Məhkəmə qərarları › İş №1(008)-384/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-384/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-384/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də şöbə rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "İnstagram" sosial şəbəkəsində yaratmış olduğu “grandavto.kredit.lizing” səhifəsində avtomobillərin sərfəli şərtlərlə lizinqə salınması barədə elan yerləşdirmiş, onunla əlaqə saxlayan Zərərçəkmiş şəxs1 Vaqif oğluna 6.000 manat pul ödəyəcəyi halda 19.500 manata almaq istədiyi “Hyundai Elantra” markalı avtomobilin geri qalan pulunu lizinq şərtləri ilə öz lizinq şirkətinin ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə 16 sentyabr 2023-cü il tarixdə saat 10:05 radələrində ünvan 3 ünvanında yerləşən "Araz minimarket" mağazasının içərisindəki ödəmə terminalından ***-***-**-** saylı M-10 nömrəsinə köçürmə yolu ilə 6.000 manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 Vaqif oğluna 6.000 manat, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "İnstagram" sosial şəbəkəsində yaratmış olduğu “grandavto.kredit.lizing” səhifəsində avtomobillərin sərfəli şərtlərlə lizinqə salınması barədə elan yerləşdirmiş, onunla əlaqə saxlayan Zərərçəkmiş şəxs2 14.000 manat pul ödəyəcəyi halda 25.600 manata almaq istədiyi “BMW” markalı avtomobilin geri qalan pulunu lizinq şərtləri ilə öz lizinq şirkətinin ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, cinayətdən xəbəri olmayan Şahid1 vasitəsilə 16 sentyabr 2023-cü il tarixdə saat 10:19 radələrində ünvan 3 ünvanında yerləşən "Araz minimarket" mağazasının içərisindəki ödəmə terminalından ***-***-**-** saylı M-10 nömrəsinə köçürmə yolu ilə 14.000 manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 14.000 manat, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə qəbul olmuş, oranı 3 ay oxuduqdan sonra xx.xx.2010-cu il tarixdə leytenant rütbəsi verilmiş və Yevlax rayonu, N nömrəli hərbi hissəsinin X10 Təminatda xidmət rəisi vəzifəsinə təyin olunmuş, 2 il orada işləmişdir, baş leytenantı rütbəsi ilə 2014-cü il tarixdə qoşundan təxris olunmuşdur. Sonradan İİ Qarabağ müharibəsi başlayanda ehtiyatda olan baş leytenant kimi müharibəyə çağırılmış, Hadrut rayonu, Daşaltı kəndi, Qubadlı və Füzuli rayonlarında ön cəbhədə döyüşmüşdür. Həmin müharibədə 2 dəfə yaralanmış, İİİ Qrup Qarabağ əlili olmaqla, Prezident təqaüdçüsüdür Füzuli və Qubadlı rayonunun azad olunma medalı, vətən uğrunda medalı, cəsur döyüşçüsü medalı və digər xatırlamadığı medallara ölkə rəhbərliyi tərəfindən layiq görülərək təltif olunmuşdur. 2022-ci il tarixdən borclarının çox olması səbəbindən, online qumar oyunları oynadığına görə borcları olduğundan, sosial şəbəkədə iş elanları verərək işlə bağlı müraciət edən şəxslərin kart hesablarından, şəxsiyyət vəsiqələrindən və nömrələrindən istifadə edərək sosial şəbəkədə kredit vermə və avto lizing səhifələri yaradaraq həmin səhifələrlə müraciət edən şəxslərdən müxtəlif vaxtlarda müxtəlif şəxslərdən online formada başqa-başqa adamlardan istifadə edərək onların vasitəsi ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, 077- 325-55-25, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-567-44- 67, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 070- 479-29-79, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və 077-378- 71-78 nömrələrlə istifadəsində olan qeyd olunan nömrələrə M10 vasitəsi ilə müxtəlif məbləğlərdə pullar göndərilmişdir. Həmin ona müraciət edən şəxslərin vasitəsi ilə pulları çıxartdırıb bəzilərində taksi vasitəsi ilə göndərtdirib götürmüşdür. Törətdiyi cinayət əməli ilə əlaqədar olaraq qeyd etmək istəyir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində işə qəbulla bağlı sosial şəbəkə elanlarından istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gəlmiş, Elmira adlı xanım mühasiblik işi axtardığım demişdir. Ona özünü Əmrah kimi təqdim etmiş və bildirmişdir ki, ofisi Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşir, ofisə gəlib işə başlaya bilər. Həmçinin ona hazırlaşıb yenidən əlaqə saxlayıb sual-cavab etdikdən sonra işə götürübgötürməməsi məsələsinə baxılacağını demişdir. Sonradan ona zəng vurub hazır olduğunu bildirmiş, ona faizlər barədə 1-2 sual vermiş və mühasiblik işinə yaradığını və işə götürdüyünü bildirmişdir. Sonra həmin qadına mühasiblik işi lazım olmadığını, bəzi işlərini yerinə yetirmək lazım olduğunu bildirmiş, yəni müştərilərini qarşılayıb lizing üçün ödənişlərini M10 nömrəsinə ödəyəcəklərini, özünü “grandavto.kredit.lizing” şirkətinin işçisi kimi təqdim edəcəyini demişdir. Bundan sonra ona sınaq kimi 2 nəfər müştərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “ASAN” xidmət mərkəzinin yanında qarşılayıb, onların 14.000 manat və birindən də 6.000 manat pul alıb ödəmə terminalı vasitəsi ilə “M10” nömrəsinə ödəməsini tapşırmış, həmin qadın da onunla razılaşmışdır. Rasim və Ceyhun adlı şəxslərlə danışıb avtomobil alacaqlarını, avtomobili guya onun şirkətimə lizingə salacaqlarını deyib qadım onlarla görüşdürmüşdür. Qadın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “ASAN” xidmət mərkəzinin yanında onlarla görüşüb yaxınlıqdakı “Araz Supermarkefə pulu ödəmək üçün getmişlər. Həmin qadın ona ***-***-**-** nömrəsinə Whatsapp ani mesajlaşma vasitəsi ilə zəng edib həmin şəxslərdən pulu aldığını və nə etməli olduğunu soruşduqda ona həmin pulları ***-***-**-** nömrənin M10 hesabına ödəyib qəbzin və sənədlərinin şəklini çəkib “Whatsapp” ani mesajlaşma programı vasitəsi ilə göndərməsini demiş, həmin qadında qeyd etdiklərini etmişdir. Sonradan həmin şəxslərlə əlaqəsini kəsmişdir. Həmin qeyd olunan nömrə ona işlə əlaqəli müraciət edən Naxçıvanda yaşayan X1 adınadır. Həmin ***- ***-**-** nömrədən işlə əlaqəli müraciət etdiyi üçün telefonunda həmin nömrəyə M10 və “Whatsapp” ani mesajlaşma programı aktivləşdirib həmin nömrədən istifadə etmişdir. Həmin qadın da elə bilirdi ki, işlə bağlı olacaqdır. Programları aktivləşdirmək üçün həmin qadının telefonuna gələn kodları ondan alıb aktivləşdirmişdir. Bundan başqa Şahid3 adlı şəxs “Tap.az” saytında “SMM” (Sosial Media Marketing) elanı yerləşdirdiyi üçün onunla reklamla bağlı danışıb ş təklif etmişdir. Təxminən 2023-cü ilin may-iyun aylarında Hüseynə zəng edərək lizing şirkəti olduğunu və ona səhifə açıb vermək lazım olduğunu dedikdə sonuncu onunla razılaşmış və ondan kart hesabı istəmişdir ki, pul göndərsin. Hüseyn də istifadəsində olan 4098-5844-9199-3182 nömrəli kart hesabını atmış, həmin hesaba işə görə 100 manat pul göndərmiş, Hüseyn də səhifəni açıb ona vermişdir. Təxminən 2023-cü ilin sentyabr ayının oratalarında həmin 4098-5844-9199-3182 nömrəli kart hesabından başqalarını aldadıb həmin şəxslərdən 5500 manat pul köçürtdürmüş, həmin şəxsə həmin pulu çıxardıb taksi ilə ünvan 4 ünvanına göndərməsini demişdir. Hüseyn də, 5500 manat pulu taksi ilə ona göndərmişdir. Həmin pulu götürüb həmin şəxsə zəng edib ona pulun çatdığını deyərək təşəkkürünü bildirmişdir. Bundan başqa 2023-cü ilin sentyabr ayının axırlarında “tap.az” platformasında iş elanlarından bir nəfər Şahid2 adlı birr nəfər xanım ***-***-**-** nömrə ilə onunla əlaqə saxlamış, ona üç gün ərzində sınaq müddəti verildiyini bildirmişdir. Həmçinin ondan şəxsiyyət vəsiqəsinin fotoşəklini və kart hesabı üçün kartının fotoşəklini istəmiş, Xumar da kartı nə səbəbə istədiyini soruşduqda ona kartına pullar atılacağını və həmin pulları çıxardaraq şirkətə verəcəyini demişdir. Xumar da, onunla razılaşmışdır. Təxminən üç gün sonra həmin şəxsə zəng edib işlə bağlı zəng etdiyini demiş, sınaq müddəti üçün işə götürüldüyünü demiş və sınaq kimi kart hesabı üçün kartının şəklini istəmişdir ki, pul atılacaq və o da həmin pulu onlara çatdıracaq. İşin bundan ibarət olduğunu və həmin puldan 100 manatının da ona çatacağını bildirmişdir. Xumar da, onunla razılaşıb “Kapital”Bank”a məxsus olan 4169-7388-4333-2903 nömrəli kartının şəklini ona göndərmişdir. Onun kart hesabına Sabunçu rayonu ərazisində Rasim və Ceyhun adlı şəxslərdən m10 hesabına göndərilən 19.995 manat pulu köçürtmüş, Xumar da həmin pulu ona necə verəcəyini soruşduqda həmin şəxsə pulu nağdlaşdırmasını və göndəriləcək konuma gətirməsini demişdir. Lakin, Xumar özü gətirə bilməyəcəyini dedikdə həmin xanıma Sumqayıt şəhərində ərazi məkanı göndərmiş, lakin yenə də, Xumar həmin məkana gəlməmişdir. Bundan sonra həmin xanıma M10 vasitəsi ilə yuxarıda qeyd olunan nömrəyə göndərməsini demiş və o da 18300 manatı göndərmiş, yerdə qalan 1700 manat pulu limit keçməsi səbəbi ilə nağdlaşdıra bilmədiyini bildirərək ə göndərməmişdir. Sonradan 1700 manatı da başqa şəxslərin adına olan kart hesabına göndətdirmişdir. Ceyhun və Rasim adlı şəxslərin pullarını ələ keçirmək barədə heç kəslə əvvəlcədən heç bir razılaşması, sövdələşməsi və əlbirliyi olmamışdır. Həmçinin həmin şəxslərdən aldığı pullardan hər hansı şəxsə pul verməmiş, həmin pulları öz şəxsi ethiyacları üçün xərcləmişdir. Əməlindən çox peşmandır. Müharibə iştirakçısı olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, uşağının xəstəliyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə “BMV” markalı avtomobili bəyənmiş və həmin avtomobili 25.600 manata razılaşmışdır. Lakin nağd pulu olmadığı üçün avtomobili lizing yolu ilə almaq qərarına gəlmişdir. Bunun üçün hətta gedib avtomobili də baxıb 200 manat beh verib razılaşmışdır. Bundan sonra avtomobili lizingə salmaq üçün sosial şəbəkə elanlarına baxanda “grandavto.kredit.lizing” adlı səhifədə ***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Onunla bir nəfər kişi danışıb bildirmişdir ki, 14.000 manat pul ödəyəcəyi halda avtomobilin qalan ödənişini həmin lizing şirkəti özü ödəyəcəkdir, özü də aylıq həmin lizing şirkətinə ödəniş etməlidir. xx.xx.2023-cü il tarixdə “grandavto.kredit.lizing” şirkətinin işçisi ilə əlaqə saxlayıb razılaşmışlar ki, xx.xx.2023-cü il tarixdə ödəniş ediləcəkdir. Bunun üçün həmin şəxs onunla bir nəfər qadın işçilərinin də əlaqə saxlayacağını bildirmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ona bir nəfər ***-***-**-** (***-***-**-**) nömrəsindən bir qadın yığıb “grandavto.kredit.lizing”şirkətinin nümayəndəsi olduğunu bildirmiş və ödəniş etmək üçün görüşməyi təklif etmişdir. Onunla razılaşıb xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 4 saylı ASAN xidmət mərkəzinin qarşısında görüşməli idilər. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində 4 saylı ASAN Xidmət Mərkəzinin yanında həmin qadınla əlaqə saxladıqda ona bildirmişdir ki, ASAN xidmətin yaxınlığındakı “ARAZ” marketə gəlsin və orada ödəmə aparatı vasitəsilə ödəniş ediləcəkdir. Sonra həmin yerə, yəni ünvan 3 ünvanda fəaliyyət göstərən “Araz” marketə gəlib orada ilk dəfə gördüyü Elmira adlı həmin qadınla görüşmüş, Elmira bir daha “grandavto.kredit.lizing” şirkətinin nümayəndəsi olmasını bildirmişdir. Bundan sonra 14.000 manat pulu Elmiraya vermiş və Elmira onun yannmda ***-***-**-** nömrəsinin M-10 hesabına 14.000 manat pulları göndərmişdir. Sonra Elmira ilə ASAN xidmətə gedib sənədləşmə edilməli idi. Pulu ödədikdən təxminən 10 dəqiqə sonra Elmira adlı qadın həmin lizing rəhbəri ilə əlaqə saxlamış və həmin şəxs bu gün həftənin 6-cı günü olmasını, bankların bir qədər işləməsində problemlər olduğunu deyib, 2 saata sənədləşmə olacağını bildirmişdir. Bundan sonra şübhələnməyə başlamış və həmin qadını da saxlayıb polisə şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir neçə gün əvvəl özünə avtomobil almaq istəmiş, özünə “Hyundai Elantra” markalı avtomobili bəyənmiş və həmin avtomobili 19.500 manata razılaşmışdır. Lakin nağd pulu olmadığı üçün avtomobili lizing yolu ilə almaq qərarına gəlmişdir. Bunun üçün hətta gedib avtomobili də baxıb 500 manat beh verib razılaşmışdır. Bundan sonra avtomobili lizingə salmaq üçün sosial şəbəkə elanlarına baxanda, “grandavto.kredit.lizing” adlı səhifədə avtomobillərin sərfəli şərtlərlə lizingə salınmasını barədə elan görüb, elanda qeyd olunmuş ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Onunla bir nəfər kişi danışmış və ona bildirmişdir ki, 6.000 manat pul ödəyəcəyi halda avtomobilin qalan ödənişini həmin lizing şirkəti özü ödəyəcək, aylıq həmin lizing şirkətinə ödəniş etməlidir. xx.xx.2023-cü il tarixdə “grandavto.kredit.lizing” şirkətinin işçisi ilə əlaqə saxlamış və razılaşmışlar ki, xx.xx.2023cü il tarixdə ödəniş ediləcəkdir. Bunun üçün həmin şəxs onunla bir nəfər qadın işçilərinin də əlaqə saxlayacağını bildirmişdir. Sonra həmin şəxs ona nümayəndələrinin nömrəsini vermişdir. xx.xx.2023-cü il tarixdə həmin şəxsin verdiyi ***-***-**-** (***-***-**-**) nömrəsinə zəng edib əlaqə saxladıqda, həmin qadın “grandavto.kredit.İizing”şirkətinin nümayəndəsi olduğunu bildirmiş və ödəniş etmək üçün görüşməyi təklif etmişdir. Onunla razılaşıb xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 4 saylı ASAN xidmət mərkəzinin qarşısında görüşmüşlər. Həmin qadın ona bildirmişdir ki, ASAN xidmətin yaxınlığındakı ARAZ marketə gedib orada ödəmə aparatı vasitəsilə ödəniş etsinlər. Qadın bir daha həmin şirkətin işçisi olduğunu, ofislərinin Nərimanov rayonu ərazisində “milyonerlər məhəlləsində” yerləşdiyini bildirib inamlı danışdığı üçün onlara daha da inanmışdır. ünvan 3 ünvanda fəaliyyət göstərən “Araz” marketə daxil olmuşlar və orada 6.000 manat pulu Elmiraya vermiş, Elmira da onun yanında ***-***-**-** nömrəsinin M-10 hesabına həmin 6.000 manat pulları göndərmişdir. Sonra Elmira ilə ASAN xidmətə gedib sənədləşmə edəcəkdi. Lakin, pulu ödədikdən təxminən 10 dəqiqə sonra Elmira adlı qadın həmin lizing rəhbəri iləəiaqə saxlamış və həmin şəxs bu gün həftənin 6-cı günü olmasını, bankların bir qədər işləməsində problemlər olduğunu deyib, 2 saata sənədləşmə olacağını bildirmişdir. Bundan sonra şübhələnməyə başlamış və həmin qadını da saxlayıb polisə şikayət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 Sabunçu RPİ-nə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş 6000 manat pulu ona tam şəkildə ödənilmişdir. Elvinlə barışmış, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Şahid3 məhkəməyə teleqram vuraraq işi ilə əlaqədar Bakı şəhərində olmayacağını, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı Şahid3 ifadəsində göstərmişdir ki, “Tap.az” sayıtında “SMM” (Sosial Media Marketing) elanı yerləşdirmişdir. Bir nəfər tanımadığı şəxs xatırlamadığı nömrədən ona təxminən 2023-cü ilin may-iyun aylarında zəng edərək onun lizing şirkəti olduğunu və ona səhifə açıb vermək lazım olduğunu demişdir. Onunla razılaşmış və ona göndərdiyi 4098-5844-9199-3182 nömrəli kart hesabına gördüyü işə görə 100 manat pul göndərmiş və özü də səhifəni açıb ona vermişdir. Açdığı səhifənin adı yadımda qalmamışdır. Təxminən 2023-cü ilin sentyabr ayının orataları olardı ki, istifadəsində olan 4098-5844-9199-3182 nömrəli kart hesabına 5500 manat pul köçürülmüş, özü də elə bilmişdir ki, öz işi ilə bağlı uşaqlar arasında kart işləmədikdə birbirilərinə köçürmələri olurdu və onlardan biri olmasını fikirləşmişdir. Sonra ona səhifə açdığı şəxs yenidən zəng edib bildirmişdir ki, kartı bloklandığı üçün pul köçürtmək lazım idi deyə onda olan kart hesabına 5500 manat pul köçürülmüş və ona həmin pulu çıxardıb taksi ilə ünvan 4 ünvanına göndərməyini demişdir. Həmin adama nə üçün onu tanımadan bu qədər pul göndərməsinin səbəbini soruşduqda həmin şəxs ona 5500 manat pulun nə olduğunu, yəni onun üçün çox da pul olmadığını bildirmişdir. Sadecə kartı bloklandığı üçün onun kartı əlinə keçdiyinə görə həmin karta göndərdiyini bildirmişdir. Bundan sonra narahat olduğu üçün tez pulu çıxardıb taksiyə paket formasında verib dediyi ünvana göndərmişdir. Taksi sürücüsünə də həmin şəxsin nömrəsini vermişdir. Sonradan həmin şəxs ona zəng edib pulun ona çatdığını deyərək təşəkkürünü bildirmişdir. Şahid1 məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində özünə iş axtaran zaman sosial şəbəkə elanlarına baxmış və ***-***-**-** nömrəsini görüb əlaqə saxlamışdır. Həmin şəxsə mühasiblik işi axtardığını demiş, onunla danışan şəxs özünü Əmrah kimi təqdim edib bildirmişdir ki, onların ofisləri Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşir, onların ilkin olaraq verəcəyi suallara cavab versə, ofislərinə gəlib işə başlaya bilər. Həmçinin həmin şəxs ona hazırlaşıb yenidən əlaqə saxlayıb sual-cavab etdikdən sonra işə götürüb-götürməməsi məsələsinə baxılacağını bildirmişdir. Sonradan ona zəng vurub hazır olduğunu bildirmiş, həmin şəxs faizlər barədə 1-2 sual vermiş və mühasiblik işinə yaradığını, işə götürdüyünü bildirmişdir. Sonra həmin şəxs ona mühasiblik işi lazım olmadığını, onların bəzi işlərini yerinə yetirmək lazım olduğunu bildirmişdir. Yəni onların müştərilərini qarşılayıb lizing üçün ödənişlərini M10 nömrəsinə ödəyəcəyini, özünü “grandavto.kredit.lizing” şirkətinin işçisi kimi təqdim edəcəyini demişdir. Bundan sonra ona bildirmişdir ki, sınaq kimi 2 nəfər müştərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yer!əşən“ASAN” xidmət mərkəzinin yanında qarşılayıb, onların 14.000 manat və birindən də 6.000 manat pul alıb ödəmə terminalı vasitəsi ilə “M10” nömrəsinə ödəməlidir. Həmin şəxsin dediklərinə inanıb dediyi kimi adlarını sonradan bildiyi Rasim və Ceyhun adlı şəxslərin maşın alacaqlarını, maşını Əmrahın rəhbəri olduğu şirkətə lizingə salacaqlarını deyib onu inandırmışdır. Əmrahın dediyi Ceyhun adlı şəxs ona zəng vurmuş və telefonla danışıb Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “ASAN” xidmət mərkəzinin yanında görüşmüşlər. Onunla yaxınlıqdakı “Araz Supermarkefə pulu ödəmək üçün getmiş, 6000 manat pulu Ceyhundan alıb terminal aparatı vasitəsi ilə pulu Əmrahın dediyi 055-785-34- 85 nömrəsinə ödəyib qəbzin və sənədlərinin şəklini çəkib Əmraha “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərmişdir. Bu an saat 10 radələrində Rasim adlı şəxs zəng vurub olduqları yerə gəlmiş, Rasimlə danışdıqdan sonra Rasim də 14.000 manat pulu onavermiş, yenədə Əmrahla əlaqə saxlaya-saxlaya həmin 14.000 manat pulu qeyd olunan ***-***-**-** nömrənin M10 hesabına göndərmişdir. Sonra 4 saylı ASAN xidmətə gedib sənədləşmə etməli idilər. Lakin, pulları göndərdikdən sonra Əmrah bildirmişdir ki, əməkdaşları gəlib sənədləşməni edəcəklər. Nə qədər gözləsələr də, əməkdaşlar gəlməmiş və yanında olan Ceyhunla Rasim də Əmrahla danışdıqlarında vaxtın uzandığına etiraz etmişlər. Lakin Əmrah onlara narahat olmamalarını və 2 saata qədər işçilərinin gələcəyini demişdir. Əmrahın yalan danışdığını görüb Ceyhun və Rasim birlikdə polisə gəlib baş verənlər barədə ərizə və izahat yazmışlar. Həmin Əmrah adlı şəxslə hər hansı iş birliyi olmamış, Əmrahın sözlərinə inanıb hərəkət etmişdir. Həmçinin həmin puldan ona hər hansı bir məbləğdə pu! çatmamışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və iş icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadılaraq pullarının ələ keçirilməsi ilə bağlı etdikləri şikayətləri əsasında hadisə yerinə baxış keçirilmiş və baxışla məlum olmuşdur ki, hadisə yeri ünvan 5 ünvanında fəaliyyət göstərən “Araz” marketdir. zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin həmin tarixdə saat 17:00-da tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Sabunçu RPİ-nin MSYdən dərhal azad olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraata AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarən ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və cinayət işi istintaqın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham ealn etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. AR DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata CM-nin 73- 1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilmişdir. Gəncə ŞBPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata CM-nin 72.2-ci maddəsi tətbiq edilərək CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Elektron məhkəmə informasiya sistemindən “Təqsirləndirilən şəxs qohumluq məlumatlar”ından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6 adlı 3 uşağı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrarən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, müharibə iştirakçısı olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını, himayəsində 3 uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin ediləcək cərimə cəzası yüngülləşdirilməli (CM-69.4), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəslər ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 5000 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin edilmiş 5000 (beş min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar