Məhkəmə qərarları › İş №1(008)-379/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-379/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-379/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi Nümayəndə, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda və ünvan 2, dalan 2, ev 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 15 mart 2021-ci il tarixdə, saat 09:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək Xəzər dənizinə girib uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda qurmuş və 17 mart 2021 -ci il saat 14:30-dək hər biri 11 manat olmaqla 25 ədəd kefal və 78 ədəd külmə balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1133 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 14:30-da sahilə çıxarkən X3 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor, 25 ədəd kefal və 78 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Maddi vəziyyəti ağır olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla ailəsinə qida əldə edir. 15 mart 2021-ci il tarixdə, saat 09:00-da balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və özünə məxsus 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək Xəzər dənizinə girib jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm olan 1 ədəd toru suda qurub evinə qayıtmışdır. 17 mart 2021-ci il tarixdə, saat 11:30-da yenidən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək Xəzər dənizinə girmiş, 2 gün əvvəl, yəni 15 mart 2021-ci il tarixdə qurduğu toru yığarkən görmüşdür ki, tora çoxlu kefal və külmə balıqları düşmüşdür. Toru tutduğu balıqlarla birlikdə qayığa yığıb saat 14:30-da sahil istiqamətində çıxarkən X3 idarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları onu saxlamış, sorğu zamanı polis əməkdaşlarına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmaq üçün balıqovlama bileti olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 01 ədəd taxta qayığa dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı qayığın içərisində olan 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm olan 1 ədəd tor və həmin balıqovlama vasitələri ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 25 ədəd kefal və 78 ədəd külmə balıqları aşkar edilərək götürülmüş və axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadə verən mülki iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyir. 17 mart 2021-ci il tarixdə X3 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbir keçirilmiş, tədbir zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 25 ədəd kefal və 78 ədəd külmə balıqları aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama biletinin olmadığı müəyyən edilmişdir. 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 11 manat olmaqla 25 ədəd kefal və 78 ədəd külmə balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlajma 1133 manat məbləğində ziyan dəymişdir. Hal-hazırda dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X3 İdarəsinin Abşeron xətt polis məntəqəsinin rəisi vəzifəsində işləyir, polis mayorudur. 17 mart 2021-ci il tarixdə X3 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 14:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 01 ədəd taxta qayığa baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 25 ədəd kefal və 78 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 25 ədəd kefal və 78 ədəd külmə balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor vasitəsi ilə rəsmi icazəsi olmadan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğunu bildirmişdir. Baxışın keçirilməsi dair protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 İdarəsinin Abşeron xətt polis məntəqəsinin polis nəfəri Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 17 mart 2021-ci il tarixdə X3 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuş ki, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 25 ədəd kefal və 78 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu zamanı 25 ədəd kefal və 78 ədəd külmə balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğunu, həmçinin balıqovlama biletinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitəsi olan tor və qanunsuz tutduğu balıqlar X3 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onun iştirakı ilə baxışın keçirilməsi dair protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Cinayət işinin 4-5-ci vərəqəsində olan 17 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17 mart 2021-ci il tarixdə, saat 14.30 radələrində X3 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə ekoloji cinayətlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Sabunçu rayonu, Bilgəh qəsəbəsi istiqamətində Xəzər dənizindən Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 25 ədəd kefal və 78 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Təhlükəsizlik Xidmətinin 17 mart 2021-ci il tarixli rəydən görünür ki, X3 İdarəsinin Abşeron XPM-nin əməkdaşları ilə tərəfindən keçirilmiş tədbir zamanı saxlanılmış Təqsirləndirilən şəxs aşkar edilmiş 103 ədəd balıqlara baxış keçirilmiş, aşkar edilmiş balıqlardan 25 ədədinin kefal və 78 ədəd külmə balıqları olduğu müəyyən edilmişdir. Bioloji əlamətlərinə görə həmin balıqlar axçalı balıqlar növünə aiddirlər. Bu balıqlar qanunla balıqovlama bileti olmadan ovlanması qadağandır. Cinayət işinin 15-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 16-17-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 9/1625 saylı ekspert rəyindən görünür ki, balıqlar və digər su bioresursları qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimlərin” 10-cu bəndinə əsasən (ölçüsündən və çəkisindən asılı olmayaraq) 103 ədəd müxtəlif adda balıqlarının (25 ədəd kefal - 275 manat və 78 ədəd külmə - 858 manat) qanunsuz ovlanmsı nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021-ci ilin mart ayına 1133,00 (103 x 1.1 x 10) manat təşkil edir. Cinayət işinin 24-cü vərəqəsində olan 02 aprel 2021-ci il tarixli maddi sübut kimi anıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 1 ədəd tor, 25 ədəd kefal və 78 ədəd külmə balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 17 mart 2021-ci il tarixdə qəbul aktına əsasən "xxxx" MMC-nin direktoru X2 təhvil verilmişdir. Həmçinin balıqovlama vasitələri saxlanılması üçün Su NPİnin Abşeron XPM-nin rəisi polis mayoru Şahid1 təhvil verilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 06 aprel 2021-ci il tarixli, 21/160 nömrəli məktubundan görünür ki, 06.04.2021-ci il tarixə kimi Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 aprel 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 11 manat olmaqla 25 ədəd kefal və 78 ədəd külmə balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1133 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin 91-92-ci vərəqəsində olan 20 may 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08.04.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04.11.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.06.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08.05.2007-ci il tarixli Amnistiya qərarının 1.3-cü bəndində əsasən cəzadan azad olunmuş və məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun balıq və digər su bioresurslarını qanunsuz tutma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, vurulmuş zərəri tam ödəməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb ona islah işləri növündə cəza təyin edilməsini, cəza çəkmə müddətinin əvvəli оnun əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmasını, hökmün icrası onun yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılmasını məqsədə müvafiq hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Su NPİ-nin Abşeron XPM-nin rəisi, polis mayoru Şahid1 saxlanılan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, X2 məxsus "xxxx" MMC-də saxlanılan 25 ədəd kefal və 78 ədəd külmə adi siyənək balıqları dövlət nəfinin xeyrinə müsadirə edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş iddia ərizəsindən görünür ki, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş 1133 manat məbləğində ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş 1133 manat məbləğində ziyan tam ödənildiyindən mülki iddia təmin olunmuş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs götürülmüş Su NPİ-nin Abşeron XPMda saxlanılan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, Azərbaycan Respublikası "xxxx" MMC saxlanılan 25 ədəd kefal və 78 ədəd külmə balıqları dövlət nəfinin xeyriə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar