Məhkəmə qərarları › İş №1(008)-375/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-375/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-375/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X30 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, müdafiəçi - “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Tərtər rayonu, Şəhriyar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, Tərtər rayonu, Həsənqaya kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə “Covid-19” pandemiyası ilə əlaqədar imkansız şəhid ailələrinə və qazilərə maddi yardım toplamaq üçün özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş “4169-73**-****-9452” və “4169-73**-****-1350” nömrəli bank kartlarının fotoşəkillərini “İnstagram”, “facebook”, “tik-tok” və digər sosial şəbəkələrdəki hesablarında yerləşdirən Zərərçəkmiş şəxs1 kart və şəxsi anket məlumatlarını əldə etdikdən sonra həmin kartların bağlı olduğu “Bir Bank” mobil tətbiqinin təhlükəsizlik kodlarının ən çox istifadə edilən kodlar, yəni kart sahibin ad, soyadı, təvəllüdü və digər sadə kodlar olduğunu təxmin edib seçmə yolla kodları müəyyən etməklə kartların mobil tətbiqlərinə qanunsuz daxil olub 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-73**-****-9452” nömrəli bank kartından 1 000 manat və “4169-73**-****-1350” nömrəli bank kartından 850 manat olmaqla ümumilikdə 1 850 manat pul vəsaitini gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 1 850 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə nəvəsi X20 xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə müalicəsi məqsədilə pul lazım olduğundan maddi yardım toplamaq üçün özünə məxsus “Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş “4169- 74**-****-3047” nömrəli bank kartının fotoşəkilini “İnstagram", “facebook”, “tik-tok” və digər sosial şəbəkələrdəki hesablarda yerləşdirən Zərərçəkmiş şəxs2 kart və şəxsi anket məlumatlarını əldə etdikdən sonra həmin kartın bağlı olduğu “Bir Bank” mobil tətbiqinin təhlükəsizlik kodlarının ən çox istifadə edilən kodlar, yəni kart sahibin ad, soyadı, təvəllüdü və digər sadə kodlar olduğunu təxmin edib seçmə yolla kodları müəyyən etməklə kartın mobil tətbiqinə qanunsuz daxil olub 10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-74**- ****-3047” nömrəli bank kartından 620 manat pul vəsaitini gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 620 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə borclarını ödəmək üçün maddi yardım toplamaq məqsədilə özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş “6768-6771- 7907-0085” nömrəli bank kartının fotoşəkilini “İnstagram”, “facebook”, “tik-tok” və digər sosial şəbəkələrdəki hesablarda yerləşdirən Zərərçəkmiş şəxs4 kart və şəxsi anket məlumatlarını əldə etdikdən sonra həmin kartın bağlı olduğu “Bir Bank” mobil tətbiqinin təhlükəsizlik kodunun ən çox istifadə edilən kodlar, yəni kart sahibin ad, soyadı, təvəllüdü və digər sadə kodlar olduğunu təxmin edib seçmə yolla kodu müəyyən etməklə kartın mobil tətbiqinə qanunsuz daxil olub 29 noyabr 2021-ci il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “6768-6771-7907- 0085” nömrəli bank kartından 611 manat pul vəsaitini gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 611 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə övladı X22 xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə müalicəsi məqsədilə pul lazım olduğundan maddi yardım toplamaq üçün özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş “4169- 73**-****-8166” nömrəli bank kartının fotoşəkilini “İnstagram”, “facebook”, “tik-tok” və digər sosial şəbəkələrdəki hesablarda yerləşdirən X3 və şəxsi anket məlumatlarını əldə etdikdən sonra həmin kartın bağlı olduğu “Bir Bank” mobil tətbiqinin təhlükəsizlik kodlarının ən çox istifadə edilən kodlar, yəni kart sahibin ad, soyadı, təvəllüdü və digər sadə kodlar olduğunu təxmin edib seçmə yolla kodları müəyyən etməklə kartın mobil tətbiqinə qanunsuz daxil olub 01 fevral 2022-ci il tarixdə Bakı şəhəri ərazisində Şəbinə Şirinovaya məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-73**-****-8166” nömrəli bank kartından ümumilikdə 4 955 manat pul vəsaitini gizli olaraq talayıb ələ keçirməklə zərərçəkmiş şəxs X13 4 955 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə övladı X11 böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyinə görə müalicəsi məqsədilə pul lazım olduğundan maddi yardım toplamaq üçün özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş “4169-7413-3263-3674” nömrəli bank kartının fotoşəkilini “İnstagram”, “facebook”, “tik-tok” və digər sosial şəbəkələrdəki hesablarda yerləşdirən Zərərçəkmiş şəxs6 kart və şəxsi anket məlumatlarını əldə etdikdən sonra həmin kartın bağlı olduğu “Bir Bank” mobil tətbiqinin təhlükəsizlik kodlarının ən çox istifadə edilən kodlar, yəni kart sahibin ad, soyadı, təvəllüdü və digər sadə kodlar olduğunu təxmin edib seçmə yolla kodları müəyyən etməklə kartın mobil tətbiqinə qanunsuz daxil olub 03 mart 2022-ci il tarixdə Goranboy rayonu ərazisində Zərərçəkmiş şəxs6 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-7413-3263-3674” nömrəli bank kartından ümumilikdə 3480 manat pul vəsaitini gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 Nurəddin qızına 3 480 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə İİ Qarabağ müharibəsində yaralandığına görə müalicəsi məqsədilə pul lazım olduğundan maddi yardım toplamaq üçün özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş “4169-74**-****-9300” nömrəli bank kartının fotoşəkilini “İnstagram”, “facebook”, “tik-tok” və digər sosial şəbəkələrdəki hesablarda yerləşdirən X6 və “Covid-19” pandemiyası ilə əlaqədar imkansız şəxslərə maddi yardım etmək üçün özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş “5103-0715- 0175-6775” nömrəli bank kartının fotoşəkillərini sosial şəbəkə hesablarında yerləşdirən Zərərçəkmiş şəxs5 kart və şəxsi anket məlumatlarını əldə etdikdən sonra həmin kartların bağlı olduğu “Bir Bank” mobil tətbiqinin təhlükəsizlik kodlarının ən çox istifadə edilən kodlar, yəni kart sahibin ad, soyadı, təvəllüdü və digər sadə kodlar olduğunu təxmin edib seçmə yolla kodları müəyyən etməklə kartların mobil tətbiqlərinə qanunsuz daxil olub 24 mart 2022-ci il tarixdə Ucar rayonu ərazisində Sahib Şəkərəliyevə məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-74**-****-9300” nömrəli bank kartından 1 317 manat pul vəsaitini Zərərçəkmiş şəxs5 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “5103-0715- 0175-6775” nömrəli bank kartına, həmin kartdan isə öz istifadəsində ola kartlara köçürdüb gizli olaraq talayıb ələ keçirmiş və sonrakı müddətdə Zərərçəkmiş şəxs5 tərəfindən həmin 1317 manat pul vəsaiti Sabih Şəkərəliyevə könüllü şəkildə müalicəsini davam etdirməsi üçün ödənildiyinə görə Zərərçəkmiş şəxs5 1 317 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə övladı X31 xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə müalicəsi məqsədilə pul lazım olduğundan maddi yardım toplmaq üçün özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş 4169-74**-****-7586” nömrəli bank kartının fotoşəkilini “İnstagram”, “facebook”, “tik-tok” və digər sosial şəbəkələrdəki hesablarda yerləşdirən Zərərçəkmiş şəxs8 kart və şəxsi anket məlumatlarını əldə etdikdən sonra həmin kartın bağlı olduğu “Bir Bank” mobil tətbiqinin təhlükəsizlik kodlarının ən çox istifadə edilən kodlar, yəni kart sahibin ad, soyadı, təvəllüdü və digər sadə kodlar olduğunu təxmin edib seçmə yolla kodları müəyyən etməklə kartın mobil tətbiqlərinə qanunsuz daxil olub 19 iyul 2022-ci il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs8 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-74**-****-7586” nömrəli bank kartından 2 486 manat, həmçinin həmin tətbiqə bağlı olan digər “4169-74**-****-4322” nömrəli bank kartından 266 manat və “4169-74**-****-1896” nömrəli bank kartından 5 803,02 manat olmaqla ümumilikdə 8555,02 manat pul vəsaitini gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs8 xeyli miqdarda 8 555,02 manat maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə “Covid-19” pandemiyası ilə əlaqədar imkansız şəxslərə maddi yardım etmək üçün özünə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş “4169- 74**-****-7757” nömrəli bank kartının fotoşəkillərini “İnstagram”, “facebook”, “tik-tok” və digər sosial şəbəkələrdəki hesablarında yerləşdirən Zərərçəkmiş şəxs3 kart və şəxsi anket məlumatlarını əldə etdikdən sonra kartın bağlı olduğu “Bir Bank” mobil tətbiqinin təhlükəsizlik kodunun ən çox istifadə edilən kodlar, yəni kart sahibin ad, soyadı, təvəllüdü və digər sadə kodlar olduğunu təxmin edib seçmə yolla kodu müəyyən etməklə kartın mobil tətbiqinə qanunsuz daxil olub 30 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında olan Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş “4169-74**-****-7757” nömrəli bank kartından ümumilikdə 2 899 manat pul vəsaitini gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 2 899 manat məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3- 1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun təxminən bir il öncə onun bank kartlarına və bank köçürmələrinə marağı yaranmışdır. Buna görə də sosial şəbəkələrdə və müxtəlif bankların internet səhifələrində bank kartları bank köçürmələri barədə məqalələri oxumağa başlamışdır. Bu sahədə bir qədər bilik əldə etdikdən sonra müxtəlif şəxslərin bank kartlarından oğurluq etmək qərarına gəlmişdir. Bu qərarı maddi durumunun zəif olduğuna və mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrdən stifadə etdiyi üçün vermişdir. Bank sahəsində oxuduğu məqalələr və bankların internet səhifələrində olan məlumatlarla tanış olduqdan sonra ona məlum olmuş ki, banklar arasındaın sadə və rahat mobil tətbiq "xxxx"ın kartlarındadır və buna görə də oğurluq edəcəyi bank kartlarının Kapital Banka məxsus olacağını seçmişdir. Bundan sonra müxtəlif sosial şəbəkələrdə, yəni “instagram”, “facebook”, “tik-tok” və sair sosial şəbəkələrdə əsasən maddi yardım ilə bağlı özünə məxsus Kapital Bank plastik kartlarını paylaşan şəxslərin sosial şəbəkədə olan profillərini axtarmışdır. Həmin profillərdə çox vaxt bank kartını paylaşmış şəxslər özləri barədə məlumatları da paylaşmışlar. Həmin məlumatlardan ona lazım olan həmin şəxslərin təvəllüdləri olmuş, çünki əksər hallarda Kapital Banka aid plastik kartların pin kodu və mobil tətbiqin kodu təvəllüd ilə əlaqəli olmuşdur. Belə ki, əksər hallarda plastik kartın kodu vətəndaşın təvəllüdü, mobil tətbiqdə olan parol isə vətəndaşın adı və təvəllüdü qeyd ilir. Bu barədə o məlumatı sosial şəbəkələrdə məqalələr oxuyaraq əldə etmiş, bundan əlavə ona yaxın olan şəxslərin də bank kartlarında olan nümunələri götürmüşdür. Yardım ilə bağlı kart paylaşan şəxslərin təvəllüdü və adı ona məlum olduqdan sonra onun “Birbank” mobil tətbiqinə daxil olmağa çalışmışdır. Orada kartın nömrəsini daxil etmiş və kod yerinə adını və təvəllüdünü yazmışdır. Bəzi hallarda parolu tapdığında mobil tətbiqə daxil olmuşdur, mobil tətbiqə daxil olduqdan sonra həmin şəxsin bütün kartları onun əlində olmuş və orada pul vəsaitlərini rahat şəkildə özünə aid kartlara köçürmüşdür. Bəzi hallarda isə daxil olduğu mobil tətbiqin şəxsi kabinetlərində pul vəsaiti olmadığı görsənmişdir. Belə olan hallarda həmin kabinetləri özündə saxlamış ki, daha sonra pul olan kabinetlər tapan zaman orada olan pul vəsaitlərini həmin boş olan kabinetlərə köçsün. Çox vaxt vətəndaşların şəxsi kabinetlərindən oğurlayaraq köçürdüyü pul vəsaitlərini 5-6 nəfər başqa tanımadığı və BirBank moil tətbiqlərini ələ keçirdiyi şəxslərin hesablarına köçürmüşdür. Daha sonra həmin tanımadığı şəxslərin mobil tətbiqində virtual kartlar açaraq pul vəsaitlərini nağdlaşdırmışdır. Bank mobil tətbiqi üzərindən virtual kartlar yaradılan zaman vətəndaşa bu barədə heç bir məlumat getmir və pulun nağdlaşdırılması üçün həmin kart lazım olmur. Belə ki, bankomatlarda virtual kartla bağlı verilmiş kodu daxil edərək pul vəsaitini nağdlaşdırmaq mümkün olmuşdur. Pul vəsaitlərini ələ keçirdiyi vətəndaşların mobil tətbiqlərinə özünə məxsus mobil telefondan (Samsung markalı A10 modelli) daxil olmuşdur. Həmin mobil telefonun içərisində öz istifadəsində olan *** *** ** **, *** *** ** **, 050 *** ** ** (öz ), 070 *** ** ** (bacısı Şəhanə Quluzadənin adına) gsm nömrələrindən istifadə etmişdir. Bütün hallarda ələ keçirdiyi mobil tətbiqlərdə bu gsm nömrələrdən istifadə etmişdir. Bu yoİ ilə bir il ərzində xeyli sayda vətəndaşların pul vəsaitlərini ələ keçirmişdir. Hazırda dəqiq məbləğ və vətəndaş sayı yadında deyildir. Şikayət ərizələri ilə bağlı bildirmək istəyir ki,şikayətçilərin pul vəsaitlərini də Kapital Bank plastik kartlarından yuxarıda qeyd etdiyi üsul ilə eldə etmişmişdir. Belə ki, hazırda tam xatırlamasa da, lakin onların bəzilərində pulu digər tanımadığı şəxslərin həsablarına köçürərək daha sonra həmin hesablarda virtual kartlar olaraq bankomat vasitəsi ilə nağdlaşdırmış, bəzilərinin isə pul vəsaitlərini bir başa öz istifadəSində olan kartlar bank kartlarına köçürmüşdür. Onun istifadəsində olan bank kartları: Bank - 4169 7385 3006 1575 (anası Şahid adına) və Leo bank - 4098 5844 6535 2225 (bacısı X7 adına). Mobil tətbiqdənn köçürmə etmək mümkün olan zaman pulları həmin kartlara köçürərək nağlaşdirmiş, köçürmə mümkün olmayan zaman isə virtual kartlar yaradaraq pul vəsaitlərini nağdlaşdirmişdir. Belə ki, bu üsul ilə xx.xx.2021-ci il də vətəndaş Zərərçəkmiş şəxs2 620 manat, xx.xx.2021 -ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs4 611 24 mart 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs5 1317 manat, ) 22-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs8 8.652 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 2.899 manat, Zərərçəkmiş şəxs1 10 oktyabr 2021-ci il tarixdə 1850 manat, 03 mart 2022-ci iİ tarixdə Zərərçəkmiş şəxs6 kartından 3 480 manat və 01 fevral İ tarixdə X13 məxsus kartdan 4 955 manat vəsaitlərini tətbiqlərinə daxil olaraq gizli yolla ələ keçirmişdir. Digər aldatdığı şəxslərin anket məlumatları və ya kartları yadında deyil, hazırkı şəxslər şikayət etdikləri üçün ərizələr ilə tanış zaman onları xatırlamışdır. Ərizəçilərin hər biri öz bank kartlarını sosial şəbəkələrdə olan profillərdə paylaşdıqları üçün onların profillərinə daxil olub, şəxsi məlumatlarına baxaraq parollarını tapmış və mobil tətbiqə daxil olmuşdur. Həmin şəxslərin hər birinin mobil tətbiqinin parolu adı və təvəllüdü olmuşdur. Ələ keçirdiyi pul vəsaitlərinin bir hissəsini şəxsi təlabatlarına xərcləmiş, bir hissəsinə isə özünə “Chevrolet” markalı, “Cruze” modelli ** VE *** qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobil sahibi tərəfindən ona baş etibarnamə ilə satılmışdır. Həmçinin vətəndaşların bank kartlarından oğurladığı pul vəsaitlərindən “mosbet” qumar oyununa xərcləmiş və həbsdə olan qardaşları X35 Quluzadəyə pul vəsaitləri göndərmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmşdir ki, 2014-cü il təvəllüdlü övladı Nurlan Azad qan xərçəngi xəstəliyindən əziyyət çəkmişdir. Onun müalicəsi ilə bağlı külli miqdarda pul vəsaiti lazım olduğundan və maddi durumu buna yol vermədiyindən tanışları ona məsləhət görmüşlər ki, övladının xəstəliyi barədə sosial şəbəkələrdə məlumat verərək imkanlı şəxslərdən köməklik istəsin. O da başqa əlacı qalmadığı üçün öz adına "xxxx" ASC-də 4169-74**-****- 7586” nömrəli kart açdıraraq həmin kartın ön hissəsinin şəkilini “instagram”, “facebook” və digər sosial şəbəkələrdə paylaşaraq imkanı olan şəxslərdən maddi yardım etmələrini xahiş etmişdir. Həmin kartı elektron qaydada idarə etmək üçün telefonuna “Bir Bank” mobil tətbiqi də yükləmişdir. Həmin kartı tətbiqə əlavə etmişdir. Həmin kartın pin kodu və mobil tətbiqin şifrəsi onun təvəllüdü, yəni “1981” olmuşdur. Bundan başqa övladına dövlət tərəfindən təyin edilmiş pensiyanı almaq üçün "xxxx" ASC tərəfindən 4169-74**-****-4322 nömrəli kart da verilmişdir. Həmin kartı da mobil tətbiqə əlavə etmişdir. Həmçinin onun öz adına da "xxxx" ASC tərəfindən verilmiş 4169-74**-****-1896 nömrəli əmək haqqı kartını da mobil təbiqə əlavə etmişdir. Qısa müddət ərzində həmin karta vətəndaşlar xeyli məbləğdə pullar göndərmişlər. 2022-ci ilin iyul ayında müalicə ilə əlaqədar Türkiyə Respublikasında olan zaman telefonuna smslər gəldiyini və kiminsə kartından pul çıxartmaq istədiyini görmüşdür. Lakin fikirləşmiş ki, o kodu vermədikcə heç kim pul çıxarda bilməz. Bundan sonra övladı ilə birlikdə Azərbaycan qayıtmışdır. Burda olan zaman kartından pul çıxartmaq istədikdə kiminsə kartına müdaxilə edib hər üç kartında olan pulları çıxartdığını görmüşdür. Həmin zaman 4169-74**-****-7586” nömrəli kartda 2 486 manat, 4169-74**-****-4322 nömrəli kartda 266 manat və 4169-74**-****-1896 nömrəli əmək haqqı kartında isə 5400 manat pul olmuşdur. Həmin şəxs əvvəlcə onun əmək haqı kartından 500 manat avans çəkmiş və digər kartlarında olan pulları da əmək haqqı kartına köçürtmüşdür. Bundan sonra həmin kartdan pulları başqa karta köçürdərək talamışdır. Kartının şəxsi məlumatlarını heç kimə verməmişdir. Hadisə nəticəsində ona ümumilikdə 8555,02 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 30 avqust 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman ona Kapital Bank tərəfindən smslər gəlmişdir. Həmin sms-lərdə naməlum şəxsin onun kartından pul köçürmək istəməsi göstərilmişdir, özü həmin vaxt heç bir pul köçürməsi etmədiyi üçün başa düşmüş ki, kartına müdaxilə olunmuşdur. Həmin vaxt o mobil telefonu vasitəsi ilə Kapital Bankın mobil tətbiqinə də daxil ola bilməmiş, çünki həmin şəxs onun mobil kabinetini ələ keçirmişdir. Dərhal hadisə ilə bağlı Kapital Banka müraciət etsə də həmin vaxt ərzində bank kartına və mobil tətbiqinə müdaxilə etmiş şəxs ona məxsus 4169- 7413-6549-7757 nömrəli "xxxx" kartından ümumilikdə 2.899 manat pul vəsaitini oğurlamışdır. “Covid- 19” pandemiyası ərəfəsində qonşuluğunda yaşayan imkansız şəxslərə yardım etmək üçün sosial şəbəkələrdə özünə məxsus hesablarda bank kartının şəkilini paylaşmış ki, dostları və qohumları həmin karta pul göndərsin və o həmin pul ilə kasıb ailələrə bazarlıq etsin. Həmin ərəfədən sonra uzun müddət keçməsinə baxmayaraq sosial şəbəkələrdə olan profillərində həmin paylaşım qalmışdır. Kartına müdaxilə edən şəxs kartının nömrəsini həmin paylaşımlardan götürmüşdür. Bank kartının və mobil tətbiqinin pin kodu isə onun təvəllüdü olduğundan və həmin məlumatlar sosial şəbəkələrdə olan hesablarda olduğundan karta müdaxilə edən şəxs rahat şəkildə məlumatları götürərək mobil tətbiqə müdaxilə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2002-ci ildən 2017-ci il tarixədək xüsusi təyinatlı hərbi hissələrin birində gizir kimi xidmət etmişdir. Aprel döyüşlərindən sonra yaralandığı üçün təxris olmuşdur. Bir müddət sonra bank borclarının olduğu üçün dostları məsləhət etmiş ki, bank kartını sosial şəbəkələrdə paylaşsın və ona borclarının ödənilməsində köməklik etsinlər. Buna görə də o müxtəlif sosial şəbəkələrdə özünə məxsus 6768-6771-7907-0085 nömrəli Kapital Bank kartını paylaşmışdır. Sosial şəbəkələrdə o özünə məxsus Kapital Bank kartını paylaşmış ki, yardım etmək istəyən şəxslər həmin karta pul köçürsünlər. Qısa müddət ərzində xeyli vətəndaş ona təmənnasız yardım üçün pul vəsaiti göndərmişdir. 27 noyabr 2021-ci il tarixdə ona Kapital Bankdan özünə məxsus kartdan pul köçürülməsi barədə sms gəlmişdir. Həmin zaman Bakı şəhəri Nəsimi rayonu ərazisində olmuşdur. Kapital Bank ilə əlaqə saxlasa da onlar ona bildirmişlər ki, bir bank mobil tətbiqi vasitəsi ilə hesabında olan 611 manat pul vəsaiti digər hesaba köçürülmüşdür. Onun heç vaxt bir bank mobil tətbiqi olmadığı üçün pulunu ələ keçirən şəxs kartının nömrəsini yazaraq və pin kodunu daxil edərək yeni bir bank kabineti yaratmışdır. Kartında olan pin kodu onun təvəllüdü olduğu üçün və sosial şəbəkəklərdə özü barədə məlumatları paylaşdığı üçün həmin şəxs rahat şəkildə onun pin kodunu tapmışdır. Hadisə nəticəsində ona 611 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 24 mart 2022-ci il tarixində "xxxx" ASC-yə məxsus 5103 0715 0175 6775 nömrəli smart tələbə kartından ümumilikdə 1317 manat məbləğində pul vəsaiti onun xəbəri olmadan kartına daxil olub və həmin gün kartından başqa karta köçürülmüşdür. 2020-ci ildə hərbi xidmətə getməmişdən əvvəl “Covid-19” pandemiyası ərəfəsində imkansız şəxslərə yardım etmək üçün sosial şəbəkələrdə özünə məxsus hesablarda bank kartının şəkilini paylaşmış ki, dostları və qohumları həmin karta pul göndərsin. Dostları həmin pul ilə kasıb ailələrə bazarlıq etmişlər. Həmin ərəfədən sonra uzun müddət keçməsinə baxmayaraq sosial şəbəkələrdə olan profillərində həmin paylaşım qalmışdır. 2022-ci ilin aprel ayının ortalarında onu Ucar rayon Polis İdarəsinə dəvət etmişlər və bildirmişlər ki, 5103 0715 0175 6775 nömrəli smart tələbə kartına 1317 manat məbləğində pul vəsaiti qazinin adına açılmış yardım kartından gəlmiş və onun kartından da həmin gün digər 2 karta köçürülmüşdür. Lakin o bundan xəbərsiz olmuşdur. Həmin qaziyə əməliyyata pul lazım olduğuna görə o özü 3 gündən sonra borc taparaq 1317 manat məbləği həmin qaziyə nəğd şəkildə ödəmişdir. Kartına müdaxilə edən şəxs kartının nömrəsini həmin paylaşımlardan götürmüşdür. Onda isə bu kart mobil tətbiqə qoşulu olmamışdır. Bank kartının və mobil tətbiqinin pin kodu isə onun istifadəsində olan mobil nömrəmin son 4 rəqəmi ilə eyni olmuş və həmin məlumatlar sosial şəbəkələrdə olan hesablarda olduğundan karta müdaxilə edən şəxs rahat şəkildə məlumatları götürərək mobil tətbiqə daxil olmuşdur. Ümumilikdə ona 1317 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, qızı X11 böyrək çatışmazlığı xəstəliyi olduğundan ona böyrək köçürmək istəmişlər, lakin buna maddi imkanları olmamışdır. Bunun üçün öz adına 2021 ci ilin dekabr ayında "xxxx" ASC-dən 4169- 7413-3263-3674 nömrəli kart açdırmışdır. Həmin kartın üz hissənin instagram, facebook və digər sosial şəbəkələrdə paylaşıb qızı barədə məlumat vermiş və imkanlı şəxslərdən köməklik edilməsini xahiş etmişdir. Həmin hesaba müxtəlif şəxslər tərəfindən ümumilikdə 4780 manat pul göndərilmişdir. Həmin kartı “Bir Bank” mobil tətbiqinə daxil etmiş və onun şifrəsi oğlunun təvəllüdü yəni, “1991” olmuşdur. 15 fevral 2022-ci il tarixdə qızının analizlərini Türkiyəyə gpöndərmək üçün pul lazım olduğundan kartdan 1300 manat pul çıxartmış və kartda 3480 manat pul qalmışdır. Lakin bütün səylərinə baxmayaraq qızı 09 mart 2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra başları onun yas mərasiminə qarışmış və 02 aprel 2022- ci il tarixdə kartdan pul çıxartmaq istəyən zaman kartda pul olmadığını görmüşdür. Həmçinin mobil tətbiqə daxil olmaq istədikdə daxil ola bilməmişlər. O evdə maraqlandıqda heç kim kartdan pul çıxartmadığını bildirmişdir. Banka yaxınlaşıb kartdan çıxarış çıxartdıqda məlum olmuş ki, naməlum şəxs 03 mart 2022-ci il tarixdə kartdan 3480 manat pulu çıxartmışdır. O kartın kodunu heç kimə verməmiş və kartdan pulun necə çıxarılmasından məlumatı yoxdur. Hadisə nəticəsində mənə 3480 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, atası X8 xx.xx.2022-ci il tarixdə Suraxanı RPl-nin 30-cu PŞ-nə etdiyi müraciəti ilə əlaqədar bildirmək istəyir ki, həmin müraciətdə qeyd edilən 4955 manat pul çıxarılmış plastik bank kartı ona məxsusdur. Belə ki, o həmin 4169 7385 7049 8166 seriyalı “X38” debit kartını "xxxx" ASC-dən 2021-ci ilin iyun ayında almışdır. Həmin kartı o 2022-ci ilin yanvar ayında mobil telefonuna yüklədiyi “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçirmişdir. Həmin kart həmişə onun telefonundakı qeyd etdiyi tətbiq vasitəsilə istifadə edilmiş, heç vaxt başqa tətbiqlərdə istifadə edilməmişdir. Həmin vaxtı hazırda vəfat etmiş 8 yaşlı övladı X14 ilik xərçəngi olması və ona bu xəstəlikdən müalicə olunması üçün ediləcək maddi yardımları qəbul etmək məqsədilə həmin kartı almışdır. O övladını müalicə etdirmək üçün 26 yanvar 2021-ci il tarixdə yoldaşı Rəhim Şirinovla birlikdə oğlu Nihadı Türkiyə Respublikası Ankara şəhərinə aparmışdır. Həmin şəhərdə olduğu zaman əvvəlcədən onlara maddi yardım olunması üçün müraciət etdikləri Azərbaycan Respublikasıda fəaliyyət göstərən müəyyən televiziya verlişlərində qeyd etdiyi kartın üzərində göstərilən 16 rəqəmli seriya nömrəsi nümayiş etdirilmiş, bundan sonra yardım göstərmiş vətəndaşlar həmin karta xx.xx.2022-ci il tarixədək ümumilikdə 4955 manat pul köçürtmüşdür. Qeyd etdiyi tarixdə o Ankara şəhərində həmin pulu nağdlaşdırmaq qərarına gəlmiş və mobil telefonunda olan “Bir Bank” mobil tətbiqinə daxil olaraq kartın balansını yoxlamaq istədikdə kartın həmin tətbiqdə görünmədiyi aşkar etmişdir. Dərhal Sumqayıt şəhərində olan atası ilə mobil telefonla əlaqə saxlaraq müvafiq banka müraciət etməsini xahiş etmişdir. Atası "xxxx" ASC-nə müraciət etdiyi zaman oradan bununla bağlı ona hər hansı bir məlumat verilməsinin mümkün olmadığı bildirildiyindən, özü telefon vasitəsilə həmin bankla əlaqə saxlayaraq kart hesabını dondurmuşdur. Bundan sonra isə onun adından bankdan hesabdan çıxarış əldə etməsi və hüquq mühafizə orqanlarına müraciət etməsi üçün atasına etibarnamə göndərmişdir. Həmin etibarnamə əsasında atası yenidən banka müraciət edərək əldə etdiyi hesabdan çıxarışdan da məlum olmuş ki, naməlum şəxs xx.xx.2022-ci il tarixdə onun kartından iki dəfəyə yəni, 2000 və 2955 manat olmaqla ümumilikdə 4955 manat pulunu ona məlum olmayan hesaba köçürtməklə oğurlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək mülki iddiaya onların iştirakı olmadan baxılmasını və mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hesabdan çıxarışdan görünür ki, 19 iyul 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən emisiya edilmiş Zərərçəkmiş şəxs8 istifadə etdiyi “4169-74**-****-4322” nömrəli ödəniş kartından 266 manat, “4169-74**-****-7586” nömrəli ödəniş kartından 2 486 manat pul vəsaiti Zərərçəkmiş şəxs8 istifadəsində olan “4169-74**-****- 1896” nömrəli ödəniş kartına köçürülmüş, həmin tarixdə “4169-74**-****-1896” nömrəli ödəniş kartından həmin məbləğlər də daxil olmaqla ümumilikdə 8555,02 manat başqa karta köçürülərək gizli yolla talanmışdır (cild 01, i.v.10-13). Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən emisiya edilmiş Zərərçəkmiş şəxs2 istifadə etdiyi “4169-7413- 0426-3047 nömrəli ödəniş kartından 10 noyabr 2021 -ci il tarixdə 620 manat pul vəsaiti başqa karta köçürülərək gizli yolla talanmışdır (cild 01, i.v.18- 19). Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən emisiya edilmiş Zərərçəkmiş şəxs3 istifadə etdiyi “4169-7413-6549- 7757 nömrəli ödəniş kartından 30 avqust 2022-ci il tarixdə 2 800 manat və 99 manat pul vəsaiti başqa karta köçürülərək gizli yolla talanmışdır (cild 01, i.v. 24). Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən emisiya edilmiş Zərərçəkmiş şəxs4 istifadə etdiyi “6768-6771-7907-0085 nömrəli ödəniş kartından 27 noyabr 2021-ci il tarixdə 611 manat pul vəsaiti başqa karta köçürülərək gizli yolla talanmışdır (cild 01, i.v.78- 79). Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən emisiya edilmiş Zərərçəkmiş şəxs1 istifadə etdiyi “4169-7385-8147-1350 nömrəli ödəniş kartından 11 oktyabr 2021-ci il tarixdə 850 manat və “4169-7385-0011-9452 nömrəli ödəniş kartından 11 oktyabr 2021-ci il tarixdə 1000 manat pul vəsaiti başqa karta köçürülərək gizli yolla talanmışdır (cild 01, i.v. 90-91). “Mobil telefona baxış keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd Samsung markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonda “Bir Bank” və “MPay” mobil tətbiqinin olduğu, mobil telefonun İMEİ kodunun zərərçəkmiş şəxslərin mobil telefonlarına müdaxilə edən mobil telefonun İMEİ kodu ilə eyni olması müəyyən edilmişdir (cild 01, i.v.127). Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən emissiya edilmiş Zərərçəkmiş şəxs6 istifadə etdiyi “4169-7413- 3263-3674 nömrəli ödəniş kartından 03 mart 2021 -ci il tarixdə 3480 manat pul vəsaiti başqa karta köçürülərək gizli yolla talanmışdır (cild 01, i.v.249). Hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən emisiya edilmiş X10 istifadə etdiyi “4169-73**-****- 8166 nömrəli ödəniş kartından 01 fevral 2022-ci il tarixdə 2000 və 2955 manat olmaqla ümumilikdə 4955 manata pul vəsaiti başqa karta köçürülərək gizli yolla talanmışdır (cild 02, i.v.18-20). Ambulator məhkəmə psixiatrik ekspertizasının 19 dekabr 2022-ci il tarixli 3385 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs Əhlian oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-n 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v.98-101). “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş iş üzrə zərərçəkmiş şəxslərin kartlarından pul vəsaitinin göndərildiyi hesablar barədə məlumatları özündə əks etdirən sənədlərə və 02 ədəd CD diskə, həmçinin "xxxx" ASC- dən daxil olmuş X9 məxsus “4098-5844-6535-2225” nömrəli ödəniş kartı ilə aparılmış əməliyyatlar barədə məlumatları özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, Zərərçəkmiş şəxs8 istifadə etdiyi “4169-74**-****-1896” nömrəli ödəniş kartından 19 iyul 2022-ci il tarixdə 3 500 manat bir bank vasitəsilə X12 adına olan 416974******2259 nömrəli karta, 5000 manat isə X15 adına olan 416974******1348 nömrəli karta köçürülmüşdür. Həmin tarixdə X12 adına olan 416974******2259 nömrəli karta göndərilmiş 3 500 manat da X15 adına olan 416974******1348 nömrəli karta köçürülmüşdür. Daha sonra həmin pul vəsaiti X2 vasitəsilə X4 adına olan 416973******4653 nömrəli karta və digər virtual hesablara köçürülmüş, həmin tarixdə Qızılgül Əsədovanın həmin virtual hesabından 9 dəfəyə ümumilikdə 8 347 manat pul vəsaiti bankomatdan məxaric edilmişdir. Kapital Bank tərəfindən göndərilmiş foto şəkillərdən də görünür ki, pul vəsaitini bankomatdan məxaric edən şəxs Təqsirləndirilən şəxsdur (fotoşəkillər protokola əlavə edilmişdir). Bundan başqa digər zərərçəkmiş şəxslərin də kartlarından pul vasitlərinin anoloji üsulla başqa-başqa şəxslərin adlarına açılmış VİRTUAL kart hesabları vasitəsilə nağdlaşdırıldığı, bəzi zərərçəkmiş şəxsləri pullarını "xxxx" ASC-yə məxsus “umico” karta göndərdiyi müəyyən edilmişdir, istintaq zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin kartından oğurladığı pulları bir neçə karta və virtula kartlara köçürdərək cinayətin izini itirməyə çalışmışdır. Lakin o oğurladığı pulları bir neçə kartlarda mədaxil- məxaric etdikdən sonra ən sonda istifadə etdiyi anası Şahid adına olan karta köçürdərək ələ keçirmişdir. Belə ki, Şahid adına olan 416973******1575 nömrəli kartın hesabdan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 kartından 11 oktyabr 2021 -ci il tarixdə ələ keçirdiyi 1850 manat pulun sonda 1809,53 manatını ( köçürmə komisiya haqqı çıxıldıqdan sonra qalan məbləğ) Şahid kartına mədaxil edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 01 fevral 2022-ci il tarixdə ələ keçirdiyi 4955 manat pulu sonda Şahid kartına mədaxil edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 kartından 03 mart 2022-ci il tarixdə ələ keçirdiyi 3480 manat pulu sonda 3431,20 manatını Şahid kartına mədaxil edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi Şahənə Quluzadəyə məxsus "xxxx" ASC tərəfindən emisiya edilmiş karta xx.xx.2022-ci il tarixədək ümumilikdə 25 048,03 manat məbləğində pul mədaxil edildiyi 23 100 manat pulun ünvan 2 ünvanında qurlaşdırılmış bonkamatdan məxaric edildiyi müəyyən edildi. "xxxx" ASC tərəfindən göndərilmiş foto şəkillərdən də görünür ki, pul vəsaitini bankomatdan məxaric edən şəxs Təqsirləndirilən şəxsdur (fotoşəkillər protokola əlavə edilmişdir) (cild 02, i.v.113-223). “Sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs istifadə etdiyi “Samsung Galaxy A10” markalı mobil telefon və üzərində olan 01 ədəd plastik kart maddi sübut hesab edilmiş və təyinatı məsələsi hökmlə təyin edilənədək AR DİN-nin BXCMİ-nin sübutların saxlanmasına kamerasına təhvil verilmiş, "xxxx" ASC tərəfindən təqdim edilmiş 02 ədəd və "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 ədəd CD disklər maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, vurulmuş maddi ziyanın ödənilməsi üçün təqdim edilmiş 9900 manat pul vəsaiti protokol ilə götürüldüyündən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı həll edilənədək saxlanılması üçün AR DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir (cild 02, i.v.224-238). Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd olunmuşdur ki, oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, şahid ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə, saat 17:00-da tutulmuş hesab edilmişdir (cild 01, i.v.60). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli, 4(005)- 1064/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.153-158). “Vurulmuş ziyanın ödənilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən əldə edilmiş pul ilə aldığı “Chevrolet Cruse” markalı avtomobili sataraq əldə etdiyi 9000 manat pulu zərərçəkmiş şəxslərə ödənilməsi üçün təqdim etmişdir (cild 01, i.v.270). 485 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2019-cu il təvəllüdlü (X16) uşağı var (cild 01, i.v.274). “Vurulmuş ziyanın ödənilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən əldə edilmiş anasının kartında qalan 900 manat pul zərərçəkmiş şəxslərə ödənilməsi üçün təqdim edilmişdir (cild 01, i.v.306). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 01, i.v.307-308). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli, 4(005)- 1388/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay olmaqla 28 fevral 2023-cü il tarixədək uzadılmışdır (cild 01, i.v.323-328). "xxxx" ASC tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 157000/1-6027 saylı məktubundan görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs8 dəymiş zərər bank tərəfindən müştərilərə ödənilmişdir (cild 01, i.v.330-332). Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), vurulmuş zərərin qismən ödənilməsini (CM-59.1.14), Zərərçəkmiş şəxs8 ilə barışıq əldə edilməsini (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsinə və Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq onun tərəfindən xəstə və yardıma möhtac olan insanlara görə toplanmış pul vəsaitinin, əməlinin nəticələrini, həmin pula ehtiyacı olan insanların vəziyyətini və düşəcəyi durumları düşünmədən oğurladığını, X13 məxsus kartdan onun 8 yaşlı xərçəng xəstəsi olan övladının müalicəsi üçün toplanmış pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması nəticəsində zərərçəkmiş şəxsin getdiyi xarici ölkədə pulsuz vəziyyətdə qalması, uşağın müalicəsinin həyata keçirilməsinin mümkün olmaması nəticəsində 8 yaşlı X14 vəfat etməsini, dəymiş maddi zərərin qismən ödənilməsinin zərərçəkmiş şəxslərin keçirdikləri mənəvi sarsıntıları kompensasiya etməsinin mümkün olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs islah olunması, törətdiyi cinayətin fərqinə varmasının və əməlinin nəticələrini dərk etməsinin təmin edilməsi məqsədi ilə onun cəmiyyətdən tam təcrid edilməsini məqsədəmüvafiq hesab edir. Məlumdur ki, cəzanın xüsusi xəbərdarlıq məqsədi ilə (hansı ki, məhkumun özünə qarşı yönəldilir və ona təsir etməklə yenidən cinayət törətməsinin qarşısını alır) yanaşı, cəzanın ümumi xəbərdarlıq məqsədi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayətkara cəza təyin etməklə cəmiyyətin cinayətə meylli, səbatsız üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs çoxsaylı insanları saldığı çıxılmaz vəziyyətə, səbəb olduğu itkilərə, yardıma möhtac insanların haqlarına girməsinə baxmayaraq ona alternativ cəzanın təyin edilməsi cəmiyyətin digər üzvlərində cəzaya laqeyd münasibətin yaranmasına səbəb olmaqla cəzanın çəkindirici və ümumi xəbərdaredici məqsədini heçə endirimiş olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “samsung Galaxy A10” markalı mobil telefon və 01 ədəd plastik kart hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anasına qaytarılmalı, iş üzrə maddi sübut-"xxxx" ASC tərəfindən təqdim edilmiş 02 ədəd və "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesabına zərərin ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit verilmiş verilmiş 9900 manat pul məbləği ilə bağlı zərərçəkmiş şəxslərin hər birinin mənafeyini düşünərək və onların heç birinin hüquqlarının pozulmaması naminə həmin məbləğin zərərçəkmiş şəxslərə vurulmuş ziyanın məbləğinə mütənasib bölüşdürülməsini qanuni və ədalətli hesab edir. Nəzərə alınsa ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs3 dəymiş zərər "xxxx" ASC tərəfindən ödənilmişdir, belə olan halda digər zərərçəkmiş şəxslərə dəymiş zərərin ümumi məbləği 12833 manat təşkil etmiş olur. Məhkəmə Zərərçəkmiş şəxs1 dəymiş zərərin vurulmuş ümumi zərərin məbləğinin 14%-ni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 hər birinə dəymiş zərərin vurulmuş ümumi zərərin məbləğinin 5%-ni, Zərərçəkmiş şəxs7 dəymiş zərərin vurulmuş ümumi zərərin məbləğinin 39%-ni, Zərərçəkmiş şəxs6 dəymiş zərərin vurulmuş ümumi zərərin məbləğinin 27%-ni, Zərərçəkmiş şəxs5 dəymiş zərərin vurulmuş ümumi zərərin məbləğinin 10%-ni təşkil etməsini nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozitinə verilmiş verilmiş 9900 manat pul məbləğinin həmin faiz nisbətinə uyğun olaraq zərərçəkmiş şəxslər arasında bölüşdürülməsi qənaətinə gəlir. "xxxx" ASC tərəfindən verilmiş mülki iddiadan görünür ki, iddia ərizəsində Bank tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs3 dəymiş zərər ödənildiyindən 11300 manat məbləğində ödənilmiş zərər və Bank tərəfindən ödənilmiş dövlət rüsumuna görə 124,30 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş mülki iddianı iş materialları ilə əlaqəli şəkidə tədqiq edərək AR CPM-nin və Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq "xxxx" ASC tərəfindən verilmiş mülki iddianın əsaslı olması və təmin edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, "xxxx" ASC tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərdən "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs3 dəymiş zərər ödənildiyindən 11300 manat məbləğində ödənilmiş zərər və Bank tərəfindən ödənilmiş dövlət rüsumuna görə 124,30 manat, cəmi 11.424,30 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına zərərin ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş verilmiş 9900 manat pul məbləğindən zərərçəkmiş şəxslərə vurulmuş zərərin nisbəti nəzərə alınmaqla Zərərçəkmiş şəxs1 1386 manat, Zərərçəkmiş şəxs2 495 manat, Zərərçəkmiş şəxs4 495 manat, Zərərçəkmiş şəxs7 3861 manat, Zərərçəkmiş şəxs6 2673 manat, Zərərçəkmiş şəxs5 990 manat məbləğində pul vəsaiti ödənilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A10” markalı mobil telefon və 01 ədəd plastik kart hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anasına qaytarılsın. İş üzrə maddi sübut-"xxxx" ASC tərəfindən təqdim edilmiş 02 ədəd və "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. "xxxx" ASC tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərdən "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs3 ödənilmiş 11300 manat və Bank tərəfindən ödənilmiş dövlət rüsumuna görə 124,30 manat, cəmi 11.424,30 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" ASC-yə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar