Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-38/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla və dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 avqust 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən nömrəsiz fərdi evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qanunsuz olaraq evə daxil olub evin içərisində olan ümumilikdə 2.000 manat dəyərində müxtəlif növ elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış kompleksinin həyətində Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin “Balaxanı ATS”-nə məxsus dəyəri 200 manat olan 65 metr uzunluğunda TPP 100x2 markalı elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə təkrar oğurluq etmişdir Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində yerləşən Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus dəyəri 714,11 manat olan 50 metr uzunluğunda TPP 100x2 markalı rabitə naqilini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 714,11 manat məbləğində maddi ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 oktyabr 2023- cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evin giriş qapısından keçməklə qanunsuz olaraq evə daxil olub evin içərisində olan 01 ədəd 160 manat dəyərində LG markalı, 81 diaqonallı (32 düym), 32LN572B-TH model, 309NDHB4U321 seriyalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğurluq hadisələrinin heç birini o, törətməmişdir. Onu 6 gün 12-ci PŞ-də saxlayıb, daha sonra Sabunçu RPİ-nə vermişlər. Həmin müddətdə ona təzyiq göstərmişlər ki, oğurluq cinayətlərini boynuna götürsün. Onu döymüşlər, daha sonra başını skoçlamışlar. Sonda o, məcbur olub, etmədiyi oğurluq cinayətlərini törətməsinə dair etirafedici ifadə vermişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə ünvanlanmış suala sonuncu cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. Onun evindən oğurluq etməmişdir. Vasif adlı şəxsi ümumiyyətlə tanımır, ona televizor satmamış, ümumiyyətlə istintaqa tərəfindən televizor təqdim edilməmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü il tarixdə cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra iş tapmaqda çətinlik çəkmişdir. 2023-cü ilin avqust ayında oğurluq etmək qərarına gəlmişdir. 2023-cü ilin avqust ayının əvvəlində xatırlamadığı gündə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Fazendə yaşayış massivində piyada hərəkət edən zaman yeni tikilməkdə olan fərdi evin darvazısının olmadığını görüb həmin evdə yaşayış olmadığını başa düşmüş, evin həyətyanı sahəsinə keçib evin pəncərəsinin dəmir barmaqlığının üzərində olan qıfılı həyətdən tapdığı dəmir parçası ilə sındırıb içəriyə daxil olmuşdur. Evdən oğurluq edə biləcəyi bir şey olmadığı üçün qərara gəlmişdir ki, evin elektrik naqillərini kəsib oğurlasın. Bundan sonra evin içərisində olan elektrik naqillərini üzərində olan kəlbətin ilə kəsmiş, bundan sonra evin mansar hissəsinə qalxaraq orada olan plastik qapını sındırmış və elektrik kabellərini kəsib girmiş olduğu üsulla evdən çıxıb getmişdir. Evdən kəsib aparmış olduğu elektrik naqillərini Balaxanı qəsəbəsində metal qəbulu məntəqəsini işlədən İlham adlı şəxsə 40 manata satmışdır. İlham onu tanıdığı üçün ondan şəxsiyyətini təsdiq edən sənəd istəməmişdir. Elektrik naqillərinin özünə aid olduğunu və yaşadığı evdə artıq olduğu üçün satdığını İlhama bildirmişdir Bundan başqa, qazanc əldə etmək üçün 2023-cü ilin avqust ayından oktyabr ayınadək olan müddət ərzində 3-4 dəfə Balaxanı qəsəbəsində yerləşən işıq dirəklərində olan kabelləri üzərində olan kəlbətinlə kəsib metal qəbulu ilə məşğul olan İlham adlı şəxsə satmışdır. Belə ki, 2023-cü ilin sentyabr ayının sonlarında Balaxanı qəsəbəsi, Fazenda yaşayış kompleksində "Balaxanı ATS”ə məxsus naqillərini oğurlamaq fikrinə düşmüş, təxminən saat 21 radələrində ətrafda kimsənin olmadığını aşkar etdikdən sonra “ATS”ə məxsus naqilin dirəyinə qalxmış, naqildə elektrik olmadığını bildiyindən kəlbətinlə təxminən 30 metr uzunluğunda naqili kəsərək yerə atmışdır. Daha sonra da həmin naqili yaşadığı qəsəbədə kimsənin olmadığı boş sahədə yandıraraq mis əldə etmiş, əldə etdiyi misi də həmin günün səhərisi yaşadığı qəsəbədə metal qəbulu ilə məşğul olan İlham adlı şəxsə 45 manata satmış və həmin pulu öz şəxsi tələbatları üçün istifadə etmişdir. Sonuncu dəfə 03 oktyabr 2023-cü il tarixdə Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində olan işıq dirəyində cərəyanın olmadığını bildiyi üçün 20 metr uzunluğunda elektrik naqilini kəsib heç kimin olmadığı yerdə yandırıb içində olan misi 40 manat qarşılığında İlhama satmışdır. Bundan başqa, 2023-cü ilin oktyabr ayının əvvəlində axşam saat 23 radələrində qonşuluqda yaşayan Rəsmiyyə adlı qadının evdə olmadığını bildiyi üçün hasardan aşıb onun yaşadığı fərdi evə pəncərədən daxil olmuşdur. Hava qaranlıq olduğu üçün evin içərisində gözünə bir ədəd LG markalı televizor sataşmış, həmin televizoru götürüb gəldiyi kimi evdən çıxmışdır. Həmin günün səhərisi Rəsmiyyə adlı qadının evindən oğurlamış olduğu televizoru onunla cəza çəkmə müəssəsində cəza çəkmiş, özünün dediyinə görə Ramana qəsəbəsində yaşayan Vasif adlı şəxsə 60 manata satmış, ertəsi gün Vasif televizoru qaytarmaq istədiyini bildirmiş, sonuncuya 60 manat pulunu sonra qaytara biləcəyini bildirmiş, Vasif onunla razılaşıb televizoru ona qaytarmışdır. Polis şöbəsində olan zaman televizoru təhqiqatçıya təqdim etmişdir. Ümumilikdə törətdiyi oğurluq hadisələri nəticəsində əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Elektik naqillərinin, misin və televizorun oğurluq olması barədə İlham və Vasif adlı şəxslərə heç bir məlumat verməmişdir. Oğurluq əməllərini tək törətmişdir. Vasif adlı şəxsin Ramana qəsəbəsində yaşadığını özündən eşitmiş, lakin onun anket məlumatları barədə heç bir məlumatı yoxdur. 2023-cü ilin sentyabr ayının axırında dəqiq xatırlamadığı gündə Balaxanı qəsəbəsi, Fazenda yaşayış kompleksində elektrik naqillərini və sonuncu dəfə Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində olan işıq dirəyindən internet kabelini oğurladığı yeri xatırlayır. Başqa, hansı küçələrdə işıq dirəklərindən kabel oğurladığını xatırlamır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş-mülki iddiaçı hüquqi şəxs “ünvan 3 Rabitə Xidmətləri Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzində hüquqşünas vəzifəsində çalışır. 30 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış kompleksində Balaxanı ATS-nə məxsus təxminən 65 metr uzunluğunda TPP 100x2 markalı olan rabitə xəttinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı aşkar olunmuş, baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat verilmişdir. Qeyd edilən xəttlərin bərpasına dair tərtib olunmuş smetaya əsasən oğurluq nəticəsində müəssisəyə 701, 64 manat maddi ziyan dəymişdir. 30 sentyabr 2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində “ünvan 3 Rabitə Xidmətləri Mərkəzinə 701,64 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, 03 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində yerləşən fərdi yaşayış evlərinin sakinlərinin müraciəti əsasında həmin ünvana gedilmiş və yoxlama zamanı müəyyən etmişdir ki, “ünvan 3 Rabitə Xidmətləri Mərkəzinə məxsus 50 metr uzunluğunda TPP-100x2 markalı rabitə naqili kəsilərək oğurlanmışdır. Hadisə nəticəsində müəssisəyə 714,11 manat məbləğində maddi ziyan dəymişdir. Mülki iddianı müdafiə edərək oğurluq hadisəsi nəticəsində dəymiş 1415,75 manat və ödənilmiş 35 manat dövlət rüsumunun ümumilikdə 1450,75 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı olaraq "xxxx" MMC-nin hesabına ödənilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış kompleksində özünə iki mərtəbəli ev tikdirmiş, hal-hazırda təmir işləri aparılır, sonuncu dəfə evə hadisə baş verməmişdən 2 gün əvvəl getmiş, evdə hər bir şey öz yerində olmuşdur. 10 avqust 2023- cü il tarixdə qeyd edilən ünvanda yerləşən evinə getmiş və evin arxa tərəfində yerləşən plastik pəncərənin açıq vəziyyətdə olduğunu, orada olan dəmir barmaqlığın isə kilidinin sındırıldığını görmüşdür. Bu zaman başa düşmüşdür ki, evdə oğurluq olmuşdur. Evə daxil olub baxış keçirən zaman müəyyən etmişdir ki, iki mərtəbəli evinin otaqlarında elektrik kabelləri kəsilmiş, evin mansar hissəsində isə plastik qapı sındırılmış, oradan da elektrik kabelləri kəsilərək oğurlanmışdır. Oğurluq hadisəsi baş verən evdə yaşayış yoxdur, təmir işləri aparılır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 2000 (iki min) manat məbləğində maddi ziyan dəymiş, dəymiş ziyan ona ödənilməmişdir. Təqsirləndirilən şəxsi ilk dəfə məhkəmə iclasında görmüşdür. Qeyd edilən şəxs ifadənin yerində yoxlanması istintaq hərəkətinin həyata keçirilməsi üçün oğurluq edilən evə gətirilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək ünvan 4 ünvanında yerləşən qeyd edilən evinə getmədiyi üçün həmin vaxt evdə heç kəs olmamış, ev boş olmuşdur. 07 oktyabr 2023-cü il tarixdə evə gəldiyi zaman evin zal otağında olan “LG” markalı televizorunun yerində olmadığını, otaqlardan birində şkafın açıldığını, geyim paltarların dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. O, ifadəsində həyəcanlı olduğundan və bəzən yadından çıxıb evin qapısını bağlamadığından həmin gündə belə etdiyini düşünərək evin giriş qapısını ehtiyatsızlıqdan açıq qoyub çıxıb getdiyini bildirmişdir. Lakin oğru evə pəncərədən daxil olmuşdur, çünki evə daxil olan zaman pəncərənin açıq olduğunu görmüşdür. Evə pəncərədən daxil olub daha sonra qapıdan çıxıb getmişdir. Hadisə barədə polisə məlumat vermişdir. Elə həmin gün polislər evə gəlib baxmışlar, əl-barmaq izləri götürməmişlər. Üzərindən bir xeyli müddət keçəndən sonra müstəntiq ona zəng edərək televizorunun tapıldığını bildirmişdir. O, da Sabunçu RPİ-nə getmişdir. O, televizorun tapılmasına sevindiyindən onu götürərkən televizorun ona məxsus olan televizor olubolmamasını yoxlamamışdır. Evə gətirdikdən sonra ona məxsus televizor olmadığını, içərisinin isə boş olduğunu görmüşdür. Belə ki, onun televizorunda düymələr televizorun aşağısında olmuşdur, ona verilən televizorda isə yanında olmuşdur. Qaytarılan televizor onun televizoru deyil. Ona məxsus televizorun qaytarılmasını tələb edir. Baş vermiş oğurluqda şübhələndiyi şəxs yoxdur. Təqsirləndirilən şəxs onun qonşusudur. Həmin şəxsin onun evindən oğurluq etməsini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, Balaxanı qəsəbəsi, 5-ci mədən ünvanında metal qəbulu məntəqəsi işlətmişdir. Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Nəcməddin onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək ona qara metal, əlvan metal satmışdır. Təxminən 40-45 manat dəyərində olmuşdur. Əlvan metal olaraq karniz, alüminium metalı satmışdır. Qara metal olaraq isə dəmir satmışdır. Təqsirləndirilən şəxs ona elektrik naqili satmamışdır. Məhkəməyədək icraat zamanı şahid ifadəsində göstərmişdir ki, Balaxanı qəsəbəsi, 5-ci mədən ünvanında metal qəbulu məntəqəsi işlətmişdir. Təqsirləndirilən şəxs 6-7 aydır ki, müştəri kimi tanıyır. O, tüfeyli həyat sürmüşdür. Ara-sıra məntəqəyə gəlib elektrik naqili təhvil verib pulunu almışdır. Təxminən sonuncu dəfə avqust-oktyabr ayları arasında işlədiyi metal qəbulu məntəqəsinə gələrək yenə əridilmiş alüminium metalı gətirmişdir. Metalın 2 manat dəyəri olduğunu bildirmiş, Nəcməddin də 2 manat pulu alıb getmişdir. Ümumilikdə onu tanıdığı müddətdə, yəni 6-7 ay müddətində cəmi 40 və ya 45 manat dəyərində hissə-hissə metal hissələri gətirib satmışdır. Avqust-oktyabr aylarında təxminən 3 dəfə ayrı-ayrı vaxtlarda işlədiyi obyektə gələrək müxtəlif ölçülərdə elektrik naqilləri ona satmış və ümumilikdə həmin elektrik naqillərinə görə 40 manata yaxın ona pul vermişdir. Təqsirləndirilən şəxs ona satdığı həmin naqillərin özünə məxsus olduğunu və oğurluq olmadığını ona demişdir. Təqsirləndirilən şəxs haqqında onu deyə bilər ki, onu tanıdığı 6-7 ay müddətində narkotik maddələr istifadəçisi kimi tanımışdır. Elektrik naqillərin oğurluq olduğundan heç bir məlumatı olmamışdır. Məhkəmə tərəfindən şahidə istintaq zamanı elektrik naqili almasını bildirməsi bağlı sual verildikdə şahid yazıb oxumadığı bacarmadığını, istintaq zamanı verdiyi ifadəsinin ona oxunmadığını, istintaq zamanı ona elektrik naqili satılmasına dair ifadə vermədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 müraciəti əsasında hadisə yeri olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi ərazisində “ATS” məxsus elektrik dirəyinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 müraciəti əsasında hadisə yeri olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsində yerləşən ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli smetadan görünür ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi ünvanında oğurlanmış kabelin bərpası üçün (1 ədəd TPP 100x2) 714,11 manat vəsait tələb olunur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli smetadan görünür ki, xx.xx.2023-cü il tarixdə oğurlanmış kabelin bərpası üçün (1 ədəd TPP 100x2) 701,64 manat vəsait tələb olunur. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, HK-1/5510 saylı material üzrə Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən fərdi evdən oğurladığı 01 ədəd LG markalı televizoru təqdim etmiş, odur ki, vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd LG markalı televizor maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu saxlanıldığı Bakı şəhər Sabunçu RPİ-nin MSY-dən dərhal azad edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3931 saylı ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “LG” markalı, 81 diaqonallı (32 düym), 32LN572B-Tİ model, 309NDHB4U321 seriyalı televizorun orta istismar müddəti və orta intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 150,00 manat müəyyən olunmuşdur. AR DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Xibiyev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək cəza 01 il 06 ay təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun tapılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə gətirilməsi, iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş ƏAT nəticəsində Xibiyev X1 rayonu ərazisində saxlanılaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə təhvil verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:20-ə təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin həsb qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində saxlanılaraq MSY-nə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-213/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Sabunçu RPİ-nin 12-ci PŞ-dən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə oğurluq etməkdə şübhəli bilinərək saxlanılmış və aidiyyəti üzrə RPİ-nin İŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs PŞ-nə gətirilən zaman üzərində xəsarətlər aşkar edilməmişdir. Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli, 49/2-14211/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:15-də Sabunçu RPİ-nin MSY-nə təhvil verildikdə üzərinə, bədəninə təlimata uyğun tam baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, Təqsirləndirilən şəxs sol qolunda köhnə kəsik izləri vardır. Sağ qolunun iç və dirsək nahiyəsində isə sıyrıqlar, sağ qıçında çapıq yara aşkar olunmuş, öz deməsinə görə tutulmamışdan əvvəl yıxılaraq bu xəsarətləri almışdır. Məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməllərindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətlərinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirli olmasını təsdiq edən sübutlar kifayət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməsinin sübutu kimi hadisə yerinə baxış protokollarına, təqsirləndirilən şəxsin etirafedici ifadəsinə və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə, maddi sübutun götürülməsi barədə protokollara, ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokollarına, ekspert rəyinə istinad olunmuşdur. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilər. Həmçinin həmin sübutla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, istintaq zamanı ona təzyiq göstərildiyi üçün məcbur olub etmədiyi oğurluq cinayətlərini boynuna götürdüyünü, polislər tərəfindən döyüldüyünü, 6 gün polis bölməsində saxlanıldığını, daha sonra MSY-nə göndərildiyini, oradan isə azadlığa buraxıldığını qeyd etmişdir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən o cümlədən: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən sübutlardan biri kimi onun etirafedici ifadəsinə istinad olunmuşdur. Halbuki şəxsin saxlanılan zaman fiziki təzyiqə məruz qalması onun ibtidai istintaq zamanı cinayət törətməsi barədə verdiyi etirafedici ifadələrin, onun iştirakı ilə keçirilən bütün istintaq hərəkətlərinin həqiqiliyini şübhə altına qoyur. Qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Təqsirləndirilən şəxsin təzyiq altında verdiyi etirafedici ifadələr isə qanunvericiliyin tələbinə uyğun olaraq sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edir ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır” Məhkəmə tərəfindən sorğulara alınmış cavablardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, həmin vaxt üzərində hər hansı xəsarətlər aşkar edilməmiş, xx.xx.2024-cü il tarixdə isə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmiş və orada üzərinə baxış keçirilən zaman bir sıra xəsarətlərin olduğu müəyyən edilmişdir. Bütün bunlar onun dövlət orqanın nəzarətində olduğu vaxtda xəsarətlər aldığını göstərir. Lakin bu xəsarətlərin necə yaranması barədə heç bir əsaslı dəlilə rast gəlinməmişdir. Bu isə təqsirləndirilən şəxsin bildirdiyi kimi polisin nəzarəti altında olduğu zaman ona fiziki təzyiq göstərilməsi faktının reallığını bir daha təsdiq edir. Təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə etirafedici izahat verməsi (Zərərçəkmiş şəxs2 və X2 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmiş oğurluq cinayətləri üzrə) həmin epizodlar üzrə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarını, onun iştirakı ilə keçirilən digər istintaq hərəkətlərinin nəticələrinin sübut kimi qəbul edilməsini istisna edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri olmuşdur. Təqsirləndirilən şəxsə elan olunmuş ittiham oğurluq cinayəti olduğundan, yəni özgəsinin əşyasının gizli olaraq talanması cinayəti olduğundan zərərçəkmiş şəxslərin onların evindən kimin oğurluq etməsini konkret bilmələri mümkün deyil. Həmin şəxslər yalnız evlərindən oğurluq edilməsi, konkret olaraq hansı əşyaların oğurlanmasına dair məlumatları bildirmişlər. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs1 istintaq orqanı tərəfindən ona qaytarılan televizorun ona məxsus televizor olmadığını, hadisədən sonra ifadənin yerində yoxlanması üçün heç kimin gətirilmədiyini bildirmiş, öz televizorunun qaytarılmasını tələb etmişdir. Digər Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində əmlakının oğurlanması faktını göstərərək, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini görmədiyini, hadisədən sonra ifadənin yerində yoxlanması üçün heç kimin gətirilmədiyini bildirmişdir. Qeyd edilən zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verilən ifadələri oğurluq cinayətinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan vermir. Belə olan halda zərərçəkmiş şəxslərin ifadələrinin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübut edən fakt kimi qəbul edilməsi yolverilməzdir. İstintaq orqanının istinad etdiyi ifadənin yerində yoxlanılması haqqında protokolla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən epizodları etiraf etməsi üçün istintaq dövründə fiziki təzyiqə məruz qalması, onun həmin epizodlar üzrə həyata keçirilən ifadənin yerində yoxlanması istintaq hərəkətinə dair tərtib olunmuş protokolun sübut kimi qəbul edilməsini istisna edir. Bundan başqa məhkəmə iclasında zərərçəkmiş şəxslər ifadələrində bildirmişlər ki, hadisədən sonra ifadənin yerində yoxlanması üçün heç kim gətirilməmişdir. İstintaq orqanın istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokoludur ki, məhkəmə qeyd edir ki, həmin protokol özüözlüyündə hadisə barədə zərərçəkmiş şəxs tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəddir. Hadisə yerinə baxış protokoluna hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” digər protokollardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin hansı ünvan olduğu müəyyən edilmiş, hadisə yerindən heç bir maddi sübut aşkar edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi heç bir əl-barmaq izi və ya hadisənin təqsirləndirilən şəxslər tərəfindən törədilməsini təsdiq edən başqa bir maddi sübut tapılmadan bu protokolların təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən zərərçəkmiş şəxslərə münasbətdə törədilən cinayətlərdə təqsirini sübut edən sənəd kimi qəbul edilməsi qeyri-mümkündür. İstintaq orqanın istinad etdiyi digər sübut növü şahid ifadəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid təqsirləndirilən şəxs tərəfindən ona yalnız əlvan və qara metal satıldığını bildirmiş, ona elektrik naqili satılmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məxsus evdən isə elektrik naqili oğurlanmışdır. Məhkəmə tərəfindən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadəsində ona elektrik naqili satılmasını qeyd etməsi ilə bağlı sual verildikdə şahid israrlı şəkildə ona elektrik naqili satılmadığını, istintaq zamanı belə bir ifadə vermədiyini, oxuyub yaza bilmədiyini, ifadəsinin ona oxunmadığını bildirmişdir. İstintaq orqanın istinad etdiyi digər sübut növü isə ekspert rəyidir. Həmin rəyə əsasən fotoşəkillər əsasında həyata keçirilmiş ekspertiza tədqiqatının nəticəsində 01 ədəd “LG” markalı, 81 diaqonallı (32 düym), 32LN572B-Tİ model, 309NDHB4U321 seriyalı televizorun 2023-cü ilin oktyabr ayına olan orta bazar qiymətinin nəzəri hesablamalara əsasən 150,00 manat olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edilən sübut növü ilə bağlı bildirir ki, Zərərçəkmiş şəxs1 ona qaytarılan televizorun ona məxsus olmadığını bildirdiyindən həmin televizoun dəyəri ilə bağlı həyata keçirilən ekspert rəyi də mötəbər sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxsə məhz Zərərçəkmiş şəxs1 məxsus televizorun oğurlanması ilə bağlı ittiham elan olunmuşdur. İstintaq orqanın müəyyən etdiyi televizor isə zərərçəkmiş şəxsə məxsus olmadığından hazırki cinayətin predmeti kimi qəbul edilə bilməz. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, o, Vasif adlı şəxsi tanımır, ona televizor satmamış, ümumiyyətlə istintaq orqanına televizor təqdim etməmişdir. Təqsirləndirilən şəxsin istintaqda qeyd edilən ifadəsində onun Vasif adlı şəxslə CÇM-də birlikdə cəza çəkdiyi, televizoru həmin şəxsə satdığı, daha sonra həmin şəxsin televizoru ona geri qaytardığı göstərilsə də, bunları təsdiq edən heç bir mötəbər sübut istintaq tərəfindən əldə edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qeyd olunan əməllərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətlərinin törədilməsi öz təsdiqini tapmayaraq sübuta yetirilmədiyindən ona elan olunmuş ittihamdan xaric olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X4 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə xəttlərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Bakı Telefon Rabitəsi MMC-nə maddi ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə təkrar oğurluq cinayətini törətməsi öz təsdiqini tapdığından və təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi toplamış sübutlarla təsdiq edildiyindən məhkəmə onun həmin epizod üzrə özünü təqsirli bilməməsinə dair ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək cəzası 01 il 06 ay təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahələrinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətməsi öz təsdiqini tapmadığından ona elan edilmiş ittihamdan AR CM-nin 177.2.3-cü maddəsi xaric olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 1(008)-213/2025 saylı hökmü ilə ona təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli (CM-66.5), Sabunçu RPİ-nin 12-ci PŞ-nin məktubuna əsasən təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə saxlanılması və Sabunçu RPİ-nin məktubuna əsasən xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə daxil olması nəzərə alınaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 05 (beş) gün müddət və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə cinayət işinin ibtidai istintaqı dövründə həbsdə olduğu 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM- 56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu səbəbdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 yaşayış sahələrinə qanunsuz daxil olmaqla oğurluq cinayəti törətmiş şəxslərin müəyyən olunması üçün cinayət işi üzrə materiallar hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. AR CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 1415,75 manat və ödənilmiş 35 manat dövlət rüsumu cəmi 1450,75 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği müdafiəçinin xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 6 manat, xx.xx.2025-ci il tarixdən sonra isə sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanması nəzərə alınaraq müyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan AR CM-nin 177.2.3-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 1(008)-213/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 1(008)-213/2025 saylı hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 04 gün müddət və hazırki iş üzrə həbsdə saxlanıldığı 5 gün müddət ümumilikdə 9 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. "xxxx" MMC-nin mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 1415,75 manat və ödənilmiş 35 manat dövlət rüsumu ümumilikdə 1450,75 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək keçirilən məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 39 iş saatına görə (hər iş saatına görə 6 manat hesablanmaqla) 234 manat məbləğində vəsait, xx.xx.2025-ci il tarixdən sonra keçirilən məhkəmə iclasları zamanı isə sərf etdiyi 12 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 132 manat məbləğində vəsait, cəmi 366 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-38/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-38/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver