Məhkəmə qərarları › İş №1(008)-364/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-364/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-364/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəlyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Əliyev Səməd Eyyub oğlunun iştirakıilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, «xxxxxxxxxxxxxxxxxx» ASC-də yol montyoru vəzifəsində işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağayev X6 qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.252 qram, 0.046 qram, 0.044 qram, 0.045 qram, 0.044 qram, ümumi təmiz çəkisi 0.431 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarında bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0.041 qram psixotrop maddə olan metamfetamin 40 manata almaqla qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış 15 may 2020-ci il tarixdə, saat 19:00 radələrində Sabunçu RPİ-in PPXB-in əməkdaşları tərəfindən Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində saxlanılaraq 13-cü PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki «Nokia» markalı mobil telefonun arxa hissəsindən beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.252 qram, 0.046 qram, 0.044 qram, 0.045 qram, 0.044 qram, ümumi təmiz çəkisi 0.431 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd bükümdə ümumi təmiz çəkisi 0.041 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Ağayev Elçin Çingiz oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən «Stimul hospital»ın qarşısında dayanarkən iki nəfər post patrul xidməti əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan şəxsiyyəti təsdiq edən sənəd istədikdə o, üzərində sənəd olmadığını bildirib qaçmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlayıb Bölməyə gətirmişlər. Bölmədə onun şəxsiyyəti dəqiqləşdirilərək izahatı alınmış və o izahatında narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməyini bildirmişlər. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli «Nokia» markalı mobil telefon, sol yan cibindən bir ədəd «İphone» markalı mobil telefon, həmin şalvarın arxa sağ cibindən bir ədəd «Kent» markalı siqaret qutusunu təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 5 manatlıq, bir ədəd 10 manatlıq pul əskinazları və bir ədəd alışqan aşkar edilmişdir. Şəxsi axtarış zamanı «Nokia» markalı mobil telefona baxış keçrilərkən telefonun arxa hissəsində akkumlyatorun olmadığı müəyyən olunmuş və boş olan hissədə altı büküm siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin müəyyən olunmuşdur. Sorğu zamanı həmin narkotik vasitələri özü istifadə etmək üçün Əmircan qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 40 manata alıb üzərində saxladığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 19:00 radələrində post yoldaşı polis serjantı Şahid1 ilə birlikdə 13-cü Polis Bölməsinin inzibati ərazisində xidmət apararkən Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində bir nəfər şəxsin getdiyini görüb, karantin rejimi qaydalarının tətbiqi ilə əlaqədar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyini tələb etmişlər. Həmin şəxs onlara dağınıq cavab vermiş, onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olduğunu və onlardan qaçmağa çalışdığını hiss etmişlər. Həmin şəxsi üzərində əlavə olaraq narkotik vasitə olması ehtimalına görə şəxsi Sabunçu RPİ-in 13-cü PB-nə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etməyərək Sabunçu RPİ-in 13-cü PB-nə gəlmişdir. Bölmədə aparılan ilkin araşdırma zamanı həmin şəxsin «xxxxxxxxxxxxxxxxxx» ASC-də yol montiyoru vəzifəsində işləyən, Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onlar birlikdə müvafiq raport tərtib edərək şöbənin növbətçi hissəsinə təqdim etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış və o izahatında saxlanılmamışdan əvvəl narkotik vasitədən istifadə etdiyini bildirmişdir. E.Ç. Ağayevin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsin üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra şəxsin üzərinə baxış keçirilmiş və həmin şalvarın sol yan cibindən bir ədəd 05 manatlıq, bir ədəd 10 manatlıq pul əskinası, bir ədəd alışqan aşkar edilmişdir. Qara rəngli «Nokia» markalı mobil telefona baxış keçirilmiş və telefonun arxa hissəsini açdıqda telefonun batareyasının olmadığını və həmin hissədə 06 ədəd ağ rəngli kağız bükümlər aşkar etmişlər. Həmin bükümlərin 05 ədədində içərisində isə qəhvəyi rəngli maddə, 01 bükümdə isə ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nəsrəddin oğlu ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 19:00 radələrində post yoldaşı polis serjantı Şahid2 ilə 13-cü Polis Bölməsinin inzibati ərazisində xidmət apararkən Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində bir nəfər şəxsin getdiyini görüb karantin rejimi qaydalarının tətbiqi ilə əlaqədar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyini tələb etmişlər. Bu zaman həmin şəxs onlara dağınıq cavab vermiş, onlar həmin şəxsin narkotik vasitənin təsiri altında olduğunu və onlardan qaçmağa çalışdığını görmüşlər. Həmin şəxsi üzərində əlavə olaraq narkotik vasitə olması ehtimalına görə şəxsi Sabunçu RPİ-in 13-cü PB-nə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etməyərək Sabunçu RPİ-in 13-cü PB-nə gəlmişdir. Bölmədə aparılan ilkin araşdırma zamanı həmin şəxsin «xxxxxxxxxxxxxxxxxx» ASC-də yol montiyoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onlar birlikdə müvafiq raport tərtib edərək şöbənin növbətçi hissəsinə təqdim etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış və o izahatında saxlanılmamışdan əvvəl narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsin üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra şəxsin üzərinə baxış keçirilmiş və həmin şalvarın sol yan cibindən bir ədəd 05 manatlıq, bir ədəd 10 manatlıq pul əskinası, bir ədəd alışqan aşkar edilmişdir. Qara rəngli «Nokia» markalı mobil telefona baxış keçirilmiş, telefonun arxa hissəsini açdıqda telefonun batareyasının olmadığını və həmin hissədə 06 ədəd ağ rəngli kağız bükümlər aşkar etmişlər. Həmin bükümlərin 05 ədədində içərisində isə qəhvəyi rəngli maddə, 01 bükümdə isə ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/789 saylı, 16 may 2020-ci il tarixli məhkəmə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursonrlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» əl yazıları olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.252 qram, 0.046 qram, 0.044 qram, 0.045 qram, 0. 044 qram, ümumi təmiz çəkisi 0,431 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0.041 qram ağ rəngli, kristal şəkilli kütlə ksutar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 05 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasınını qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində» dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir.Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində» dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahsına (Siyahı 01) daxildir. Heroinin təmiz çəkisi 0.431 qram, sərf edildi 0.05 qram, qalıq 0.381 qram, metamfetamin təmiz çəkisi -0.041 qram, sərf edildi-0.03 qram, qalıq 0.011 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator X1 2257 saylı, 19 avqust 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkloji dispanserində qeydiyyata alınması məəsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş video görüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs Çingiz oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, ailənin yeganə qazanc şəxs gətirən şəxsin olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan xx xxx 2020-cuil tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,07). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Ağayev X7 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 44). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında xx xxx 2020-ci il tarixli Bakı şəh., Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 67). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 72). Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə icra vəprobasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı işvə ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 01(bir) gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Çingiz oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.381 qram heroin, 0.011 qram metafmfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Çngiz oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Çingiz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Çingiz oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağayev Elçin Çingiz oğlunun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 01 (bir) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs Çingiz oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Çingiz oğlunun yaşayış yeri üzrə Bakı şəh., Sabunçu rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Çingiz oğlunun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.381 qram heroin, 0.011 qram metafmfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar