Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-375/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73, mənzil 29-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 234.1, 237.1 və 29,317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımış, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş və istintaq təcridxanasında saxlanılarkən qadağan olunmuş əşyanı saxlanılmasına, gəzdirilməsinə, daşınmasına və istifadəsinə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarından istifadə etməklə 2020-ci ilin mart ayında ünvan 2 ünvanındakı yaşadığı evinin həyətyanı sahəsində yerləşən 4 ədəd dibçəkdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə bitkilərini əkib 2020-ci ilin iyun ayına qədər onlara aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, həmçinin 2020-ci ilin iyun ayında həmin bitkilərin hissələrindən yığıb qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə təmiz çəkisi 117,64 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edib, saxlayaraq daşımış, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 14-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxx 2020-ci il saat 09:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında olan yaşayış evinin evin həyətyanı sahəsinə baxış keçirilərkən orada 4 ədəd dibçəkdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 80,0 qram olan, 5 ədəd, yəni xeyli miqdarda aqrotexniki qaydada qulluq göstərilərək qanunsuz olaraq kultivasiya edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və yaşadığı evdən satış məqsədi olmadan qanunsuz olaraq yığıb qurutmaqla əldə edib saxladığı bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 105,0 qram və bir ədəd polietilen paketdə təmiz çəkisi 4,486 qram ümumi çəkisi 109,486 qram, 3 ədəd gümüşü rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,674 qram, 0,298 qram, 0,236 qram, ümumi çəkisi 1,208 qram, çay qutusunun içərisində təmiz çəkisi - 6,625 qram və siqaret qutusunda 1 ədəd papirosun tərkibində qarışıq kütlədə çəkisi 0,321 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar, ümumi təmiz çəkisi 117,64 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 19,849 qram çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs özünü başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyətilə xx xxxx 2020-ci il saat 03:00 radələrində ünvan 3 ünvanın qarşısında qonşusu Zərərçəkmiş şəxs onun yaşadığı evə qonaq gəlmiş qadınla spirtli içkilər qəbul edərkən insanlar arasında bərqərar olmuş ümumi davranış qaydalarına laqeyd yanaşaraq yüksək səslə digər qonşular tərəfindən eşidiləcək tərzdə nalayiq ifadələr işlətməsinə dair haqlı iradını qəbul etmək əvəzinə bunu cüzi səbəb kimi bəhanə edərək orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdə əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edib ictimai qaydanı qaydalarını kobud surətdə pozaraq, cəmiyyət üzvlərinə acıqca hörmətsizlik ifadə edib Zərərçəkmiş şəxslə dalaşıb əlbəyaxa olub sonuncunu yerə yıxaraq sonuncuya sağ mil-bilək oynağı nahiyyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli olaraq xuliqanlıq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından az miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,829 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib yaşadığı ünvan 3 ünvanında yerləşən evində dolabın içərisində saxladığı üzərində “Prima” sözləri yazılmış siqaret qutusuna yerləşdirib gizlətmiş, xx xxxx 2020-ci il tarixdə Sabunçu RPİ İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 237.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunaraq barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılarkən qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətməklə cəzaçəkmə müəssisəsinə keçirməsi niyyəti ilə qardaşı cinayətdən məlumatsız Şahid9 ilə telefon əlaqəsi saxlayaraq evində dolabın içərisində saxladığı üzərində “Prima” sözləri yazılmış siqaret qutusunu digər siqaret qutuları ilə bərabər onunla görüşə gələrkən gətirəcyi sovqata əlavə etməsini xahiş etmiş və tapşırığını yerinə yetirərək xx xxxx 2020-ci il saat 11-30 radələrində onunla görüşə gəlmiş Şahid9 gətirdiyi sovqata Bakı İstintaq Təcridxanasının görüş otağında Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən baxış keçirilərkən sovqatda olan üzərində “Prima” sözləri yazılmış siqaret qutusuna yerləşdirilmiş bir ədəd şəffaf sellofan paketin içərisindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,829 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürüldüyündən iradəsindən asılı olmayan səbəbdən cinayətkar qəsdini başa çatdıra bilməyib qadağan olunmuş əşyanın saxlanılmasına, gəzdirilməsinə, daşınmasına və istifadəsinə cəhd cəhd etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslər və şahid ifadəsi, işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1 və 29, 317-2.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, neçə ildir narkotik maddə marixuananı qəbul edir. O, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurma vasitəsi ilə çəkməklə istifadə edir. O, şəxsi istifadəsi üçün bu ilin mart ayının əvvəllərində tanımadığı şəxsdən çətənə kollarının toxumlarını alaraq yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evin həyətində olan dibçəklərdə əkərək onlara su verməklə qulluq etməyə başlamışdır. Həmin bitkilərini bir qismini qurudub öz istifadəsi üçün yaşadığı evdə saxlamışdır. Müxtəlif vaxtlarda onun tanışları evinə qonaq gəlmiş, qonşuları Nicat və Kənan onun evinə qonaq gəldiyi zaman qonaqlarının çəkilişlərini aparmışlar. O, buna görə dəfələrlə onlara iradını bildirsə də, onlar onun iradlarına məhəl qoymamış və buna görə dəfələrlə aralarında mübahisələr yaranmışdır. xx xxxx 2020-ci il tarixdə tanışı Rəvanur evinə qonaq gəlmiş, o, Rəvanur ilə yaşadığı evin həyətində oturub yemək yemiş və spirtli içki qəbul edən zaman Nicat və Kənan yenidən onun evinə gəlmiş, evinə yüngül həyat tərzi keçirən qadınları gətirməsini irad tutmuş, bu səbəbdən də, aralarında mübahisə yaranmışdır. Nicat və Kənanı qorxutmaq məqsədi ilə cibindən bıçağı çıxarmaq istəsə də, içkili olduğu üçün bıçağı əlində saxlaya bilməmiş və bıçaq əlindən yerə düşmüşdür. Daha sonra, Kənangil bıçağı götürərək oradan uzaqlaşmışlar. O, bıçaqla Kənangilə zərbə endirməmiş, onları vurmaq və ya xəsarət yetirmək fikri olmamışdır. Daha sonra, hadisə yerinə Sabunçu RPi-nin 14-cü PB-nin əməkdaşları gəlmiş və o, 14-cü PB-nə aparılmışdır. 14-cü PB-də polis əməkdaşlarının narkotik vasitə əldə etməsi, saxlaması barədə suallarına cavab olaraq bildirmişdir ki, yaşadığı evin həyətində şəxsi istifadəsi üçün çətənə bitkiləri əkmişdir. xx.xx.2020-ci il saat 09 radələrində polis əməkdaşları ilə yaşadığı evə gələrək həyətdə dibçəklərdə əkdiyi çətənə kollarını onlara göstərmiş, polis əməkdaşları həmin çətənə kollarını dəvət olunmuş aqranomun iştirakı ilə videoçəkiliş aparılmaqla torpaqdan çıxarmışlar. Bundan başqa, polis əməkdaşları tərəfindən yaşadığı evin otaqların keçirilən baxış zamanı qurudulmuş marixuana və çətənə bitkisi toxumları aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş 5 ədəd çətənə kolları, qurudulmuş marixuana və çətənə bitkisinin toxumları onun iştirakı ilə qablaşdırılaraq möhürlənməklə götürülmüşdür. Bundan başqa, 2020-ci ilin iyul ayının ortalarında BİT-da olarkən qardaşı Şahid9 ilə telefonla əlaqə saxlayaraq yaşadığı evdə olan dolabçanın içərisində 20 qutu prima siqareti olduğunu və həmin siqaretləri ona gətirməsini bildirmişdir. Həmin siqaret qutusunun birinin içərisinə hələ azadlıqda olarkən öz şəxsi istifadəsi üçün qurudulmuş marixuana qoymuşdur. Narkotik maddə aludəçisi olduğundan siqaret qutusunda olan həmin narkotik maddəni olduğu BİT-da istifadə etmək qərarına gəlmişdir. Qardaşı Şahid9 narkotik barədə hər hansı bir məlumat verməmiş, həmin siqaret qutularını istifadəsi üçün ona gətirməsini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə qardaşı Şahid9 gətirdiyi sovqata BİT-nın əməkdaşları baxış keçirərkən siqaret qutularının birində azadlıqda olarkən gizlətdiyi narkotik vasitə qurudulumuş marixuana aşkar edilmişdir. BİT-nın əməkdaşları ondan ona gətirilmiş sovqatda olan qurudulmuş marixuana ilə bağlı xəbər aldıqda o, həmin narkotik vasitənin azadlıqda olarkən özü tərəfindən siqaret qutusuna qoymasını və qardaşı Natiqə hər hansı bir məlumat vermədən həmin siqaret qutusunu digər siqaret qutuları ilə birlikdə ona gətirməsini BİT-nın əməkdaşlarına bildirmişdir. Qardaşı Şahid9 onun üçün gətirdiyi siqaret qutusunun içərisində narkotik vasitə olmasından hər hansı bir məlumatı olmamış, o da Natiqə bu barədə ona heç nə deməmişdir. Tutduğu əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Vaqif qonşuluqda yaşadığı müddətdə mütəmadi olaraq onun evinə daima tanımadıqları şəxslər və əxlaqsız qadınlar gəlib-getmiş, evdə olarkən yüksək səslə söyüş söymüş və yüksək səslə musiqi dinləmişdir. Vaqifin belə hərəkətləri onları narahat etdiyindən Vaqifdən bu işlərinə son qoymasını tələb etmiş, bununla bağlı aralarında tez-tez mübahsiələr yaranmışdır. xx xxxx 2020-ci il saat 03 radələrində Vaqif yaşadığı evin həyətində bir qadınla yemək yeyib, spirtli içki qəbul edərkən yüksək səslə danışmış və söyüşlər söymüşdür. Yaşadıqları ev Vaqifin yaşadığı evin hasarı ilə yaxın olduğundan Vaqifin ifadə etdiyi nəlayiq sözlər açıq aydın eşidilmişdir. O və qardaşı Nicat Vaqifdən etdiyi hərəkətlərə son qoymasını tələb etsələr də, Vaqif onlara məhəl qoymamış, danışarkən söyüş söyməyə davam etmişdir. O və qardaşı Nicat əsəbləşərək Vaqifin nə vaxt rədd olub gedəcəyini, Vaqifin yaşadığı evin hasarının çöl tərəfindən uca səslə qışqırmışlar. Bir-neçə dəqiqə sonra Vaqif sərxoş vəziyyətədə evdən çıxaraq ondan nə istəmələrini soruşmuş, onlar Vaqifə bu tip hərəkətlərinə son qoymasını və qonşuları öz hərəkətləri ilə narahat etməsini bildirmişlər. Bununla bağlı aralarında mübahisə yaranmış, Vaqif yerə yıxılmışdır. Vaqif yerdə olarkən əlini cibinə salaraq bıçaq çıxarmış, o, Vaqifin əlində bıçaq olmasını görüb onun əlindən bıçağı alan zaman bıçaq sağ əlinin barmağını kəsmişdir. Vaqif bıçağı ona tərəf tuşlamamış, onu bıçaqla vurmağa cəhd etməmişdir. O, Vaqifdən bıçağı alıb kənara tullamış, sonra Vaqif yaşadığı evə getmişdir. X5 hərəkətləri ilə bağlı Sabunçu RPİ-nin 14-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat qrupunda növbətçi olmuşdur. Növbədə olduğu zaman saat 03:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini Şahid1 Sabunçu RPİ-nin 14-cü PB-nə gələrək qardaşı Kənanın içkili vəziyyətdə olan qonşusu Vaqif adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. Şahid1 baş vermiş hadisə ilə bağlı ərizəsi qeydiyyata alındıqdan sonra o, əməliyyat qrupu ilə birlikdə Vaqifin yaşadığı ünvan 2 saylı ünvana getmiş və həmin ünvanın qarşısında tərəflərindən sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmişdir. Tərəfindən Təqsirləndirilən şəxs PB-nə gətirilməsi barədə raport tərtib olunmuşdur. PB-də Təqsirləndirilən şəxs izahatı alınarkən Təqsirləndirilən şəxs qonşuları ilə aralarında olan münaqişənin yaranmasına səbəb onun narkotik maddələrin qəbulu aludəçisi olması və yaşadığı evə qadınlar gətirməsi ilə bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla PBdə aparılan söhbət zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində dibçəklərdə çətənə bitkisi əkməsini və əkmiş olduğu çətənə bitkisini quradaraq şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. PB-də Təqsirləndirilən şəxs evinin yaxınlığında yerləşən həyətyanı sahəsinə və evinə baxış keçirilməsi təklif olunduqda o, buna etiraz etməmiş, bu barədə ərizə yazdıqdan sonra PB-nin digər əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evin həyətindəki həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Onun əməliyyat qrupunda növbədə olduğu xidmət vaxtı başa çatdığından Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və evə baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Sabunçu RPİnin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasında iştirak etmişdir. Belə ki, xx xxxx 2020-ci il saat 03 radələrində qonşusuna sərxoş vəziyyətdə xəsarət yetirməsi ilə bağlı PB-nə gətirilmiş Təqsirləndirilən şəxs ilə aparılmış söhbət zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində dibçəklərdə çətənə bitkisi əkməsini və əkmiş olduğu çətənə bitkisini quradaraq şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. PB-də Təqsirləndirilən şəxs evinin yaxınlığında yerləşən həyətyanı sahəsinə və evinə baxış keçirilməsi təklif olunduqda o, buna razılıq verərək bu barədə ərizə yazdıqdan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evin həyətindəki həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həmin günü saat 09:00dən başlayaraq dəvət olunmuş mütəxəssis aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşayış evinin qarşısında yerləşən həyətyanı sahəsində olan 4 ədəd dibçəkdə hər birində bir ədəd, bir dibçəkdə isə iki ədəd olmaqla 5 ədəd əkilməsi və becərilməsi qadağan olunan 40-50 sm hündürlüyündə narkotik təbiətli çətənə bitkisi aşkar olunmuşdur. Bundan sonra, həmin çətənə bitkiləri aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etmək məqsədi ilə tərəflərindən dəvət edilmiş mütəxəssis aqranomun iştirakı ilə bitkilərə baxış keçirilmişdir. Həmin kolların yetişdirildiyi yerə baxan mütəxəssis çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunduğunu, alaq otlarından təmizləndiyini, suvarıldığını və diblərinin götürüldüyünü bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün tərəflərindən polietilen torbalara yığılaraq möhürlənmiş və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o həmin çətənə bitkilərinin tumlarını bu ilin mart ayında əkmişdir ki, gələcəkdə yarpaqlarını qurudaraq özü üçün qəbul etmək istəmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı evə baxış keçirilərkən mətbəxdə olan soyuducunun içərisindən 1 ədəd şəffaf sellofanda qurudulmuş bitki kütləsi, yataq otağında dolabın rəfindən 14 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş çətənə bitkisinin tumları, 1 ədəd üzəri qara rəngli kibrit qutusunda çətənə bitkisi tumları, 1 ədəd üzəri göy rəngli kibrit qutusunda çətənə bitkisi tumları, 2 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qurudulumuş çətənə tumu, 5 ədəd şəffaf sellofanda çətənə bitkisi tumları, 3 ədəd üzərilərində kent, davidoff və vinchester markalanma yazıları olan siqaret qutularında çətənə bitkisi tumları, 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qurudulumuş bitki kütləsi, 1 ədəd üzərində «Berqa» markalanma yazısı olan çay qutusunun içərisində qurudulmuş bitki kütləsi və 1 ədəd içərisinə qarışıq tütün məmulatı olan siqaret qutusu aşkar edilmişdir. Aşkar olunmuş bitki kütləsi ilə bağlı Təqsirləndirilən şəxs ilə bildirmişdir ki, həmin bitki kütləsi qurudulmuş marixuanadır və həmin kütləni şəxsi istifadəsi üçün əkdiyi çətənə bitkilərini qurutmaqla əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının əməkdaşı Şahid5 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il təxminən saat 11:30 radələrində Bakı İstintaq Təcridxanasının görüş otağında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 07 saylı rejim korpusunun 41-ci kamerasında saxlanılan barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs ilə görüşə gəlmiş qardaşı Şahid9 gətirdiyi sovqata dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən sovqatın içərisində olan üzərində prima sözləri yazılmış siqaret qutusunun içərisindən bir ədəd sellofan paketə qoyulmuş narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunmuşdur. Həmin vaxtı qardaşı Təqsirləndirilən şəxs ilə görüşə sovqat gətirmiş Şahid9 ilə sorğu zamanı o gətirdiyi sovqatın içərisində olan üzərində prima sözləri yazılmış siqaret qutusunun içərisindən bir ədəd sellofan paketə qoyulmuş narkotik vasitənin olmasından məlumatı olmadığını, həmin siqaret qutusunun digər siqaret qutuları kimi qardaşı Təqsirləndirilən şəxs məxsus olmasını və onun tapşırığı ilə yaşadığı evindən götürməsini bildimişdir. Şahid9 əlavə olaraq bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs onunla bir gün əvvəl telefon əlaqəsi yaradan zaman ona bildirmişdir ki, yaşadığı evdə dolabçanın içində olan 20 ədəd siqaret qutularını gətirəcəyi sovqata əlavə etsin, o da həmin siqaret qutularını də yoxlamadan sovqata əlavə etmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin aşkar olunması ilə bağlı BİT-nın əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının əməkdaşı X4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237-ci maddələri ilə təqsirli bilinərək həbs olunmuş və hazırda BİT-da saxlanılır. Qardaşı Təqsirləndirilən şəxs həbs olunduqdan sonra bir-neçə dəfə BİT-na ona sovqat aparmışdır. xx xxxx 2020-ci il tarixdə qardaşı Vaqif yaşadığı evin şəhərdaxili nömrəsinə zəng edərək yaşadığı ünvan 4 ünvanında yerləşən evdə yataq otağında giriş qapısından sol tərəfdə yerləşən dolabın yuxarı rəfində qoyduğu 20 ədəd “Prima'' markalı siqaret qutularını götürüb ona gətirməsini xahiş etmişdir. O, xx.xx.2020-ci il saat 10 radələrində həmin siqaret qutularını və başqa ərzaq məhsullarnı Vaqif üçün istintaq təcridxanasına aparmışdır. Saat 11 radələrində BİT-in qarşısına çatmış və gətirdiyi sovqatı qardaşına çatdırılması üçün istintaq təcridxanasının girişində əməkdaşlara təqdim etmişdir. Həmin sovqata baxış keçirilərkən gətirdiyi siqaretlərdən birinin içərisindən bir ədəd sellofana bükülmüş halda yaşılımtıl rəngli, xüsusi iyə malik olan qurudulmuş bitki kütləsi aşkar edilmişdir. Bundan sonra, bu barədə protokol tərtib edilmiş və o, digər iştirakçılar kimi həmin protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. O, BİT-nın əməkdaşlarına siqaret qutularının birinin içərisindən aşkar olunmuş bir ədəd sellofana bükülmüş halda bitki kütləsindən məlumatı olmadığını bildirmişdir. Gətirdiyi sovqatın içərisinə qoyduğu siqaret qutusunda narkotik vasitə olmasından məlumatı olmamış, həmin siqaret qutusunu sovqata qoyarkən içərisini açıb yoxlamamışdır. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisində narkotik vasitə olması barədə ona heç bir məlumat verməmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 39-41-ci vərəqəsində olan baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4, Şahid3, R.Bayramov və Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşayış evinin qarşısında yerləşən həyətyanı sahəsində olan 4 ədəd dibçəkdə hər birində bir ədəd, bir dibçəkdə isə iki ədəd olmaqla 5 ədəd əkilməsi və becərilməsi qadağan olunan 40-50 sm hündürlüyündə narkotik təbiətli çətənə bitkisi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilən baxış zamanı mətbəxdə olan soyuducunun içərisindən 1 ədəd şəffaf sellofanda qurudulmuş bitki kütləsi, yataq otağında dolabın rəfindən 14 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş çətənə bitkisinin tumları, 1 ədəd üzərində qara rəngli kibrit qutusunda çətənə bitkisi tumları, 2 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qurudulumuş çətənə tumu, 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş tum, 1 ədəd üzəri göy rəngli kibrit qutusunda çətənə bitkisi tumları, 5 ədəd şəffaf sellofanda çətənə bitkisi tumları, 3 ədəd üzərilərində kent, davidoff və vinchester markalanma yazıları olan siqaret qutularında çətənə bitkisi tumları, 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qurudulumuş bitki kütləsi, 1 ədəd üzərində «Berqa» markalanma yazısı olan çay qutusunun içərisində qurudulmuş bitki kütləsi və 1 ədəd içərisinə qarışıq tütün məmulatı olan siqaret qutusu aşkar edilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli aqronomik rəydən görünür ki, ünvan 2 ünvanından aşkar olunmuş 4 ədəd dibçəkdə hər birində bir ədəd, bir dibçəkdə isə iki ədəd olmaqla 5 ədəd əkilməsi və becərilməsi qadağan olunan 40-50 sm hündürlüyündə narkotik təbiətli çətənə bitkisinə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış və alaq olunmuşdur. Cinayət işinin 48-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 66 manat 46 qəpik müəyyən edilmişdir. Cinayət işinin 49-52-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/358 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs mənzilindən götürülmüş ot kütləsi....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamada 1 (bir) ədəd sellofan torbanın içərisində təmiz çəkisi-105,0 qram və bir ədəd polietilen paketdə təmiz çəkisi-4,486 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi -109,486 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədən aşkar olunmuş çətənə kolları” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamalarda yaş vəziyyətdə, ümumi sayı 05 (beş) ədəd, ümumi çəkisi-80 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs mənzilindən götürülmüş ot kütləsi” yazılar və imzalar olan kağız paketi açdıqda 3 ədəd gümüşü rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,674 qram, 0,298 qram, 0,236 qram, ümumi çəkisi-1,208 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs mənzilindən götürülmüş tumlar.” yazılar və imzalar olan kağız paketdə 2 ədəd kibrit qutusunda və 18 ədəd kağız bükümlərdə (14 ədəd gümüşü, 2 ədəd qara, 2 ədəd qızılı) ümumi çəkisi 4,532 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Tədqiqata təqdim olunmuş “vət.Təqsirləndirilən şəxs mənzilindən götürülmüş tum.” yazılar və imzalar olan üzəri skoçla bağlanmış siqaret qutularını açdıqda içərisində “kent”, “davidoff”, “winchester” siqaret qutularının içərisində ümumi çəkisi 9,628 qram bitki toxumları əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Tədqiqata təqdim olunmuş “vət.Təqsirləndirilən şəxs mənzilindən götürülmüş tum.” yazılar və imzalar olan üzəri skoçla bağlanmış sellofan bağlamanı açdıqda içərisində 5 ədəd sellofan torbalarda ümumi çəkisi-5,689 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisi toxumlarının ümumi çəkisi 19,849 qramdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs mənzilindən götürülmüş ot kütləsi....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış çay qutusunu açdıqda içərisində təmiz çəkisi 6,625 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs mənzilindən götürülmüş tutün(siqaret)." yazılar və imzalar olan üzəri skoçla bağlanmış papiros qutusunda 5 ədəd papirosdan 1 ədəd boş, 3 ədədinin tərkibi tütündən 1 ədəd papirosun tərkibində 0,554 qram qarışıq kütlədə çəkisi 0,321 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana vardır. Marixuanaların ümumi çəkisi 117,64 qramdır. Tədqiqata sərf edildikdən sonra marixuanaların qalıq çəkisi 117,50 qram, çətənə bitkilərinin qalıq çəkisi 79,9 qram, çətənə bitkisi toxumlarının qalıq çəkisi 19,699 qramdır. Cinayət işinin 86-88-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 371/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 69 manat 82 qəpik müəyyən edilmişdir. Cinayət işinin 151-52-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/442 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...narkotik vasitəyə oxşar maddə...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,829 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,809 qramdır. Cinayət işinin 188-189-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X9 xx.xx.2020-ci il tarixli, 931 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin V barmağının səthi kəsimiş yarası və sağ mil-bilək oynağı nahiyyəsinin sıyrığı olmuşdur. Xəsarətlərdən sağ əlin V barmağının səthi kəsilmiş yarası iti kənara malik əşyanın (alətin), sağ mil-bilək oynağı nahiyyəsinin sıyrıtı isə bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiysına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur, müxtəlif şəraitlərdə alınması, eləcə də əlçatan nahiyyələrdə olduğundan müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilmir. Cinayət işinin 190-191-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1846 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserndə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 193-195-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx xxxx 2020-ci il tarixli, 1199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin qeyd edilməlidir ki, cinayət işinin materiallarının, hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs müəyyən edilən «Üzvi şəxsiyyət pozuntusu» ilə əlaqədar o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək onları tam idarə etmək iqtidarında olmamışdır. Göstərilənlərlə əlaqədar yoxlanılan şəxs Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsir altına düşür. X2 məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə o, prosessual fəaliyyət qabiliyyətlidir, həmçinin öz prosessual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır. Cinayət işinin 197-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 manat müəyyən edilmişdir. Cinayət işinin 198-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7/573 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş təmiz çəkisi 0,809 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) btikisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,789 qramdır. İlkin tədqiqat zamanı kütlənin təmiz çəkisi 0, 829 qram təşkil etmişdir. Cinayət işinin 200-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 manat müəyyən edilmişdir. Cinayət işinin 201-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7/590 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ümumi sayı 08 (səkkiz) ədəd kağız paketdə olan marixuanalar və bir ədəd kağız paketdə olan 05 (beş) ədəd quru vəziyyətdə çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Cinayət işinin 202-214-cü vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 5 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, yaşadığı evdən aşkar edilmiş 117,64 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruldulmuş marixuana və istintaq təcridxanasında saxlanılarkən qadağan olunmuş əşyanı saxlamaqla istifadəsinə cəhd etdiyi 0,829 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruldulmuş marixuana iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxışın videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X6 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli hökmünə əsasən cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilərək barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tədbiri tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə ümumi tipli psixiatriya stasionarında məcburi müalicə müalicəsi dəyişdirilərək məcburi ambulator müşahidəsi və psixiatr müalicəsinə keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı ilə barəsində tətbiq edilmiş məcburi ambulator müşahidəsi və psixiatr müalicəsi ləğv edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 234.1, 237.1 və 29,317-2.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 234.1, 237.1 və 29,317-2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs “… bıçaqla qonşuları Kənangilə zərbə endirmədiyini, onları vurmaq və ya xəsarət yetirmək fikrinin olmamasını” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş, şahid ifadələri, ekspertiza rəyləri, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməllərini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 234.1, 237.1 və 29,317-2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə bi-ləjəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin müddəalarına əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1, 234.1, 237.1 və 29,317-2.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxx 2020-ci tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır, barəsində narkomaniyadan məjburi müalijə təyin edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 117,50 qram olan marixuana, qalıq çəkisi 79,9 qram olan çətənə bitkiləri, qalıq çəkisi 19,699 qram olan çətənə bitkisi toxumları, qalıq çəkisi 0,789 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, ekspertiza xərci 280 manat 28 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1, 221.1 və 29,317-2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-cü maddəsi ilə 01 il 03 ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə maddəsi ilə 01 il 06 ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-2.1-ci maddəsi ilə 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 117,50 qram olan marixuana, qalıq çəkisi 79,9 qram olan çətənə bitkiləri, qalıq çəkisi 19,699 qram olan çətənə bitkisi toxumları, qalıq çəkisi 0,789 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 280 manat 28 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-375/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-375/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver