Məhkəmə qərarları › İş №1(008)-356/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-356/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-356/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 26 sentyabr 1982-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 01 sentyabr 2021-ci il tarixdən başlayaraq 01 noyabr 2006-cı il tarixdə anadan olmuş X5 və 29 aprel 2009-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 175.00 manat, ümumilikdə cəmi 350.00 manat məbləğində alimentin tutularaq Quliyeva (Həsənova) Nuranə İlqar qızına ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)6778/2021 №li, 15 noyabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)6245/2022 №li, 04 noyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, «10» (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 30 may 2023-cü və 25 oktyabr 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 13 noyabr 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Quliyeva (Həsənova) Nuranə İlqar qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 8.455.00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə Quliyeva (Həsənova) Nuranə İlqar qızına maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olsada 1990-cı ildən Bakı şəhərində yaşayır. 21 noyabr 2005-ci il tarixdə Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 20 dekabr 2011-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 01 noyabr 2006-ci il təvəllüdlü Sona və 29 aprel 2009-cu il təvəllüdlü Ayan adlı iki qız övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 19 may 2021-ci il tarixdə ona heç bir söz demədən iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2021-ci ilin axırlarında ondan boşanmağa görə və iki azyaşlı uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları pozulmuş, S.Təqsirləndirilən şəxsnın və A.Təqsirləndirilən şəxsnın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 175.00 manat, ümumilikdə cəmi 350.00 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair qətnamə çıxarılmışdır. Alimenti işləmədiyi üçün ödəyə bilməmişdir. Qismən ödəniş aparmışdır. Hal-hazırda onun maddi vəziyyəti ağırdır. Heç yerdə işləmir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 noyabr 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 20 dekabr 2011-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından Sona və Ayan adlı iki qız övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamalarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs iki azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq 19 may 2021-ci il tarixdə gəlin gəldiyi evdən iki azyaşlı uşaqları ilə birlikdə çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün və Təqsirləndirilən şəxs bir ata kimi uşaqlarının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq 2021-ci ilin axırlarında Təqsirləndirilən şəxs boşanmaq və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 01 sentyabr 2021-ci il tarixdən başlayaraq 01 noyabr 2006-cı il təvəllüdlü S.Təqsirləndirilən şəxsnın və 29 aprel 2009-cu il təvəllüdlü A.Təqsirləndirilən şəxsnın yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 175.00 manat, ümumilikdə cəmi 350.00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdi. Lakin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimenti ödəmir. Hal-hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)6778/2021 №li,15 noyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə cavabdeh Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdən etibarən 01 noyabr 2006-cı il təvəllüdlü S.Təqsirləndirilən şəxsnın və 29 aprel 2009-cu il təvəllüdlü A.Təqsirləndirilən şəxsnın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq N.İ.Həsənovaya ödənilməlidir. 17 noyabr 2021-ci il tarixdə icra sənədinin icraatına başlanılaraq borcluya alimentin dərhal ödənilməsini könüllü olaraq təmin etməsi üçün ünvana bildiriş göndərilmişdir. 26 yanvar 2021-ci il tarixdə qərar və bildiriş şəxsən borcluya təqdim edilmişdir. Həmin tarixdə borcludan izahat alınaraq aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi barədə öhdəlik götürməsinə baxmayaraq, sonrakı günlərdə aliment borcunu ödəməmiş, yaşadığı ünvanı gizlətmişdir. Məcburi icra tədbirlərinə başlanılaraq borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmışdı. Lakin borcluya məxsus şəxsi gəlir və əmlak aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış və həmin məhkəmənin qərarı ilə borclu Təqsirləndirilən şəxs inzibati xəta törətməkdə təqsirli bilinərək «10» (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü tətbiq edilmişdir. Borclunun ünvanına baxış keçirilərək şəxsi əmlak vəziyyəti yoxlanılmış, baxış zamanı tələbin yönəldilə biləcəyi borcluya məxsus şəxsi əmlakı aşkar edilməmişdir. Aliment məbləğindən 775 manat ödəniş aparmışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 yanvar 2024-cü il tarixində göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)6778/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış nikah pozulmuş, 01 noyabr 2006-cı il təvəllüdlü X9 və 29 aprel 2009-cu il təvəllüdlü X10 iddiaçı X2 himaysində saxlanılmışdır. Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdən etibarən iddiaçı X2 himayəsində saxlanılmışdır. Hər iki uşağın saxlanınlması üçün hər ay hər uşaq üçün 350 manat olmaqla sabit pul məbləbində aliment alınaraq X4 ödənilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)286/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)6245/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs «10» (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs İsxan oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Həsənxan oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, 775.00 manat ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Həsənxan oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı olduğundan ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsi və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair» 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 52.1-ci maddəsi Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən şəxslər istisna edilməklə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzasının təyin edilməsini nəzərdə tutmaqla, habelə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla həmin əlavə cəzanın təyin edilməsinə yol verməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində olan hər bir işdə cəza təyini məsələsi həll edilərkən onlara əlavə cəzanın təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirə olunmasını və hökmün təsviriəsaslandırıcı hissəsində bu məsələ üzrə məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasını tələb edir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə. Qanunun bu normalarına əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası Təqsirləndirilən şəxs şamil edilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun xarici dövlətin vətəndaşı olması səbəbində ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasının qeyri-mümkünlüyünü, islah olunmasının qeyri-mümkünlüyünü, dəymiş ziyanın tam olaraq ödənilməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 180). Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- «ümumi» rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «17» may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs edilməli və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «17» may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar