Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-37/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Zəngilan rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, “Bilgəh” kardioloji sanatoriyasında gözətçi işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Bilgəh” kardioloji sanatoriyası A/Y-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Südçülük Sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə, saat 19:25-də “BC” dərəcəli sürücülük vəsiqəsi və etirabnamə əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyət olan “KİA CEED” minik markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ilə Pirşağı qəsəbəsi istiqamətində yolun sol tərəfdən ikinci hərəkət zolağında 90-100 km/saat sürətlə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsində göstərilən (3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) yol nişanının) yəni, “sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” və “qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək hərəkətdə olduğu istiqamətdə yolun sol tərəfindən sağ tərəfinə keçən piyada X5 ehtiyatsızlıqdan vuraraq sonuncuya onurğa beyninin boyun və bel şöbəsinin əzilməsi, İ-İİ boyun, İİ-İİİ bel fəqərələrinin yerini dəyişən qapalı sınıqları, həmin səviyyədə onurğa beyninin boyun və bel şöbələrinə qansızma, ağciyərlərin hematoması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, sağ bud sümüyünün yerini dəyişən qapalı qəlpəli sınıqları, başın, gövdənin və ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan xəsarətlər yetirərək və zərərçəkmiş şəxs X3 İ-İİ boyun, İİ-İİİ bel fəqərələrinin yerini dəyişən qapalı sınıqları ilə əlaqədar onurğa beyninin boyun və bel şöbəsinin əzilməsi xəsarətləri nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, **-FN-*** dövlət qeyd qeydiyyat nişanlı “KİA CEED” markalı avtomobil ona məxsusdur. Həmin avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi və mülki etibarnaməsi vardır. 26 fevral 2022-ci il tarixdə saat 19:10-da idarə etdiyi **-FN-*** dövlət qeyd qeydiyyat nişanlı “KİA CEED” markalı avtomobili ilə həyat yoldaşı Şahid işlədiyi Kardioloji Sanatoriyadan götürüb evə qayıdarkən idarə etdiyi avtomobilin surəti 90 km/saat olmuşdur. Həmin vaxtı saat 19:25 radələri olmuşdur. O, idarə etdiyi avtomobili ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ləhiş bağları 30-cu dalan deyilən ərazidə üzü Pirşağı qəsəbəsinə tərəf hərəkət istiqamətinin orta xətti ilə hərəkətdə olan zaman arxadan dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobil uzaq vuran işıqlarını yandırıb söndürməklə ona keçmək istədiyini işarə etmişdir. O, həmin avtomobilə yol verdikdən sonra həmin avtomobil onun solundan onun avtomobilini keçdikdən sonra diqqəti yolun ortasında olarkən qəflətən avtomobilinə nəsə dəymişdir. Bundan sonra o, avtomobili dərhal saxlayıb vurduğu şəxsə yaxınlaşmışdır. O, ilk öncə nə edəcəyini bilməmiş və dərhal istifadəsində olan mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək piyadanı vurmağı barədə məlumat vermişdir. Bundan sonra orada olan tanımadığı şəxs təcılı yardıma zəng etmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəldikdən sonra o, özünü polis əməkdaşlarına təqdim edərək hadisəni törədən sürücü olduğunu demişdir. Qeyd etmişdir ki, adını sonradan bildiyi piyada X6 idarə etdiyi avtomobili ilə vurmağı nəticəsində hadisə yerində ölmüşdür. Hadisə vaxtı avtomobilində həyat yoldaşı Şahid olmuş, başqa heç kim olmamışdır. Hadisə zamanı Beyruz Ələskərov hadisə yerində vəfat etmişdir. O, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmir, hadisədən əvvəl spirtli içki və narkotik vasitələrdən istifadə etməmişdir, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olub, hadisənin qarşısını almağa imkanı olmamışdır. O, hadisədən sonra şokda olduğu üçün avtomobil ilə vurduğu Beyruz Ələskərova yaxınlaşandan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş və orada olan tanımadığı şəxslərdən kimsə Təcili yardıma zəng etmişdir. Məhkəmədən onun barəsində bərəat hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, X6 onun atasıdır və nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxs olub. 26 fevral 2023-cü il tarixdə, saat 19:30 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək idarə etdiyi “KİA CEED” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ilə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ləhiç bağları, 30-cu dalan ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini, ehtiyyatsızlıqdan idarə etdiyi avtomobil ilə atası X5 vurduğunu, aldığı xəsarətlər nəticəsində atasının oldüyünü bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 26 fevral 2023-cü il tarixdə, axşam saatlarında əri yaşadıqları ünvana getmək məqsədi ilə idarə etdiyi “KİA CEED” minik markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili onu işlədiyi “Bilgəh” kardioloji sanatoriyasından götürərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ilə Pirşağı qəsəbəsi istiqamətində hərəkət etmişdir. O, ön sərnişin oturacağında əyləşmiş, panik atak yaşadığı üçün Təqsirləndirilən şəxs avtomobili aşağı sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ləhiç bağları, 30-cu dalan ərazisində avtomobil ilə hərəkətdə olarkən anidən avtomobilə nəyinsə dəydiyini hiss edərək avtomobili saxlamış, onlar avtomobildən endikləri zaman bir nəfər kişi cinsli şəxsin xəsarət aldığını, yerdə uzandığı görmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs ilkin olaraq xəsarət almış şəxsə tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım çağırmış, daha sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə anidən baş verdiyi üçün Təqsirləndirilən şəxs avtomobili saxlamaq üçün əyləci sıxmaq imkanı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı müstəntiq avtomobilin hansı sürətlə hərəkətdə olmasını ondan soruşmamış, həmçinin, ifadəsini oxumadan imza etmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 26 fevral 2023-cü il tarixli, 1/731 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 41-ci vərəqəsində olan X4 02 mart 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 42-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu RPİ-nin 06 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “BB413446” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2021 -ci ildən xx.xx.2031 -ci ilədək qüvvədədir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X2 Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması bardə heç bir məlumat qeydə alınmamışdır. Cinayət işinin 43-46-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X7” X12 Sabunçu Rayon Şöbəsinin 17 mart 2023-cü il tarixli, 59 saylı ekspert rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Onurğa beyninin boyun və bel şöbəsinin əzilməsi, l-ll boyun, ll-lll bel fəqərələrinin yerini dəyişən qapalı sınıqları, həmin səviyyədə onurğa beyninin boyun və bel şöbələrinə qansızma, ağciyərlərin hematoması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, sağ bud sümüyünün yerini dəyişən qapalı qəlpəli sınıqları, başın, gövdənin və ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub B.D.Ələskərovu ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törətnmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb, l-ll boyun, ll-lll bel fəqərələrinin yerini dəyişən qapalı sınıqları ilə əlaqədar onurğa beyninin boyun və bel şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisialatlar aşkar edilməmişdir. Cinayət işinin 55-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 56-57-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 04 may 2023-cü il tarixli, 8/1015 saylı rəyindən görünür ki, “Kia Ceed” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin mahdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq yəni, 100 km/saat sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürətin məhdudlaşdırılmasıyol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 87-88-ci vərəqəsində olan 13 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 8/104 saylı rəyindən görünür ki, “Kia Ceed” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metoodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirlən şəxsin məhkəmə istintaqı zamanı idarə etdiyi avtomobilin hərəkət sürətinin 90 km/saat olması ilə bağlı ifadəsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə onun özünün və avtomobildə olan sərnişinin ilkin dindirmə protokolları və cinayət işinin digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-37/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-37/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver