Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-376/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə xx xxxx 1992-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Əzizbəyov küçəsi, ev 32-də qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli kəndi, Göy Qurşağı ev 3/2, mənzil 108-də yaşayan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 26 yanvar 2023-cü il tarixdə, saat 21.45 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndi, Göy qursağı yaşayış kompleksində yerləşən binanın 14-cü mərtəbəsində məişət zəminində yaranmış münaqişə zamanı qonşusu Zərərçəkmiş şəxs belindən tutaraq yuxarı qaldırıb, qəsdən arxası üstə yerə çırparaq ona sağ bud-çanaq oynağının ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ sağrıbud-çanaq oynağı nahiyyəsinin dərialtı hemotoması müəyyən edilməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs onun yaşadığı mənzilin alt yəni, 13 mərtəbəsində yaşayır. Zərərçəkmiş şəxs əvvələr də həmişə xırda məişət məsələrinə görə onun evinə gələrək mübahisələr yaratdığından aralarında narazılıqlar baş vermişdir. 26 yanvar 2023-cü ildə yaşadığı evdə övladlarına ad günü keçirən zaman baş verən səs-küyə görə qonşusu Zərərçəkmiş şəxs saat 21:45 radələrində mənzilin qapsını döyüb onu dəhlizə çağırmışdır. Səs-küy saldığını deyib ona qarşı aqressiv rəftar edib üstünə qışqırdığı üçün əsəbiləşərək özünü saxlaya bilməyib qolları ilə onun belindən yapışıb yuxarı qaldıraraq arxası üstə qəsdən yerə çırpmışdır. Hal-hazırda onlar onlar barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialırın icratına xitam veridməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Süliddin oğlu ifadəsində göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdə, saat 21:45 radələrində evdə olarkən qonşusu Təqsirləndirilən şəxs evindən təhqiramiz ifadələr eşitdiyi üçün narahatlıq keçirib onun yaşadığı evin qapısını döyüb Sərvəti bloka çağırmışdır. Evdə ailə olduğunu, onun evindən gələn nalayiq ifadələrin onu narahat etdiyini irad bildirib nəzakətli olmalarını xahiş etmişdir. Təqsirləndirilən şəxs onun iradından sonra əsəbiləşərək onu bezdirdiyini deyib təhqir etmiş, münaqişə yaradıb üzərinə gələrək qolları ilə belindən yapışmış və yuxarı qaldıraraq arxası üstə yerə çırpmışdır. Arxası üstə yerə dəyən zaman sağ budu və çanağından xəsarətlər almışdır. Hal-hazırda onlar onlar barışmışlar, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialırın icratına xitam veridməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 186 saylı, 30 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sağ bud-çanaq oynağında ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ sağrı-bud-çanaq oynağı nahiyyəsinin dərialtı hemotoması müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi 26 yanvar 2023-cü il tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 02 mart 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasənsağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, barışıq ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, mübahisənin məişət problemi üzündən yaranmasını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hüquqi xidmətə görə müdafiəçi X5 iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdrilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Hüquqi xidmətə görə müdafiəçi X5 iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-376/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-376/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver