Məhkəmə qərarları › İş №1(008)-358/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-358/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-358/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Nəcəf oğlunun və «Verdiktum» vəkil bürosunun vəkili İmanov Xəqani Qurban oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Elyas qızının, Zərərçəkmiş şəxs4 iştirakı ilə 04 mart 1977-ci il tarixdə Salyan rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, yeni məhlədə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Abdullayev İlham Tofiq oğlu 26 iyun 2020-ci il tarxidə, saat 11:00 radələrində idarə etdiyi «Opel Astra» markalı, «az ** VB ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəh., Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi ərazisindən keçən Məhəmmədi-Digah avtomobil yolunun «Ekspress Market»-in qarşısında, Digah Qəsəbəsi istiqamətindən Məhəmmədi qəsəbəsi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, yəni sola dönərkən, qarşıdan gələn nəqliyyat vasitələrində yol verməli olduğu halda bunu etməmiş, sola dönmüş, qarşıdan əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 60 km/saat sürətlə idarə etdiyi «Mersedes Benz C 230» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Təqsirləndirilən şəxs ehtiyatsızlığı nəticəsində «Mersedes Benz C 230» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobildə sərnişinlər olmuş Zərərçəkmiş şəxs5 sol gicgah və alın sümüklərinin yerini az dəyişən qapalı sınıqları, sol gicgah-alın nahiyəsinin dərialtı hematoması, sol alın nahiyəsinin sıyrığından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs2 sol körpücük sümüyünün orta 1/3-in yerini dəyişən qapalı sınığı, alın, boyun, sol almacıq, sol qaş, sol körpücük nahiyələrinin sıyrıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs3 sol diz oynağının dərialtı hematoması, sol əlin 4-5-ci barmaqlarının və sağ bud nahiyəsinin qançırlarından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya, Zərərçəkmiş şəxs4 sağ yanaq nahiyəsinin dərialtı hematoması, sol baldır nahiyəsinin qançırından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya, Zərərçəkmiş şəxs6 sol said nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin qançırından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 isə sağ said nahiyəsinin qançırı, sağ diz oynağının sıyrığından ibarət sağlamlığa zərər vurmayan aid bədən xəsarətləri almış, «Mersedes Benz C 230» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 6.470 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Abdullayev İlham Tofiq oğlu ona Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun «Opel Astra» markalı, «az ** VB ***» dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində «Opel Astra» markalı, «az ** VB ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Məhəmmədi qəsəbəsi istiqamətindən Məhəmmədi dairəsi istiqamətində təxminən 30 km/saat sürətlə hərəkət edib, sola ara yola dönmək istəyən zaman qarşı yoldan əks istiqamətində hərəkət edən «Mersedes Benz» markalı avtomobil ilə onun idarə etdiyi avtomobili toquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomobil fırlanaraq yolun sol tərəfində dayanmışdır. O, tez avtomobildən düşüb digər avtomobildə xəsarət alan şəxslərə kömək etmiş və xəsarət alan şəxsləri xəstəxanaya yola salmışdır. Hal-hazırda onlar barışmışlar. Ona qarşı heç bir şikayət tələb yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Müzəffər oğlu ifadəsində göstərmişdir ki, onun «Mersedes Benz» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində «Mersedes Benz» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Məhəmmədi qəsəbəsinə gedirdi. Həmin vaxt avtomobildə ondan başqa, həyat yoldaşı Gülşən, anası Tərlan, xalası Sitarə, az yaşlı oğlanları, Namiq və Yusif də var idi. O, avtomboili təxminən 60 km/saat sürətlə idarə edərək Məhəmmədi-Digah avtomobil yolunda Məhəmmədi qəsəbəsi istiqamətindən Digah qəsəbəsi istiqamətində hərəkət etmişdir. Yolda «Ekspress» marketə çatmağa az qalmış, qarşı yoldan əks istiqamətdə hərəkət edən «Opel Astra» markalı avtomobil ani olaraq sola ara yola dönmüşdür. O, aralarında məsafə az olduğu üçün avtomboili saxlaya bilməmişdir. Bu zaman onun avtomobili ilə həmin avtomobil toqquşmuşdur. Hadisə zamanı onun avtomobilində olan ailə üzləri xəsarət aldığı üçün o, yaxınlıqda yaşayan qohumlarına zəng etmiş və onların köməkliyi ilə xəsarət alanları xəsatəxanaya yola salmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismndə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacısı Tərlanın oğludur. Raminin «Mersedes Benz» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində o, bacısı Tərlan, Raminin həyat yoldaşı Gülşən və iki az yaşlı övladı Raminin idarə etdiyi avtomobildə sərnişin kimi Məhəmmədi dairəsi istiqamətindən Məhəmmədi qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşı yoldan əks istiqamətdə hərəkət edən avtomobil ani olaraq sola ara yola dönmək istəyən zaman onların avtomobil ilə həmin avtomobil toqquşmuşdur. Hadisə zamanı onlar xəsarət aldığından oraya gələn qohumlarının avtomobili ilə onları xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Ramin onun oğludur. Raminin «Mersedes Benz» markalı, «az 99 NU 862» dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində o, gəlini Gülşən, bacısı Sitarə və iki az yaşlı nəvəsi Raminin idarə etdiyi «Mersedes Benz» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi Məhəmmədi dairəsi istiqamətindən Məhəmmədi qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşı yoldan əks istiqamətdə hərəkət edən avtomobil ani olaraq sola ara yola dönmək istəyən zaman onların avtomobil ilə həmin avtomobil toqquşmuşdur. Hadisə zamanı onlar xəsarət aldığından oraya gələn qohumlarının avtomobili ilə onları xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Ramin onun həyat yoldaşıdır. Raminin «Mersedes Benz» markalı avtomobili vardır. xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində o, qayınanası Tərlan, qayınanasının bacısı Sitarə və iki az yaşlı övladı Raminin idarə etdiyi avtomobildə sərnişin kimi Məhəmmədi dairəsi istiqamətindən Məhəmmədi qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşı yoldan əks istiqamətdə hərəkət edən avtomobil ani olaraq sola ara yola dönmək istəyən zaman onların avtomobili ilə həmin avtomobil toqquşmuşdur. Hadisə zamanı onlar xəsarət aldığından oraya gələn qohumlarının avtomobili ilə onları xəstəxanaya aparmışlar. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq dövründə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 1-ci sinifdə oxuyur, sentyabr ayından isə 2-ci sinifə gedəcəkdir. 26 iyun 2020-ci il tarixdə o, atasına məxsus avtomobil ilə gedən zaman atasının idarə etdiyi avtomobil ilə başqa bir avtomobil toqquşmuş, nəticədə o başından xəsarət almış və onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq dövründə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs6 Ramin oğlu göstərmişdir ki, 2-ci sinifdə oxuyur, sentyabr ayından isə 3-cü sinifə gedəcəkdir. xx xxxx 2020-ci il tarixdə o, atasına məxsus avtomobil ilə gedən zaman atasının idarə etdiyi avtomobil ilə başqa bir avtomobil toqquşmuş və nəticədə o, başından xəsarət almış və onu xəstəxanaya aparmışlar. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin 8/1084 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə yol nəqliyyat hadisələri eskpertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Opel Astra» markalı, «az ** VB ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən:hərəkət üçün təhlükə yaranan anda «Mersedes Benz» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 43.2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə urğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda «Mersedes Benz» markalı, «az ** NU ***» dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 43.2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X5 Sabunçu rayon şöbəsinin 961 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol körpücük sümüyünün orta 1/3-in yerini dəyişən qapalı sınığı, alın, boyun, sol almacıq, sol qaş, sol körpücük nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sərnişin olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X5 Sabunçu rayon şöbəsinin 962 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 sol gicgah və alın sümüklərinin yerini az dəyişən qapalı sınıqları, sol gicgah-alın nahiyəsinin dərialtı hematoması, sol alın nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sərnişin olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx xxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X5 Sabunçu rayon şöbəsinin 963 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sağ yanaq nahiyəsinin dərialtı hematoması, sol baldır nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sərnişin olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X5 Sabunçu rayon şöbəsinin 964 saylı, 02 iyul 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol diz oynağının dərialtı hematoması, sol əlin 4- 5-ci barmaqlarının və sağ bud nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sərnişin olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X5 Sabunçu rayon şöbəsinin 965 saylı, 02 iyul 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 sol said nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sərnişin olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X5 Sabunçu rayon şöbəsinin 966 saylı, 02 iyul 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ said nahiyəsinin qançırı, sağ diz oynağının sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, idarə etdiyi avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx xxxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 28 iyul 2020-cu il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tofiq oğlu əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs AF 014950 salyı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Abdullayev X3 Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 113). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilmişdir (səh.,100). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,122). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Baş Dövlət X6 tərəfindən verilmiş məktubdan görünür ki, xx xxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə AF seriyalı 014950 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur (səh.,89). Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsəməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddənin qeydinə əsasən, bu məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inziabti xəta tərkibinin əlamətləri olduqda, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizələr) nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması ilə əlaqədar məhkəmənin qərarının icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəh., Sabunçu RPİ-nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslərlə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Abdullayev İlham Tofiq oğlunun əməlində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən aidiyyəti araşdırma aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəh., Sabunçu RPİ-nə həvalə edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar