Məhkəmə qərarları › İş №1(008)-376/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-376/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-376/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan SSR-nin Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən evindəki otağa daxil olub monitorda videomüşahidə kamerasının qeydə aldığı görüntülərə baxmaq məqsədilə otağın qapısını kilidlədikdən sonra onunla eyni ünvanda yaşayan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onun otağın qapısını bağlamasına etiraz etməsi və ona kobudcasına iradını bildirib qapını açmasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncuya təpiklə sol baldır nahiyəsindən və yumruqla baş nahiyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs alın nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə keçmiş qaynatasının dostu kimi tanıdığı Şahid2 ona yaxınlaşaraq qaynının evindən oğurluq edilməsi ilə əlaqədar kamera görüntülərinə baxmağı ondan xahiş etmiş, həmin gün işi çox olduğu üçün Razinin istəyini təxirə salmışdır. Ertəsi gün yəni, 21 dekabr 2022-ci il tarixdə Şahid2 yenidən eyni xahişlə ona müraciət etdikdə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən evə gedərək qapını döymüşdür. Həmin vaxt qapını açan Zərərçəkmiş şəxs vəziyyəti izah etdikdə, sonuncu buna etiraz etməmiş və o, Razinlə birlikdə onun əşyalarının və kameranın yaddaş cihazının olduğu otağa keçmişlər. Otağa daxil olduqdan sonra cəftə ilə həmin otağın qapısını bağlayıb videogörüntülərə baxış keçirmək istəyərkən qapının təpiklənməsinin və zərbə ilə şüşəsinin sındırılmasının şahidi olmuşdur. Qapını açıb Nargilədən bu hərəkətinin səbəbini soruşduqda, o yaxşı etdiyini bildirib onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Şahid2 ona evi tərk etmələrini təklif edərək Nargilənin xəta axtardığını bildirmişdir. Onlar evi tərk etdikdən sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub Zərərçəkmiş şəxs qapınını şüşəsini sındırması barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 16 il Zərərçəkmiş şəxs ilə ailəli olmuş, 2022-ci ildə rəsmi şəkildə boşanmış, əvvəllər mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında birlikdə yaşasalar da, sonradan münasibətlərin kəskin forma alması və mühafizə orderinin verilməsi ilə əlaqədar ayrı yaşamağa başlamışlar. Lakin ona məxsus kameraların yaddaş cihazı, eləcə də, digər əşyalar həmin evdə qapısı bağlı otaqda qalmışdır. Həmin otağın qapısının bağlamasının səbəbi evdən oğurluq edilməsi və kameranın söndürülməsi olmuşdur. 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində mübahisəli evə gəlməsinə səbəb, qonşuluqda yaşayan və zərərçəkmiş şəxsin əvvəllər yaxın dostu olmuş Şahid2 qaynının evinə girmiş oğrunun kamera görüntülərinə baxmaq olmuşdur. Evin qapısını döyərkən Zərərçəkmiş şəxs qapını sakit şəkildə açmış, oğrunu müəyyən etmək üçün kamera görüntülərinə baxmaq lazım olduğunu bildirdikdə sonuncu buna etiraz etməmişdir. Şahid2la birlikdə yuxarıda yerləşən otağa daxil olub qapının cəftəsini arxadan bağlayıb kamera görüntülərinə baxmaq istəyərkən qəflətən qapıya əl ilə edilmiş zərbələr nəticəsində qapının şüşəsi sındırılaraq yerə tökülmüşdür. Bundan sonra o, dərhal qapının cəftəsini açaraq Zərərçəkmiş şəxs bu hərəkətinin səbəbini soruşduqda, sonuncu onun da həmin otağa daxil olaraq videogörüntülərə baxmalı olmasını bildirmişdir. Hadisə vaxtı o, evə ayaqqabılı girməmişdir. Hesab edir ki, Zərərçəkmiş şəxs bu hərəkəti planlı şəkildə olmuşdur. Onun əsas məqsədi bu hərəkəti ilə onu cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs və onun ailə üzvləri əvvəllər də onun inzibati məsuliyyətə cəlb olunması üçün müxtəlif yollara əl atmış, hətta barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmasına nail olsalar da, məhkəmədə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Mübahisə zamanı Şahid2 buradan dava qoxusu gəldiyini bildirərək kamera görüntülərinə baxmaqdan imtina edib getməyi təkilf etmiş və onlar birlikdə evdən çıxdıqdan dərhal sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. O, Şahid2 yola salıb evin həyətində gözləyərkən həmin evə bir müddət sonra polis əməkdaşları və təcili yardım həkimləri gəlmişdir. Həmin hadisədən üç gün sonra zərərçəkmiş şəxsin atası yenidən eyni həkim və tibb bacısını evə gətirmişdir. Təcili yardım həkimi evdə olarkən o, bütün başverənləri kameraya çəkmişdir ki, zərərçəkmiş şəxs sonradan onu şərləyə bilməsin. Zərərçəkmiş şəxsi əvvəlcə hər iki şəxs müayinə etmiş, daha sonra xanım tibb bacısı ilə zərərçəkmiş şəxs içəridə qalmış, o, isə kişi həkimlə dəhlizdə qalmışlar. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər onun əli ilə qapıya vuraraq şüşəni sındırması və ayaqları ilə həmin qapını təpikləməsi nəticəsində yetirilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisənin şahidi Şahid2 zərərçəkmiş şəxsin atası ilə həmyaşıd olmaqla onunla dostluq münasibətində olmuş və onlar bir-birilərini daha əvvəl, yəni o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmamışdan əvvəl tanımışlar. Hətta hadisədən sonra zərərçəkmiş şəxsin valideynləri bir neçə dəfə Şahid2 yaxınlaşaraq guya onun Zərərçəkmiş şəxs döyməsini görməsi barədə ifadə verməyə təhrik etsələr də, Razin bununla razılaşmadığı üçün aralarında soyuq münasibət yaranmışdır. Zərərçəkmiş şəxs ilə münasibətlərinin kəskinləşməsinin səbəbi sonuncunun və ailə üzvlərinin ona məxsus evə sahiblənmək niyyəti və bu istiqamətdə edilmiş hərəkətlər olmuşdur. İş materiallarında onun əməlini təsdiq edən hər hansı sübut yoxdur. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. 21 dekabr 2022-ci il tarixdə axşam saat 16 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinin qapısı döyülmüşdür. Qapını açan zaman qapının qarşısında Təqsirləndirilən şəxsla qonşu Şahid2 durduğunu görmüşdür. Həmin vaxt onlar bildirdilər ki, qonşunun evindən oğurluq olub, kamera görüntülərinə baxmaq lazımdır. Onlar kameranın yerləşdiyi ikinci mərtəbəyə qalxarkən o da, onların arxasınca yuxarı qalxmışdır. Təqsirləndirilən şəxs palçıqlı ayaqqabısını soyunmadan evə daxil olduğu üçün ona iradını bildirdikdə, Ramin ona “ev mənimdir, əcəb edirəm” deyib itələyərək onu otaqdan çıxarmaq istəmiş, lakin o çıxmadığı üçün, aralarında mübahisə yaranmış, Ramin ayaqqabılı ayağı ilə onun ayağına təpik atmış, baş hissəsinə yumruqla vurmuşdur. Həmin vaxt o, özünü itirmiş, Ramin isə onu yenidən otaqdan çıxarmaq istəyərkən o, çıxmadığı üçün otağın qapısını çırpmış, əlinə dəyən qapının şüşəsi sınaraq onun əlini kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla qonşu Şahid2 evdən çıxıb getmiş, o isə özünü pis hiss etdiyi üçün valideynlərinə, daha sonra isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub keçmiş həyat yoldaşının onu döyərək xəsarət yetirməsi barədə məlumat vermiş, habelə evə təcili yardım çağırmışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, hazırda mübahisə baş vermiş Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evində o yaşayır. Lakin bununla yanaşı evdə Raminin əşyalarının və kameranın yaddaş cihazının olduğu qapısı bağlı bir otaq vardır. Hadisə Raminin qonşu ilə evə gəlməsinin səbəbi kamera görüntülərinə baxmaq olmuşdur. Mübahisənin başlamasının əsas səbəbi Raminin ayaqqabı ilə evə girməsi olmuşdur. Təcili yardıma zəng vurduğu üçün evə bir həkim və bir tibb bacısı gəlmişdir. Həkim onun təzyiqini ölçərkən Təqsirləndirilən şəxs telefonla onların videosunu çəkirdi. O, tibb işçilərinə də, keçmiş həyat yoldaşının onu döyməsini bildirmişdir. Daha sonra Raminlə kişi həkim otaqdan çıxmış və qadın tibb işçisinə xəsarətlərini göstərmişdir. Təqsirləndirilən şəxsla aralarında münasibətlərin kəskinləşməsi və mütəmadi mübahisələrin yaranması onların boşanmasından sonra baş vermişdir. Lakin əvvəlki mübahisələr zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir. Bununla əlaqədar Sabunçu RPİ-nin 12-ci polis şöbəsində münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Hadisə günü Təqsirləndirilən şəxsla evə gələn qonşu Şahid2 təxminən 30 ildir ki, qonşu kimi tanımış, onunla əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. Lakin son 5-6 ildir ki, aralarında soyuqluq yaranmışdır. Təqsirləndirilən şəxs əvvəllər də ayaqqabı ilə evə daxil olmuş lakin aralarında mübahisə yaranmamışdır. Hadisə günü Şahid2 ona hər hansı bir xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunvericiliklə nəzərdə tutulmuş cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun keçmiş kürəkənidir. 21 dekabr 2022-ci il tarixdə axşam saat 16 radələrində qızı Zərərçəkmiş şəxs ona zəng edərək Raminin evə gəlib onu döyərək xəsarət yetirməsini, halının pis olmasını bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və təcili yardıma zəng vurub Zərərçəkmiş şəxs evinə getmişdir. Həmin vaxt yola çıxan Zərərçəkmiş şəxs əlindəki xəsarətləri ona göstərdi. O, söz-söhbət yaranmaması üçün evə daxil olmamışdır. Daha sonra təcili yardım həkimləri evə gələrək qızına tibbi yardım göstərmişlər. Hadisənin ertəsi günü qızını ekspertizaya aparmışdır. Hadisədən 1-2 gün sonra qızı özünü yenə pis hiss etdiyi üçün o, yenidən təcili yardım həkimlərini evə dəvət etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, hadisədən dərhal sonra qızının yaynına gələrkən onun əlllərində kəsik xəsarətlərini görmüş, bunun necə baş verməsini soruşduqda, sonuncu Təqsirləndirilən şəxs otağın qapısını onun üstünə çırpması nəticəsində qapının şüşələrinin qırılaraq ona xəsarət yetirməsini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin ona bildirmişdir ki, mübahisə vaxtı Təqsirləndirilən şəxs təpiklə onun ayaqlarına, əli lə başına vurmuş, mübahisə baş verməsinin səbəbi isə, Ramin Novruzovun ayaqqabılı evə daxil olması, həmçinin kamera olan otağın qapısının bağlanaraq onun içəri buraxılmaması olmuşdur. Zərərçəkmiş şəxs bildirməsinə görə hadisə vaxtı orada qonşu Şahid2 olmuşdur. Şahid2 1993-cü ildən iş yoldaşı kimi tanısa da, son 10 ildir ki, aralarında soyuqluq olmuşdur. O, bilavasitə hadisənin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaxın dostunun qızının (Zərərçəkmiş şəxs) əri kimi tanımışdır. Qonşuluqda yerləşən qaynının evindən oğurluq edildiyi üçün Təqsirləndirilən şəxs yaxınlaşaraq kamera görüntülərinə baxmağı xahiş etmişdir. Birlikdə evə gələrkən qapını Zərərçəkmiş şəxs açmış və o, oğurluq hadisəsini Nargiləyə də danışdıqdan sonra ondan da kamera görüntülərinə baxmağı xahiş etdikdə sonuncu heç bir etiraz bildirməmişdir. Kameranın yaddaş cihazının yerləşdiyi otağa Raminlə birlikdə daxil olduqdan sonra Ramin qapını arxadan bağlayaraq videogörüntülərə baxış keçirmək istəyərkən qəflətən otağının qapısının şüşəsi zərbə ilə sındırılmışdır. Artıq mübahisənin yaranacağını görüb Raminə evi tərk etmələrini bildirərək otaqdan çıxmışdır. Həmin vaxt Ramin də onun arxasınca birlikdə evdən çıxmışlar. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ailəli olduğu 16 il ərzində hər hansı bir münaqişəsinin şahidi olmamışdır. Bütün mübahisələr onların boşanmasından sonra baş vermişdir. Hadisə baş verən gün evdə olarkən o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirməmiş, əksinə Zərərçəkmiş şəxs otağın qapısının şüşəsini sındırmış, şüşənin qırıqları otağa tökülmüş, həmin vaxt o, məsələnin böyüməməsi üçün Raminə evdən çıxmağı təklif etmişdir. O, evdə olduğu müddət ərzində Zərərçəkmiş şəxs hər hansı bir xəsarətin olmasını görməmiş, Ramin Nargiləyə qarşı hər hansı bir fiziki təzyiq göstərməmişdir. O, Nargilənin atası Şahid1 Ramindən daha əvvəl tanımış, onunla dostluq münasibətində olmuşlar. Bununla əlaqədar Şahid1 qızı Zərərçəkmiş şəxs da ona doğma olmuşdur. Hadisə vaxtı orada yalnız Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və o, olmuşdur. İbtidai istintaq vaxtı o, müstəntiq tərəfindən nə Təqsirləndirilən şəxs nədə ki, Zərərçəkmiş şəxs ilə üzləşdirilməmişdir. İbtidai istintaq zamanı onun Zərərçəkmiş şəxs ilə üzləşdirmədən imtina etməsi barədə tərtib edilmiş protokol həqiqəqti əks etdirmir. Hazırda baş verənlər ilə əlaqədar Zərərçəkmiş şəxs atası ilə münasibəti çox zəifdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Təcili və X2 Stansiyası PHŞ-nin 11 saylı bölməsinin səyyar həkimi vəzifəsində çalışır. Çağırış əsasında Zərərçəkmiş şəxs müayinə etmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. Evə o tibb bacısı Şahid4 ilə birlikdə dsaxil olarkən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona xəsarət yetridiyini bildirsə də, ilkin baxış zamanı xəstə Zərərçəkmiş şəxs sifət nahiyəsində heç bir xəsarət aşkar etməmiş, xəstə hicablı olduğundan, başı bağlı olduğundan baş nahiyəsini görməmişdir. Xəstənin təzyiqini ölçərkən Təqsirləndirilən şəxs telefon vasitəsilə onların videosunu çəkmişdir. Daha sonra tibb bacısı Lalə Rzayevə xəstəyə inyeksiya edən zaman Təqsirləndirilən şəxs otaqdan çöldə onunla söhbət etməyə başlamış və ona bildirmişdir ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs qapının şüşəsini sındırmış, əli kəsilmişdir. Zərərçəkmiş şəxs şikayəti təzyiqlə və ürək döyüntüsü ilə bağlı olmuş, xəstəyə apardığı müalicə tədbirləri zamanı ona iki ədəd təzyiqə görə, iki ədəd isə bədən ağrılarına görə inyeksiya tətbiq etmişdir. Qadın keçmiş həyat yoldaşı tərəfindən tez tez döyüldüyünü bildirmiş, lakin həmin çağırış zamanı xəstə Zərərçəkmiş şəxs üzərində hər hansı xəsarət aşkar etməmişdir. Xəstən ayaq nahiyəsində ağrılar olduğunu özü bildirmiş, lakin, həmin nahiyəsini onlara göstərməmişdir. Çağırışa getdiyi zaman qeyd olunan ünvanda xəstədən başqa keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır. Xəstə Zərərçəkmiş şəxs atası isə darvazadan çöldə olmuşdur. Qeyd etdiyi kimi, evə daxil olduqda keçmiş ər arvad arasında qısa müddətli sözlü mübahisənin şahidi olmuş, lakin dava dalaş, xəsarət yetirmə kimi hallar olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Təcili və X2 Stansiyası PHŞ-nin 11 saylı bölməsinin tibb bacısı vəzifəsində çalışır. 21 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Sabunçu rayonu Yeni Ramana qəsəbəsi 2-ci sahədə yaşayan Nargilə adlı xəstənin çağırışı əsasında həkim Şahid3 ilə birlikdə qeyd edilən ünvana gəlmişlər. Əlisahib həkimlə birlikdə evə daxil olmuş, bu zaman adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onu döydüyündən halı pisləşdiyini bildirmişdir. Nargilə hicablı və başı bağlı olduğundan Əlisahib həkim çölə çıxmış və o, Nargiləyə sakitləşdirici inyeksiyalar vurmuşdur. Həmin vaxtı Nargilə sol ayağını ona göstərmiş və o, həqiqətən sonuncunun sol baldır nahiyəsində hematomaların olduğunu görmüş, Zərərçəkmiş şəxs həmin xəsarəti keçmiş əri Ramin tərəfindən təpiklə yetirdiyini bildirmişdir. Şahid4 həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs əllərində kəsik xəsarətləri də olmuşdur. Cinayət işi materiallarının 11-ci vərəqəsində olan Bakı şəhəri Təcili və X2 Stansiyası PHŞ-nin sahə həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, 21 dekabr 2022-ci il tarixdə saat 18:17-də Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi 2-ci sahə ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evində X1 adına çağırış olmuşdur. Cinayət işi materiallarının 26-28-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 Sabunçu rayon şöbəsinin 27 dekabr 2022-ci il tarixli 2948 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dəri altı hematoması, alın nahiyəsinin qançırı və sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları isə iti kənara malik əşya (alət), ola bilsin şüşə parçasının təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işi materiallarının 40-43-cü vərəqəsində olan Təqsirləndirilən şəxs müxtəlif orqanlara ünvanlandığı şikayətlərdə Zərərçəkmiş şəxs ona məxsus evi ələ keçirmək məqsədilə ona şər və böhtan atmaqla cinayət məsuliyyətinə cəlb olunmasına cəhd etdiyini bildirmişdir. Cinayət işi materiallarının 44-46-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4650/2022 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4650/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Cinayət işi materiallarının 47-49-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 Sabunçu rayon şöbəsinin 04 yanvar 2023-cü il tarixli 21/2948 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dəri altı hematoması, alın nahiyəsinin qançırı və sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları isə iti kənara malik əşya (alət), ola bilsin şüşə parçasının təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, alın nahiyəsinin qançırı və sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə sol baldır nahiyəsindəki hematomanın və alın nahiyəsindəki qançırın müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları qapının şüşəsinə dəyərək sınmış şüşə parçalarının təsirindən törənə bilər. Xəsarətlərin daha dəqiq hansı şəraitdə törənməsini təhqiqat və ya istintaq yolu ilə araşdırılması məqsədə müvafiqdir. Cinayət işi materiallarının 86-cı vərəqəsində olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd CD formatda diskə baxış keçirilərkən yaşayış evində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə olması, yaşayış evinə təxirə salınmaz təcili tibbi yardım əməkdaşlarının gəlməsi, Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi, onun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, ayağında xəsarət olduğunu tibb işçisinə bildirməsi, hadisə yerinə polis əməkdaşının gəlməsi, hər iki şəxsi polis bölməsinə dəvət etməsi, yaşayış evində otağın qapısının şüşəsinin sınmış vəziyyətdə olması müəyyən edilir. Videogörüntülərə baxış zamanı tərəflər arasında baş verən sözlə mübahisə zamanı hər hansı zorakılıq halları, münaqişə, dava-dalaş, bir-birilərinə qarşı zor tətbiq etmə, döymə və xəsarət yetirmə ilə müşaiyət olunan halların olması müəyyən edilmir. Cinayət işi materiallarının 117-ci vərəqəsində olan 11 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarının 121-127-ci vərəqəsində olan 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə xitam verilmişdir. Cinayət işi materiallarının 135-140-cı vərəqəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6(008)-49/2023 nömrəli 28 iyul 2023-cü il tarixli qərarı və Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən 11 aprel 2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin icratına xitam verilməsi haqqında” qərar ləğv edilməklə cinayət işi əlavə araşdırma aparılması üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işi materiallarının 155-161-ci vərəqəsində olan 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə xitam verilmişdir. Cinayət işi materiallarının 176-180-ci vərəqəsində olan Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən qəbul edilmiş 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi” haqqında 23 sentyabr 2023-cü il tarixli qərar ləğv edilərək cinayət işi icraat təzələnmişdir. Cinayət işi materiallarının 210-212-ci vərəqəsində olan 28 mart 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş CD disk məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mütəmadi mübahislər baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin 24 may 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs “münaqişəli ailə” kimi qeydiyyata alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş CD disk məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisədən dərhal sonra Zərərçəkmiş şəxs həkimlər tərəfindən müayinə olunarkən onları videoya çəkərək, zərərçəkmiş şəxsə hər hansı bir xəsarət yetirmədiyini, zərərçəkmiş şəxs isə ona video çəkməməsi üçün öz iradını bildirir. Cinayət işinin 70-ci vərəqəsində olan məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmuş sübutları məhkəmə iclasında müəyyən olunmuş sübutlarla müqayisəli şəkildə təhlil edib bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham sübuta yetirilmir və bununla əlaqədar ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Cinayət işinə məhkəmə iclasında baxıldığı zaman isə 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında söz mübahisəsinin baş verdiyi müəyyən edilsə də, lakin həmin vaxt təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpiklə sol baldır nahiyəsindən və yumruqla baş nahiyəsindən qəsdən vuraraq ona alın nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmasına, yəni irəli sürülmüş ittihamın sübut olunmasına dair aradan qaldırılması mümkün olmayan kifayət qədər şübhələrin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1-124.2.5-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Hazırki cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı cinayət təqibi üzrə toplanmış sübutlar - zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və üzləşdirmə istintaq hərəkətləri olmuş və ibtidai istintaq orqanı qeyd edilən həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən başlayaraq müvafiq ardıcıllıqla ibtidai istintaq zamanı cinayət təqibi üzrə toplanmış yuxarıda qeyd edilən sübutların hər birinə ayrı-ayrılıqda qiymət verməyi zəruri hesab edir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Cinayət işinə məhkəmədə baxıldığı zaman iş üzrə zərərçəkmiş şəxs verdiyi ifadəsində “Təqsirləndirilən şəxs palçıqlı ayaqqabısını soyunmadan evə daxil olduğu üçün ona iradını bildirdikdə, Ramin ona “ev mənimdir, əcəb edirəm” deyib itələyərək onu otaqdan çıxarmaq istəmiş, lakin o çıxmadığı üçün, aralarında mübahisə yaranmış, Ramin ayaqqabılı ayağı ilə onun ayağına təpik atmış, baş hissəsinə yumruqla vurmuşdur. Həmin vaxt o, özünü itirmiş, Ramin isə onu yenidən otaqdan çıxarmaq istəyərkən o, çıxmadığı üçün otağın qapısını çırpmış, əlinə dəyən qapının şüşəsi sınaraq onun əlini kəsmişdir.” bildirsə də, təqsirləndirlən şəxs məhkəmə verdiyi ifadəsində zərərçəkmiş şəxsin ifadəsində göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini, əksinə “Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin onun əli ilə qapıya vuraraq şüşəni sındırması və ayaqları ilə həmin qapını təpikləməsi nəticəsində yetirilməsini” bildirmişdir. Bundan başqa hadisənin yeganə və bilavasitə şahidi Şahid2 həm ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadədə, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tam əminliklə və hər hansı bir ziddiyyətə yol vermədən aşkar surətdə hadisə baş verən gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirmədiyini, əksinə Zərərçəkmiş şəxs onların olduğu otağın qapısının şüşələrini sındırmasını, mübahisənin böyüməməsi üçün onun təklifi ilə dərhal evi tərk etmələrini bildirmişdir. Göründüyü kimi hadisənin baş verdiyi anda orada olmuş Zərərçəkmiş şəxs ifadəsi ilə Təqsirləndirilən şəxs və Şahid2 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Lakin qeyd olunan ifadələr cinayət işində mövcud olan digər dəlillər ilə müqayisəli şəkildə təhlil olunarkən Təqsirləndirilən şəxs və Şahid2 ifadələrinin daha inandırıcı olması qənaitinə gəlməyə imkan verir. Belə ki, iş materialları ilə təqsirləndirlən şəxslə zərərçəkmiş şəxs boşandıqdan sonra onlar arasında mütəmadi mübahisələrin yaranması, hətta onların münaqişəli ailə kimi polis şöbəsinə qeydiyyata alınması müəyyən edilsə də, həmin mübahisələrin heç birində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi halı qeyd edilməmişdir. Bundan başqa hadisənin yeganə şahidi Şahid2 zərərçəkmiş şəxs və onun atası ilə təqsirləndirilən şəxsdən çox daha əvvəl tanış və isti münasibətlərinin olması müəyyən edilmiş, lakin məhkəmə baxışı zamanı həm Zərərçəkmiş şəxs, həm də onun atası Şahid1 son vaxtlar Şahid2la münasibətlərinin soyuq olmasını bildirsələr də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Belə ki, Zərərçəkmiş şəxs “soyuq münasibətdə” olduğu Şahid2 kamera görüntülərinə baxmaq üçün onun evinə daxil olmasına heç bir irad bildirməmiş, əksinə buna hər hansı bir etirazının omamasını demişdir. Eləcə də, təqsirləndirlən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış keçirilməsi zamanı müəyyən olunur ki, baş vermiş hadisədən dərhal sonra Zərərçəkmiş şəxs həkimlər tərəfindən müayinə olunarkən Təqsirləndirilən şəxs onları videoya çəkərək, zərərçəkmiş şəxsə hər hansı bir xəsarət yetirmədiyini, zərərçəkmiş şəxs isə ona video çəkməməsi üçün öz iradını bildirir. Təqsirləndirilən şəxsin hadisə baş verməsindən dəqiqələr sonra dərhal olanları videoya çəkərək təqsirləndirlən şəxsə fiziki təzyiq göstərməməsini bildirməsi, sonrakı günlər isə müxtəlif orqanlara bu barədə şikayətlə müraciət etməsi onun tərəfindən ittihamda qeyd olunan əməlləri törətməsini şübhə altına alan amillərdən biridir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələrindən məlum olur ki, onlar hadisənin baş verməsinin bilavasitə şahidi olmamış, yalnız zərərçəkmiş şəxs dediklərindən bu barədə məlumat əldə etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri təqsirləndirilən şəxsin ona ittiham olunmuş əməli törətməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş üzləşdirmə protokoluna qiymət verərkən bildirir ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı söylədiklərini qəbul etməmiş və onu vurmadığını demişdir. Üzləşdirmə protokolunda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı dediklərini qəbul etmədiyindən, hadisənin baş verməsi üzləşdirmə protokolunda yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə öz əksini tapır. Bu səbəbdən də üzləşdirmə protokolu yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə ittiham orqanı tərəfindən sübut kimi qəbul edilmiş üzləşdirmə protokolu da sübut kimi qiymətləndirilə bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsin təqsirli olmasını əsaslandırdığı əsas sübutlardan biri zərərçəkmiş şəxsin xəsarət alması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 Sabunçu rayon şöbəsinin 27 dekabr 2022-ci il tarixli 2948 nömrəli və 04 yanvar 2023-cü il tarixli 21/2948 nömrəli rəyləri təşkil edir. Zərərçəkmiş şəxs tibbi ekspert rəyində müəyyən edilən xəsarətlərin xx.xx.2022-ci il tarixdə törənməsi göstərilsə də, həmin xəsarətlərin məhz 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən fərdi yaşayış evində yaranmış mübahisə zamanı yetirilməsi aydınlaşdırılmalıdır. Hazırkı iş üzrə ekspert rəyində sol aşağı ətrafda ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan baldır nahiyəsinin dəri altı hematoması, alın nahiyəsinin qançırı və sağ əl nahiyəsinin kəsilmiş səthi yaraları xəsarətləri müəyyən edilmişdir. Lakin hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs həmin xəsarətləri məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyləri eyni məzmunlu olmaqla yalnız faktı təsdiq edir, yəni Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin olması qeyd edilsə də, lakin həmin xəsarətlərin kim tərəfindən törədilməsi müəyyən olunmur. Bu səbəbdən də ekspert rəyləri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Bununla əlaqqdardır ki, məhz ibtidai istintaq orqanı özü də iki dəfə fərqli tarixlərdə cinayət işinin icraatına xitam vermişdir. Cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin vacib halı zərərçəkmiş şəxsi və onun valideynlərini təqsirləndirilən şəxsdən daha əvvəl tanımış və düşmənçilik münasibəti olmamış hadisənin bilavasitə şahidi olmuş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində otağın qapısının şüşəsinin məhz Zərərçəkmiş şəxs sındırması, həmin Ramin İsmyılovun Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini təsdiq etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakultativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, daxili inami əsasında belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nın 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə bəraət verilir. Azərbaycan Respublikası CPM-nın 145.3-cü maddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Göstərilənlərə əsasən, məhkəmə ittiham tərəfin dəlillərini əsaslı hesab etmir və məhkəmənin gəldiyi qənaətə görə ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut - təqsirləndirlən şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - təqsirləndirlən şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş cəmi 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən, onun elan olunduğu vaxtdan 20 gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar