Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-369/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Südeyib oğlunun Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,672 qram olan, qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu yaşayış massivinə daşımış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində özünü şübhəli apardığından həmin yerdə Bakı şəhəri Sabunçu RPl-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,672 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisənin baş verməsini tam olaraq xatırlamır, üzərindən üç ilə yaxın vaxt keçmişdir. Lakin həqiqətən də polis əməkdaşları tərəfindən sxalanılarkən üzərində qanunla saxlanması qadağan edilən psixotrop maddə olmuşdur. Maddənin psixotrop olması onun yadında qalmışdır. Miqdarının az olduğunu xatırlayır. Sənədlərdə saxlanılan maddənin miqdarı çox olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə qəbul edir. Həmişə istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxsərdən müxtəlif qiymətlərə alır. 03 avqust 2022-ci ii tarixdə təxminən saat 09-10 radələri aralığında Balaxanı qəsəbəsində ilk dəfə gördüyü bir nəfər şəxslə söhbət zamanı özünün narkotik vasitə alüdəçisi olduğunu demiş, həmin şəxs də ona 10 manata bir büküm, narkotik vasitə heroin təklif etmişdir. O da, razılaşaraq həmin şəxsə 10 manat verməklə 1 ədəd şəffaf sellofan kəsiyində heroin almışdır. O, aldığı heroini sonra istifadə etmək üçün əynindəki mavi rəngli şalvarının sağ cibinə qoymuşdur. Sonra o, heroin aldığı şəxsdən ayrılıb özünə iş axtarmaq üçün getmişdir. Həmin gün saat 18 radələrində o, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Soxozunda küçə ilə gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməsini istəmişlər. Üzərində narkotik vasitə heroin olduğundan polis əməkdaşlarını görən kimi həyəcanlanmışdır. Bu da polis əməkdaşlarında şübhə yaratmış və polis əməkdaşları onu şəxsiyyətinin müəyyən edilməsi üçün onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməyi təklif etmişlər. O da, buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 12-ci PŞ-nə getmişdir. Həmin vaxt o, fürsət tapıb üzərindəki heroini tullaya bilməmişdir. PŞ- də olarkən şəxsiyyəti müəyyən edilmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Həmin vəkil ona təqdim edilmiş, o, da hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Südeyib oğlu tərəfindən müdafiə olunmasına etirazının olmadığını bildirmişdir. Bundan başqa o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-ninn 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 12-ci PŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmiş, həmin protokolları o, imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o, etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində narkotik vasitə heroin olmasını bilirmiş və istəmirmiş ki, həmin heroin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı heroin vəkilin yanında aşkar edilsə vəkil onu gələcəkdə məhkəmədə müdafiə edə bilməyəcəkdir. Məhz bu səbəbdən 12-ci PŞ-də üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən 12-ci PŞ-nin təhqiqatçısı tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim edərək bildirmişdir ki, həmin maddə «kakos» kimi adlandırdığı narkotik vasitə heroindir, həmin heroini Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, onun üzərindən çıxan maddənin metamfetamin olduğunu xatırlayır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixoloji təsir olmamışdır. İfadəsini sərbəst surətdə vermişdir. Video çəkiliş olmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. 03 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozunda xidmətdə olarkən orada yerləşən nömrəsiz fərdi evlərinin birinin yaxınldığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşı olmalarını bildirmişlər. Həmin vaxt yaxınlaşdıqları şəxs həyəcanlanaraq özünü daha da şübhəli aparmağa başlamış, bu da onlarda yaxınlaşdıqları şəxsin narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olması təəsüratı yaratmışdır. Bu səbəbdən də onlar saxladıqları şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Saxladıqları şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ- nə getmiş, PŞ-də olarkən müəyyən edilmişdir ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hərəkətləri ilə narkotik vasitə və ya psixotrop maddə istifadəçisi təəsüratı yaratdığından PŞ-də xidməti otaqların birinə dəvət edilmiş, sonuncu təhqiqatçı Fərhadlı Ülvi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs təhqıqatçı tərəfindən şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə sonuncuya bu barədə bildiriş verilmiş, hüquqularının müdafiə olunması üçün vəkil X8 dəvət edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edilmiş, sonuncu etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı vəkilin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra onun, Əli Ərsalanlının iştirakları ilə X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmiş, həmin vaxt sonuncu könüllü olaraq əynində olan mavi rəngli şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülüdəki maddə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindir, həmin heroin 03 avqust 2022-ci il tarixdə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamış, təxminən 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Üzərindən aşkar edilmiş bir bükümdə heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Qablaşdırılmış zərf PŞ-nin 159 nömrəli möhürü ilə möhürlənmiş, möhürlənmiş zərfi şəxsi axtarış zamanı iştirak etmiş şəxslər, həmçinin Təqsirləndirilən şəxs imzalamışlar. Bundan başqa şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokola onlar və Təqsirləndirilən şəxs imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş məhkəməyədək icraat dövründə Sabunçu RPİ-nin 12-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı İsmayılov X3 Əli Vilayət oğlu ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə təqdim etdi. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə hesab edilən "kakos" olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən bükümü 10 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq vətəndaş narkotik vasitəni 10 il istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişini əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir( i.v. 22-23). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 22 may 2024-cü il tarixli, 3-16-16/2-6/2886 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün Ns160» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs üzərindən ...» sözləri, soyad imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (i.v. 27-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 04 avqust 2022-ci il tarixli, 6/4176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-159” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdəki təmiz çəkiləri 0,672 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heronin təmiz çəkisi 0,672 qram, tədqiqata sərf edilən miqdar- 0,05 qram, qalıq 0,622 qr.(i.v. 34-38). “DVD diskə(video görüntüyə) baxış keçirilməsi haqqında” 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 12-ci PŞ-də keçirilən şəxsi axtarış zamanı görüntülərin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskdə bir ədəd fayl vardır. Həmin fayl açıldıqda müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 12-ci PŞ-də keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış görüntülər vardır. Həmin faylda 12-ci PŞ-də xidməti otaqların birinə şübhəli şəxs Babayev X5 RPİ-nin 12-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis baş leytenantı X2 müşayiətləri ilə daxil olur. Təhqiqatçı polis mayoru Ülvi Fərhadlı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş İçərisində tünd qəhvəyi rəngli maddə aşkar olunaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, ondan aşkar edilmiş maddə "kakos" kimi tanıdığı narkotik vasiət heroindir, həmin heroini Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan bir ədəd büküm qablaşdırılır, qablaşdırılmış zərf PŞ-nin möhürü ilə möhürlənir(i.v. 48-49). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6138 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatortarın birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür( i.v. 85-86). “Sübutların qiymətləndirilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində həmin gün seçilmiş "polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində qeyd olunan xüsusat üzrə cinayət təqibinə xitam verilmiş, bununla bağlı material ayrılaraq rayon prokurorluğuna göndərilmiş, onun üzərindən aşkar edilmiş bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin ümumi təmiz çəkisi 0,672 qram olaraq müəyyən edilmiş heroin iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalmış 0,622 qram heroin məhkəməyədək saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs Üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə 0,672 qramda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmişdir(i.v.104-109). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 03 avqust 2022-ci il tarixdə, saat 18:00-da tutulmuşdur (i.v.13). 05 avqust 2022-ci il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.50-51). Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Zaur Kərimovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azadlığa buraxılmışdır(i.v.70-72). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.73-74). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 08 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, i Təqsirləndirilən şəxs ACDİÜ Məhkəmənin xx.xx.2005-ci il tarixli hökmü ilə XM 180.2.1, 181.2.5-ci, 62 maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir(i.v.77-78). Təqsirləndirilən şəxs sistem üzərindən “digər məhkəmə və icra işləri barədə məlumatdan” görünür ki, şəxsin barəsində yalnız hazırki cinayət işi mövcuddur. Sabunçu Rayon 12-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması, onun başqa cinayətlərdə iştirakı müəyyən edilməmişdir(i.v.84). 26 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs sağalanadək cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v. 92-93). 12 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı təzələnmişdir(i.v 96-97). xx.xx.2025-ci il tarixli qərardadn görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır(i.v.100-101). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitənin növünün metamfetamin olması və miqdarının az olması ilə bağlı hissəsində qeyd edir ki, məhkəməyədək icraat dövründə bunun əksinə olaraq özünün bütün dindirmələrində(şübhəli, təqsirləndirilən), şəxsi axtarış və götürmə aparılması haqqında protokol və digər istintaq hərəkətlərində üzərindən çıxan maddənin heroin olması və miqdarı ilə razılaşmış və buna dair hər hansı etirazı bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ona qarşı hər hansı fiziki və psixi təsir olmadığını ona verilmiş suallarda dəfələrlə etiraf etmişdir. Ən əsası isə təqsirləndirilən şəxs hər hansı vidoe çəkiliş olmadığını bildirsə də, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin video yazısına məhkəmə iclasında baxış keçirilərək tədqiq edilərkən təqsirləndirilən şəxs video çəkilişdə olan şəxsin özü olduğunu və üzərindən aşkar edilmiş maddənin qeyd edildiyi kimi narkotik vasitə olan heroin olduğunu xatırladığını qeyd etmişdir. Bununla bağlı verilmiş suala cavabında hadisənin üzərindən təxminən üç ilə yaxın vaxt keçdiyindən əvvəlcə yalnış xatırladığını, vidoe görüntüyə baxdıqdan sonra üzərindən aşkar edilən vasitənin narkotik vasitə olan heroin olduğunu və miqdarının sənədlərdə qeyd edilən kimi olduğunu bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qramdan 2 qramdək olduqda xeyli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını(AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə ittiham olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları(2-ci qrup əlil), narkotik vasitə olan heroinin miqdarını(0,672 qram) nəzərə alır və onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı(CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Südeyib oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut–ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,622 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi Südeyib oğluna məhkəmə istintaqı zamanı iştirak etdiyi 22 saata(7s*6m=42m, 15s*11m=165m) görə 207 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-369/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-369/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver