Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-363/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi (atası) X1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1981-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 286, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal, 186 küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 dekabr 2023-cü il tarixdə saat 13 radələrində ünvan 5 ünvanının qarşısına gələrək əvvəlcədən aralarında olan razılığa əsasən o, niyyətlərinə manəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi üçün hadisə yerinin yaxınlığında dayanıb siğortalamış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 yaşadığı həmin ünvanda yerləşən evin hasarından aşaraq həyətinə, oradan da açıq qapıdan evin içərisinə qanunsuz daxil olub, yataq otağında olan Zərərçəkmiş şəxs2 məxsus 60 manat dəyərində olan 04 ədəd şalvar, 20 manat dəyərində 4 kq qoz ləpəsi, 20 manat dəyərində bir ədəd kişi ətiri, 30 manat dəyərində bir ədəd idman ayaqqabısı, 20 manat dəyərindən bir ədəd pul kisəsi, 10 manat dəyərində bir ədəd “Seri Jakala” yazısı olan bel çantası, 10 manat dəyərində bir ədəd “Leobank” və 10 manat dəyərində bir ədəd “Kapitalbank” bank kartını gizli olaraq talayıb əldə etdikləri əmlakı aralarında bölməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 dekabr 2023-cü il tarixdə saat 13:20 radələrində ünvan 6 ünvanının qarşısına gələrək əvvəlcədən aralarında olan razılığa əsasən o, niyyətlərinə manəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi üçün hadisə yerinin yaxınlığında dayanıb siğortalamış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 yaşadığı həmin ünvanda yerləşən evin hasarından aşaraq, ikinci mərtəbədəki evin eyvanın daxil olub, eyvanın qapısının şüşə yerini sındırıb, içəri hissədən qapını açmaqla evin içərisinə qanunsuz daxil olub, yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs1 məxsus 7650 manat dəyərində bir ədəd qadın qızıl boyunbağısı və 2000 manat dəyərində bir ədəd qadın qızıl bilərziyi, içərisində 203 manatlıq “50 nominallı sikkələr” olan 2 ədəd dəmir qab, 40 manat dəyərində 355696\05\821046\5 İMEİ kodlu, “Samsung” markalı “GT-N7100” modelli mobil telefonu və 500 manat dəyərində gümüş və adi metaldan olan bijuteriya əşyalarını, birinci mərtəbədəki, pilləkənlərin yanındakı şüşəli dolabdan 50 manat dəyərində **********43525 İMEİ kodlu “İphone” markalı, “A1583” modelli mobil telefon, 40 manat dəyərində **********38179 və **********58158 İMEİ kodlu “Huawel” markalı, “DUB-LX” modelli mobil telefon, 45 manat dəyərində “Lenova” markalı, A6020A40” modelli mobil telefonu və 80 manat dəyərində “Samsung” markalı, “GT- S5830” modelli mobil telefonu, 1000 manat dəyərində bir ədəd qadın qızıl üzüyü, 2000 manat dəyərində bir cüt sırğanı, 300 manat dəyərində başqa bir cüt qızıl sırğanı, 800 manat dəyərində başqa bir ədəd qadın qızıl üzüyünü, 500 manat dəyərində bir ədəd kişi üzüyünü və 200 manat dəyərində bir ədəd qadın ətrini gizli olaraq talayıb əldə etdikləri əmlakı aralarında bölməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 15,408 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 dekabr 2023-cü il tarixdə saat 13 radələrində ünvan 5 ünvanının qarşısına gələrək əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə manəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi üçün hadisə yerinin yaxınlığında dayanıb sığortalamış, o isə Zərərçəkmiş şəxs2 yaşadığı həmin ünvanda yerləşən evin hasarından aşaraq həyətinə, oradan da açıq qapıdan evin içərisinə qanunsuz daxil olub, yataq otağında olan Zərərçəkmiş şəxs2 məxsus 60 manat eləyərində olan 04 ədəd şalvar, 20 manat dəyərində 4 kq qoz ləpəsi, 20 manat dəyərində bir ədəd kişi ətiri, 30 manat dəyərində bir ədəd idman ayaqqabısı, 20 manat dəyərindən bir ədəd pul kisəsi, 10 manat dəyərində bir ədəd “Seri Jakala” yazısı olan bel çantası, 10 manat dəyərində bir ədəd “Leobank” və 10 manat dəyərində bir ədəd “Kapitalbank” bank kartını gizli olaraq talayıb əldə etdikləri əmlakı aralarında bölməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 dekabr 2023-cü il tarixdə saat 13:20 radələrində ünvan 6 ünvanının qarşısına gələrək əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə manəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi üçün hadisə yerinin yaxınlığında dayanıb sığortalamış, o isə Zərərçəkmiş şəxs1 yaşadığı həmin ünvanda yerləşən evin hasarından aşaraq, ikinci mərtəbədəki evin eyvanına daxil olub, eyvanın qapısının şüşə yerini sındırıb, içəri hissədən qapını açmaqla evin içərisinə qanunsuz daxil olub, yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs1 məxsus 7650 manat dəyərində bir ədəd qadın qızıl boyunbağısı və 2000 manat dəyərində bir ədəd qadın qızıl bilərziyi, içərisində 203 manatlıq “50 nominallı sikkələr” olan 2 ədəd dəmir qab, 40 manat dəyərində 355696\05\821046\5 İMEİ kodlu, “Samsung” markalı “GT-N7100” modelli mobil telefonu və 500 manat dəyərində gümüş və adi metaldan olan bijuteriya əşyalarını, birinci mərtəbədəki, pilləkənlərin yanındakı şüşəli dolabdan 50 manat dəyərində **********43525 İMEİ kodlu “İphone” markalı, “Al583” modelli mobil telefon, 40 manat dəyərində **********38179 və **********58158 İMEİ kodlu “Huawei” markalı, “DUB-LX” modelli mobil telefon, 45 manat dəyərində “Lenova” markalı, A6020A40” modelli mobil telefonu və 80 manat dəyərində “Samsung” markalı, “GT-S5830” modelli mobil telefonu, 1000 manat dəyərində bir ədəd qadın qızıl üzüyü, 2000 manat dəyərində bir cüt sırğanı, 300 manat dəyərində başqa bir cüt qızıl sırğanı, 800 manat dəyərində başqa bir ədəd qadın qızıl üzüyünü, 500 manat dəyərində bir ədəd kişi üzüyünü və 200 manat dəyərində bir ədəd qadın ətrini gizli olaraq talayıb əldə etdikləri əmlakı aralarında bölməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, ümumilikdə 15,408 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da təqsirləndirilən şəxslər AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşamışdır. Heç bir psixoloji və ya digər xəstəliyi yoxdur, hər hansı psixoloji və ya digər kabinetdə qeydiyyatda deyildir. Əvvəllər oğurluq, soyğunçuluq etdiyi və narkotik vasitələr qəbul etdiyi üçün məhkumluğu olmuş və sonuncu dəfə 2023-cü ilin oktyabr ayının 27-si həbsdən azad olunmuşdur. Həbsdən çıxdıqdan sonra özünə iş tapmaqda çətinlik çəkdiyi üçün və başqa qazanc yeri olmadığından oğurluq etmək üçün həbs yoldaşı olmuş Təqsirləndirilən şəxs2 ilə zəngləşib görüşərək planlar qurmağa başlamışlar. O, Ramildən yaşlı olduğu üçün oğurluğa gedərkən həyət evlərinin qarşısında, yolda dayanıb gəlibgedənin olub-olmamasına nəzarət edəcəyi, Ramilin isə hasarin üzərindən keçməklə evin həyətinə, oradan da evin pəncərəsindən evə daxil olacağı və oğurluq edəcəyi barədə razılaşmışlar. Beləliklə təxminən 26 dekabr 2023-cü il tarixdə saat 13:30 radələrində Ramillə birlikdə oğurluq etmək üçün Sabunçu rayonu ərazisində, sonradan ünvanının Axundzadə küçəsi 69 olmasını bildiyi evlərin qarşısına gəlmişlər. Orada qonşu olan biri birmərtəbə, digəri isə iki mərtəbəli ev görmüşlər. Ramillə həmin evlərdən oğurluq etmək üçün o yolda dayanmış və gəlib-gedəni gözləməyə başlamışdır. Əgər kimsə gəlsə fit çalacaq və bunu eşidən Ramil tez bir zamandan evdən çıxacaq birlikdə qaçacaqlarmış. Beləliklə gözləyərkən Ramil ilk əvvəl birmərtəbəli evin hasarından aşıb həyətinə daxil olmuşdur. Oradan da sonradan Ramilin özünün deməsinə görə açıq olan qapıdan evə daxil olub, evdən bel çantasının içərisində bir neçə kiloqram qoz ləpəsi, 4 ədəd şalvar, bir ədəd kişi ətri, bir cüt idman ayaqqabısı və içərisində sonradan zibilə atdıqları bir-iki bank kartı, bir ədəd şəxsiyyət vəsiqəsi olan bir ədəd kişi pul kisəsini oğurluq yolu ilə əldə etdikdən sonra, həmin bel çantasını belinə keçirərək hasardan digər ikimərtəbəli evin həyətinə daxil olmuşdur. O, Ramilin belində çanta ilə digər evə hasardan keçməsini görmüşdür. Özü isə yolda gözləmişdir. Təxminən 25-30 dəqiqə sonra Ramil həmin ikimərtəbəli evin hasarından aşmaqla yola düşmüş və onlar birlikdə qaldıqları evə getmişlər. Yolda Ramil ikimərtəbəli evin yan tərəfindən ikinci mərtəbədəki eyvana çıxmasını və oradakı eyvanın qapısının şüşəsini sındırmaqla əlini salıb qapını içərindən açmasını, evə daxil olarkən yataq otağından 5-6 ədəd müxtəlif markalı mobil telefonlar, bir ədəd nəzik dəmir qutunun içi “50 qəpiklik pullarla tam dolu və bir ədədinin da içində yarımçıq olmaqla “50 qəpiklik lər olan iki orta boylu dəmir qutu, daha sonra dolabın siyirməsindən 2 ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir neçə ədəd gümüş və adi metal olmaqla bijuteriya əşyaları götürməsini demişdir. Həmin gün oğurladıqları qızıllardan boyunbağını Neftçilər metrosunun yaxınlığındakı adını bilmədikləri lombarda Ramil şəxsiyyət vəsiqəsi ilə, guya ona məxsus olmasını deyib qoyaraq 2500 manat pul almışlar. Ramil həmin boyunbağının ona məxsus olmasını demiş və sənədə imza etmişdir. Sonrakı gün isə iki qızıl üzuk və bir ədəd sırğanı M.Əcəmi metrosunun yaxınlığında yerləşən qızıl mağazasına onların Ramilə məxsus olmasını deyib, 490 manata satmışlar. Ramil yenə sənədlərə imza etmişdir ki, həmin qızıllar ona məxsusdur. Bundan sonrakı gün isə bir ədəd qızıl qolbağı M.Əcəmi metrosunun yaxınlığında yerləşən digər qızıl mağazasına onun Ramilə məxsus olmasını deyib, 1800 manata satmışlar. Ramil yenə sənədlərə imza etmişdir ki, həmin qızıl ona məxsusdur. Lakin həmin mağazanın dəqiq yerini xatırlamır. Oğurladıqları 50 qəpiklər 203 manat pul etmiş və onları xərcləmişlər. Digər gümüş olmasını ehtimal etdikləri və adi metaldan olan bijuteriya əşyalarını tullamışlar. Mobil telefonlar isə bel çantası ilə birlikdə evlərində imiş. Bundan bir neçə gün sonra polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və özləri könüllü olaraq mobil telefonları və bel çantasını polis əməkdaşlarına təqdim etmişlər. Oğurladıqları həmin pulları Ramillə aralarında eyni olmaq bölmüş və hərəsi öz borcuna və digər yerlərə xərcləyib bitirmişlər. Oğurladıqları həmin şalvar, bank kartları, pul kisəsi və şəxsiyyət vəsiqəsini, digər evdən oğurladıqları bijuteriyaları zibilə atmışlar. Qoz ləpəsini isə yemişlər. Bank kartları və şəxsiyyət vəsiqəsini elə yolda zibilə atmışlar. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həsb yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşamışdır. Heç bir psixoloji və ya digər xəstəliyi yoxdur, hər hansı psixoloji və ya digər kabinetdə qeydiyyatda deyildir. Əvvəllər oğurluq, soyğunçuluq etdiyi və narkotik vasitələr qəbul etdiyi üçün məhkum olunmuşdur. Həbsdən çıxdıqdan sonra özünə iş tapmaqda çətinlik çəkdiyi üçün və başqa qazanc yeri olmadığından oğurluq etmək üçün həbs yoldaşı olmuş Təqsirləndirilən şəxs1 ilə zəngləşib görüşərək planlar qurmağa başlamışlar. İsmayıl ondan yaşlı olduğu üçün oğurluğa gedərkən onun həyət evlərinin qarşısında, yolda dayanıb gəlib- gedənin olub-olmamasına nəzarət edəcəyi, özünün isə hasarin üzərindən keçməklə evin həyətinə, oradan da evin pəncərəsindən və ya qapısından evə daxil olacağı və oğurluq edəcəyi barədə razılaşmışlar. Beləliklə təxminən 26 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Ramillə birlikdə oğurluq etmək üçün Sabunçu rayonu ərazisində, sonradan ünvanının Axundzadə küçəsi 69 və 71 olmasını bildiyi evlərin qarşısına gəlmişlər. Orada qonşu olan biri birmərtəbə, digəri isə iki mərtəbəli ev görmüşlər. İsmayıl ilə həmin evlərdən oğurluq etmək üçün o, yolda dayanmış və gəlib-gedəni gözləməyə başlamışdır. Əgər kimsə gəlsə İsmayıl fit çalacaq və o bunu eşidəndə tez bir zamandan evdən çıxıb qaçacaqlarmış. Beləliklə, ilk əvvəl birmərtəbəli evin qarşısında olan, üstü örtülü, qeyri yaşayış yerinin damı ilə hərəkət edib, arxa tərəfinə aşıb həyətinə daxil olmuşdur. Oradan da açıq olan qapıdan evə daxil olub, evdən bel çantasının içərisində bir neçə kiloqram qoz ləpəsi, 4 ədəd şalvar, bir ədəd kişi ətri, bir cüt idman ayaqqabısı və içərisində sonradan yolda zibilə atdıqları bir-iki bank kartı, bir ədəd şəxsiyyət vəsiqəsi olan bir ədəd kişi pul kisəsini oğurluq yolu ilə əldə etdikdən sonra, həmin oğurladıqlarını bel çantasına yığıb, bel çantasını da belinə keçirərək, idman ayaqqabısını isə geyinərək hasardan digər ikimərtəbəli evin həyətinə daxil olmuşdur. Orada həyətdəki birmərtəbəli evin damına çıxıb və ikinci mərtəbədəki eyvana çıxıb və oradakı eyvanın qapısının şüşəsini sındırmaqla əlini salıb qapını içərindən açmışdır. Evə daxil olarkən yataq otağından 1 ədəd mobil telefon, bir ədəd nazik dəmir qutunun içi “50 qəpiklik pullarla tam dolu və bir ədədinin da içində yarımçıq olmaqla “50 qəpik”lik lər olan iki kiçik boylu qab, daha sonra dolabın siyirməsindən 2 ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və pilləkənin yanındakı şüşəli dolabdan 4 ədəd müxtəlif markalı mobil telefonlar, bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir neçə ədəd gümüş olmasını zənn ediyi və adi metal olmaqla bijuteriya əşyaları oğurlayaraq evdən çıxmışdır. Həyətlərə daxil olarkən darvazanın qapısını əli ilə arxa hissədən bağlamışdır ki, kimsə gələrsə rahat şəkildə qapını açıb həyətə daxil olmasın. Həmin gün oğurladıqları qızıllardan boyunbağını Neftçilər metrosunun yaxınlığındakı adını bilmədiyi lombarda öz şəxsiyyət vəsiqəsi ilə, guya ona məxsus olmasını deyib girov qoyaraq 2500 manat pul almışlar. Lombarda 1 həftəyə gəlib qızılını çıxaracağını demişdir. Həmin boyunbağının ona məxsus olmasını bildirib sənədə imza atmışdır. Sonrakı günlərdə isə iki qızıl üzük və bir ədəd sırğanı M.Əcəmi metrosunun yaxınlığında yerləşən qızıl mağazasına onların da ona məxsus olmasını deyib, 490 manata satmışlar. O, yenə sənədlərə həmin qızılların ona məxsus olması ilə bağlı imza etmişdir. Bundan sonrakı gün isə bir ədəd qızıl qolbağını M.Əcəmi metrosunun yaxınlığında yerləşən digər qızıl mağazasına onun da özünə məxsus olmasını deyib, 1800 manata satmışlar. O, yenə sənədlərə qızılların ona məxsus olması ilə bağlı imza etmişdir. Lakin həmin mağazanın yerini dəqiq bilmir. Oğurladıqları 50 qəpiklər 203 manat pul etmiş və o pulu xərcləmişlər. Digər oğurladıqlarə bel çantası mobil telefonlarla birlikdə evlərində olmuşdur. Bundan bir neçə gün sonra polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və onları saxlayarkən özləri könüllü olaraq mobil telefonları və bel çantasını polis əməkdaşlarına təqdim etmişlər. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 qızının nümayəndəsi (atası) X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, səhər saat 7 radələrində o evdən çıxıb, işə getmişdir. Onun qızı Nərmin həmin gün, saat təxminən 16:40 radələrində evə qayıdarkən həyət darvazasının qapısının içəri tərəfindən əllə bağlandığını aşkar etmişdir. Nərmin qonşuluqda yaşayan dayısıgilin həyətindən öz həyətlərinə keçmiş və evinin birinci mərtəbəsindəki pəncərələrinin üzərində olan dəmir barmaqlıqların əzilməsini görmüşdür. Qızı evə daxil olarkən birinci mərtəbədəki pilləkənin yanında olan şüşəli dolabda olan 4 ədəd, yəni dəyəri 50 manat olan “İphone 5” markalı, dəyəri təxminən 100 manat olan “Huavey” markalı, dəyəri təxminən 20 manat olan “Lenova” markalı və dəyəri 10 manat olan “Samsung” markalı mobil telefonların, ona məxsus dəyəri təxminən 1000 manat olan bir ədəd qadın qızıl üzük, dəyəri 2000 manat olan bir cüt sırğa, dəyəri 300 manat əlavə bir cüt qızıl sırğa, dəyəri 800 manat olan əlavə bir ədəd qadın qızıl üzüyü, dəyəri 500 manat olan bir ədəd kişi üzüyü və dəyər təxminən dəyəri 200 manat olan bir ədəd qadın ətirin oğurlanmasını aşkar etmişdir. İkinci mərtəbəyə qalxarkən yataq otağındakı dolabdan dəyəri 7650 manat olan bir ədəd qadın qızıl boyunbağı və bir ədəd dəyəri təxminən 2000 manat olan qızıl qadın bilərziyi, içərisində təxminən 200 manat civarında 50 qəpikliklər olan 2 ədəd dəmir qab, dəyəri təxminən 10 manat olan “Samsung” markalı mobil telefonun və dəyəri tərxminən 500 manat olan gümüş və adi metaldan olan bijuteriya əşyalarının da oğurlanmasını aşkar etmişdir. Nərmin dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə gələrək baxış keçirmişlər. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda dostları ilə kirayə yaşamışdır. Onlar hər gün tezdən çıxıb işə gedir və evin qapısını çox vaxt bağlamasalar da darvazanı çöl tərəfdən qıfılla bağlayırlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o evdən çıxıb, işə getmişdir. Ondan da sonra digər ev yoldaşı Sərxan evdən çıxmış və darvazanı bağlayıb getmişdir. Həmin gün saat 23 radələrində evə gələrkən otaqdan ona məxsus 60 manat dəyərində olan 04 ədəd şalvar, 20 manat dəyərində 4 kq qoz ləpəsi, 20 manat dəyərində bir ədəd kişi ətiri, 30 manat dəyərində bir ədəd idman ayaqqabısı, 20 manat dəyərindən bir ədəd pul kisəsi, 30 manat dəyərində bir ədəd bel çantası, 10 manat dəyərində bir ədəd “Leobank” və 10 manat dəyərində bir ədəd “Kapitalbank” bank kartı, bir ədəd şəxsiyyət vəsiqəsinin oğurlanmasını görmüşdür. Dostlarından bu barədə soruşan zaman onlar heç nədən xəbərləri olmadıqlarını, özlərinin elə bir oğurlanası əşyalarının olmadığı üçün onların oğurlanmış əşyalarının olmadığını demişlər. O da bundan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda adsız lombardda satıcı işləyir. Onun işi gətirilmiş qızılların həqiqiliyini müəyyən edib, qiymətini təyin edib, qəbul etmək və ödəniş verməkdir. Belə ki, 26 dekabr 2023-cü il tarixdə günorta saatlarında sonradan adının Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxs lombarda gəlib, cibindən bir ədəd qadın boyunbağısı çıxarıb, həyat yoldaşının boyunbağısı olmasını deyib, lombarda qoyub pul almaq istədiyini bildirmişdir. O da boyunbağını qəbul edib, onun 750 əyar qızıl olmasını görmüş və çəkisinin də 40 qram olmasını deyərkən həmin Ramil adlı şəxs tez bir zamanda gəlib lombarddan pulunu ödəyərək qızılını geri alacağını, buna görə də bacardığı qədər həmin qızılı yüksək məbləğə qəbul etməyini xahiş etmişdir. O da buna görə onun qızılının qramını 55 və ya 56 manatdan deyil, 62 manat 50 qəpikdən hesablayıb, ona 2500 manat təklif etmişdir. Ramil razılaşaraq bir həftəyə yoldaşı ilə gəlib, qızılın pulunu ödəyib, geri alacağını dediyi üçün onun şəxsiyyət vəsiqəsini alıb, qeydlər aparıb, birov bileti tərtib etmiş və Təqsirləndirilən şəxs2 müvafiq yerlərdə imzalar etməklə həmin qızılın ona məxsus olmasını təsdiq etdikdən sonra o 1 ay müddətinə ona 2500 manat pul vermişdir. Qızılı qəbul edib, girov biletinin əslini Ramilə vermişdir. Ramillə razılaşmalarına əsasən o 1 ay müddətində gəlib, 2700 manat pul verərsə bankda olan qızılını geri ala biləcək, əks halda qızıl satılacaqdı. Bu barədə qeyd dəftərində qeydlərini aparmış və girov biletin sürətini həmişə olduğu kimi otağındakı dolaba qoymuşdur. Bundan təxminən 10 gün sonra, yəni 2024-cü ilin yanvar ayının əvvəllərində Ramil yenə mağazaya gəlib, bu dəfə də 3,3 qram olan bir ədəd qadın üzüyünü lombarda qoymaq istəmişdir. O da ona 200 manat təklif edərkən Təqsirləndirilən şəxs2 razılaşsa da onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün o artıq onun üzüyünü özünə qaytarmış və bundan sonra Ramil çıxıb getmişdir. Boyunbağını qəbul etdiyi gündən 1 ay keçdikdən sonra həmin qızılı gəlib pulunu verib, bankdan çıxaran olmadığı üçün qızıl bankdan çıxarılaraq satılmışdır. Buna görə də hazırda istintaqa Təqsirləndirilən şəxs2 qəbul etdiyi boyunbağının özünü deyil, qəbul etdiyi zaman girov biletinin sürətini və Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin üzərində qeydlər aparılmış sürətini təqdim edir. Şahirlər Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” univermağının yaxınlığındakı adsız qızıl alqı-satqı mağazasında satıcı işləyir. Həmin mağazanı atası icarə müqaviləsi əsasında işlədir və o vergi ödəyicisidir. O, mağazada rəsmi müqavilə olmadan, atasına kömək etmək üçün işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17:30 radələrində mağazada olmuşdur. Bu zaman bir nəfər sonradan ad soyadının Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxs mağazaya daxil olmuşdur. O, iki ədəd ( kişi və ya qadın üzüyü olmasını xatırlamır ) üzük və bir cüt sırğa verərək onları satmaq istəməsini demişdir. O ala biləcəyini deyərkən o həmin qızılları ona vermişdir. O qızılların çəkisini yoxlayarkən 8 qram olmasını görmüş və onları 490 manata ala biləcəyini demişdir. O razılaşmamış və qızılları götürüb getmişdir. Təxminən 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs2 təkrar mağazaya gələrək həmin qızılları hələ də 490 manata ala bilib-bilməyəcəyini soruşan zaman o problem olmamasını demiş və qızılları qəbul etmişdir. Ondan qızılların kimin olmasını soruşarkən o həmin qızılların özünə məxsus olmasını və problem olmamasını deyib, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, onun şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və doğum tarixini, qızılların nə olmasını və yararsız olduğu üçün qarşısında “yararsız lom” yazıb mağazanın kitabında qeyd edərək, Ramilin ona dediyi mobil nömrəni qeyd etmiş və həmin hissəyə Ramil öz imzasını çəkmişdir. O da qızılları götürüb, ona 490 manat pul verdikdən sonra Ramil mağazadan çıxıb getmişdir. O, özü mağazaya daxil olarkən, bir nəfər də onunla gəlməsi bilinən şəxs mağazanın qarşısında Ramili gözləmişdir. O, Ramildən qızılları qramını 60 manat olmaqla qəbul etmiş və 480 manat olmağına baxmayaq ona 490 manata qızıllarını ala biləcəyini demişdir. Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” univermağının yaxınlığındakı “Hatəmoğlu Jevellery” adlı qızıl alqı-satqı mağazasını icarə müqaviləsi əsasında işlədir. Rəsmi vergi ödəyicisidir. O, özü mağazada olur və qızılların qəbulu və satışı ilə özü məşğul olur. 29 dekabr 2023-cü il tarixdə Masallı rayonuna getmiş və 02 yanvar 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Həmin müddətdə mağaza işləməsə də ona kömək edən Pərviz, şəxsi işləri ilə əlaqədar mağazanı 1-2 dəfə açıb bağlasa da hər hansı iş görməmiş və qızıl qəbul etməmişdir. Həmçinin o özü və köməkçisi Pərviz də 26 dekabr2023-cü ¡1 tarixdən hazırkı tarixədək olan müddətdə Təqsirləndirilən şəxs2 adlı şəxsdən hər hansı qızıl qəbul etməmişlər. Bunu təsdiq etmək üçün qızıl-alışı satışı kitabını da baxış üçün istintaqa təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 dair epizod üzrə oğurluq hadisəsinin baş verdiyi yer ünvan 9 ünvanıdır, oğurluq evin yataq otağında baş vermişdir (i.v.7-10). “Götürmə aparılması barədə” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, oğurluqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularkən üzərlərində olan 05 ədəd müxtəli adda mobil telefonları və bir ədəd bel çantasını könüllü olaraq təqdim etmişlər (i.v.17). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 dair epizod üzrə oğurluq hadisəsinin baş verdiyi yer ünvan 10 ünvanıdır, oğurluq evin 2-ci mərtəbəsində baş vermiş, həmin mərtəbəyə daxil olan şəxslər eyvandan qapını sındırma yolu ilə evə daxil olmuşlar (i.v.80-84). “İfadənin yerində yoxlanılması haqqında” 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanına hansı formada daxil olmalarını, oğurluq hadisəsinin baş verdiyi yeri və mexanizmi əyani şəkildə göstərmişdir (i.v.108-117). “İfadənin yerində yoxlanılması haqqında” 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 292 ünvanda yerləşən Lombardın qarşısına gələrək ünvan 10 ünvanından oğurluq edərək əldə etdikləri bir ədəd boyunbağını girov qoyduqları lombardı göstərmişdir (i.v.118-119). “İfadənin yerində yoxlanılması haqqında” 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 292 ünvanda yerləşən Lombardın qarşısına gələrək ünvan 10 ünvanından oğurluq edərək əldə etdikləri bir ədəd boyunbağını girov qoyduqları lombardı göstərmişdir (i.v.120-121). “İfadənin yerində yoxlanılması haqqında” 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 3005-ci məhəlləd yerləşən lombardın qarşısına gələrək ünvan 10 ünvanından oğurluq etdikdən sonra ələd etdikləri qızıl-zinət ışyalarını girov qoyduğu mağazaları göstərmişdir (i.v.122- 124). “CD diskə baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etmək üçün göstərilən ünvana gedərkən yaxınlıqdakı mağazada olan videogörüntülərə baxış keçirilən zamanı ilk videoda tarix xx.xx.2023-cü il, saat isə 12:18 dəqiqəni göstərir. Həmin görüntüdə təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etmək üçün göstərilən ünvana gedərkən yaxınlıqdakı mağazanın qarşı hissəsindən keçmələri müəyyən edildi. Təqsirləndirilən şəxs2 ayağında qara ayaqqabı vardır və belində bel çantası yoxdur. Baxış zamanı ikinci videogörüntüdə isə tarix xx.xx.2023-cü il, saat isə 13:52 dəqiqəni göstərir. Həmin görüntüdə təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etdikdən sonra ünvan 12 ünvanlarının qarşısından yaxınlıqdakı mağazanın yan tərəfinə doğru piyada hərəkət etmələri müəyyən edildi. Təqsirləndirilən şəxs2 ayağında bu zaman oğurladığı qara rəngli idman ayaqqabısı vardır və belində isə oğurladığı bel çantası vardır (i.v.182). “Sənədlərə baxış keçirilməsi haqqında” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış 2 ədəd qızıl üzük və bir cüt qızıl sırğa satılarkən mağazanın kitabında yazılmış qeydlərin sürətinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, alqısatqı qəbzində “xx.xx.2023-cü il, Təqsirləndirilən şəxs2 Fərzi oğlu, xx.xx.1984 AA*******” və sənədin aşağı hissəsində malın adı qrafikasında “üzük (2), sırğa(1) yararsız(lom)” yazılmış, sayının 3 ədəd olması, alış qiymətinin isə 490 manat olması yazılmışdır. Həmçinin sənədin aşağı sağ hissəsində 055 *** ** ** möbil nömrənin yazılması və imza edilməsi müəyyən edilmişdir (i.v.189). “Sənədlərə baxış keçirilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 Zərərçəkmiş şəxs1 evindən oğurlanaraq ələ keçirilmiş 1 ədəd qızıl boyunbağı satılarkən lombardın Girov Biletində alqı-satqı zamanı aparılmış qeydlərin sürətinə və Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin sürətindəki yazılar olan sənədin sürətinə baxış zamanı Girov Biletində “xx.xx.2023-cü il, Təqsirləndirilən şəxs2 Fərzi oğlu, xx.xx.1984, AA*******” “26 yanvar 2023 il, iki min beş yüz manat, Ssuda üzrə 2700 manat, 1 əd sep- 40 q 1750”, sağ tərəfdə isə “2500 **********” yazılar vardır. Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin sürətindəki yazılar olan sənədin sürətinə baxış zamanı isə Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin sürətinin orta hissəsində “özümə məxsusdur, oğurluq deyil, imza edilmiş və Təqsirləndirilən şəxs2F xx.xx.2023” yazılmışdır (i.v.197). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2024-cü il tarixli, 3-16-16/2- 9/470/2024 saylı rəyindən görünür ki, qara rəngli Çin istehsalı üzərində “Seri Jakal” yazıları olan bel çantasının ümumi qiyməti 10 manat, **********43525 İMEİ kodlu, Çin istehsalı “İphone” markalı, “A1583” modelli mobil telefonun qiyməti 50 manat, “Lenova” markalı, A6020A40” modelli Çin istehsalı mobil telefonun qiyməti 45 manat, **********38179 və **********58158 İMEİ kodlu “Huawei” markalı, “DUB-LX” modelli Çin istehsalı mobil telefonun qiyməti 40 manat, “Samsung” markalı, “GT-S5830” modelli mobil telefonun qiyməti 80 manat və 355696\05\821046\5 İMEİ kodlu, "Samsung” markalı “GT-S5830” modelli mobil telefonun qiyməti 40 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş 06 adda malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 265 manat müəyyən edilir (i.v.208-210). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, iş üzrə ünvan 13 ünvanların yaxınlığında olan mağazadan götürülmüş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd diskin, oğurlanmış 02 ədəd qızıl üzük və bir cüt qızıl sırğa satılarkən mağazanın kitabında yazılmış qeydlərin surətlərinin, 01 ədəd qızıl boyunbağı satılarkən lombardın girov biletində alqı-satqı zamanı aparılmış qeydlərin surətinin, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətindəki yazılar olan qeydlərin surətinin, təqsirləndirilən şəxslərin təqdim etdikləri Zərərçəkmiş şəxs1 evindən oğurlanmış “İphone” markalı, “Lenova” markalı, “Huawei” markalı, “Samsung” markalı, “GT-S5830 modelli, “Samsung” markalı, “GT-S5830” modelli mobil telefonların və Zərərçəkmiş şəxs2 məxsus bir dədə üzərində “Seri Jakala” yazısı olan bel çantasının maddi sübut kimi tanınması, bir ədəd diskin və qeyd olunan sənədlərinin surətlərinin cinayət işinə əlavə edilməsi, 05 ədəd mobil telefoonun və 01 ədəd bel çantasının müvafiq olaraq zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması qərara alınmışdır (i.v.220-228). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin, hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Tutma haqqında” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, X3 13 yanvar 2024-cü il tarixdə, saat 18:10-da tutulmuşdur (i.v.44). “Tutma haqqında” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2024-cü il tarixdə, saat 20:00-da tutulmuşdur (i.v.64). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 4(008)- 29/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 13 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.171-174). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 4(008)- 30/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 13 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.175-178). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2012-ci il tarixli qərarına əsasən AR CM-nin 128-ci maddəsi ilə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 dekabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 mart 2018-ci il tarixli qərarına əsasən cəzası 06 ilə endirilmiş, 11 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 oktyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.213-215). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 23 may 2007-ci il atrixli hökmünə əsasən AR CM-nin 178.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 avqust 2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 234.-ci maddələri təqsirli bilinərək qəti olaraq 02 il müddətə nəqliyyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin 19 may 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2016cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 317-2.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 03 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir, 17 avqust 2023-cü il tarixdə Xəzər RPİ tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 10 oktyabr 2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.216-219). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 1(010)- 24/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona 03 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 01 il 01 ay 14 gün hissəsi hazırki hökmlə təyin edilmiş əsas cəzaya AR CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən tam birləşdirilməklə üzərində qəti olaraq 01 il 01 ay 14 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(008)- 194/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıla müddəti 15 gün uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(008)- 195/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıla müddəti 20 gün, yəni 03 may 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayət nəticəsində dəymiş ziyanın qismən aradan qaldırılmasını (CM-nin 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayət nəticəsində dəymiş ziyanın qismən aradan qaldırılmasını (CM-nin 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi ejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, AR CM-nin 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş əsas cəzaya birləşdirilməklə üzərində qəti cəza saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut-ünvan 13 ünvanların yaxınlığında olan mağazadan götürülmüş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk, oğurlanmış 02 ədəd qızıl üzük və bir cüt qızıl sırğa satılarkən mağazanın kitabında yazılmış qeydlərin surətləri, 01 ədəd qızıl boyunbağı satılarkən lombardın girov biletində alqı-satqı zamanı aparılmış qeydlərin surəti, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətindəki yazılar olan qeydlərin surəti cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- “İphone” markalı, “Lenova” markalı, “Huawei” markalı, “Samsung” markalı, “GT-S5830 modelli, “Samsung” markalı, “GT-S5830” modelli mobil telefonların Zərərçəkmiş şəxs1, bir ədəd üzərində “Seri Jakala” yazısı olan bel çantasının isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsin hər birindən 25 manat olmaqla tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 04 ay 10 gün hissəsi hazırki hökmlə təyin edilmiş əsas cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 04 ay 10 gün müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-ünvan 13 ünvanların yaxınlığında olan mağazadan götürülmüş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk, oğurlanmış 02 ədəd qızıl üzük və bir cüt qızıl sırğa satılarkən mağazanın kitabında yazılmış qeydlərin surətləri, 01 ədəd qızıl boyunbağı satılarkən lombardın girov biletində alqı-satqı zamanı aparılmış qeydlərin surəti, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətindəki yazılar olan qeydlərin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut-“İphone” markalı, “Lenova” markalı, “Huawei” markalı, “Samsung” markalı, “GT-S5830 modelli, “Samsung” markalı, “GT-S5830” modelli mobil telefonların Zərərçəkmiş şəxs1, bir ədəd üzərində “Seri Jakala” yazısı olan bel çantasının isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat olmaqla tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə hökm 20 (iyirmi) gün müddətin başa çatdığı gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-363/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-363/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver