Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-37/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1997-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Yardımlı rayonu, Astanlı kəndində qeydiyyatda olan, Bakı şəh., Xəzər rayonu, E.Hüseynov küç., yeni tikilidə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 1979-cu il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatda olan, Bakı şəh., Xəzər rayonu, Mərdakən qəsəbəsi, E.Hüseynov küç., ev 04 - də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonu, Burovar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Burovar kəndində qeydiyyatda olan, Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan ünvan ünvanda tikilməkdə olan bağ evinin həyətinə hasardan aşıb, qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus biri 7 manat olmaqla ümumilikdə 126 manat dəyərində «Norm» markalı 18 kisə sementi və biri 30 manat olan 99 ədəd ümumi dəyəri 2.970 manat olan dəmir dirəkləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 3.096 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan ünvan ünvanda tikilməkdə olan bağ evinin həyətinə hasardan aşıb, qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus biri 7 manat olmaqla ümumilikdə 126 manat dəyərində «Norm» markalı 18 kisə sementi və biri 30 manat olan 99 ədəd ümumi dəyəri 2.970 manat olan dəmir dirəkləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 3.096 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 iyun 2021-ci il tarixdə, saat 23:00 radələrində qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan ünvan ünvanda tikilməkdə olan bağ evinin həyətinə hasardan aşıb, qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus biri 7 manat olmaqla ümumilikdə 126 manat dəyərində «Norm» markalı 18 kisə sementi və biri 30 manat olan 99 ədəd ümumi dəyəri 2.970 manat olan dəmir dirəkləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 3.096 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Allahyarı uzun illərdir ki, tanıyır, qonşuluqda yaşayır, Elgün isə bibisi Xatirənin oğludur. Elgün Cəlilabad rayonunda yaşayır, onlara teztez qonaq gəlib gedir, fəhlə kimi müxtəlif yerlərdə işləyir. 23 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində Elgün və Allahyarla birlikdə Mərdəkan körpüsünün yanında yerləşən adsız kafedə 7-8 litr pivə içmiş və sərxoş olmuşlar. Axşam 21:30 radələrində elə kafedə olarkən birlikdə işlədiyi bağ evinə getməyi, orada olan tikinti materiallarını oğurlayıb, aparaq satmaq barədə qərara gəlmişlər. «Mercedes» markalı olan və sürücüsü tanımadığı taksini yoldan saxlatdırıb 8-ci dalana getmişlər. Həmin dalanın yaxınlığında olan dəniz çimərliyinə gedib, bir neçə dəqiqə dənizdə çimmiş, sərxoşluqdan ayılmışdır. Sonra isə o, telefonla təxminən 23:00 radələrində «166» yükdaşıma xidmətinə zəng etmişdir. Yük avtomobili sifariş etmişlər ki, həmin oğurlayacağı əmlakı yığıb evinin yaxınlığına gətirsinlər. Sonrakı dəqiqələrdə Seymur adlı şəxsin idarə etdiyi «Mitsubishi» markalı, «az ** JG ***» dövlət qeydiyyat nişanlı avtomobil həmin dalana 23:35 radələrində gəlmişlər. Ünvana yaxınlaşmış, həmin ünvanın hasarından aşıb həyətə daxil olub, darvazanı taybatay açmış və həyətə daxil olmuşlar. Sürücüyə oğurluq barədə heç nə deməyib, özlərinə məxsus əmlak kimi oğurlayacağı əmlakları təqdim edib, əmlakı Buzovnaya aparacağı demişlər. Bundan öncə Vüsala zəng edib, əmlakı onun Buzovnadakı həyətinə yığmağını Allahyardan xahiş etmişdir. Əmlakın ona məxsus olmasını, istəsə ona sement də sata biləcəyini demiş, o da etiraz etməmişdir. Sonra həyətdən Elgün və Allahyarla 99 ədəd betonun bərkiməsi üçün nəzərdə tutulan biri 3 metr 20 sm uzunluğunda olan dəmir dirəkləri və 18 kisə «Norm» firmasına məxsus sementi oğurlamışdır. Çöldə onları gözləyən Seymur adlı şəxsin idarə etdiyi yük avtomobilinə yığmışlar.Sonra oradan aralanıb həyətin darvazasını örtüb 24 iyun 2021 tarixdə, saat 00:10 radələrində oradan çıxıb Buzovnaya gəlmişlər. O, Vüsala zəng etmiş, Vüsal oraya gəlib və həyətin qapısı açmış onlar əmlakları oraya boşaltmış, 80 manat pulu isə zəhmət haqqı kimi o, sürücüyə vermiş, sürücü çıxıb getmişdir. Orada olarkən sement kisələrini ümumi 90 manata Vüsala satmış, Vüsalın üzərində 50 manat olduğundan onlara 50 manat pul vermişdir. O, puldan 35 manat götürmüş, 15 manatı isə Allahyara vermişdir. Vüsala hər üçü demişdir ki, əmlaklar onlara məxsusdur. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir, Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanıyır, qonşuluqda yaşayır, onun yaxın qohumu Elgünü isə bir ildir ki,tanıyır. O, Cəlilabad rayonunda yaşayır,qonaq gəlib gedir, fəhlə kimi müxtəlif yerlərdə işləyir. Firdovsini uzun illərdir ki, tanıyır. 23 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində Elgün və Pərvizlə birlikdə Mərdəkan körpüsünün yanında yerləşən adsız kafedə 7-8 litr pivə içmiş, sərxoş olmuşlar. Axşam saat 21-30 radələrində elə kafedə olarkən Pərvizlə və Elgünlə qərara gəlmişlər ki, həmin bağ evinə getsin, orada olan tikinti materiallarını oğurlayıb,aparaq satsınlar, pul əldə etsin,çünki həmin ərəfədə iş olmamış,pula ehtiyacı olmuşdur. Sonra birlikdə üçü həmin bağ evinə markasını unutduğu səhv etmirsə Mercedes markalı olan və sürücüsü tanımadıqları taksini yoldan saxlatdırıb 8-ci dalana getmişlər.Həmin dalanın yaxınlığında olan dəniz çimərliyinə gedib,bir neçə dəqiqə dənizdə çimmiş, sərxoşluqdan ayılmışlar. Sonra isə Pərviz ona məxsus telefonla təxminən saat 23:00 radələrində «166» yükdaşıma xidmətinə zəng etib və yük avtomobili sifariş etmişdir ki, həmin oğurlayacağı əmlakı yığıb evinin yaxınlığına gətirsin. Sonrakı dəqiqələrdə Seymur adlı şəxsin idarə etdiyi «Mitsubishi» markalı, «az ** JG ***» dövlət qeydiyyat nişanlı avtomobil həmin dalana 23:35 radələrində gəlmiş, sonra ünvana yaxınlaşmış,həmin ünvanın hasarından aşan Pərviz həyətə daxil olub, darvazanı taybatay açıb və həyətə daxil olmuşlar. Sürücüyə oğurluq barədə heç nə deməmiş,özünə məxsus əmlak kimi oğurlayacağı əmlakları təqdim edib, əmlakı Buzovnaya aparacağı demiş,bundan öncə Vüsala zəng edib, əmlakı onun Buzovnadakı həyətinə yığmağını xahiş etmiş, əmlakın ona məxsus olmasını,istəsə ona sement də sata biləcəyini demiş, o da ona etiraz etməmişdir. Sonra həyətdən Elgün və Pərvizlə 99 ədəd betonun bərkiməsi üçün nəzərdə tutulan biri 3 metr 20 sm uzunluğunda olan dəmir dirəkləri və 18 kisə «Norm» firmasına məxsus sementi oğurlayıb, çöldə onları gözləyən Seymur adlı şəxsin idarə etdiyi yük avtomobilinə yığmışlar. Sonra oradan aralanıb həyətin darvazasını örtüb 24 iyun 2021-ci il tarixdə, saat 00:10 radələrində oradan çıxıb Buzovnaya gəlmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tez-tez Pərvizgilə qonaq gəlib gedir, fəhlə kimi müxtəlif yerlərdə işləyir. Firdovsini onların vasitəsilə tanıyır, o tikintidə iş icraçısıdır, onun vasitəsilə müxtəlif tikinti aparılan ev və obyektlərdə fəhlə kimi işləmişdir. 23 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində dayısı oğlu Pərviz və Allahyarla birlikdə Mərdəkan körpüsünün yanında yerləşən adsız kafedə təxmini 8 litr pivə içmiş, sərxoş olmuşlar. Axşam 21:3 0 radələrində elə kafedə olarkən birlikdə qərara gəlmişlər ki, həmin onların işlədiyi bağ evinə gedib. Orada olan tikinti materiallarını oğurlayıb, aparaq satmaq, pul əldə etmişlər. Çünki həmin ərəfədə iş olmamış, pula ehtiyacları olmuşdur. Sonra birlikdə həmin bağ evinə markasını unutduğu və sürücüsünü tanımadığı taksini yoldan saxlatdırıb Ləhiş bağları, 8-ci dalana getmişlər. Həmin dalanın yaxınlığında olan dəniz çimərliyinə gedib, bir neçə dəqiqə dənizdə çimmiş, sərxoşluqdan azca ayılmış,sonra isə Pərviz telefonla təxminən saat 23:00 radələrində «166» yükdaşıma xidmətinə zəng etmiş və yük avtomobili sifariş etmişdir ki, həmin oğurlayacağı əmlakı yığıb evimizin yaxınlığına gətirsinlər. Sonrakı dəqiqələrdə Seymur adlı şəxsin idarə etdiyi «Mitsubishi» markalı, «az ** JG ***» dövlət qeydiyyat nişanlı avtomobil həmin dalana 23:35 radələrində gəlmiş, sonra ünvana yaxınlaşmış, həmin ünvanın hasarından aşan Pərviz həyətə daxil olub, darvazanı taybatay açmış və həyətə daxil olmuşlar. Sürücüyə oğurluq barədə heç nə deməmiş, özünə məxsus əmlak kimi oğurlayacağı əmlakları təqdim edib, əmlakı Buzovnaya aparacağı demişlər. Bundan öncə Vüsala zəng edib, əmlakı onun Buzovnadakı həyətinə yığmağını Allahyar xahiş etmişlər. Əmlakın ona məxsus olmasını, istəsə ona sement də sata biləcəyini hətta ona demiş, o da telefonda etiraz etməmişdir. Sonra həyətdən Pərviz və Allahyarla 99 ədəd betonun bərkiməsi üçün nəzərdə tutulan biri 3 metr 20 sm uzunluğunda olan dəmir dirəkləri və 18 kisə «Norm» firmasına məxsus sementi oğurlayıb, çöldə onları gözləyən Seymur adlı şəxsin idarə etdiyi yük avtomobilinə yığmışlar. Sonra oradan aralanıb həyətin darvazasını örtüb 24 iyun 2021-ci il tarixdə, saat 00:10 radələrində oradan çıxıb Buzovnaya gəlmişlər. Sonra Vüsala zəng etmiş Vüsal oraya gəlmiş və həyətin qapısı açmiş onlar əmlakları oraya boşaltmış, 80 manat pulu isə zəhmət haqqı kimi Pərviz sürücüyə vermiş, sürücü çıxıb getmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsnin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nardaran qəsəbəsi, 8-ci dalan 5382 saylı bağ sahəsini 2015-ci ildə almış , ona məxsusdur, 12 sot torpaq sahəsi olan həmin yerdə təxmini 3 aydır ki, orada 2 mərtəbəli 90 kv sahəsi olan ev tikir. Evin tikinti işlərini Firdovsi adlı şəxsə tapşırmış , çox zaman orada Firdovsi olur, tikintiyə nəzarət edir. 2021-ci ilin iyun ayının ortalarında tikinti işləri üçün 18 kisə biri 7 manata olan «Norm» firmasına məxsus sement, eləcə də 100 ədəd biri 30 manat olan betonun bərkidilməsi üçün nəzərdə tutulan 3 metr 20 sm uzunluğunda dəmir dirəklər alıb, həyətiə gətizdirmişdir. Bundan sonra dəmirləri ustalar quraşdırmışlar. 24 iyun 2021-ci il tarixdə, saat 10:00 radələrində Firdovsi ona zəng edərək, həyətdəki dəmir dirəklərin 99 ədədinin və 18 kisə sementin oğurlanmasını bildirmişdir. O dərhal Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda «Mitsubishi» markalı, «az ** JG ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, gündəlik olaraq növbə ilə şirkətdən gələn zənglərə uyğun ünvanlara gedib yükləri ünvandan-ünvana daşıyır. 23 iyun 2021-ci il tarixdə, 23:15 radələrində operator ona zəng edib adını sonradan bildiyi Pərviz adlı şəxsin nömrəsini yollamış və Ləhiş bağları 8-ci dalandan Buzovnaya yük daşınacağını demişdir. 80 manat zəhmət haqqı kimi ödəniləcəyini bildirmiş o, Pərvizlə əlaqə saxlayıb həmin ünvana getmişlər. Orada üç nəfər şəxsin gözlədiyini görmüş, adını sonradan bildiyi Pərviz, Elgün və Allahyar adlı şəxs yaxınlıqda olan ünvana avtomobili sürdürmüşlər. Sonra onlar ona darvazanın qarşısında gözləməyi xahiş etmişlər. Bundan sonra onlar avtomobildən düşüb həmin həyətə daxil olub, 18 kisə «Norm» sementini və «99» ədəd dəmir dirəkləri avtomobilin yük hissəsinə yığmışlar. O, onlar yükləri yığarkən o, avtomobilin yanında onları gözləyirdi. Sonra onlar oradan aralanıb birlikdə Buzovnaya getmişlər. Orada adını sonradan bildikləri Vüsal adlı şəxsin həyətinə Vüsalın iştirakı ilə əmlakı həyətə həmin şəxslər boşaltmışlar. Sonra Pərviz ona 80 manat zəhmət haqqı kimi pul vermiş, o, oradan çıxıb getmişdir. Sonrakı zamanda ona məlum olmuşdur ki, əmlakları həmin şəxslər əslində oğurlayıblar, əmlaklar onlara məxsus deyil. Onlar oğurluq barədə ona heç nə deməmişlər. Onları əvvəllər tanımamış, əmlakları Elgün, Allahyar və Pərviz yük avtomobilinə yığmışlar. O, onlar əmlakı yığanda küçədə avtomobilin yanında olmuşdur. Onlarla əlbir olmamışdır. Həmin an qapı artıq açıq vəziyyətdə olmuş, onların həyətin hansı hissəsindən oğurluq əmlakı yığıb gətirməyini görməmişdir. Qaranlıq olduğundan o, ancaq avtomobilin yanında olmuşdur. Onlar israrla əmlakın onlara məxsus olmasını deyiblər, həmin şəxslərin azca sərxoş olmasını hiss etmiş, qayıdarkən hətta onlar bir neçə dəqiqə avtomobildə yatmışlar. Məhkəmə iclasında ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə, gecə təxminən 23:50 radələrində Allahyar ona zəng edərək əvvəlcə ondan borc pul istəmiş, uşağının xəstə olmasını demişdir. Sonra isə ona pulunun olmadığını dedikdə 18 ədəd «Norm» markalı sementinin olmasını demişdir. O da sement ona lazım olduğundan buna etiraz etməmişdir. Sonrakı saatlarda Buzovnadakı bağ evinə getmiş, onları qarşılamış Pərviz, Elgün və Allahyar adlı şəxs sementləri bağına yük avtomobilindən boşaltmışlar. Onlara 50 manat pul vermiş, 40 manatını isə sonra verəcəyini demişdir. Pərvizlə Allahyar ondan xahiş etmişlər ki, onlara məxsus olan 99 ədəd dəmir dirəki də oraya boşaltsınlar, səhər radələrində isə əmlakı götürəcəklərini bildirmişlər. Sonra onlar çıxıb getmiş, sonrakı zamanda onların oğurluq etməsini bilmişdir. O, onlarla əlbir olmamış, əmlakın oğurluq olmasını bilməmişdir. Polisə könüllü olaraq bütün əmlakı təqdim etmiş,hadisə barədə danışmışdır. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının 9/4505 saylı, 29 iyul 2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında dəmir dirəyin və sement hadisə baş verən tarixə, yəni 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təminən 1.508.40 manat müəyyən olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 01 iyul 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-2, 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinib, 1.000 manat cərimə cəzasına məhkum edilmişdir. 27 mart 2019-cu il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəh., Yasamal Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 66.2, 66.4, 66.5-ci maddələri ilə 03 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 05 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 01 iyul 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş, Təqsirləndirilən şəxs3 məhkumluğu isə ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirliyi onların özlərinin etirafedici ifadələri ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun az ağır cinayət törətməsini, onun əvvəllər məhkum olunmasını, əməlində cinayətin residivin olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarında olan 25 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 66). Cinayət işinin materiallarında olan 26 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 181). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 26 iyun 2021-ci il tarixli vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbirinin seçidməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 222). Cinayət işinin materiallarında olan 25 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 25 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 85). Cinayət işinin materiallarında olan 26 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 134). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 26 iyun 2021-ci il tarixli vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində «həbs» qətimkan tədbirinin seçidməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 214). Cinayət işinin materiallarında olan 25 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,104). Cinayət işinin materiallarında olan 26 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 164). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 26 iyun 2021-ci il tarixli vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçidməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 218). Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində, Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı- «ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və X4 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «16» sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin başlanğıcı «16» sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «16» sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandıqları 01 gün 25 iyun 2021-ci il tarixdən, 26 iyun 2021-ci il tarixə kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci (hər birindən müştərək qaydada 16 manat 66 qəpik ) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən «02» (iki) il müddtinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə saxlandığı «01» (bir) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «01» (bir) il, «11» (on bir) ay, «29» (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı «16» sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs olunsun və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 02 (iki) il müddtinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı «01» (bir) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı «16» sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs olunsun, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 02 (iki) il, 08 (səkkiz) ay müddtinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi həbsdə saxlandığı «01» (bir) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində 02 (iki) il, 07 (yeddi) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəh., Yasamal Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmək kimi əlavə cəzanın çəkilməmiş 02 (iki) ay, 19 (on doqquz) gün hissəsi Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə hazırki hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs3 üzərində 02 (iki) ay, 19 (on doqquz) gün müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 02 (iki) il, 07 (yeddi) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin başlanğıcı «16» sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs olunsun, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci (hər birindən müştərək qaydada 16 manat 66 qəpik ) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ013601000 0********** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-37/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-37/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver