Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-357/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – X2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs14, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 26/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə əsasən «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Daş Karxanası yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Keçid 23 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin saxlanc yeri hesab olunan həyətinə, oradan isə evin pəncərəsini sındırmaqla yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla evin divarlarına hörülmüş, ümumi dəyəri 1000 manat olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1a maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus, nömrəsiz fərdi yaşayış evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradakı saxlanc yerindən hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 02 ədəd perfaratorları, 60 manat dəyərində 01 ədəd elektrik drelini, 150 manat dəyərində 01 ədəd laqondanı, 75 manat dəyərində 01 ədəd lobziki, 50 manat ümumi dəyərində 02 ədəd elektrik uzadıcıları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 635 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6- cı X4 küçəsində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə pəncərədən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olub evin qonaq otağından 1000 manat dəyərində 01 ədəd «Hisense» markalı televizoru, dəhlizindəki paltar dolabının içərisindən 01 ədəd 700 manat dəyərində «Toshiba» markalı, 01 ədəd 500 manat dəyərində «Samsung» markalı və 01 ədəd 300 manat dəyərində «LG» markalı noutbuk tipli kompüterləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdən 08 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə dırmanaraq evin pəncərəsindən yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla evin qonaq otağından 109 sm diaqonallı 1300 manat dəyərində “Samsung” markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 15 yanvar 2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs5 məxsus, yerləşdiyi ərazidə təbii qaz təhcizatının olmaması ilə əlaqədar qış mövsümündə daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə dırmanaraq evin pəncərəsindən yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla evin qonaq otağından biri 102 sm diaqonallı 900 manat dəyərində, digəri isə 80 sm diaqonallı 700 manat dəyərində olan 02 ədəd “Samsung” markalı televizorları, dəhlizindən 250 manat dəyərində 01 ədəd samovarı və 45 manat dəyərində 01 cüt kişi yay ayaqqabısını, mətbəxdən 250 manat dəyərində 01 ədəd tava dəstini və 350 manat dəyərində 01 ədəd qazan dəstini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs5 2495 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 21 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Seyidlər məhəlləsində Əbdül Kərim küçəsində yerləşən, X2-a məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə pəncərədən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla oradan dəyəri 50 manat olan bir ədəd elektrik drelini, dəyəri 50 manat olan bir ədəd laqondanı, dəyəri 50 manat olan bir ədəd əl arabasını, hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 240 manat olan 4 top elektrik naqillərini, ümumi dəyəri 70 manat olan 18 kvadrat metr ölçüdə kafelləri və ümumi dəyəri 30 manat olan 15 kvadrat metr ölçüdə üzlük daşlarını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs X2-a 490 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Massivdə yerləşən qaynaqçı sexinin qarşısında saxlanılan, Zərərçəkmiş şəxs7 məxsus «Kamaz» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaldırıcı kran qurğusunun ehtiyat hissəsi olan 2000 manat dəyərində bir ədəd dəmir silindri gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə 29 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradakı saxlanc yerindən hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd perferatoru, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd elektrik drelini, dəyəri 150 manat olan 1 ədəd laqondanı, dəyəri 150 manat olan 1 ədəd taxta kəsən elektrik mişarını, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd su mühərriklərini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs8 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs9 məxsus, qış mövsümü ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi bağ evinin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq evin həyətindən və saxlanc yeri kimi istifadə olunan zirzəmisindən ümumi dəyəri 180 manat olan 4 ədəd “Marqus” markalı su nasoslarını, 1200 manat dəyərində dəmir armaturları, 1500 manat dəyərində plastik qapı-pəncərələri, 500 manat dəyərində döşəmə taxtalarını, biri 60 manat, digəri isə 40 manat olmaqla, ümumi dəyəri 100 manat olan iki ədəd dəmir manqalları gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs9 3480 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi «Şuşa Şəhərciyi» yaşayış massivinin ərazisində yerləşən, Zərərçəkmiş şəxs10 məxsus, saxlanc yeri hesab olunan “Ömər Market” dükanına qanunsuz daxil olaraq oradan 1200 manat dəyərində müxtəlif markalı siqaretləri, 50 manat dəyərində telefon danışıq kartlarını, 60 manat məbləğində kağız əskinazlarla və 100 manat məbləğində qəpiklərlə nağd pulları gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs10 1410 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs11 kirayə yaşadığı nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs11 məxsus, dəyəri 200 manat olan olan 1 ədəd mis qazanı, dəyəri 100 manat olan 1 ədəd mis podnosu, dəyəri 100 manat olan 1 ədəd mis samovarı və hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 2 ədəd mis çaynikləri gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs11 500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, yeni yaşayış massivi ərazisində yerləşən, Zərərçəkmiş şəxs12 məxsus, təmir-tikinti işləri ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə pəncərəsindən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla oradan 70 manat dəyərində bir ədəd təmir ütüsünü və evin birinci mərtəbəsinin divarlarına hörülmüş ümumi dəyəri 1500 manat olan elektrik naqillərini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs12 1570 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs13 məxsus, qış mövsümü ilə əlaqədar daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə pəncərəsindən keçməklə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla oradan 900 manat dəyərində 01 ədəd “Veko” markalı kondisioneri, 01 ədəd 100 manat dəyərində qaz balonunu, 01 ədəd 150 manat dəyərində dörd gözlü qaz sobasını, 01 ədəd 100 manat dəyərində cərəyan gücləndiricisini, 01 ədəd 350 manat dəyərində «Madonna» markalı qab-qacaq servisini, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 250 manat olan 05 ədəd yataq dəstini, 01 ədəd 100 manat dəyərində bürünc güzgünü, hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 450 manat olan 03 ədəd elektrik drelini, 01 ədəd 150 manat dəyərində su nasosunu, 01 ədəd 50 manat dəyərində hava nasosunu və hər birinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 400 manat olan 02 ədəd xalçanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs13 3000 manat məbləğində miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ünvan 5 ünvanında yerləşən, Zərərçəkmiş şəxs14 məxsus, daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə üzərində olan qoruyucu dəmir barmaqlığı sındırıb pəncərəsindən keçərək yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla evin qonaq otağından 01 ədəd 200 manat dəyərində «LG» markalı televizoru, yataq otağından 01 ədəd 50 manat dəyərində ütünü, uşaq yataq otağındakı çarpayının altından 01 ədəd 300 manat dəyərində od samovarını və 50 manat dəyərində müxtəlif növ qab-qacaqları, mətbəxdəki dolabın içərisindən 50 manat dəyərində müxtəlif növ qabqacaqları gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs14 650 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli Valter-PP modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, nömrəsi silinmiş, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah tapançanı, onun komplekt hissəsi olan, 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd darağı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli Brauninq patronları olmaqla Valter tapançasından və həmin kalibrli digər tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 02 ədəd patronları əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi «Zabrat Dairəsi» adlanan əraziyədək daşımış, üzərində qanunsuz olaraq odlu silah saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində həmin ərazidə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 15ci Polis Bölməsinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən üzərində saxlayıb gəzdirdiyi 01 ədəd zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli Valter-PP modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, nömrəsi silinmiş, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah tapança, onun komplekt hissəsi olan, 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli Brauninq patronları olmaqla Valter tapançasından və həmin kalibrli digər tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 02 ədəd patronlar ilə birlikdə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal edilmiş, 9 mm kalibrli «Makarov» konstruksiyalı, «PM» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, nömrəsi silinmiş yivli odlu silah tapançanı, onun komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd darağı, «Makarov(PM)» və «Steçkin(APS)» konstruksiyalı tapançaların ştat patronları olan, 02 ədədi Rusiya dövlətində, 04 ədədi isə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 06 ədəd patronları təkrar əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Daş Karxanası yaşayış massivinədək daşımış, üzərində qanunsuz olaraq odlu silah saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində həmin ərazidə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin ünvan 6 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının arxa bel hissəsinə taxılmış vəziyyətdə saxlayıb gəzdirdiyi nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal edilmiş 9 mm kalibrli «Makarov» konstruksiyalı, «PM» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah 01 ədəd tapança, üzərindəki komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd darağ, «Makarov(PM)» və «Steçkin(APS)» konstruksiyalı tapançaların ştat patronları olan, 02 ədədi Rusiya dövlətində, 04 ədədi isə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 06 ədəd patronlar ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.2.2-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd cinayət əməllərinin heç biri onun tərəfindən törədilməmişdir. Sadəcə olaraq polis əməkdaşlarının təklifi ilə ibtidai istintaq vaxtı həmin cinayətləri törətməsini etiraf etmiş və buna uyğun ifadələr vermişdir. Hazırda həmin əməllər üzrə özünü təqsirli bilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əbdül Kərim küçəsi, Seyidlər məhəlləsində özünə məxsus nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin yanvar ayında həmin evdə aparılan təmir-tikinti işləri ilə əlaqədar evdə daimi olaraq yaşamırlarmış, amma vaxtaşırı həmin evə gedib tikinti işləri ilə tanış olurmuuş. Sonuncu dəfə həmin evdə oğurluq hadisəsinin aşkar etdiyi xx.xx.2023-cü il tarixdən bir gün əvvəl olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarınadək həmin evdə olmuşdur, artıq gecə saatlarında işlərini qurtardıqdan sonra yatmağa başqa evə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində həmin ünvana gəldikdə isə müəyyən etmişdir ki, evindən oğurluq baş verib, gecə saatlarında evdə heç kimin olmadığından istifadə edən naməlum şəxs və ya şəxslər evin hasarından aşmaqla həyətə düşüblər, evin pəncərəsindən keçməklə isə içərisinə daxil olublar, evin içərisində saxladığı dəyəri 50 manat olan bir ədəd elektrik drelini, dəyəri 50 manat olan bir ədəd laqondanı, dəyəri 50 manat olan bir ədəd əl arabasını, hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 240 manat olan 4 top elektrik naqillərini, ümumi dəyəri 70 manat olan 18 kvadrat metr ölçüdə kafelləri və ümumi dəyəri 30 manat olan 15 kvadrat metr ölçüdə üzlük daşlarını oğurlayıblar. Bununla da ona ümumilikdə 490 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş hadisə barədə ərizə ilə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14cü Polis Bölməsinə müraciət etmiş, ərizəsi əsasında araşdırma başlanmış, hadisə yerinə baxış keçirilmiş, izahatı alınmışdır, lakin həmin vaxt hadisəni törətmiş şəxs və ya şəxsləri müəyyən edə bilməmişlər, özünün isə şübhələndiyi hər hansı bir şəxs yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 7 ünvanında təxminən 20 ilə yaxındır ki, yaşayır, yaşadığı evin həyətində köməkçi tikilidə təmir tikinti alətlərini saxlayırmış, 29 yanvar 2023-cü il tarixdə axşam saatlarında evdə olan zaman evin həyətindəki iti hürməyə başlamış, evdən həyətə çıxdıqda görmüş ki, it hasarın dibində durub, həyətə baxış keçirmiş, müəyyən etmişdir ki, evin həyətində yerləşən saxlanc yerindən ona məxsus hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd perferator, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd elektrik dreli, dəyəri 150 manat olan 1 ədəd laqonda, dəyəri 150 manat olan 1 ədəd taxta kəsən elektrik mişar, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd su mühərriki və dəyərini hazırda xatırlamadığı elektrik naqilləri oğurlanmışlar, bununla da ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olmasa da, vurulmuş ziyanın geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X3 ailəsi ilə birlikdə kirayə yaşayır. 12 fevral 2023-cü il tarixdə saat təxminən 19 radələrində işdən evə qayıdıb həyəti yığışdırdıqda müəyyən etmişdir ki, həyətdə saxladığı, özünə məxsus, dəyəri 200 manat olan olan 1 ədəd mis qazan, dəyəri 100 manat olan 1 ədəd mis podnos, dəyəri 100 manat olan 1 ədəd mis odun samovarı və hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 2 ədəd mis çaynik oğurlamışdılar. Sonuncu dəfə həmin əşyalarını xx.xx.2023-cü il tarixdə həyətində salamat vəziyyətdə görmüşdür. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən evinə gəldikdə müəyyən etmişdir ki, evin həyətinə baxan pəncərəsi sındırılmış vəziyyətdədir. Evə daxil olduqda aşkar etmişdir ki, evdə olan 900 manat dəyərində 01 ədəd “Veko” markalı kondisioneri, 01 ədəd 100 manat dəyərində qaz balonu, 01 ədəd 150 manat dəyərində 4 gözlü qaz sobası, 01 ədəd 100 manat dəyərində işıq gücləndiricisi, 01 ədəd 350 manat dəyərində «Madonna» qab-qacaq servisi, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 250 manat olan 05 ədəd yataq dəsti, 01 ədəd 100 manat dəyərində bürünc güzgü, hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 450 manat olan 03 ədəd elektrik dreli, 01 ədəd 150 manat dəyərində su nasosu, 01 ədəd 50 manat dəyərində hava nasosu və hər birinin dəyəri 200 manat olmaqla ümumi dəyəri 400 manat olan 02 ədəd xalça oğurlanmışlar. Sonuncu dəfə həmin ünvanda bir həftə əvvəl olduqda əşyaların hamısı salamat vəziyyətdə öz yerində imiş. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivində yerləşən ünvansız fərdi evdə ailəsi ilə birlikdə yaşayır, xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin evdən çıxıb Bərdə rayonuna getmişlər, xx.xx.2023-cü il tarixdə geri qayıtdıqda isə aşkar etmişlər ki, naməlum şəxs və ya şəxslər onların evdə olmadıqları müddətdə evin plastik pəncərəsini açaraq içərisinə qanunsuz daxil olmaqla qonaq otağındakı divara bərkidilmiş 109 diaqonallı “Samsung” markalı bir ədəd televizoru oğurlayıblar, nəticədə ona 1300 manat bəbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ünvan 5 ünvanında yerləşən ona məxsus, daimi yaşayış olmayan nömrəsiz fərdi evin hasarından aşmaqla saxlanc yeri hesab olunan həyətinə, oradan isə üzərində olan qoruyucu dəmir barmaqlığı sındırıb pəncərəsindən keçərək yaşayış sahəsinin içərisinə qanunsuz daxil olmaqla evin qonaq otağından 01 ədəd 200 manat dəyərində «LG» markalı televizoru, yataq otağından 01 ədəd 50 manat dəyərində ütü, uşaq yataq otağındakı çarpayının altından 01 ədəd 300 manat dəyərində od samovarı və 50 manat dəyərində müxtəlif növ qab-qacaqlar, mətbəxdəki dolabın içərisindən 50 manat dəyərində müxtəlif növ qab-qacaqlar tanımadığı şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 650 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan ona ödənilməsə də, təqsirləndirlən şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Məmmədli qəsəbəsi X3 torpaq sahəsi almış, təxminən 2 il əvvəl həmin torpaq sahəsinin üzərində ev tikdirməyə başlamış, hazırda yarıtikili vəziyyətdə olan üçmərtəbəli yaşayış evinin tikintisi başa çatsa da təmir işləri davam edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində həmin evə gəldikdə aşkar etmişdir ki, evin birinci mərtəbəsinin təxmini dəyəri 1500 manat olan elektrik naqilləri, 70 manat dəyərində bir ədəd təmir ütüsü oğurlanıb, nəticədə ona ümumilikdə 1570 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, evin mətbəxinin pəncərəsinin şüşəsinin sındırılması nəticəsində ona təxminən 200 manat dəyərində maddi ziyan dəymişdir. Sonuncu dəfə həmin evdə hadisəni aşkar etdiyi gündən təxminən 10 gün əvvəl olduqda əşyaları salamat vəziyyətdə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Keçid 23 ünvanında yeni inşa edilən evinə gələrkən, evin pəncərəsinin sındırılmış vəziyyətdə olmasını görmüş, evə daxil olarkən evin divarına hörülmüş elektrik naqillərinin kəsilərək oğurlandığını aşkar etmiş, müəyyən etmişdir ki, oğurluq hadisə nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Sonuncu dəfə hadisədən əvvəl həmin evdə xx.xx.2023-cü il tarixdə olarkən evdəki əmlakı salamat vəziyyətdə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa Şəhərciyi yaşayış massivindəki fərdi yaşayış evinin həyətindəki əl damından və pilləkənin üstündən ona məxsus təmir alətləri oğurlanmışlar. Belə ki, xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 08 radələrində yuxudan oyanıb həyətə çıxdıqda oğurluq hadisəsini aşkar edib DİN-in «102» Xidmətinə məlumat vermişdir. Hadisə vaxtı ona məxsus, hər birinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 02 ədəd perfaratorlar, 01 ədəd 60 manat dəyərində elektrik dreli, 01 ədəd 150 manat dəyərində laqonda, 01 ədəd 75 manat dəyərində lobzik, 50 manat ümumi dəyərində 02 ədəd elektrik uzadıcıları oğurlanmışlar, nəticədə ona ümumilikdə 635 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən, Əliyar Əliyev küçəsində avtomobil yolunun kənarında yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 28 dekabr 2022-ci il tarixdə saat 12:00 radələrində oğlu Nicat ilə birlikdə yaxın qohumlarının nişan mərasimi ilə əlaqədar 03 gün müddətinə Gəncə şəhərinə getmişlər. 31 dekabr 2022ci il tarixdə saat 15:00 radələrində evə qayıtdıqda görmüşdür ki, evin qonaq otağının küçəyə tərəf açılan plastik pəncərəsi açıq vəziyyətdədir. Evin içərisinə daxil olduqda aşkar etmişlər ki, evin qonaq otağından 01 ədəd 1000 manat dəyərində «Hisense» markalı televizor, dəhlizdəki paltar şkafının içərisindən üst-üstə yığılmış 01 ədəd 700 manat dəyərində «Toshiba» markalı, 01 ədəd 500 manat dəyərində «Samsung» markalı və 01 ədəd 300 manat dəyərində «LG» markalı noutbuk tipli kompüterlər oğurlanıblar. Lakin evin səliqə-səhmanı pozulmamışdır. Bundan sonra o, “102” Xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, polis əməkdaşları gələrək baxış keçirmişlər, ərizə və izahatını almışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilidə 2500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, qayınatasına məxsus fərdi yaşayış evində yaşayır. 2022-ci ilin noyabr ayında Məmmədli kəndində yerləşən X3n özünə fərdi yaşayış evi almış və özünə məxsus ev əşyalarını həmin evə aparıb yerləşdirmişdir. Həmin ev iki yataq, bir qonaq, bir mətbəx, bir sanitar qovşağı otaqlarından və bir dəhlizdən ibarətdir. Evin yerləşdiyi ərazidə təbii qaz olmadığından qış aylarında evdə daimi yaşayış olmur, lakin özü demək olar ki, hər gün gündüz vaxtları evə gedib baş çəkirmiş. Sonuncu dəfə 15 yanvar 2023-cü il tarixdə saat 19:00 radələrində həmin evə baş çəkdikdə əşyalarının hamısı salamat vəziyyətdə imiş. 17 yanvar 2023-cü il tarixdə saat 19:00 radələrində isə həmin evə gəldikdə evin giriş qapısının içəri tərəfdən bağlı olduğunu, evin həyətə baxan pəncərəsinin açıq olduğunu, pəncərənin ilmələrinin qırılmasını müəyyən etmiş, evin giriş qapısını açmaq üçün pəncərədən evə daxil olmuş, evdən oğurluq olmasını aşkar edib bu barədə DİN-in “102” Xidmətinə məlumat vermmşdir. Sonra otaqlara və mətbəxə baxdıqda müəyyən etmişdir ki, qonaq otağından biri 102 sm diaqonallı 900 manat dəyərində, digəri isə 80 sm diaqonallı 700 manat dəyərində olan 02 ədəd “Samsung” markalı televizorlar, dəhlizdən 250 manat dəyərində 01 ədəd samovar və 01 cüt 45 manat dəyərində yay kişi ayaqqabısı, mətbəxdən 250 manat dəyərində 01 ədəd tava dəsti və 350 manat dəyərində 01 ədəd qazan dəsti oğurlanıblar. Baş vermiş oğurluq hadisə nəticəsində ona ümumilikdə 2495 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki,o, təxminən 15 ildir ki, qaldırıcı kran işlədir, kranı özünə məxsus «Kamaz» markalı **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində yerləşir. Həmin qaldırıcı kranın bir silindiri xarab olduğuna görə xx.xx.2023-cü il tarixdə 2000 manata bir ədəd işlənmiş şilindir alaraq Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Yeni Massivdə yerləşən qaynaqçı sexinə aparmışdır ki, kranın üzərinə quraşdırsın. Silindiri oradakı qarajın qarşısın qoymuş, üzərini işlənmiş təkərlərlə örtmüşdür ki, kənardan nəzərə çarpmasın. xx.xx.2023-cü il tarixdə silindiri götürmək üçün qeyd edilən ünvana getdikdə silindiri qoyduğu yerdə aşkar etməmiş, ətrafda müvafiq soraqlaşma apararaq müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixədək şilindir yerində olmuşdur, lakin bir neçə gün ərzində ətrafı axtarsa da, soraqlaşma aparsa da silinlirini tapa bilməmişdir, ona görə də xx.xx.2023-cü il tarixdə polisə şikayət etmişdir. Baş vermiş hadisə nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində, fərdi yaşayış evlərinin əhatəsində 12 sot torpaq sahəsində bir mərtəbəli iki otaqlı evi var, həftədə bir dəfə həmin evə baş çəkməyə gedir. Baş vermiş oğurluq hadisəsindən əvvəl sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmin evdə olmuş, həmin gün saat 17:00 radələrində evin qapılarını bağlayıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:30-da oğlu Turqay ilə birlikdə həin bağ evimə getdikdə isə evin eyvanında boşluq hiss etmiş, dərhal evin həyətinə baxmış, görmüş ki, həyətin giriş qapısının önünə yığılmış dəmir boruları, evin zirzəmisində saxladığı bəzi əşyalar yerində yoxdurlar. Evdən oğurluq olmasını anlayıb dərhal hadisə barədə DİN-nin “102” Xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3480(üç min dörd yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, bağ evinin həyətindən dəyərini və dəqiq ölçülərini xatırlamadığı 12-13 ədəd dəmir borular, ümumi dəyəri 180 manat olan 4 ədəd “Marqus” markalı su nasosu, dəqiq sayını və ölçülərini xatırlamadığı 1200 manat dəyərində dəmir armaturlar, 1500 manat dəyərində işlənməmiş plastik qapı- pəncərələr, 500 manat dəyərində döşəmə taxtaları, biri 60 manat, digəri isə 40 manat dəyərində olmaqla, ümumi dəyəri 100 manat olan iki ədəd dəmir manqal oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yaşadığı nömrəsiz fərdi evin qarşısında dükan açıb ərzaq və digər məhsulların satışı ilə məşğul olur. xx.xx.2023cü il tarixdə işin sonunda dükanı bağlayıb evə getmiş, xx.xx.2023- cü il tarixdə səhər saat 08 radələrində dükana gəldikdə isə dükanın qapısının sındırıldığını görmüş, içəri daxil olub mallarını çeşidlədikdə ümumilikdə 1200 manat dəyərində müxtəlif markalı siqaretlərin, 50 manat dəyərində danışıq kartlarının, 60 manat məbləğində kağız əskinazlarla və 100 manat məbləğində qəpiklərlə nağd pulunun oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1410 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru rütbəsi daşıyır. xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 691 nömrəli bağ evində yaşayan Təqsirləndirilən şəxs odlu silah daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, «Zabrat Dairəsi» adlanan ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirərək həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 15-ci PB-nin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasına yollanmışlar. Yolda söhbət zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, barəsində daxil olmuş məlumat doğrudur, həqiqətən də üzərində odlu silahı var. Ona görə də onlar həmin şəxsi nəzarət altında saxlayaraq 15-ci Polis Bölməsinə çatdırmışlar, orada növbədə olan təhqiqatçı Ramil Məmmədov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində olanları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əlini əynindəki gödəkcənin sağ cibinə apararaq oradan bir ədəd “Valter” tipli tapançanı və darağını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi tapançaya və darağına baxış zamanı müəyyən olmuşdur ki, tapançanın üzərindəki seriya nömrəsi silinib, darağının içərisində isə iki ədəd patronu var. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin tapançanı, darağı və darağının içərisindəki patronları ilə birlikdə təxminən 3-5 gün əvvəl Bilgəh qəsəbəsi ərazisindəki dənizkənarı çimərlikdən tapmışdır. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tapança, darağı və patronları qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında qanunsuz olaraq odlu silah saxlayıb daşıması qeyd olunsa da haradan əldə etməsi barədə heç nə göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Sabunçu RPİ-nin 15ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin NMB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, saat 23:45 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivi ərazisində Təqsirləndirilən şəxs saxlanılmış, barəsində məlumat daxil olduğunu bildirərək həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 14-cü PŞ-nin ünvan 10 ünvanında yerləşən inzibati binasına yollanmışlar. Yolda söhbət zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, barəsində daxil olmuş məlumat doğrudur, həqiqətən də üzərində odlu silahı var. Ona görə də onlar həmin şəxsi nəzarət altında saxlayaraq 14-cü Polis Şöbəsinə çatdırmışlar, orada növbədə olan təhqiqatçı Emil Həsənzadə müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində olanları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əlini əynindəki şalvarının sağ tərəfdən arxa bel hissəsinə apararaq kəmərinə taxılmış bir ədəd “Makarov” tipli tapançanı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi tapançaya baxış zamanı müəyyən olmuşdur ki, tapançanın üzərində bir ədəd darağı, darağın içərisində isə altı ədəd patronu var. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin tapançanı üzərindəki darağı və patronları ilə birlikdə təxminən iki il əvvəl dənizkənarı çimərlikdəki məişət tullantılarının arasından tapmışdır. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tapança, darağı və patronları qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında qanunsuz olaraq odlu silah saxlayıb daşıması qeyd olunsa da haradan əldə etməsi barədə heç nə göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsindən görünür ki, o, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsində olan 01 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023cü il tarixdən saat 23:45-dən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 27-28-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 01 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ kəmər hissəsindən 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd darağı və 06 ədəd 9 mm-lik patronları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 35-39-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-Ballistik ekspertizasının 01 yanvar 2024-cü il tarixli, 24/01R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə Rusiya dövlətində, 04 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə yararlıdır, döyüş sursatı hesab edilmir. Təqdim edilmiş 06 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsində olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görüntüləini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 72-77-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-1/2024 nömrəli, 02 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 31 dekabr 2023-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 162-ci vərəqəsində olan 02 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 181-182-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 02 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd tapança və 02 ədəd güllə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 191-195-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-Ballistik ekspertizasının 02 may 2024-cü il tarixli, 23/339R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli Valter-PP modelli tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır, silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli Brauninq patronları olmaqla Valter tapançasından və həmin kalibrli digər tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, 7,65x17 mm kalibrli, Valter modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 7,65x17 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayiəsəli tədqiqat aparılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş 02 ədəd 7,65x17 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 222-227-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-352/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 may 2023-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 237-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 238-239-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/750 nömrəli, 30 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş 7,65 mm kalibrli, “Walther” markalı, “PP” modelli, nömrəsi silinmiş tapançadır - yivli odlu silahdır, saz vəziyyətdədir, istifadəyə(atəşə) yararlıdır. Silahın üzərində zavod işarələrini bildirən sahə mexaniki təsir nəticəsndə dərindən silindiyindən onları müəyyən etmək və bərpa edərək müəyyənləşdirmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 01 ədəd 7,65 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, “Walther” markalı, “PP” modelli, “Astra 1915”, “DEUTSCHE WERKE” və s. modelli tapançalarda istifadə edilən patrondur, döyüş sursatı hesab edilir, istifadəyə(atəşə) yararlıdır. Cinayət işinin 4-cü cildinin 60-62-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-604/2023 nömrəli, 29 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 4-cü cildinin 63-64-cü vərəqəsində olan 02 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cildinin 93-cü vərəqəsində olan 04 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın video görüntüləini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 94-110-cu vərəqəsində olan 04 yanvar 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə edilmiş oğurluqlarla bağlı istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerlərində yoxlanılmışdır. Cinayət işinin 4-cü cildinin 115-116-cı vərəqəsində olan 05 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd darağı və tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 03 ədəd patron cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 4-cü cildinin 118-119-cu vərəqəsində olan 05 yanvar 2024-cü il maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 7,65 mm kalibrli Valter-PP modelli tapança, 01 ədəd 7,65x17 mm kalibrli patron və 01 ədəd daraq cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 4-cü cildinin 145-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 3726/2024 nömrəli məktubdan görünür ki, istintaq orqanı tərəfindən təqdim edilmiş 01 ədəd 9 mm kalibrli nömrəsi silinmiş Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Gülə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 240-243-cü 230-231-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 17 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Bağırov X1 Rayon Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 1 -ci hissəsi, 143-cü maddəsinin 2-ci hissəsi, 106-cı maddəsinin 1 -ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci il tarixdə xx.xx.1992-ci il tarixli Amnistiya haqqında Qərarının 8-ci maddəsinin “A” bəndinə əsasən azad olunmuşdur; Nərimanov Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 -ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1996-cı il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 10 ay 21 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 26/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən «02» (iki) il, «08» (səkkiz) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs «31» may 2022-ci il tarixdən «14» dekabr 2022-ci il tarixə kimi həbsdə saxlandığı müddət «06» (altı) ay «14» (on dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03» (üç) il «05» (beş) ay «16» (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində cəza çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı «13» iyun 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməməsi, sadəcə polis əməkdaşlarının təklifi ilə həmin cinayət əməllərini törətməsini bildirməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmkiş şəxslərin və şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən zərərçəkmiş şəxslərdən bəzilərinin şikayətinin olmaması barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-26/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş «04» (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-26/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 02 may 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixədək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-26/2024 nömrəli cinayət işi üzrə 31 may 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı həbsdə olduğu 05 (beş) ay, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-26/2024 nömrəli cinayət işi üzrə həbsdə olduğu 06 (altı) ay 14 (on dörd) gün, cəmi 11 (on bir) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzasının 11 (on bir) ay 14 (on dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 31 dekabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-26/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, 01 ədəd 7,65 mm kalibrli Valter-PP modelli tapança, 01 ədəd 7,65x17 mm kalibrli patron və 01 ədəd daraq, 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd darağı və tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 03 ədəd 9x18 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-26/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq vaxtı həbsdə olduğu 05 (beş) ay, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-26/2024 nömrəli cinayət işi üzrə həbsdə olduğu 06 (altı) ay 14 (on dörd) gün - azadlıqdan məhrumetmə cəzasının 11 (on bir) ay 14 (on dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 11 (on bir) ay 14 (on dörd) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 31 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-26/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, 01 ədəd 7,65 mm kalibrli Valter-PP modelli tapança, 01 ədəd 7,65x17 mm kalibrli patron və 01 ədəd daraq, 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd darağı və tədqiqat zamanı 03 ədəd patron istifadə edildiyindən qalan 03 ədəd 9x18 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-357/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-357/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver