Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-371/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyev Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə 15 noyabr 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində yerləşən evin zirzəmisində bankanın içərisinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 3570 manat təşkil edən 2100 ABŞ dollarını gizli olaraq götürərək talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3570 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Şahid1 ilə 2021-ci ilin avqust ayında birgə nikaha daxil olmuş, bir nikahdan bir övladları var. İlk vaxtlar münasibətləri normal olmuş, lakin, son vaxtlar münasibətləri korlanmışdır. Şahid1 boşanmağı təklif etməsinə baxmayaraq sonuncu onun təklifi ilə razılaşmamışdır. 2023-cü ilin oktyabr ayında «TikTok» sosial platformasında Şahid2 ilə tanış olmuş, ara-sıra onunla mesajlaşmışdır. Şahid2 ilə aralarında olan danışıq zamanı mebel almaq istədiyini bildirmiş, Şahid2 xalası oğlunun mebel satışı ilə məşğul olduğunu, ucuz qiymətə mebel almaqda ona köməklik edə biləcəyəini bildirmişdir. Daha sonra Şahid2 ondan nömrə alaraq «whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə ona bir neçə mebel dəstinin şəklini göndərmiş, o, seçim etdikdən sonra Şahid2 seçdiyi mebelin qiymətinin 7800 manat olduğunu, mebelin almaq üçün yarı məbləğinin ödənilməli olduğunu bildirmişdir. 15 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində mebel almaq məqsədi ilə evdə olan və yarı hissəsi həyat yoldaşı Şahid1 məxsus olan puldan 2100 ABŞ dolları götürüb Şahid2 yaşadığı ünvana çağıraraq ona vermişdir. 18 noyabr 2023-cü il tarixdə Şahid2 mebelin nə zaman təhvil veriləcəyini soruşmuş, Şahid2 ona hədə-qorxu gələrək ona verdiyi pulu tələb etməməsini bildirmişdir. O, Şahid2 ailə üzvlərinin verilən pulu tələb edəcəklərini bildirdikdə, Şahid2 götürülən pulun əvəzinə saxta pul qoymasını ona təklif etmişdir. O, Şahid2 təklifi ilə razılaşdıqdan sonra, sonuncu, onun yaşadığı ünvana gələrək ona 21 ədəd üzərində «etibarsızdır» sözləri yazılmış ABŞ dolları vermiş, o, aldığı saxta pulları digər pulların üzərinə qoymuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi, İV mədən, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş gəlinidir. O, xx.xx.2022-cu il tarixdə həyat yoldaşı Şahid3 ilə "xxxx" ASC-nin Nizami filialına gedərək özlərinə məxsus 7000 Azərbaycan manatını 4112 ABŞ dollarına çevirmiş, daha sonra 4112 ABŞ dollarını yaşadıqları evin zirzəmisində bankaya qoymuşlar. Qeyd olunan məbləğin evin zirzəmisində olan bankaya qoyulmasından yalnız onun və həyat yoldaşının məlumatı olmuşdur. 2023-cü ilin noyabr ayında evlərinin ikinci mərtəbəsinin tikinti xərcləri ilə bağlı pula ehtiyac yaranmış, bu səbəbdən, evin zirzəmisində olan pulu götürmək qərarına gəlmiş, evin zirzəmisində olan bankadakı pulu götürərək saydıqları zaman pulların içərisində üzərində etibarsızdır yazısı olan 21 ədəd ABŞ dolları olduğunu müəyyən etmişlər. Növbəti gün, həyat yoldaşı Şahid3 "xxxx" ASC-nin Nizami filialına gedərək pulları təqdim etmiş, bank əməkdaşları tərəfindən araşdırılma aparıldıqdan sonra tərəflərindən təqdim edilmiş pul əskinaslarının dəyişdirildiyini bildirilərək, bununla bağlı polisə müraciət etmələrini tövsiyyə olunmuşdur. Onlar pulların gəlinləri Təqsirləndirilən şəxs tərəfindən oğurlandığından şübhələnmiş, lakin, Təqsirləndirilən şəxs pullardan məlumatının olmadığını bildirmişdir. Onda pulun Təqsirləndirilən şəxs tərəfindən götürülməsinə dair əsaslı şübhələr yaranmasına baxmayaraq gəlini olduğu üçün barəsində polisə müraciət etməmişdir. Bir müddət sonra oğlu ailəsi ilə birlikdə yeni evə köçmüş, həmin evdə yaşadıqları zaman oğlu Təqsirləndirilən şəxs başqa şəxslərlə yazışdığını aşkar etmiş, «whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə aparılmış yazışmaları yoxladıqları zaman evdən oğurlanmış pulların Təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkədə tanış olduğu şəxsə verildiyi müəyyən edilmişdir. Baş vermiş hadisə zamanı ona ümumilikdə 3570 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyi üçün ondan şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Bağırov küçəsi, İV mədən, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş gəlinidir. O, xx.xx.2022-cu il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə "xxxx" ASC-nin Nizami filialına gedərək özlərinə məxsus 7000 Azərbaycan manatını 4112 ABŞ dollarına çevirmiş, daha sonra 4112 ABŞ dollarını yaşadıqları evin zirzəmisində bankaya qoymuşlar. Qeyd olunan məbləğin evin zirzəmisində olan bankaya qoyulmasından yalnız onun və həyat yoldaşının məlumatı olmuşdur. 2023-cü ilin noyabr ayında evlərinin ikinci mərtəbəsinin tikinti xərcləri ilə bağlı pula ehtiyac yaranmış, bu səbəbdən, evin zirzəmisində olan pulu götürmək qərarına gəlmiş, evin zirzəmisində olan bankadakı pulu götürərək saydıqları zaman pulların içərisində üzərində etibarsızdır yazısı olan 21 ədəd ABŞ dolları olduğunu müəyyən etmişlər. O, növbəti gün, "xxxx" ASC-nin Nizami filialına gedərək pulları təqdim etmiş, bank əməkdaşları tərəfindən araşdırılma aparıldıqdan sonra tərəflərindən təqdim edilmiş pul əskinaslarının dəyişdirildiyini bildirilərək, bununla bağlı polisə müraciət etmələrini tövsiyyə olunmuşdur. Son vaxtlar gəlini Təqsirləndirilən şəxs özünün qəribə hərəkətləri ilə onda şübhə yaratmağa başlamış, həyat yoldaşına pulu Təqsirləndirilən şəxs götürdüyündən şübhələndiyini bildirmişdir. Zərərçəkmiş şəxs ailələrinin adına xələl gəlməməsi üçün bununla bağlı polisə məlumat verməmişdir. 02 dekabr 2023-cü il tarixdə oğlu Şahid1 həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə yeni evə köçmüş, 07 dekabr 2023-cü il tarixdə ona zəng edilərək Təqsirləndirilən şəxs küsərək getdiyi bildirilmişdir. O, oğluna zəng edərək Təqsirləndirilən şəxs evdən getməsinin səbəbini soruşmuş, Şahid1 bir gün əvvəl Təqsirləndirilən şəxs başqa kişi ilə mesajlaşdığını tutduğunu, qardaşını çağıraraq ona təhvil verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun atası, təqsirləndirilən şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə 2021-ci ilin avqust ayında birgə nikaha daxil olmuş, bir nikahdan bir övladları var. İlk vaxtlar münasibətləri yaxşı olmuş, lakin, 2022-ci ilin sentyabr ayından başayaraq Təqsirləndirilən şəxs davranışlarında dəyişiklik baş vermişdir. 2023-cü ilin noyabr ayında valideynləri ona evin zirzəmisində bankaya qoyaraq saxladıqları 4112 ABŞ dollarının 21 ədədinin üzərində etibarsızdır yazısı olan saxta pul ilə əvəzləndiyini bildirmiş, o, isə bu barədə məlumatının olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs uşağı onun yanında qoyaraq sanitar qovşağa getmiş, o, Ramilənin geri qaytımamasından şübhələnərək anidən sanitar qovşağın qapısını açmış, Ramilə əlində olan telefonu gizlədərək şəkillərə baxdığını bildirmişdir. O, Ramilənin davranışlarından şübhələndiyi üçün ondan telefonunu alaraq telefona baxış keçirmiş, Ramilənin «whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə başqa bir şəxslə sevgi məzmunlu yazışmalar apardığını müəyyən etmişdir. Ramilənin qardaşına zəng edərək yaşadıqları ünvana çağırmış, telefondan olan yazışmaları və şəkilləri ona göstərmişdir. Onların yaşadıqları ünvanda internet olmadığı üçün o, tam şəkildə araşdırma apara bilməmiş, növbəti gün, internetə qoşularaq telefonda axtarış aparmış, evlərindən oğurlanan pulun Ramilə tərəfindən başqa bir şəxsə verilməsinə dair yazışmalar müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Bacısı 2021-ci ilin avqust ayında Şahid1 ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2022-ci təvəllüdlü Zərərçəkmiş şəxs Kamil oğlu adında bir oğlu dünyaya gəlmişdir. Ramilə bir neçə dəfə onunla telefon danışığı apararkən Kamillə aralarında mübahisə yarandığını bildirmiş, lakin, o, ailə məsələlərinə qarışmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Kamil ona zəng edərək Ramilənin başqa bir oğlanla yazışmalarını və şəkillərini göndərmiş, o, Kamilə zəng edərək nə baş verdiyin soruşduqda, Kamil bacısının başqa şəxslə münasibətinin olduğunu bildirmiş, o, Ramiləni yaşadıqları ünvana gətirmişdir. 12 dekabr 2023-cü il tarixdə Kamilin valideynləri ona Ramilənin onlara məxsus 2100 ABŞ dolları pulu icazəsiz götürdüyünü bildirmiş, o, bu barədə Ramilədən soruşduqda, Ramilə həmin pulun onlara məxsus olduğunu və mebel almaq üçün götürdüyünü bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 fevral 2023-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi işə qəbul olunmuş,hazırda, Abşeron rayonu, Pirəkəşkül-1 qəsəbəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün, İİİ tağım, İ manqa komandiri vəzifəsindədir. Təqsirləndirilən şəxs təxminən 4 aya yaxındır ki, “Tik-tok” sosial şəbəkəsində yazışaraq tanış olmuşdur. Onunla dostluq münasibətində olmuşdur. Onu subay, yəni ərindən ayrılmış kimi tanımışdır. Valideynlərinin Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşadığını, özünün isə Sabunçu rayonu, Ramana qəsəbəsindəki evində nənəsi ilə yaşadığını bilmişdir. Danışdıqları müddət ərzində təxminən 4 dəfə görüşmüşlər. Görüşdükləri müddət ərzində sonuncu ona 1000 ABŞ dolları evindən icazəsiz götürdüyü pulu ona vermişdir. Həmin pulun 300 ABŞ dollarını otelə gedəndə orada xərcləmiş, qalan 700 ABŞ dollarını isə pul lazım olduğu üçün ona vermişdir. Ramilə həmin pulu evdəkilərin ona verdiyini demişdir. Təqsirləndirilən şəxs ilə münasibətdə olan müddətdə ona verdiyi pulu evdən gizli götürməsindən xəbərsiz olmuşdur. O sadəcə ona və övladına məxsus qızılı qırıq olduğu üçün düzəltdirməyi üçün ona vermiş, o da düzəltdirib ona geri qaytarmışdır. 2100 ABŞ dolları pulu da ona verməmiş, ona ancaq 1000 ABŞ dolları vermişdir. Qalan məbləğdən də xəbəri yoxdur. Üzərində “etibarsız” yazısı olan 2100 ABŞ dollarını da ondan özü tədbirə gedəcəyi üçün istəmiş, o da düşünmüşdür ki, tədbirdə istifadə etmək üçün istəyir və buna görə də ona vermişdir. Cinayət işinin 42-ci vərəqəsində olan 29 yanvar 2024-cü il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 21 ədəd oyuncaq kağız pul baxış keçirilməsi üçün götürülmüşdür. Cinayət işinin 44-45 vərəqəsində olan 29 yanvar 2024-cü il tarixli təqdim olunmuş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi əşyalara baxış keçirilərkən üzərində «Etibarsızdır» sözləri yazılımış, xarici valyuta 100 ABŞ dollarının əksər əlamətlərini özündə əks etdirən, hər birinin üzərində «LB 99000999 İ» nömrəsi yazılmış 21 ədəd eyni formalı oyuncaq kağız pul olduğu müəyyən edilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan AZ İV seriyalı, 738438 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 86-87-ci vərəqələrində olan 06 fevral 2024-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 fevral 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 133-143-cü vərəqəsində olan 23 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 21 ədəd oyuncaq kağız pullar cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun oğurluq, yəni özgənin əmlakını talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs «… Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 3570 manat təşkil edən 2100 ABŞ dollarını oğurlamadığını, mebel almaq məqsədi ilə götürdüyünü.....» deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 21 ədəd oyuncaq kağız pullar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılsın Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 21 ədəd oyuncaq kağız pullar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-371/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-371/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver