Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-367/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust 1981 -ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs oğlu “BC” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə ilə idarə etdiyi “Nissan Sunny” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən üzü Qala Ramana qəsəbəsi istiqamətində saatda 50-55 km sürətlə hərəkətdə olarkən «X1» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz tərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə, riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq qanunun bu tələblərinə riayət etməyib yol hərəkət qaydalarını pozaraq yolun əks hərəkət zolağına çıxaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun sağ diz qapağının yerinin dəyişən, qapalı sınığı, sol bazu, sol said, sol dirsək və diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı məhkəmə istintaqı başlamadan öncə təqsirləndirilən şəxsin müdafiəçisi şifahi vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının tətbiq edilərək onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatəti müdafiə edərək barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının tətbiq edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs verilmiş vəsatətə etiraz edərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsinə dair razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət böyük ictimai təhlükə törətməyən cinayət olmaqla sözügedən Amnistiya aktından öncə törədildiyindən onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndi tətbiq edilməli və onun barəsində AR CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilən şəxsin özünün Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndinin tətbiq edilməsinə razılığı nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndi tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən ona yetirdiyi xəsarətə görə dərmanlara xərclədiyi 500 manatın, işləmədiyi müddət ərzində almadığı 04 ay üçün hər ay 250 manat olmaqla, cəmi 1000 manat əməkhaqqının, avtomobilinə dəymiş zərərə görə 5508 manat maddi ziyanın, cəmi 7008 manat məbləğində pulun və ödənilmiş 91 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etsə də, məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndinin tələblərini nəzərə alaraq qeyd edir ki, hazırki halda məhkəmə istintaqı başlamadan təqsirləndirilən şəxs özünü təqsirli bilərək barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının tətbiq edilməsini xahiş etdiyindən və bu səbəbdən məhkəmə istintaqı başlanılmadan, iş üzrə araşdırma aparılmadan cinayət təqibinə xitam verilməsi qanunvericiliyin tələbindən irəli gəldiyindən məhkəmə istintaqı keçirilmədən mülki iddiaya qiymət verilməsi mümkün olmamışdır ki, belə olan halda zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmaqla ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndinə əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Odur ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 39.1.12, 43.3, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndi tətbiq edilməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-367/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-367/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver