Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-38/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əliyar oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəh., Nərimanov rayonu, F.Xoyski küç., ev 45, mənzil 26-da qeydiyyatda olan və Bakı şəh.,Sabunçu rayonu,Bakıxanov qəs., Y.Əliyev küç., ev 06-da yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Real» çay evinin qarşısında Zərərçəkmiş şəxs Əliyar oğlunun onun tanışı Əli ilə mübahisə edərək onu təkləmələri ilə bağlı irad bildirməsini bəhanə edərək, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Zərərçəkmiş şəxslə mübahisə etməyə başlamış və ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, orada yaşayan və ətrafda olan şəxslərin gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol sağrı nahiyyəsinə bir dəfə, təpiklə isə baş nahiyəsinə zərbə vuraraq, ona təpə nahiyyəsinin əzilmiş yarası və sol sağrı nahiyəsinin deşilmiş kəsilmiş yarası kimi sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, 06 aprel 2021-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin yaxınlığında yerləşən «Real» çay evinə gəlmişdir. Çay evinə gəldiyi zaman eyni məhəllədən tanıdığı Şahid5 və Şahid7 orada olduğunu görərək onlara yaxınlaşmış və əyləşmişdir. Çay evində əyləşərək çay içmişlər və domino oynamışlar. Domino oynadıqları zaman digər tanışları Şahid8 onların yanına gəlmiş və yanlarında əyləşmişlər. Saat təxminən 16:00 radələrində əvvəllər qiyabi tanıdığı Azər, Əli və Şəhriyar adlı şəxslər çay evinə gəlmişlər. Onlar çay evinə gəldikdən sonra onlarla salamlaşmış və digər masaya keçərək əyləşmişlər. Saat 17:00 radələrində digər dostu Şahid6 çay evinə gəlmişdir. Akşin onlarla görüşdükdən sonra tualetə gedəcəyini bildirmiş və gəldikdən sonra birlikdə əsgərlikdən məzuniyyətə gələn dostları Muradı görməyə getməyi təklif etmişdir. Onlar Akşinlə razılaşmış və Akşin tualetə gedib-gəldikdən sonra çay evindən çölə çıxmışdır. Bir neçə dəqiqə sonra çöldə səs-küy gəldiyini eşitmişlər və dərhal Ceyhun, Şamil və o çay evindən çölə çıxmışdır. Çölə çıxdıqları zaman Əli adlı şəxslə Akşin arasında münaqişə olduğunu görmüşlər. Dərhal onları ayırmışlar və münaqişənin böyüməsinin qarşısını almışlar. Münaqişə sakitləşdikdən sonra onlar Şahid8 məxsus olan «Wolksvagen» markalı, «az ** EX ***» dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan çıxmışlar. Çıxdıqdan sonra dostları Muradın əsgərlikdən məzuniyyətə gəlməsi ilə əlaqədar onunla görüşməyə getməyi planlaşdırmışlar. Bu zaman Toğrulun mobil telefonuna zəng gəlmiş və o, telefonla danışdıqdan sonra evə getməli olduğunu bildirmişdir. Bundan sonra Toğrula onları «Real» çay evinin qarşısında düşürdərək getməyi xahiş etmişlər. Toğrul etiraz etməmiş və onları «Real» çay evinin qarşısına aparmışdır. Saat 18:00 radələrində Toğrul «Real» çay evinin qarşısına çatmış və çay evinin qarşısına çatdıqları zaman Əli, Şəhriyar və Azər adlı şəxslərin dayandıqlarını görmüşlər. Toğrul onları avtomobildən düşürdərək getmiş və bu zaman Əli, Şəhriyar və Azər onlara yaxınlaşmışlar. Əli, Şəhriyar və Azər onlara yaxınlaşdıqdan sonra Şəhriyar kobud şəkildə danışaraq nə üçün Əlini təklədiklərini soruşmuşlar. O, onlara Əlini təkləmədiklərini bildirdiyi zaman Şəhriyar onunla kobud danışaraq nəlayiq ifadə işlətmişdir. Bu zaman o, Şəhriyarın yaxasından tutmuş və onlar dartışmağa başlamışlar. Şəhriyarla dartışdıqları zaman yerə kiminsə üzərindən bıçaq düşmüş və o, dərhal Şəhriyarı geriyə itələyərək bıçağı yerdən götürmüşdür. Yerdən götürdüyü bıçaqla Şəhriyarın sol sağrı hissəsindən bir dəfə zərbə ilə vurmuşdur. Şəhriyar bıçaq zərbəsindən geriyə getmiş və o, yenidən onun üzərinə gedərək ona badalaq vuraraq yerə yıxmış və təpiklə başından bir neçə dəfə zərbələr vurmuşdur. Kənarda olan şəxslər, eyni zamanda onun yanında olan Akşin, Ceyhun və Şamil onu Şəhriyardan ayırmışlar. Şəhriyardan ayrıldıqdan sonra xeyli sayda insanın yığıldığını görüb oradan qaçaraq getmişlər. Hal-hazırda törətdiyi əməldən peşmandır. Zərərəçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əliyar oğlu ifadəsində göstərmişdir ki, 06 aprel 2021 -ci il tarixdə, saat 18:00 radələrində Bakı şəh., Sabunçu r ayonu, Bakıxanov qəsəbəsində yerləşən 309 saylı orta məktəbin yaxınlığında yerləşən çay evində tanışları Azər, Əli və Nurlanla birlikdə oturmuşdur. Nurlan bir müddət onlarla oturduqdan sonra oradan çıxaraq getmişdir. Nurlan getdikdən sonra Əli çay evinin yanında yerləşən marketdən kofe almağa getmişdir. Əli getdikdən bir neçə dəqiqə sonra geri qayıtmış və qayıtdığı zaman xeyli sayda insanın olduğunu görüb onlara yaxınlaşmışdır. Bu zaman arxadan başından zərbə ilə vurulmuş və o, yerə yıxılmışdır. Bir neçə dəqiqə yerdə halsız vəziyyətdə qaldıqdan sonra çətinliklə ayağa qalxmışdır. Ayağa qalxdıqdan sonra sol sağrı hissəsindən qan gəldiyini görmüşdür. Bir neçə dəqiqə sonra yenidən halı pisləşdiyi üçü yerə yıxılmış və tanışları onu 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Hal-hazırda o Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 aprel 2021-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı məhlədən tanıdığı və dostluq münasibəti olan Şəhriyarla yaşadığı həyətdə görüşmüşlər. Şəhriyarla görüşdüyü zaman Azər adlı tanışında orada olduğunu görmüşdür. Görüşdükdən sonra birlikdə oradan çıxaraq Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin yaxınlığında yerləşən «Real» çay evinə getmişlər. Çay evinə daxil olduqları zaman digər masada əvvəllər tanıdığı Şamil, Ceyhun, Səbuhi və bir nəfər tanımadığı şəxsin əyləşdiyini görüb onlarla salamlaşmışlar. Daha sonra masalardan birinə keçərək əyləşmiş və çay içərək söhbət etmişlər. Söhbət əsnasında Azər kofe içmək istədiyini bildirmiş və ondan çay evinin yanında yerləşən «M5» marketdən kofə almağı xahiş etmişdir. Azərin xahişi ilə çay evindən çıxaraq marketə getmiş və oradan üç ədəd kofe alaraq geri qayıtmışdır. Çay evinin qapısından içəri daxil olmaq istədiyi zaman qapının qarşısında əvvəllər tanımadığı, sonradan adının Akşin olduğunu bildiyi şəxslə çiyin-çiyinə dəymişdir. Çiyin-çiyinə dəydiyi Akşin nə üçün ona çiyin vurduğunu bildirmişdir. O, Akşinə doğru dönmüş və ona çiyin vurmadığını bildirmişdir. Bu zaman Akşin əlini onun çiyninə qoymuş və ona qarşı hörmətsizlik etdiyini demişdir. O, isə Akşinə ona qarşı hörmətsizlik etmədiyini, sadəcə olaraq çiyin-çiyinə dəydiyini demiş və çay evinə keçib əyləşərək söhbət etməyi təklif etmişdir. Ancaq Akşin onunla razılaşmamış və söhbəti uzatmağa başlamışdır. Bu zaman çay evindən Akşinin tanışları Səbuhi, Şamil, Ceyhun və Toğrul adlı şəxslər çölə çıxmışlar. Onlar nə üçün mübahisə etdiklərini soruşmuşlar. O, onlara çiyin-çiyinə dəydiklərini, bu səbəbdən Akşinin mübahisə yaratdığını bildirmişdir. Bu zaman Şamil, Ceyhun və Səbuhi səhv etdiyini deyərək Akşinə yol verməsini bildirmiş və Akşini oradan çəkərək aparmışlar. Bundan sonra o, çay evinə keçmiş və Azərlər Şəhriyara baş verənləri danışmışdır. Bundan sonra Azər həmin şəxslərlə görüşərək nə üçün onu təklədiklərini soruşmaq üçün çay evindən çölə çıxmışdır. Azərin arxası ilə o və Şəhriyarda çölə çıxmışdır. Lakin Səbuhi, Ceyhun, Şamil, Akşin və tanımadıqları bir nəfər şəxsin orada olmadığını görmüşlər. Şəhriyar və Azərlə orada dayanaraq söhbət etdikləri zaman çay evinin qarşısında qara rəngli «Wolksvagen Touareg» markalı avtomobil dayandığını, içərisində isə Ceyhun, Şamil, Akşin və Səbuhinin düşdüyünü görmüşlər. Onlar yaxınlaşmılar və yaxınlaşdıqdan sonra Azər onlardan nə üçün onu təklədiklərini soruşmuşdur. Bu zaman Səbuhi yüksək səs tonu ilə cavab verərək heç kimin onu təkləmədiyini bildirmişdir. Şəhriyar Səbuhiyə normal qaydada sual verdiklərini, nə üçün yüksək səs tonu ilə cavab verdiyini soruşmuşdur. Bu zaman Səbuhi ilə Şəhriyar arasında münaqişə olmuşdur. Münaqişə zamanı Səbuhi ilə Şəhriyar bir-birilərinin yaxasından tutaraq dartışmışlar. Onlar dartışdıqları zaman qəfildən Şəhriyar yerə yıxılmışdır. Şəhriyar yerdə olduğu zaman kimsə onun baş nahiyyəsinədə vuraraq xəsarət yetirmişdir. Onlar dərhal Şəhriyarı qarışıqlıqdan çıxarmağa çalışmışlar və bu zaman Səbuhi, Ceyhun, Akşin və Şamil oradan qaçaraq getmişlər. Onlar getdikdən sonra Şəhriyarı yerdən qaldırmaq istəmişlər. Lakin bu zaman Şəhriyar kiminsə onun sol sağrı hissəsindən bıçaqla və başından hansısa küt əşya ilə vuraraq xəsarət yetirdiklərini bildirmişdir. Bu zaman Şəhriyarın tanışı Cavid ona yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Şəhriyar Cavidə bıçaqlandığını və başından bilmədiyi əşya ilə vurulduğunu deyərək ondan zəngə etmək üçün mobil telefonunu istəmişdir. Cavid etiraz etməyərək mobil telefonunu Şəhriyara vermişdir. Şəhriyar Cavidə məxsus mobil telefonla kiməsə zəng etmiş və vəziyyətinin yaxşı olmadığını, bıçaqlandığını bildirərək «Real» çay evinin qarşısına gəlməyi xahiş etmişdir. Bir neçə dəqiqə sonra Şəhriyarın tanışı Vüqar idarə etdiyi «Vaz 2105» markalı, «az ** VU ***» dövlət qeydiyat nişanlı avtomobillə «Real» çay evinin qarşısına gəlmişdir. O, gəldikdən sonra Vüqar Şəhriyarı «Vaz 2105» markalı, «az ** VU ***» dövlət qeydiyyat nişanlı avtomobilə qoymuş və 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məhəmmədəli oğlu ifadəəsində göstərmişdir ki, 06 aprel 2021-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı məhlədən tanıdığı və dostluq münasibəti olan Şəhriyarla yaşadığı həyətdə görüşmüşdür. Şəhriyarla görüşdükdən sonra digər tanışları Əli ilə də yanlarına gəlmiş və birlikdə oradan çıxaraq Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin yaxınlığında yerləşən «Real» çay evinə getmişlər. Çay evinə daxil olduqları zaman digər masada əvvəllər tanıdığı Şamil, Ceyhun, Səbuhi, Akşin və bir nəfər tanımadığı şəxsin əyləşdiyini görüb onlarla salamlaşmışlar. Daha sonra masalardan birinə keçərək əyləşmişlər və çay içərək söhbət etmişlər. Söhbət əsnasında o, kofe içmək istədiyini bildirmiş və Əlidən çay evinin yanında yerləşən «M5» marketdən kofe almağı xahiş etmişdir. Əli onun xahişi ilə çay evindən çıxaraq marketə getmiş və bir neçə dəqiqə sonra yenidən çay evinə qayıtmışdır. Əli çay evinə qayıtdıqdan sonra marketdən üç ədəd kofe aldığını, kofeləri götürərək marketdən çıxdığını, çay evinin qapısından içəri daxil olmaq istədiyi zaman qapının qarşısında Akşin adlı şəxslə çiyin-çiyinə dəydiyini, çiyin-çiyinə dəydiyi Akşinin nə üçün ona çiyin vurduğunu soruşduğunu, Əlinin isə Akşinə çiyin vurmadığını dediyini, bu zaman Akşinlə arasında mübahisə olduğunu, mübahisəyə Akşinin tanışları olan Səbuhi, Ceyhun, Şamil və tanımadığı bir nəfər şəxsində qoşulduğunu bildirmişdir. Əli danışdıqlarına qulaq asdıqdan sonra o, həmin şəxslərlə görüşərək nə üçün Əlini təklədiklərini soruşmaq üçün çay evindən çölə çıxmışdır. Onun arxası ilə Əli və Şəhriyarda çölə çıxmışlar. Lakin Səbuhi, Ceyhun, Şamil və tanımadıqları bir nəfər şəxsin orada olmadığını görmüşlər. Şəhriyar və Əli ilə orada dayanaraq söhbət etdikləri zaman çay evinin qarşısında qara rəngli «Wolksvagen Touareg» markalı avtomobilin dayandığını, içərisində isə Ceyhun, Şamil, Akşin və Səbuhinin düşdüyünü görmüşlər. Onlara yaxınlaşmışlar və yaxınlaşdıqdan sonra o, Ceyhun, Şamil, Akşin və Səbuhidən nə üçün Əlini təklədiklərini soruşmuşdur. Bu zaman Səbuhi yüksək səs tonu ilə cavab verərək heç kimin Əlini təkləmədiyini bildirmişdir. Şəhriyar Səbuhiyə normal qaydada sual verdiklərini, nə üçün yüksək səs tonu ilə cavab verdiyini soruşmuşdur. Bu zaman Səbuhi ilə Şəhriyar arasında münaqişə olmuşdur. Münaqişə zamanı Səbuhi ilə Şəhriyar bir-birilərinin yaxasından tutaraq dartışmışlar. Onlar dartışdıqları zaman qəfildən Şəhriyar yerə yıxılmışdır. Şəhriyar yerdə olduğu zaman kimsə onun baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Onlar dərhal Şəhriyarı qarışıqlıqdan çıxarmağa çalışmışlar və bu zaman Səbuhi, Ceyhun, Akşin və Şamil oradan qaçaraq getmişlər. Onlar getdikdən sonra Şəhriyarı yerdən qaldırmaq istəmişlər. Lakin bu zaman Şəhriyar kiminsə onun sol sağrı hissəsindən bıçaqla və başından hansısa küt əşya ilə vuraraq xəsarət yetirdiklərini bildirmişdir. Bu zaman Şəhriyarın tanışı Cavid ona yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Şəhriyar Cavidə bıçaqlandığını və başından bilmədiyi əşya ilə vurulduğunu deyərək ondan zəngə etmək üçün mobil telefonunu istəmişdir. Cavid etiraz etməyərək mobil telefonunu Şəhriyara vermişdir. Şəhriyar Cavidə məxsus mobil telefonla kiməsə zəng etmiş və vəziyyətinin yaxşı olmadığını, bıçaqlandığını bildirərək «Real» çay evinin qarşısına gəlməyi xahiş etmişdir. Bir neçə dəqiqə sonra Şəhriyarın tanışı Vüqar idarə etdiyi «Vaz 2105» markalı, «az ** VU ***» dövlət qeydiyat nişanlı avtomobillə «Real» çay evinin qarşısına gəlmişdir. O, gəldikdən sonra Vüqar Şəhriyarı «Vaz 2105» markalı, «az ** VU ***» dövlət qeydiyyat nişanlı avtomobilə qoymuş və 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Əgdər oğlu ifadəsində göstərmişdir ki, Ə.Ə.Əfəndiyev ilə eyni məhəllədə yaşayır r və təxminən 7 ildir ki onu tanıyır. 06 aprel 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Nərmin» marketin qarşısında olarkən istifadəsində olan «*** *** ** **» saylı mobil telefon nömrəsinə zəng gəlmişdir. Telefona cavab verdiyi zaman zəng edən şəxsin Şəhriyar olduğunu və səsinin pis gəldiyini görmüşdür. Şəhriyardan nə baş verdiyini soruşduğu zaman Şəhriyar vəziyyətinin pis olduğunu bildirmiş və Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Real» Klubun qarşısına gəlməyi xahiş etmişdir. O, Şəhriyarın xahişi ilə dərhal idarə etdiyi «Vaz 2105» markalı, «az ** VU ***» dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gəlmişdir. Həmin ünvana çatdıqda Şəhriyarın yaralı vəziyyətdə yerdə olduğunu, Cavid adlı şəxsin isə yanında dayandığını görmüşdür. Dərhal avtomobildən düşmüş və Cavidlə birlikdə Şəhriyarı avtomobilə əyləşdirərək onu 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Avtomobili idarə edərkən nə baş verdiyini soruşmuş və Şəhriyar bıçaqla tanımadığı şəxs tərəfindən vurulduğunu bildirmişdir. 03 saylı Şəhər Kliniki Xəstəxanasına çatdıqdan sonra Şəhriyarı avtomobildən düşürdərək xəstəxananın girişinə aparmışdır. Bundan sonra həkimlər Şəhriyara ilkin yardım göstərmişlər və cərrahi əməliyyata aparmışlar. O, isə oradan çıxaraq Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə qayıdaraq yaşadığı evə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istantaq dövründə şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə eyni məhəllədə yaşayır və təxminən 10 ildir ki onu tanıyır. 06 aprel 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Real» klubun qarşısından keçərkən Şəhriyarın yerdə yaralı vəziyyətdə olduğunu görmüşdür. O, Şəhriyara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Şəhriyar bıçaqla və taxta parçası ilə tanımadığı şəxs tərəfindən vurulduğunu bildirmişdir. Daha sonra Şəhriyar istifadəsində olan telefonu zəng etmək üçün verməyi xahiş etmişdir. O, özünə məxsus olan «Samsung» markalı mobil telefonu Şəhriyara vermiş və Şəhriyar ona məxsus mobil telefonla Vüqar adlı tanışına zəng etmişdir. Şəhriyar Vüqara yaralı vəziyyətdə olduğunu bildirmiş və olduğu ünvanı deyərək həmin üvnana gəlməyi xahiş etmişdir. Bir neçə dəqiqə sonra Vüqar «Vaz 2105» markalı, «az ** VU ***» dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə gəlmişdir. Vüqar gəldikdən sonra Şəhriyarı avtomobilə yerləşdirmiş və birlikdə onu 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Xəstəxanada Şəhriyara ilkin tibbi yardım göstərilmiş və cərrahi əməliyyata aparılmışdır. Bundan sonra o, zəng edərək Şəhriyarın ailə üzvlərinə bu barədə məlumat vermişdir. Məlumat verdikdən sonra oradan çıxaraq yaşadığı evə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 06 aprel 2021-ci il tarixdə, saat 12:00 radələrində tanışı Şahid7 ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin yaxınlığında yerləşən «Real» çay evinə getmişlər. Çay evində masalardan birində əyləşərək çay içməyə başlamışlar. Saat 01:00 radələrində digər tanışları Təqsirləndirilən şəxs çay evinə gəlmişdir. Səbuhi onlarla görüşdükdən sonra yanlarında əyləşmiş və birlikdə çay içərək domino oynamışlar. Domino oynadıqları zaman digər tanışları Şahid8 onlarına yanına gəlmiş və yanlarında əyləşmişdir. Saat təxminən 16:00 radələrində əvvəllər tanıdığı Azər, Əli və Şəhriyar adlı şəxslər çay evinə gəlmişlər. Onlar çay evinə gəldikdən sonra salamlaşmış və digər masaya keçərək əyləşmişlər. Saat 17:00 radələrində digər dostu Şahid6 çay evinə gəlmişdir. O, onlarla görüşdükdən sonra tualetə gedəcəyini bildirmiş və gəldikdən sonra birlikdə əsgərlikdən məzuniyyətə gələn dostları Muradı görməyə getməyi təklif etmişdir. Onlar Akşinlə razılaşmış və Akşin tualetə gedibgəldikdən sonra çay evindən çölə çıxmışdır. Bir neçə dəqiqə sonra çöldə səs-küy gəldiyini eşitmişlər və dərhal Ceyhun, Səbuhi, Toğrul və o çay evindən çölə çıxmışdır. Çölə çıxdığı zaman Əli adlı şəxslə Akşin arasında münaqişə olduğunu görmüşlər. Dərhal onları ayırmışlar və münaqişənin böyüməsinin qarşısını almışlar. Münaqişə sakitləşdikdən sonra onlar Şahid8 məxsus olan «Wolksvagen» markalı, «az ** EX ***» dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan çıxmışlar. Çıxdıqdan sonra dostları Muradın əsgərlikdən məzuniyyətə gəlməsi ilə əlaqədar onunla görüşməyə getməyi planlaşdırmışlar. Bu zaman Toğrulun mobil telefonuna zəng gəlmiş və o telefonla danışdıqdan sonra evə getməli olduğunu bildirmişdir. Bundan sonra Toğruldan onları «Real» çay evinin qarşısında düşürdərək getməyi xahiş etmişlər. Toğrul etiraz etməmiş və onları «Real» çay evinin qarşısına aparmışlar. Saat 18:00 radələrində Toğrul «Real» çay evinin qarşısına çatmış və çay evinin qarşısına çatdıqları zaman Əli, Şəhriyar və Azər adlı şəxslərin dayandığını görmüşlər. Toğrul avtomobili kənara çəkərək saxlamış və onlar avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra Toğrul oradan çıxaraq getmişdir. Onlar kənarda dayandıqları zaman Azər, Əli və Şəhriyar onlara yaxınlaşmış və kobud şəkildə danışaraq nə üçün Əlini təklədiklərini soruşmuşlar. Səbuhi onlara Əlini təkləmədiklərini bildirdiyi zaman Şəhriyar onunla kobud danışaraq nəlayiq ifadə işlətmişdir. Bu zaman Səbuhi Şəhriyarın yaxasından tutmuş və onlar dartışmağa başlamışlar. X3 ayırdıqları zaman qarışıqlıq yaranmış və bu zaman Şəhriyar yerə yıxılmışdır. Şəhriyar yerə yıxıldıqdan sonra Səbuhinin ona təpiklə başından vurduğunu görüb dərhal Səbuhini ondan uzaqlaşdırmışlar. Bundan sonra ətrafa xeyli insan yığışdığını görüb oradan qaçaraq getmişlər. Oradan qaçaraq getdikdən sonra Səbuhinin bıçaqla Şəhriyara xəsarət yetirdiyini eşitmişlər. Lakin Səbuhi ilə əlaqə saxlamamış və bunun səbəbini ondan soruşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 06 aprel 2021 -ci il tarixində, saat 16:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin yaxınlığında yerləşən «Real» çay evinə gəlmişdir. Çay evinə gəldiyi zaman tanışları Şahid7, Şahid5, Şahid8 və Təqsirləndirilən şəxs orada oturaraq çay içərək domino oynadıqlarını görmüşdür. Onlara yaxınlaşaraq salamlaşmış və tualetə gedəcəyini bildirərək gəldikdən sonra birlikdə əsgərlikdən məzuniyyətə gələn dostları Muradı görməyə getməyi təklif etmişdir. Şamil, Ceyhun və Səbuhi onunla razılaşmış və o, tualetə getmişdir. Tualetdən çıxdıqdan sonra mobil telefonuna zəng gəlmiş və o, çay evindən çölə çıxmışdır. Çıxdığı zaman sonradan adının Əli olduğunu bildiyi şəxslə çiyin-çiyinə dəymişlər. Çiyin-çiyinə dəydikdən sonra Əliyə ehtiyatlı olmasını bildirmişdir. Bu zaman Əli onunla kobud danışdığı üçün aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı səs-küyə onun tanışları Ceyhun, Şamil, Toğrul və Səbuhi çölə çıxmışlar. Onlar nə baş verdiyini soruşmuş və o, onlara çiyin-çiyinə dəydikləri üçün mübahisə düşdüyünü bildirmişdir. Bu zaman tanışları Ceyhun, Şamil, Səbuhi və Toğrul onları aralaşdırmış və münaqişənin böyüməsinin qarşısını almışlar. Münaqişə sakitləşdikdən sonra onlar Şahid8 məxsus olan «Wolksvagen» markalı, «az ** EX ***» dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan çıxmışlar. Çıxdıqdan sonra dostları Muradın əsgərlikdən məzuniyyətə gəlməsi ilə əlaqədar onunla görüşməyə getməyi planlaşdırmışlar. Bu zaman Toğrulun mobil telefonuna zəng gəlmiş və o telefonla danışdıqdan sonra evə getməli olduğunu bildirmişdir. Bundan sonra Toğruldan onları «Real» çay evinin qarşısında düşürdərək getməyi xahiş etmişlər. Toğrul etiraz etməmiş və onları «Real» çay evinin qarşısına aparmışlar. Saat 18:00 radələrində Toğrul «Real» çay evinin qarşısına çatmış və çay evinin qarşısına çatdıqları zaman Əli, Şəhriyar və Azər adlı şəxslərin dayandığını görmüşlər. Toğrul avtomobili kənara çəkərək saxlamış və onlar avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra Toğrul oradan çıxaraq getmişdir. Onlar kənarda dayandıqları zaman Azər, Əli və Şəhriyar onlara yaxınlaşmış və kobud şəkildə danışaraq nə üçün Əlini təklədiklərini soruşmuşdur. Səbuhi onlara Əlini təkləmədiklərini bildirdiyi zaman Şəhriyar onunla kobud danışaraq nəlayiq ifadə işlətmişdir. Bu zaman Səbuhi Şəhriyarın yaxasından tutmuş və onlar dartışmağa başlamışlar. Onları ayırdıqları zaman qarışıqlıq yaranmış və bu zaman Şəhriyar yerə yıxılmışdır. Şəhriyar yerə yıxıldıqdan sonra Səbuhinin ona təpiklə başından vurduğunu görüb dərhal Səbuhini ondan uzaqlaşdırmışlar. Bundan sonra ətrafa xeyli insan yığışdığını görüb oradan qaçaraq getmişlər. Oradan qaçaraq getdikdən sonra Səbuhinin bıçaqla Şəhriyara xəsarət yetirdiyini eşitmişdir. Lakin Səbuhi ilə əlaqə saxlamamış və bunun səbəbini ondan soruşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 06 aprel 2021-ci il tarixdə, saat 12:00 radələrində tanışı Şahid5 ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin yaxınlığında yerləşən «Real» çay evinə getmişlər. Çay evində masalardan birində əyləşərək çay içməyə başlamışlar. Təqribən 01 saat sonra digər tanışları Təqsirləndirilən şəxs çay evinə gəlmişdir. Səbuhi onlarla görüşdükdən sonra yanlarında əyləşmiş və birlikdə çay içərək domino oynamışlar. Domino oynadıqları zaman digər tanışları Şahid8 onların yanına gəlmiş və yanlarında əyləşmişdir. Saat təqribən 16:00 radələrində əvvəllər tanıdığı Azər, Əli və Şəhriyar adlı şəxslər çay evinə gəlmişlər. Onlar çay evinə gəldikdən sonra onlarla salamlaşmış və digər masaya keçərək əyləşmişlər. Saat 17:00 radələrində digər dostları Şahid6 çay evinə gəlmişdir. Akşin onlarla görüşdükdən sonra tualetə gedəcəyini bildirmiş və gəldikdən sonra birlikdə əsgərlikdən məzuniyyətə gələn dostları Muradı görməyə getməyi təklif etmişdir. Onlar Akşinlə razılaşmış və Akşin tualetə gedibgəldikdən sonra çay evindən çölə çıxmışdır. Bir neçə dəqiqə sonra çöldə səs-küy gəldiyini eşitmiş və dərhal Ceyhun, Səbuhi, Toğrul və o çay evindən çölə çıxmışlar. Çölə çıxdıqları zaman Əli adlı şəxslə Akşin arasında münaqişə olduğunu görmüşlər. Dərhal onları ayırmışlar və münaqişənin böyüməsinin qarşısını almışlar. Münaqişə sakitləşdikdən sonra onlar Şahid8 məxsus olan «Wolksvagen» markalı, «az ** EX ***» dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan çıxmışlar. Çıxdıqdan sonra dostları Muradın əsgərlikdən məzuniyyətə gəlməsi ilə əlaqədar onunla görüşməyə getməyi planlaşdırmışlar. Bu zaman Toğrulun mobil telefonuna zəng gəlmiş və o telefonla danışdıqdan sonra evə getməli olduğunu, avtomobili atasını verməli olduğunu bildirmişdir. Bundan sonra Toğruldan onları «Real» çay evinin qarşısında düşürdərək getməyi xahiş edərək oradan başqa bir avtomobili olan tanış taparaq onun avtomobili ilə Muradla görüşməyə getməyi demişlər. Toğrul etiraz etməmiş və onları «Real» çay evinin qarşısına aparmışdır. Saat 18:00 radələrində Toğrul «Real» çay evinin qarşısına çatmışlar və çay evinin qarşısına çatdıqları zaman Əli, Şəhriyar və Azər adlı şəxslərin dayandığını görmüşlər. Toğrul avtomobili kənara çəkərək saxlamış və onlar avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra Toğrul oradan çıxaraq getmişdir. Onlar kənarda dayandıqları zaman Azər, Əli və Şəhriyar onlara yaxınlaşmış və kobud şəkildə danışaraq nə üçün Əlini təklədiklərini soruşmuşlar. Səbuhi onlara Əlini təkləmədiklərini bildirdiyi zaman Şəhriyar onunla kobud danışaraq nəlayiq ifadə işlətmişdir. Bu zaman Səbuhi Şəhriyarın yaxasından tutmuş və onlar dartışmağa başlamışlar. Anları ayırdıqları zaman qarışıqlıq yaranmış və bu zaman Şəhriyar yerə yıxılmışdır. Şəhriyar yerə yıxıldıqdan sonra Səbuhinin ona təpiklə başından vurduğunu görüb dərhal Səbuhini ondan uzaqlaşdırmışlar. Bundan sonra ətrafa xeyli insan yığışdığını görüb oradan qaçaraq getmişlər. Oradan qaçaraq getdikdən sonra Səbuhinin bıçaqla Şəhriyara xəsarət yetirdiyini eşitmişlər. Lakin Səbuhi ilə əlaqə saxlamamış və bunun səbəbini ondan soruşmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 06 aprel 2021 -ci il tarixində, saat 15:0 radələrində yaşadığı evdən çıxmış və Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin yaxınlığında yerləşən «Real» çay evinə getmişdir. Çay evinə getdiyi zaman eyni məhlədən tanıdığı Şahid5, Şahid7 və Təqsirləndirilən şəxs orada oturaraq çay içdiyini görmüşdür. Onlarla salamlaşaraq əyləşmiş və çay içərək domina oynamışlar. Saat təqribən 16:00 radələrində əvvəllər qiyabi tanıdığı Azər, Əli və Şəhriyar adlı şəxslər çay evinə gəlmişlər. Onlar çay evinə gəldikdən sonra salamlaşmışlar və digər masaya keçərək əyləşmişlər. Saat 17:0 radələrində digər tanışları Şahid6 çay evinə gəlmişdir. O, görüşdükdən sonra tualetə gedəcəyini bildirmiş və gəldikdən sonra birlikdə əsgərlikdən məzuniyyətə gələn tanışları Muradı görməyə getməyi təklif etmişdir. Onlar Akşinlə razılaşmış və Akşin tualetə gedib-gəldikdən sonra çay evindən çölə çıxmışdır. Bir neçə dəqiqə sonra çöldə səs-küy gəldiyini eşitmişlər və dərhal Ceyhun, Şamil, Səbuhi və o çay evindən çölə çıxmışdır. Çölə çıxdığı zaman Əli adlı şəxslə Akşin arasında münaqişə olduğunu görmüşlər. Dərhal onları ayırmışlar və münaqişənin böyüməsinin qarşısını almışlar. Münaqişə sakitləşdikdən sonra onlar atasına məxsus olan və etibarnamə əsasında idarə etdiyi «Wolksvagen» markalı, «az ** EX ***» dövlət qeydiyat avtomobilə əyləşərək oradan çıxmışlar. Çıxdıqdan sonra Akşin dostları Muradın əsgərlikdən məzuniyyətə gəlməsi ilə əlaqədar onunla görüşməyə getməyi planlaşdırmışdır. Bu zaman onun mobil telefonuna ailə üzvlərindən zəng gəlmiş və o, telefonla danışdıqdan sonra evə getməli olduğunu, avtomobili atasına verməli olduğunu bildirmişdir. Bundan sonra tanışları Akşin, Səbuhi, Ceyhun və Şamil ondan onları «Real» çay evinin qarşısında düşürdərək getməyi xahiş edərək çay evinin qarşısından başqa bir avtomobili olan tanış taparaq onunla birlikdə Muradla görüşməyə getməyi bildirmişlər. O, etiraz etməmiş və yenidən avtomobili «Real» çay evinin qarşısına doğru hərəkət etdirmişdir. Saat 18:00 radələrində «Real» çay evinin qarşısına çatmış və çay evinin qarşısına çatdıqları zaman Əli, Şəhriyar və Azər adlı şəxslərin dayandığını görmüşlər. O, avtomobili kənara çəkərək saxlamış və Akşin, Səbuhi, Ceyhun və Şamil avtomobildən düşmüşdür. Onlar avtomobildən düşdükdən sonra o, oradan çıxaraq yaşadığı evə getmişdir. Bu hadisənin səhəri günü o, Azər, Əli və Şəhriyla Səbuhi, Ceyhun, Akşin və Şamilin mübahisəsinin düşdüyünü, mübahisə zamanı Şəhriyarın bıçaqlandığını eşitmişdir. Bu xəbəri dəqiqləşdirmək üçün Səbuhi, Şamil, Akşin və Ceyhunla əlaqə saxlamaq istəsə də, onların mobil telefonlarına zəng çatmadığını müəyyən etmişdir. Sonradan isə Sabunçu RPİnin 13-cü PB-dən ona zəng gəlmiş və onu bölməyə dəvət etmişlər. Bölməyə getdikdən sonra isə onu Sabunçu RPİ-in İŞ-nə gətirmişlər. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X2» X5 574 saylı, 08 may 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əliyar oğlunda təpə nahiyəsinin əzilmiş yarası və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarətlərdən təpə nahiyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən, sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 06 aprel 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 iyun 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasənxuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddələsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X1 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətin törətməsini, əvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşman olmasını, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 27 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (səh., 72). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,116). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu rayon prokurorunun 29 may 2021ci il tarixli «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (səh.,130). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 29 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,134). Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.http://eqanun.az/framework/46947 Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.4-ci maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.7-ci maddəsinə əsasən sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, ilk dəfə az ağır cinayətin törətməsini, əvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşman olmasını, ona qarşı şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə), təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai-təhlükəlik dərəcəsini nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkməkdən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən ona təyin olunmuş sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən «03» (üc) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixə kimi kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs ona təyin olunmuş sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-38/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-38/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver