Məhkəmə qərarları › İş №1(008)-384/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-384/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-384/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Mirbədəl oğlunun iştirakı ilə xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, ünvan 2i il tarixli qərarı ilə çəkilməmiş 02 il, 03 ay, 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, 01 il, 01 ay, 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında «həbsdə» saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq,şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 0.647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 08 sentyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəh., Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəh, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsinin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə saxladığı təmiz çəkisi 0.647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanda fəaliyyət göstərən «Xəyal» Ticarət Mərkəzində yerləşən «Kəndimiz» marketin pəncərəsini sındırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq 1.150 manat nağd pul və ümumi dəyəri 1.108.73 manat 73 qəpik olmaqla qiyməti 35 manat 60 qəpik olan 10 qutu Kent, qiyməti 284 manat 80 qəpik olan 80 qutu Kent 4, qiyməti 249 manat 20 qəpik olan 70 qutu Kent 1, qiyməti 35 manat 60 qəpik olan 10 qutu Kent, qiyməti 128 manat 00 qəpik olan 50 qutu Rothmans, qiyməti 25 manat 60 qəpik olan 10 qutu Rothmans, qiyməti 106 manat 50 qəpik olan 30 qutu Winston, qiyməti 28 manat 00 qəpik olan 10 qutu Pall Mail, qiyməti 53 manat 20 qəpik olan 20 qutu Winchester, qiyməti 50 manat 00 qəpik olan 20 qutu Winchester, qiyməti 22 manat 32 qəpik olan 6 qutu Dunhill, qiyməti 17 manat 80 qəpik olan 5 qutu Kent, qiyməti 14 manat 36 qəpik olan 4 qutu Davıdoff, qiyməti 30 manat 80 qəpik olan 8 qutu Sobranie, qiyməti 19 manat 25 qəpik olan 5 qutu Sobranie və qiyməti 7 manat 70 qəpik olan 2 qutu Sobranie markalı siqaretləri gizli olaraq talamaqla əmlak sahibi Zərərçəkmiş şəxs 2.258 manat 73 qəpik məbləğində maddi zərər vurub oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və soyadı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini almış və yaşadığı evə gedib istifadə etmək üçün üzərində saxlamışdır. 08 sentyabr 2022-ci il tarixdə, saat təxminən 19:30 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Abşeron küçəsi yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşaraq Sabunçu RPİ-in 42-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını soruşaraq şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt üzərində heç bir sənəd olmadığından, cibində isə psixotrop maddə metamfetamin olduğundan tez bir zamanda oradan yayınmaq istəsə də, polis əməkdaşlarının buna imkan verməmişlər. Polis əməkdaşları onu sorğu sual etmiş və və bir qədər söhbət etdikdən sonra narkotik vasitə və psixotrop maddələrin istifadəsində ondan şübhələndiklərini bildirib, onlarla birlikdə Sabunçu RPİ-in 42-ci Polis Bölməsinə getməyini təklif etmişlər. Buna etiraz etmədiyini və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 42-ci Polis Bölməsinə getmişdir. Polis Bölməsinin xidməti otaqlarından birində video çəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Polis əməkdaşları ona üzərində qanunla istifadəsi, daşınması qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməyini xahiş etmişlər. Artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etmiş və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı psixotrop maddə metamfetaminin aşkar etmişlər. Polis əməkdaşının təqdim etdiyi bükümdə aşkar olunmuş maddənin nə olduğunu soruşan da, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə metamfetamin olduğunu, eləcə də həmin metamfetamini Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 19 noyabr 2022-ci il tarixdə, təxminən saat 01:00 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32 məhəlləsi, ev 10, mənzil 7 A üvandan çıxıb Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən «Xəyal» bazarında yerləşən «Kəndimiz» adlı marketin yaxınlığına gəlmişdir. Evdən çıxarkən özü ilə tibbi maska və atvyorka götürmüşdür. Əvvəlcədən həmin marketin saat 20:00 radələrində bağlandığını və mühafizəçinin olmadığını bildiyini, marketin arxa tərəfində ölçüləri təxminən 1x1 metr olan pəncərənin dəmir barmaqlığının olmadığını görmüş, yerdən daş götürüb pəncərənin şüşəsini sındırıb marketin içərisinə daxıl olmuşdur. Dərhal kassaya yaxınlaşmış və kassanın açarının üstündə olduğunu görmüş, açarla kassanı açıb orada olan müxtəlif əskinaslı bütün kağız pulları götürüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sonra marketdə olan iki ədəd göy rəngli sellofan torba götürüb piştaxtada olan müxtəlif markalı tütün məmulatlarını yığıb həmin pəncərədən çıxmış, oradan yaşadığı mənzilə gəlib oğurladığı siqaret qutularını evin zirzəmisinə yığmışdır. Oğurladığı pulları saydığını, həmin vaxt ümumilikdə 1.150 manat nəqd pul oğurladığını bilmişdir. Həmin məbləğdən 800 manatı zirzəmidə gizlətmiş, qalan 350 manatı isə cibinə qoyub yaşadığı mənzilə getmişdir. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Mirbədəl oğlu ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildən Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi 1 ünvanda fəaliyyət göstərən «Xəyal» Ticarət mərkəzində yerləşən “Kəndimiz” adlı marketi icarə əsasında işlədir. 18 noyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində də marketi bağlayıb kassalarda olan pulları saydığım və hər iki kassada ümumilikdə 1.150 manat olduğunu müəyyən etmiş, pulları saydıqdan sonra yenidən həmin kassalara qoymuş və marketdən son özü çıxmışdır. 19 noyabr 2022-ci il tarixdə, saat 08:00 radələrində marketin qapısım açıb işə başlayarkən marketdə olan kassanı açanda orada pulların olmadığını aşkar etmişdir. Bu səbəbdən marketdə olan digər kassaya baxmış və orada da pulların olmadığım aşkar etmişdir. Marketə baxış keçirərkən marketin arxa tərəfində dəmir barmaqlıqları olmayan pəncərənin şüşəsinin sındırıldığım görmüşdür. Bundan sonra marketdən müxtəlif çeşidli tütün məmulatlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra polisə müraciət etmişdir. Hal-hazırda ona dəymiş ziyan dənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 42-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə müvafiq olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Həmin tarixdə ondan və 42-ci Polis Bölməsinin cinayət- axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupunun təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 sentyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yaxınlığında Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs piyada getdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənəd olmadığını bildirmiş, bir qədər onunla söhbət etdikdən sonra onu Polis Bölməsinə dəvət etmişlər. Onlarla razılaşıb birlikdə 42-ci PB-yə gəlmiş, Təqsirləndirilən şəxs üzərinə video çəkliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğunu deyərək, saxlanılmadan 2 gün əvvəl Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X2 ifadəsinə oxşar məhmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4938 saylı, 09 sentyabr 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının D.İ.N-m Zərflər Üçün 241» dairəvi möhür əksləri olan, «…. imza Təqsirləndirilən şəxs ...» yazı və imzalar qeyd edilmiş bir ədəd zərfin üzərində bir ədəd bükümdə təmiz çəkisi 0,647 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi-0.647 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.597 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X10 X6 Tibbi Yoxlamanın 5221 saylı, 15 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatroların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Abstinensiya, intoksikasiya əlamətlərinin olmamasım nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 noyabr 2022-cı il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)876/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)31/2022 saylı, 12 yanvar 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)876/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası 01 il, 01 ay, 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinə əsasənoğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talama və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən- oğurluq, yəni özgənin əmlakını gizli olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talamaya görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəh., Sabunçu RPİ-in 42-ci Polis Bölməsində üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə saxladığı təmiz çəkisi 0.647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi, 19 noyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanda fəaliyyət göstərən «Xəyal» Ticarət Mərkəzində yerləşən «Kəndimiz» marketin pəncərəsini sındırmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq 1.150 manat nağd pul və ümumi dəyəri 1.108.73 manat 73 qəpik olmaqla qiyməti 35 manat 60 qəpik olan 10 qutu Kent, qiyməti 284 manat 80 qəpik olan 80 qutu Kent 4, qiyməti 249 manat 20 qəpik olan 70 qutu Kent 1, qiyməti 35 manat 60 qəpik olan 10 qutu Kent, qiyməti 128 manat 00 qəpik olan 50 qutu Rothmans, qiyməti 25 manat 60 qəpik olan 10 qutu Rothmans, qiyməti 106 manat 50 qəpik olan 30 qutu Winston, qiyməti 28 manat 00 qəpik olan 10 qutu Pall Mail, qiyməti 53 manat 20 qəpik olan 20 qutu Winchester, qiyməti 50 manat 00 qəpik olan 20 qutu Winchester, qiyməti 22 manat 32 qəpik olan 6 qutu Dunhill, qiyməti 17 manat 80 qəpik olan 5 qutu Kent, qiyməti 14 manat 36 qəpik olan 4 qutu Davıdoff, qiyməti 30 manat 80 qəpik olan 8 qutu Sobranie, qiyməti 19 manat 25 qəpik olan 5 qutu Sobranie və qiyməti 7 manat 70 qəpik olan 2 qutu Sobranie markalı siqaretləri gizli olaraq talamaqla əmlak sahibi Zərərçəkmiş şəxs 2.258 manat 73 qəpik məbləğində maddi zərər vurub oğurluq etməsi tam olaraq Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 08 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (səh.,134). Cinayət işinin materiallarında olan 10 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,176). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh.,197). Cinayət işinin materiallarında olan 23 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,25). Cinayət işinin materiallarında olan 25 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,48). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)961/2022 saylı, 25 noyabr 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay həddində müəyyən edilmişdir (səh.,68). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)37/2023 saylı, 18 yanvar 2023-cü il tarixli həbs qətimkan tədbirinin uzadılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatət təmin edilməmişdir (səh.,94). Məhkəmə X5 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, azadlıqdan məhrum etmə növündə cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi» rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «16» iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)856/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi, 23 noyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixə kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.597 qram metamfetamin məhv edilməli, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalı, 1.150 manat pulun və 1.108 manat 73 qəpik tütün məmulatlarının Zərərçəkmiş şəxs Mirbədəl oğluna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «02» (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «02» (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «02» (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hazır ki, hökmlə təyin olunmuş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)876/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş «01» (bir) il, «01» (bir) ay, «24» (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş «07» (yeddi) ay, «14» (on dörd) gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «04» (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs və 23 noyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixə kimi həbsdə saxlandığı müddət «15» (on beş) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «03» (üç) ay, «15» (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «16» iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)856/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.597 qram metamfetamin məhv edilsin, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın, 1.150 manat pulun və 1.108 manat 73 qəpik tütün məmulatlarının Zərərçəkmiş şəxs Mirbədəl oğluna qaytarılması nəzərə alınsın. 55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar