Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-360/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,053 qram, 0,138 qram olmaqla, ümumi təmiz çəkisi, 0,191 qram olan kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 01 ədəd bükülüdə təmiz çəkisi 0,581 qram və təmiz çəkisi 0,172 qram ümumi təmiz çəkisi 0,753 qram şəxsi istehlak miqdarından artıq olmayan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanına qədər daşımış, xx.xx.2022-ci il tarixdə, saat 19:00-da Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın yaxınlığında saxlanılıb, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirilmiş, PB-də onun üzərində keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli dəri çantanın içərisindəki 01 ədəd qəhvəyi rəngli pul kisəsinin içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qram, 0,138 qram olmaqla, ümumi təmiz çəkisi 0,191 qram olan ağ rəngli kristallardan ibarət maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükülüdə təmiz çəkisi 0,581 qram və təmiz çəkisi 0,172 qram ümumi təmiz çəkisi 0,753 qram şəxsi istehlak miqdarından artıq olmayan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham edilmiş əməldə təqsirli olması sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X8 ilə təxminən dörd il əvvəl tanış olmuş, müəyyən müddət sonra münasibətləri pozulsa da, müxtəlif vaxtlarda Kamran Bağırov onun yaşadığı ünvana gələrək onu təhqir etmiş, ona xəsarətlər yetirmişdir. Bununla bağlı, hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq X8 barəsində qanuni tədbir görülməmişdir. X3 dəfə, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə gün əvvəl onun kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə gələrək onunla mübahisə etmiş, ona məxsus “İphone 6S” markalı mobil telefonu, qol saatını qıraraq, evdə olan məişət əşyalarını dağıtmışdır. O, X6 hərəkətləri ilə bağlı qanuna müvafiq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət etmiş, bundan əlavə, X6 atasının işlədiyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinə elektron müraciət ünvanlamışdır. Bir neçə gün sonra müraciəti əsasında Dövlət Dəniz və Liman Agentliyinə dəvət olunmuş, müraciəti araşdırıldıqdan sonra X6 hərəkətləri barədə qanuna müvafiq tədbirlərin görülməsinin onların səlahiyyətlərinə aid olmadığı bildirməklə, bununla bağlı, hüquq mühafizə orqanlarına müraciət etməsi məsləhət görülmüşdür. O, yaşadığı ünvana qayıtdıqdan təxminən 30 dəqiqə sonra X8 onun istifadəsində olan mobil nömrəyə zəng edərək telefonuna dəymiş zərərlə bağlı babasının 1000 manat pul göndərdiyini, yaşadığı ünvanın qarşısına düşərək həmin pulu götürməsini bildirmişdir. O, pulu götürmək məqsədi ilə azyaşlı övladı ilə birlikdə aşağı enmiş, yaşadığı ünvan 3 ünvanının qarşısında olarkən üç nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb onu məcburi şəkildə “Prado” markalı, ağ rəngli avtomobilə mindirmiş, həmin şəxslərdən biri arxa oturacaqda onun sol tərəfində, digəri isə sağ tərəfində əyləşmiş, sonradan ad və soyadını bildiyi Şahid3 avtomobili idarə etmişdir. Avtomobildə olarkən Şahid3 təkrar-təkrar “...Niyə camaatın balasını yükləyirsən...” ifadəsini işlətmiş, o, ağladığı üçün yanında əyləşən şəxslərə onun başına qapaz vurmalarını bildirmiş, ilk öncə, yanında əyləşən şəxs onu vurmaqdan imtina etsə də, daha sonra Şahid3 təkidi ilə onun başına bir neçə dəfə zərbə endirmişdir. Yarı yolda olarkən Şahid3 digər iki şəxsi avtomobildən endirmiş, onu Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirmişdir. Polis Bölməsinə gətirildikdən sonra o, bölmənin dəhlizində gözləmiş, Şahid3 bölmənin növbətçi hissəsinin yaxınlığındakı otağa girərək təxminən 01 saat sonra geri qayıtmış, onu bölmənin təhqiqatçısı Kənan Əliyevin otağına aparmışdır. Həmin vaxt, təhqiqatçının otağında hansısa işlə bağlı gəlmiş şikayətçi olmuş, həmin şəxslərin yanında Şahid3 onun başından vuraraq təhqir etmiş, daha sonra oradan getmişdir. Polis Bölməsinə gətirildikdən təxminən 6-7 saat sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərildiyi üçün məcbur qalaraq aşkar olunmuş narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Şahid1 və Şahid2 iştirakı ilə üzərinə keçirilməsinə baxmayaraq onun saxlanılmasında həmin şəxslər iştirak etməmiş, o, həmin şəxslər tərəfindən saxlanılmamışdır. Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PB-də 02 gün, Sabunçu RPİ-nin MSY-də 01 gün saxlanıldıqdan sonra 25 sentyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Murad Soltanovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, o, MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. O, kirayə yaşadığı ünvana gəldikdən sonra qohumları polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yaxınlıqda yerləşən divar kağızlarının şatışı ilə məşğul olan mağazanın video müşahidə kameralarının qeydə aldığı görüntülərə baxdıqlarını, polis əməkdaşlarını həmin ünvana X6 gətirdiyini, daha sonra oradan uzaqlaşdığını bildirmişlər. Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə narkotik, psixtrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 23 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Nərminə” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə işlədiyi Sabunçu RPİ-nin 13-cü polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yarandığından, həmin tarixdə, ondan və Sabunçu RPİ-nin 13-cü polis bölməsinin sahə rəisi, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün, saat 19 radələrində ünvan 3 ünvanın yaxınlığında “Nərminə” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək, bir qədər onunla söhbət etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə işlədikləri polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından o, bölmənin təhqiqatçısı Kənan Əliyev tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Daha sonra videoçəkiliş aparmaqla əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ondan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etiraz etməmiş və bundan sonra ona təklif edilmişdir ki, üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri çantanın içərisindəki 01 ədəd qəhvəyi rəngli pul kisəsinin içərisində 04 ədəd bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı, təqdim etdiyi bükümlərdən ikisində psixotrop maddə metamfetamin, digər iki bükümdə isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik maddə olan büküm qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra, bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşı Şahid3 tərəfindən sifariş əsasında saxlanılaraq Sabunçu RPİ-nin 13cü PB-nə gətirildiyini bildirməsinə baxmayaraq Şahid3 əməliyyat qrupuna daxil edilməmiş, Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13cü PB-nin sahə rəisi, polis mayoru Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin NMB-nin bölmə rəisi vəzifəsində xidmət edir və polis kapitanı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs və X7 əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında onun tərəfindən sifariş əsasında saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə gətirildiyin bildirməsinə baxmayaraq o, təqsirləndirilən şəxs barəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma haqqında Sabunçu RPİ-nin 13-cü polis bölməsinə daxil olmuş məlumatın yoxlanılması ilə bağlı yaradılmış əməliyyat qrupuna daxil edilməmiş, Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmiş və ya ona hər hansı təzyiq göstərməmişdir. Anten dairəsinə dair sorğu verilmiş nömrələr onun adına qeydiyyata alınmasına baxmayaraq başqa şəxslər tərəfindən istifadə olunur. Cinayət işinin 4-cü vərəqəsində olan Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 23 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” haqqında qərarından görünür ki, xx.xx.1990-cı ildə Qazax şəhərində anadan olmuş “Nərminə” adlı şəxsin mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Sabunçu RPİ-nin 13-cü PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə Sabunçu RPİ-nin 13-cü PB-nin polis əməkdaşlarında ibarət əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan 23 sentyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022ci il tarixdə saat 20:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, lakin onun azadlığının məhdudlaşdırıldığı 23 sentyabr 2022-ci il tarixdə saat 19:00 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin 30-31-ci vərəqəsində olan 23 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd mobil enerji cihazı, çantada olan qəhvəyi rəngli pul kisəsinin içərisindən 01 ədəd gümüşü kağıza bükülmüş ot kütləsi, 01 ədəd ağ rəngli sellofana bükülmüş ot kütləsi, 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristalşəkilli maddə, 01 ədəd gümüşü kağıza bükülmüş ağ rəngli, kristalşəkilli maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli 6/5493 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən ...” yazı və imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,053 qram, 0,138 qram, ümumi təmiz çəkisi 0,191 qram olan ağ rəngli, kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.091 qramdır. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli, 7/1095 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən ...” yazı və imzalar olan zərfdəki 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 0,581 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdə 01 ədəd gümüşü rəngli folqa kağızı bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,172 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 0.713 qramdır. Cinayət işinin 85-88-ci vərəqələrində olan 25 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Murad Soltanovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 90-91-ci vərəqələrində olan 25 sentyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan 26 sentyabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** GSM nömrəsi olan “İphone 6S” markalı, **********6573 imei kodlu mobil telefondakı məlumatlara baxış keçirilmiş, lakin, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 95-96-cı vərəqəsində olan 30 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.091 qram psixotrop maddə metamfetamin, 0.713 qram narkotik vasitə olan qurudulmuş marixuana məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 109-110-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 05 oktyabr 2022-ci il tarixli, 5783 saylı rəyindən görünür ki, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 119-126-cı vərəqəsində olan 05 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 005- 216/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarın qanuniliyinin yoxlanılmasına dair material daxil olmamışdır. Cinayət işi materiallarında olan Nərimanov Rayon Prokurorluğunun 826-X-23 nömrəli, 12 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu RPİnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli elektron sorğu məlumatından görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** GSM nömrəli Şahid3 adına qeydiyyata alınmışdır. Cinayət işi materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyin 3-27-106/2-869/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X6 hərəkətləri barədə ərizəsi Dövlət Dəniz və Liman Agentliyində aidiyyəti üzrə baxılmış, X2 əməkdaşı olmadığını nəzərə alınaraq ərizəçiyə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5(008)- 715/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə” dair 23 sentyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin elektron sorğu məlumatından görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-** GSM nömrəli X6 adına qeydiyyata alınmışdır. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten əhatə dairəsi 23 sentyabr 2022-ci il tarixdə, saat 19:09:11-də Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu 18 ünvanı olmuşdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 23 sentyabr 2022-ci il tarixdə, saat 17:55:36-da 45 saniyəlik telefon danışığı aparılmışdır. Bundan əlavə, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 23 sentyabr 2022-ci il tarixdə, saat 20:36:50-də 18 saniyəlik telefon danışığı aparılmışdır. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten əhatə dairəsi 23 sentyabr 2022-ci il tarixdə, saat 16:43:32-dən saat 21:26:04-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisi olmuşdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 28 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten əhatə dairəsi 23 sentyabr 2022-ci il tarixdə, saat 17:14:53-dən, saat 19:03:25-dək ünvan 8 ünvanı (Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi), bundan sonra isə günün sonuna kimi Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisi olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir İlk olaraq məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən Təqsirləndirilən şəxs təhqiqat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, şübhəli şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Lakin, yuxarıda təsvir olunan şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, adına qeydiyyata alınmış telefon nömrələrinin başqa şəxslər tərəfindən istifadə olunmasını bildirsə də, məhz məhkəməyə şahid qismində dəvət olunarkən adına qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq məhkəməyə dəvət olunmuşdur. Həmin ifadəsində o, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi və məhz onun tutulmasında iştirakı olduğunu bildirdiyi X7 tanımadığını desə də, Azercell Telekom” MMC-nin 31 avqust 2023-cü il tarixli məktubuna əsasən Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 23 sentyabr 2022-ci il tarixdə, saat 17:55:36-da Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl 45 saniyəlik telefon danışığı aparılması, bundan əlavə, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 23 sentyabr 2022-ci il tarixdə, saat 20:36:50-də Təqsirləndirilən şəxs tutulduqdan sonra da 18 saniyəlik telefon danışığı aparması müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdiklərı ifadələrı arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Yuxarıda təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, onun ünvan 2 ünvanında Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən deyil, keçmiş sevgilisi X1 əsasında Bakı şəhər Sabunçu RPİ-nin NMB-nin bölmə rəisi Şahid3 və mülki geyimdə olan iki nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 ittihamı təsdiq edən ifadələr versələr də, məhkəmə istintaqı zamanı aparılmış araşdırma zamanı, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrənin və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrənin xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı anten əhatə dairəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq mobil operatorlara sorğu verilmiş, Şahid1 və Şahid2 istifadəsində olan mobil nömrələrin Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı anten əhatə dairəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisi olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin NMB-nin bölmə rəisi Şahid3 ifadəsində Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmədiyini, ona hər hansı təzyiq göstərmədiyini, X8 və onun ailə üzvlərini tanımadığı bildirmiş, lakin, məhkəmə tərəfindən aparılmış araşdırlma zamanı, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten əhatə dairəsi 23 sentyabr 2022-ci il tarixdə, saat 19:09:11-də Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu 18 ünvanı olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilən əməliyyat-axtarış tədbirində iştirak etməmiş, əməliyyat-axtarış tədbirinin keçirildiyi tarixdə və saatda ünvan 3 ünvanında deyil Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olmuşlar. Qeyd olunanlar ittihamın əsasını təşkil edən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PBnin polis əməkdaşları Şahid1 və Şahid2, Bakı şəhər Sabunçu RPİ-nin NMB-nin bölmə rəisi Şahid3 tərəfindən verilmiş şahid ifadələrinin mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bu hal həmin şəxslərin iş materiallarında olan şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. -İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 23 sentyabr 2022-ci il tarixli, saat 20:40-dan saat 20:55-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə Şahid1 və Şahid2 iştirakları ilə saat 20:40-də başlanmış və saat 20:55-də başa çatmışdır. Halbuki, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrənin anten əhatə dairəsi onun 23 sentyabr 2022ci il tarixdə, saat 17:14:53-dən, saat 19:03:25-dək ünvan 8 ünvanı- yəni Sabunçu RPİnin 13-cü Polis Bölməsində olmasını göstərsə də, həmin gün 20:44:26-da ünvan 13 ünvanda yerləşən Arzu şadlıq sarayının yaxınlığını, yalnız saat 21:07:42-dən sonra ünvan 8 ünvanı (Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi) olmasını göstərmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun anten dairələri onun 23 sentyabr 2022-ci il tarixdə, saat 20:47:23-dən 21:26:04-dək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 68A ünvanda olmasını göstərmişdir. Göstərilən bu halların hər biri iş üzrə sübut kimi qiymətləndirilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsinə dəlalət etməklə həmin sübutun da mötəbərliyini şübhə altına alır. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2022-ci il tarixli rəylərinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyləri ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. Eləcə də, məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2022-ci il tarixli rəyinə münasibətdə qeyd edir ki, həmin rəy təqsirləndirilən şəxsin müəyyən vaxt müəyyən vaxt psixostimulyatorlardan istifadə etməsi faktını təsdiq etsə də, məhz 23 sentyabr 2023-cü il tarixdə onun üzərindən narkotik vasitə və psixotrop maddənin aşkar edilməsini təsdiq edən dəlil deyildir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyini, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini, həmin protokolda istintaq hərəkətinin aparılması vaxtının formal göstərildiyini müəyyən olunan hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə imkan vermir. Cinayət işinin materialları və məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 23 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” haqqında qərarına əsasən xx.xx.1990-cı ildə Qazax şəhərində anadan olmuş “Nərminə” adlı şəxsin mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Sabunçu RPİ-nin 13-cü PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə Sabunçu RPİ-nin 13-cü PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Lakin, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 23 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” qərar qəbul edilsə də, həmin qərarda məhkəmə qərarı olmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinin zəruriliyi əsaslandırılmamış, eləcə də, qanunvericilikdə nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılması istiqamətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə material daxil olmamış, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı Nərimanov Rayon Prokurorluğuna məlumat verilməmişdir. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 3-cü bəndinə əsasən bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Adı çəkilən Qanunun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyataxtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Azərbaycan Respublikasının-Cinayət Prosessual Məcəlləsinin (bundan sonra –CPM) 445.2-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Eyni zamanda “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Göründüyü kimi, həm CPM-də, həm də “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda cinayət təqibi ilə bağlı insan hüquq və azadlıqlarının məhz məhkəmə qərarı əsasında məhdudlaşdırılması imperativ qaydada müəyyən olunmuşdur. Bununla yanaşı əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barədə 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməli olduqları qeyd edilmişdir. Lakin, iş materiallarında Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 23 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi” haqqında qərarın qanuniliyinin yoxlanması ilə əlaqədar Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edilməmiş, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərar Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna təqdim edilməmiş, ümumiyyətlə məhkəmə qərarı olmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinin zəruriliyinə dair heç bir sübut aşkar edilməmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbiri ünvan 2 ünvanında həyata keçirilmiş, lakin, “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə” dair 23 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyinin yoxlanılması bağlı əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə birinci instansiya məhkəməsinə müraciət olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0,191 qram psixotrop maddə metamfetamin, 0,753 qram qurudulmuş marixuananın aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, ittihamın əsaslandığı sübut növləri ilə bağlı tərtib edilmiş prosessual sənədlərin əksəriyyəti ziddiyyətli olmaqla yanaşı, onlar həm də Cinayət-Prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Buna görə də, həmin sübut növləri mötəbər olmayan dəlilləri əks etdirdikləri və ziddiyyətli olduqları üçün Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübutlar kimi istifadə oluna bilməz. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10- cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətləri və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan ümumilikdə 0,191 qram psixotrop maddə metamfetamin, 0,753 qram qurudulmuş marixuananın qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməli, o cümlədən, Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,091 qram psixotrop maddə metamfetamin, 0,713 qram qurudulmuş marixuana xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetaminin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməlidir. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk, məhkəmə istintaqı zamanı əldə edilmiş anten məlumatları özündə əks etdirən 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356- 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra psixotrop maddə və narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0,091 qram psixotrop maddə metamfetamin və 0,713 qram qurudulmuş marixuananın) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin, iş üzrə maddi sübut kimi saxlanılan 0,091 qram psixotrop maddə metamfetamin, 0,713 qram qurudulmuş marixuana araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk, məhkəmə istintaqı zamanı əldə edilmiş anten məlumatları özündə əks etdirən 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 170 (yüz yetmiş) manat ekspertiza xərci (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli 6/5493 nömrəli və 24 sentyabr 2022-ci il tarixli, 7/1095 nömrəli rəyi) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vəya apellyasiya protesti verilməzsə, hökm qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-360/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-360/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver