Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-382/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs “X6” MMC-nin nümayəndəsi - Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndəsi - Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şəfəq küçəsi, ev 23-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il saat 13:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “X7” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 70 km/sat surətlə ünvan 1 ünvanında yerləşən “Səhram“ marketin qarşısı ilə "Bakıxanov” dairəsindən üzü “Sabunçu" dairəsi istiqamətində hərəkət hissəsinin ikinci hərəkət zolağı ilə idarə edərkən Azərbaycan Respublikası “Yol hərəkəti haqqında“ Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə, başqa əmlaka zərər vurmamalı və yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub birinci hərəkət zolağında dayanmış “İSUZU-NPR 66L” markalı H017825 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmaması üçün lazımi zəruri tədbirlər görməmiş və “X7” markalı avtomobilinin sağ qabaq hissəsi “X6” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “İSUZU- NPR 66L” markalı H017825 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol hissəsi ilə toqquşmuş, ehtiyatsızlıqdan «X7” markalı avtomobilin zədələnməsi nəticəsində “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə 5246 manat, “İSUZİJ-NPR 661” markalı avtomobilin zədələnməsi nəticəsində "X6" Məhdud Məsuliyyətli Cəmiyyətə 80 manat maddi ziyan dəyməsinə, «X7” markalı avtomobilin sağ qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 hər iki almacıq və hər iki əng sümüklərinin, burun sümüyünün və burun çəpərinin yerini dəyişən qapalı qəlpəli sınıqları; sağ göz yuvasıətrafı-almacıq-yanaq nahiyəsinin qançırı; üst və alt dodaq nahiyələrinin əzilmiş yaraları; alın nahiyəsinin və sağ saidin sıyrıqları ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, bir neçə ildir "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. 2020-ci ilin mart ayında “xxxxxxxxxx” MMC-dən lizinqə götürülmüş “Saipa Saina" markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobili Rəvan adlı şəxsə ilkin olaraq 3800 manat ödəniş etməklə almış, ayda 370 manat olmaqla 41 ay müddətinə “xxxxxxxxxx” MMC-nə ödəniş etməyi öhdəliyinə götürmüşdür. Bundan sonra, “xxxxxxxxxx” şirkəti tərəfindən ona bir aylıq etibarnamə verilmiş və hər ayın tamamında etibarnaməni “xxxxxxxxxx” şirkəti tərəfindən yenilənmişdir. xx xxx 2020-ci il saat saat 12:30 radələrində "Saipa Saina” markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə "Sərham” market istiqamətində 60 km/saat sürətlə hərkətdə olmuşdur. Həmin vaxt tanışı Zərərçəkmiş şəxs1 onun avtomobilinin sağ qabaq oturacağında sərnişin qismində əyləşmişdir. O, “Stimul” hospitaldan “Səhram” market istiqamətində olan 3 zolağlı hərəkət hissəsinin 2-ci zolağı ilə hərəkət edərkən sağdan sola birinci zolaqda “İSUZU-NPR 66L” markalı yük avtomobilinin 30-40 metr qabaqda dayanmış vəziyyətdə olduğunu görmüş, o, idarə etdiyi avtomobilin əyləcini sıxıb surətini azaltmaq istəsə də, həmin vaxt avtomobil sağ tərəfə şürüşmüş və idarə etdiyi avtomobilin sağ qabaq hissəsi hərəkət hissəsinin birinci zolağında dayanmış “İSUZU-NPR 66L” markalı H017825 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol arxa hissəsi ilə toqquşmuşdur. Bundan sonra, o, avtomobildən yerə düşmüş və avtomobilin sağ qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 yaxınlaşmış, Fərid ona yaxşı olduğunu bildirmişdir. Avtomobilin sağ qabaq qapısı açılmadığı üçün Zərərçəkmiş şəxs1 avtomobilin sol qabaq qapısında yerə düşmüş, Zərərçəkmiş şəxs1 əlini burnuna tutub “Sərham” marketə tərəf getmişdir. Həmin vaxtı hadisə baş verən ərazidən keçən Yol-Patrul Xidmətinin əməkdaşları onlara yaxınlaşmış, sənədləri yoxlanıldıqdan sonra sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə tibbi müayinəyə göndərilmişdir. Tanış Zərərçəkmiş şəxs1 burnu qanadığı üçün atası Şahid2 onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. O, xəstəxanaya Zərərçəkmiş şəxs1 yanına getdiyi zaman Fəridin burnunun sındığını öyrənmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam ödəmiş və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. xx xxx 2020-ci il saat 12:00 radələrində o, Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində olan “777” adlı avtotəmir sexinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs elektrik dreli lazım olmuş, onlar Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa Saina” markalı, **- PE-*** dövlət nömrə nişanlı avtomobil ilə tanışları Anarın yanına getməyi qərara almışlar. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa Saina" markalı avtomobilin sağ qabaq oturacağında sərnişin qismində əyləşmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə “Sərham” market istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində '‘Stimul'' xəstəxanasının qarşısında karantin rejimi ilə əlaqədar qoyulmuş postu keçmiş, "Səhram” market istiqamətində 60- 70 km/saat surətlə hərəkət etmişdir.Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə “Stimul” xəstəxanasından “Səhram” market istiqamətində olan 3 zolaqlı hərəkət hissəsinin 2-ci hərəkət zolağında hərəkətdə olan zaman sağdan sola birinci zolaqda “İSUZU-NPR 66L” markalı yük avtomobilinin 30-40 metr qabaqda dayanmış vəziyyətdə olduğunu görmüşlər, Toğrul idarə etdiyi avtomobilin əyləcini sıxıb surətini azaltmaq istəsə də, həmin vaxt avtomobil sağ tərəfə şürüşmüş və Toğrulun idarə etdiyi avtomobilin sağ qabaq hissəsi hərəkət hissəsinin birinci zolağında dayanmış “İSUZU-NPR 66L” markalı H017825 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol arxa hissəsi ilə toqquşmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs avtomobildən yerə enmiş və ondan vəziyyətinin necə olmasını soruşmuş, o, Toğrula yaxşı olduğunu bildirmişdir. Avtomobilin sağ qabaq qapısı açılmadığı üçün o, məcbur olub avtomobilin sol qabaq qapısını açaraq yerə düşmüşdür. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünasıdır. “X7” markalı, **-PE-*** dövlət nömrə nişanlı minik avtomobili “xxxxxxxxxx” MMC-yə məxsusdur. xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən "Səhram” marketin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «X7” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsindən sonra həmin minik avtomobili təmir olunan zaman minik avtomobilinin qabaq hissəsi tamamilə əzildiyi, avtomobilin sağ və sol qabaq qapıları, damı əyildiyi müəyyən edilmişdir. Minik avtomobilinin ehtiyat hissəsləri 3786 manat, ustaya ödənilməli olan məbləğ isə 1460 manat təşkil edir. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə ümumilikdə 5246 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığlarını, onlara dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda, zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığlarını, onlara dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs “X6” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətdə hüquqşünas vəzifəsində işləyir. “İSUZU-NPR 66L” markalı, H017825 dövlət qeydiyyat nişanlı yük avtomobili “X6” MMC-yə məxsusdur. xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Səhram” marketin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “İSUZU-NPR 66L” markalı, H017825 dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsindən sonra həmin yük avtomobili təmir olunan zaman müəyyən edilmişdir ki, yük avtomobilinin sol və sağ arxa stop işıqları sınıb, arxa buferi nisbədən əyilmişdir. Yük avtomobilinin sol və sağ arxa stop işıqlarının hərinin qiyməti 25 manat, dəyişdirlməsi üçün ustaya ödənilmiş məbləğ 10 manat, arxa buferin (profil dəmirinin) düzəldilməsi üçün ustaya ödənilmiş məbləğ 20 manat təşkil etmişdir. Beləliklə, baş vermiş yolnəqliyyat hadisəsi zamanı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətə ümumilikdə 80 manat maddi ziyan dəymişdir.Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığlarını, onlara dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda, zərərçəkmiş hüquqi şəxs “X6” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığlarını, onlara dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 37-ci vərəqəsində olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 xx xxx 2020-ci il tarixli 016-45375 nömrəli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə AD seriyalı 188128 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 43-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 Sabunçu Rayon Şöbəsinin 719 saylı, xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər iki almacıq və hər iki əng sümüklərinin, burun sümüyünün və burun çəpərinin yerini dəyişən qapalı qəlpəli sınıqları; sağ göz yuvasıətrafı-almacıqyanaq nahiyəsinin qançırı; üst və alt dodaq nahiyələrinin əzilmiş yaraları; alın nahiyəsinin və sağ saidin sıyrıqları müəyyın edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, törənmə müddəti qərarda göstərilən xx xxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 48-49-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə X3 Ekspertizasının 8/713 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə Saipa Saina markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs Saipa Saina markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 70 km/saat surətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50- ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.3, 344- 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-382/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-382/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver