul qeyd olunan marketlərə gətirilməmiş, təhvil-təslim zamanı onlarda həmin malların qaimələri aşkar edilməmişdir. Yəqin ki, satış təmsilçisi tərəfindən özbaşına olaraq qaimə yazılmış, lakin mallar gətirilməmişdir. Aktda qeyd olunan rəqəmləri təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-nin direktoru İlqar Orucovun xx.xx.2020-ci il tarixli 96 nömrəli əmrindən görünür ki, həmin əmrlə Təqsirləndirilən şəxs Satış Şöbəsində ekspeditor vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdə ekspeditor (satış təmsilçisi) vəzifəsinə təyin edilməsi barədə onunla əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, vəzifə təlimatı ilə tanış edilmişdir. Həmin müqavilələrə əsasən, o, maddi məsul şəxs kimi öhdəsində olan əmlak üzərində müəyyən, yəni onları qəbul etmək, satmaq və sair səlahiyyətlərə malik satış təmsilçisi kimi vəzifəsi malların sifarişlərini müştərilərdən elektron qaydada qəbul etmək, həmin sifarişlər əsasında satılan malların pullarının müştərilərdən alınaraq Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 16 A ünvanında yerləşən kassasına təhvil verilməsindən ibarət olmuşdur. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 5.1 -ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həmçinin, həmin müqavilənin şərtlərinə görə ticarət nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək digərinə maddi ziyan vurarsa imzaladığı sənədlərə görə şəxsən maddi məsuliyyət daşıyır. Əmək müqaviləsi ilə yanaşı Təqsirləndirilən şəxs Arid oğlu xx.xx.2020-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “İşçi” maddi məsul şəxsdir, işə götürənin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmağa və ona vurulan zərərin qarşısını almaq üçün bütün zərəri tədbirləri görməyə,ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmağa görə maddi məsuliyyət daşıyır. Müqavilənin 4-cü bəndində isə göstərilmişdir ki, “işçi” ona verilmiş əmlakın satışını təmin edərkən borc yaradarsa və ya əmlakın pulunu mənimsəyərsə, ziyanın məbləği və itirilən məbləğin faizi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir və həmin ziyanın ödənilməsinə görə tam maddi məsuliyyət daşıyır (cild 01; i.v.23-31). "xxxx" MMC-nin əməkdaşları tərəfindən keçirilmiş təhvil-təslim zamanı tərtib edilmiş 07 iyul 2021-ci il tarixli aktlardan görünür ki, Təqsirləndirilən şəxs “Elşad Market” adlı obyektinin nümayəndəsinin ona ödədiyi 128.70 manat pulu, “Məhəllə market köhnə Günəşli” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 179.90 manat pulu, “Avand market Günəşli” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 150 manat pulu, “Ayla market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 46.30 manat pulu, “Lətifə market NZS” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 50 manat pulu, “Atena market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 38.74 manat pulu, “Yaşlı market 3 Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 537.32 manat pulu, “X55” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 300 manat pulu, “Laçın market Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 70 manat pulu, “Milla market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 173.92 manat pulu, “Yaşıl market Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 680.14 manat pulu, “Buta market Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 3.12 manat pulu, “Elmiraz market Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 205.61 manat pulu, “Elçin market Zığ” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 149.46 manat pulu, “Yaşıl market 2 Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 638.60 manat pulu, “Zahidoğlu market Hövsan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 484.97 manat pulu, “Astur market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 240.30 manat pulu, “Ümüd market” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 130 manat pulu, “Moskva şirniyyatları 2” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 750.70 manat pulu, “Moskva şirniyyatları Megufan” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 1091.35 manat pulu, “Res market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 135.23 manat pulu, “Dilqəm market” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 200.02 manat pulu, "Sərxan market Neftçilər” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 6.15 manat pulu, “X41 8 km” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 267.02 manat pulu, “Asiman market NZS” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 414.29 manat pulu, “Yeni market Xalqlar Dosluğu” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 266.75 manat pulu, “Qardaşlar market Əhmədli” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 39.06 manat pulu, “Azər market Xalqlar” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 46.95 manat pulu, “Endi market Neapol” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 8.74 manat pulu, “24 saat Sirab” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 538.76 manat pulu, “Fərid market Neftçilər” adlı adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 6.99 manat pulu, “Halal market Keşlə” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 36.98 manat pulu, “Mir market H/A” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 149.97 manat pulu, “Mini market Keşlə” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 330 manat pulu, “Pərviz market” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 140.37 manat pulu, “Vip market H/S” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 848.06 manat pulu, “X41 1” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 352.83 manat pulu, “Dostlar market Günəşli” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 237.97 manat pulu, “Ümüd market H/A” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 212.59 manat pulu, “Albalı market Xətai” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 356.74 manat pulu, “Ordubad Market NZS” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 137.41 manat pulu, “Nərmin market” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 358.53 manat pulu, “Nərmin market Q.Qarayev” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 1289.44 manat pulu, “Tahir market Zığ” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 130.66 manat pulu, “Dostlar market Günəşli” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 193.69 manat pulu, Elvin Topdan satış” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 356.29 manat pulu, “Sahil market Port Baku” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 485.30 manat pulu, “CC market Fərahim” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 1445.59 manat pulu, “6-ci X60” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 109.02 manat pulu, “Rafiq T/S 8-ci MK” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 315 manat pulu, “Neptun market” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 140.98 manat pulu, “Mini market Azəri” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 149.88 manat pulu, “X49” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 429.19 manat pulu, “Halal X60” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 250 manat pulu, “Məhəllə market” adlı ticarət obyektinin nümayəndəsinin ona ödədiyi 370.69 manat pulu şirkətin kassasına ödəməyərək hesablarından silməmiş, “Balı” market Hövsana 231.72 manat, "xxxx" market Hövsan kəndinə 371.79 manat və “Ruslan market” Qarayev adlı obyektə 431.71 manat dəyərində malları təhvil verməyərək başqa obyektlərdə satışını həyaya keçirib gəlir əldə etmişdir (cild 01; i.v.205-210; i.v.248-250). Məhkəmə-mühasibatlıq ekspertizasının 31 may 2023-cü il tarixli 9/3879 nömrəli rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2021-cü il tarixli auditor rəyində qeyd olunanların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla, "xxxx" MMC-nin hesabında əmələ gəlmiş 29.902.86 manat (iyirmi doqquz min doqquz yük iki manat səksən altı qəpik) məbləğində çatışmazlıq iş materiallarında olan sənədlərə (təhvil qəbul aktları, qaimələr əsasında tərtib olunmuş dövriyyə cədvəli, malların satış sənədləri əsasında tərtib edilmiş cədvəl məlumatları) əsasən öz təsdiqini tapır. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəsində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir (cild 02; i.v.06-09). Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-162- 9/1776/2024 nömrəli rəyindən görünür ki, iş materiallarında olan, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2021-cü il tarixli auditor rəyində qeyd olunanların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla və ekspertiza təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs öhdəliyində aşkar edilmiş 29.902.86 manat çatışmazlıq məbləğindən 2300 manat şəxsi borcu və 46 ticarət obyektində qalmış 10.627.11 manat mal qalığı çıxılmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasında əmələ gəlmiş 16.975.75 manat məbləğində çatışmazlıq iş materiallarında olan sənədlərə( təhvil qəbul aktları, qaimələr əsasında tərtib olunmuş dövriyyə cədvəli, malların satış sənədləri əsasında tərtib edilmiş cədvəl məlumatları) əsasən öz təsdiqini tapır. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəsində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir (cild 03; i.v.44-49). Məhkəmə-xətşünaslıq ekspertizasının 27 mart 2024-cü il tarixli, 3-16-16/2-4/353 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli ticarət nümayəndəsinin vəzifə təlimatının kserosurətində “Ticarət nümayəndəsi” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli “Əmək” müqaviləsinin kserosurətində “8 Əmək müqaviləsinə dəyişikliklər və əlavələrin edilməsi barədə məlumatlar” bəndində “İşçi” qrafasındakı imzavə “11.2. işçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı” bəndində “imzası”., qrafasındakı imza, xx.xx.2020-ci il tarixli tam maddə məsuliyyət daşınması haqqında müqavilənin kserosurətində “İşçi” qrafasındakı imza, “təhvil-təslim” aktının kserosurətində “Təmsilçinin imzası” qrafalarındakı imzalara Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 03; i.v.51-54). “Sübutların qiymətləndirilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2020-ci il tarixli əmək müqaviləsi, həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilə, adına anbardan malların buraxılmasına dair 207 ədəd malların satış qaiməsi, son təftiş yoxlamalarına aid olan dövriyyə cədvəli, təhvil-təslim aktlarının maddi sbüut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi (cild 03; i.v.64-94). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş tərəfin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, müvafiq ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək mənimsəmə cinayətini törətmədiyini, şirkətdən sadəcə 2000 manat borc aldığını bildirsə də, məhkəmə onun məhkəmə iclasında verdiyi ifadəsini işin həqiqi halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs MMC-nin əmlakını mənimsəmədiyini bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində fəaliyyətinin təftişi aparılan zaman ona hesabında çatışmazlıq olması barədə məlumat vermişlər. Bundan sonra dəqiq yadında qalmayan tarixdə MMC-nin auditi Şahid2 və onun yerinə təyin olunacaq adını dəqiq xatırlamadığı şəxslər birlikdə onun işlədiyi ticarət obyektlərinin bəzilərində olub müştərilərlə qarşılıqlı üzləşdirmə, təhvil-təslim aparmışlar. Üzləşdirmə zamanı onun yerinə yeni təyin olunacaq satış təmsilçisi ərazidə olan pulların yığılması ilə razılaşmadığı üçün o, bir çox ticarət obyektinə getməmişdir. Buna baxmayaraq sonra tərtib edilmiş aktda hər bir müştərinin adı qarşısında imza atmışdır Buna səbəb isə şirkət nümayəndələrinin onu aldatması, hesabında çatışmazlıq kimi qalmış məbləğləri siləcəklərini bilıdirməsi olmuşdur. O da onların bu səmimiyyətinə inanaraq akta imza atmışdır. Sonradan ona bildirmişlər ki, onun hesabında 27.000 manat çatışmazlıq var. O da onların onu aldatmaları səbəbindən bir daha şirkətə getməmiş, istifadəsində olan “Vaz 2107” markalı **-RM-*** nömrəli avtomobili də şirkətə təhvil vermişdir. Həmin avtomobili almaq üçün şirkət ona 4000 manat pul vermişdir. O da həmin pulun üstünə 1500 manat pul qoyub avtomobili alsa da, avtomobil 4000 manat pulu qaytarana qədər şirkətin adında olmuşdur. O, həqiqətən də şirkətin kassasından xx.xx.2020-ci il tarixdə 300 manat pul götürmüşdür. xx.xx.2020-ci il tarixdə isə 2000 manat pul götürməyi ilə bağlı göstərilənlərlə razı deyildir. Onun hesabında cəmi 7800 manat çatışmazlıq olmuşdur. Çatışmazlığın yaranmasına səbəb isə əmək haqqını ala bilməməyi, malların satışdan geri qaytarılması səbəbindən dəyərinin onun əmək haqqısından çıxmaları olmuşdur. Sonradan şirkət tərəfindən keçirilmiş audit yoxlamasında iştirak etməmiş, audit yoxlamasının keçirilməsi barədə məlumat verilməmişdir. Xeyli müddət keçdiyi üçün "xxxx" MMC-də satış təmsilçisi kimi işə qəbul edilən zaman özündən əvvəlki satış təmsilçisindən hansı məbləğdə mal qalığı təhvil aldığını xatırlamır, ərazini rəsmi təhvil-təslim nəticəsində qəbul etmişdir. İşlədiyi dövrdə firmadan adına dəqiq olaraq nə qədər mal çıxdığını, bu mala görə nə qədər pul ödəniş etdiyimi, nə qədər anbara geri qaytardığını xatırlamır. 01 aprel 2021-ci il tarixli “Əmək müqaviləsi”, “Tam fərdi maddi məsuliyyət haqqında müqavilə”, “Vəzifə təlimatı"-da işçi qrafasında olan imzalar özünə məxsusdur. Onun özündə işlədiyi dövrə dair hər hansı bir sənəd qalmamışdır. Üzləşdirmə aparılan tarixdə şirkətin nümayəndələri ilə birlikdə bəzi ticarət obyektlərində olub yoxlamada iştirak etmiş, aktda müştərilərin adları qarşısında qeyd olunan imza ona məxsusdur. Lakin hesabında 27.602.86 manat çatışmazlıq olması ilə bağlı göstərilənlərlə razı deyildir. Akda adları qeyd olunan şəxslərdən göstərilən məbləğlərdə pul almağını, həmin pulları şirkətin kassasına ödəməməyi barədə göstərilənlərlə qismən razıdır, həmin aktı özü imzalamışdır. Dediyi kimi cəmi 7-8 min manat pulu öz şəxsi ehtiyacları üçün götürmüşdür. Bundan başqa bildirmişdir ki, "Ballı market” Hövsan, “Ruslan market” Qarayev, “Milla market” Nefçilər, “Buta market” Hövsan, “A Store market”, “Mir” market Nargilə adlı marketləri göstərə bilər ki, onlar pulu nağd ödəməmiş, daim bank vasitəsi ilə ödəmişlər. Buna baxmayaraq aktda həmin marketlərin qarşısındaçatışmazlıq qeyd edilmişdir. Başqa hansı ticarət obyektindən pulu mənimsədiyini dəqiq xatırlamır. Hazırda isə məhkəmə iclasında təqsirləndirilən şəxs həmin ifadələrini də təkzib edərək məhkəmə iclasında ondan “ibtidai istintaq zamanı hansı səbəbdən özünü qismən təqsirli bilərək 7000-8000 manat pulu mənimsədiyini etiraf etdiyini bildirməsi” soruşulduqda təqsirləndirilən şəxs suala cavab verə bilməmişdir. Bununla yanaşı, həm məhkəmə iclasında, həm də ibtidai istintaq zamanı dindirilmiş çoxsaylı şahid ifadələri və müvafiq ekspert rəyləri ilə də Təqsirləndirilən şəxs ittihamda göstərilən cinayəti törədərək MMC-nin əmlakını mənimsəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsindəki xüsusatlar, şahid ifadələri, müvafiq ekspert rəyləri və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 02; i.v.04). “Axtarışda olan şəxsin tutulması barədə” 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə Sabunçu rayonunda saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis şöbəsinə gətirilərək Sabunçu MSY-nə təhvil verilmişdir (cild 02; i.v.86). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 4(008)- 825/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (cild 02; i.v.120-129). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02; i.v.130-132). “Axtarışda olan şəxsin tutulması barədə” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə Ramana qəsəbəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis şöbəsinə gətirilərək Sabunçu MSY-nə təhvil verilmişdir (cild 03; i.v.04). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 4(008)- 122/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (cild 03; i.v.30-37). “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 03; i.v. 38-39). "xxxx" MMC tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, 06 saylı məktubdan görünür ki, X39 şirkətə vurduğu zərərdən 500 manat ödəniş etmişdir (cild 03; i.v.41). Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 5-188/2- 1293/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Həmidə Məmmədquluzadə küçəsi, fərdi evdə qeydiyyatsız yaşadığı müddətdə barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır (cild 03; i.v.58). AZE 18182445 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2011-ci il təvəllüdlü (X25) və 19 iyun 2013-cü il təvəllüdlü (X40) uşaqları var (cild 03; i.v.62). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törədərək işlədiyi şirkətin əmlakını taladığını nəzərə alaraq cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirmək, o cümlədən, onun tərəfindən qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza olaraq təqsirli bilindiyi AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, AR CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı tutularaq saxlandığı müddətlər azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2020-ci il tarixli əmək müqaviləsi, həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilə, adına anbardan malların buraxılmasına dair 207 ədəd malların satış qaiməsi, son təftiş yoxlamalarına aid olan dövriyyə cədvəli, təhviltəslim aktları cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək AR CM-nin 46.2-ci maddəsinə əsasən 01 il müddətə qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 noyabr 2023-cü il tarixdə, o cümlədən, 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək tutularaq saxlandığı 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 06 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2020-ci il tarixli əmək müqaviləsi, həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilə, adına anbardan malların buraxılmasına dair 207 ədəd malların satış qaiməsi, son təftiş yoxlamalarına aid olan dövriyyə cədvəli, təhvil-təslim aktları cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 372 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-355/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-355/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver