Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-374/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazaxıstan Respublikasının Kustanay vilayətinin Semiozernıy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göygöl rayonunun Çaykənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(011)-7951/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 05 oktyabr 2021-ci il tarixdən başlayaraq 17 iyun 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 175 (yüz yetmiş beş) manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 27 avqust 2024-cü il tarixli, 3(008)- 5608/2024 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 18 oktyabr 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 27 yanvar 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 7175 (yeddi min yüz yetmiş beş) manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ildən 2019-cu il tarixədək hazırda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən çay evini aylıq icarə haqqı 700 (yeddi) manat olmaqla icarəyə götürərək işlətmiş və aylıq gəliri 1000 (bir min) manat müqabilində təşkil etmişdir. Sonradan həmin ərəfələrdə pandemiya dövrünə təsadüf etdiyi üçün həmin çay evini sahibinə təhvil verərək Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi kəndində yerləşən "Bakı Süd” MMC-də rəsmi olaraq ekspeditor vəzifəsində işləməyə başlamış və aylıq əmək haqqı 670 (altı yüz yetmiqş manat) müqabilində təşkil etmişdir. Həmin MMC-də işlədiyi dövr ərzində vəzifə saxtakarlığına yol verdiyi üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunaraq ona verilmiş cəza 1 (bir) il müddətinə şərti sınaq müddəti ilə əvəz olunmuşdur. Həmin vaxtdan sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən yük daşıma xidmətində qeyri-rəsmi olaraq sürücü işləyir və aylıq əmək haqqı 700 (yeddi yüz) manat müqabilində təşkil edir. Mahiyyəti üzrə bildirmişdir ki, 2015-ci ilin yanvar ayının 18-də Kərimova (Məmmədova) Gülmirə Yahya qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 17 iyun 2018-ci il tarixdə Ayan adlı bir qız övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamalarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2021-ci ilin əvvələrində ona heç bir söz demədən bir azyaşlı uşağını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2021-ci ilin axırlarında ondan bir azyaşlı uşağının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 05 oktyabr 2021-ci il tarixdən başlayaraq 17 iyun 2018-ci il təvəllüdlü qızı Ayan Kərimovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 175 (yüz yetmiş beş) manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Güimirə Kərimovaya ödənilməsinə dair 04 noyabr 2021-ci il tarixli, 2(011)-7951/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərarı ilə o, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs şikayətinə əsasən ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə heç bir ödəniş etməmiş və 27 yanvar 2025-ci il tarixədək 7175 (yeddi min yüz yetmiş beş) manat məbləğində qalıq borcu yaranmışdır. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməməyinə səbəb məhkəmə qətnaməsindən sonra onunla bir müddət bir yerdə və bir ünvanda yaşamağı, bir müddət həbsdə olması və azadlığa buraxıldıqdan sonra iş tapa bilməməsi olmuşdur. Alimenti ödəməkdən qərəzli olaraq yayınmamışdır. 2025-ci ilin fevral ayından "xxxx" ASC-də yük maşını sürücüsü işləyir, hissə-hissə ödəniş edə bilir. Yeni işə qəbul olduğu üçün iş yerindən avans götürərək 1000 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Ona verilmiş suallara cavabında Zərərçəkmiş şəxs ilə hələ də aralarında olan nikahın pozulmadığını, uşağını tez-tez gedib gördüyünü, əvvəllər işləmədiyi üçün aliment borcunun yığılıb qalmasını, 2025-ci ilin fevral ayından işə düzəldiyi üçün ən qısa vaxtda qalan borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2015-ci ilin yanvar ayının 18-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur və nikahları 2018-ci ilin dekabr ayının 26-da Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 17 iyun 2018-ci il tarixdə Ayan adlı bir qız övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs işləyərək qazanc əldə etməsinə baxmayaraq bir azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq 2021-cİ ilin əvvələrində gəlin gəldiyi evdən bir azyaşlı uşağı ilə birlikdə çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra azyaşlı uşağının böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün və Təqsirləndirilən şəxs bir ata kimi uşağının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq 2021-ci ilin axırlarında sonuncudan bir azyaşlı uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən 05 oktyabr 2021-ci il tarixdən başlayaraq 17 iyun 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 175 (yüz yetmiş beş) manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 04 noyabr 2021-ci il tarixli, 2(011)-7951/2021 saylı qətnamə çıxarılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə bir ünvanda yaşadıqları müddət ərzində və ayrıldıqdan sonra sonuncunun azyaşlı uşağının taleyi ilə maraqlanmamış, maddi cəhətdən heç bir köməklik göstərməmiş, hətta məhkəmə qətnaməsindən sonra alimentə görə ona heç bir ödəniş etməmiş, 27 yanvar 2025-ci il tarixədək 7175 (yeddi min yüz yetmiş beş) manat məbləğində qalıq borcu qalmışdır. İşlədiyi müddətdə də ödəniş etməmiş, daha sonra həbs olunmuş, azadlığa buraxıldıqdan sonra barışmışlar, 4 ay birlikdə yaşamışlar, bu müddət ərzində bütün ödənişləri özü qarşılamışdır, heç bir ödəniş etməmişdir. İcra məmuruna hər dəfə ödəyəcəyini bildirmişdir. Aralarında olan nikah münasibətlərinə xitam verilməmişdir. Məhkəmə zamanı aliment borcundan 1000 manat ona ödənilmişdir, lakin aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, şöbəyə daxil olmuş Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(011)-7951/2021 saylı icra vərəqəsi üzrə cavabdeh Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iş üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. 26 noyabr 2021-ci il tarixdə icra sənədinin icraatına başlanılaraq borcluya alimentin dərhal ödənilməsini könüllü olaraq təmin etməsi üçün ünvanına bildiriş göndərilmişdir. 14 mart 2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs alimentin ödənilməsi ilə bağlı xəbərdarlıq təqdim edilmiş və 02 aprel 2024-cü il tarixdə borclu təkrarən şöbəyə dəvət edilərək izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi barədə öhdəlik götürməsinə baxmayaraq, sonrakı günlərdə alimentə görə ödəniş etməmiş, eyni zamanda yaşadığı ünvanı gizlətmişdir. Məcburi icra tədbirlərinə başlanılaraq borclunun əmlak vəziyyəti və gəlir yerləri yoxlanılmış, lakin borcluya məxsus şəxsi gəlir yeri və hər-hansı bir əmlakı aşkar edilməmişdir. Borclunun yaşadığı yeri təyin etmək mümkün olmadığı üçün 14 may 2024-cü il tarixdə axtarılması barədə qərar qəbul edilərək İcra olunması üçün aidiyyəti üzrə Göygöl rayon Polis Şöbəsinə göndərilmişdir. Borclunun axtarılması barədə qərar 11 iyun 2024-cü il tarixdə icra olunmadan geri qaytarılmışdır. 12 iyun 2024-cü il tarixdə borclunun axtarılması barədə qərar Azərbaycan Respublikası DİNnə göndərilmiş və həmin tarixdə borclunun məcburi qaydada gətirilməsi barədə qərar qəbul olunmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Qeyd edilən tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunmuşdur. 11 iyul 2024-cü il tarixdə borclunun İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 8(008)-444 saylı qərardadı şöbəyə daxil olmuş, 12 iyul 2024-cü il tarixdə icra olunması üçün aidiyyəti üzrə polis idarəinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin 24 iyul 2024-cü il tarixli, 1/21 u546 saylı məktubuna əsasən məcburi gətirilmə haqqında qərarı təmin edilməmişdir. 08 avqust 2024-cü il tarixdə aliment borcunu ödəməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs ünvanına xəbərdarlıq göndərilmişdir. 27 avqust 2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və həmin tarixdə izahatı alınaraq aliment borcunu ödəməsi ondan tələb edilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi və icra məmurunun tələbini yerinə yetirmədiyi üçün 27 avqust 2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 27 avqust 2024cü il tarixli, 3(008)-5608 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs inzibati xəta törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh növü tətbiq edilmişdir. 09 sentyabr 2024-cü il tarixdə aliment borcunu və inzibati cəriməni ödəməsi üçün borcluya yeni könüllü icra müddəti təyin edilərək ünvanına bildiriş göndərilmişdir. 05 sentyabr 2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs işaxtaran kimi qeydiyyatda olub-olmaması barədə Bakı Regional Məşğulluq filialına müraciət olunmuş və filialın 11 sentyabr 2024-ci il tarixli, 3-17-212-**********24 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, məşğulluq sistemində işaxtaran kimi qeydiyyatda deyil və əmək müqaviləsi bildirişi sistemində onun adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Həmin tarixdən sonra borclu Təqsirləndirilən şəxs dəfələrlə şöbəyə dəvət edilmiş, lakin icra məmurunun çağırışlarına gəlməkdən yayınaraq borc öhdəliklərini yerinə yetirməmişdir. 15 oktyabr 2024-cü il tarixdə borclunun ünvanına baxış keçirilərək şəxsi əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi borcluya məxsus şəxsi əmlak aşkar edilməmişdir. İcra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən 27 yanvar 2025-ci il tarixədək ödəməli olduğu 7175 (yeddi min yüz yetmiş beş) manat aliment borcundan iş üzrə tələbkar Zərərçəkmiş şəxs heç bir ödəniş etməmiş və yaranmış aliment borcunun ödənilməsi dəfələrlə ondan tələb edilməsinə baxmayaraq borc öhdəliklərini yerinə yetirməmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 09 oktyabr 2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək aliment borcunun tam şəkildə ödənilməsini tələb etmiş və ödəmədiyi təqdirdə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilmiş xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-7951/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir(i.v.12-15); İcraata başlamaq haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Təqsirləndirilən şəxs göndərilmişdir (i.v.16-17); Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu, xx.xx.1988-ci il təvəllüdlü ünvan 2 Ə/D, Çaykənd kəndi ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs axtarış elan edilmişdir(i.v.40); Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Sabunçu rayon İcra şöbəinə gətirilməsi qərara alınmışdır(i.v.44). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.57-59); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-444/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ünvan 5 ünvanında yaşayan borclu Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır(i.v.63-64). Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7951/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsini qərəzli şəkildə icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir(i.v. 85-86); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilmişdir (i.v.87-89); Abşeron Rayon Məhkəməsinin 4(012)-88/2022 saylı 11 fevarl 2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.132). Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-68/2023 saylı, 20 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir(i.v.18-19). Sabunçu RİHB-nin Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Çaykənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində özbaşına tikilidə qeydiyyatsız yaşayır. Həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır(i.v.141); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 26 fevral 2025-ci il tarixli, 12/ƏN-35 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(124)-68/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 179.3.2, 46.2, 313, 66.3, 66.4-cü və 70.1-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il şərti sınaq müddəti ilə əvəz olunmuş və verilmiş cəzası bitərək qeydiyyatdan çıxarılmış şəxsdir(i.v.131); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.167-168); Qətimkan tədbiri seçilməsi haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.190-191); xx.xx.2025-ci il tarixli ********** əməliyyat nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs hesabına 1000 manat ödəniş edilmişdir. Sistem üzərindən çıxarış, sənəddən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də sürücü, yükdaşıyan vəzifəsində işləyir və əmək haqqı 600 manat təşkil edir. Sistem üzərindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, həyat yoldaşı Zərərçəkmiş şəxs və uşağı X2r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında beş cəza növü nəzərdə tutulmuşdur:-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə. Həmin maddənin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs tərəfindən cəza çəkdiyi dövrdə cinayət məsuliyyətindən azad etmə ilə bağlı şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Göründüyü kimi qanunvericilikdə şəxsin məhkəmə qətnaməsini icra etdiyi halda cinayət məsuliyyətindən və cəza çəkməkdən azad edilməsi halları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayından "xxxx" ASC-də sürücü, yükdaşıyan vəzifəsində işləyir və əmək haqqı 600 manat təşkil edir, Zərərçəkmiş şəxs hesabına 1000 manat ödəniş edilmiş, Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında olan nikah münasibətlərinə xitam verilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs yeni işə qəbul edilmiş və məhkəmə qətnaməsinin icrası ilə bağlı addımlar ataraq qismən ödəniş etmişdir. Təqsirləndirilən şəxsin yeni işə başlaması və aylıq gəlirinin olması gələcəkdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin ödənilməsi üçün zəmin yaradır. Əksinə təqsirləndirilən şəxsə ağır cəzanın verilməsi onun yeni daxil olmuş işinin və gəlirinin əldən çıxmasına, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş vaxtaşırı ödənilməli olan aliment borcunun ödənilməməsinə səbəb olacaqdır. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə aliment borcundan 1000 manat ödəməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02(iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-374/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-374/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver