Məhkəmə qərarları › İş №1(008)-382/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-382/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-382/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 2002-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Şirvan şəhəri, Nizami küçəsi ev 27-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Xutor qəsəbəsində yaşayan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 04 aprel 2024-cü il tarixdə, saat 10:40 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «İsuzu» markalı, «az ** JO ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsində yerləşən «Qaraxan MTK» yaşayış kompleksinin yanında hərəkət edərkən Y.Əliyev küçəsində ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, həmin yerdə onunla qarşı istiqamətdə, hərəkət edən «Mersedes» markalı, «az ** XB ***» dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə aralarında yol üstündə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bir dəfə yumruqla Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona sol yanağın selikli qışa səthinin əzilmiş yarası, sol almacıq-yanaq nahiyyəsinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla xulıqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə, saat təxminən 10:40 radələrində idarə etdiyi «İpək» su şirkətinə məxsus «İsuzu» markalı, «az ** JO ***» dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı Nurlanla birlikdə Bakıxanov qəsəbəsində yerləşən "xxxx" MTK-ın binasına su gətirib, suyu çatdırıb binanın həyətindən çıxıb getmişlər. Qarşıdan «Mersedes» markalı minik avtomobil gəlirdi. Yol dar olduğu üçün sürücüyə avtomobilə yol vermək üçün işarə vermişdir. Həmin avtomobilin arxasında başqa bir avtomobil saxlamışdı. Aynanı aşağı edib birdə sürücüyə arxaya verməyi bildirmişdir. Sürücü avtomobildən düşərək onun idarə etdiyi avtomobilə yaxınlaşıb ona qarşı nalayiq ifadə işlətmişdi. Özüdə avtomobildən düşüb, bir-birinin yaxasından tutanda iş yoldaşı Nurlan yaxınlaşıb onları aralaşdırmışdı. «Mersedes» markalı avtomobilin sürücüsünü kənara aparmışdı. Həmin sürücü yenədə ona qarşı nalayiq ifadə işlədəndə ona cavab qaytarmışdı. Yenə aralarında mübahisə yaranmışdı. Sürücü yenədə onun və valideyinlərinin ünvanına nalayiq sözlər deyəndə, əsəbləşərək sağ əli ilə Mübarizin sol sifət nahiyyəsinə bir dəfə vurmuşdu. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə, saat 10:40 radələrində özünə məxsus olan «Mersedes E240» markalı, «az ** XB ***» dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı binanın həyətinə daxil olanda qarşıdan «az ** JO ***» dövlət qeydiyyat nişanlı yük avtomobinin gəldiyini görmüşdür. Yol darısqal olduğu üçün avtomobili arxaya vermişdi. «az ** JO ***» dövlət qeydiyyat nişanlı yük avtomobili həyətdən çıxması üçün arxaya verib ona yol vermək istəmişdi. Yolun sağ tərəfində olan boşluq əraziyə avtomobili sürmək istəmişdi. Lakin qarşıdan gələn yük avtomobilinin sürücüsü ara məsafəsi saxlamayaraq, onun avtomobilinin sağa çəkməyinə imkan verməmiş, ona avtomobili bir az arxaya vermək üçün, özü sağ tərəfə keçib ona yol verə bilməsini işarə etmişdi. Həmin vaxt yük avtomobilinin sürücüsünun onun ünvanına nalayiq ifadələr işlətdiyini eşidib, ona cavab qaytaranda sürücü avtomobili yolun ortasında saxlayıb avtomobildən düşərək ona yaxınlaşmışdı. Həmin sürücü onun əynində olan gödəkcənin qolundan tutub dartıb, yenədə onu söyüb təhqir edəndə yenədə ona cavab qaytarmışdı. Həmin «az ** JO ***» dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü sonradan adının Raqif olduğunu bildiyi oğlan əli ilə onun sol sifət nahiyyəsinə qəsdən bır dəfə vurmuşdu. Hal-hazırda onun heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə, saat 10:40 radələrində şirkətə məxsus «İsuzu» markalı, «az ** JQ ***» dövlət qeydiyyat nişanlı avtomobillə Raqiflə birlikdə Bakıxanov qəsəbəsində yerləşən "xxxx" MTK-ın binasına su gətirmişdilər. Suyu çatdırıb binanın həyətindən çıxıb gedəndə qarşıdan «Mersedes» markalı avtomobillə gəlmişdi. Sürücü Raqif keçmək üçün həmin sürücüdən yol istəmişdi. Yol üstündə Raqiflə «Mersedes» markalı avtomobilin sürücüsü arasında mübahisə yaranmışdı. «Mersedes» markalı avtomobilin sürücüsü Raqifə qarşı nalayiq ifadə işlədəndə onlar avtomobillərdən düşmüşlər. Onları aralaşdırmaq istəyəndə Raqif həmin sürücünün sifət nahiyyəsinə bir dəfə yumruqla vurmuşdu. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 17 aprel 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 726 saylı, 04 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol yanağın selikli qışa səthinin əzilmiş yarası, sol almacıq-yanaq nahiyyəsinin qançırı-bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 04 aprel 2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində və eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, törətdiyi əməldən peşman olmasını, onun alternativ cəza ilə islah olunmasının mümükünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar