Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-380/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Nüvədi Ə/D, Brkandul kəndində qeydiyyatda olmaqla, «SOCAR» X2 Neft daşları Günəşli İstehsalat bölümündə xadimə işləyən, Lerik rayonu, Bırkandul kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evdə anasının qonaq gəlməsinə narazılıq bildirmələri səbəbindən şəxsi münasibətlər zəminində evə qonaq gəlmiş keçmiş baldızı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə vuraraq sonuncuya dirsək oynağında ağrı və qismən hərəkət məhdudluğu sol bazu nahiyəsinin aşağı-orta 1/3nin dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş baldızıdır. Şahid1 ilə aralarında bağlanmış nikah 2023-cü il tarixdə rəsmi qaydada pozulmuş, lakin, onlar eyni ünvanda yaşamağa davam etmişlər. 01 sentyabr 2023-cü il tarixdə anası X1 onlara qonaq gəlmiş, Şahid1 onun anasını qovmaq məqsədi ilə şəxs Zərərçəkmiş şəxs yaşadıqları ünvana çağırmışdır. Bir müddət sonra, şəxs Zərərçəkmiş şəxs onların yaşadığı ünvana gəlmiş, Şahid1yla birlikdə anası ilə mübahisə edərək ondan evdən çıxmasını tələb etmişlər. O, həmin vaxt işdə olmuş, anası ilə telefon danışığı zamanı anası Şahid1 onunla mübahisə etdiyi üçün öz evinə qayıtmaq istədiyini bildirmişdir. O, bununla bağlı Daxili İşlər Nazirliynin 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra işdən icazə alaraq yaşadığı ünvana gəlmişdir. O, evə gəldiyi zaman Zərərçəkmiş şəxs taksi sifariş edərək evdən çıxmaq istəmiş, lakin, onun gəldiyini görərək geri qayıtmışdır. O, evə daxil olaraq otaqda olan divanda əyləşmişdir. Zərərçəkmiş şəxs ad günü münasibəti ilə övladlarına verdiyi sırğanı geri qaytarmasını tələb etmiş o, oğlu vasitəsi ilə sırğanı Zərərçəkmiş şəxs geri qaytarmışdır. Bir müddət sonra, anası X1 otağa daxil olmuş, Şahid1 anası ilə mübahisə edərək ondan evdən getməsini tələb etmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, o, mübahisə zamanı Şahid1 itələmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs onları ayırmaq məqsədi ilə araya girməmiş, o, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 Sabunçu rayon şöbəsinin ekspert rəyində göstərilən xəsarətləri harada və hansı şəkildə alması barədə məlumatı yoxdur. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının keçmiş həyat yoldaşıdır. Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış nikah rəsmi qaydada pozulmasına baxmayaraq onlar bir evdə yaşayırlar. O, 01 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində özünə məxsus samovarı götürmək məqsədi ilə qardaşının yaşadığı ünvan 1 ünvanına getmiş, evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs onun qardaşının tərəfini tutmasını bəhanə edərək ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Şahid1 evdə qız uşağı olduğu üçün Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsini irad tutaraq ondan hərəkətlərini sonlandırmasını tələb etmişdir. Təqsirləndirilən şəxs qardaşının üzərinə gedərək tüpürmüş, daha sonra onu cırmaqlamışdır. O, mübahisənin böyüməsindən və qardaşının Təqsirləndirilən şəxs vurmasından ehtiyat etdiyi üçün araya girərək sakitləşdirməyə çalışmış, lakin, Təqsirləndirilən şəxs hərəkətlərini sonlandırmayaraq qəsdən əl zərbələri ilə onun sol qol nahiyəsinə zərbələr endirmişdir. O, samovarı götürərək evdən çıxmışdır. 02 sentyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə müraciət etmiş, aldığı xəsarətlərlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 Sabunçu rayon şöbəsində müayinədən keçirilmiş və buna dair ekspert rəyi verilmişdir. Baş vermiş mübahisə zamanı otaqda o, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 olmuş, mübahisənin sonlarına yaxın Şahid3 otağa daxil olmuşdur. Halhazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı, Zərərçəkmiş şəxs isə onun bacısıdır. O, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə rəsmi nikah daxil olmuş, 2023-cü il tarixdə aralarında bağlanmış nikah pozulmuş, lakin, onlar eyni evdə yaşamağa davam etmişlər. 01 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs özünə məxsus samovarı götürmək üçün onun yaşadığı ünvan 1 ünvanına gəlmiş, həmin vaxt, Təqsirləndirilən şəxs işdə olmuş, lakin, qısa müddət sonra evə gəlmişdir. Təqsirləndirilən şəxs bacısının onlarda olduğu görərək onun ünvanına nalayiq ifadələr işlətmiş, evdə qız övladları olduğu üçün, o, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməməsini xahiş etmiş, lakin, Təqsirləndirilən şəxs onun üzərinə gələrək boğazından tutmuşdur. Zərərçəkmiş şəxs araya girərək onları ayırmağa çalışmış, həmin vaxt, Təqsirləndirilən şəxs onu buraxaraq əli ilə Zərərçəkmiş şəxs vurmağa başlamış, onu təhqir etmişdir. Zərərçəkmiş şəxs ağlayaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Atası ilə anası arasında bağlanmış nikah rəsmi qaydada pozulmuş, lakin, onlar birgə yaşamağa davam etdmişdir. 01 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs özünə məxsus samovarı götürmək üçün onların yaşadığı ünvan 1 ünvanına gəlmiş, həmin vaxt, Təqsirləndirilən şəxs işdə olmuş, lakin, qısa müddət sonra evə gəlmişdir. Anası bibisinin onlarda olduğunu görərək bibisinin ünvanına nalayiq ifadələr işlətmiş, anasının söyüş söyməsinə atası öz iradını bildirmiş, lakin, anası onun iradını qəbul etmədiyi üçün onun boğazından tutmuşdur. Zərərçəkmiş şəxs onları sakitləşdirmək məqsədi ilə araya girmiş, həmin vaxt, anası Təqsirləndirilən şəxs atasını boğazını buraxaraq bibisinin üzərinə hücum etmiş, nalayiq ifadələr işlədərək əli ilə bibisinin qol nahiyəsinə xəsarətlər yetirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində mübahisə zamanı evdə olmasına baxmayaraq hadisənin şahidi olmadığını bildirmiş, lakin, məhkəmə tərəfindən ifadəsi elan olunaraq tədqiq edildikdən sonra ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, yəni bildirmişdir. Cinayət işinin 21-22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 Sabunçu rayon şöbəsinin 04 sentyabr 2023-cü il tarixli, 2169 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs dirsək oynağında ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu nahiyəsinin aşağı orta 1/3nin dərialtı hematoması müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 01 sentyabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 59-64-cü vərəqəsində olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)-1588/2023 nömrəli qətnaməsindən və AA seriyalı, ******* nömrəli, AA seriyalı, ******* nömrəli və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan övladı var. Cinayət işinin 128-130-cu vərəqəsində olan 25 noyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Mübahisə zamanı Zərərçəkmiş şəxs onları ayırmaq məqsədi ilə araya girməmiş, o, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 Sabunçu rayon şöbəsinin ekspert rəyində göstərilən xəsarətləri harada və hansı şəkildə alması barədə məlumatı yoxdur.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-380/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-380/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver