Məhkəmə qərarları › İş №1(008)-366/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-366/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-366/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Xüsusi ittihamçı X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə Xüsusi ittihamçı X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 qarşı böhtan və təhqir xarakterli məlumatların yayılmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 qarşı böhtan və təhqir xarakterli məlumatların yayılmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini ləkələyən, cinayətdə əsassız olaraq ittiham etməklə onun barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X1 Cinayət Məcəllsinin 148-ci maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, R.M.Ağayev 08 iyul 1981-ci il də Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində doğulmuş, "xxxx" MMC-də rəis müavini vəsifəsində işləyir. ünvan 1 ünvanda qeydiyyatdadır, Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov 5/15 ünvanda yaşayır. Şikayət etdiyi şəxs A.M.Mikayılzadəni onun qaynatası Q.Əliyev vasitəsilə tanımışdır. A.M.Mikayılzadə Cinayət Məcəlləsinin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət törətməsi onunla izah olunur ki, A.M.Mikayılzadənin anası Z.Hacıyeva 01 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanda (Hacıyeva Zeybənin mənzilində) «Tik tok» şəbəkəsində açmış olduğu canlı yayımda Arif, anası Zeybə onun adını çəkərək onu tutduracağını, bunların olmaması üçün onun anası Zeybənin və özünün ayaqlarında yalvaracağım təqdirdə bəlkə bağışlayacağını, sonra anası Zeybənin ayağını opərsə bəlkə bağışlayacağını açıq aydın sosial şəbəkədə canlı yayında kütlə qarşısında söyləyir. Anası Zeybədə onda da bağışlamayacağını kütləvi informasiya vasitəsində söyləyir. Arif və Zeybə «Tik tok» şəbəkəsində kütlə qarşisinda onun adını çəkərək işlətdiyi ifadələrlə onu təhqir edərək şərəfini, ləyaqətini ləkələmişdi. Bu hadisə Z. Hacıyevanın ünvan 3 ünvanda yerləşən mənzildə, 01 iyun 2022-ci il tarixdə, gecə saat 00:34 radələrində baş vermişdir. A.M.Mikayılzadə anası Z.Hacıyeva 01 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanda (Z.Hacıyevanın) «Tik tok» şəbəkəsində açmış olduğu canlı yayımda A.M.Mikayılzadə, anası Z.Hacıyevaya onun adını çəkərək onu tutduracağını bildirir. Bunların olmaması üçün onun anası Zeybənin və özünün ayaqlarıda yalvarmağını sonra isə bəlkə anasının ayağını öpsə bağışlayacağını bildirir. Z.Hacıyeva isə onda da bağışlamayacağını bildirir. Onun barəsində A.M. Mikayılzadənin işlətdiyi ifadələr onun şərəfini, ləyaqətini ləkələmişdir. Yəni kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, bununla da Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bunu iş materiallarına əlavə edilmiş 1 saylı videogörüntü təsdiq edir. 15 avqust 2022-ci il tarixdə Q.Əliyev ona zəng vuraraq kürəkəni A.M.Mikayılzadə tərəfindən anası Z.Hacıyevanın «Tik tok» şəbəkəsində açmış olduğu canlı yayında (qızı) Zehranı hədələyərək özünü və onun adını çəkərək tutdurmaq planının olmasını, bunların olmaması üçün özünün və anası Zeybənin ayaqlarında yalvaracağı təqdirdə bəlkə bağışlayacağını, anasi Z.Hacıyeva sonra isə anasının ayağını öpsə bəlkə bağışlayacağın bildirir. Anası isə hec onda da bağışlamayacağın bildirir. Ona bu danışılanların həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün canlı yayın videosunu ona göndərmişdir. Video çəkilişə baxdıqdan sonra mənəvi və psixoloji sarsıntı keçirmişdir. A.M.Mikayılzadənin anası Z.Hacıyeva ilə etdiyi söhbətdən aydın olur ki, A.M.Mikayılzadə onu şər-böhtanla tutdurmaq fıkirindədir və şərləyərək işlərinin yaxşı getməsi ücün hansısa dövlət məmurlarına verəcəyi pul barədə anası Z.Hacıyevadan vəkilin nömrəsin və 200 manat pul lazım olduğun bildirir. «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər-hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə biməz. İnsan şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə six surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini ləkələyən, cinayətdə əsassız olaraq ittiham etməklə onun barəsində böhtan xarakterli yalan məlumatlar yaymış A.M.Mikayılzadəni Cinayət Məcəllsinin 148-ci maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətdə göstərilənləri qəbul etməyərək, məhkəmədən şikayət göstərilənlərin düz olmadığını bildirmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin «zəruriliyi» əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün «ciddi ictimai tələbatın» mövcud olubolmadığını müəyyən etməlidirlər. Bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Həmin Qərarın 11-ci bəndin əsasən xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə-CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki,xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olubolmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədkidə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul olunmasından imtina olunması haqqında əsaslandırılmış qərar qəbul edilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti verilmiş şikayəti nəzərdən keçirərək, məhkəməyə təqdim edilmiş videodiskdəki görüntüləri izləyərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətlərinin olmamasının qənaətinə gəlinir. Təqdim olunmuş videodiskdə A.M.Mikayılzadənin anası tərəfindən canlı yayım açılsada, həmin görüntüdə ümumiyyətlə A.M.Mikayılzadə görüntülənməmiş, kənardan bir şəxsin gələrək Ramal adlı şəxslə bağlı onu tutduracağı, yalnız anasının ayağına düşərək yalvaracağı təqdirdə onu bağışlayacağını səsləndirsədə, həmin kənardan gələrək video görüntüdə kimliyi görünməyən şəxsin A.M.Mikayılzadə olması, Ramil adlı şəxsin adının çəkməsini bir mənalı olaraq məhz R.M.Ağayev nəzərdə tutmasını və həmin şəxsin anası ilə dialoq quran zaman anasının canlı efirdə olub-olmamasını bilməsi, bunu bilərək qəsdən müvafiq ifadələr işlətməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, A.M.Mikayılzadənin anası tərəfindən canlı yayım zamanı kənardan bir şəxsin Ramal adlı şəxsin adını çəkməsi və onunla bağlı təhqir xarakterli hesab edilməyən ifadələr işlətməsi özü-özlüyündə həmin hərəkətdə cinayətlərinin olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Cinayət Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasıın adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilməmişdir. Belə ki, X2 doğulduğu il tarix, məşğuliyyəti göstərilməmişdir. Bu da onu göstərir ki, Cinayət Prosessual məcəlləsinin 293.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittihamçı X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 qarşı böhtan və təhqir xarakterli məlumatların yayılmasına görə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçı X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 qarşı böhtan və təhqir xarakterli məlumatların yayılmasına görə Cinayət Məcəlləsinin 148ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunsun. Qərarın surəti xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göndərilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar