Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-362/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Mirzəyev Təyyar Balarza oğlununiştirakı ilə 12 avqust 1973-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağdaş şəh., Məşəd küçəsində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küç., ev 11 Q ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Şakir oğlu 05 iyun 2020-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.493 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış, Zabrat qəsəbəsi, «1 May» küçəsinə qədər daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 12:20 radələrində Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilmiş, polis bölməsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş 0.493 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və şəxsi məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün siqaret qutusunun gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə narkotik vasitə heroin almış, istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən qohum-əqrəbadan ərzaq götürmək üçün çıxıb, Balaxanı qəsəbəsinə yollanmışdır. Saat 12:00 radələrində Zabrat qəsəbəsi, «1 May» küçəsində olarkən iki nəfər şəxs ona yaxınlaşaraq 15-ci Polis Bölməsinin əməkdaşları olduqlarını demişlər. Karantin rejiminin qaydalarını pozduğunu bildirdikdən sonra onu sorğu-sual etməyə başlamışlar. Sorğu-sual zamanı o polis əməkdaşlarına özünü təqdim emişdir. Polis əməkdaşları onun narkotik vasitələrin istifadəçisi olduğunu başa düşmüş, onu Polis Bölməsinə dəvət etmiş, o da Bölməyə getmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək etirazın olub-olmaması soruşulmuşdur. Ona şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. O da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş «kokos» kimi tanıdığı narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Sorğu-sual zamanı narkotik vasitə heroini Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və harada yaşamasını bilmədiyi şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını, üzərində saxladığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Polis Bölməsinin sürücüsü ilə inzibati ərazidə xidmətdə olmaqla karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət edirdi. Saat 12:20 radələrində Zabrat qəsəbəsi, «1 May» küçəsində olarkən bir nəfər orta yaşlı kişi cinsli şəxsin əlində iri ölçülü qutu ilə getdiyini görmuşlər. Həmin şəxs karantin rejimi qaydalarını pozaraq küçəyə çıxdığı üçün ona yaxınlaşıb və özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onunla sorğu-sual zamanı suallara rabitəsiz cavablar vermiş, əlindəki qutu və onun içərisindəki əşyalar barədə dəqiq məlumat verməmiş, onun narkotik aludəçisi olduğu hiss olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs 15-ci Polis Bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. Bu zaman T.Ş. Abdullayev əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş, içərisində narkotik maddə heroinə bənzər maddə olan bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, xx xxxx 2020-ci il tarixdə Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını və özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X9 oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1010 saylı, 06 iyun 2020-ci il tarixli narkotik və psixotrop maddələrin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məxsus «Zərflər üçün №161» möhür əksi və «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən……» və.s yazıları olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.493 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 0.493 qram, sərf edildi 0.05 qram, qalıq 0.443 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2047 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində təzə vəziyyətdə olan malların 2020-ci ilin iyun ayına olan bazar qiyməti ilə ümumi təxminən 459.00 manat müəyyən olunur. O cümlədən 02 ədəd «Donaldson» markalı, böyük ölçülü yanacaq süzgəçi (filteri) 44.00 (2X22 m) manat, 03 ədəd «Donaldson» markalı, böyük ölçülü yanacaq süzgəçi (filteri) 30.00 (3X10 ) manat, 02 ədəd «Asas» markalı yanacaq süzgəci (filteri)-20.00 manat (2X10) manat, 02 ədəd «Artako» markalı yağ təmizləyici süzgəç (filtr)-5.00 (2X2.50) manat, 02 ədəd «FMWİSCO» markalı hidromufta-360.00 (2X180 m) manat. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 2074 saylı, 27 iyul 2020ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Abdullayev Tərlan Şakir oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 69.4cü maddələri ilə təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarına əsasən cərimə cəzası 460 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Bakı şəh., Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə 460 saat ictimai işlər cəzasını çəkib qurtardıqdan sonra şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-2-ci maddəsinə əsasən ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində-bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən- satış s atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini ma törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxs Abdullayev Tərlan Şakir oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs Şakir oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Şakir oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,31). Cinayət işinin materiallarında olan 07 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 61). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)328/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 iyun 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,93). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə əməldə cinayət tərkibi olmadığından, cinayət təqibinə xitam verilmişdir (səh., 151). Məhkəmə, Təqsirləndirilən şəxs Şakir oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs Şakir oğlunun cəza çəkmə müddətinin başlanğıcı «06» iyun 2020-ci il tarixdən hesablanmalıdır. Abdullayev Tərlan Şakir oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.443 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 159 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Abdullayev Tərlan Şakir oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Abdullayev Tərlan Şakir oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abdullayev Tərlan Şakir oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «06» iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edisin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.443 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 159 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-362/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-362/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver