Məhkəmə qərarları › İş №1(008)-37/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-37/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-37/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, müdafiəçi: “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər –Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-328/2024 saylı hökmü ilə barəsində 2 il 7 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, fərdi əməklə məşğul olan, Şərur rayonu, Mahmud kənd ərazi dairəsi, Mahmudkənd kənində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1962-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda AR ƏN PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 noyabr 2022-ci il tarixində “tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında ona müraciət edən Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 3,5 sot torpaq sahəsini satmaq barədə yalan vəd verib 11000 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunun qarşısında ələ keçirib vədinə əldə etməyib aldadaraq Zərərçəkmiş şəxs14 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 dekabr 2022-ci il tarixdə “tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında ona müraciət edən Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində 3 sot torpaq sahəsini satmaq və içində 3 otaqlı ev inşa etmək barədə yalan vəd verib 10000 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunun qarşısında ələ keçirərək vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əibir oian bir qrup şəxs haiında 30 dekabr 2022-ci il tarixdə Tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında ona müraciət edən Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 sot torpaq sahəsini satmaq və adına sənədləşdirəcəyinə dair yalan vəd verməklə 4500 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunun qarşısında ələ keçirərək vədinə əməl etməyib aldadaraq təkrar dələduzluq etmişdir Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ki, ondan ötrü ki, o, saxta sənəddən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edərək 06 yanvar 2021-ci il tarixində ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südlçülük sovxozu ərazisində 10 sot torpaq sahəsini satmaq barədə yalan vəd verib 15000 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunun qarşısında, 08 yanvar 2021-ci il tarixdə isə ünvan 4 ünvanındakı evinin qarşısında 3000 manat pulu cinayətdən xəbəri və iştirakı olmayan X35 vasitəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 18000 manat pulunu ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs17 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayında “tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında ona müraciət edən Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 2 sot torpaq sahəsini satmaq barədə yalan vəd verib 2900 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı Notariat kontorunun qarşısında ələ keçirib vədinə əməl etməyib aldadaraq zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 04 mart 2021-ci il tarixdə “tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında müraciət edən Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib ona Bakı şəhəri, Sabunçu rayonu, X40 ərazisində 7 sot torpaq sahəsini satacağı və adına sənədləşdirəcəyi barədə yalan vəd verib 10000 manat pulunu həmin torpaq sahəsinin yaxınlığında alıb ələ keçirərək vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs5 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 18 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda 6 sot torpaq sahəsini satmaq və adına sənədləşdirəcəyi barədə yaian vəd verməkiə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunun qarşısında 9000 manat pulunu ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs6 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 27 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük massivində yerləşən 11 sot torpaq sahəsini satmaq və adına sənədləşdirmək barədə yalan vəd verib ünvan 5 ünvanında 5500 manat, xx.xx.2021- ci i! tarixdə isə eyni ünvanda 1500 manat olmaqla ümumilikdə 7000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs13 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 18 mart 2022-ci il tarixdə tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında müraciət edən Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 1 sot torpaq sahəsi satmaq və orada pulunu aybaay 400-500 manatdan ödəmək şəxsir ilə 16000 manat müqabilində iki ay ərzində fərdi ev tikəcəyi barədə barədə yalan vəd verib ilkin ödəniş adı ilə 4000 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində adsız kafedə ələ keçirib Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 2022-ci iiin iyun ayı ərzində ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərasizində 2 sot torpaq sahəsi satmaq və orada fərdi yaşayış evi tikmək barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib Sabunçu rayonu, Ramana qəsəbəsində, torpaq sahəsinin yanında 6700 manat, eyni ünvanda qrupun üzvü Mübariz Həsənov vasitəsi ilə 14000 manat, Bakı şəhəri, Məhəmmədll-Digah yolunun kənarında yerləşən 40 sot ölçüdə boş torpaq sahəsi alıb satmaq, daha sonra gəlirdən ona pay vermək barədə yalan vəd verib aldadaraq Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində yaşadığı nömrəsiz evin yaxınlığında qrupun üzvü Mübariz Həsənovun vasitəsi ilə 5000 manat olmaqla ümumilikdə 25700 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib 06 oktyabr 2022-ci il tarixdə ona Bakı şəhəri, ünvan 13ndə 1,5 sot torpaq satacağı və adına sənədləşdirəcəyi barədə yalan vəd verib etibarnamə və istintaqa məlum olmayan şəxs tərəfindən Təqsirləndirilən şəxs2 adına torpaq sahəsi ayrılması barədə saxtalaşdırılmış Suraxanı RİH-nin başçısının xx.xx.1997-ci il tarixli 1156 nömrəli hüquq verən saxta sərəncam sənədini təqdim edib istifadə etməklə ünvan 8 ünvanda yerləşən 18 saylı dövlət notariat ofisində 5300 manat pulunu ələ keçirib vədinə əməl etməyib zərərçəkmiş şəxs Kəmalə Həsənovaya həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 noyabr 2022-ci il tarixində “tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında ona müraciət edən Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 3,5 sot torpaq sahəsini satmaq barədə yalan vəd verib 11000 manat puiunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunun qarşısında ələ keçirib vədinə əldə etməyib aldadaraq Zərərçəkmiş şəxs14 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı X36 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 8 ünvanda yerləşən 18 saylı dövlət notariat ofisində istintaqa məlum olmayan şəxs tərəfindən Təqsirləndirilən şəxs2 adına torpaq sahəsi ayrılması barədə saxtalaşdırılmış Suraxanı RİH-nin başçısının xx.xx.1997-ci il tarixli 1164 nömrəli hüquq verən saxta sərəncam sənədindən istifadə edərək qrupun üzvü X22 etibarnamə əsasında Təqsirləndirilən şəxs2 adından çıxış edərək alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, ünvan 13ndə 02 sot torpaq sahəsini Zərərçəkmiş şəxs4 satacağına dair yalan vəd verib həmin saxta sənədi təqdim etməklə 09 dekabr 2022-ci il tarixdə 10000 manat, yenidən həmin tarixdə Surxaxanı rayonu, Ramana qəsəbəsi, “Şamlıq” kafesində görüşüb 2100 manat, ümumilikdə 12100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 dekabr 2022-ci il tarixdə “tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında ona müraciət edən Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində 3 sot torpaq sahəsini satmaq və içində 3 otaqlı ev inşa etmək barədə yalan vəd verib 10000 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunun qarşısında ələ keçirərək vədinə əməi etməyib aldadaraq zərərçəkmiş şəxs Aytac Əiiyevaya xeyii miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 dekabr 2022-ci il tarixdə “tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında ona müraciət edən Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 sot torpaq sahəsini satmaq və adına sənədləşdirəcəyinə dair yalan vəd verməklə 4500 manat pulunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunun qarşısında ələ keçirərək vədinə əmə! etməyib aldadaraq təkrar dələduzluq etmişdir Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X30 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki ev və torpaq alqısatqısı ofisində ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südcülük sovxozu ərasizində ucuz qiymətə ev satmaq barədə yalan vəd verib, ilkin beh olaraq 500 manat, 25 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan şəxs tərəfindən Təqsirləndirilən şəxs2 adına torpaq sahəsi ayrılması barədə saxtalaşdırılmış Suraxanı RİH-nin başçısının xx.xx.1997-ci il tarixli 1156 nömrəli hüquq verən saxta sərəncam sənədindən istifadə edərək qrupun üzvü Zeynəb Şərifovaya həmin sənəd üzrə verilmiş etibarnamə əsasında Təqsirləndirilən şəxs2 adından çıxış edərək Zərərçəkmiş şəxs3 adına etibarnamə və həmin saxta sənədi təqdim edib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı notariat kontorunda qrupun üzvü Mübariz Həsənov və Zeynəb Şərifova vasitəsi ilə 7000 manat, həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki ev və torpaq alqı satqısı ofisində qrupun üzvü Mübariz Həsənovun vasitəsi ilə 4500 manat olmaqla ümumilikdə 12000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqia təkrar dəiəduziuq etmişdir Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib ona Bakı şəhəri, ünvan 13ndə 04 sot torpaq satacağma yalan vəd verərək istintaqa məlum olmayan şəxs tərəfindən Təqsirləndirilən şəxs2 adına torpaq sahəsi ayrılması barədə saxtalaşdırılmış Suraxanı RİH-nin başçısının xx.xx.1997-ci il tarixli 1156 nömrəli hüquq verən saxta sərəncam sənədindən istifadə edərək qrupun üzvü X22 etibarnamə əsasında Təqsirləndirilən şəxs2 adından çıxış edərək alqı-satqı müqaviləsi əsasında ünvan 8 ünvanda yerləşən 18 saylı dövlət notariat ofisinin qarşısında həmin saxta sənədi təqdim edib 10000 manat, yenidən həmin tarixdə 6000 manat olmaqla ümumilikdə 16000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs15 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, S.Aliyev küçəsində 4 sot torpaq sahəsini və içində olan fərdi yaşayış evini satmaq barədə yalan vəd verib istintaqa məlum olmayan şəxs tərəfindən Təqsirləndirilən şəxs2 adına torpaq sahəsi ayrılması barədə saxtalaşdırılmış Suraxanı RİH-nin başçısının xx.xx.1997-ci il tarixli 1156 nömrəli hüquq verən saxta sərəncam sənədini təqdim edib istifadə etməklə etibarnamə verib ünvan 9 ünvanında 3000 manat, 17 mart 2023-cü il tarixdə eyni ünvanda sənədləşmənin tamamlanması barədə yalan vəd verməklə qrupun üzvü Mübariz Həsənov vasitəsi ilə 2000 manat, 2023-cü ilin aprel ayında isə eyni ünvanda aldığı evin kommunai ödənişlərinin onun adına keçiriiməsi barədə yalan vəd verməkiə qrupun üzvü Mübariz Həsənov vasitəsi ilə 1000 manat olmaqla ümumilikdə 6000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “tap.az” elan saytında yerləşdirilmiş torpaq satışı barədə elan əsasında ona müraciət edən Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib 12 aprel 2023-cü il tarixdə ona Bakı şəhəri, Sabunçu rayonu, X40 ərazisində 11 sot torpaq sahəsini satacağı barədə yalan vəd verib etibarnamə təqdim etməklə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesi 1 ünvanında yerləşən 17 saylı dövlət notariat kontorunun qarşısında 6000 manat, 22 aprel 2023-cü il tarixdə həmin torpaq sahəsinin yanında əlavə 2 sot da torpaq sahəsi satmaq barədə yalan vəd verməklə eyni ünvanda 3000 manat olmaqla, ümumilikdə 9000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X37 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs10 etibarından sui- istifadə edərək Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi Südlçülük sovxozu ərazisində 3 sot torpaq sahəsini və yarımtikilini satmaq barədə yalan vəd verib 20 yanvar 2024-cü il tarixində Sabunçu qəsəbəsi, Ramana qəsəbəsi, “Rahat” marketin yanında qrupun üzvü Aslan Fərəcov vasitəsi ilə 5000 manat, xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana yolunda yerləşən AR ƏN-in PX-nin 16 saylı CÇM-nin yaxınlığında qrupun üzvü Aslan Fərəcov vasitəsi ilə 8000 manat olmaqla ümumilikdə 13000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs10 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə Abşeron Rayon İcra Hakimiyyətindən xatırlamadığı şəxsdən 99 illik icarə müqaviləsi əsasında 50.000 manata 01 hektar X40 qəsəbəsindən torpaq almışdır. Həmin torpaq sahəsini təxminən 2018-2019cu il tarixdə sot-sot satmağa başlamışdır. Təxminən 70 sota yaxın torpaq sahəsi satmışdır. Bu 70 sot torpağı 20-25 nəfər insan arasında və hər adama təxminən 1.5 sot, 2 sot vəya 3 sot torpaqları qeyri-rəsmi vermişdir. Hər sot təxminən 2000-3000 manat aralığında qiymətləri müəyyən olunmuşdur. Bəzilərini həmin torpağın yanında pullarını alıb, notariusda etibarnamə vermiş, bəzilərini isə ümumiyyətlə pulunu alıb ona sənəd düzəldəcəyi barədə vədlər vermişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin torpaq məsələləri ilə bağlı fərmanı çıxdıqdan sonra həmin torpaq sahələrində tikililərə icazə verilməmişdir. Daha sonra torpağı satdığı vətəndaşlar onunla bir-bir əlaqə saxlayaraq pullarını geri istəmişlər. O da həmin adamlara pullarını geri qaytarmamışdır. Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən torpaq sahəsində satılan torpaq sahələri ilə bağlı özünü təqsirli bilmir. Həmin torpaq sahəsinin satıldığı şəxslərin pullarının ələ keçirməsində iştirak etməmişdir.O, saxta sənəddən istifadə edib torpaq satmamışdır. Tutaq ki, dövlət tərəfindən 50 sot torpaq sahəsi 99 illik icarəyə verilir. Onlar da icarə əsasında həmin torpaqları satmışlar. Həmin torpaqların ətrafında olan torpaq sahələrinin isə sənədi olmamış və onlara ayırıb veriblər ki, satsınlar. Ona görə də həmin torpaqlarla bağlı sorğu verildikdə arxivdə heç bir sənəd aşkar olunmamışdır. Zərərçəkmiş şəxs16 aid epizod üzrə ona 1500 manat pul verilmişdir. Həmin müştərini Vüsal tapmışdı. Həliməyə sot yarım torpaq sahəsi satılmışdı. Vüsal, Mübariz, Sadiq və İlham daha sonra əvvəllər bu tip işlərlə məşğul olan digər şəxslərlə torpaq alqı-satqısını etdirmişdir. Vüsal lalafo.az, elan.az və s digər saytlarda torpaqları satışa çıxarır, Mübariz isə Vüsalla əlaqə saxlayan şəxslərlə görüşüb torpaqların yerini göstərmiş, həmin vətəndaşları razı saldıqdan sonra digər məsələləri isə Sadiq və İlham adlı şəxslər həll etmişdir. Sadiq və İlham adlı şəxslər ondan notarial qaydada onun adından çıxış etmək üçün etibarnamə aldıqdan sonra həmin torpağı almaq istəyən vətəndaşlarla görüşüb notariat ofisində pulunu almışlar. Zərərçəkmiş şəxs4la bağlı epizod üzrə özünü təqsirli bilmir. Həmin epizod İlhamla, Sadiqə aiddir. O, yalnız İlhama etibarnamə vermişdir. Ona hər hansı məbləğdə pul verilməmişdir. Zərərçəkmiş şəxs12la bağlı epizod üzrə də, özünü təqsirli bilmir. Həmin epiozod üzrə etibarnamə vermişdir, hər hansı məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs15la bağlı epizod üzrə də özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs15 verilən torpaq sahəsinin Mübariz özünə məxsus olduğunu bildirmişdir. Ondan şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin torpaq sahəsinə sənəd almaq üçün ona köməklik göstərməsini xahiş etmişdir. O, isə yalnız yaxın adamına etibarnamə verə biləcəyini, həmin torpaqla bağlı kənar heç kimə sənəd verib, pul almayacağını bildirmişdir. Mübariz razılaşmış və İlhama etibarnamə verməsini bildirmişdir. O da İlhama həmin torpaqla bağlı sərəncam verə biləcəyinə dair etibarnamə vermişdir. İlham isə həmin torpaq sahəsini Vüqara satmışdır. Ona həmin satışdan heç bir vəsait verilməmişdir. Zərərçəkmiş şəxs6lə bağlı epizod üzrə də, özünü təqsirli bilmir. O, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 6 sot torpaq sahəsini etibarnamə ilə Şöhrətə satmışdır. Daha sonra Şöhlət həmin torpaq sahəsinin 3 sotunu Ayşən adlı xanıma 9000 manata satmışdır. Ayşən orada tikinti işləri aparmaq istədikdə ona icazə verməmişlər. O, Şöhrətdən pulunu geri istədikdə, Şöhlət də ondan pulu istəmişdir. Hər ikisi birləşib Ayşənin pulunu ödəmişlər. Vüsalın “tap.az” elan saytında yerləşdirdiyi elan əsasında Zərərçəkmiş şəxs9 xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 sot torpaq sahəsini satmaq üçün təklif etmiş, onun adına etibarnamə verərək Vüsalla birlikdə ümumiiikdə 4500 manat pulunu Sabunçu rayonu, Maştağa qəsəbəsi, 17 saylı notarisun qarşısında almışlar, lakin sənədləşməni tam alındıra bilməmişlər və pulu öz ehtiyaclarına xərcləmişlər. Zərərçəkmiş şəxs8 aid epizod üzrə özünü təqsirli bilir. Belə ki, 2020-ci ilin mart ayında maklerlik fəaliyyəti ilə məşğul olan zaman “tap.az” elan saytında yerləşdirdiyi ev tikintisi elanı əsasında müştəri kimi müraciət edən Baba adlı şəxsə 1 sot Ramana qəsəbəsində boş torpaq sahəsi göstərmiş, ona həmin yerdə 2 otaqlı ev tikəcəyi barədə vəd verib aldadaraq 4000 manat pulunu ilkin ödəniş adı ilə almış, lakin, heç bir tikinti işini aparmayaraq pulu öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs5 müraciəti ilə bağlı bildirmişdir ki, 2023-cü ilin mart ayında maklerlik fəaliyyəti ilə məşğul olan zaman pula ehtiyacı olduğundan “tap.az” elan saytında yerləşdirdiyi torpaq sahəsinin satışı elanı əsasında müştəri kimi müraciət edən Arif adlı şəxsə 7 sot Sabunçu rayonu, Ramana qəsəbəsində, Südçülük sovxozunda başqasına məxsus olan, yəni, əvvəlcədən Vüqar adlı şəxsə satdığı boş torpaq sahəsini göstərmiş və ona həmin yeri ucuz qiymətə ümumilikdə 10.000 manata satdığını demiş və onlar razılaşdıqdan sonra Ramana qəsəbəsində Sosial binaların yanında avtomobildə Arifdən 10.000 manat pulu almışdır. Lakin, sonradan Arif orada tikinti apara bilmədiyindən pulu geri istəsə də verə bilməmişdir. Zərərçəkmiş şəxs13lə bağlı epizod üzrə özünü təqsirli bilir. 2022-ci ilin dekabr ayında maklerlik fəaliyyəti ilə məşğul olan zaman Rəşad adlı maklerin vasitəsi ilə Ramana Südçülük qəsəbəsindəki torpaq sahəsinin satışı üçün müştəri kimi müraciət edən şair Zərərçəkmiş şəxs13 sənət adamı olmasına görə hörmət edəcəyini deyib 11 sot torpaq sahəsini ona 7000 manata satacağını demişdir. 2023-cü ilin yanvar ayında Rəfail ona ilkin olaraq 5500, bir həftə sonra isə 1500 manat pulu Ramana qəsəbəsindən Sosial binaların yanında vermişdir. O isə ona 17 saylı Notariat kontorunda Raman Südçülük sovxozunda 11 sot torpaq sahəsi üçün etibarnamə vermişdir. Zərərçəkmiş şəxs11 aid epizod üzrə özünü təqsirli bilir. “Tap.az” elan saytında yerləşdirdiyi torpaq sahəsinin satışı elanı əsasında tanış makler Təqsirləndirilən şəxs1 vasitəsi ilə müştəri kimi müraciət edən Rahid adlı şəxsə Ramana Südçülük qəsəbəsindəki torpaq sahəsindən 2 sot torpaq sahəsini 2900 manata satmaq barədə razılığa gəlmişlər və ona həmin yerdə torpaq sahəsi vermişdir. 2023-cü ilin fevral ayının təxminən ortalarında Maştağa qəsəbəsində 17 saylı notariat kontorunda X40nda 2 sot torpaq sahəsi üçün Zərərçəkmiş şəxs11 etibarnamə vermişdir. Rahid də notariusun qarşısında Vüsala 2900 manat pulu vermişdir. Vüsal da torpaq sahəsinin sahibi kimi həmin pulu sayıb ona vermişdir. Daha sonra dövlət tərəfindən tikintiyə icazə verilmədiyindən Rahid tikinti apara bilməmişdir. Zərərçəkmiş şəxs17 Nasir oğluna aid epizod üzrə özünü qismən təqsirli bilir. O, əvvəllər tikinti üçün icazə almağın mümkün olduğu özünə məxsus olan Sabunçu rayonu, Ramana qəsəbəsi Südlçülük sovxozu ərazisində 10 sot torpaq sahəsini Vəli adlı maklerin vasitəsi ilə ona müraciət edən Zərərçəkmiş şəxs17 xx.xx.2021-ci il tarixində 17 saylı notariat kontorunda etibarnamə verməklə ona məxsus MG-750 markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı 10.000 manat dəyərində avtomobili öz adına keçirməklə torpaq sahəsini ona sataraq pulu götürmüşdür. Sonradan isə Əfqan həmin torpaq sahəsində vaxtında tikinti aparmadığı üçün bir il sonra artıq əkin təyinatlı torpaq sahəsində tikinti Sabunçu RİH tərəfindən qadağan edilmişdir. Zərərçəkmiş şəxs1 adi epizod üzrə özünü təqsirli bilmir. Ondan hər hansı məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs14 aid epizod üzrə özünü təqsirli bilmir. Ümumiyyətlə ittihamda qeyd edilən Bülbülə qəsəbəsinə aid olan epizodlar üzrə özünü təqsirli bilmir. O, yalnız notariusda etibarnamə vermişdir. O, şəxslərin heç biri ilə görüşməmişdir. Vüsal özü tapıb danışıqları aparmışdır. 24 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adlı maklerin “tap.az” elan saytında yerləşdirdiyi elan əsasında görüşdüyü Zərərçəkmiş şəxs7 Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində 3 sot torpaq sahəsini satmaq və içində 3 otaqlı ev inşa etmək adı ilə aldadıb 10.000 manat pulunu 17 saylı notariusun qarşısında alıb ələ keçirərək vədinə əməl etməmişdir. Həmin puldan 3000 manat ona çatmış, qalanını Vüsal götürmüşdür. Zərərçəkmiş şəxs3 aid epizod üzrə özünü təqsirli bilmir.Ondan hər hansı məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs10 aid epizod üzrə özünü təqsirli bilmir, ondan pulu Aslan almışdır, o, Aslanla əlbir olmamışdır. Aslan ev tikib satırdı, o də ev tikib satırdı deyə onu tanıyırdı, ona oradan hər hansı məbləğdə pul verilməmişdir, sadəcə sənəd vermişdir. Aslan ona hörmət edəcəyini bildirsə də, lakin pul verməmişdir. X22, X36, Təqsirləndirilən şəxs1 və X30 qeyri-rəsmi şəkildə makler kimi fəaliyyət göstərmişlər. Vüsal “lalafo.az, elan.az” və sair digər saytlarda torpaqları satışa çıxarmışdır. Mübariz isə Vüsalla əlaqə saxlayan şəxslərlə görüşüb torpaqların yerini göstərmiş, həmin vətəndaşları razı saldıqdan sonra digər məsələləri isə Sadiq və İlham adlı şəxslər həll etmişlər. Sadiq və İlham adlı şəxslər notarial qaydada onun adından çıxış etmək üçün etibarnamə aldıqdan sonra həmin torpağı almaq istəyən vətəndaşlarla görüşüb notariat ofisində pulu almışlar. Cəza təyin edilməsi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmərək ifadəsində göstərmişdir ki, 4-5 ildir ki, torpaq və ev alqı-satqısında maklerlik fəaliyyəti ilə məşğul olur və 2023-ci ilin sonunadək Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində ofis icarə əsasında işlətmişdir. 2020-ci il ərzində o, Ramana qəsəbəsində maklerlik fəaliyyəti ilə məşğul olarkən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və onun ev tikib satmasını, 1 hektar Ramana qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğunu bilmiş və İlqar onun internetdə reklamdan başı çıxdığığını bildiyi üçün onun özünə məxsus olduğunu bildirdiyi torpaq sahələrinin və tikililərin fotoşəkillərini çəkib “tap.az” elan saytında yerləşdirmiş, həm də, öz kitabçasında da qeyd edib ofisinə gələn müştərilərə təklif etmişdir. 2022-ci ilin noyabr ayının təxminən ortalarında Əbülfəz adlı şəxs “tap.az” saytında Təqsirləndirilən şəxs2 ona Bülbülə qəsəbəsində yerləşən 3,5 sot torpaq sahəsinin satışı barədə yerləşdirdiyi elan əsasında müştəri kimi onun 055- ***-**-** saylı mobil nömrəsinə zəng edərək torpaq sahəsinə baxmaq üçün görüşmək istədiyini bildirmiş və o, da onunla Bülbülə qəsəbəsində torpaq sahəsinin yanında görüş təyin etmiş və Əbülfəz görüşə yanında adını xatırlamadığı bir nəfər xalasının əri ilə birlikdə gəlmişdir. Onlar torpaq sahəsinə baxdıqdan sonra qiymətini soruşduqda o həmin torpağın sahibinin hər sotunu 4500 manata satdığını bildirmişdir və qiyməti aşağı salmaqla bağlı Əbülfəzin təklifinə əsasən İlqarla onların yanında telefonla danışmış və ümumilikdə 12000 manat qiymətə razı salmışdır və həmin vaxt makler pulu kimi Əbülfəz ona 100 manat pul vermişdir. Əbülfəz İlqarla növbəti gün Bülbülə qəsəbəsində torpaq sahəsinin yanında onun iştirakı ilə görüşüb yeri ölçmüşlər, həmin görüş zamanı Əbülfəz 11000 manat pulu olduğunu İlqara demiş, İlqar da yekunda sabahı gün notariusa gedib alqı-satqı etmək barədə razılaşmışlar. Beləliklə, 17 noyabr 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 17 saylı notariat kontoruna İlqar, o, Əbülfəz və onun qohumu getmişlər, o bayırda gözləmişdir ki, onlar notariusda alqısatqı etsinlər və o İlqardan maket pulunu alsın, İlqar notariusda Əbülfəzə etibarnamə verdikdən sonra bayırda ona yaxınlaşmış və ona İlqar özü də 100 manat əziyyət haqqı kimi vermişdir. Təqsirləndirilən şəxs2 Əbülfəzdən aldığı qalan puldan o, heç bir məbləğdə almamışdır. Sonradan Əbülfəz ona zəng edərək həmin yerdə tikinti aparmaq istədiyini bildirmiş, o da İlqarla danışmasını, traktor gətizdirib öz torpağını əhatəsini işarələməyi təklif etmişdir. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsində tikintiyə icazə verilməmiş və Döviət Neft Şirkətinin ərazisinin olması səbəbindən buna mane olduqlarını Əbülfəz ona zəng edib bildirmiş və onunla mübahisə etmişdir. O da problemini İlqarla həll etməsini, onu narahat etməməsini demişdir. Bundan başqa, o “tap.az” elan saytında Sabunçu rayonu, Ləhiç bağlarında özünə məxsus olan 6 sot torpaq sahəsini satmaq üçün elanını yerləşdirmişdir. 2022-ci ilin təxminən dekabr ayının 20-si ərəfəsində Aytac adlı qadın müştəri qismində onun elanda qoyduğu mobil nömrəyə zəng edərək həmin Ləhicdəki torpaq sahəsi ilə maraqlanmış, o da onunla Ləhic Bağları 9-cu dalandakı torpaq sahəsində görüşmüşdür. Aytac yanında səhv etmirsə əri ilə gəlmişdir. Həmin torpaq sahəsinə baxıb bəyəndikdən sonra 3 sotunu almaq barədə maraqlanmışlar və o cəmi 4500 manata satacağını təklif etmişdir. Bir qədər müzakirə etsələr də Aytac yolun uzaq olması səbəbindən yekunda həmin torpağı almaqdan vaz keçmişdir, iki gün sonra onunla Aytac yenə əlaqə saxlayaraq Ramana tərəfdən torpaq və ya yarımtikili evlə birgə torpaq sahəsi olsa xəbər deməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs2 bu barədə dedikdə İlqar ona Ramana qəsəbəsi, Şuşa qəsəbəsində 2 sot torpaq sahəsində evi tikib verə biləcəyini bildirmişdir. O da bu barədə Aytaca zəng edərək bildirmişdir və həmin Ramana qəsəbəsi, Şuşa şəhərciyində “Pətək” marketin yaxınlığında torpaq sahəsinin yanında İlqarla birlikdə Aytac və əri ilə görüşmülər. İlqar həmin torpaq sahəsinin hər sotunu 4000 manata satdığını demişdir. Aytac yola da yaxın olduğu üçün torpaq sahəsini bəyənmiş və almaq istədiyini demişdir və ev tikilməsini İlqardan soruşduqda bu zaman İlqar Aytaca həmin torpaq sahəsinin üzərində ev tikib verə biləcəyini, biraz da endirim edəcəyini deyib ilkin olaraq 10.000 (on min) ödəsə qalan pulu da hər ay 1000 manat olmaqla ümumilikdə 28.000 manat ödəyəcəyini Aytaca təklif etmişdir. Aytac da razı olmuş və torpaq sahəsini almaq həm də üzərində 3 otaqlı evi inşa etmək üçün razılığa gəldikdən sonra Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna gəlmişlər. Həmin vaxt o da onlarla getmişdir. İlqar orada torpaq sahəsinə dair etibarnamə vermiş, Aytac da yanında notariat kontorunun qarşısında 10.000 (on min) manat pulu ilqara ödəmişdir. İlqar ona müştəri tapdığına görə aldığı puldan 150 manat makler pulu ona vermişdir. Lakin İlqar vaxtında tikinti işini başlatmamış və verdiyi vədi yerinə yetirmədiyi üçün Aytac ondan şikayət etmişdir. Bundan başqa, o, makler kimi tanığı X12 ona xahişi əsasında 2022-ci ilin sonlarında “tap.az” elan saytında Sabunçu rayonu, Ramana qəsəbəsində Şuşa şəhərciyində satdığı 3 sot torpaq sahəsinin fotoşəkillərini çəkib elan yerləşdirmişdir və həmin elan əsasında müştəri kimi ona zəng edərək müraciət edən Zərərçəkmiş şəxs9 xx.xx.2022-ci il tarixdə onun elanda olan mobil nömrəsinə zəng edərək Ramana qəsəbində olduğunu və həmin torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. O da onunla həmin torpaq yerini başa salmışdır, Mübarizin yadında qalmayan nömrəsinə zəng edərək müştəri gəldiyini, gəlib torpağı göstərməsini demişdir. Mübariz də Bakıxanov qəsəbəsində onun yanına Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlmiş və həmin torpaq sahəsinin sahibinin İlqar olduğunu deyib təqdim etmiş və özünün işi olduğunu sonra gələcəyini demişdir. O da müştəri gözlədiyi üçün İlqarla birlikdə Ramana qəsəbəsində Şuşa şəhərciyindəki həmin torpaq sahəsinə getmişlər. X56 danışıb həmin 3 sot torpaq sahəsini 4500 manatdan satmasını demiş və onlar razılaşıb birlikdə Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna gəlmişlər. Orada o bayırda gözləmişdir. İlqarla Zərərçəkmiş şəxs9 notariusa girib çıxdıqdan sonra Emin ona makler pulu olaraq 50 manat, İlqar isə 100 manat pul vermişdir. Daha sonra həmin torpaq sahəsində İlqarla Emin arasında yaranmış mübahisədən onun xəbəri olmamış, sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs9 şikayət etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək üçün ona bir qədər vaxt lazımdır, möhlət verilsə bütün borclarını ödəyər. Himayəsində əlil anası vardır. Gec ailə həyatı qurmuşdur. 4 ildir ailə həyatı qurmuşdur. Lakin uşağı olmamışdır. Uzun müddətli həkim müalicələrindən sonra uşağı olacaqdır. Həyat yoldaşının hamilə olmasını, ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2011-ci ildən etibarən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 4 sot torpaq sahəsi alaraq orada 4 otaqlı evdə ailəlikcə anası Fəridə və atası Telmanla birlikdə yaşamağa başlamışdır. 2016-cı ildə o ailə həyatı qurmuş və bir övladı dünyaya gəlmişdir. Lakin ailədə olan problemlərə görə 2020-ci ildə rəsmi qaydada boşanıb anasının hazırki yaşadığı evə gəlmişdir. Lakin o, övladının gələcəyi üçün şərait yaratmaq məqsədi ilə torpaq alıb ev tikmək qərarına gəlmişdir. Buna görə də, Xırdalan şəhərində ipoteka yolu ilə ilkin ödəniş edib kreditə götürdüyü mənzili 2022-ci ilin noyabr ayında 25.000 manata satmışdır. Daha sonra yaşadığı evdə internetdə “yeni.emlak” elan saytlarına daxil olub satışda olan torpaq sahələrinə baxış keçirtmişdir. Bir elanda torpaq sahəsini görmüş orada qeyd edilən ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. Telefon zənginə cavab verən şəxs özünü Vüsal kimi təqdim etmiş torpaq sahəsinə baxmaq üçün onu çağırmışdır. Onun da nişanlısı Şahid6 ilə birlikdə torpaq sahəsinə baxmaq üçün getmişlər. Lakin torpaq sahəsi Ləhiç bağlarında olduğundan infrastruk olmadığından bəyənməyib almamışdır. Həmin gün Vüsal adlı şəxs ona dostu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 Maştağa qəsəbəsi. Ramana Gülçülük sovxozunda torpaq sahəsi satdığını bildirərək ***-***-**-**, ***-***-**-** mobil nömrələrini vermişdir. O həmin şəxslə telefon əlaqəsi saxlayıb torpaq sahəsi barədə soruşmuşdur. O da ona Ramana Gülçülük sovxozunda yolun kənarında “Pətək” marketin yanında 2 sot torpaq sahəsini 4000 manata satdığını demişdir. O, torpaq sahəsinə baxmaq üçün Vüsal ilə birlikdə onunla görüşüb torpaq sahəsinə baxış keçirmişdir. O, torpaq sahəsini bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Bu zaman İlqar ona, həmin torpaq sahəsinin üzərində ev tikib verə biləcəyini bildirmişdir. Onun təklifi onda maraq yaratdığı üçün ətraflı bu barədə söhbət etmişlər. İlqar torpaq sahəsinin pulundan əlavə evin inşa üçün ilkin olaraq 6000 manat qalan hissəsini hər ay 1000 manat olmaqla ümumilikdə 28.000 manat ödməyini bildirmişdir. O da onunla razılaşıb həmin torpaq sahəsini almaq həmdə üzərində 3 otaqlı evi inşa etmək üçün Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna gəlmişlər. Həmin vaxt Vüsal adlı şəxs və nişanlısı Kənan onların yanlarında idi. İlqar ona torpaq sahəsinə dair etibarnamə vermişdir, o da adlarını qeyd etdiyi şəxslərin yanında notariat kontorunun qarşısında 10.000 (on min) manat pulu İlqara vermişdir. Lakin həmin gündən bu günə qədər İlqar müxtəlif bəhanələr gətirərək nə torpaq sahəsini vermiş, nə də ki pulunu geri qaytarmış və onu aldadaraq ona qarşı dələduzluq etmişdir. Həmin torpaq sahəsinin yaxınlığında yaşayan şəxs ona demişdir ki, bu torpaq sahəsi başqa adamındır, sizi aldadıblar. Təqsirləndirilən şəxslərin dələduzluğu nəticəsində ona 10.000 manat dəyərində maddi ziyan vurulmuşdur. Hər iki təqsirləndirilən şəxs onu aldatmışlar. Onda olan məlumata görə Vüsala 3000 manat pul çatmalı idi. Təqsirləndirilən şəxs1 ona cəmi 500 manat ödəniş etmişdir. Pulun digər hissəsinin isə 25 may 2025-ci il tarixə qədər ödəniləcəyini bildirmişdir. O, da ona görə Vüsala qarşı tələb və şikayətinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Lakin ona dəymiş ziyan ödənilməmişdir. Ona dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, X23 və X13 əvvəllər tanımamış, sonradan onları torpaq almaq üçün yer axtaranda tanımışdır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin sonlarında arvadı X6 başında onkoloji xəstəliyi olduğundan müalicə xərcləri üçün 6000 manat 2022-ci ilin sonunda “Kapitalbankdan” kredit götürmüşdür, bundan başqa, özünə məxsus olan “Mersedes C-klas” markalı avtomobilini də 8500 manata satmışdır. Həmin ərəfədə mərhum arvadı Leylinin artıq müalicəsi mümkün olmadıqda Leyli ona vəsiyət etmişdir ki, həmin pula nəvələrinə torpaq alıb ev tikər. Bu səbəbdən o da arvadının vəsiyətini həyata keçirmək üçün pulu xərcləməmiş torpaq sahəsi almağa qərar vermişdir. Həmin ərəfədə, 2022-ci ilin dekabr ayının əvvəllərində oğlu Nadirlə birlikdə Ramana qəsəbəsində telefon nömrəsi ***-***-**-** olan Rövşən adlı maklerin vasitəsi ilə torpaq satan şəxs kimi onu əlaqələndirdiyi Təqsirləndirilən şəxs2 ilə görüşüb Ramana-Şuşa qəsəbəsində müxtəlif torpaq sahələrinə gedib baxmışlar, lakin bataqlıq olduğu üçün həmin yeri bəyənməmişlər. Daha sonra həmin gün Təqsirləndirilən şəxs2 onun yanında zəng edərək Sadiq adlı makler tanışı ilə danışmış və onun təklifi ilə ünvan 13nə birlikdə gedib Sadiqlə görüşmüşlər. Sadiq həmin 2 sot torpaq sahəsinin özünə məxsus olmasını və Suraxanı rayon icra Hakimiyyətinin sərəncamı olmasını və lazım olsa DƏDRX-dən çıxarış da almağın mümkün olacağını bildirmişdir. O və oğlu Nadir həmin yeri bəyənmişlər, ətrafda fərdi yaşayış evləri də olmuş və tək boş yer həmin torpaq sahəsi olmuşdur. Bundan sonra onlar evə qayıtmışlar, növbəti gün o, qonşuları Aslan və İlhamla birlikdə oğlu Nadirin avtomobili ilə bir daha ünvan 13ndəki torpaq sahəsinə getmişlər, oraya həmin yeri göstərən Sadiq adlı makler, onun yanında isə torpaq sahibinin nümayəndəsi kimi İlham (özünü İntiqam kimi təqdim etmişdir) gəlmişdir. Həmin vaxt torpaq sahəsini bir daha bəyənmiş, qiyməti ilə maraqlandıqda sonradan adının X36 olmasını bildiyi şəxs 2 sot torpaq sahəsini 12.000 manata satmağa razı olmuş və sənədinin qaydasında olduğunu, alqı-satqını da özünün notarial qaydada həll edəcəyinə söz vermişdir. O da həmin qiymətə razılaşmışdır. Beləliklə xx.xx.2012-ci il tarixdə Sadiq Kərimov ona zəng edərək Xətai rayonu 18 saylı notarial kontoruna gəlməyi tapşırmışdır. Onun xahişi ilə qonşusu Aslan, qonşusu İlham, oğlu Nadirin idarə etdiyi avtomobil ilə həmin notariusa onunla birgə getmişlər. Orada Sadiq və özünü torpaq sahibinin nümayəndəsi kimi tanıdan X22, Təqsirləndirilən şəxs2 onları qarşılamışlar. Sadiq orada ona notariusun onun tanışı olmasını, bir çox alqı-satqısını həmin notariusla həll etdiyini bildirib narahat olmamağı sənədin rəsmi sənəd olmasını deyib onu inandırmışdır. O, qonşu İlhamla birlikdə bir daha torpaq sahəsinin sənədinin düzgün olub-olmamasını maraqlanmaq üçün notarius Anar müəllimin yanına girmişlər və notarius Anar müəllim həmin torpaq sahəsinin sənədinin qanuni olmasını və rəsmi alqı-satqı olunmasını onlara deyib onu arxayın salmışdır. Daha sonra həmin notariusun binasının içində Sadiq sənədləşmə üçün ilkin beh kimi ondan 400 manat pul alıb notarius Anar müəllimin yanına girib çıxmışdır. Suraxanı rayonu, Bülbülə qəsəbəsində 2 sot torpaq sahəsinin alqısatqı müqaviləsi notariusda tərtib edildikdən sonra Sadiqin təklifi ilə çox faiz tutmaması üçün o, rəsmi olaraq “Günay” bankın notariusdakı filialına 10.000 (on min) manat pulu ödəyib qəbzi almış, qalan pulu isə Sadiqə sonradan əlbəəl verməyi öhdəsinə götürmüşdür. X22 və o, notariusda alqı-satqı müqaviləsini imzalamış və sənədləşmə tamamlandıqdan sonra 10.000 manat pulu İlham Muradov bankdan almış, notariusda pulu saydıqdan sonra bayıra çıxdıqda Sadiq Kərimov həmin pulu İlhamdan almışdır. Təqsirləndirilən şəxs2 isə notariusun qarşısında gözləmiş, notariusda olan zaman söhbət əsnasında İlham Muradov ona özünü Təqsirləndirilən şəxs2 qohumu olmasını, bu səbəbdən sənədləşmə aparılması üçün ona etibarnamə verməsini izah etmişdir. Onlar oradan ayrıldıqdan sonra Sadiq Kərimov, İlham Muradov, o, qonşular İlham və Aslan oğlu Nadirlə birlikdə Sadiqin təklifi ilə qonaqlıq üçün Suraxanı rayonu, Ramanı qəsəbəsində yerləşən “Şamlıq” kafesinə gəlib orada əyləşmişlər və nahar edib, spirtli içki də içmişlər, oğlu isə maşın sürdüyü üçün içməmişdir. Orada o, Sadiqdən aldığı torpaq sahəsinin əlavə olaraq qalan 1700 manat pulunu ona ödəmişdir. Həmin vaxt xatirə olsun deyə oğlu Nadir onların masa arxasında fotoşəkilini çəkmişdir və həmin fotoşəkil ilkin araşdırma zamanı təqdim edilmişdir. Lakin, sonradan o, torpaq sahəsini sənədləşmək üçün Asan xidmətə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə gedib torpaq sahəsini öz adına sənədləşdirmək üçün maraqlandıqda ona həmin sənədin saxta olmasını, Təqsirləndirilən şəxs2 adında belə bir torpaq sahədinin olmadığını bildirmişlər. Bu səbəbdən o, 12100 manat torpaq sahəsi almaq üçün verdiyi pulu Sadiqdən tələb etsə də artıq onlar müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışlar, ona görə də, ona qarşı Sadiq və İlham adlı şəxslərin dələduzluq edərək 12100 manat pulunu ələ keçirmələri barədə DİN-nə və ərazi üzrə polis bölməsinə şikayət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanmamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin mart ayının ortalarında “tap.az” internet elan saytında Ramana qəsəbəsində torpaq satılması ilə maraqlanmaq üçün elanda yerləşdirilmiş “İlqar” adlı şəxsin ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və danışıq zamanı həmin şəxs torpaq sahəsinin 1 sot olmasını və baxıb bəyəndikdən sonra razılaşma ilə satılacağını, hətta həmin torpaqda ona ev tikib satmağı da təklif etmişdir. O da onunla danışarkən İlqar özünü ona toraq sahəsinin sahibi kimi təqdim etmiş, o Təqsirləndirilən şəxs2la Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa qəsəbəsində torpaq sahəsinin yanında 2022-ci ilin mart ayının 18-də görüşmüşdür. Danışıqları belə olmuşdur ki, İlqar ona həmin torpaq sahəsində 1 otaqlı evi 16.000 manat müqabilində 2 ay ərzində tiksin. O isə ona ilkin olaraq 4000 manat verə biləcəyini və evi tikib təhvil verdikdən sonra ona aybaay 400-500 manat ödəməklə qalan 12.000 manat borcunu ona ödəməli imiş. O həmin pulu dostu Elçin Hacıyevin yanında Ramana qəsəbəsi, Şuşa şəhərciyində adsız kafedə Təqsirləndirilən şəxs2 4000 manat pulu sayıb vermişdir. İlqar da ona bildirmişdir ki, həmin torpaq sahəsinə 99 illik sərəncam sənədi əsasında etibarnamə verəcəkdir. Hətta, İlqar ona bildirmişdir ki, kirayə qalsın, ev tikilənə qədər onun aylıq 150 manat kirayə haqqını ödəyəcəkdir, o da razılaşmışdır. Həmin müddətdən 2 ay keçdikdə o, Təqsirləndirilən şəxs2 xəbər aldıqda ona müxtəlif bəhanələr gətirib evini tikib təhvil verməmişdir. Sonradan həmin yerdə tikinti apara bilmədiyini bildirib, başqa torpaq sahələri ona təklif etmiş, o isə başqa yerdən torpaq istəmədiyini və pulunu geri qaytarmasını tələb etmişdir, İlqar indiyədək ona kirayə pulunun əvəzindən hissə-hissə 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 həmin dələduzluq cinayəti nəticəsində ona 4000 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyandan 1600 manat pul hissəhissə Təqsirləndirilən şəxs2 tərəfindən qaytarılmışdır. Təqsirləndirilən şəxsin tutulmasının ona heç bir xeyri yoxdur. Ziyanın qalan hissəsinin qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanmamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci i! tarixdə “tap.az” saytında Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 sot torpaq sahəsini 5100 manata elanı görərək elanda yerləşdirilmiş ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamış özünü Vüsal kimi təqdim edən şəxs ona torpaq sahəsinin konumunu vatsapp vasitəsi ilə atmışdır. xx.xx.2022-ci il tarixdə o, həmin ünvana getmiş və torpaq sahəsinə baxdıqdan sonra Vüsal adlı şəxslə əlaqə saxlayaraq torpağın sahibi ilə görüşmək istədiyini bildirmişdir. Vüsal adlı şəxs yanında bir nəfərlə birlikdə gələrək özünü İlqar kimi təqdim etmiş və torpaq sahəsi onun olduğunu bildirmiş və tez şəkildə satmaq istədiyi üçün ucuz qiymətə satdığını və ümumilikdə 3 sot torpaq sahəsinə 4500 manata razılaşmışlar Bundan sonra həmin şəxslərlə birlikdə Maştağa qəsəbəsi, 17 saylı Notarius ofisinə yaxınlaşaraq Təqsirləndirilən şəxs2 ona etibarnamə, torpaq üzərində olan sərəncam və iltizam yazaraq vermişdir. O, 4500 manat pulu İlqara Vüsal adlı şəxsin yanında ona məxsus avtomobildə vermişdir. Bundan sonra torpaq sahəsində müəyyən tikinti işləri gördükdən və 800 manat pul xərclədikdən sonra sonra Sabunçu rayon Qəsəbə Nümayəndəliyinə icazə almaq üçün getmiş və həmin yerdə Təqsirləndirilən şəxs2 ona satdığı torpaq sahəsi ona məxsus olmadığını və onun təqdim etdiyi sənədlərin əsassız olduğunu bildirdilər. Bundan sonra o, İlqara (***-***-**-**) ilə əlaqə saxlamış və sənədlərin qaydasında olmaması barədə bildirmişdir. İlqar Vüsal ilə birlikdə qısa müddət ərzində sənədləri düzəldəcəklərini və ya pulunu geri qaytaracaqlarını bildirsələr də indiyədək heç bir iş görməyib onu aldatmışlar. Bu səbəbdən Vüsal və Təqsirləndirilən şəxs2 dələduzluq əməlləri nəticəsində onun 4500 manat pulunu ələ keçirilmiş və 800 manat da torpaq sahəsində gördüyü tikinti işlərinə görə maddi ziyan çəkmişdir. Hər iki təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, 12 noyabr 2022-ci ildə “tap.az” internet saytında Suraxanı rayon Bülbülə qəsəbəsində torpaq satıldığını görmüş və elan sahibi ilə əlaqə saxlamışdır. Makler olduğunu bildirən Vüsal adında şəxs torpaq haqqında məlumat vermişdir. Həmin ünvana getmiş, sotu 3800 olduğunu deyən makler 3.5 sotunun satışda olduğunu dedi, 14 noyabr tarixində yenidən həmin şəxslə əlaqə saxlamış və qiymətin baha olduğunu deyərək endirim olunmasını istəmişdir, Vüsal adlı şəxs torpağın yanında danışarıq demişdir. O və xalanın yoldaşı Şahid7 ora getmiş və Vüsalla görüşmüş, Vüsal olara demiş ki, həmin 3.5 sot torpağı 11.000 (on bir min) manata alacağını, yəni torpaq sahibi ilə danışıb razılıq alacaqmış, amma bunun müqabilində ona 200 manat şirinlik verərsiz. Onlar onunla razılaşmış və 100 manat beh pulu Vüsala vermiş və bildirmiş ki, sabah gəlib tam ödəniş edib torpağı alacağdır. xx.xx.2022 tarixində günün 2 ci yarısında həmin Vüsal adlı şəxslə əlaqə saxlamış və sabah o torpağı gedib alaraq demiş o isə sabah notariata gedək və həll edərik demişdir, o Bakıxanov qəsəbəsində görüşərək burda notariat var deməyinə baxmayaraq israrla Maştağa qəsəbəsində olan 17 saylı notariata X3 yanına getməyi istədilər, düşünmüş ki, notariat dövlətin ən ali orqanlarından biri olduğu üçün fərq etməz və razılaşmışdır. xx.xx.2022-ci il tarixində saat 11 radələrində həmin notariat kontoruna getmişdir, içəri daxil olduqda bir neçə vətəndaşın sıra gözlədiyinə şahid olmuş, amma buna baxmayaraq torpaq sahibi olan Təqsirləndirilən şəxs2 hamıdan qabağa çəkilərək 100 manat qarşılığında 5-6 dəqiqə müddət ərzində sənədləşməni həll etmişdir. Həmin notariatın önündə söhbət edən zaman Təqsirləndirilən şəxs2 ona bildirmiş ki, qısa müddətdə sənə torpağa çıxarışda verəcəkdir. Daha sonra xalanın əri Rzaya 11.000 manat yığdığı pulu böyük olduğu üçün ona vermiş və o da 17 saylı notariusun qarşsında, avtomobildə oturan zaman onun və makler Vüsalın yanında sayaraq İlqara vermişdir. xx.xx.2022-ci il tarixində dayısı Məmmədov Şahin (tel ***-***-**-**) o və usta torpağa baxmağa getmiş, tikinti üçün lazım olacaq mal və material haqqında danışaraq, usta traktor ilk növbədə gəlsin sora işə başlayarıq demişdir. xx.xx.2022 ci il tarixində ora traktor gətizdirmiş, təzəcə işə başlamışdır ki, qonşu çıxaraq bura mənimdi dedi və işinə mane olmuş, o Vüsala zəng etmiş, hadisəni ona dedikdə o isə traktorun pulunu ver, yola sal mən sənə o pulu verəcəm dedi, 150 manat verərək traktoru yola saldım, çünki makler dedi ki, çox səs-küy salmayın polis falan gəlməsin ora mübahisəli torpaq kimi qeyd olunsa tikinti aparılmasına icazə verilməyəcəkdir. Sonra torpaq sahibi İlqara zəng etmiş, o da mənlik deyil maklerlə danış demiş, yenidən Vüsala zəng etdi, o da Bərdədə yas mərasimində olduğunu demişdir. 1 ci gün gəlib münaqişəni həll edəcəyini deyərək vaxtı uzatmışdır. O yenidən İlqarla əlaqə saxlamış onun dediklərinə görə torpağa qonşu baxıb və ora bir neçə maşın qum tökdüyü üçün hallalıq istəyir dedi. xx.xx.2022 ci il tarixində Vüsal, o, İlqar və Rza məsələyə aydınlıq gətirmək üçün Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində görüşmüşlər. İlqar sabah sənin sənətin üçün arxivə gedəcəyini deyərək 10 gün vaxt istəmiş, Vüsal isə sənədi alaq sonra tikintiyə başla, yoxsa icra və ya polis səndən çox pul alacaq deyərək vaxtı uzatdılar. xx.xx.2022-ci il tarixindən 30 dekabr 2022 ci il tarixə kimi İlqar bu gün sabah edərək mübahisənin yaranmasına səbəb olmuşdur. Həmin tarixdə Ramanı yolu üzərində olan Qədim Bakı restorantında saat 10-da o dayı Məmmədov İsmayıl və Şahid7, İlqarla görüşmüş, görüşdə İlqar torpağa sənəd verə bilimiyəcəyini demişdir, sənədin arxivdə kötüyü yoxdur, ora sənədin yenidən qeyd olunması üçün 4000 manat verdiyini bununsa biraz zaman alacağını demişdir. O pulunu İlqardan geri istəmişdir. O isə yeni il bayramından sonra, yəni xx.xx.2023cü il tarixdə verəcəyini demiş və onun yanında həmin Vüsala yəni maklerə zəng edərək bildirmiş ki, o torpaq sahəsini yenidən satıb yanvar ayının 6-sı pulu ona versin. Vüsal isə yaxşı həll edəcəyini demişdir. Ö onlara etibar etmədiyinə görə Vüsala pulun qarşılığında nəsə bir sənəd (girov) verməsini istəmiş, pulu alanda yenidən ona qaytaracağını isə evinin və digər torpağının sənədləri notariat orqanında olduğunu, lazım olanda gedib etibarnamə falan verirər demişdir. O dəfələrlə pulunun qaytarılmasını tələb etsə də İlqar və Vüsal adlı şəxslər müxtəlif bəhanələrlə müddəti uzatmışlar və pulunu qaytarmamışlar. Daha sonra Vüsalın tanışı Aydəmir adlı şəxs ona zəng etmiş, o, Nardaranda yaşadığını və Məşədi olduğunu bildirmiş ondan vaxt istəyib bildirmişdir ki, o Vüsal və İlqara zamindir, sən narahat olma və polisə şikayət etmə, onlardan onun 11350 manat pulunu alıb qaytaracaqdır. Daha sonra Aydəmir adlı şəxs ona pulunun əvəzinə Binə qəsəbəsində 5 sot torpaq təklif etdimiş, lakin o razılaşmayıb pulunu geri istəmişdir. Bu günə qədər də hər dəfə İlqarla və Vüsalla birlikdə onu aldadaraq ona dəymiş 11350 manat pulun ödəmirlər. O Təqsirləndirilən şəxs2 11000 manat Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 3,5 sot torpaq sahəsini almaq üçün ödəmiş, Vüsal adlı maklerə isə 200 manat makler pulu vermişdi. Onlar hamısı bir-biri ilə əlbir idi və Vüsal Təqsirləndirilən şəxs2 saxta torpaq sahəsi satdığını əvvəlcədən bilirdi və məqsədli şəkildə onu aldadaraq ümumilikdə 11.200 manat pulunu ələ keçirmişlər. Hər iki təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında “Tap.az” saytında torpaq almaq üçün maraqlanmışdır. Bu zaman Abşeron rayonu, Ramana südçülük qəsəbəsində 11 sot torpağı 16.500 manata satışa qoyulmuş bir elan tapmışdır. O da dərhal elanda qeyd olunan nömrə ilə əlaqə saxlamışdır və torpağı almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxslə görüşə qərar vermişlər, həmin şəxsin adının Təqsirləndirilən şəxs2 olduğu ona məlum olmuşdur. İlqarla görüşüb vaxt təyin etmək və torpağa baxmaq qərarına gəlmişlər. Həmin danışıq günün səhərisi Təqsirləndirilən şəxs2la görüşüb torpağa baxmışlar. İlqara 4 sot torpağı almaq istədiyini bildirmişdir. O da onunla razılaşmışdır və 6.000 manat məbləğində ödəniş etməyi qərarlaşdırmışdır. İlqarla birlikdə o, Sabunçu rayonunda yerləşən 17 saylı Notarius Kontorunun yanında 6.000 manat pulu sayaraq vermiş və İlqar da ondan pulu sayaraq almışdır. 17 saylı Notarial Kontorunda etibarnamə əsasında ona torpağı vermişdir. Daha sonra bu məsələ ilə bağlı 1-2 ay ərzində heç bir problem çıxmamışdır. Həmin yeri hasara almış və sayğaclar qoymuşdur. Həmin ona məxsus torpağın yanında əlavə olaraq 2 sot torpaq almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2la bir daha əlaqə saxlamış və 2 sot torpağı almaq istədiyini bildirdikdə o, onunla razılaşmışdır və 22 aprel 2023-cü il tarixdə həmin ünvanda yəni, ünvan 10ağa 3.000 manat məbləğində pulu İlqara vermişdir. Bu hadisədən bir neçə həftə keçmişdir ki, ona müxtəlif şəxslər, müxtəlif telefon zəngləri etmiş və həmin torpağı ona İlqarın və digər şəxslərin satdığını qeyd etmişlər. O adlarını xatırlamadığı 4 nəfər şəxslə görüşmüş və həqiqət də ona məlum olmuşdur ki, İlqar ona saxta sənədlərlə və bir torpağı bir neçə şəxslərə satmaqla dələduzluq etmişdir. Ona dəymiş 9.000 manat məbləğində ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanmamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O gözdən əlildir və ona dövlət tərəfindən əlil olduğu üçün Ramana qəsəbəsində Sosial evlərdən 2021-ci ilin dekabr ayının 8-də 3 otaq ev verilmişdir. 2021 -ci ilin dekabr ayında yaşadığı Ramana qəsəbəsində Sosial binaların yanındakı torpaq sahəsində torpağın satılması barədə elan görmüşdür və həmin elanda olan Rəşad adlı maklerin mobil nömrəsini götürüb zəng edərək danışmış və o, “Mercedes” markalı “Vita” modelli avtomobillə orada işlətdiyi kafeyə gəlmiş və həmin şəxs onu Allahverdi adlı maklerə yönəltmişdir. O, Allahverdi adlı maklerin satdığı binanın qarşısına idarə etdiyi “İnfiniti” markalı avtomobillə gəlmiş və oradakı 3 sot torpaq sahəsini göstərmişdir. Lakin, o həmin torpaq sahəsini geniş olmadığına görə və 7500 manata satması səbəbindən baha olmasını düşündüyü üçün almağa razı olmamışdır. Bir gün sonra Təqsirləndirilən şəxs2 onun mobil nömrəsinə zəng edərək bir nəfər şəxslə VAZ 2106 markalı avtomobillə Ramana qəsəbəsindəki evinin yaxınlığındakı bazarın yanına gələrək ona geniş torpaq sahəsi göstərməyi təklif etmiş və o da razı olmuşdur. Həmin bazardan 700 metr aralıda yerləşən torpaq yol kənarında olan 6 daş hündürlükdə mişar daşı hörgüsü ilə hasarlanmış 11 sot torpaq sahəsini göstərmişdir. O, ilkin olaraq razı olmamışdır, çünki həmin torpaq sahəsinin hər sotunu 2000 manata demiş, o isə ona cəmi bankdan götürdüyü 7000 manat pulunun olmağını demişdir. Həmin gün razılaşmadan ayrılmışlar. Növbəti gün 2022-ci ilin dekabr ayının 27-də Təqsirləndirilən şəxs2 onunla razılaşmış və pula vacib ehtiyacı olduğunu deyərək 11 sot torpaq sahəsini 7000 manata satmağa razılaşmışdır. Həmin gün Təqsirləndirilən şəxs2 ona 17 saylı notariat kontorunda 100 manat pulunu alaraq eitbarnamə yazdırmışdır və ona verərək söz vermişdir ki, 2022-ci ilin yanvar ayında həmin satdığı torpaq sahəsinə DƏDRX-dən çıxarış alacaqdır. Daha sonra onun yaşadığı ünvan 11 ünvanında evinin mətbəx otağında Təqsirləndirilən şəxs2 ilkin olaraq 5500 manat pul ödəmişdir. Hətta İlqar demişdir ki, ona çətin vaxtında dəstək olduğu üçün ola bilsin əlavə 1500 manat pulu almasın. xx.xx.2023-cü il tarixdə isə makler Rəşad ona zəng vuraraq onun vasitəsi ilə tanıdığı İlqardan torpaq aldığı halda, nə üçün ona xəbər demədiyini və onun ünvanına gəlmək istədiklərini demişlər. O da razılıq vermişdir. Rəşad və Allahverdi onun yaşadığı məhləyə gəlmişdir. Allahverdi orada bildirmişdir ki, “Şair, İlqar sənə torpaq satıb, niyə bizə xəbər demirsən, İlqarın bizə borcu var” və əlavə qalıq qalan 1500 manat pulu da ödəməyi xahiş etmişlər və İlqardan həmin pulu onun yanında tələb etdilər. Təqsirləndirilən şəxs2 da ondan yalvarmaq formasında xahiş etmişdir ki, çətin vəziyyətdə olduğunu və qalan borcu da ödəsin. O da 1500 manat pulu yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs2 ödəmişdir. 2022-ci ilin yanvar ayında İlqar ona söz verdiyini, yəni torpaq sahəsinin sənədləşməsini həll etməmişdir. O İlqardan sənədi tələb etdikdə İlqar onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Sonradan o Rəşada və Allahverdiyə də zəng etdikdə onlar zənglərini bloka atmış və əlaqəyə çıxmamışlar. O həmin 7000 manat pulu əllilik maaşı ilə 5 illik müddətinə Beynəlxalq bankdan faizlə kredit almışdır, hal-hazırda da o, həmin krediti aylıq 315 manat əllillik müavinətindən ödəyir. Ona 7000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, X24 o, yaşadığı Xəzər bağlar massivində 2023-cü ilin may ayından qonşu kimi tanımışdır. Aslanla heç bir ədavəti yoxdur. O, 2023-cü ilin dekabr ayında qonşu Aslan Fərəcovla məhlədə söhbət edən zaman kirayədə yaşamaq istəmədiyi üçün torpaq almaq və ev tikmək istədiyini bildirmişdir. Çünki Aslan ona maşın və arada torpaq alqı-satqısı ilə də məşğul olmasını əvvəlcədən demişdir. Aslan 2024-cü ilin yanvar ayının təxminən 8-də ona zəng edərək ona yarımtikilisi olan Ramana qəsəbəsində 3 sot torpaq sahəsi satılmasını bildirdi və gedib baxmağı təklif etdi. O, da Aslanla razılaşmış və birlikdə onun avtomobili ilə Aslanın göstərməsinə əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna 16 saylı Cəzaçəkmə müəssisəsindən iki küçə aralıda döngədə yerləşən hasarlı yarımtikili olan yerə gətirib həmin yeri göstərmişdir. Həmin yerin darvazası bağlı idi və o, Aslandan açarı soruşduqda, o bildirmişdir ki, açarlar sahibi İlqar adlı şəxsdədir və ona həmin yeri 13.000 manata satıldığını, pulu verib etibatnaməni aldıqdan sonra açarları ala biləcəyini demişdir. O da həmin vaxt atasına göstərmək üçün həmin yerin və Aslanın videosunu çəkmişdir. xx.xx.2024-cü il tarixdə “Kapital bank” kartından ilkin olaraq 5000 manat çıxartıqdan sonra Sabunçu rayonu, Ramana qəsəbəsi, “Rahat” marketin yanında Aslan Fərəcovla və onun yanında gələn həmin torpaq və yarımtikili guya satan Təqsirləndirilən şəxs2 ilə görüşmüş və Aslana 5000 manat pulu əlbəəl dostu Şahid1 iştirakı ilə vermişdir. Aslan İlqardan torpaq sənədini də götürüb əvvəlcə dairənin yanındakı notairusa getmiş, orada sənədləşmə alınmamış, sonra Nefçilər metrosunun yanındakı notariusa Təqsirləndirilən şəxs2 təklifi ilə getmiş və həmin vaxt o, ipooteka götürmək fikrində olduğundan mülkiyyət olmaması üçün 3 sot torpaq sahəsini dostu Şahid1 adına Təqsirləndirilən şəxs2 adından etibarnamə verilmişdir. O, 8000 manat pulu da düzəltmiş və həmin pulu isə Aslan Fərəcovla danışığına əsasən həmin torpaq və yarımçıq tikili evi almaq məqsədi İlqarın yanında Aslana vermişdir. Pulu versə də açarlar ona verilməmişdir. Artıq o, Təqsirləndirilən şəxs2 və Aslan Fərəcovun onu aldadaraq ümumilikdə 13000 manat pulunu ələ keçirib ona dələduzluq etdiklərini başa düşmüşdür. Bu səbəbdən Sabunçu RPİ-nin 12-ci PŞ-nə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Aslan və İlqardan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, X15, X11 və Təqsirləndirilən şəxs2 əvvəllər tanmamış və onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2021 -ci ildən ev və torpaq alqı-satqısı ilə məşğul olur və ofisi Ramana qəsəbəsində “İnsaf marketin yanında yerləşir. X48 da yaxınlıqda yaşayır və boş vaxtlarında onun ofisində oturmuş, münasibəti yaxşı olmuş və hər hansı müştəri də olanda bu barədə ona demiş, o da gedib torpaq və ya evə baxıb bəyəndikdə almış. 2023- cü ilin yanvar ayının əvvəllərində tanışı Vəli ona zəng edərək ofisinə gələcəyini bildirmiş. Bir müddət sonra Vəli və yanında əvvəlcədən tanımadığı sonradan adının X30 olmasını bildiyi şəxs onun yanına makler ofisinə gəlmişlər. Mübariz ona yaxın qohumu Zeynəb adlı qadının əri vəfat etdiyindən və uşağı ağır xəstə olması səbəbindən ona məxsus olan Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 4 otaqdan ibarət natamam evi təcili olaraq 14000 manata satıldığını və ona almağı təklif etmişdir. O, Vəli və Mübariz Həsənov evə baxış keçirmək üçün həmin ünvana getmişlər. Hasarın içində olan evə baxış keçirmişlər və onun evdən xoşu gəldiyi üçün Mübarizə bildirmişdir ki, evin sahibini çağırsın, sənədləri gətirsin qiymətdə razılaşsınlar. Təxminən xx.xx.2023-cü il tarixdə Mübariz və bir nəfər qadın onun iş yerinə gəlmişlər və Mübariz həmin qadını ev sahibi Zeynəb xanım kimi təqdim etmiş və qiyməti onunla razılaşmağı bildirmişdir. Zeynəb ona evin və torpaq sahəsinin ona məxsus olduğunu, əri vəfat etdiyindən, övladı ağır xəstə olduğundan evi təcili satdığını bildirmişdir. Onlar evin dəyərini 12000 manata razılaşmışlar. Zeynəb və Mübarizə 500 manat beh olaraq Ramanadakı ofisində vermişdir. xx.xx.2023-cü il tarixdə onlar Xətai rayonunda yerləşən 18 saylı notariat kontoruna getmişlər və razılaşmalarına əsasən 12000 manat ödəməli olduğu puldan 7000 manatı Mübariz Həsənov və Zeynəb Şərifovaya notariusun qarşısında vermişdir, Zeynəb isə 89 il 10 ay 5 gün müddətə ona torpaq sahəsinə dair etibarnaməni yazdırdıqdan sonra, qalıq qalan 4500 manat pulu ödədikdən sonra etibarnaməni ona verəcəklərinə vəd vermişlər. Onlar, yəni Mübariz, Zeynəb və o üçü onun işlədiyi Ramana qəsəbəsindəki makler ofisinə gəlmişlər. Həmin ərəfədə o şahidlik etməsi üçün tanışı Vəli Həsənovu da ora çağırmış və 4 nəfərin iştirakı ilə Zeynəbin aldığı pulu təsdiqləyən iltizamı tərtib edib imzalamışlar. O qalan 4500 manat pulu Zeynəbə ödədikdən sonra Zeynəb ona Təqsirləndirilən şəxs2 adından ona etibar edilmiş hüquqlarını etibar etməsi barədə notarial etibarnaməni, kiril əlifbası ilə yazılmış Suraxanı RİH-nin 1156 nömrəli xx.xx.1997-ci il tarixli Təqsirləndirilən şəxs2 1000 kv.metr torpaq sahəsinin ayrılması barədə sərəncamının notarial qaydada təsdiqlənmiş surətini ona vermişdir. Daha sonra Zeynəbin ona satdığı evə getmişlər və o orada Vəlinin, Mübarizin, Zeynəbin iştirakı ilə videoçəkiliş aparmış, orada da Zeynəb və Mübariz evin Zeynəbə aid olmasını təsdiq etmişlər. O isə özünə məxsus mobil nömrəni evin divarına yazmış və bunu yazmaqda məqsədi o olmuşdur ki, bir qədər təmir etdikdən sonra həmin evi daha baha qiymətə başqa müştəriyə satsın. Ona sonradan bir neçə dəfə zənglər gəlmiş və o evi 13000 manata satdığını bildirmişdir. Lakin, sonradan artıq həmin evin başqa sahibi onunla əlaqəyə çıxaraq həmin evin ona məxsus olmasını və ona verilən sənədin saxta olmasını bildirmişdir. O da sonradan tanış Azər adlı vəkilinin vasitəsi yoxlatdıqda ona məlum olmuşdur ki, xx.xx.1997-ci il tarixli Suraxanı İH-nin sərəncamı saxtadır. Bu səbəbdən o artıq aldandığını anlamış və Zeynəbdən, Mübarizdən zəng edib pulunu geri tələb etsə də onlar onu aldatmışlar və pulunu qabaqcadan əlbir oalraq ələ keçirib qaytarmayaraq ona 12.000 manat dəyərində maddi ziyan vurmuşlar Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanınmamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2021-ci ilin yanvar ayında internetdə “tap.az” elan saytında Ramana qəsəbəsində sosial binaların arxasında 2 sot torpağın satılması barədə elan görmüş və həmin elanda olan Vüsal adlı maklerin ***-***-**-** saylı mobil nömrəsini götürüb zəng edərək danışmış və onunla Ramana qəsəbəsində torpaq sahəsinin yanında görüşmüşdür və həmin şəxs torpaq sahibinin həmin torpaq sahəsini 99 illik icarə sənədi ilə satdığını, lakin tikintiyə icazəni özləri alacaqlarına vəd vermişdir. O qiyməti ilə maraqlandıqda Vüsal ona həmin 2 sot torpaq sahəsinin 2900 manata satılmasını bildirmişdir. O da kirayə yaşadığı üçün ev tikmək fikrində olduğundan və həmin qiymətin ona sərf etməsi səbəbindən razı olmuş, bir gün sonra Vüsal adlı maklerlə Bakıxanov qəsəbəsində “Aygün Mail” TM-nin qarşısında görüşüb torpaq sahəsinin alınması üçün ona beh vermişdir. Daha sonra özünü torpaq sahəsinin sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs2 ilə 2021-ci ilin yanvar ayının ortalarında Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontorunun qarşısında görüşmüşlər. İlqar ona həmin torpaq sahəsinin ona məxsus olmasını və alğı-satqı etmək üçün 2800 manat pulun ödənilməsini bildirdikdə o, həmin yerdə 2800 manat pulu Vüsal maklerə vermiş, o da həmin pulu sayıb Təqsirləndirilən şəxs2 ödəmişdir. İlqar və o, notariat kontoruna girdikdə orada Təqsirləndirilən şəxs2 ona Ramana qəsəbəsindəki 2 sot torpaq sahəsinə dair etibarnamə vermişdir. Bir neçə gün sonra o sözü gedən torpaq sahəsində tikinti işləri aparmağa başlayarkən orada yaşayan qonşular həmin yerin bir neçə şəxsə satıldığını bildirdilər və o bundan sonra Vüsaldan və İlqardan pulunu ödəmələrini tələb etsə də onu müxtəlif bəhanələrlə yubatmışlar və pulunu ödəməmişlər. O Vüsalgilə pul verən zaman yanında yeznəsi X8, bacısı oğlu X38 olmuş və bütün danışıqlara şahid olmuşlar. Vüsal və İlqarın məqsədli şəkildə özlərinə məxsus olmayan torpaq sahəsini ona satmaq vədi ilə aldadaraq eitbarından sui-istifadə edərək ona ümumilikdə 2900 manat dəyərində maddi ziyan vurmuşlar. O pulunun qaytarılmadığını görüb həmin şəxslər barədə xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, X15 və Təqsirləndirilən şəxs2 əvvəllər tanmamış və onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. X48 onun kəbin nikahı ilə əridir. 2023-cü ilin yanvar ayının sonlarında həyat yoldaşı Vəlinin tanışı Xasməmməd X1 Ramana qəsəbəsində ev aldıqdan sonra əri Vəli Mübarizə bildirmişdir ki, əgər almaq üçün ucuz ev olsa razı olar. 2023-cü ilin fevral ayının təxminən 10-da Mübariz Həsənov əri Vəliyə Bakı şəhəri, Suraxanı rayonu, S.Alıyev küçəsində 4 sot torpaq sahəsinin və içində evin olmasını ucuz satılmasını bildirmiş və o Mübarizi Ramana qəsəbəsindəki evinə çağırmışdır. Həmin vaxt Mübariz və Təqsirləndirilən şəxs2 yaşadıqları evə gəlmişlər və ona satdıqları evin yerləşdiyi torpaq sahəsinin sənədi kimi Suraxanı RİH-nin xx.xx.1997-ci il tarixli 1156 nömrəli sərəncamını göstərmiş və İlqar həmin evi və 4 sot torpaq sahəsini 6000 manata satdığını bildirmişdir. Növbəti gün Mübarizlə birlikdə əri Vəli və o, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evin yanına gedib baxıb bəyənmişlər. Mübariz həmin evin Təqsirləndirilən şəxs2 məxsus olmasını və xəstəsi olduğundan ucuz satmasını bildirmiş, 12 fevral 2023-cü il tarixdə ilkin olaraq 3000 manat pulu Mübariz Həsənov və Təqsirləndirilən şəxs2 yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsində evdə vermiş və ona Suraxanı RİH-nin xx.xx.1997-ci il tarixli 1156 nömrəli sərəncamını, Təqsirləndirilən şəxs2 onun adına verdiyi etibarnaməni, pul alması barədə qəbz vermişlər. O pulu tam ödəməmişdir ki. elektriki, qazın və suyun kommunal ödənişlərini onun adına keçirsinlər sonra qalan pulu ödəsin. Lakin Mübariz vaxtı yubatmağa başlamış, lakin Mübariz yenə onları dilə tutub ev sahibinin pula ehtiyacı olduğunu bildirmiş və sənədləşməni onun adına tamamlayacaqlarına yenə söz vermiş və xx.xx.2023-cü il tarixində o, 2000 manat pulu yaşadığı Ramana qəsəbindəki evində Mübariz Həsənova vermişdir. Daha sonra 2023-cü ilin aprel ayında isə Mübariz onun yaşadığı evə gələrək elektriki qazın və suyun kommunalları onun adına sənədləşdirmək üçün pul lazım olduğunu bildirib sonuncu 1000 pulu da istədiyindən o, həmin 1000 manat pulu ona yaşadığı evdə həyat yoldaşı Vəlinin iştirakı ilə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Mübarizin və İlqarın ona satmaq adı ilə göstərdikləri ev başqa adama məxsusdur, ev sənədi saxtadır və həmin şəxslər evə yerləşib yaşamağa başlamışlar. Bu səbəbdən o və əri Vəli nə qədər tələb etsələr də Mübariz Həsənov, nə də Təqsirləndirilən şəxs2 onların pulunu verməmişlər. Mübariz Həsənovun və Təqsirləndirilən şəxs2 dələduzluq əməli nəticəsində ona 6000 manat dəyərində maddi ziyan dəymişdir və həmin pul onun özünə məxsus olmuş, illər ərzində özü təqaüdünü yığıb saxlamışdır. Bütün baş verən hadisələrə əri X48 şahid olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 Füzuli oğlu ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında “tap.az” saytında torpaq elanı görümüşdür. Həmin elanı Vüsal yerləşdirmişdir. Elanda Suraxanı rayonunda 4 sot torpaq sahəsinin 16.000 manata satıldığı qeyd edilmişdir. Mübariz adlı şəxs ona torpağı aparıb göstərmişdir. Daha sonra 18 saylı notariusda 10000 manat pulu bank vasitəsilə İlham adlı şəxsə vermişdir. Sənədləşmə İlhamla onun arasında aparılmışdır. Suraxanı RİHnin sərəncamı isə İlqarın adına olmuşdur. İlqar torpaqla bağlı İlhama etibarnamə vermişdir. Pulu İlham götürdükdən sonra orada olan şəxslər arasında yəni, İlqar, Vüsal, Mübariz, İntiqam arasında bölüşdürmüşdür. Pulun qalan 6000 manatını isə sonra Mübarizə vermişdir. Sonra o torpaqda iş görmək istədikdə ona icazə verməmişlər və bildirmişlər ki, həmin torpaq sahəsi dövlət balansındandır Ona dəymiş 16.000 manat ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun əri X31 hərbçi, yəni, kəşfiyyatçı olmuş və xx.xx.2020-ci ildə Fizuli rayonunda 2-ci Qarabağ müharibəsi şəhidi olmuşdur, həm də 2016-cı ildəki Qarabağ döyüşlərində də iştirak etmişdir. Onun himayəsində həmin nikahdan X25 adlı xx.xx.2020-ci il təvəllüldü qızı vardır. O da şəhid yoldaşı olduğu üçün ona da dövlət tərəfindən qan pulu olaraq 7500 manat payına pul ayrılmışdır və həmin pulu o, 2020-ci ilin sonlarında həmin pulu “Beynəlxalq Bank” kartı ilə götürmüş əldə etmişdir. 2021-ci ilin mart ayında ünvan 12 ünvanında yerləşən iki otaqlı ev dövlət tərəfindən verilmiş və həmin ilin sentyabr ayında o, həmin evə valideynlərilə bilrikdə köçmüşdür. O, 2021-ci ilin təxminən may ayının ortalarında Sabunçu rayonu, Ramana qəsəbəsinə yeni evinə gedən zaman həmin sosial binalara yaxınlıqda şəhid əri Hüseynin adına bulaq tikdirən zaman yaxınlıqda torpaq sahəsinin kənarında dəmir lövhənin üzərində torpaq satılması barədə elan qoyulmuş və nömrə yazılmışdır. O da əlində qalan pulla torpaq almaq qərarına gəldiyi üçün 6 sot torpaq sahəsi ilə maraqlanmaq üçün həmin torpaq sahəsinin yanında dəmir parçasının üzərində 051-313-34- 09 saylı əlaqə nömrəsi olduğunu gördükdə həmin nömrə ilə əlaqə saxlamışdır, həmin şəxs özünü ona Şöhrət kimi təqdim etmiş, o Şöhrət adlı şəxsə bildirmiş ki, torpaq sahəsini almaq istəyir, buna görə də onlar həmin günü torpaq sahəsində görüşmüşlər. Bu zaman onun çağırışıyla oraya ailə üzvləri əmisi X32, anası Şahid5, qardaşı X16 gəlmişlər, onlar da gəldikdən sonra onlar Şöhrətlə görüşmüş, 6 sot torpaq sahəsini ümumilikdə 9000 manata almaq barədə razılaşmışlar. Şöhrət bildirmişdir ki, həmin yer Təqsirləndirilən şəxs2 adlı şəxsə məxsusdur, onun adına isə etibarnaməsi vardır. O və ailə üzvləri İlqarın da gəlməsini və nöbvəti gün görüşməyi demişdir. İki gün sonra Ramana qəsəbəsində İlqar adlı şəxs və Şöhrət də ora gəlmişlər və o, anası və əmisi Hikmət görüşmüşdür. Söhbət zamanı o, torpaq sahəsinin sənədini soruşduqda Təqsirləndirilən şəxs2 ona vəd vermiş ki, həmin 6 sot torpaq sahəsinin DƏDRX-dən çıxarışını öz adına aldıqdan sonra onu adına 10 gün müddətinə sənədləşdirəcəkdir, belə izah etmişdir ki. guya həmin torpaq sahəsi ümumi hektar olaraq başqasına məxsusdur, həmin şəxsin çıxarışı var və onun adından guya öz adına, sonra da onun adına çıxarış verdirəcəkdir. Onlar danışmış razılaşdıqdan sonra 4500 manat pulu nağd şəkildə X42 qəsəbəsində yerləşən notariusda görüşüb onun adına etibarnaməni Şöhrət verdikdən sonra pulu ona vermiş və İlqarla birlikdə çıxıb getmişlər. 10 gün keçsə də sənəd haızrlanmamış, İlqar onunla zəng edib danışaraq qalan 4500 manat pulu da çatdırdıqdan sonra sənədləşməni həl edəcəyinə söz vermiş onu inandırmış. Həmin ərəfədə onlar artıq həmin torpaq sahəsini usta çağırmış hasarın fundamentini tökdürmüş, 4 daş hündürlükdə evin divarlarını hördürməyə başlamış, layihəni də 1000 manat pul verib çəkdirmişlər. Bu söhbətdən təxminən 1 ay sonra o, Şöhrətə yerdə qalan 4500 manat pulu da vermişdir, yəni ona ümumilikdə 9000 manat pul vermişdir. Onlar 9000 manat pulu Şöhrətə verdikdən sonra Şöhrət onlara torpağın sənədini verməli idi, lakin o onlara bildirmiş ki, torpaq İlqar adlı şəxsə məxsusdur, İlqarla gələcək və onlar notariusa gedərək sənədi almalı idi. Şöhrət adlı şəxs dəfələrlə onlara söz versə də verdiyi vədə əməl etməmişdir. Hətta o, Şöhrətə 9000 manat pul verdikdən sonra torpaq sahəsinə əlavədən 7000 manat da hissə-hissə xərc qoymuşdur. 2022-ci ilin təxminən noyabr ayının əvvəllərində Sabunçu rayon icra Hakimiyyətindən nümayəndə onların evinə yaxınlaşaraq torpaq sahəsi əkin sahəsi üçün ayrılmışdır, yaşayış sahəsi üçün nəzərdə tutulmamışdır, onlar da bununla bağlı İcra Hakimiyyətinə getmiş, orada da onlara eyni sözü demişlər, buna görə də o, İlqarla və Şöhrətlə əlaqə saxlamış, İlqar da həmin torpaq sahəsinə İcra Hakimiyyətindən icazəni alıb sənədini həll edəcəyinə söz vermişdir. Sonradan isə Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dağıdılmış, tikinti işləri yarımçıq qaldığına və İlqarın və Şöhrətin onu aldadaraq pulunu ələ keçirməsini anlayıbmış onlardan şikayət edəcəyini bildirdikdə onlar onun yaşadığı evə gələrək onun onlara verdiyi 9000 manatı birlikdə köməkləşib qaytaracaqlarını bildirsələr də onlar verdikləri vədə əməl etməyərək oları aldatmışlar, o hər dəfə onlarla əlaqə saxladıqda müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışlar. Təqsirləndirilən şəxs2 və Şöhrət Şirəliyev tərəfindən 9000 manat pulu dələduzlqu adı ilə ələ keçirilsə də, onun usta və tikinti xərcləri nəzərə alınmaqla ona əlavə 7000 manat da maddi ziyan dəymişdir. 9000 manat pul İlqar və Şöhrət tərəfindən ona qaytarılmışdır. Həmin torpaq sahəsinə çəkdiyi əlavə 7000 manat xərcin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında “Lalafo.az” saytında torpaq almaq üçün maraqlanmış və maraqlanan zaman Sabunçu rayonu, Ramana qəsəbəsində 1.5 sot torpağı 5.300 manata satışa qoyulmuş bir elan tapmış və dərhal elanda qeyd olunan nömrə ilə əlaqə saxlayıb torpağı almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxslə görüşə qərar vermişlər, həmin şəxsin adının Təqsirləndirilən şəxs2 olduğu ona məlum olmuşdur. İlqarla görüşüb vaxt təyin etmək və torpağa baxmaq qərarına gəlmişlər. Həmin danışıq günün səhərisi Təqsirləndirilən şəxs2la görüşüb torpağa baxmışlar. İlqara 1.5 sot torpağı almaq istədiyini bildirmiş, o da razılaşmış və 5300 manat məbləğində ödəniş etməyi qərarlaşmışlar. İlqarla birlikdə o, Xətai rayonunda yerləşən 18 saylı Notarius Kontorunun yanında 5300 manat pulu sayaraq vermiş və İlqarda ondan pulu sayaraq almışdır. 18 saylı Notarial Kontorunda etibarnamə əsasında ona torpaq sahəsini versə də sonradan həmin torpaq sahəsinin sənədinin düzgün olmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs2 həmin dələduzluq əməli nəticəsində ona 5.300 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının 2-də o, torpaq sahəsi almaq qərarına gəldiyi üçün internetdə “tap.az” elan saytında Sabunçu rayonu, Ramana qəsəbəsində ucuz qiymətə 7 sot torpaq sahəsinin satışının elanını görmüş və orada yazılmış ***-***-**-** İlqar adlı şəxsin mobil nömrəsinə zəng edərək danışdıqdan sonra xx.xx.2023-cü il tarixdə günorta saatlarında sonradan şəxsiyyətini müəyyən etdiyi Təqsirləndirilən şəxs2 ilə yaşadığı Ramana qəsəbəsində torpaq sahəsinin yanında görüşərək torpağa baxmışdır və ona həmin 7 sot torpaq sahəsinin 10.000 manata satmasını bildirmişdir. O da həmin yeri bəyəndikdən sonra, sənədini soruşmuşdur. Təqsirləndirilən şəxs2 isə ona Abşeron RİH-nin sərəncam olduğunu bildirmiş və ona həmin torpaq sahəsinə ona etibarnamə verəcəyini, sonra DƏDRX-dən öz adına çıxarış alacağını, sonra isə həmin torpaq sahəsini onun öz adına sənədləşdirə biləcəyini demiş və o onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə o “Bank of Baku” bankının Bakıxanov filialından kredit alaraq 10.000 manat kreditə pul götürmüş Təqsirləndirilən şəxs2la zəngləşərək birlikdə Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna getmişdir, orada ona İlqar etibarnaməni və torpaq sahəsinə dair Abşeron RİH-nin xx.xx.2008-ci il tarixli sərəncamını vermişdir. Daha sonra o, Ramanı qəsəbəsi Südçülük sovxozunda Sosial binaların yaxınlığında yerləşən torpaq sahəsinin yanına gəlmiş və orada Təqsirləndirilən şəxs2 10000 manat pulu idarə etdiyi VAZ 2107 markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içində vermişdir. Həmin vaxt yanlarında başqa adam olmamışdır. Həmin torpaq sahəsinin yarımçıq hasarı var idi və bir ay sonra torpaq sahəsinə baş çəkdikdə görmüş ki, həmin sahəyə köşk(butka) qoyulmuşdur. Bu barədə Təqsirləndirilən şəxs2 soruşduqda həmin butkanın müvəqqəti qoyulduğunu və iki günə götürüləcəyini bildirmişdir. Sonradan o, həmin yeri maraqlandıqda görmüş ki, torpaq sahəsinin üzərində Vüqar adlı ***-***-**-** mobil nömrəsinin və torpaq sahəsinin satılmamasının yazılmasını görmüş və həmin nömrəyə zəng etdikdə Vüqar adlı şəxs ona cavab verərək İlqar adlı şəxsin fırıldaq olmasını və onu aldatmasını, həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir. O da Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda o, Arifə şikayət etməməyini və ona pulunu 10 günə qaytaracağına söz versə də vədinə əməl etməyib pulunu qaytarmamışdır. Daha sonra Sabunçu RPİ-nə ərizə ilə müraciət etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ilqar və Vüsaldan şikayətçi deyildir. İlqar ona həyət evi tikmişdir. Həmin həyət evinin çıxarışı olmadığından onu satmaq qərarına gəlmişdir. Təsadüfən alğı-satqı məntəqəsinə yaxınlaşmış və orada Mübarizlə tanış olmuşdur. Mübariz ona Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 2 sot torpaq sahəsini təklif etmişdir. O, torpaq sahəsinə gedib baxmış və bəyənmişdir. 3700 manat pulu həmin vaxt Mübarizə vermişdir. Qalan hissəsini isə sonra vermişdir. Mübarizə 25700 manat pul vermişdir. Ona vurulmuş ziyanı Mübarizdən tələb edir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 10 il bundan əvvəl alqı-satqı işi ilə məşğul olan Təqsirləndirilən şəxs2 adlı şəxs ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyində yerləşən 2 sot ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satmışdır. O da həmin topraq sahəsində fərdi ev tikdirmək üçün İlqar adlı şəxsə 24.000 manat məbləğində pul vermiş, həmin vaxt İlqar öz vədinə əməl edərək həmin torpaq sahəsində onun üçün fərdi ev tikdirmişdir. Lakin, 2022-ci ilin təxminən iyun ayında o həmin fərdi evi sənədsiz olduğu üçün satmaq, özünə həmin pul ilə başqa bir sənədli torpaq sahəsi alaraq ev tikdirmək qərarına gəlmişdir və bu məqsədlə yenidən köhnə tanışı olan Təqsirləndirilən şəxs2 müraciət etmişdir. İlqar ona bu işdə də köməklik edə biləcəyini bildirmiş və ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu yaşayış massivi ərazisində yerləşən 2 sot ölçüdə hasarsız boş torpaq sahəsini göstərmiş, o da həmin boş torpaq sahəsini bəyənərək almağa razılaşmışdır və yaşadığı evi 29500 manata sataraq həmin puldan 3000 manat məbləğində hissəsini İlqara həmin, ona təklif etdiyi torpaq sahəsinin üzərində oğlu Mətləbin yanında onun həmin yerə gəldiyi, hazırda markası və dövlət qeydiyyat nişanı xatirlamadığı avtomobilin salonunda əlbə əl vermiş, əvəzində ilqar ona bir ədəd üzərində «(çap hərfləri ilə): Abşeron Rayonu S.X55 Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəsəsinin 17 Fevral 2000-ci il tariixli 6№-li əmrindən ÇİXARİŞ Abşeron Rayon İcra Hakimiyə nin 12 yanvar 1995-ci il tarix 25№li Qqərarına əsasən Savxozda işləyən fəhlə və mütəxəssilərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş (əlyazma xətlə): Zərərçəkmiş şəxs1 0,02 (yenə çap hərfləri ilə) hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılsın, Sovxozun Direktoru: Y.Hümbətov» yazıları və imza ilə möhür olan sənədi verərək bildirmişdir ki, guya ona satdığı torpaq sahəsinin çıxarış sənədidir. O da həmin sənədin üzərində rəsmi möhürün olmasını görüb inanmışdır. İlqar bildirmişdir ki, artıq sabahı gündən həmin torpaq sahəsində abadlaşma və tikinti işlərinə başlayacaq, lakin bir müddət keçmiş, İlqardan xəbər çıxmamışdır. Bir müddət keçdi İlqar bildirmişdir ki, guya əlinə daha bir sərfəli variant düşüb, guya onun xətrini istədiyi üçün ona daha sərfəli şərtlərlə və yaxşı yerdə torpaq sahəsi tapıb, bu adla onu bir nəfər Mübariz adlı şəxsin yanına aparmış. Mübariz adlı şəxslə birlikdə ona Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu Keçidi adlanan yerin yaxınlığında, oradakı parkın düz yanında yerləşən 2 sot ölçüdə boş torpaq sahəsini göstərmişlər və həmin torpaq sahəsini ona 7000 manata sata biləcəklərini bildirmişlər. O həmin torpaq sahəsini görən kimi bəyənmişdir və almağa razılaşmışdır, hətta onlarla bir qədər söhbət edərək qiyməti 6700 manata endirmişdir, razılaşmışlar ki, əvvəlcədən təklif etdikləri torpaq sahəsin görə İlqara verdiyi 3000 manatı da hesaba alaraq həmin vaxt həmin yerdə onlara əlavə 3700 manat məbləğində pul vermişdir, əvəzində onlar ona «Bülbülə qəsəbəsində toropaq sahəsinin ayrılması haqqında» Suraxanı rayonu İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun 1145 №11 xx.xx.1997-ci il tarixli sərəncamını vermişlər, həmin sərəncamda qeyd olunmuşdur ki, guya o mənzil növbəsində olduğu üçün torpaq sahəsi ayrılması üçün müraciət etmiş və həmin müraciəti əsasında həmin torpaq sahəsi ona ayrılıb. Bir neçə gün keçdikdən sonra, İlqar və Mübariz həmin boş torpaq sahəsində tikinti işləri aparılmasına icazə almaq üçün həmin vaxt yaşadığı Ramana qəsəbəsi, Şuşa Şəhərciyi yaşayış massivi ərazisində yerləşən fərdi evə gəlib ondan 1500 manat məbləğində də pul almışlar. Bir neçə gündən sonra onlar guya ona satdıqları torpaq sahəsinin üzərində tikinti işləri aparılması üçün təxminən 2 ay ərzində hissə-hissə ondan əlavə 12500 manat məbləğində də pullar almışlar. Pulları əksər vaxtlarda ondan gəlib Mübariz yaşadığı evdən götürmüşdür. Evinin satışından əlində pul qaldığını bildikləri üçün həmin ərəfədə onlar ona bildirmişlər ki, əllərinə yenə də ucuz qiymətə yaxşı bir torpaq sahəsi düşüb, guya Məhəmmədll-Digah yolunun kənarında yerləşən həmin 40 sot ölçüdə boş torpaq sahəsi almaq istəyirlər ki, sonradan öz müştərilərinə baha qiymətə satıb qazanc əldə etsinlər, ona təklif etmişlər ki, həmin torpaq sahəsini almaq üçün özlərində çatışmayan 5000 manat məbləğində pulu onlara versin, əvəzində torpaq sahəsini satıb qazanc əldə etdikdən sonra ona da qazanclarından 1000 manat xeyir verəcəklər. O da onlara inanaraq həmin 5000 manat məbləğində pulu oğlu Mətləbin vasitəsi ilə onlara vermişdir. Əvəzində onlar onu inandırmaq üçün «X2 istifadəsinə 0,40 ha torpaq sahəsinin verilməsi haqqında» Abşeron rayonu İcra Hakimiyyəti Başçısı Mirzə Novruzovun xx.xx.2005-ci il tarixli 447 №11 sərəncamının sürətini vermişlər. Həmin pulu da ondan aldıqdan sonra onlar qaçmağa başlamışlar, nə vəd verdikləri tikinti işlərini aparmış, nə vəd verdikləri torpaq sahəsini ona satmamış, nə əlavə aldıqları 5000 manat pulunu qaytarmayıb həmin puldan əlavə vəd verdikləri qazancı da verməmişlər. Zərərçəkmiş şəxs17 ərizə ilə məhkəməyə müraciət edərək istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin sonlarında tarixində Sabunçu rayonu, Ramana qəsəbəsində torpaq sahəsi almaq qərarına gəlmiş və bu məqsədlə Ramana qəsəbəsindən tanıdığı Vəli adlı "kürd” ləqəbli Naxçıvanlı maklerə də müraciət etmişdir. Təxminən bir həftə sonra Vəli ona zəng edərək ilqar adlı şəxsin Ramana qəsəbəsi, Südçülük sovxozunda 10 sot torpaq sahəsini 18000 manata satmasını bildirmişdir. Daha sonra Vəli ilə birlikdə sonradan adının Təqsirləndirilən şəxs2 oğiu oimasını biidiyi şəxs ilə görüşüb torpaq səhərinə 2021- ci ilin yanvar ayının təxminən 5-də gedib baxmış və bəyənmişdir. Razılaşmaları belə olmuşdur ki, o özünə məxsus olan MG-750 markalı avtomobilini İlqarın tapdığı müştəriyə satsın əsas məbləği İlqara ödəsin, qalan pulu da sonradan İlqara çatdırsın. İlqar da ondan Ramana qəsəbəsində satılan torpaq sahəsinin yanında görüşdükdə şəxsiyyət vəsiqəsinin surətini tələb etmişdir ki, 10 sot torpaq sahəsinə dair notarial qaydada etibarnamə versin. Onun da həmin vaxt Azərbaycan Respublikası vətəndaşlığı olmadığından həyat yoldaşı Şahid2 şəxsiyyət vəsiqəsinin surətini İlqara vermişdir. xx.xx.2021- ci il tarixdə o MG-750 markalı **- RZ-*** dövlət qeydiyyat nişanlı 15000 manat dəyərində olan avtomobilini ilk sahibi xx.xx.1989-cu il təvəllüdlü X26 adından BDYPİ-də İlqarın tez satılması üçün tapdığı müştərinin adına keçirməklə avtomobili 15000 manata satmış və birlikdə Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna gəlmişlər, orada Təqsirləndirilən şəxs2 öz adından həyat yoldaşı Şahid2 adına etibarnamə vermiş və o yerdə qalan 15000 manat pulu həmin notariusun yanında İlqara ödəmişdir. Daha sonra qalan 3000 manat pulu isə xx.xx.2021-ci il tarixdə İlqarın xahişinə əsasən makler Vəliyə yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial evlər ev 30 ünvanındakı evinin qarşısında Təqsirləndirilən şəxs2 verməsi üçün çatdırmışdır. O Vəli adlı maklerə başqa heç bir ödəniş etməmişdir. O torpaq sahəsini aldıqdan sonra atası vəfat etdiyi üçün başı qarışıq olmuşdur və bir il sonra həmin torpaq sahəsində tikinti aparmaq istədikdə ona məlum olmuşdur ki, həmin yerin sahibi İlqar deyil və torpaq sahəsi dövlətə məxsusdur, tikinti aparılması qadağandır. Bundan sonra, o Vəli adlı maklerə və Təqsirləndirilən şəxs2 müraciət edərək ondan pulunu tələb etmişdir. Lakin, onlar ona müxtəlif bəhanələr gətirərək onu aldatmağa davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Zərərçəkmiş şəxs16 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Zərərçəkmiş şəxs14 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 Zərərçəkmiş şəxs4 ilə oxşar məzmunda ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 12 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 20 yanvar 2024-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid1 Abşeron rayonu, X40 ərazisində yerləşən faktiki istifadəsində olan 1,0 ha torpaq sahəsinin 300 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, təyinatını dəyişdirməyi, həmin torpaq sahəsi üzərində tikinti işləri aparmağı, tikintini müvafiq dövlət orqanları ilə razılaşdırmağı, layihələndirməyi, texniki şərtin alınmasını, torpaq sahəsini və üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi, buna dair sənədləşdirmə işlərini aparmağı və.s səlahiyyətləri etməyi etibar etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Kapital bank terminalının qarşısında baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 2008-ci il tarixli müqavilədən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Təqsirləndirilən şəxs2 Abşeron Rayon İcra Hakimiyyətinin 2008-ci il tarixli qərarı əsasında icarə əsasında sahəsi 1,0 hektar olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəni sahibkarlıq tikinti məqsədilə icarəçiyə uzunmüddətli (99 il müddətinə) istifadəyə vermişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi barədə 12 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatımda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. ********** nömrəli cinayət işi üzrə əməl AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 müraciəti əsasında Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid2 Abşeron rayonu, X40 ərazisində yerləşən faktiki istifadəsində olan 1,0 ha torpaq sahəsinin 1000 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, həmin torpaq sahəsi üzərində tikinti işləri aparmağı, tikintini müvafiq dövlət orqanları ilə razılaşdırmağı, layihələndirməyi, texniki şərtin alınmasını, torpaq sahəsini və üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi, buna dair sənədləşdirmə işlərini aparmağı və.s səlahiyyətləri etməyi etibar etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, uqodasiyasına görə əkin kimi uçota alınmış Abşeron rayonunun X47 Fondunda saxlanılmış torpaqlardan Ramana-Südçülük sovxozunun ərazisindən sahibkarlıq tikinti məqsədilə 1,0 hektar 99 il müddətinə icarə qaydasında Təqsirləndirilən şəxs2 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi barədə 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatımda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 müraciəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisinin qarşısında baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi barədə 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl AR CMnin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs7 Abşeron rayonu, X40 ərazisində yerləşən faktiki istifadəsində olan 1,0 ha torpaq sahəsinin 200 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, həmin torpaq sahəsini və üzərində tikilmiş tikililəri gələcəkdə qanunla müəyyən olunmuş qaydada özəlləşdirməyi, sənədləşmə işi ilə əlaqədar adından ərizə verməyi və imza etməyi, icra və bələdiyyə orqanlarında onu təmsil etməyi, müvafiq arayış, qərar və sərəncamlar almağı və.s səlahiyyətləri etməyi etibar etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 müraciəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisinin qarşısında baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi barədə 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl AR CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 müraciəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisinin qarşısında baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. xx.xx.2022-ci il tarixli əlyazmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs9 4500 manat pul almış, əvəzində ona 3 sot torpaq sahəsi vermişdir. Qeyd edilən mətnin aşağısından Qəhrəmaov İlqar, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs9 imzalamışlar. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs9 Abşeron rayonu, X40 ərazisində yerləşən faktiki istifadəsində olan 1,0 ha torpaq sahəsinin 300 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, həmin torpaq sahəsini və üzərində tikilmiş tikililəri gələcəkdə qanunla müəyyən olunmuş qaydada özəlləşdirməyi, sənədləşmə işi ilə əlaqədar adından ərizə verməyi və imza etməyi, icra və bələdiyyə orqanlarında onu təmsil etməyi, müvafiq arayış, qərar və sərəncamlar almağı və.s səlahiyyətləri etməyi etibar etmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi barədə 17 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 178.1ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs2 səlahiyyətləri X10 ötürmüş, o da öz növbəsində Təqsirləndirilən şəxs2 adından çıxış edərək sonuncunun istifadəsində olan Abşeron rayonu, X40 ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin 600 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, həmin torpaq sahəsini və üzərində tikilmiş tikililəri gələcəkdə qanunla müəyyən olunmuş qaydada özəlləşdirməyi, sənədləşmə işi ilə əlaqədar adından ərizə verməyi və imza etməyi, icra və bələdiyyə orqanlarında onu təmsil etməyi, müvafiq arayış, qərar və sərəncamlar almağı və.s səlahiyyətləri etməyi Zərərçəkmiş şəxs6 etibar etmişdir. AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən hadisə yerinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X44 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs olduğundan həmin maddə ilə şübhəli şəxs qismində 23 may 2023-cü il tarixdə saat 17:10 dəqiqədə tutulmuşdur. Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs2 və X17 tərəfindən vurulmuş maddi ziyandan 9000 manat ödənilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barəsində vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu dərhal MSY-dən azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və tutulmaqdan azad edilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 müraciəti əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük massivində yerləşən hadisə yerinə baxış keçirilmiş, torpaq sahəsinin 11 sot təşkil etdiyi, torpaq sahəsinin ətrafının mişar daşı ilə yarımçıq hörülmüş vəziyyətdə olduğu və torpaq sahəsinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial evlər massivinin 500 metr məsafədə yerləşdiyi, ətrafda tikilmiş və yarımçıq tikilmiş fərdi yaşayış evlərinin olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs2 icarə hüququ ilə ona ayrılmış və faktiki olaraq istifadəsində olan Abşeron rayonu, X40 ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin 700 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, həmin torpaq sahəsini və üzərində tikilmiş tikililəri gələcəkdə qanunla müəyyən olunmuş qaydada özəlləşdirməyi, sənədləşmə işi ilə əlaqədar adından ərizə verməyi və imza etməyi, icra və bələdiyyə orqanlarında onu təmsil etməyi, müvafiq arayış, qərar və sərəncamlar almağı və.s səlahiyyətləri etməyi Zərərçəkmiş şəxs5 etibar etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X27 müraciəti əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük massivində yerləşən hadisə yerinə baxış keçirilmiş, torpaq sahəsinin 7 sot təşkil etdiyi, torpaq sahəsinin ətrafının mişar daşı ilə yarımçıq hörülmüş vəziyyətdə olduğu və torpaq sahəsinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial evlər massivindən təxminən 600 metr məsafədə yerləşdiyi, ətrafda tikilmiş və yarımçıq tikilmiş fərdi yaşayış evlərinin olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 müraciəti əsasında Sabunçu rayonu, Şəhər şossesi (Maştağa-Zabrat qəsəbəsi) istiqamətində olan yolun sağ hissəsində yerləşən 17 saylı notariat kontorunun qarşısında baxış keçirilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs2 faktiki olaraq istifadəsində olan ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsinin 350 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, həmin torpaq sahəsini və üzərində tikilmiş tikililəri gələcəkdə qanunla müəyyən olunmuş qaydada özəlləşdirməyi, sənədləşmə işi ilə əlaqədar adından ərizə verməyi və imza etməyi, icra və bələdiyyə orqanlarında onu təmsil etməyi, müvafiq arayış, qərar və sərəncamlar almağı və.s səlahiyyətləri etməyi Zərərçəkmiş şəxs14 etibar etmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1156 saylı xx.xx.1997-ci il tarixli sərəncamından görünür ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən sahədə 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Təqsirləndirilən şəxs2 ayrılmışdır. Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, № BA-06802-2022 saylı cavab məktubunun surətindən görünür ki, Suraxanı rayon İH-nin arxiv fondu üzrə 1997-ci il tarixli 1156 saylı sərəncamı xx.xx.1997-ci il tarixli deyil, xx.xx.1997-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda Təqsirləndirilən şəxs2 barədə heç bir məlumat yoxdur. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında Suraxanı rayonunda yerləşən Şamlıq kafesində baxış keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № BA-08197-2022 saylı cavab məktubunun surətindən görünür ki, Suraxanı rayon İH-nin arxiv fondu üzrə 1997-ci il tarixli 1164 saylı sərəncamı xx.xx.1997-ci il tarixli deyil, xx.xx.1997-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda Təqsirləndirilən şəxs2 barədə heç bir məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs olduğundan həmin maddə ilə şübhəli şəxs qismində 13 iyul 2023-cü il tarixdə saat 22:06 dəqiqədə tutulmuşdur. Təqsirləndirilən şəxsə ittiham elan olunması haqqında 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 ********* saylı cinayət işi üzrə zərərşəlmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* saylı cinayət işi üzrə zərərşəlmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablamaqla 1 ay 29 gün həddində barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs16 ********* saylı cinayət işi üzrə zərərşəlmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 ********* saylı cinayət işi üzrə zərərşəlmiş şəxs qismində tanınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarına əsasən barəsində 13 iyul 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə həbsdə saxlama müddəti qurtardığına görə Bakı İstintaq Təcridxanasında həbsdən azad olunmuşdur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ********* saylı cinayət işi üzrə zərərşəlmiş şəxs qismində tanınmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi ünvana baxış keçirilmişdir. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs olduğundan həmin maddə ilə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 16:00 dəqiqədə tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablamaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs4 təqdim etməsinə əsasən götürülmüş Təqsirləndirilən şəxs2 fərdi ev tikintisi üçün Sabunçu rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 200 kv.m torpaq sahəsinin ayrılmasına dair 1164 saylı xx.xx.1997-ci il tarixli Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı saxta sənədi cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsə yeni ittihamın elan edilməsi haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qsimində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş və onunla barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-328/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan məhkəmə hökmü idarənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkum xx.xx.2025-ci il tarixdə idarədə qeydiyyata götürülmüşdür. Cəzasının əvvəli xx.xx.2025-ci il tarix, cəzasının sonu xx.xx.2027-ci il tarixdə hesablanmışdır. xx.xx.2025-ci il tarixədək ona təyin edilmiş cəzanın 10 gün hissəsini çəkmiş, 02 il 07 ay 2 gün hissəsi çəkilməmiş qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə olduğu 2 ay 7 gün, cəmi 02 ay 9 gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla, onun cəzasından 04 ay 18 gün çıxılaraq üzərində qəti olaraq 02 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-94/2017 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs1 barəsində “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilmiş və o, islah işləri cəzasından azad edilmişdir. Bakı şəhəri Sabunbçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilmişdir. AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 verilmiş ittihamda Zərərçəkmiş şəxs11 2900 manat məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs8 isə 4000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etməsi epizodları üzrə hokmün qanuni qüvvəyə minənədək cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsini, müdafiə tərəfinin həmin epizodların xitam edilməsinə razılığının olmasını nəzərə alaraq hesab edir ki, həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 elan olunmuş bilə-bilə saxta sənəddən istifadə etməklə bağlı 5 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və təqsirləndirilən şəxs həmin epizodlar üzrə saxta sənəddən istifadə etmə cinayətinin törədilməsində özünü təqsirli bilmədiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, AR CPM-nin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etiraf edici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələrinə dair ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməmin manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 dəymiş ziyanı qismən ödəməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən həmin cinayət işi üzrə 02 ay 9 gün həbsdə olmuşdur. Məhkəmə həmin iş üzrə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 həbsdə olduğu iki gün müddəti bir günə iki gün hesabı ilə hesablayaraq ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin etmişdir. Bundan başqa Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-328/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan məhkəmə hökmü idarənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkum xx.xx.2025-ci il tarixdə idarədə qeydiyyata götürülmüşdür. Ona görə də, təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun idarədə qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hazırki iş üzrə tutulduğu vaxta qədər, yəni xx.xx.2025-ci il tarixədək çəkmiş olduğu azadlığın məhdudlaşdırılması cəzası həmin cəzanın 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 3 ay 13 gün çəkmiş olduğu azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla AR CMnin 69.3-cü maddəsinə əsasən 1 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını və 2 ay 9 gün həbsdə olduğu müddəti ümumilikdə 4 ay 1 gün müddəti hazırki iş üzrə təyin olunmuş cəzadan çıxmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 2 ay 1 gün həbsdə olması nəzərə alınaraq ona təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə ilə qismən toplamaqla ona qəti cəza təyin edilməli (CM-66.5, 68.1.1-1), Sabunçu Rayon Məhkəməsinin hökmü üzrə cəza təyin edilərkən nəzərə alınmış 02 ay 9 gün həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-nin 69.3), eyni zamanda Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi həmin cəzanın 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla ona təyin olunmuş cəzadan çıxılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, hazırki iş üzrə ibtidai istintaq zamanı həbsdə olduğu 02 ay 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-nin 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Maddi sübut kimi tanınmış “Təqsirləndirilən şəxs2 fərdi ev tikintisi üçün Sabunçu rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 200 kv.m torpaq sahəsinin ayrılmasına dair 1164 saylı, xx.xx.1997-ci il tarixli Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı” iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə eyni zamanda zərərçəkmiş şəxslərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğunu izah edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-328/2024 saylı hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 3 ay 13 gün çəkmiş olduğu azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını və 2 ay 9 gün həbsdə olduğu müddəti nəzərə alaraq ümumilikdə 4 ay 1 gün müddəti hazırki iş üzrə təyin olunmuş cəzadan çıxmaqla üzərində qəti olaraq 01 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 2 ay 1 gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 02 il 3 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Təqsirləndirilən şəxs2 fərdi ev tikintisi üçün Sabunçu rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində 200 kv.m torpaq sahəsinin ayrılmasına dair 1164 saylı, xx.xx.1997-ci il tarixli Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı” iş materiallarında saxlanılsın. Zərə Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 54 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 324 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdə isə sərf etdiyi 3 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 33 manat məbləğində vəsait, cəmi 357 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar