Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-361/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1969-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabunçu rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək barəsində 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, hazırda üzərində çəkilməmiş 01 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş, Ağdaş rayonu, Ağdaş şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Dəmiryolu vağzalının yaxınlığında yerləşən nömrəsiz evdə kirayə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 46-cı dalan, Bağlar massivi ünvanında yerləşən yaşayış sahəsindən oğurluq etmələri barədə sövdələşib, həmin cinayətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs2 yaşayış sahəsinin çöl tərəfindən onu sığortalamasını planlaşdıraraq, bu məqsədlə 27 yanvar 2025-ci il tarixdə saat 16 radələrində qeyd edilən ünvanda yerləşən yaşayış sahəsində planlarına uyğun olaraq Təqsirləndirilən şəxs2 yaşayış sahəsinin yaxınlığındakı küçədə, daş hasarın yanında dayanıb onu sığortalamış o, isə yaşayış sahəsinə daş hasardan tullanaraq keçmək yolu ilə qanunsuz daxil olaraq yaşayış sahəsinin həyətindən 01 ədəd dəyəri 270 (iki yüz yetmiş) manat olan 90 metr uzunluqda elektrik naqili və 01 ədəd dəyəri 220 (iki yüz iyirmi) manat olan elektrik mişarını, daha sonra yaşayış üçün nəzərdə tutulmuş bir otaqlı evin kilidsiz vəziyyətdə olan qapısından daxil olaraq evdən 02 ədəd ümumi dəyəri 100 (yüz) manat olan ətir, 01 ədəd dəyəri 280 (iki yüz səksən) manat olan "Lemfo G-Wear K28H Silver" markalı smart kişi qol saatı, yataq dəstinin alt hissəsindən 1780 (min yeddi yüz səksən) manat nağd pul, soyuducunun içərisindən isə dəyəri 250 (iki yüz əlli) manat 04 ədəd bükümdə ümumi çəkisi 6 kq olan əti gizli olaraq talayıb zərərçəkmiş şəxs Əliyeva llhamə Fazil qızına ümumilikdə 2.900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla onunla birlikdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 46-cı dalan, Bağlar massivi ünvanında yerləşən yaşayış sahəsindən oğurluq etmələri barədə sövdələşib, həmin cinayətin həyata keçirilməsi üçün onun yaşayış sahəsinin çöl tərəfindən daş hasarın yaxınlığında Təqsirləndirilən şəxs1 sığortalamasını planlaşdıraraq, bu məqsədlə Təqsirləndirilən şəxs1la birlikdə 27 yanvar 2025-ci il tarixdə saat 16 radələrində qeyd edilən ünvanda planlarına uyğun olaraq o, yaşayış sahəsinin yaxınlığında küçədə, daş hasarın yaxınlığında dayanıb, Təqsirləndirilən şəxs1 sığortalamış, sonuncu isə yaşayış sahəsinə daş hasarı tullanıb keçmək yolu qanunsuz daxil olaraq yaşayış sahəsinin həyətindən 01 ədəd dəyəri 270 (iki yüz yetmiş) manat olan 90 metr uzunluqda elektrik naqili və 01 ədəd dəyəri 220 (iki yüz iyirmi) manat olan elektrik mişarını, daha sonra yaşayış üçün nəzərdə tutulmuş birotaqlı evin kilidsiz vəziyyətdə olan qapısından daxil olaraq evdən 02 ədəd ümumi dəyəri 100 (yüz) manat olan ətir, 01 ədəd dəyəri 280 (iki yüz səksən) manat olan "Lemfo G-Wear K28H Silver" markalı smart kişi qol saatı, yataq dəstinin alt hissəsindən 1780 (min yeddi yüz səksən) manat nağd pul, soyuducunun içərisindən isə dəyəri 250 (iki yüz əlli) manat 04 ədəd bükümdə ümumi çəkisi 6 kq olan əti gizli olaraq talayıb zərərçəkmiş şəxs Əliyeva llhamə Fazil qızına ümumilikdə 2.900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla onunla birlikdə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 27 yanvar 2025-ci il tarixdə səhər saat 10 radələrində 5 ilə yaxın müddətdir tanıdığı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub, Bakı şəhəri, Sabunçu rayonu ərazisinə gedərək ona metal yığmağı təkli etmiş, Təqsirləndirilən şəxs2 da onun təklifi ilə razılaşmışdır. O, Təqsirləndirilən şəxs2la birlikdə dəfələrlə metal və aliminium içki qablarını toplayaraq dəmir qəbulu məntəqələrinə təhvil vermişdir. Təqsirləndirilən şəxs2la əlaqə saxladıqdan sonra 27 yanvar 2025-ci il tarixdə saat 11 radələrində onunla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığında görüşərək orada 173 nömrəli avtobusa əyləşib Bakı şəhəri, Sabunçu rayonu, Nardaran və Pirşağı yolunun kəsişməsində avtobusdan enmiş və oradan başlayaraq “SEA BREEZE” istirahət kompleksi istiqamətində yerdə gördükləri “hell” və “bizon” içkilərinin aliminium qablarını toplamağa başlamışlar. İçki qablarını topladıqdan sonra daha artıq metal toplamaq üçün dalanları keçərək dəniz kənarı ilə hərəkət etmişlər. Dəniz kənarından geri qayıdan zaman saat 16 radələrində yola çıxmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 46-cı dalana daxil olmuşlar. Bu zaman o yolun kənarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 46-cı dalan, Bağlar massivi ünvanında alçaq daş hasarla əhatələnmiş və daş divarının üzərində quraşdırılmış aparata birləşdirilmiş elektrik naqilini görmüşdür. Elektrik naqili yaşayış sahəsinin içərisinə doğru uzanmışdır. Hasardan boylandıqda görmüşdür ki, içəridə 1 mərtəbəli otaq var və müəyyən etmişdir ki, orada halhazırda yaşayış yoxdur. Bu vaxt o Təqsirləndirilən şəxs2 demişdir ki, “sən burada yəni, çöldə gözlə və ətrafı müşahidə et, əgər gələn olsa xəbər elə, mən içəri girib elekrtik naqillərini götürüb gələcəyəm". Təqsirləndirilən şəxs2 da onunla razılaşmışdır. Bundan sonra o daş hasardan tullanaraq həyətə daxil olmuş, bu zaman isə Təqsirləndirilən şəxs2 çöldə ətrafı müşahidə etmişdir. Həyətə daxil olduqdan sonra birinin uzunluğu 20-25 metr, digərinin isə uzunluğu 10 metr olan elekrik naqilini götürmüş və elektrik naqillərini daş hasardan çöl tərəfdə dayanmış Teymura vermişdir. Daha sonra yenidən geri qayıdıb həyətdə yerləşən birotaqlı evə daxil olmuşdur. Oraya girməmişdən qabaq düşünmüşdür ki, ora mətbəx olmalıdır. Əli ilə qapının dəstəyindən yapışdıqda görmüşdür ki, qapı açıq vəziyyətdədir. İçəri daxil olduqdan sonra otaqdakı soyuducunun buzluq hissəsini açmış və soyuducudan 04 büküm ət olduğunu görüb ətləri, daha sonra stolun üzərindən markalarını xatırlamadığı 02 ədəd ətir və dolabın içərisindən 01 ədəd kişi qol saatını götürmüşdür. Həmin əşyaları götürdükdən sonra yaşayış sahəsini tərk etmiş və daş hasarı aşaraq onu çöldə gözləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmışlar. Hadisə yerindən təxminən 20 metr uzaqlaşdıqdan sonra naqilləri metal qəbulu məntəqəsinə vermək üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə yandırmışlar. İçəridən götürdüyü 04 ədəd bükülüdə olan ətin 02 ədədini Təqsirləndirilən şəxs2 vermiş, qol saatını isə qoluna taxmışdır. Təqsirləndirilən şəxs2 ilə birlikdə 27 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə gedərək götürdükləri birinin uzunluğu 20-25 metr, digərinin isə uzunluğu 10 metr olan içərisi mis olan elekrik naqilini ümumilikdə 7 (yeddi) manata, həmçinin küçədən yığdıqları metal içki qablarını 6 (altı) manata satmışlar. Elektrik naqillərindən aldığı 7 (yeddi) manat pulu özünə götürmüş, metal içki qablarının təhvili nəticəsində verilən 6 (altı) manat pulu isə Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra onlar müəyyən etmişlər ki, evdən götürdüyü 02 ədəd ətir qadın ətirləridir və buna görə də ətirləri tullamışdır. Sonradan baxaraq görmüşdür ki, evdən götürdüyü ət heyvanlar üçün nəzərdə tutulmuş ətdir. Bu səbəbdən də həmin ətləri həyətdə olan itlərə vermişdir. Həmin ünvandan götürdüyü kişi qol saatını isə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin təhqiqatçısına təhvil vermişdir. O, oradan pul və elektrik mişarını götürməmişdir, bu barədə göstərilənlər həqiqətəuyğun deyildir. Naqillər o qədər olmamışdır, 10-15 metr olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 27 yanvar 2025-ci il tarixdə səhər saat 10 radələrində 5 ilə yaxın müddətdir tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Bakı şəhəri, Sabunçu rayonu ərazisinə gedərək ona metal yığmağı təklif etmişdir. O da Təqsirləndirilən şəxs1la razılaşmışdır. Təqsirləndirilən şəxs1la birlikdə dəfələrlə metal və aliminium içki qablarını toplayaraq dəmir qəbulu məntəqələrinə təhvil vermişlər. 27 yanvar 2024-cü il tarixdə saat 11 radələrində onunla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığında görüşüb 173 nömrəli avtobusa əyləşib Bakı şəhəri, Sabunçu rayonu, Nardaran və Pirşağı yolunun kəsişməsində avtobusdan enmiş və oradan başlayaraq “SEA BREEZE” istirahət kompleksi istiqamətində yerdə gördükləri “hell və “bizon” içkilərinin aliminium qablarını toplamağa başlamışlar. Onları topladıqdan sonra daha artıq metal toplamaq üçün dalanlara keçmiş və dəniz kənarı ilə hərəkət etmişlər. Dəniz kənarından geri qayıdan zaman saat 16 radələrində yola çıxmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 46-cı dalana daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 46-cı dalan, Bağlar massivi ünvanında alçaq daş hasarla əhatələnmiş və daş divarının üzərində quraşdırılmış aparata birləşdirilmiş elektrik naqilini görmüşlər. Elektrik naqili yaşayış sahəsinin içərisinə doğru uzanmışdır. Təqsirləndirilən şəxs1 hasardan boylandıqdan sonra ona demişdir ki, içəridə 1 mərtəbəli otaq var və orada hal-hazırda yaşayış yoxdur. Bu vaxt Təqsirləndirilən şəxs1 ona demişdir ki, onu çöldə gözləsin və ətrafı müşahidə etsin əgər gələn olsa səs salıb xəbər etsin. Təqsirləndirilən şəxs1 içəri girib elektrik naqillərini götürüb gələcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 daş hasardan tullanaraq həyətə daxil olmuşdur. O isə çöldə ətrafı müşahidə etmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 geri qayıdıb ona içəridən götürdüyü 02 ədəd elekrik naqillərini vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yenidən geri qayıdıb yaşayış sahəsinə daxil olmuş, təxminən 10-15 dəqiqədən sonra yenidən geri qayıtmışdır. Təqsirləndirilən şəxs1 qayıtdıqda o görmüşdür ki, içəndən əlavə olaraq 01 ədəd kişi qol saatı, 02 ədəd ətir, 04 ədəd paketdə olan ət götürmüşdür. Təqsirləndirilən şəxs1 saatı qoluna taxmış ətirin birini və 02 ədəd paketdə olan əti ona vermişdir. Daha sonra onlar oradan çıxıb Təqsirləndirilən şəxs1 ilə birlikdə 27 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə getmişlər və Təqsirləndirilən şəxs1 evdən götürdüyü elektrik naqillərini ümumilikdə 7 (yeddi) manata, həmçinin küçədən yığdıqları metal içki qablarını 6 (altı) manata satmışlar. Elektrik naqillərinin təhvili nəticəsində verilən 7 (yeddi) manat pulu Təqsirləndirilən şəxs1 götürmüş, metal içki qablarının təhvili nəticəsində verilən 6 (altı) manat pulu isə o, götürmüşdür. Orada olan zaman müəyyən etmişlər ki, evdən götürülən 02 ədəd ətir qadın ətirləridir və buna görə də ətiri tullamışdır. Oradan çıxdıqdan sonra yaşadığı evə gedən zaman müəyyən etmişdir ki, ət xarab ətdir, buna görə də ət paketlərini yerə tullamışdır. O , içəri girməmiş, sadəcə olaraq yaşayış sahəsindən çöl tərəfdə dayanıb ətrafı müşahidə etmişdir. Təqsirləndirilən şəxs1 geri qayıdan zaman onda elektrik mişarı görməmişdir, həmçinin Təqsirləndirilən şəxs1 ona evdən pul götürməsi barədə də heç nə deməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 46-cı dalan, Bağlar massivi ünvanında torpaq sahəsini almışdır və həmin torpaq sahəsi ona məxsusdur. Torpaq sahəsi 4 tərəfdən daş hasarla əhatələnmişdir. Hal-hazırda orada evin tikintisi davam etdirilir. Ev hələ ki, yarımtikilidir. Lakin həmin sahədə onun tərəfindən tikilmiş 1 otaq var və həmin otaq yaşayış üçün yararlıdır. Həmin otağa özünə məxsus çoxsaylı dəyərli əşyaları qoymuşdur və ev tikilib hazır olanadək müvəqqəti olaraq əri ilə orada yaşayır. 27 yanvar 2025-ci il tarixdə saat 13:40 radələrində evdən çıxmışlar. Evdən çıxan zaman otağın qapısını kilidləməyi unutmuşdur. 27 yanvar 2025-ci il tarixdə saat 23 radələrində əri Şahid1 ilə geri qayıtmışlar. Torpaq sahəsinə darvazadan daxil olub, torpaq sahəsində yaşayış üçün yararlı otağa daxil olan zaman otaqda yerdə onlara məxsus olmayan sellofan paketin iki hissəyə bölünmüş vəziyyətdə, həmçinin yataq balışlarının, ona məxsus ətirin qapaqlarının yerdə olduğunu, həmçinin soyuducunun qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Anlamışdır ki, evdən oğurluq edilib. Bundan sonra dərhal evə və həyətə baxmış, evə baxış zamanı müəyyən etmişdir ki, dolabın üzərinə qoyduğu ümumi dəyəri 100 (yüz) manat olan 02 (iki) ədəd markalarını xatırlamadığı, 01 ədəd dəyəri 280 (iki yüz səksən) manat olan "G- WEAR" markalı kişi qol saatı, divanın üzərindəki balışın içərisinə qoyub zəncirbəndlə bağladığı balışın içərisində 1780 (min yeddi yüz səksən) manat nağd pul, soyuducunun içərisindən 04 ədəd sellofan paketə bükülmüş ümumi çəkisi 6 kq olan can əti, yaşayış sahəsinin həyətindən isə ümumi dəyəri 270 (iki yüz yetmiş) manat olan 90 metr uzunluqda elektrik naqili və 1 ədəd dəyəri 220 (iki yüz iyirmi) manat olan markasını və istehsal olunduğu ölkəni bilmədiyi elektrik mişarı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2.900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Özü və əri həmin gün günorta saatlarında evdən çıxmışlar, həmin gün yəni, 27 yanvar 2025-ci il tarixdə qeyd edilən əşyalar və 1780 (min yeddi yüz səksən) manat nağd pul yerində olmuşdur. O həmin pulu daş alıb evinin tikintisi üçün istifadə etmək məqsədilə yığmışdır. O bilir ki, təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödəmək imkanı yoxdur, ödəməyəcəklər, yalandan pulun oğurlanmasını deməsinin məqsədi ola bilməz. Təqsirləndirilən şəxslərdən şikayətçidir, vurulmuş ziyanın ödənilməsini tələb edir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etmişdir(cild 1, i.v.199- 201); Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdirki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yolun kənarında “Omid” mağazasının yaxınlığında yerləşən metal qəbulu sexində işləyir. 27 yanvar 2025-ci il tarixdə əvvəllər tanımadığı, yəni birinci dəfə idi gördüyü 2 nəfər şəxs məntəqəyə gələrək 1 kq mis, 1 kq “Hell, Bizon” içki qablarını təqdim etmişlər və oda təqdim edilənləri hesablamış, qarşılığında 13 (on üç) manat pul vermişdir. Həmin şəxslər də oradan uzaqlaşıb çıxıb getmişlər. Lakin bu hadisədən bir neçə gün sonra polis əməkdaşları metal qəbulu məntəqəsinə yaxınlaşmış və onu məlum hadisə ilə bağlı məlumatlandırmışlar. Lakin onun misin oğurluq mal olması barədə məlumatı olmamışdır(cild 1, i.v.207-209); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Kürdəxanı yolu 46-cı dalan daş hasarın sağından üzü dəniz istiqamətinə soldan olan mənzilə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v.10-12); Götürmə və baxış keçirilməsi haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 01 ədəd kiçi qol saatı götürülmüş, götürülmüş saata baxış keçirilmiş, baxış zamanı saatın üzərində G-WEAR yazısının olması, saatın G-WEAR markalı saat olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi saat sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür(cild 1, i.v.32-33); Götürmə və baxış keçirilməsi haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüş elektrik naqillərinin təhvil verildiyi metal qəbulu məntəqəsi göstərilmiş və yandırılmış haldaolan elektrik naqilləri götürülmüşdür(cild 1, i.v.36-38); Tutma haqqında 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 15:30-da tutulmuşdur(cild 1, i.v.66); Tutma haqqında 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:10-da tutulmuşdur(cild 1, i.v.97); İfadənin yerində yoxlanılması haqqında 02 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxsnnın ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı o, istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində təsvir etməklə təsdiqləmişdir(cild1, i.v. 122-126); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, DVD diskdə olan videoyazıya baxış zamanı Təqsirləndirilən şəxs1 bidirmişdir ki, qara gödəkçədə, əynində hərbi şalvar, ayağında qara rəngli ayaqqabı, sol əlində sekkofan paket olan, sağ əli ilə siqaret çəkən şəxs özüdür, yanındakı əynində gödəkçə olan, açıq mavi rəngli şalvar geyinən, ayağında idman ayaqqabısı olan və sağ əlində sellofan paket olan şəxs isə Təqsirləndirilən şəxs2dur. İkinci videoyazıya baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, daş hasarı aşaraq həyətə daxil olan şəxs onun özüdür(cild 1, i.v.143-144); 03 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs ifadələrində ziddiyyət yarandığı üçün aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə ifadəsini təsdiq etmişdir(cild 1, i.v.145-148); DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, DVD diskdə olan videoyazıya baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əynində gödəkçə olan, açıq mavi rəngi şalvar geyinən, ayağında idman ayaqqabısı və sağ əlində sellofan paket olan şəxs özüdür, yanındakı qara gödəkcədə, əynində hərbi şalvar, ayağında qara rəngli ayaqqabı, sol əlində sellofan paket olan, sağ əli ilə siqaret çəkən şəxs isə tanışı Təqsirləndirilən şəxs1dur (cild 1, i.v.175-176); 03 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs ifadələrində ziddiyyət yarandığı üçün aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə ifadəsini təsdiq etmişdir(cild 1, i.v.177-179); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-52/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.187-192); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-53/2025 saylı, 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.193-197); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayon xalq məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci il tarixdə Ar xx.xx.1992-ci il tarixli Amnistiya qərarının 8 m “A” bəndinə əsasən azad edilmişdir. Nərimanov rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən 83-cü maddənin 4-cü hissəsi ilə əmlakı müsadirə olunmaqa 07 il azadlıqdan məhrum edilmiş, xx.xx.2001-ci il tarixdə CM 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Göyçay rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə Binəqədi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 228.1, 67-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Əzizbəyov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Ağdaş rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.3, 67.1, 67.3-cü maddəsi ilə 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəza müddəti 03 ilə endirilərək cəzasını çəkib qurtardığı üçün azad edilmişdir. Sabunçu rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirl i bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(cild 1, i.v.210-213); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 09 ay 12 gün hissəsi 10 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir(cild 1, i.v.224-225); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkizinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2025-ci il tarixi 6/932-9/1899 nömrəli ekspert rəyində göstərilmişdir ki,- 1 ədəd gümüşü rəngli metaldan korpusu, kilid yeri, rezin materialdan qolbağı, korpusunun kənarlarında "SOUND G-WEAR UP DOWN FASHİON 3D" yazıları olan qol saatı metalı dəmir, xrom, nikel və s. elementlərinin ərintisindən hazırlanmışdır, ümumi çəkisi 67,85 qramdır.Saatın istehsal tarixini və yerini müəyyən etmək mümkün deyil; -1 büküm, ümumi diametri təxminən 2,3 mm, çox simli, simlərinin diametri 0,5 mm olan naqil nümunəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 995,70 qramdır. Naqilin üzərində termiki təsir nəticəsində yaşıl rəngli izolasiya qatının əridilməsinin izləri mövcuddur; -1 büküm, ümumi diametri təxminən 2,0 mm, çox simli, simlərinin diametri 0,1 mm olan naqil nümunəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 463,83 qramdır. Naqilin üzərində termiki təsir nəticəsində yaşıl rəngli izolasiya qatının əridilməsinin izləri mövcuddur; Təqdim edilmiş hər iki naqil bükümü qırıntı hesab olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda malların 2025-ci ilin yanvar ayına olar orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160,20 manat müəyyən edilir(rəydə olan cədvələ əsasən yeni vəziyyətdə 90 metr mis naqillərin qiyməti 52.20 manat, smart saatın qiyməti 108 manat, ümumilikdə 160.20 manat). Təqdim edilmiş 01 ədəd Çin istehsalı, "Lemfo G-Wear K28H Silver" markalı smart saatın istifadədə olmuş vəziyyətdə satışına və qiymətinə dair məlumat yoxdur.Ekspertiza təyini haqqında qərarda qeyd edilən 06 kiloqram can ətinin 2025-ci ilir yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 150,00 manat (6 kiloqram x 25,00 manat) müəyyən edilir. Bir qayda olaraq hər hansı bir əmtəənin qiymətləndirilməsi üçün onun markası, modeli texniki göstəriciləri, parametrləri, təyinatı, istifadəyə yararlılığı müəyyən edilməlidir. Bu səbəbdən ekspertiza tədqiqatına təqdim edilməyən 02 adda mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır(cild 2, i.v.246-248); Maddi sübut kimi tanınma haqqında 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, 2 büküm metal mis əsaslı ərintidən hazırlanmış elektrik naqilləri və “Lemfo G-VVear K28H Silver” markalı smart saat maddi sübut hesab olunmuşdur(cild 1, i.v.249-250); Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, bu günə cəzasının 01 il 05 ayını çəkmiş, 01 il 06 ay 28 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək pul və elektrik mişarını götürmədiyini, az miqadarda naqil götürdüyünü göstərməsi barədə ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, zərərçəkmiş şəxs Əliyeva llhamə Fazil qızı həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı oğurluq hadisəsi barədə xüsusatları göstərərək ittihamda qeyd edilən əşyaların oğurlnaması barədə yuxarıda qeyd edilən məzmunda ifadə vermiş, onun ifadəsində göstərilən xüsusatlar iş materialları ilə uyğunluq təşkil edərək hər hansı ziddiyyət olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 oğurladığı naqillərin az miqdarda olduğunu, 10- 15 metr olduğunu göstərmiş, lakin iş materiallarına əlavə edilmiş video diskə baxış zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əllərində doladığı naqillərin uzunluğunun top şəklində daha çox olması müəyyən edilmişdir. Eyni zamanda digər Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsi barədə ifadəsinə yuxarıda göstərilənlərə əsasən məhkəmə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihama görə onlar, yaşayış sahəsinə daş hasardan tullanaraq keçmək yolu ilə qanunsuz daxil olaraq yaşayış sahəsinin həyətindən 01 ədəd dəyəri 270 (iki yüz yetmiş) manat olan 90 metr uzunluqda elektrik naqili və 01 ədəd dəyəri 220 (iki yüz iyirmi) manat olan elektrik mişarını, daha sonra yaşayış üçün nəzərdə tutulmuş bir otaqlı evin kilidsiz vəziyyətdə olan qapısından daxil olaraq evdən 02 ədəd ümumi dəyəri 100 (yüz) manat olan ətir, 01 ədəd dəyəri 280 (iki yüz səksən) manat olan "Lemfo G-Wear K28H Silver" markalı smart kişi qol saatı, yataq dəstinin alt hissəsindən 1780 (min yeddi yüz səksən) manat nağd pul, soyuducunun içərisindən isə dəyəri 250 (iki yüz əlli) manat 04 ədəd bükümdə ümumi çəkisi 6 kq olan əti gizli olaraq talayıb zərərçəkmiş şəxs Əliyeva llhamə Fazil qızına ümumilikdə 2.900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkizinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2025-ci il tarixi 6/932-9/1899 nömrəli rəyindən görünür ki, 02 adda malların 2025-ci ilin yanvar ayına olar orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160,20 manat müəyyən edilir(rəydə olan cədvələ əsasən yeni vəziyyətdə 90 metr mis naqillərin qiyməti 52.20 manat, smart saatın qiyməti 108 manat, ümumilikdə 160.20 manat). 06 kiloqram can ətinin 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 150,00 manat (6 kiloqram x 25,00 manat) müəyyən edilir. Göründüyü kimi, istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxs Əliyeva llhamə Fazil qızına ümumilikdə 2.900 (iki min doqquz yüz) manat ziyan vurmaqla oğurluq etdiklərini qeyd etmiş, Lemfo G-Wear K28H Silver" markalı smart kişi qol saatının qiyməti 280 manat, 90 metr uzunluqda elektrik naqilinin qiyməti 270 manat, 6 kq olan ətin qiyməti 250 manat göstərilmiş(ümumilikdə göstərilən mallara münasibətdə 800 manat) və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 9/10 mart 2025-ci il tarixi 6/932-9/1899 nömrəli ekspert rəyində göstərilmiş malların(Lemfo G-Wear K28H Silver" markalı smart kişi qol saatı, 90 metr uzunluqda elektrik naqili, 6 kq olan ət) ümumi dəyəri 310,20 manat(160.20 manat+150 manat) müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, verilmiş ittihamın həcmi azaldılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs Əliyeva llhamə Fazil qızına vurduğu maddi ziyanın miqdarının 2410,20 (iki min dörd yüz on manat iyirmi qəpik) manat( 90 metr naqilin qiyməti 52.20 manat+1 ədəd elektrik mişarının qiyməti 220 manat+ 02 ədəd ətirin qiyməti 100 manat+ 1 ədəd kişi qol saatının qiyməti 108 manat+ 1780 manat nağd pul, 6 kq ətin qiyməti 150 manat olmaqla) olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs Əliyeva llhamə Fazil qızına vurduğu maddi ziyanın miqdarının 2410,20 (iki min dörd yüz on manat iyirmi qəpik) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki hökmlər üzrə olan məhkumluqları ödənilsə də, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini, hazırda həmin cəzanı çəkib qurtarmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluqlar olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Lakin, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyi halda sözügedən cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) nəzərə alır və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindənməhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01(bir) il 06(altı) ay 28(iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1) 09 (doqquz) ay 14(on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli(CM- 67.1), cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar- 2 büküm metal mis əsaslı ərintidən hazırlanmış elektrik naqilləri və “Lemfo G-VVear K28H Silver” markalı smart saatın Zərərçəkmiş şəxs saxlanması üçün verilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 150(yüz əlli) manat pulun 75(yetmiş beş) manatı Təqsirləndirilən şəxs1, 75(yetmiş beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01(bir) il 06(altı) ay 28(iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09(doqquz) ay 14(on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar-2 büküm metal mis əsaslı ərintidən hazırlanmış elektrik naqilləri və “Lemfo G-VVear K28H Silver” markalı smart saatın Zərərçəkmiş şəxs saxlanması üçün verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 150(yüz əlli) manat pulun 75(yetmiş beş) manatı Təqsirləndirilən şəxs1, 75(yetmiş beş) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-361/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-361/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver