Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-381/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 iştirakı ilə 08 avqust 1991-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs dostları X1 və X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə, digər dostu Zərərçəkmiş şəxs2 ona olan etibarından sui-istifadə edərək 2020-ci ilin oktyabr ayının ortalarında ona Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 34-cü küçədə yerləşən 436 nömrəli evinə bitişik, dövlət torpaq fonduna aid və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşən 0.2 ha torpaq sahəsini özəlləşdirəcəyinə dair vəd verib, həmin işin görülməsi iqtidarında olduğunu tam əmin etmək məqsədilə cinayətkar qrupun üzvü olan X2 istintaqa məlum olmayan, cinayətdən xəbərsiz tanışından istifadə edib onun vasitəsilə qeyd edilən torpaq sahəsində guya ölçülərin aparılması gürüntüsü yaradıb inandıraraq aldatma yolu ilə 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 3 ünvanda yerləşən «Medicare» klinikasında 2.500 manat məbləğində pulunu özü alıb cinayətkar qrupun üzvləri olan Nizami Şahgəldiyev və Zaur Hüseynovla aralarında bölüşdürərək, Zərərçəkmiş şəxs2 bu üsulla özü daha pul əldə edə bilməyəcəyini zənn edib, Zərərçəkmiş şəxs2 əmlakını dələduzluq yolu ilə qanunsuz və əvəzsiz ələ keçirilməsinə y önəlmiş cinayət əməllərini davam etdirərək Nizami Şahgəldiyev və Zaur Hüseynovu, Zərərçəkmiş şəxs2 yanına göndərib həmin torpaq sahəsini həqiqətən də onun tərəfindən özəlləşdirəcəyini yalan vədlər verməklə inandırmaqlarına nail olaraq ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında 15 iyul 2021-ci il tarixdə bu adla Nizami Şahgəldiyev və Zaur Hüseynovun vasitəsilə 1.500 manat, 2021-ci ilin iyul ayının sonlarında Nizami Şahgəldiyev və Zaur Hüseynovun vasitəsilə 3.300 manat, 2021-ci ilin avqust ayında isə Zaur Hüseynovun vasitəsilə 700 manat pulunu vahid niyyətlə əhatə edən qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda, 8.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə dostu Zərərçəkmiş şəxs2 ona olan etibarından sui-istifadə edərək 2020-ci ilin oktyabr ayının sonlarında ünvan 6 ünvanda dəmir konstruksiyalı dönər köşkü tikdirməsi üçün Sabunçu rayon İcra Hakimiyyətindən razılıq almasına inandıraraq bu barədə yalan vəd verib aldatma yolu ilə ünvan 4 ünvanda yerləşən «Medicare» klinikasında 3.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 3.000 manat ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edərək ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısındakı boş ərazidə dəmir konstruksiyalı tikinti aparmaqla həmin yerin qeyri-yaşayış sahəsinə birləşdirilməsinə Bakı şəhər İcra Hakimiyyətindən razılıq almasına inandıraraq bu barədə yalan vəd verib aldatma yolu ilə cinayətdən xəbəri olmayan Şahid2 vasitəsilə 06 yanvar 2021-ci il tarixdə ünvan 9 ünvanda 11.660 manat və 16 yanvar 2022-ci il tarixdə ünvan 10 ünvanda 10.000 manat pulunu alıb vahid niyyətlə əhatə edən qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 cəmi 21.600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvəllərində Azərin iş yerində olarkən sonuncu ona bildirmişdir ki, özünə məxsus 1995-ci ildən aldığı ünvan 11 ünvanda yerləşən həyət evinə bitişik 0.2 ha, yəni 2 sot torpaq sahəsini özəlləşdirmək istəyir, bununla bağlı bir neçə tanışına müraciət etmişdir. Lakin alınmamışdır. Belə ki, həmin torpaq sahəsi dövlət torpaq fonduna aid olduğundan və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən özəlləşdirilməsi mümkün olmamışdır. O, Azərə bildirmişdir ki, torpağı özəlləşdirə bilər. Həmin ərəfələrdə, yəni 2020-ci ilin iyul ayında cərrahiyə əməliyyatından çıxdığından pul qazana bilmirmiş, əlində olanları isə əməliyyatına xərcləmişdir. Xərcliyinə pul lazım olduğundan Zərərçəkmiş şəxs2 demişdir ki, guya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində, Bakı şəhər İcra Hakimiyyətində və digər orqanlarda tanışları var, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirməyə köməklik göstərə və digər istənilən işləri görə bilər. O, Azərlə aralarında torpaqla bağlı olan söhbətlərini dostları Zaur Hüseynova və Nizami Şahgəldiyevə demişdir. Razılığa gəlmişlər ki, Azəri inandırsınlar ki, guya torpaq sahəsini Zaur və Nizaminin əli ilə özəlləşdirəcək, aldıqları pulları bölərlər. Belə ki, həmin ərəfədə Zaur və Nizaminində pula ehtiyacları olmuş, düşünmüşlər ki, Azərdən aldığı pulu xərcləyərlər. İnandırıcı olsun deyə Azərə demişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin nümayəndəsi ilə torpaq sahəsinə baxmalıdır. Azər razılıq verdikdən sonra bu barədə Zaur və Nizamiyə bildirmişdir. Onların vaxtı olmadığından Zaur öz ofisində kuryer kimi işləyən, heç bir anket məlumatını bilmədiyi işçisindən xahiş etmişdir ki, ki, onunla birgə onun göstərəcəyi torpaq sahəsinə gedib həmin torpaq sahəsinin ölçülərini götürsün. Zaur və ya Nizami həmin kuryerə torpağı ölçməkdə məqsədləri barədə bildirməmişlər. O, Zaurun təqdim etdiyi, 23-25 yaşlı oğlanla birgə həmin torpaq sahəsinə gedərək torpağı nəzərdən keçirmiş, həmin oğlan torpağın ölçülərini götürmüşdür. Torpaq sahəsindən aşkar görünürmüş ki, torpaq sahəsi dövlət torpaq fonduna aiddir və yüksək gərginlikli elektrik xəttinin altındadır. Başa düşmüşdür ki, bu səbəbdən də Azər torpağı özəlləşdirə bilməmişdir. Torpağı özəlləşdirəcəyinə inandırmaq məqsədi ilə onunla kuryeri Azərin həyətində qarşılayan, səhv etmirsə Azərin qardaşı olan şəxsdən Azərin evinin çıxarışının surətini almışdır. Təxminən 1 həftə sonra, yəni 2020-ci ilin oktyabr ayının ortalarında Azərin iş yerində Azərə demişdir ki, torpaq sahəsini özəlləşdirməyə başlamış, torpaq sahəsinin özəlləşdirilməsi üçün 4.500 manat pul lazımdır, ilkin olaraq 2.500 manat ödəyər, qalan pulu isə hissə-hissə verər. Azər bildirmişdir ki, 4.500 manata havayıdır, o, Azərə demişdir ki, guya Azərin xətrinə tanışlarından xahiş etmiş deyə ucuz qiymətə razılaşıblar. Zərərçəkmiş şəxs2 işçisi Şahid3 iştirakı ilə ona 2.500 manat pul vermişdir. O, pulu götürərək Zaur və Nizami ilə görüşmüşdür. Azərdən 2.500 manat pul aldığını bildirmiş, Nizami demişdir ki, Mingəçevir şəhər Polis İdarəsində işləyən hazırda adını xatırlamadığı oğlu Tərtər rayonunda yol-nəqliyyat hadisəsi törədib, bu səbəbdən təcili olaraq Tərtər rayonuna getməlidir. O, həmin puldan 500 manatını Nizamiyə vermişdir ki, oğlunun dalınca Tərtər rayonuna getsin, 400 manatını Zaura vermiş, qalan 1.600 manatı isə özünə götürmüşdür. Bildirmişdir ki, öz payına düşəni götürdü, qalan 2.000 manatı alarkən Zaurla Nizami öz aralarında bölərlər. O, 1.600 manatı şəxsi işlərinə xərcləmişdir. Həmin ərəfədə, yəni 2020-ci ilin oktyabr ayının sonlarında Azər ona bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən «Razin Talkuçkası» adlanan Bakıxanov Bazarı ilə üzbə-üz, «Barbeku» kafesinin həyətində yer var, həmin yerdə dönər köşkü tikdirməklə işlətmək olar. O, Azərə demişdir ki, dönərxananın açılması üçün Sabunçu rayon İcra Hakimiyyətindən rəsmi icazə lazımdır, həmin icazəni 3.000 manat pul verməklə sənədləşmə aparmaq olar. Azər sənədləşmə işini bilmədiyindən ona inanaraq onunla razılaşmışdır. 2020-ci ilin noyabr ayında Azərə demişdir ki, guya Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində «Razin Talkuçkası» adlanan Bakıxanov Bazarı ilə üzbəüz yerləşən «Barbeku» kafesinin həyətində köşk tikdirməyə rəsmi olaraq razılıq almışdır. Azər ona inansın deyə Azərə xatırlamadığı hansısa sənədi ötəri göstərərək bildirmişdir ki, guya dönər köşkünün tikintisinə razılıq alınması barədə sənətdir, Azər sənədin olmasına inanaraq sənədə baxmamış və sənədi ona vermişdir. Azərə bildirmişdir ki, 3.000 manatı versin ki, lazımi adamlara ödəyəcək və həftənin altıncı günü saat 20:00 radələrində, yəni havanın qaranlıq saatlarında köçkü tikməyə başlasın. Azərə ona görə belə demişdir ki, əgər köçkü dəmir konstruksiyadan tikərlərsə tikinti tez başa çatacaq, bundan başqa tikinti gecə saatlarında və həftənin altıncı günü saat 20:00 radələrində başlanarsa tikintini polis və ya İcra Hakimiyyəti nümayəndələri görüb bilməyəcəklər. Azər bildirmişdir ki, əgər rəsmi razılığı vardırsa nə səbəbdən tikintini gecə saatlarında aparmalıdır. Cavabında demişdir ki, tikinti əslində gecə saatlarında aparılmalıdır ki, yoldan ötən insanların təhlükəsizliyi təmin edilsin. Azər onunla razılaşaraq dönər köşkünə görə 2020-ci ilin noyabr ayında işçisi Şahid3 iştirakı ilə «Medicare» klinikasında ona 3.000 manat pul vermiş, pulu alaraq Azərə bildirmişdir ki, torpağında özəlləşdirilməsi ilə bağlı sənədlərini düzəldəcək. O, həmin 3.000 manatı şəxsi işlərinə xərcləmişdir. 2020-ci ilin noyabr ayının axırlarında saat 20:00 radələrində Azər öz xərci ilə həmin ünvana dəmir gətizdirmiş, dərhal Azər əvvəlcədən danışdığı ustalarla quraşdırma işinə başlamışdır. O, tikinti aparılan yerdən uzaqlaşmış, növbəti günə keçən gecə, yəni saat 02:00 radələrində Azər dəmir konstruksiyadan dönər köşkü tikmişdir. Növbəti gün Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tikinti aparılan yerə gələrək sökülməsini tələb etmiş, tikintiyə razılıq verilmədiyini və tikinti üçün heç bir rəsmi sənəd olmadığını bildirmişlər. Həmin vaxtdan başlayaraq Azər ümumi tanışları olan Zaur Həsənovdan və Nizami Şahgəldiyevdən ona tez-tez xəbər göndərərək şikayət edəcəyini bildirmişdir. 2021ci ilin iyul ayının əvvələrində Nizami Şahgəldiyev və Zaur Həsənovla qərara gəlmişlər ki, Nizami və Zaur klinikaya gedib, Azərə bildirsinlər ki, guya Azərin torpağının sənədləşdirilməsinin tamamlanması üçün əlavə olaraq pul lazımdır. Belə ki, o, ilk günlərdən Azərə demişdir ki, torpağın özəlləşdirilməsinə 4.500 manat lazım olacaq. Lakin o, ilkin olaraq Azərdən 2.500 manat almış və o, Nizami və Zaur bilmişlər ki, Azər ona heç vaxt əlavə pul verməyəcək. Bu minvalla 15 iyul 2021-ci il tarixdə Nizami və Zaur klinikaya Azərin yanına getmiş, onun əvəzinə Azərdən üzr haqlıq etmiş, Zaur bildirmişdir ki, guya torpaq sahəsinin özəlləşdirilməsi məsələsini Zaur həll edir. Zaur və Nizami bir daha söz vermişlər ki, torpağı özəlləşdirəcəklər, Azər ondan şikayət etməsin. Nizami Şahgəldiyev torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyərək Azərdən 1.500 manat pul almışdır. 2021-ci ilin iyul ayının sonlarında Nizami və Zaur bir daha klinikaya getmiş, onlar torpaq sahəsinin özəlləşdirilməsi məsələsinin artıq 1 ay ərzində həll olunacağını demiş, əlavə olaraq 3.300 manat pul istəyərək bildirmişlər ki, 20 avqust 2021ci il tarixdə torpağın sənədləri tam hazır olacaq. Azər 2.000 manat Nizami Şahgəldiyevə vermiş, bildirmişdir ki, qalan 1.300 manat günortadan sonra hazır olacaq. Həmin tarixdə Zaur Həsənov klinikaya gedərək 1.300 manatı Azərdən götürmüşdür. Bundan başqa 2021-ci ilin avqust ayında X10 zəng edərək torpaq sahəsinin çıxarışının hazırlandığını bildirmiş, əlavə olaraq kart hesabına 700 manat pul köçürməsini istəmişdir. Azər həmin 700 manatı Zaur Həsənovun kart hesabına köçürtmüş, Nizami və Zaur sonradan aldıqları pullardan ona verməmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi adı ilə Azərdən cəmi 8.000 manat almışlar, bundan başqa dönər köşkünün açılması adı ilə Azərdən 3.000 manat özü almış, Azərdən cəmi 11.000 manat alınmışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Azərin «Medical» klinikasında Azərin iş otağında olan zaman Azər onu Şahid2lə tanış etmişdir. Tanışlıqları zamanı o, Nikbinə bildirmişdir ki, Bakı və rayon icra Hakimiyyətlərində tanışları var, istənilən məsələni həll edə bilər. 2021-ci ilin yanvar ayının əvvəllərində Nikbin ona zəng vuraraq bildirmişdir ki, tanışı Şaiqin Binəqədi qəsəbəsində tikinti işini gördüyü tikinti sahibinə köməklik lazımdır. Belə ki, tikinti sahibi Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən hündür mərtəbəli binadan almış olduğu qeyri-yaşayış sahəsinin küçəyə baxan hissəsini artırmaq istəyir. O, Nikbinə demişdir ki, tikintini artırmaq üçün müvafiq icazəni Bakı şəhəri, Binəqədi rayon icra Hakimiyyətlərindən, Şəhərsalma İdarəsindən və aidiyyəti orqanlardan almaq olar. 06 yanvar 2022-ci il tarixdə Nikbin onu yığaraq telefonda qeyri-yaşayış sahəsinin sahibi Zərərçəkmiş şəxs1la danışdırmışdı. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ilk 10 gündə tikintinin dəmir konstruksiyası üçün icazə alacaq. 30 yanvar 2021-ci il tarixədək icazəni tam alacaq. O, Zərərçəkmiş şəxs1 telefonda pul və ya məbləğ deməmiş, bildirmişdir ki, maraqlanıb pul barədə deyər. Sonradan Nikbin onu yığarkən bildirmişdir ki, 45.000 manata bütün sənədləşmə işlərini görə bilər. Həmin tarixdə saat 19:00 radələrində Nikbinlə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Qızıl Açar» tikinti şirkətinin ofisində Zahirin otağında görüşmüşlər. Həmin görüş zamanı Nikbin ona 11.660 manat pul vermiş, bildirmişdir ki, pulun qalan hissəsini tikinti üçün icazə tam alındıqdan sonra verəcək. İnandırıcı olsun deyə o, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda tikilmiş hündür mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə getmiş, orada artırılacaq ərazinin layihəsini çəkmişdir. 16 yanvar 2021-ci il tarixdə Nikbinin yaşadığı ünvan 10 ünvanına «Hyundai Sonata» markalı, «az ** TT ***» dövlət qeydiyyat nişanlı avtomobilində getmiş, Nikbinə telefonda bildirmişdir ki, guya tikintinin icazəsi alınıb, sənədləşmənin davam etdirilməsi üçün təcili olaraq 10.000 manat pul lazımdır. Nikbin 10.000 manatla həyətə düşmüş, yanında bir nəfər oğlanda olmuş, Nikbin avtomobilə minərək ona 10.000 manat vermiş və sağollaşaraq ayrılmışlar. 30 yanvar 2022-ci il tarixdən başlayaraq Nikbin onu tez-tez yığaraq işlə maraqlanmış, hər dəfə ona demişdir ki, icazə tezliklə hazır olacaq. Nikbin aldanıldığını başa düşüb Zərərçəkmiş şəxs1, atası Yaşar Vəliyev və xatırlamadığı bir nəfər şəxslə onun yaşadığı Suraxanı rayonu, Mədən küçəsindəki evinə gələrək ondan 21.600 manatı tələb etmişlər. Hal-hazırda törətdiyi əməldən peşmandır. Dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvəllərində özünə məxsus 1995-ci ildən aldığı ünvan 12 ünvanda yerləşən həyət evinə bitişik 0.2 ha, yəni 2 sot torpaq sahəsini özəlləşdirmək qərarına gəlmiş, lakin evinə bitişik olan 0.2 ha torpaq sahəsi dövlət torpaq fonduna aid olduğundan və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən özəlləşdirə bilməmişdir. Bununla bağlı bir neçə tanışına müraciət etmişdir. Həmin ərəfədə 2000-ci ildə birgə hərbi xidmətdə olduqlarından aralarında dostluq münasibətləri yaranmış Təqsirləndirilən şəxs işlədiyi «Medicare» klinikasına gəlmişdir. Söhbət əsnasında Etibar demişdir ki, evinə bitişik olan 0.2 ha torpaq sahəsi var, lakin dövlət torpaq fonduna aiddir və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə olmasaydı torpağı özəlləşdirərdi. Etibar bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində tanışları var, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirə bilər. Bu danışıq klinikanın icraçı direktoru Şahid3 iştirakı ilə olmuşdur. Etibar istər hərbi xidmət, istərsə də, hərbi xidmətdən sonra onun etibarını qazandığından Etibara inanmış, torpaq sahəsinin müvafiq sənədlərinin surətini Etibara təqdim etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs klinikaya gələrək bildirmişdir ki, torpaq sahəsini özəlləşdirməyə başlayıb, torpaq sahəsinin özəlləşdirilməsi üçün 4.500 manat lazımdır, ilkin olaraq 2.500 manat ödənməlidir. O, bu işin belə ucuz başa gələcəyinə təcüblənmiş. Etibar bildirmişdir ki, guya ona görə tanışlarından xahiş etmiş, tanışları Etibarın xahişini nəzərə alaraq ucuz qiymətə razılaşmışlar. Həmin tarixdə o, işçi Şahid3 iştirakı ilə Etibara torpağın özəlləşdirilməsi üçün 2.500 manat pul vermişdir. 2020-ci ilin oktyabr ayının sonlarında o, Etibara bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən «Razin Talkuçkası» adlanan Bakıxanov Bazarı ilə üzbə-üz, “Barbeku” kafesinin həyətində yer var, həmin yerdə dönər köşkü tikdirməklə işlətmək olar. Etibar ona bildirmişdir ki, dönərxananın açılması üçün Sabunçu rayon İcra Hakimiyyətindən rəsmi icazə lazımdır, həmin icazəni 3.000 manat pul verməklə sənədləşmə aparmaq olar. Etibara tam inanmadığından demişdir ki, dönərxananın tikilməsi barədə İcra Hakimiyyətindən sənəd alınandan sonra 3.000 manatı verəcək. Həmin ərəfədə Etibar ona bildirmişdir ki, guya Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində «Razin Talkuçkası» adlanan Bakıxanov Bazarı ilə üzbə-üz yerləşən «Barbeku» kafesinin həyətində dəmir konstruksiyalı köşk tiktirməyə rəsmi olaraq razılıq alıb. Hətta Etibar ona guya razılıq alması barədə sənəd göstərmiş, lakin sənəd Etibarın özündə qalmışdır. O, tam əmin olmuşdur ki, Etibar razılıq alıb və onu aldatmır. Etibar demişdir ki, torpağın özəlləşdirilməsi ilə bağlı tələsməsin, həmin işidə həll edəcək. O, ticarət işini bilmədiyindən 2020-ci ilin oktyabr ayının sonlarında yenidən işçi Nurlananın iştirakı ilə «Medicare» klinikasında Etibara 3.000 manat pul vermişdir. Ona pul lazım olanda işçisi Nurlana müraciət edir. Belə ki, pullarını klinikada Nurlana saxlayır, odur ki, hər dəfə Etibara pulu Nurlananın şahidliyi ilə vermişdir. Həmin vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq Etibar torpaq sahəsinin özəlləşdirilməsi üçün heç bir iş görmədiyindən o, həmin işə görə və dönər köşkü ilə əlaqədar Etibarı tələsdirmişdir. 2020-ci ilin noyabr ayında Etibar bildirmişdir ki, saat 20:00 radələrində, yəni havanın qaranlıq saatlarından başlayaraq gecə saatlarınadək köşkü tikməlidirlər. O, Etibardan soruşmuşdur ki, əgər rəsmi razılıqları vardırsa nə səbəbdən gecə saatlarında tikməlidirlər. Etibar bildirmişdir ki, tikinti əslində gecə saatlarında aparılmalıdır ki, yoldan ötən insanların təhlükəsizliyi təmin edilsin, önəmlisi razılıq sənədi olduğundan əhəmiyyət verməmişdir. 2020-ci ilin noyabr ayının axırlarında saat 20:00 radələrində öz xərci ilə həmin ünvana dəmir gətizdirmişdi. Həmin vaxt Etibar oradan getmiş, lakin əhəmiyyət verməmiş, düşünmüşdür ki, rəsmi sənəd vardırsa problem olmaz. Tikintiyə başlayarkən bu barədə məlumat verməsi üçün Etibara zəng vurmuş, lakin Etibar telefonunu artıq söndürmüşdür. O, dərhal əvvəlcədən danışdığı ustalarla birgə quraşdırma işinə başlamışlar. Növbəti günə keçən gecə, yəni saat 02:00 radələrində dəmir konstruksiyadan dönər köşkü tikərək işlərini bitirmişlər. Növbəti gün Sabunçu rayon icra Hakimiyyətinin əməkdaşları tikinti aparılan yerə gələrək tikintinin sökülməsini tələb etmiş, o, bildirmişdir ki, tikintiyə rəsmi sənəd almış, lakin icra nümayəndələri demişlər ki, tikintiyə razılıq verilməyib və heç bir rəsmi sənəd yoxdur. O, başa düşmüşdür ki, Etibar onu aldadıb. Həmin gündən başlayaraq Etibara zəng çatmamış, onun nömrəsi bloka atmış, Etibarı axtarsa da tapa bilməmişdir. Əmin olmuşdur ki, Etibar onu aldadaraq pulunu ələ keçirib. Odur ki, şikayət etmək qərarına gəlmiş, Nizami Şahgəldiyev və Zaur Həsənovun vasitəsi ilə Etibara şikayət edəcəyi barədə xəbər göndərmişdir. 2021 -ci ilin iyul ayının əvvələrində həmin söhbətlərdən təxminən 10 ay ötəndən sonra Etibarın vasitəsi ilə tanıdığı Nizami Şahgəldiyev və Zaur Həsənov klinikaya gəlmiş, Zaur və Nizami torpağın özəlləşdirilməsi ilə bağlı özünün məşğul olduğunu bildirmiş, işin ləngiməsinə görə Etibarın əvəzinə ondan üzr haqlıq etmişlər. Zaur və Nizami torpaq sahəsinin özəlləşdirilməsi məsələsini həll edəcəklərinə bir daha söz verərək xahiş etmişlər ki, Etibardan şikayət etməsin. 15 iyul 2021-ci il tarixdə Nizami torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyərək ondan əlavə olaraq 1.500 manat pul almışdır. 2021-ci ilin iyul ayının sonlarında Nizami və Zaur bir daha klinikaya gəlmiş, torpaq sahəsinin özəlləşdirilməsi məsələsinin 1 ay ərzində həll olunacağını demiş, əlavə olaraq ondan 3.300 manat pul istəmişlər. Bildirmişlər ki, 20 avqust 2021-ci il tarixdə torpağın sənədləri hazır olacaq. O, Nurlananın iştirakı ilə 2.000 manat Nizamiyə pul vermiş, bildirmişdir ki, günortadan sonra qalan 1.300 manatı apararlar. Həmin tarixdə Zaur Həsənov klinikaya gələrək 1.300 manatı ondan götürmüşdür. 2021-ci ilin avqust ayının əvvəllərində Zaur ona zəng edərək torpaq sahəsinin çıxarışının hazırlandığını demiş, əlavə olaraq kart hesabına 700 manat pul köçürməsini bildirmişdir. O, Zaur Həsənovun sözlərinə əsasən qeyd olunan məbləğdə pulu sonuncunun kart hesabına köçürmüşdür. Həmin köçürmənin qəbzini izahatına əlavə etmişdir. Həmin vaxtdan sonra Etibarı tapa bilməmiş, ona sonradan məlum olmuşdur ki, Etibar, Nizami və Zaur heç bir iş görməmişlər. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadsində göstərmişdir ki, ünvan 13 ünvanında yerləşən hündür mərtəbəli binanın 1-ci mərtəbəsindən almış olduğu qeyri-yaşayış sahəsinin küçəyə baxan hissəsində rəsmi qaydada, yəni müvafiq orqanlardan sərəncam almaqla artırma etmək istəmişdir. 2021 -ci ilin yanvar ayının əvvəllərində bu barədə tikinti işlərini görən Şahid1 bildirmişdir. Şahid1 tanışı Nikbinə demişdir. Nikbin isə tanışı Etibara bildirmişdir. Etibar Nikbin demişdir ki, qeyri-yaşayış sahəsində artırma aparılması üçün Bakı şəhər İcra Hakimiyyətindən, Binəqədi rayon İcra Hakimiyyətindən, Şəhərsalma idarəsindən və aidiyyəti orqanlardan rəsmi icazə lazımdır. Etibar dediklərini Şaiqə ona danışmış və o, Nikbinlə görüşməli olmuşdur. 06 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Pekin» restoranının qarşısında idarə etdiyi «Range Rover» markalı, «az ** TY ***» dövlət qeydiyyat nişanlı avtomobilində o, oğlu Tanrıverdi, Nikbin və Şaiq görüşüb söhbət etmişlər. Söhbət zamanı Nikbinə bir daha demişdir ki, özünə məxsus olan Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən hündür mərtəbəli binadan almış olduğu qeyri-yaşayış sahəsinin küçəyə baxan hissəsini artırmaq istəyir. Nikbin həmin işi görməsini boynuna götürən Etibarı yığaraq telefonunu səsgücləndiriciyə qoymuş və onu Etibarla danışdırmışdır. Nikbin bildirmişdir ki, o, Etibarla danışıb razılığa gəlsin ki, problem olanda Nikbin arada qalmasın. O, Təqsirləndirilən şəxs tikintinin artırılması üçün hansı işləri görəcəyini soruşduqda Etibar demişdir ki, ilk on gündə ilkin olaraq tikintinin dəmir konstruksiyası üçün icazə alacaq, 30 yanvar 2021-ci il tarixədək isə icazəni tam alacaq. Daha sonra Etibar bildirmişdir ki, bu işin görülməsi üçün Nikbinə məbləğini deyəcəyi pulu Nikbinin vasitəsi ilə Etibara göndərsin. Lakin Təqsirləndirilən şəxs pulun ümumi məbləğini ona deməmişdir. Sonradan Təqsirləndirilən şəxs Nikbinə həmin iş üçün 45.000 manat lazım olduğunu demişdir. O, 45.000 manata razılaşmış və Nikbinə və Şaiqə demişdir ki, onlara da hörmət edəcək. Elə həmin gün o, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Pekin» restoranının qarşısında «Range Rover» markalı, «az ** TY ***» dövlət nömrəli avtomobilində Nikbinə 45.000 manat pul vermişdir. Sonradan Nikbinin ona deməsinə görə 20 avqust 2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Nikbin Təqsirləndirilən şəxs ilkin sənədləşmənin aparılmasına görə 11.660 manat pul vermiş, Nikbin Etibara demişdir ki, pulun qalan hissəsini Etibar tikinti üçün icazəni tam aldıqdan sonra verəcək. 16 yanvar 2021-ci il tarixdə Etibar Nikbinin ünvan 10 ünvanda yerləşən evinə gələrək tikinti üçün icazənin alındığını və sənədlərin hazır olduğunu demiş, təcili 10.000 manat pul lazım olduğunu bildirmişdir. Nikbin həmin ünvanda qalan 33.340 manatdan 10.000 manatını Etibara vermişdir. O, müddətin uzandığını görüb mütəmadi olaraq Şaiqə və Nikbinə zəng vuraraq iş barədə maraqlanmış, lakin hər dəfə Nikbin demişdir ki, Etibar sənədləri düzəltməklə məşğuldur. Həmin ərəfədə Təqsirləndirilən şəxs Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvandakı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə gəlmiş, həmin vaxt o, Nikbin və Şaiq orada olmuşlar. Etibar qeyri-yaşayış sahəsinin qarşısındakı yeri ölçmüş və aparılacaq tikintinin layihəsini çəkərək bildirmişdir ki, guya Binəqədi rayonu və Bakı şəhər icra Hakimiyyətlərindən tikintinin icazəsini alıb, layihəni verən kimi işə başlanılmalıdır. Növbəti gün Etibar onlara özünün çəkdiyi layihəni təqdim edərək bildirmişdir ki, həmin qaydada tikintiyə icazə almış, tikinti həftənin altı bazar günü yalnız dəmir konstruksiya ilə aparılmalıdır və qısa müddətdə başa çatdırılmalıdır. Etibar demişdir ki, guya icazə verilərkən bildirilib ki, tikinti saat 20:00 radələrində başlayıb qısa müddətdə yekunlaşmalıdır. O, qanuni olan tikintinin nə səbəbdən bu formada aparılmasını soruşduqda, Etibar bildirmişdir ki, guya İcra Hakimiyyətlərindən tapşırıq həmin qaydada verilmişdir. Etibarın sözünə əsasən 2021-ci ilin yanvar ayının sonlarında həftənin şənbə günü tikintiyə başlamış, növbəti gün, yəni həftənin bazar günü tikinti aparılarkən hadisə yerinə gələn İcra Hakimiyyətinin əməkdaşları tikintini dayandıraraq sökmüşlər. O, Etibarın onu və Nikbini aldatdığını başa düşmüş, Nikbin özündə saxladığı 23.340 manatı ona qaytarmış, o, oğlu Tanrıverdi Cavadov, Nikbin və Nikbinin atası Yaşar Etibarın yaşadığı Suraxanı rayonu, Mədən küçəsindəki evinə getmişlər. Etibarın evində Etibarla söhbətlər aparılmış, lakin Etibar 21.660 manatını qaytarmamışdır. Etibarın pulu qaytarmadığını görən Nikbin, evini sataraq 21.660 manatı Etibarın əvəzinə ona ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəində göstərmişdir ki, 2018-ci ildən «Medicare» klinikasında müxtəlif vəzifələrdə, 2020-ci ildən isə həmin klinikanın icraçı direktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 klinikanın təsisçisi və direktorudur, uzun illərdir ki, bir-birilərini tanıyırlar, A.B.Şəbəndəyevi Azərin vasitəsi ilə tanımış, Azərlə Etibar hərbi xidmətdə bir yerdə olmuşlar. 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini özəlləşdirmək qərarına gəlmişdir. Bununla bağlı bir neçə tanışına müraciət etmiş, o cümlədən Etibar da bu barədə bilmişdir. Etibar Azərə demişdir ki, Etibarın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində tanışları vardır, həmin şəxslərin vasitəsi ilə pul müqabilində torpaq sahəsini özəlləşdirməkdə köməklik göstərə bilər. Bu danışıq onun iştirakı ilə «Medicare» klinikasında baş tutmuşdur. Azər Etibara inandığı üçün həmin işin görülməsinə etiraz etməmiş və torpaq sahəsinin müvafiq sənədlərinin surətini Etibara təqdim etmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Etibar bir daha klinikaya gələrək Azərlə görüşmüş və torpaq sahəsinin özəlləşdirilməsi üçün 4.500 manat pul lazım olduğunu bildirmişdir. Azər və o, bu işin belə ucuz qiymətə başa gəldiyindən təcüblənmiş, Etibar bunu Azərə görə tanışlarından xahiş etdiyini, bu səbəbdən hörmət olaraq bu qiymətə torpağı özəlləşdirdiklərini demişdir. Həmin tarixdə Azər onun iştirakı ilə Etibara ilkin olaraq 2.500 manat pul vermiş və sonuncu çıxıb getmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında klinikada olarkən Zərərçəkmiş şəxs2 Etibara bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən «Razin Talkuçkası» adlanan Bakıxanov Bazarı ilə üzbə-üz, «Barbeku» kafesinin həyətində yer var, həmin yerdə dönər köşkü tikdirməklə işlətmək istəyir. Etibar Azərə demişdir ki, dönərxananın açılması üçün Sabunçu rayon İcra Hakimiyyətindən rəsmi icazə lazımdır, həmin icazəni 3.000 manat pul verməklə sənədləşmə aparmaq olar. Zərərçəkmiş şəxs2 Etibara demişdir ki, dönərxananın tikilməsi barədə icra Hakimiyyətindən sənəd alandan sonra 3.000 manatı verəcək. Həmin ərəfədə Etibar Zərərçəkmiş şəxs2 bildirmişdir ki, guya Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində «Razin Talkuçkası» adlanan Bakıxanov Bazarı ilə üzbə-üz yerləşən “Barbeku” kafesinin həyətində dəmir konstruksiyalı köşk tiktirməyə rəsmi olaraq razılıq almışdır. X11 Məhərrəmova guya razılıq alması barədə sənəd göstərmiş, lakin sənəd Etibarın özündə qalmışdır. Etibar Azərə demişdir ki, torpağın özəlləşdirilməsi ilə bağlı tələsməsin, həmin işidə həll edəcək. 2020-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 onun iştirakı ilə «Medicare» klinikasında Etibara 3.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 pul lazım olanda ona müraciət edir, belə ki, Azərin pullarını klinikada o, saxlayır, odur ki, hər dəfə Azər Etibara pul verərkən pulun verilməsinin şahidi olmuşdur. Həmin vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq Etibar nə torpaq sahəsinin özəlləşdirilməsi, nə də ki, dönər satışının həyata keçirilməsi üçün yerli İcra Hakimiyyətindən icazəsini almamışdır. Azər həmin işlərlə bağlı Etibardan dəfələrlə maraqlansa da, Etibar müxtəlif bəhanələr gətirərək işlərin yaxın zamanda həll olunacağına vəd vermişdir. Azər aldanıldığını başa düşüb Etibardan şikayət etmək qərarına gəlmiş və şikayət edəcəyini Etibara demişdir. 15 iyul 2021-ci il tarixdə Etibarın vasitəsi ilə tanıdıqları Nizami Şahgəldiyev və Zaur Həsənov klinikaya gəlmiş, onlar Etibarın əvəzinə Azərdən üzrhaqlıq etmiş, torpaq sahəsinin özəlləşdirilməsi məsələsini Zaurla Nizami həll edəcəklərini bildirmişlər. Zaur və Nizami Azərdən xahiş etmişlər ki, Etibardan şikayət etməsin. Həmin vaxt Nizami və Zaur torpaq sahəsinin özəlləşdirilməsinə əlavə vəsait lazım olacağını deyərək klinikada Azərdən əlavə olaraq 1.500 manat pul almışlar. 2021 -ci ilin iyul ayının sonlarında Nizami və Zaur bir daha klinikaya gələrək Azərə torpaq sahəsinin özəlləşdirilmə məsələsinin artıq 1 ay ərzində həll olunacağını deyib Azərdən əlavə olaraq 3.300 manat pul istəmişlər. Bildirmişlər ki,20 avqust 2021-ci il tarixdə torpağın sənədləri hazır olacaq. Həmin tarixdə Azər onun iştirakı ilə Nizamiyə 2.000 manat vermiş, qalan 1.300 manatı günün ikinci yarısı Zaura vermişdir. 2020-ci ilin avqust ayının əvvəllərində X10 zəng edərək torpaq sahəsinin çıxarışının hazırlandığını bildirib Azərdən əlavə 700 manat pul istəmiş, X9 sözlərinə əsasən qeyd olunan məbləğdə pulu sonuncunun kart hesabına köçürmüşdür. Lakin Etibar, Nizami və Zaurun torpaq sahəsinin çıxarışını almaq üçün vəd verdiyi vaxtın keçməsinə baxmayaraq bu iş həll olunmamışdır. Bir müddət sonra məlum olmuşdur ki, Etibar, Nizami və Zaur heç bir iş görməmişlər və Azərdən pulları alaraq ələ keçirmişlər. Bundan sonra Azər adı çəkilən şəxslərdən pulunu geri qaytarmaqlarını tələb etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək yayınmışlar. Bir müddət gözlədikdən sonra Azər həmin şəxslərdən şikayət etmək qərarına gəlmişdir. Etibar, Nizami və Zaur adlı şəxslərlə əlaqə saxlamağa çalışsalar da, sonradan Etibar, Nizami və Zaur istifadələrində olan mobil telefon nömrələrini söndürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində indirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir və himayəsində üç azyaşlı uşağı var. Hazırda heç bir yerdə işləmir. 2020-ci ilin noyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs2 təsisçisi olduğu Sabunçu rayonu, Sabunçu qəsəbəsində 12-ci Polis şöbəsi ilə üzbəüz yerləşən «Medical» klinikada Azərin iş otağında olan zaman Azər şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs klinikaya dəvət etmişdir. O, həmin günədək Təqsirləndirilən şəxs görməmiş və Təqsirləndirilən şəxslə ilk tanışlığı elə Azərin iş otağında baş tutmuşdur. Söhbət zamanı Azər Təqsirləndirilən şəxs ona özünün əsgərlik yoldaşı kimi təqdim edib ondan Etibara tikintidə iş tapmasını xahiş etmişdir. O, bu barədə dostu, «Qızıl Açar» tikinti şirkətinin rəhbəri X3 danışmış, sonuncu Təqsirləndirilən şəxs özünün tikinti şirkətinə tikinti nəzarətçisi düzəltmiş və həmin vaxtdan da Təqsirləndirilən şəxs «Qızıl Açar» tikinti şirkətində işləməyə başlamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində tanışı Şahid1 ona bildirmişdir ki, Binəqədi qəsəbəsində tikinti işini gördüyü tikinti sahibinə köməklik lazımdır. Belə ki, tikinti sahibi ondan xahiş etmişdir ki, tikintidə artım aparılmasına icazə almaq üçün bir nəfər tapsın. Bunu bildikdən sonra Şaiqə belə bir adam olmadığını və olduğu halda ona məlumat verəcəyini demişdir. O, bu barədə Təqsirləndirilən şəxs bildirmiş, Etibar ona demişdir ki, müvafiq icazəni Bakı şəhər İcra Hakimiyyətindən, Binəqədi rayon icra Hakimiyyətindən, Şəhərsalma idarəsindən və aidiyyəti orqanlardan ala bilər. Etibarın bu işi həll edə biləcəyini görüb Şahid1 bu barədə danışmış və 06 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Pekin» restoranının qarşısında Zərərçəkmiş şəxs1 idarə etdiyi «Range Rover» markalı, «az ** TY ***» dövlət qeydiyyat nişanlı avtomobilində o, Şaiq, Araz və Arazın oğlu Tanrıverdi görüşüb söhbət etmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs1 ona demişdir ki, özünə məxsus olan Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən hündür mərtəbəli binadan almış olduğu qeyri-yaşayış sahəsinin küçəyə baxan hissəsini artırmaq istəyir. O, Zərərçəkmiş şəxs1 həmin tikintini artırmaqda köməklik edə biləcək Təqsirləndirilən şəxs adlı tanışı ilə telefon vasitəsilə danışdıra biləcəyini deyib istifadəsində olan telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrindən birinə zəng edib telefonunu səsgücləndiriciyə qoymuş və Zərərçəkmiş şəxs1 özü Təqsirləndirilən şəxslə danışmışdır. O, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs bildirmişdir ki, işlərini elə görsünlər ki, bir problem olmasın və o, arada qalmasın. Onların hər ikisi belə bir problem olmayacaqlarını demiş və telefonda söhbətlərini davam etdirmişlər. Zərərçəkmiş şəxs1 Etibara tikintinin artırılması üçün hansı işləri görməli olduğunu soruşduqda Etibar demişdir ilk on gündə tikintinin dəmir konstruksiyası üçün icazə alacaq, 30 yanvr 2021-ci il tarixədək isə icazəni tam alacaq. Daha sonra Etibar Zərərçəkmiş şəxs1 demişdir ki, bu işin görülməsi üçün dediyi pulu onun vasitəsi ilə Etibara göndərsin. Lakin Təqsirləndirilən şəxs pulun ümumi məbləğini Zərərçəkmiş şəxs1 deməmişdir. Sonradan Təqsirləndirilən şəxs ona həmin iş üçün 45.000 manat lazım olduğunu demişdir. O, bu işin görülməsi üçün 45.000 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs1 demiş, Zərərçəkmiş şəxs1 da bu təkliflə razılaşmış, bildirmişdir ki, ona və Şahid1 da hörmət edəcək. Elə həmin gün Zərərçəkmiş şəxs1 ona Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Pekin» restoranının qarşısında «Range Rover» markalı, «az ** TY ***» dövlət qeydiyyat nişanlı avtomobilində 45.000 manat pulu həmin işin görülməsi məqsədi ilə Etibara çatdırmaq üçün vermişdir. Bundan sonra elə həmin gün, yəni 06 yanvar 2021-ci il tarixdə, saat 19:00 radələrində Təqsirləndirilən şəxs və o, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Qızıl Açar» tikinti şirkətinin ofisində Zahir Nurəliyevin otağında görüşmüş, Təqsirləndirilən şəxs Zahir Nurəliyevin şahidliyi ilə ofisdə 11.660 manat pul vermişdir. Pulun qalan hissəsini isə Etibar tikinti üçün icazə tam alındıqdan sonra verməli olduqlarını demişdir. Arazdan aldığı 45.000 manat pulu özündə saxlamışdır ki, Etibar istədikcə versin. 16 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanına «Hyundai Sonata» markalı, «az ** TT ***» dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və istifadəsində olan mobil telefon nömrəsinə zəng edib tikinti üçün icazənin alındığını və sənədlərin hazır olduğunu, lakin təcili 10.000 manat pul lazım olduğunu bildirib onu küçədə gözlədiyini demişdir. O, evdən 10.000 manat pulu götürüb həmin vaxt evində olan dostu Fariz Bədəlovla küçəyə çıxmış, Etibarın avtomobilinə minərək 10.000 manatı Etiabara vermişdir. Etibara pulu verən zaman dostu Fariz də görmüşdür. Etibarın dediyi vaxt gəlib çatdıqda Etibara zəng edib işin nə yerdə olduğunu soruşmuş və Etibar tikinti üçün icazənin tezliklə hazır olacağını demişdir. Müddətin uzandığını görüb Etibara mütəmadi telefon zəngləri etməyə başlamış, Zərərçəkmiş şəxs1 pullarını qaytarmasını dedikdə Etibar müxətlif bəhanələr gətirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 və Şahid1 orada olmuş, Etibar qeyri-yaşayış sahəsinin qarşısındakı yeri ölçərək aparılacaq tikintinin layihəsini çəkmiş və bildirmişdir ki, guya Binəqədi rayonu və Bakı şəhər İcra Hakimiyyətlərindən tikintinin icazəsini alıb, layihəni verən kimi işə başlanılmalıdır. Növbəti gün Etibar özünün çəkdiyi layihəni təqdim edərək bildirmişdir ki, həmin qaydada tikintiyə icazə almış, tikinti həftənin altı bazar günü yalnız dəmir konstruksiya ilə aparılmalı və qısa müddətdə başa çatdırılmalıdır. Etibar demişdir ki, guya icazə verilərkən bildirilib ki, tikinti saat 20:00 radələrində başlayıb qısa müddətdə yekunlaşmalıdır. Qanuni olan tikintinin nə səbəbdən bu formada aparılmasını soruşduqda, Etibar bildirmişdir ki, guya İcra Hakimiyyətlərindən tapşırıq həmin qaydada verilmişdir. Etibarın sözünə əsasən 2021-ci ilin yanvar ayının sonlarında həftənin şənbə günü tikintiyə başlanılmış, növbəti gün, yəni həftənin bazar günü tikinti aparılarkən hadisə yerinə gələn İcra Hakimiyyətinin əməkdaşları tikintini dayandıraraq sökmüşlər. Etibarın onu və Zərərçəkmiş şəxs1 aldatdığını başa düşüb dərhal özündə saxladığı 23.340 manatı Zərərçəkmiş şəxs1 qaytarmış, atası, Zərərçəkmiş şəxs1, Tanrıverdi Cavadov və o, Etibarın yaşadığı Suraxanı rayonu, Mədən küçəsindəki evinə getmiş, bütün cəhdlərə baxmayaraq Etibar ondan almış olduğu Zərərçəkmiş şəxs1 məxsus 21.660 manat pulu qaytarmamışdır. Etibarın pulu qaytarmadığını görüb o, və atası məcbur qalıb yaşadıqları evi satıb əldə etdikləri puldan qalan 21.660 manatını Zərərçəkmiş şəxs1 qaytarmışdır. Daha sonra bildirmişdir ki, onun niyyəti Zərərçəkmiş şəxs1 aldatmaq olmamış, Zərərçəkmiş şəxs1 ona görə köməklik göstərmək istəyirmiş ki, iş düzələcəyi təqdirdə Zərərçəkmiş şəxs1 ona və Şaiqə hörmət etməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ünvan 15 ünvanında yerləşən hündür mərtəbəli binada 1-ci mərtəbədən almış olduğu qeyri yaşayış sahəsinin təmirini apararkən Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsinin qarşısında olan boş yerin artırılmasına icazə almaq üçün kimsə olarsa məlumat versin. O, həmin ərəfədə bu barədə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, «Arzu» şadlıq sarayının yanında yerləşən çayxanada Şahid2 bildirmişdir. Qeyd olunan günlərdə Şahid2 bu barədə tanışı Təqsirləndirilən şəxs dedikdə Etibar bildirmişdir ki, tikintidə artırma aparılması üçün müvafiq icazəni Bakı şəhəri, Binəqədi rayon icra Hakimiyyətindən, Şəhərsalma idarəsindən və aidiyyəti orqanlardan ala bilər. 06 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Pekin» restoranının qarşısında Zərərçəkmiş şəxs1 idarə etdiyi «Range Rover» markalı, «az ** TY ***» dövlət qeydiyyat nişanlı avtomobilində o, Nikbin, Araz və Arazın oğlu Tanrıverdi görüşüb söhbət etmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs1 Nikbinə demişdir ki, özünə məxsus olan Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən hündür mərtəbəli binadan almış olduğu qeyri- yaşayış sahəsinin küçəyə baxan hissəsini artırmaq istəyir. Nikbin Zərərçəkmiş şəxs1 demişdir ki, həmin tikintini artırmaqda tanışı Etibar Şəbəndiyev köməklik edə bilər. Nikbin telefonundan Təqsirləndirilən şəxs zəng edib telefonunu səsgücləndiriciyə qoymuş və Zərərçəkmiş şəxs1 özü Təqsirləndirilən şəxslə danışmışdır. Nikbin Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs bildirmişdir ki, işlərini elə görsünlər ki, bir problem olmasın və sonda Nikbin arada qalmasın. Araz və Etibar belə bir problemin olmayacağını demişlər. Zərərçəkmiş şəxs1 Etibara tikintinin artırılması üçün hansı işləri görməli olduğunu soruşduqda Etibar Zərərçəkmiş şəxs1 demişdir ki, ilk on gündə tikintinin dəmir konstruksiyası üçün icazə alacaq, 30 yanvar 2021-ci il tarixədək isə icazəni tam alacaq. Daha sonra Etibar Zərərçəkmiş şəxs1 demişdir ki, bu işin görülməsi üçün məbləğini deyəcəyi pulu Nikbinin vasitəsi ilə Etibara göndərsin. Lakin Təqsirləndirilən şəxs pulun ümumi məbləğini Zərərçəkmiş şəxs1 deməmişdir. Sonradan Təqsirləndirilən şəxs Nikbinə həmin iş üçün 45.000 manat lazım olduğunu demiş, Nikbində bu barədə Zərərçəkmiş şəxs1 bildirmiş, Zərərçəkmiş şəxs1 bu təkliflə razılaşmışdır. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Nikbinə və ona da hörmət edəcək. Elə həmin gün Zərərçəkmiş şəxs1 Nikbinə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Pekin» restoranının qarşısında 45.000 manat pulu həmin işin görülməsi məqsədi ilə Etibara çatdırmaq üçün vermişdir. 06 yanvar 2021-ci il tarixdə Şahid2 45.000 manatdan Təqsirləndirilən şəxs ilkin olaraq istədiyi 11.660 manatını sonuncuya vermiş, qalan pulu istədikcə verəcəyini demişdir. 16 yanvar 2021-ci il tarixdə Şahid2 Sabunçu rayonu ərazisində Təqsirləndirilən şəxs daha 10.000 manat pul vermişdir. Etibarın dediyi vaxt gəlib çatsa da, Etibar sərəncamı ləngitdiyinə görə Zərərçəkmiş şəxs1 onu və Nikbini tələsdirmiş, Nikbin bildirmişdir ki, Nikbin də Etibarı tələsdirir. Hətta Zərərçəkmiş şəxs1 pulunun geri qaytarılmasını istəyirmiş. Həmin ərəfədə Təqsirləndirilən şəxs Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə gəlmiş, həmin vaxt Şahid2 və Zərərçəkmiş şəxs1 orada olmuşlar. Etibar qeyriyaşayış sahəsinin qarşısındakı yeri ölçmüş və aparılacaq tikintinin layihəsini çəkmiş və bildirmişdir ki, guya Binəqədi rayonu və Bakı şəhər icra Hakimiyyətlərindən tikintinin icazəsini alıb, layihə verilən kimi işə başlanılmalıdır. Növbəti gün Etibar ona, Araza və Nikbinə özünün çəkdiyi layihəni təqdim edərək bildirmişdir ki, həmin qaydada tikintiyə icazə almış, tikinti həftənin altı bazar günü yalnız dəmir konstruksiya ilə aparılmalıdır və qısa müddətdə başa çatdırılmalıdır. Etibar demişdir ki, guya icazə verilərkən bildirilib ki, tikinti saat 20:00 radələrində başlayıb qısa müddətdə yekunlaşmalıdır. O, Nikbin və Araz qanuni olan tikintinin nə səbəbdən bu formada aparılmasını soruşduqda, Etibar bildirmişdir ki, guya icra Hakimiyyətlərindən tapşırıq həmin qaydada verilmişdir. Etibarın sözünə əsasən 2021-ci ilin yanvar ayının sonlarında həftənin şənbə günü tikintiyə başlanılmış, növbəti gün, yəni həftənin bazar günü tikinti aparılarkən hadisə yerinə gələn İcra Hakimiyyətinin əməkdaşları tikintini dayandıraraq sökmüşlər. Etibarın onları aldatdığını başa düşmüş, Nikbin dərhal özündə saxladığı 23.340 manatı Zərərçəkmiş şəxs1 qaytarmış, Nikbin, Nikbinin atası, Zərərçəkmiş şəxs1 və sonuncunun oğlu X4 yaşadığı Suraxanı rayonu, Mədən küçəsindəki evinə gedərək 21.660 manat pulu geri tələb etsələr də Etibar pulu qaytarmamışdır. Etibarın pulu qaytarmadığını görən Şahid2 atası ilə birgə yaşadıqları evlərini satıb 21.660 manatı Zərərçəkmiş şəxs1 ödəmişlər. Daha sonra bildirmişdir ki, Nikbinlə niyyətləri Zərərçəkmiş şəxs1 aldatmaq olmamış, Zərərçəkmiş şəxs1 ona görə köməklik göstərmək istəmişlər ki, iş düzələcəyi təqdirdə Zərərçəkmiş şəxs1 ona hörmət etməli idi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 noyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əlavə edilmiş ərizələrədən görünür ki, vurduğu ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-i tərəfindən verilmiş mədaxil qəbzinə əsasən 8.165 manat dövlət büdcəsinə ödəniş aparılmışdır. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş şəxslər tərəfindən şikayət və tələb yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 4(008)1021/2022 saylı, 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 dekabr 2022-ci il tarixdən hesablanmaqla, 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,166). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Maddi sübut bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından həbsdən azad edilsin. Maddi sübut bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsın (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qəradan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-381/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-381/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver